|
||||||||||||||||||||
|
MUSAQATIN HÖKMLƏRİMəsələ: 2300. Əgər bir kəs meyvəsi özünün olan, yaxud onun ixtiyarında olan ağacları müəyyən müddətə qədər becərib su vermək üçün başqasına versə və əvəzində o meyvədən qərar qoyduqlarından müşa” qədər (ümumi halda) götürməsi əsasında müamilə etsə, bu müamiləyə musaqat deyilir.Məsələ: 2301.Musaqat müamiləsi söyüd, çinar kimi bar verməyən ağaclarda səhih deyil. Amma yarpaqlarından istifadə olunan həna və sidr ağacında, yaxud gülü gülab çəkmək üçün istifadə olunan ağaclarda eybi yoxdur. Məsələ: 2302.Musaqat müamiləsində siyğə oxunması lazım (ilzami) deyil. Hətta əgər ağacın sahibi onu, musaqat qəsdi ilə həvalə etsə və işləyən şəxs həmin qəsdlə təhvil alsa, müamilə səhihdir. Məsələ: 2303.Malik və ağacları becərməyi öhdəsinə alan şəxs mükəlləf və aqil olmalıdırlar, bir kəs onları (bu işə) məcbur etməməlidir. Habelə malikin şərtlərindən biri də budur ki, səfeh olmasın və öz malında hakimi-şər”in tərəfindən təsərrüf etməsi qadağan olunmamalıdır. Amma işləyənin səfeh olmaması, öz malında təsərrüf etməsinin qadağan olunmaması şərt deyil. Ancaq öz malında təsərrüf etmək qəsdi olsa, şərtdir. Məsələ: 2304.Musaqatın müddəti mə”lum olmalıdır. Əgər onun əvvəlini müəyyən tərzdə tə”yin edib axırını da həmin ilin meyvələri yetişən vaxt götürsələr səhihdir. Məsələ: 2305.Gərək hər birinin payı məhsulun yarısı, üçdə biri və s. kimi olsun. Əgər məsələn meyvənin bir tonu malikin, qalanları isə işləyən kəsin olmasını qərara alsalar, müamilə batildir. Məsələ: 2306.Musaqat müamilə qərarı meyvənin zahir olmasından bağlanmalıdır. Əgər zahir olmasından sonra və yetişməzdən qabaq bağlasalar, bu halda əgər ağacı, meyvəni becərmək üçün lazım olan suvarmaq kimi işlərdən qalmış olsa, müamilə səhihdir. Əks halda–hətta meyvələri yığmaq və saxlamaq kimi işlər də olsa, işkalı vardır. Məsələ: 2307.Musaqat müamiləsi qarpız, yemiş, xiyar və s. kimi tərəvəzlərdə səhih deyil. Məsələ: 2308.Yağış suyu, yaxud yerin rütubətini cəzb edib suvarılmağa ehtiyacı olmayan ağaclar meyvənin lətafətli olmasına səbəb olan belləmək, gübrə vermək, dərman səpmək kimi işlərə ehtiyacı olsa, o işlərdə musaqat müamiləsi səhihdir. Amma əgər o işlərin meyvənin artmasında, yaxud lətafətli olmasında tə”siri olmasa, musaqat müamiləsinin işkalı var. Məsələ: 2309.Musaqat qərarı bağlayan iki nəfər bir-birinin razılığı ilə müamiləni poza bilərlər. Həmçinin əgər musaqat siyğəsini oxuyan vaxt hər ikisinin, yaxud onlardan birinin müamiləni pozmaq haqqına malik olmasını şərt etsələr, qoyulan qərara müvafiq olaraq müamiləni pozmağın eybi yoxdur. Hətta əgər müamilədə müəyyən bir şərt etsələr və əməli olaraq yerinə yetirilməsə, nəf”inə şərt qoyulan tərəf müamiləni poza bilər. Məsələ: 2310.