|
||||||||||||||||||||
|
HƏVALƏ VERMƏYİN HÖKMLƏRİMəsələ: 2352.Əgər insan borc verdiyi şəxsə öz borcunu başqasından almaq üçün həvalə (qəbz) versə və borc sahibi də qəbul etsə həvalə düzələndən sonra həvalə olunan şəxs borclu olur, daha borc sahibi verdiyi borcu birinci şəxsdən tələb edə bilməz.Məsələ: 2353.Borclu, borc sahibi və borcunun həvalə olunduğu şəxs mükəlləf, aqil olmalıdır və bir kəs onları bu işə məcbur etməməlidir. Həmçinin səfeh də olmamalı, mallarını bihudə yerlərə sərf etməməlidirlər. Həmçinin əgər cameüş-şərait müctehid bir kəsin, müflis olma səbəbilə öz malında təsərrüf etməsini qadağan etsə, borcunu başqasından alsın deyə, ona həvalə vermək olmaz. Özü də başqasına həvalə verə bilməz. Amma əgər ona borclu olmayan bir şəxsə həvalə versə, eybi yoxdur. Məsələ: 2354.Əgər borclu olan bir kəsə həvalə versələr ehtiyat-vacib budur ki, həvalə onun razılığı və qəbul etməsi ilə olsun. Amma borclu olmayan şəxsə həvalə vermək o halda səhih sayılır ki, onu qəbul etsin. Həmçinin əgər insan müəyyən mal borclu olduğu bir kəsə başqa bir şey həvalə versə (məsələn, arpa borclu olduğu adama buğda həvaləsi versə), o qəbul etməyincə, səhih deyildir. Məsələ: 2355. İnsan həvalə verdiyi vaxt borclu olmalıdır. Deməli əgər bir kəsdən borc almaq istəsə, nə qədər ki, ondan borc etməyib və ona borclu olmayıbdır, onu sonradan borc verəcəyi bir kəsə həvalə versələr və o kəs də götürsə, həvalə səhih deyil. Məsələ: 2356.Həvalə verən və borc sahibi həvalənin miqdarını və növünü bilməlidirlər. Deməli əgər misal üçün, bir nəfərə 10 “mən” buğda və 100 tümən pul borclu olsa və ona “iki borcundan birini filan kəsdən götür” deyib onu tə”yin etməsə, həvalə düzgün deyil. Məsələ: 2357.Əgər borc həqiqətdə müəyyən olsa, amma borclu və borc sahibi həvalə verən vaxt onun miqdarını və ya növünü bilməsələr, həvalə səhihdir. Məsələn, bir kəsin borcunu dəftərdə yazmış olsalar və dəftəri görmədən həvalə verib sonra dəftəri görsə və borc sahibinə borcunun miqdarını desə, həvalə səhihdir. Məsələ: 2358.Borc sahibi həvaləni–hətta həvalə olan şəxs fəqir olmasa da və həvaləni verməkdə səhlənkarlıq etməsə də, qəbul etməyə bilər. Məsələ: 2359.Əgər borclu olmayan bir kəsə həvalə versələr və o da həvaləni qəbul etsə, həvaləni verməmişdən qabaq onun bir miqdarını həvalə verəndən ala bilməz. Amma əgər borc sahibi öz borcunu az miqdarla sülh etsə həvaləni qəbul edən şəxs həvalə olunan şeyin miqdarının hamısını həvalə verəndən tələb edə bilər. Məsələ: 2360.Həvalə düzələndən sonra həvalə verən və həvalə olunan şəxs həvaləni poza bilməzlər. Hərgah həvalə olunan şəxs həvalə vaxtında fəqir olmasa, yə”ni borcda istisna olunan şeylərdən başqa bir malı olsa və həvaləni verə bilsə, sonradan fəqir də olsa, borc sahibi həvaləni poza bilməz. Həmçinin əgər həvalə vaxtında fəqir olsa və borc sahibi də onun fəqir olduğunu bilsə eyni qayda ilə (poza bilməz). Amma fəqir olmasını bilməyib sonradan başa düşsə, hətta o vaxt mal-dövləti olsa da borc sahibi həvaləni pozub borcunu həvalə verəndən ala bilər. Məsələ: 2361.