Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

SƏLƏF MÜAMİLƏSİNİN ŞƏRTLƏRİ

Məsələ: 2174.Sələf müamiləsinin altı şərti vardır:

1-Malın qiymətinin fərqlənməyə səbəb olan xüsusiyyətlərini müəyyən etsinlər. Amma həddindən artıq diqqət etmək lazım deyil: Elə camaat “bunun xüsusiyyəti mə”lumdur” desə kifayətdir. Deməli, çörək, ət, heyvan dərisi və s. kimi şeylərdə onun xüsusiyyətlərinin müştəri üçün namə”lum qalmayacağı surətdə müəyyən etmək mümkün olmasa və müamilə “ğərəri” (namə”lumluq olan) olsa sələf müamiləsi batildir.

2-Satıcı və alıcı bir-birindən ayrılmamışdan qabaq alıcı pulunun hamısını satıcıya versin, yaxud pulunun müəyyən miqdarında satıcıda nəqd borcu olsun və öz borcunu malın qiymətindən hesab etsin, o da qəbul etsin. Əgər onun qiymətinin müəyyən miqdarını versə, müamilənin həmin miqdarda səhih olmasına baxmayaraq, satıcı həmin miqdarın müamiləsini poza bilər.

3-Müddət dəqiq şəkildə müəyyən olsun; misal üçün, “xərmənin əvvəlinə qədər malı təhvil verəcəyəm” desə, müddət dəqiq mə”lum olmadığından, müamilə batildir.

4-Malın təhvil verilməsi üçün elə vaxt tə”yin olunmalıdır ki, o vaxtda həmin mal az tapılan olmasın ki, satıcı onu təhvil verə bilməsin.

5-Malın təhvil olunacağı yer tə”yin etsinlər. Amma əgər onların danışıqlarından təhvil olunacağı yer mə”lum olsa həmin yerin adını demələri lazım (ilzami) deyil.

6-Malın çəkisini, peymanəsini, yaxud sayını müəyyən etsinlər. Adətən görməklə müamilə olunan malı sələf kimi satsalar eybi yoxdur. Amma gərək qoz və yumurtanın bə”zi qismlərində olan kimi onun fərdlərinin təfavütü o qədər az olsun ki, camaat arasında ona əhəmiyyət verilməsin.

SƏLƏF MÜAMİLƏSİNİN HÖKMLƏRİ

Məsələ: 2175.İnsan, sələf kimi aldığı malı, müddəti qurtarmamışdan qabaq sata bilməz. Müddət tamam olandan sonra, onu təhvil almamasına baxmayaraq, satmasının eybi yoxdur.

Məsələ: 2176.Sələf müamiləsində əgər satıcı qərara alınan malı və”də verdiyi vaxtda təhvil versə, müştəri qəbul etməlidir.

Məsələ: 2177. Əgər satıcının verdiyi mal qərara aldıqlarından yaxşı, yaxud pis olsa, müştəri qəbul etməyə bilər.

Məsələ: 2178.Əgər satıcı, müştərinin razı olduğu halda qərara alınan malın yerinə başqa mal versə eybi yoxdur.

Məsələ: 2179.Əgər sələf kimi satılan mal, təhvil verilməli olduğu vaxtda tapılmazsa və onu tapa bilməsə müştəri, satıcı tapana qədər gözləyə bilər, yaxud (gözləməyib) müamiləni poza, verdiyi şeyi geri ala bilər.

Məsələ: 2180.Əgər müəyyən malı satıb bir müddətdən sonra təhvil almaq və pulunu da bir müddətdən sonra verməsini qərara almaq istəsə, müamilə batildir.

QIZIL-GÜMÜŞÜN QIZIL-GÜMÜŞƏ SATILMASI

Məsələ: 2181.Əgər qızılı, qızıla gümüşü gümüşə satsalar–istər sikkəli olsun, istərsə də sikkəsiz–onlardan birinin çəkisi o birisindən artıq olsa, müamilə haram və batildir.

Məsələ: 2182.Qızılı gümüşə, gümüşü qızıla satsalar müamilə səhihdir; çəkilərinin də bərabər olması ilzami deyil.

Məsələ: 2183.Əgər qızılı və ya gümüşü, qızıla, yaxud gümüşə satsalar, satıcı və alıcı bir-birindən ayrılmazdan qabaq malı və onun əvəzini gərək bir-birinə təhvil versinlər. Əgər qərar qoyduqları şeydən heç bir miqdarını təhvil verməsələr müamilə batildir.

