|
||||||||||||||||||||
|
İCARƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİMəsələ: 2255. İcarə alan şəxsin icarə haqqı olaraq verdiyi mal mə”lum olmalıdır. Deməli, əgər buğda kimi çəki ilə al-ver edilən şeylərdən olsa, çəkisi; yumurtası, yaxud əskinas kimi sayılan şeylərdən olsa, onun sayı müəyyən olmalıdır; at, qoyun və s. kimi şeylərdən olsa, icarə verən onu görməli, yaxud icarə edən onun xüsusiyyətlərini ona deməlidir.Məsələ: 2256.Əgər müəyyən torpaq sahəsini buğda, arpa, yaxud başqa şeylər əkmək üçün icarəyə verib icarə haqqını da həmin torpağın məhsulundan şərt etsələr, icarə səhih deyil. Məsələ: 2257.Bir şeyi icarəyə verən kəs nə qədər ki, onu təhvil verməyib, icarə haqqını tələb edə bilməz. Həmçinin əgər müəyyən işi yerinə yetirmək üçün əcir olubsa o işi yerinə yetirmədən muzdunu tələb etməyə haqqı yoxdur. Məsələ: 2258.Əgər icarə verdiyi şeyi təhvil versə, hətta icarə alan təhvil almasa və ya təhvil alıb icarə müddətinin axırına kimi istifadə etməsə də onun icarə haqqını verməlidir. Məsələ: 2259.Əgər insan müəyyən bir gündə hər hansı bir işi görmək üçün əcir olunsa və o gündə həmin işi yerinə yetirmək üçün hazır olsa, onu əcir edən şəxs o işdə həmin şəxsə müraciət etməsə də haqqını verməlidir. Məsələn, bir dərzini müəyyən bir gündə paltar tikmək üçün əcir etsə və dərzi də həmin gündə işə hazır olsa, amma parçanı tikmək üçün ona verməsələr, haqqını verməlidirlər–istər dərzi işsiz olsun, istərsə də başqası üçün işləsin. Məsələ: 2260.İcarə müddətinin vaxtı qurtarandan sonra icarənin batil olduğu mə”lum olarsa, icarə edən şəxs icarə haqqını, onun adi dəyərinə uyğun olaraq mülk sahibinə verməlidir. Məsələn, əgər evi bir il müddətində 1000 tümənə icarə versələr və sonradan icarənin batil olduğu mə”lum olsa, bu halda, evin icarəsi adətən 500 tümən olarsa, elə o qədər verməlidir; əgər 2000 tümən olarsa, yenə də o qədər verməlidir. Həmçinin, icarə müddətindən bir qədər keçdikdən sonra icarənin batil olduğu mə”lum olarsa, o müddətin icarəsini adi qiymətlə (hesablayıb) mülk sahibinə verməlidir. Məsələ: 2261.Əgər bir şəxsin icarə etdiyi şey tələf olub aradan getsə, bu halda onun saxlanmasında səhlənkarlıq etməyibsə, ondan istifadə etməkdə həddi keçməyibsə, zamin deyildir. Habelə, (misal üçün) dərziyə verilən parça tələf olub aradan getsə, yaxud yanğında yansa, bu halda dərzi onu saxlamaqda səhlənkarlıq etməyibsə, əvəzini verməməlidir. Məsələ: 2262.Əgər sənətkar götürdüyü şeyi xarab etsə, zamindir. Məsələ: 2263.Əgər qəssab heyvanın başını kəsib haram etsə–istər muzd almış olsun, istərsə də pulsuz kəsmiş olsun–pulunu sahibinə verməlidir. Məsələ: 2264.Əgər bir heyvanı icarəyə verəndə nə qədər yükləyəcəyini müəyyənləşdirsə, bu halda icarə edən şəxs ondan artıq yükləsə və heyvan ölsə, yaxud eybli olsa, zamindir. Həmçinin, əgər yükün miqdarını müəyyənləşdirməsə, icarə edən də heyvanı çox yükləyib tələf etsə, yaxud eybli olsa, zamindir. Artıq etdiyi istifadənin də muzdunu borcludur. Məsələ: 2265.Əgər bir heyvanı, tez sınan şeyləri daşımaq üçün icarəyə versə, bu halda həmin heyvan sürüşsə, yaxud hürküb yükdəkiləri salıb sındırsa, o heyvanın sahibi zamin deyil. Amma vurmaq və sair kimi səbəblərlə yerə yıxılsa və yükündə olanları sındırsa, zamindir. Məsələ: 2266. Əgər dəllək uşağı kəssə və o uşağa müəyyən zərər dəysə, yaxud ölsə, bu halda adi qaydadan artıq kəsibsə, zamindir. Əgər mütəxəssis olduğu halda adi qaydadan artıq kəsməyibsə, zamin deyil. Ancaq zərər olub-olmamasını ayırd etmək ona tapşırılıbsa, bu halda zamindir. Məsələ: 2267.Əgər həkim öz əli ilə xəstəyə dərman versə, yaxud iynə vursa, yaxud da təbabət adı ilə bir nüsxə yazsa və ya ona müəyyən göstəriş versə, xəstə də dərmanı qəbul etsə, bu halda həkim təbabətdə, müalicədə xəta etsə və xəstəyə zərər dəysə, yaxud ölsə, həkim zamindir. Amma əgər təbabət və müalicə məqamında deyil, sadəcə olaraq həkim nəzəriyyəsi kimi kitabda yazsa və ya “filan dərmanın filan xəstəliyə faydası var” desə və həmin dərmanı qəbul etmək nəticəsində xəstəyə zərər dəysə və ya ölsə, həkim zamin deyil. Məsələ: 2268.