Əgər malik ölsə musaqat müamiləsi pozulmur, vərəsələri onun yerinə keçir. Məsələ: 2311. Ağacları becərməyi öhdəsinə alan şəxs ölsə, bu halda əqddə, onları şəxsən özü becərməsi şərt edilməyibsə vərəsələri onun yerini tutur. Amma özləri işi görməsələr və başqasını əcir və fəhlə tutmasalar, hakimi-şər” meyyitin malından əcir və fəhlə tutub məhsulu meyyitin vərəsələri ilə malikin arasında bölməlidir. Əgər onun özünün ağacları becərməsini şərt etmiş olsalar, bu halda başqasına həvalə etmələri şərt olunubsa onun ölümü ilə musaqat müamiləsi pozulur. Əgər belə qərar qoymamış olsalar, malik əqdi poza da bilər, yaxud onun vərəsələrinin və ya onların əcir tutduqları şəxsin ağacları becərməsinə razı ola bilər. Məsələ: 2312.Əgər bütün məhsulun malikə verilməsini şərt etsələr, musaqat batil, meyvələr isə malikindir. İşləyən kəs əcir, muzd tələb edə bilməz. Məsələ: 2313.Əgər torpaq sahəsini başqasına, orada ağac əkib əldə olunan məhsulun hər ikisinin olsun deyə, həvalə etsə, ehtiyat-vacibə görə müamilə batildir: əgər, ağaclar yer sahibinindirsə, becərdikdən sonra da onun malıdır, becərən şəxsin muzdunu verməlidir. Bu şərtlə ki, qərar qoyulan miqdardan artıq olmasın; yox əgər ağaclar onu becərən şəxsin olsa, becərəndən sonra da onun malıdır, onları oradan çıxarda bilər. Amma (çıxartsa) əmələ gələn boşluqları, çalaları doldurmalı, ağacları əkdiyi gündən e”tibarən yerin icarəsini sahibinə verməlidir. Bu şərtlə ki, qərara alınan miqdardan artıq olmasın. Malik də onu, ağaclarını çıxartmağa məcbur edə bilər. Bu halda ağacları çıxartmaq vasitəsilə eyb yaransa, onun səhih torpaqla olan qiymətinin təfavütünü ağacların sahibinə verməlidir. Onu, icarə ilə və ya icarəsiz ağacların o yerdə qalmasına məcbur edə bilməz. ÖZ MALLARINDA TƏSƏRRÜF EDƏ BİLMƏYƏN ŞƏXSLƏRMəsələ: 2314.Həddi-büluğa çatmayan uşaq şər”ən öz malında təsərrüf edə bilməz. Həddi-büluğa çatmağın nişanələri üç şeydən biri ola bilər:1-Qarnının altında, ovrətinin üstündə qalın tüklərin göyərməsi; 2-Məninin gəlməsi; 3-Kişilərdə 15 yaşın (qəməri illə) və qadınlarda 9 yaşın (qəməri illə) tamam olması. Məsələ: 2315.Üzdə, bığ yerində, sinədə, qoltuğun altında qalın tüklərin göyərməsi, səsin qalınlaşması və s. həddi-büluğa çatmağın əlaməti deyildir. Amma əgər bunların vasitəsilə həddi-büluğa çatmaq yəqin olunsa, deməli həddi-büluğ nişanələridir. Məsələ: 2316.Dəli və səfeh (yə”ni öz malını əbəs yerlərə sərf edən) şəxs öz malında təsərrüf edə bilməz. Onların etdiyi təsərrüflər qəyyumlarının nəzarəti altında olmalıdır. Cameüş-şərait müctehidin, malında təsərrüf etməsini qadağan etdiyi müflis də eyni qayda ilə. Məsələ: 2317.Bə”zi vaxtlarda ağıllı, bə”zi vaxtlarda isə dəli olan bir şəxsin, dəli olduğu vaxtlarda öz malında təsərrüf etməsi səhih deyil. Məsələ: 2318.