Məsələ: 2184.Əgər satıcı və ya alıcı qərar qoyduğu şeyin hamısını, digəri isə bir miqdarını təhvil verib bir-birindən ayrılsalar, müamiləni həmin miqdarda səhih olmasına baxmayaraq malın hamısı əlinə çatmayan tərəf müamiləni poza bilər.

Məsələ: 2185.Əgər bir miqdar mə”dən gümüş torpağını həmin miqdar xalis gümüşə, yaxud bir miqdar mə”dən qızıl torpağını həmin miqdar xalis qızıla satsalar, müamilə batildir. Amma gümüş torpağını qızıla, qızıl torpağını gümüşə satmağın heç bir halda eybi yoxdur.

MÜAMİLƏNİ POZMAĞIN MÜMKÜN OLDUĞU YERLƏR


Məsələ: 2186.Müamiləni pozmaq haqqına “xiyar” (ixtiyar) deyilir. Satıcı və alıcı 11 halda müamiləni poza bilərlər:

1-Müamilə məclisindən dağılmamış olsunlar. (Buna “məclis xiyarı” deyilir.)

2-Müştəri, yaxud satıcı al-verdə, yaxud müamilənin iki tərəfindən biri başqa müamilələrdə məğbun (aldadılmış) olmuş olsalar. (Buna “ğəbn xiyarı” deyilir.)

3-Müamilədə müəyyən müddətə qədər hər ikisinin, yaxud birinin müamiləni poza bilməsini qərara alsınlar. (Buna “şərt xiyarı” deyilir.)

4-Satıcı, yaxud alıcı öz malını, həqiqətdə olduğundan daha yaxşı cilvələndirsin; Belə ki, malın qiyməti camaatın nəzərində çox olsun. (Buna “təlis xiyarı” deylir.)

5-Satıcı və ya alıcı müəyyən bir iş görməyi, yaxud verdiyi malın məxsus halda olmasını şərt edib sonra şərtə əməl etməsin; Bu halda müqabil tərəf müamiləni poza bilər. (Buna “şərtə təxəllüf” xiyarı deyilir.)

6-Malda, yaxud onun əvəzində müəyyən eyb olsun və əvvəlcədən bundan xəbərsiz olsunlar. (Buna “eyb xiyarı” deyilir.)

7-Satılan malın müəyyən miqdarının başqasının olduğu mə”lum olsa; Əgər onun sahibi müamiləyə razı olmasa, alıcı müamiləni poza, yaxud o midarın pulunu satıcıdan ala bilər. Həmçinin alıcının aldığı şeyin müqabilində əvəz qərar verdiyi şeyin bir miqdarının başqasının malı olduğu, sahibinin də razı olmadığı mə”lum olsa, satıcı müamiləni poza bilər, yaxud həmin miqdarı əvəzini alıcıdan ala bilər. (Buna “təbəü”zü səfqə xiyarı” deyilir.)

8-Satıcı, müştərinin görmədiyi müəyyən olunmuş malın xüsusiyyətlərini ona deyəndən sonra dediyi kimi olmadığı mə”lum olsa; Bu halda müştəri müamiləni poza bilər. Həmçinin əgər müştəri (verdiyi) müəyyən olunmuş əvəzin xüsusiyyətlərini desə, sonradan dediyi kimi olmadığı mə”lum olsa, satıcı müamiləni poza bilər. Habelə, əgər əvvəlcə görülməklə müamilə olunub sonradan gördükləri malın, yaxud onun əvəzinin nöqsan (azalmaq) tərəfə dəyişdiyi mə”lum olsa, birinci halda alıcı, ikinci halda isə satıcı müamiləni poza bilər. (Buna “rö”yət xiyarı” deyilir.)

9-Müştəri nəqd aldığı malın pulunu üç günə kimi verməsin, satıcı da malı təhvil verməmiş olsun. Satıcı və alıcı üçün alınan, yaxud satılan şey (səmən və müsmən) üçün tə”xir şərti olmasa, satıcı müamiləni poza bilər. Amma əgər aldığı mal bə”zi meyvələr kimi bir gün qaldıqda xarab olursa, bu halda birinci gecəyə qədər onun pulunu verməsə və pulu verməkdə tə”xirə salmağı şərt etməmiş olsalar, malın da tə”xiri şərt olmasa satıcı müamiləni poza bilər. (Buna “tə”xir xiyarı” deyilir.)

