|
||||||||||||||||||||
|
CÜALƏNİN HÖKMLƏRİMəsələ: 2280.Cüalə budur ki, insan onun üçün görülən işin müqabilində müəyyən bir şey verəcəyini qərar qoysun. Məsələn, “hər kəs mənim itiyimi tapsa, 10 tümən verəcəyəm” desin. Bu qərarı qoyan şəxs cail, işi görən şəxs isə amil adlanır. Cüalə ilə, bir kəsin müəyyən iş üçün əcir olunması arasındakı fərq budur ki, ikincidə siyğə oxunandan sonra əcir olunan şəxs əməli yerinə yetirməlidir. Onu əcir edən şəxs də muzdunu ona borclu olur. Amma cüalədə hətta amil müəyyən şəxs olsa da, əməl etməyə bilər. Və nə qədər ki, əməli yerinə yetirməyib cail ona borclu deyil.Məsələ: 2281.Cail gərək aqil və baliğ olsun, qəsd və ixtiyar üzündən qərar qoysun, şər”ən öz malında təsərrüf edə bilsin. Deməli, öz malını boş və bihudə yerlərə sərf edən səfeh adamın cüaləsi səhih deyil. Məsələ: 2282.Cüalədə yerinə yetirilməsi istənilən iş haram, aqillərin qərəzindən xaric olan faydasız, yaxud, şər”ən görülməsi pulsuz olan vacibatlardan olmamalıdır. Amma əgər cail üçün müəyyən əqli qərəz mövcud olsa, eybi yoxdur. Deməli “hər kəs şərab içsə, yaxud geçə qaranlıq bir yerə getsə 10 tümən verəcəyəm” desə cüalə səhih deyil. Məsələ: 2283.Əgər vermək istədiyi malı müəyyən etsə, məsələn, “hər kəs mənim atımı tapsa bu buğdanı ona verəcəyəm” desə o buğdanın hara buğdası, qiymətinin nə qədər olduğunu deməsi lazım (ilzami) deyil. Amma əgər malı müəyyən etməsə (məsələn, “hər kəs mənim atımı tapsa, 10 “mən” buğda verəcəyəm” desə, ehtiyat-vacibə görə onun xüsusiyyətlərini dəqiq şəkildə deməlidir. Məsələ: 2284.Əgər cail iş üçün müəyyən bir muzd tə”yin etməsə məsələn, “hər kəs mənim uşağımı tapsa pul, yaxud muştuluq verəcəyəm” deyib, miqdarını tə”yin etməsə cüalə səhih deyil. Amma əgər bir kəs o işi yerinə yetirsə o işin camaat arasında dəyəri qədər həmin şəxsə muzd verməlidir. Məsələ: 2285.Əgər amil, qərar qoymamışdan əvvəl bir iş görmüş olsa, yaxud qərardan sonra pul götürməmək məqsədilə bu işi görsə, muzd almağa haqqı yoxdur. Məsələ: 2286.Amil işə başlamazdan əvvəl cail cüaləni poza bilər. Məsələ: 2287.Amil işə başlayandan sonra cail cüaləni pozmaq istəsə işkalı vardır. Məsələ: 2288. Amil başladığı işi yarımçıq qoya bilər. Amma əgər o işi tamamlamaması cailə zərər vursa onu axıra çatdırmalıdır. Məsələn, əgər bir şəxs “hər kəs mənim gözümdə cərrahiyyə əməli etsə, filan qədər pul verəcəyəm” desə və cərrah da əməliyyata başlasa, bu halda əməli tamam etməyəcəyi təqdirdə gözü eybli olacaqsa, onu axıra çatdırmalıdır. Əgər natamam qoysa, cailə bir şey çatmır, yaranan eybə də zamindir. Məsələ: 2289.