İnsan ölüm yatağında olan xəstəlikdə öz malından lazım olan qədər özünə, əhli-əyalına, qonaqlarına, israf olmayan sair işlərə xərcləyə bilər. Əzhər budur ki, əgər öz malını bir kəsə bağışlasa, yaxud öz qiymətindən ucuz satsa və ya icarəyə versə, hətta üçdə birindən çox olsa və vərəsələri icazə verməsə də, onun təsərrüf etməsi səhihdir. VƏKALƏTİN HÖKMLƏRİVəkalət odur ki, insan, dəxalət edə biləcəyi bir işi onun tərəfindən yerinə yetirsin deyə, başqasına tapşırsın. Məsələn, bir kəsi, onun evini satmaq, yaxud bir qadını onun əqdinə keçirməyə vəkil etsin. Deməli öz malını boş, əbəs yerlərə məsrəf edən səfeh adamın, öz malında təsərrüf etmək haqqı olmadığından; habelə hakimi-şər”in malında təsərrüf etməsini qadağan etdiyi bir şəxs öz malını satmaq üçün bir kəsi vəkil edə bilməzlər.Məsələ: 2319.Vəkalətdə siyğə oxunması lazım (ilzami) deyil. Əgər insan başqasını vəkil etdiyini, o da qəbul etdiyini başa salsa, (məsələn, öz malını bir kəsə satmaq üçün versə, o da malı qəbul etsə) vəkalət səhihdir. Məsələ: 2320.Əgər insan başqa şəhərdə olan bir şəxsi vəkil edib onun üçün vəkalətnamə göndərsə və o da qəbul etsə, hətta vəkalətnamə müəyyən müddətdən sonra çatsa da, vəkalət səhihdir. Məsələ: 2321.Müvəkkil–yə”ni başqasını vəkil edən bir kəs, habelə vəkil olan şəxs baliğ və aqil olmalı, qəsd və ixtiyar üzündən bu işi görməlidirlər. Yaxşını-pisi başa düşən müməyyiz uşaq təkcə siyğə oxumaqda vəkil olsa və siyğəni onun şərtləri daxilində oxusa, oxuduğu siyğə səhihdir. Məsələ: 2322. İnsan görə bilmədiyi, yaxud şər”ən görməməli olduğu bir işi yerinə yetirmək üçün başqası tərəfindən vəkil ola bilməz. Məsələn, həcc ehramında olan bir kəs əqd siyğəsi oxumamalı olduğundan, siyğəni oxumaq üçün başqasının tərəfindən vəkil ola bilməz. Məsələ: 2323.Əgər insan bir kəsi özünün bütün işlərini görmək üçün vəkil etsə, səhihdir. Amma əgər, işlərindən birini görmək üçün vəkil edib, amma onu müəyyənləşdirməsə, vəkalət səhih deyil. Məsələ: 2324.Vəkalət caiz əqddir və iki tərəfdən hər biri onu poza bilər. Amma əgər əqddə lazımlılıq şərt olunsa, məsələn, övlad öz mağazasını atasına satıb bey” əqdində oğulun vəkil olub mağazanı beş il müddətində özünə, yaxud başqasına icarə verməyi və icarə haqqını ödəməyi şərt etsələr bu halda ata oğlunun vəkalətini poza bilməz. Bundan başqa hallarda əgər müvəkkil vəkili vəkalətdən çıxartsa, bunun xəbəri ona çatandan sonra həmin işi görə bilməz. Amma xəbər çatmamışdan qabaq o işi görsə, səhihdir. Məsələ: 2325.Vəkil vəkalətini geri götürə bilər. Müvəkkil qaib də olsa eybi yoxdur. Məsələ: 2326.Vəkil, ona həvalə edilən işi yerinə yetirmək üçün başqasını vəkil edə bilməz. Lakin müvəkkil, onun vəkil tutmasına icazə vermiş olarsa, ona dediyi qaydada əməl edə bilər. Həmçinin əgər, zahirən də, vəkil tutulmasına icazə verməsi mə”lum olsa da bu qayda ilə. Məsələn, əgər işdən vəkilin özünün yerinə yetirə bilməyəcəyi mə”lum olsa və müvəkkil “mənim üçün vəkil tut” desə, onun tərəfindən vəkil tutmalıdır. Öz tərəfindən bir kəsi vəkil tuta bilməz. Məsələ: 2327.