10-Heyvan almış olsun ki, alıcı üç gün ərzində müamiləni poza bilər. (Buna “heyvan xiyarı” deyilir.)

11-Satıcı, satdığı malı təhvil verə bilməsin. (Məsələn, satdığı at qaçsın.) Bu halda müştəri müamiləni poza bilər. (Buna “təəzzürü təslim” xiyarı deyilir.)

(Bunların hökmləri gələcək məsələlərdə deyiləcək.)

Məsələ: 2187.Əgər alıcı malın qiymətini bilməsə, yaxud müamilə vaxtı qafil olub malı öz qiymətindən baha alsa, bu halda çox baha almış olsa, belə ki, camaat onu məğbun (zərər çəkən) hesab edib azlığına-çoxluğuna əhəmiyyət verirsə, müamiləni poza bilər. Həmçinin, əgər satıcı malın qiymətini bilməsə, yaxud müamilə vaxtında qafil olub malı öz qiymətindən ucuz satsa, bu halda əgər camaat onun ucuz satmasına əhəmiyyət veriib onu məğbun hesab edirsə, müamiləni poza bilər.

Məsələ: 2188. Şərt-bey müamiləsində alıcı və satıcının al-ver qəsdi olsa, müamilə səhihdir. (Bu müamilə belədir ki, məsələn, 1000 tümənlik evi 200 tümənə satıb qərara alsalar ki, əgər satıcı vaxt tamam olan vaxtda pulu verərsə, müamiləni poza bilər.)

Məsələ: 2189.Şərt bey müamiləsində satıcının hərgah müddəti qurtarandan sonra pulu verməzsə alıcının mülkü ona verəcəyinə xatircəm olsa da, müamilə səhihdir. Amma əgər vaxt tamam olanda pulu verməsə, mülkü alıcıdan, alıcı da ölsə onun vərəsələrindən tələb edə bilməz.

Məsələ: 2190.Əgər ə”la növ çayı pis çayla qarışdırıb “ə”la növ çay” adı ilə satsa və müştərinin də xəbəri olmasa, xəbər tutduqda müamiləni poza bilər.

Məsələ: 2191.Əgər alıcı aldığı malın eybli olduğunu başa düşsə (məsələn, aldığı heyvanın bir gözünün kor olduğunu bilsə), bu halda eyb müamilədən qabaq həmin malda mövcud imişsə və o da bilməyibsə, ya müamiləni poza bilər, ya da sağlam heyvanla eybli heyvanın qiyməti arasındakı fərqi müəyyən edib sağlam və eybli qiymətin təfavütünə mütənasib olaraq satıcıya verdiyi puldan geri ala bilər. Məsələn, dörd tümənə aldığı malın eybli olduğunu başa düşsə, bu halda onun sağlamının qiyməti 8, eyblisinin qiyməti isə altı tümən olsa, sağlam və eyblinin arasındakı fərq qiymətin dörddə-bir nisbətində olduğuna görə verdiyi pulun dörddə birini yə”ni, bir tüməni satıcıdan ala bilər.

Məsələ: 2192.Əgər satıcı aldığı əvəzdə eyb olduğunu başa düşsə, bu halda müamilə külli əvəz müqabilində olmuşsa onu geri qaytarıb sağlam əvəzi tələb edə bilər. Amma müəyyən əvəz müqabilində olmuşsa, bu halda o eyb müamilədən qabaq verilən əvəzdə olsa və o da bilməsə, müamiləni ya poza bilər, ya da sağlam və eyblinin qiyməti arasındakı fərq nisbətini əvvəlki məsələdə deyilən göstərişə uyğun olaraq ala bilər.

Məsələ: 2193.Əgər müamilədən sonra və təhvil almazdan qabaq malda eyb tapılsa, alıcı müamiləni poza bilər. Həmçinin əgər malın əvəzində də müamilədən sonra və təhvil almazdan qabaq müəyyən eyb tapılsa satıcı müamiləni poza bilər. Ancaq qiymətlərdəki təfavüt qədərində almaq istəsə, eybi yoxdur.

Məsələ: 2194.Əgər müamilədən sonra malın eybli olduğunu başa düşsə və dərhal müamiləni pozmasa, ehtiyat-vacibə görə daha müamiləni pozmaq haqqı yoxdur. Amma əgər məsələni bilməsə, başa düşdüyü vaxt müamiləni poza bilər. Fikirləşmək üçün müəyyən qədər tə”xirə salmağın eybi yoxdur.