Əgər amil işi yarımçıq qoysa, bu halda o iş itmiş atın tapılması kimi axıra çatdırılmayınca cail üçün faydası olmayan işlərdən olsa, amil heç nə tələb edə bilməz. Həmçinin əgər cail muzdu, işi qurtarmaq üçün qərara alsa (məsələn, “hər kəs mənim paltarımı tiksə 10 tümən, verəcəyəm” desə), amma məqsədi işin nə qədəri yerinə yetirilərsə, o qədərin də muzdunu vermək olsa, cail yerinə yetirilən miqdarın muzdunu amilə verməlidir. Amma ehtiyat budur ki, müəyyən yollarla bir-biri ilə razılaşsınlar. MÜZARİƏNİN HÖKMLƏRİMəsələ: 2290.Müzariə budur ki, yerin sahibi, yaxud yer ixtiyarında olan şəxs əkinçi ilə müamilə edib yeri onun ixtiyarında qoyur ki, o da onda əkinçilik etsin və məhsulun bir miqdarını yerin sahibinə versin.Məsələ: 2291.Müzariənin bir neçə şərti var: 1-Yerin sahibi əkinçiyə “torpağı sənə həvalə etdim”, əkinçi də “qəbul etdim” desin, yaxud heç nə danışmadan yer sahibi torpağı ona təhvil versin, əkinçi də onu təhvil alsın; 2-Yerin sahibi və əkinçi–hər ikisi mükəlləf (həddi-büluğa çatmış) və aqil olsunlar, qəsd və ixtiyar üzündən müzariəni yerinə yetirsinlər; həmçinin gərək yerin sahibi səfeh olmasın, hakimi-şər” onun, öz malında təsərrüf etməsini qadağan etməsin; Amma əkinçinin səfeh, yaxud malında təsərrüf etməkdən qadağan olunması müzariənin səhihliyinə zərər yetirmir, lakin mal sərf etməyə ehtiyaclı olsa (səhih deyil). 3-Həmin yerdən hasil olan məhsul birinə məxsus olmasın; 4-Hər birinin payı müşa” şəklində (ümumi məhsuldan) olsun; (məsələn, məhsulun yarısı, üçdə biri və s. kimi.) Və tə”yin olunmalıdır. Deməli əgər yerin bir tərəfinin məhsulunun birinin, başqa tərəfin məhsulunun isə digərinin olmasını qərara alsalar, müzariə səhih deyil. Həmçinin əgər malik “bu yerdə əkin ək, hər nə istəsən mənə ver” desə müzariə səhih deyil. 5-Yerin əkinçinin ixtiyarında olacağı müddəti müəyyən etsinlər; Bu müddət o qədər olmalıdır ki, məhsulun tədarükü mümkün olsun. Əgər müddətin əvvəlini müəyyən bir gün, axırını isə adətən mə”lum olan məhsulun yetişməsi götürsələr, kifayətdir. 6-Yerin əkin üçün qabiliyyəti olsun; Əgər əkin üçün qabiliyyəti olmasa, amma müəyyən işlər gördükdən sonra əkin üçün qabiliyyəti olsa müzariə səhihdir. 7-Əkiləcək şeyin növü mə”lum olmalıdır. Amma əgər adətən mə”lum bir şey əkilən yerdə olsalar, bu halda onun adını deməsələr də həmin əkin nəzərdə tutulur. Əgər bir neçə şey əkilirsə, əkmək istədikləri şeyin növünü müəyyən etməlidirlər. Amma əgər adət olsa, həmin qaydada əməl etməlidirlər. 8-Yerin sahibi hansı torpağı verdiyini müəyyən etsin; Deməli əgər bir-biri ilə fərqlənən bir neçə yerdə torpaq sahəsi olsa və əkinçiyə “bunların birində əkin ək” deyib onları müəyyən etməsə, müzariə batildir. 9-Əkinçiliyin, toxum və s. kimi şeylərin xərclərinin kimin öhdəsinə olmasını müəyyən etməlidilər. Amma əgər hər birinin öhdəsində olan xərclər camaat arasında mə”lum olsa kifayətdir və müəyyən etmələri lazım (ilzami) deyil. Məsələ: 2292.Əgər yerin sahibi əkinçi ilə, məhsulun müəyyən miqdarının özü üçün olmasını, yerdə qalanları isə öz aralarında bölməyi qərara alsa, bu halda o miqdar götürüləndən sonra bir şey qalacağını bilsələr, müzariə səhihdir. Məsələ: 2393.