Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

İCARƏNİN HÖKMLƏRİ

Məsələ: 2235.Bir şeyi icarəyə verən və icarəyə alan şəxslər mükəlləf və aqil olmalı, öz ixtiyarı ilə icarəni yerinə yetirməlidirlər. Həmçinin gərək öz malında təsərrüf etmək haqları da olsun. Deməli, öz malını əbəs, lazımsız yerlərə məsrəf edən səfeh öz malında təsərrüf etmək haqqına malik olmadığı üçün, bir şeyi icarə edərsə, yaxud icarəyə verərsə səhih deyil. Lakin qəyyumu ona icazə versə, eybi yoxdur.

Məsələ: 2236.İnsan başqasının tərəfindən vəkil olub onun malını icarəyə verə, yaxud müəyyən bir malı onun üçün icarə edə bilər.

Məsələ: 2237.Əgər uşağın qəyyumu onun malını icarəyə versə, yaxud onun özünü başqasına əcir etsə eybi yoxdur. Amma əgər onun həddi-büluğa çatmasının bir müddətini icarə müddətində qərar versə, uşaq həddi-büluğa çatandan sonra malına nisbətən olan icarənin qalan hissəsini poza bilməz. Ancaq öz icarəsinə nisbətdə həddi-büluğa çatandan sonra icarənin qalanını poza bilər. Amma əgər uşağın həddi-büluğa çatması zamanından bir miqdarını icarə müddəti etməməsi uşağın məsləhətinin əksinə olarsa, bu halda icarəni poza bilməz.

Məsələ: 2238.Qəyyumu olmayan səğir uşaq cameüş-şərait müctehidin icazəsi olmadan əcir oluna bilməz. Əgər bir kəs cameüş-şərait müctehidi tapa bilməsə bir nəfər adil mö”mindən icazə alıb onu əcir edə bilər.

Məsələ: 2239.İcarə verən və icarəni qəbul edənlərin icarə siyğəsini ərəbcə oxumaları lazım (ilzami) deyil. Hətta əgər malın maliki bir kəsə “öz mülkümü sənə icarə verdim” və o da “qəbul etdim” desə, icarə səhihdir. Həmçinin əgər bir söz danışmasalar, amma malın sahibi mülkünü icarə vermək qəsdi ilə onu icarəçiyə həvalə etsə o da icarə etmək məqsədilə alsa, icarə səhihdir.

Məsələ: 2240.Əgər insan icarə siyğəsi oxumadan müəyyən işi yerinə yetirmək üçün əcir olunmaq istəsə, onda icarə ünvanı ilə o əmələ başlasa, yaxud özünü icarə verənin ixtiyarına qoysa icarə səhihdir.

Məsələ: 2241.Danışa bilməyən bir kəs işarə ilə mülkünü icarə verməyi, yaxud icarəni qəbul etməyi başa salsa səhihdir.

Məsələ: 2242.Əgər bir kəs ev, mağaza və ya bir otağı icarə edəndə, mülkün sahibi onunla təkcə özünün istifadə etməsini şərt etsə, yaxud icarə bu mə”nanı göstərsə, icarə edən şəxs onu başqasına icarəyə verə bilməz. Amma əgər şərt etməsə və bu mə”nanı da göstərməsə, onu başqasına icarəyə verə bilər. Bu halda icarə etdiyi qiymətdən artıq qiymətə icarə vermək istəsə, gərək onda müəyyən tə”mir işləri görsün, yaxud icarə etdiyi maldan qeyrisinə icarəyə versin (məsələn, pul ilə icarə etdiyi şeyi buğda, yaxud başqa şeyə icarəyə versin).

Məsələ: 2243.Əgər əcir tutulan şəxs təkcə o şəxsin özü üçün işləyəcəyini şərt etsə, yaxud icarənin özü bu mə”nanı göstərsə, onu başqa şəxsə icarəyə verə bilməz. Əgər şərt etməsələr, bu halda onu müəyyən olunan muzdla icarə versə, gərək artıq almasın. Lakin başqa şeyə icarə versə, artıq ala bilər.

Məsələ: 2244. Əgər bir şəxs ev, mağaza və otaqdan başqa şeyləri bir şəxsdən icarəyə alsa (məsələn, torpaq sahəsini icarə etsə) və onun sahibi də təkcə özünün istifadə etməsini şərt etməsə, bu halda əcir tutulan şəxs icarəni istədiyi qiymətə başqasına icarə verə bilər. Hərçənd bu icarənin qiyməti əvvəlcə icarə olunduğundan artıq olsa da belə.