Məsələ: 2195.Hər gah malı aldıqdan sonra eybli olduğunu başa düşsə, satıcı hazır olmasa da müamiləni poza bilər.

Məsələ: 2196.Dörd halda alıcı malın eybli olduğunu başa düşsə müamiləni poza, yaxud qiymətlər fərqini ala bilməz:

1-Aldığı vaxt malın eybini bilsə;

2-Malın eybinə razı olsa;

3-Müamilə vaxtı “əgər malın eybi olsa geri qaytarmayacağam, qiymətlər fərqini də almayacağam” desə;

4-Satıcı müamilə vaxtı “Bu malı, onda olan hər eybi ilə birlikdə satıram.” Amma əgər eybi müəyyən etsə və desə ki, malı bu eyblə birlikdə satıram və sonradan onda başqa eyb də olması mə”lum olsa, alıcı, satıcının müəyyən etmədiyi eyb üçün malı geri qaytara və ya qiymətlər fərqini ala bilər.

Məsələ: 2197.Üç halda əgər alıcı malda eyb olduğunu başa düşsə, müamiləni poza bilməz, amma sağlam və eyblinin qiymətləri arasındakı təfavüt nisbətini ala bilər:

1-Müamilədən sonra malda müəyyən dəyişiklik etsə, belə ki, camaat “alınıb təhvil verildiyi halda qalmamışdır” desə; (Məsələn, parçanı tikiş üçün kəssə, buğdanı üyütsə.)

2-Yalnız fəsx (müamiləni pozmaq) haqqını saqit etmiş olsa;

3-Malı təhvil aldıqdan sonra onda başqa bir eyb tapılsa. Amma əgər eybli bir heyvanı alsa və üç gün keçməmişdən qabaq müştərinin səhlənkarlığı olmadan başqa eyb tapılsa, onu təhvil almasına baxmayaraq, geri qaytara bilər. Həmçinin əgər, təkcə alıcının da müəyyən müddətə qədər müamiləni pozmaq haqqı olsa və o müddətdə malda başqa bir eyb tapılsa onu təhvil almasına baxmayaraq müamiləni poza bilər.

Məsələ: 2198.Əgər insanın özünün görmədiyi və başqasının onun xüsusiyyətlərini dediyi bir malı olsa, bu halda o, həmin xüsusiyyətləri müştəriyə deyib satsa və sonra deyilənlərdən daha yaxşı olduğunu bilsə müamiləni poza bilər.

MÜXTƏLİF MƏSƏLƏLƏR

Məsələ: 2199. Əgər satıcı malın alındığı qiyməti müştəriyə desə, gərək malın qiymətinin azalıb-çoxalmasına səbəb olan şeylərin hamısını desin, hətta əgər həmin qiymətə, yaxud ondan az və ya çox satmış olsa da. Məsələn, nəqd, yoxsa nisyə aldığını deməlidir.

Məsələ: 2200. Əgər insan müəyyən bir malı bir kəsə verib qiymətini müəyyən etsə və “bu malı bu qiymətə sat, nə qədər çox satsan sənindir” desə, bu halda həmin şəxs onu nə qədər artıq qiymətə satsa özünün (dəllalın) malıdır. Həmçinin əgər “bu malı bu qiymətə sənə satdım” və o da “qəbul etdim” desə və ya satmaq məqsədi ilə malı ona versə, o da almaq qəsdi ilə götürsə, o qiymətdən nə qədər artıq satsa, özünündür.

Məsələ: 2201.Əgər qəssab erkək heyvan əti satıb onun yerinə dişi heyvan əti versə, günah etmişdir. Deməli, əgər o əti müəyyən edib “bu erkək ətini satıram” demiş olsa, müştəri müamiləni poza bilər. Əgər onu müəyyən etməsə, müştəri də aldığı ətə razı olmasa, qəssab gərək ona erkək əti versin.

Məsələ: 2202.Əgər müştəri parça satana “mən elə bir parça istəyirəm ki, rəngi getməsin” desə, parça satan da rəngi gedən parçanı ona satsa, müştəri müamiləni poza bilər.

Məsələ: 2203.Müamilədə and içmək–əgər düzgün olsa məkruh, yalan olsa haramdır.