Əgər borclu, borc sahibi və həvalə olunan şəxs, yaxud onlardan biri həvaləni pozmaq haqqı qoymuş olsalar, ona uyğun olaraq həvaləni poza bilərlər. Məsələ: 2362.Əgər həvalə verən şəxsin özü borc sahibinin borcunu verə bilsə, bu halda ona həvalə olunan şəxsin xahişi ilə olsa, onun öhdəsindən götürülür və verdiyi şeyi ondan ala bilər. Əgər onun xahişi olmadan versə, məqsədi də onu almamaq olsa, verdiyi şeyi ondan ala bilməz. RƏHNİN (GİROV) HÖKMLƏRİMəsələ: 2363.Rəhn, yaxud vəsiqə qoymaqdan məqsəd budur ki, borclu şəxs öz malının bir miqdarını borc aldığı şəxsin yanına qoyur ki, əgər borcunu vaxtında qaytara bilməsə o maldan götürsün.Məsələ: 2364.Rəhndə siyğə oxunması lazım (ilzami) deyil; elə borclu olan şəxs öz malını girov niyyəti ilə borc sahibinə versə və borc sahibi də həmin niyyətlə qəbul etsə rəhn səhihdir. Məsələ: 2365.Malı girov qoyan və girov götürən şəxs mükəlləf, aqil olmalı, bir kəs onları məcbur etməməlidir. Həmçinin girov qoyan şəxs səfeh olmamalıdır. Habelə, müflisləşmə səbəbilə cameüş-şərait müctehid onu, mal-dövlətində təsərrüf etməsini qadağan etsə, öz malını girov qoya bilməz. Məsələ: 2366. İnsan şər”ən təsərrüf edə bildiyi malı girov qoya bilər. Əgər başqa bir şəxsin malını girov qoysa, o vaxt səhih olar ki, o malın sahibi razı olduğunu desin. (Məsələn, bizim zamanda haqq sahibinin haqqının qaytarılması üçün qoyulan vəsiqələr kimi.) Məsələ: 2367.Girov qoyulan şey, al-veri səhih olan şeylərdən olmalıdır. Deməli şər”ən maliyyəti olmayan şərab, qumar alətləri və ya camaat arasında maliyyəti olmayan şeylərin girov qoyulması səhih deyildir. Məsələ: 2368.Girov qoyulan şeyin mənfəəti onun sahibinindir. Məsələ: 2369.Girov qoyan və alan şəxs girov qoyulan şeyi bir-birinin icazəsi olmadan kiminsə mülkünə keçirə bilməz. (Məsələn, bağışlaya, yaxud sata bilməz.) Amma əgər onlardan biri onu bağışlasa, yaxud satsa və sonra isə digəri razı olduğunu bildirsə, eybi yoxdur. Məsələ: 2370.Əgər borc sahibi girov götürdüyü şeyi, borclu olan şəxsin icazəsi ilə satsa, rəhn batil olur, pulu da rəhn olmur. Amma əgər satmaqda vəkalətin qəbul edilməsi, pulun rəhn qoyulması ilə şərtlənsə, səhihdir. Məsələ: 2371.Əgər borcu qaytarmalı olduğu vaxt borc sahibi istəsə və o da verməsə, borc sahibi girov qoyulan şeyi satıb borcunu götürə, artıq qalanlarını isə borclu olana qaytara bilər. Əgər cameüş-şərait müctehidi tapsa, ehtiyat-vacibə görə onu satmaqda ondan icazə almalıdır. Məsələ: 2372.