Məsələ: 2245.Əgər misal üçün, ev ya mağazanı ili 100 tümənə icarə edib yarısından özü istifadə etsə, istifadə etmədiyi yarısını da 100 tümənə, yaxud ondan az qiymətə icarəyə verə bilər. Amma əgər o biri yarısını icarə etdiyindən artıq qiymətə (məsələn, 120 tümənə) icarə vermək istəsə, gərək onda müəyyən iş (tə”mir kimi) görmüş olsun, yaxud icarə etdiyi şeydən başqa şeyə icarə versin.

İCARƏYƏ VERİLƏN MALIN ŞƏRTLƏRİ

Məsələ: 2246.İcarəyə verilən malın bir neçə şərti var:

1-Müəyyən olsun; deməli əgər “öz evlərimdən birini icarə verdim” desə, səhih deyil.

2-İcarə alan şəxs onu görsün, yaxud malı icarəyə verən şəxs onun xüsusiyyətlərini elə bəyan etsin ki, tamamilə mə”lum olsun;

3-Onun təhvil verilməsi mümkün olsun; deməli qaçmış atı icarə vermək batildir.

4-O mal istifadə etməklə aradan getməsin; deməli çörək, meyvə və sair yeyinti məhsullarını icarəyə vermək səhih deyil.

5-Maldan icarə verildiyi istiqamətdə istifadə etmək mümkün olsun; deməli torpağın əkinçilik üçün icarəyə verilməsi yağış suyu kifayət etməzsə və çay, yaxud başqa yerlərdən suvarılmazsa, səhih deyil.

6-İcarəyə verilən şey şəhsin öz malı olsun; əgər başqasının malını icarəyə versə, sahibi razılıq verdiyi halda səhih olar.

Məsələ: 2247.Ağacın, meyvələrindən istifadə olunsun deyə, icarəyə verilməsinin eybi yoxdur.

Məsələ: 2248.Qadın, öz südündən istifadə olunmaq üçün əcir tutula bilər. Öz ərindən də icazə alması lazım (ilzami) deyil. Lakin süd vermək vasitəsilə ərinin haqqı aradan gedərsə, onun icazəsi olmadan əcir oluna bilməz.

İCARƏYƏ VERİLƏN MALDAN İSTİFADƏNİN ŞƏRTLƏRİ

Məsələ: 2249.Malın icarəyə verildiyi istifadənin dörd şərti vardır:

1-Halal olsun; deməli mağazanı şərab satmaq, yaxud saxlamaq, avtomobili şərab daşımaq üçün icarəyə vermək batildir.

2-O istifadə üçün pul vermək camaatın nəzərində boş və mə”nasız olmasın;

3-Əgər icarəyə verdiyi şeydən bir neçə cəhətdə istifadə etmək mümkün olsa, icarəyə alan şəxsin edəcəyi istifadəni müəyyən etməlidir. (Məsələn, həm minik, həm də yük daşımaq üçün istifadə olunan heyvanı icarəyə versə, icarə vaxtı icarəçinin minik kimi, yaxud yük daşımasından, yaxud da hər ikisindən istifadə edəcəyini müəyyən etməlidir. Amma əgər istifadələr bərabər olsa, tə”yin etmək lazım (ilzami) deyil.)

4-İstifadənin müddəti müəyyən olmalıdır; əgər müddəti müəyyən olunmasa, lakin işi müəyyən etsələr (məsələn, dərzi ilə paltarı məxsus formada tikməsini qərara alsalar) kifayətdir.

Məsələ: 2250.Əgər icarə müddətinin əvvəlini tə”yin etməsələr, onda əvvəli icarə siyğəsi oxunandan sonradır.

Məsələ: 2251.Əgər bir evi məsələn, bir il icarəyə verib əvvəlini siyğə oxunandan bir ay sonra qərarlaşsalar, hətta siyğə oxunan vaxt ev başqasının icarəsində olsa da icarə səhihdir..

Məsələ: 2252.Əgər icarə müddətini tə”yin etməsələr, amma “hər vaxt evdə otursan o ayın icarəsini 100 tümən verməlisən” desələr, icarə səhihdir. Bu qədər az namə”lumluğun icarədə maneəsi yoxdur.

Məsələ: 2253.Əgər icarə edənə “evi bir ayı 1000 tümənə sənə icarə verirəm. Nə qədər artıq qalsan da, həmin qiymətədir” desələr, icarə səhihdir. İcarədə bu qədər az naməlumluğun zərəri yoxdur.

Məsələ: 2254.Müsafirlərin və ziyarətçilərin mənzil etdikləri və qədər qalacaqları mə”lum olmayan evdə, məsələn, gecəsi 100 tümən verməyi qərara alsalar, ev sahibi də razı olsa, o evdən istifadə etməyin eybi yoxdur, icarə də səhihdir. Ev sahibi onları çölə çıxarda bilməz.