Əgər insan, öz müvəkkilinin icazəsi ilə onun tərəfindən bir kəsi vəkil tutsa, o vəkili vəkalətdən çıxarda bilməz. Əgər onun vəkili ölsə, yaxud müvəkkil birinci vəkili vəkalətdən çıxartsa, ikinci vəkalət batil olmur. Məsələ: 2328.Əgər vəkil, müvəkkilin icazəsi ilə bir kəsi öz tərəfindən vəkil etsə, həm müvəkkil, həm də birinci vəkil onu vəkalətdən çıxarda bilərlər. Əgər birinci vəkil ölsə, yaxud vəkalətdən çıxarılsa ikincinin vəkaləti batil olmur. Məsələ: 2329.Əgər bir kəs bir neçə nəfəri müəyyən bir iş üçün vəkil etsə və onların hər birinin ayrılıqda o işə başlamasına icazə versə, onlardan hər biri o işi yerinə yetirə bilərlər. Əgər onlardan biri ölsə və ya vəkalətdən çıxarılsa, sair vəkillərin vəkaləti batil olmur. Amma əgər bir işi birlikdə, yaxud təklikdə yerinə yetirməyə vəkil olmalarını deməsə, sözündən də birlikdə və ya təklikdə yerinə yetirmələri mə”lum olmasa, yaxud birlikdə işləyəcəklərini desə təklikdə işə başlaya bilməzlər. Əgər işi birlikdə yerinə yetirməyə vəkil olsalar və onlardan biri ölsə, sair vəkillərin də vəkaləti batil olur Amma müvəkkilin kəlamının anlaşılmaz olduğu halda başqalarının vəkaləti, onlardan birinin ölməsi ilə aradan getmir. Məsələ: 2330.Əgər vəkil və ya müvəkkil ölsə, vəkalət batil olur. həmçinin əgər təsərrüf etməyə vəkil olduğu şey aradan getsə (məsələn, qoyunu satmaq üçün vəkil olsa və qoyun da ölsə) vəkalət batil olur. Onlardan biri dəli olsa və ya huşdan getsə dəlilik, yaxud bihuşluq vaxtında vəkalətin tə”siri yoxdur. Amma dəliliyin və ya bihuşluğun aradan qalxmasından sonra bir əməli yerinə yetirə bilməyən tərzdəki vəkalət məhəlli-işkaldır. Məsələ: 2331.Əgər insan bir kəsi müəyyən iş üçün vəkil edib onun üçün bir şey verməyi qərara alsa, o iş yerinə yetiriləndən sonra həmin şeyi ona verməlidir. Məsələ: 2332.Əgər vəkil, ona verilən malı saxlamaqda səhlənkarlıq etməsə və ona icazə verilən miqdardan başqa təsərrüf etməsə və təsadüfən, mal tələf olub aradan getsə onun əvəzini verməməlidir. Məsələ: 2333.Əgər vəkil, ixtiyarında olan malı saxlamaqda səhlənkarlıq etsə, yaxud ona icazə veriləndən əlavə təsərrüf etsə və o mal da aradan getsə, zamindir. Deməli əgər bu satış üçün verilən paltarı geysə və tələf olsa, əvəzini verməlidir. Məsələ: 2334.Əgər vəkil, malda ona icazə veriləndən başqa təsərrüf etsə (məsələn, satmaq üçün verilən paltarı geysə) və sonradan ona icazə verilən təsərrüf etsə, o təsərrüfü səhihdir. BORCUN HÖKMLƏRİBorc vermək müstəhəb işlərdəndir ki, Quran ayələrində və hədislərdə ona dair çoxlu sifariş edilmişdir. Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki: “Hər kəs öz müsəlman qardaşına borc versə onun malı artar, məlaikələr ona rəhmət göndərərlər. Əgər ona borclu olan şəxslə müdara etsə, hesab-kitabsız, sür”ətlə Sirat körpüsündən keçəcək. Əgər bir müsəlman öz müsəlman qardaşından borc istəyəndə verməsə, behişt ona haram olar.” Həmçinin başqa rəvayətdə gəlib ki, sədəqənin savabı birə on qat, borcun savabı isə birə on yeddi qat artıqdır.Məsələ: 2335.Borcda siyğə oxunması lazım (ilzami) deyil. Hətta əgər bir şeyi borc niyyəti ilə bir kəsə versə və o da həmin məqsədlə qəbul etsə, səhihdir. Məsələ: 2336.Əgər borcda müəyyən vaxtda qaytarılmasını şərt etsələr, həmin vaxt çatmazdan əvvəl borc sahibinin (borcu) qəbul etməsi vacib deyil. Amma əgər borcun qaytarılması üçün vaxt tə”yin olunması yalnız borc alan şəxsin həmrahlığı üçün olarsa, o vaxtdan qabaq da borcu qaytarsa, qəbul etməlidir. Məsələ: 2337.Əgər borc siyğəsində onu qaytarmaq üçün vaxt tə”yin etsələr, borc sahibi o müddətin tamam olmasından qabaq öz borcunu tələb edə bilməz. Amma əgər müddəti tə”yin olunmasa, hər vaxt istəsə, öz borcunu tələb edə bilər. Məsələ: 2338.Əgər borc sahibi öz borcunu, tələb etməyə haqlı olduğu vaxt istəsə və borclu da verə bilsə dərhal verməlidir, tə”xirə salsa, günahkardır. Məsələ: 2339.Əgər borclu şəxsin öz şə”ninə layiq olan və içində oturduğu ev, mənzil avadanlıqları və ehtiyacı olan sair şeylərdən başqa heç nəyi olmasa, borc sahibi öz borcunu ondan tələb edə bilməz: öz borcunu verməyə qadir olduğu vaxta qədər gözləməlidir. Məsələ: 2340.Borclu olan və öz borcunu verə bilməyən bir şəxs kəsb-qazanc edə bilərsə və bu işin onun üçün məşəqqəti olmazsa, vacibidir ki, qazanc edib borcunu qaytarsın. Məsələ: 2341.Borc sahibini tapa bilməyən bir şəxs onun özünü, yaxud onun varislərini tapacağına ümidi olmasa, ehtiyata görə gərək cameüş-şərait müctehidin icazəsi ilə borcunu fəqirə versin. Əgər borc sahibi seyyid olmasa, ehtiyat-vacib budur ki, onu seyyid fəqirə verməsin. Məsələ: 2342.Əgər meyyitin malı, kəfən və dəfnin vacibatının xərclərindən və borclarından artıq olmasa həmin işlərə sərf etməlidirlər. Varislərinə heç nə çatmır. Məsələ: 2343.