Əgər borclu olan şəxsin öz şə”ninə layiq olan ev, onda olub ehtiyac duyulan mənzil avadanlıqlarından başqa bir şeyi olmasa, borc sahibi öz borcunu ondan tələb edə bilməz. Amma əgər girov qoyduğu şey ev və ev əşyaları olsa, borc sahibi onu satıb öz borcunu götürə bilər. Məsələ: 2373.Ehtiyat-vacibə görə girov borc sahibinə təhvil verilmədən gerçəkləşmir. Məsələ: 2374.Bə”zi camaat arasında belə qayda var ki, ev sahibinə bir qədər borc verib onun evini girov götürürlər. Bu şərtlə ki, icarə haqqını az versinlər., yaxud ümumiyyətlə icarə pulu verməsinlər. Buna “rəhnli ev” deyilir. Bu iş riba və haramdır. Onun səhih yolu budur ki, əvvəl evi icarəçiyə müəyyən qiymətə icarə versinlər, (hətta az məbləğdə də olsa) icarədə də şərt etsinlər ki, icarəçi filan məbləğ borcu ona versin. Bu halda riba deyil, halaldır və rəhn sayılmır. ZAMİN OLMAĞIN HÖKMLƏRİMəsələ: 2375.Əgər bir kəs başqasının borcunu vermək üçün zamin olsa, onun zəmanəti o vaxt səhih olar ki, hər hansı bir kəlmə ilə–hətta ərəbcə olmasa da, borc sahibinə desin ki, mən sənin borcunu verməyə zamin oldum. Borc sahbi də öz razılığını bildirsin. Amma borclu olan şəxsin razı olması şərt deyil. Həmçinin zəmanət qərarını imzalamaqla, yaxud bu mətləbi borc sahibinə başa salan hər hansı bir işlə də etmək olar ki, onun özü də əməli olaraq qəbul etsin.Məsələ: 2376.Zamin və borc sahibi mükəlləf və aqil olmalıdır, bir kəs onları bu işə məcbur etməməlidir. Həmçinin öz malını əbəs yerlərə xərcləyən səfeh də olmamalıdır. Müflisləşmə səbəbi ilə cameüş-şərait müctehid, malında təsərrüf etməsini qadağan edən bir kəsin öz borcunun hesabından başqası zamin ola bilməz. Amma bu şərtlər borclu şəxsdə yoxdur. Məsələn, əgər bir kəs uşaq, dəli və səfehin borcunu verməyə zamin olsa borc sahibi də qəbul etsə zəmanət səhihdir. Məsələ: 2377. Əgər özünün zamin olması üçün bir şərt edib “borclu olan şəxs sənin borcunu verməsə mən verərəm” desə ehtiyat-vacib budur ki, onun zamin olmasına e”tina etməsin. Məsələ: 2378.İnsanın borcunu qaytarmasına zamin olduğu bir kəs borclu olmalıdır. Deməli əgər bir kəs başqasından borc etmək istəsə, borc etməyincə, insan ona zamin ola bilməz. Məsələ: 2379.İnsan o vaxt zamin ola bilər ki, borc sahibi, borclu olan şəxs və borc olunan şey–hamısı müəyyən olunsun. Deməli, iki nəfərin bir nəfərdə borcu olsa və insan “mən zaminəm ki, sizlərdən birinin borcunu qaytarım” desə, hansının borcunu qaytaracağını müəyyən etmədiyi üçün ehtiyat-vacibə görə onun zamin olması batildir. Həmçinin əgər bir nəfərin iki nəfərdə borcu olsa və insan “mən zaminəm ki, o iki nəfərdən birinin borcunu sənə verim” desə, hansının borcunu qaytaracağını müəyyənləşdirmədiyi üçün, ehtiyat-vacibə görə zamin olması batildir. Həmçinin əgər bir nəfərin başqasında misal üçün, 10 “mən” buğda və 100 tümən pul borcu olsa və insan “mən sənin iki şeyindən birinə zamin oluram” deyib buğdanın, yoxsa pulun zamini olduğunu müəyyənləşdirməsə, ehtiyat-vacibə görə səhih deyildir. Məsələ: 2380.Əgər borc sahibi öz borcunu zamin olan şəxsə bağışlasa, o, borclu olan şəxsdən bir şey ala bilməz. Əgər bir miqdarını bağışlasa, o miqdarı tələb edə bilməz. Məsələ: 2381.Əgər insan bir kəsin borcunu qaytarmağa zamin olsa, zəmanətindən geri çəkilə bilməz. Məsələ: 2382.Zamin olan şəxs və borc sahibi, ehtiyat-vacibə görə istədikləri vaxt zaminin zəmanətini poza biləcəklərini şərt edə bilməzlər. Məsələ: 2383.