Əgər müzariənin müddəti qurtarsa, ancaq məhsul ələ gəlməsə, bu halda sahibi və əkinçi icarə ilə, yaxud icarəsiz əkinin onun yerində qalmasına razı olsalar, maneəsi yoxdur. Amma əgər yerin sahibi razı olmasa əkinçini, əkini biçməyə məcbur edə bilər və əkini biçməklə əkinçiyə zərər dəysə, əvəzini verməsi lazım (ilzami) deyil. Amma əkinçi yer sahibinə bir şey verməyə razı olsa da belə, əkinin onun yerində qalmasına məcbur edə bilməz. Məsələ: 2294 Əgər müəyyən bir hadisə səbəbi ilə yerdə əkin mümkün olmasa (məsələn su qurusa), bu halda əgər əkinin müəyyən miqdarı hasil olubsa hətta heyvana verilə biləcək ot da olsa, o miqdar qərara uyğun olaraq hər ikisinin malıdır. Qalan hissədə isə müzariə batildir. Əgər əkinçi bir şey əkməsə, bu halda torpaq onun ixtiyarında olsa, digər tərəfdən də malik heç bir təsərrüf etməmiş olsa, o müddətin icarəsini adi qaydada malikə verməlidir. Əgər əkin əkməmək səbəbi ilə o yerə xəsarət və zərər dəymiş olsa, əkinçi onu ödəməlidir. Məsələ: 2295.Əgər malik və əkinçi siyğəni oxumuş olsalar, bir-birinin razılığı olmadan müzariəni poza bilməzlər. Həmçinin əgər malik müzariə qəsdi ilə torpağını bir kəsə həvalə etsə, o da həmin qəsdlə qəbul etsə, amma siyğəni oxuyan vaxt hər ikisinin və ya onlardan birinin müamiləni pozmaq haqqı olmasını şərt etsələr, qoyduqları qərara uyğun olaraq müamiləni poza bilərlər. Məsələ: 2296.Əgər müzariə qərarından sonra malik, yaxud əkinçi ölsə müzariə pozulmur, varisləri onların yerinə keçir. Amma əgər əkinçi ölsə və əvvəlcədən də şəxsən özünün əkin işlərini yerinə yetirməsini şərt etsələr müzariə pozulur. Əgər əkin cücərmiş olsa onun payını vərəsələrinə verməlidirlər. Habelə əkinçinin malik olduğu sair hüquqlar da onun vərəsələrinə çatır. Amma yerin sahibini, əkinin həmin torpaqda qalmasına məcbur edə bilməzlər. Məsələ: 2297.Əgər əkindən sonra müzariənin batil olduğunu başa düşsələr, bu halda toxum malikin öz malı idisə, əldə olunan məhsul da onundur; yox əgər əkinçinin imişsə, əkin də onun olur. Birinci halda malikin əkinçiyə bir şey verməsi lazım (ilzami) deyil. Həmçinin ikinci halda da əkinçinin malikə bir şey verməsi lazım deyil. Məsələ: 2298.Əgər toxum əkinçinin olsa və əkindən sonra müzariənin batil olduğu mə”lum olsa, bu halda malik və əkinçi muzdla, yaxud muzdsuz əkinin o yerdə qalmasına razı olsalar, eybi yoxdur. Əgər malik razı olmasa, hətta məhsulun yetişməsindən qabaq da əkinçini, əkini biçməyə vadar edə bilər. Əkinçi da malikə bir şey verməsinə razı olsa da, onu, yeri icarəyə verməyə, əkinin o torpaqda saxlamağa məcbur edə bilməz. Həmçinin malik də əkinçiyə icarə verib əkinin onun torpağında saxlamağa məcbur edə bilməz. Məsələ: 2299. Əgər məhsul yığılıb müzariə vaxtının tamam olmasından sonra əkilən şeyin kökləri torpaqda qalıb sonrakı ildə yenə məhsul versə, bu halda malik və əkinçi əkini öz mülkiyyətindən xaric olacaq tərzdə boşlamış olsalar, mübah şey hökmündədir. Əgər bütün məhsul və onun kökünün müştərək olmasını qərara almış olsalar, onda bölməlidirlər. Əgər qərarları yalnız birinci ilin məhsulu barəsində olsa, ikinci ilin məhsulu toxum sahibinindir. |