Əgər həkim, xəstəyə və ya onun qəyyumuna “zərər dəysə mən zamin deyiləm” desə, bu halda lazımi qədər ehtiyat etsə və xəstəyə də zərər dəysə və ya ölsə, həkim zamin deyil. Məsələ: 2269.Bir şeyi icarə alan və icarəyə verən kəs qarşılıqlı razılıq əsasında müamiləni poza bilərlər. Habelə, icarədə hər ikisinin, yaxud birinin müamiləni pozmaq haqqının olmasını şərt etsələr, buna müvafiq olaraq icarəni poza bilərlər. Məsələ: 2270.Əgər malı icarəyə verən, yaxud icarəyə alan zərər etdiyini başa düşsə, bu halda siyğəni oxuyan vaxt zərərə düşməsinə diqqət yetirməmiş olsalar, icarəni poza bilərlər. Amma əgər icarə siyğəsində, hətta zərər etdikləri halda belə, icarəni pozmaq haqları olmayacaqlarını şərt etsələr, icarəni poza bilməzlər. Məsələ: 2271.Müəyyən şeyi icarəyə verib təhvil verməzdən qabaq bir kəs onu qəsb etsə, icarə alan şəxs icarəni poza, icarə verənə verdiyi şeyləri geri ala bilər, yaxud icarəni pozmadan qəsb edənin ixtiyarında olan müddətdəki icarəsini adi qaydada ondan ala bilər. Deməli əgər bir heyvanı ayı 1000 tümənə icarəyə alsa və başqası da o şəxsdən 10 gün müddətində qəsb etsə, adi icarənin də 10 günlük qiyməti 1500 tümən olsa, o miqdarı qəsb edəndən geri ala bilər. Məsələ: 2272.Əgər icarə etdiyi şeyi təhvil alandan sonra bir kəs onu qəsb etsə, icarəni poza bilməz, təkcə o şeyin kirayə haqqını qəsb edəndən almağa haqqı var. Məsələ: 2273.Əgər icarənin müddəti tamam olmamışdan qabaq mülkü icarəyə verdiyi şəxsə satsa, icarə pozulmur. İcarə alan şəxs icarə haqqını satıcıya verməlidir. Başqasına da satsa eyni qayda ilə. Məsələ: 2274.Əgər icarə müddəti başlamamışdan qabaq mülk ümumiyyətlə istifadə oluna bilməyəcəyi, yaxud şərt etdikləri kimi istifadəyə qabiliyyəti olmayan tərzdə xarab olsa, icarə batil olur, icarə edənin mülk sahibinə verdiyi pul ona qaytarılmalıdır. Hətta əgər azacıq miqdarda istifadə edə bilərsə, yenə də icarəni poza bilər. Məsələ: 2275.Əgər müəyyən bir mülkü icarə edib, icarə vaxtından bir müddət keçəndən sonra ümumiyyətlə istifadə oluna bilməyən, yaxud şərt etdikləri kimi istifadə edilə bilməyən tərzdə xarab olsa müddətin qalan hissəsinin icarəsi batil olur. Habelə, əgər azacıq da istifadə edə bilsə, icarənin bütün müddətini poza bilər və istifadə etdiyi miqdara mütənasib olaraq ücrətül-misl (icarə haqqı) verə bilər. Məsələ: 2276.Əgər iki otağı olan bir evi icarəyə verdikdən sonra bir otağı xarab olsa, bu halda onu dərhal tiksə və istifadəsindən heç nə əldən çıxmasa icarə batil olmur, icarə edən şəxs də icarəni poza bilməz. Amma əgər onun yenidən tikilməsi, tə”mir edilməsi uzun çəksə və nəticədə icarə edənin edəcəyi istifadənin bir miqdarı aradan getsə həmin miqdarın icarəsi batildir (və icarə alan şəxs bütün icarəni pozub istifadə etdiyi qədər ücrətül-misl (icarə haqqı) verə bilər). Məsələ: 2277. Əgər icarə verən və ya icarə alan ölsə, icarə batil olmur. Amma əgər başqası deyil, icarə alanın şəxsən özünün istifadə edəcəyini şərt etsələr, mülk sahibi müddətin qalan hissəsini fəsx (ləğv) edə bilər. Amma əgər ev icarə verənin öz malı olmasa (məsələn, başqası sağ olduğu müddətdə evin mənfəətinin onun olmasını vəsiyyət etsə), bu halda evi icarəyə versə və icarə müddəti tamam olmamışdan qabaq ölsə, öldüyü vaxtdan e”tibarən icarə batil olur. Məsələ: 2278.Əgər sahibkar bənnanı onun üçün fəhlə tutmağa vəkil etsə, bu halda bənna fəhləyə sahibkardan aldığı miqdardan az versə, özünə götürdüyü artıq hissə haramdır. Onu sahibkara verməlidir. Amma əgər evin tikintisini qurtarmaq üçün əcir olsa və özü üçün, şəxsən tikmək, yaxud başqasına vermək ixtiyarı qoysa və əcir olunduğu miqdardan az başqasına verib özü də dəyəri olan bir iş görsə artıq aldığı ona halaldır. Məsələ: 2279.Əgər rəngsazla, parçanı lilə ilə rəngləməsini qərara alsalar və o, başqa şeylə rəngləsə, bir şey almağa haqqı yoxdur. Üstəlik parçanın xarab olmasına, yaxud dəyərinin azalmasına səbəb olsa, zamindir. |