Əgər bir kəs müəyyən qədər qızıl, gümüş, misli olan sair şeylər borc etsə və qiyməti azalsa, yaxud bir neçə qat artsa, bu halda götürdüyü qədəri qaytarsa, kifayətdir. Amma əgər hər iki tərəf ondan başqasına razı olsalar eybi yoxdur. Məsələ: 2344. Əgər borc etdiyi mal aradan getməsə və malın sahibi də həmin şeyi istəsə ehtiyat-vacib budur ki, şəxs həmin malı ona qaytarsın. Məsələ: 2345.Borc verən şəxs verdiyi miqdardan artıq alacağını (məsələn, bir “mən” buğda verib bir “mən” yarım alacağını şərt etsə, yaxud 10 ədəd yumurta verib 11 ədəd alacağını) şərt etsə sələm və haramdır. Hətta əgər borc verdiyi adamın onun üçün müəyyən bir iş görməsini də şərt etsə, yaxud borc etdiyi şeyə başqa bir şey əlavə edərək qaytarmasını (məsələn, borc aldığı bir tümən pulu, bir kibritlə qaytarmasını) şərt etsə, sələm və haramdır. Həmçinin onunla, borc aldığı şeyi məxsus halda (məsələn, müəyyən qədər e”mal olunmamış qızıl verib, bir şey düzələrək qaytarmasını) şərt etsə, yenə də sələm və haramdır. Lakin belə şərt edilmədən borclunun özü aldığından çox versə, eybi yoxdur, hətta müstəhəbdir də. Məsələ: 2346.Sələm vermək sələm almaq kimi haramdır. Sələmli borc götürən bir kəs onun maliki olmur və onda təsərrüf edə bilməz. Amma əgər sələm qərarı qoymadan da pulun sahibi borc alanın pulda təsərrüf etməsinə razı olardısa, borc alan şəxs onda işkalsız təsərrüf edə bilər. Məsələ: 2347.Əgər buğda və sair toxumları sələm borcu kimi alıb taxıl əksə, məhsulu borc verən şəxsindir. Məsələ: 2348.Əgər bir paltarı zimməsinə alıb sonradan sələm kimi aldığı, yaxud sələmə qarışmış halal puldan paltarın sahibinə versə, bu halda onu alan vaxt məqsədi bu puldan vermək olarsa, o paltarı geymək caiz deyil, onda namaz qılmaq ehtiyata görə batildir; yox əgər alan vaxtı məqsədi bu olmayıbsa, o paltarı geymək caiz, onda namaz qılmaq səhihdir. Həmçinin əgər onun sələm, yaxud harama qarışmış halal pulu olsa və satıcıya “bu paltarı bu pul ilə alıram” desə, o paltarı geymək haramdır. Əgər o paltarı geyməyin haram olmasını bilsə, ehtiyat-vacibə görə o paltarda namaz batildir. Məsələ: 2349.Əgər insan müəyyən miqdarda pulu başqa şəhərdə onun tərəfindən az alsın deyə, tacirə versə eybi yoxdur. Buna “bərat sərfi” deyilir. Bu ona oxşayır ki, öz borcunun bir qismindən keçmiş olsun. Həmçinin əgər bir kəsə pul versə və həmin miqdarda başqa şəhərdə alacağını şərt etsə, eyni qayda ilə (eybi yoxdur). Məsələ: 2350.Əgər bir qədər pulu bir neçə gündən sonra başqa şəhərdə artıq alsın deyə, bir kəsə versə (məsələn, 990 tümən verib 10 gündən sonra başqa bir şəhərdə 1000 tümən almaq istəsə) sələm və haramdır. Amma əgər artıq alan kəs artığın müqabilində müəyyən bir şey versə və ya bir iş görsə, eybi yoxdur. Məsələ: 2351.Əgər bir kəsin başqasında çəki, yaxud peymanə ilə ölçülməyən bir şey borcu olsa, onu borclu şəxsə, yaxud başqasına ucuz qiymətə verib pulunu nəqd ala bilər. Deməli, hazırkı zəmanəmizdə borc sahibinin borclu şəxsdən aldığı bərat, yaxud səftələri (qəbzləri) banka, yaxud başqa şəxsə öz borcundan az qiymətə satıb pulun qalanını nəqd ala bilər. Çünki adi əskinaslar çəki və peymanə ilə müamilə olunmur. |