Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

MAL VƏ ONUN ƏVƏZİNİN ŞƏRTLƏRİ

Məsələ: 2151.Satılan və onun əvəzində alınan malın beş şərti var:

1.-Onun miqdarı çəki, peymanə, saymaq və bu kimi şeylərlə mə”lum olsun;

2-Onu təhvil vermək mümkün olsun; deməli, qaçmış atı satmaq səhih deyil. Amma əgər qaçmış qulu, təhvil verilməsi mümkün olan bir şeylə (məsələn, bir xalça ilə) birlikdə satsalar, hətta o qul tapılmasa belə, müamilə səhihdir. Quldan başqalarında (bu cür müamilə) müşküldür. Amma əgər bir kəs qaçmış qulu azad etmək üçün almaq istəsə, müamilə səhihdir, başqa bir şeyin də o qula əlavə edilməsinə ehtiyac yoxdur.

3-Mal və onun əvəzinin xüsusiyyətləri, habelə, camaatın müamiləyə fərq qoymalarına səbəb olan xüsusiyyətləri müəyyən etsin;

4-Başqa bir kəsin malda, yaxud onun əvəzində müəyyən haqqı olmasın; deməli, insan bir kəsin yanında girov qoyduğu malı, onun icazəsi olmadan sata bilməz.

5-Malın özünü deyil, mənfəətini satsın. Deməli, misal üçün, evin bir illik mənfəətini satsa işkal məhəllidir. Əgər alıcı pul yerinə, mülkünün mənfəətini versə (məsələn, bir kəsdən xalça alıb əvəzində evinin bir illik mənfəətini ona həvalə etsə) eybi yoxdur. (Bunların hökmləri gələcək məsələlərdə deyiləcək.)

Məsələ: 2152.İnsan bir şəhərdə çəki və peymanə ilə satılan malı həmin şəhərdə çəki və peymanə ilə, görməklə (ölçmədən) müamilə edilən şəhərdə isə görməklə almalıdır.

Məsələ: 2153.Çəki ilə al-ver olunan bir şeyi peymanə ilə müamilə etmək olar. Belə ki, misal üçün, 10 “mən” buğdanı peymanə ilə satmaq istəsələr bir “mən” tutan peymanə ilə 10 dənə verməlidirlər.

Məsələ: 2154.Əgər dördüncü şərt istisna olmaqla qeyd olunan şərtlərdən biri mövcud olmasa müamilə batildir. Amma əgər alıcı və satıcı bir-birinin malında təsərrüf etməyə razı olsalar, onların təsərrüf etmələrinin eybi yoxdur. Dördüncü şərtdə əgər girov götürən müamiləyə icazə versə və ya mülk girovdan çıxsa, müamiləsi səhihdir.

Məsələ: 2155. Vəqf olunan şeyin müamiləsi batildir. Amma əgər xarab olsa, yaxud xarab olma ərəfəsində olub malın vəqf olunduğu sahədə istifadə olunması mümkün olmasa (məsələn, məscidin həsiri çox cırılsa və üstündə namaz qılmaq mümkün olmasa) satmağın eybi yoxdur. Ancaq mümkün olan surətdə onun pulunu həmin məsciddə, hansı məqsədlə vəqf olunubsa, ona daha yaxın olan məqsədə sərf etməlidirlər.

Məsələ: 2156.Əgər malın vəqf olunduğu şəxslər arasında ixtilaf düşsə və vəqf olunan malları satmayacaqları halda malın, yaxud kiminsə canının tələf olacağı gözlənilirsə, onu satıb vəqf olunan şəxslərin arasında bölə bilərlər. Həmçinin əgər vəqf edən şəxs, məsləhət vəqfin satılmasında olanda sata bilmələrini şərt etsə də eyni qayda ilə. Amma ixtilaf təkcə satıb başqa yer almaqla aradan qalxacaqsa vəqf olunan o şeyi başqa məkana çevirməli və ya onun pulu ilə başqa yer alınmalı və birincinin vəqf olunduğu istiqamətdə vəqf edilməlidir.

Məsələ: 2157.Bir kəsə icarə verilən mülkün al-verinin eybi yoxdur. Amma o mülkdən icarə müddətində istifadə etmək icarəyə götürən şəxsindir. Əgər alıcı mülkün icarəyə verildiyini bilməsə, yaxud icarə müddətinin az olduğunu güman edərək mülkü alsa, məsələdən xəbərdar olandan sonra müamiləni poza bilər.

AL-VER SİYĞƏSİ

Məsələ: 2158.Al-ver siyğəsinin ərəbcə oxunması lazım (ilzami) deyil. Məsələn, əgər satıcı hər hansı bir dildə “bu malı bu pulun müqabilində satdım”, müştəri də “qəbul etdim” desə, müamilə səhihdir. Satıcı və alıcının inşa qəsdi olmalıdır. Yə”ni bu iki cümləni deməklə məqsədləri al-ver etmək olmalıdır.

Məsələ: 2159.Əgər müamilədə siyğəni oxumasalar, amma satıcı alıcıdan aldığı mal müqabilində öz malını onun mülkü etsə və o da alsa, müamilə səhihdir. Hər ikisi malik olurlar.