Əgər insan zamin olan vaxt borc sahibinin borcunu verə bilsə, hətta sonradan fəqir olsa da, borc sahibi onun zamin olmasını pozub öz borcunu birinci borcludan tələb edə bilməz. Həmçinin əgər həmin vaxt onun borcunu verə bilməsə, amma borc sahibi bunu bilsə və onun zamin olmasına razı olsa da eyni qayda ilə. Məsələ: 2384.Əgər insan zamin olduğu vaxt borclunun borcunu verə bilməsə, borc sahibi də o vaxt onu bilməyib sonradan başa düşsə zəmanəti poza bilər. Amma əgər borc sahibi bu məsələni başa düşməmişdən qabaq zaminin borcu qaytarmağa qüdrəti çatsa, bu halda o, zəmanəti pozmaq istərsə, işkalı vardır. Məsələ: 2385.Əgər bir kəs borclunun icazəsi olmadan onun borclarını verməyə zamin olsa, ondan bir şey ala bilməz. Məsələ: 2386.Əgər bir kəs borclu olan şəxsin icazəsi ilə onun borcunu verməyə zamin olsa zamin olduğu miqdarı verdikdən sonra ondan tələb edə bilər. Amma əgər borclu olduğu malın yerinə başqa bir malı borc sahibinə versə, verdiyi şeyi ondan tələb edə bilməz. Məsələn, əgər 10 “mən” buğda borclu olsa və 10 “mən” düyüyə zamin olsa, düyünü ondan tələb edə bilməz. Amma əgər özü düyü verməsinə razı olsa, eybi yoxdur. KƏFALƏTİN HÖKMLƏRİMəsələ: 2387.Əgər bir kəsin başqasının boynunda haqqı (məsələn, borc, qisas, diyə və s. kimi) olsa, yaxud məhkəmədə baxılmağa qabiliyyəti olan və isbat olunması mümkün olan müəyyən haqqı iddia etsə, bu halda insan haqq sahibi və ya iddiaçıya müttəhim şəxsi buraxmasını zamin olsa, belə ki, hər vaxt onu istəsə, təhvil verə bilsin, bu qərara kəfalət, bu işə zamin olan şəxsə isə kəfil deyilir.Məsələ: 2388. Kəfalət o zaman səhihdir ki, kəfil, hətta ərəbcə olmayan hər hansı bir kəlmə, yaxud əməl ilə tələbkara başa salsın ki, hər vaxt sənə borclu olan şəxsi istəsən, təhvil verəcəyəm, tələbkar da qəbul etsin. Məsələ: 2389.Kəfil olan şəxs mükəlləf və aqil olmalı, bir kəs onu kəfalətə məcbur etməməli, kəfili olduğu şəxsi də hazır edə bilməlidir. Məsələ: 2390.Aşağıdakı 7 şey kəfaləti pozur: 1-Kəfil olan şəxs borclu şəxsi haqq sahibinə qaytarsa; 2-Haqq sahibinin haqqı ödənmiş olsa; 3-Haqq sahibi öz haqqından keçsə; 4-Borclu olan şəxs ölsə; 5-Haqqı olan şəxs kəfili, kəfalətdən azad etsə; 6-Kəfil olan şəxs ölsə; 7-Haqq sahibi olan şəxs həvalə və ya başqa yollarla öz haqqını başqasına həvalə etsə. Məsələ: 2391.Əgər bir kəs borclu olan şəxsi haqq sahibinin əlindən zorla buraxdırsa, onda ya onu borc sahibinə təhvil verməlidir, ya da borc sahibinin haqqını qaytarmalıdır. Məsələ: 2392.Kəfalətdə haqq öhdəsində olan şəxsin razılığı lazım (ilzami) deyil; deməli borcu olan şəxsin razılığı şərt deyil. Məsələ: 2393.Əgər kəfalət borclu olan şəxsin icazəsi ilə olsa, kəfil də haqq sahibinin borcunu qaytarmağa naçar olsa, onu borclu olan şəxsdən almağa haqqı var. Amma əgər onun icazəsi ilə olmasa, almağa haqqı yoxdur. |