Məsələ: 2160.Müamilə sənədlərinin imzası–istər rəsmi dövlət idarələrində olsun, istərsə də başqa yerlərdə (bizim zəmanəmizdə adi olan bu halda) tələffüzdə deyilən siyğənin yerində oturur.

MEYVƏLƏRİN AL-VERİ

Məsələ: 2161.Gülləri tökülən və dənə bağlayan (və adətən artıq afət dəymə vaxtından keçmiş olan) meyvələrin al-veri dərməkdən qabaq səhihdir. Həmçinin üzüm budağında olan qoranı satmağın eybi yoxdur. Amma onların miqdarı mütəxəssislərin tə”xmini hesablamaları vasitəsilə mə”lum olmalıdır.

Məsələ: 2162.Əgər ağacın üstündə olan meyvəni, gülləri tökülməmişdən qabaq satmaq istəsələr, bu halda satıcının mülkü və ayrıca maliyyəti olan (istifadəyə, satılmağa layiqi olan) başqa bir şeyi həmin şeylə yanaşı satmalıdırlar.

Məsələ: 2163.Əgər saralmış, yaxud qızarmış xurmanı ağacın üstündə satsalar eybi yoxdur. Amma onun əvəzində xurma almamalıdırlar.

Məsələ: 2164.Bir ildə bir neçə dəfə məhsul verən xiyar, badımcan, göyərti və bu kimi şeyləri satmağın–zahir olduqları vaxt və müştərinin ildə onu neçə dəfə yığmasını müəyyən etdikləri halda eybi yoxdur.

Məsələ: 2165.Əgər buğda və arpa sünbülünü, dənə bağlayandan sonra buğda və arpadan başqa bir şey müqabilində satsalar eybi yoxdur.

NƏQD VƏ NİSYƏ

Məsələ: 2166. Əgər müəyyən bir şeyi nəqd satsalar alıcı və satıcı müamilədən sonra malı və pulu qarşılıqlı şəkildə tələb edib təhvil ala bilərlər. Ev, torpaq və s. kimi şeylərin təhvil verilməsi belədir ki, onu alıcının ixtiyarında qoysun ki, ondan istifadə (təsərrüf) edə bilsin. Paltar, palaz və bu kimi şeylərin təhvil verilməsi belədir ki, onu alıcının ixtiyarında qoysunlar, belə ki, əgər onu başqa yerə aparmaq istəyərsə satıcı mane olmasın.

Məsələ: 2167.Nisyə müamilədə gərək müddət dəqiq şəkildə mə”lum olsun. Deməli, müəyyən bir şeyi xərmən vaxtında pulunu almaq niyyəti ilə satsa, vaxt dəqiq şəkildə müəyyən olunmadığı üçün müamilə batildir.

Məsələ: 2168.Əgər bir kəs müəyyən bir malı nisyə satsa qərar qoyulan müddət tamam olmamışdan qabaq onun əvəzini alıcıdan tələb edə bilməz. Amma əgər alıcı ölsə və özünün də malı olsa, satıcı müddətin vaxtı tamam olmamışdan qabaq onun vərəsələrindən ala bilər.

Məsələ: 2169.Əgər müəyyən bir şeyi nisyə satsalar qərar qoyulan vaxt tamam olandan sonra onun əvəzini alıcıdan tələb edə bilər. Amma əgər alıcı verə bilməsə ona möhlət verməlidir.

Məsələ: 2170.Əgər malın qiymətini bilməyən bir kəsə müəyyən qədər nisyə verib qiymətini ona deməsələr, müamilə batildir. Amma əgər, malın nəqd qiymətini bilən bir kəsə nisyə verib baha hesablasalar, məsələn, “sənə nisyə verdiyim malı, nəqd satdığım qiymətin hər tümənində bir riyal baha hesablayacağam” desə və o da qəbul etsə, eybi yoxdur.

Məsələ: 2171.Müəyyən malı nisyə satan və onun pulunu almaq üçün vaxt müəyyən edən bir kəs, müddətin yarısı keçdikdən sonra öz alacağının bir miqdarını azaldıb qalan yarısını nəqd alsa eybi yoxdur.

SƏLƏFMÜAMİLƏSİ

Məsələ: 2172.Sələf müamiləsi budur ki, satılan şey külli olsun müştəri də pulu verib müəyyən müddətdən sonra malı təhvil alsın. Əgər “bu pulu verirəm ki, altı aydan sonra filan malı alam”, satıcı da “qəbul etdim” desə, yaxud satıcı pulu alıb “filan malı satdım ki, altı aydan sonra təhvil verəm” desə müamilə səhihdir.

Məsələ: 2173.Əgər qızıl və gümüşdən olan pulu sələf kimi satıb əvəzini qızıl və gümüş puldan alsa, müamilə batildir. Ancaq müəyyən malı sələf kimi satıb əvəzinə başqa mal, yaxud pul alsa müamilə səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, satdığı malın əvəzində pul alsın, başqa mal almasın.