|
||||||||||||||||||||
|
VƏDİ”Ə (ƏMANƏT)-İN HÖKMLƏRİMəsələ: 2394.Əgər insan öz malını bir kəsə verib “sənin yanında əmanət qalsın” desə o da qəbul etsə; yaxud bir söz danışmadan, mal sahibi öz malını saxlamaq üçün ona verdiyini, o da saxlamaq məqsədi ilə qəbul etdiyini başa salmaq istəsələr, vədi”ənin (əmanətin) hökmünə əməl etməlidirlər. (Bu hökmlər sonradan deyiləcək.)Məsələ: 2395.Əgər bir kəs bir əmanəti qəbul etsə, onu saxlamaqda səhlənkarlıq etməməli, hər vaxt malın sahibi almaq istəsə, təhvil verməlidir. Məsələ: 2396.Əmanət alan və malını əmanət verən şəxs–hər ikisi aqil olmalıdır. Deməli bir şəxs malını dəlinin yanında əmanət qoysa, yaxud dəli öz malını bir kəsin yanında əmanət qoysa, səhih deyil. Amma müməyyiz uşağın malını, qəyyumunun icazəsi ilə bir kəsin yanında əmanət qoyması caizdir. Həmçinin başqasının da malını, onun icazəsi ilə bir kəsin yanında əmanət qoya bilər. Müməyyiz uşağın yanında qəyyumunun icazəsi ilə bir şeyi əmanət qoymağın eybi yoxdur. Məsələ: 2397.Əgər bir kəs, sahibinin icazəsi olmadan uşaqdan bir şeyi əmanət kimi qəbul etsə, onu sahibinə verməlidir. Əgər o şey uşağın öz malı olsa, amma uşağın qəyyumu onun əmanət qoymasına icazə verməsə, lazımdır ki, o malı onun qəyyumuna çatdırsın. Əgər malı ona çatdırmaqda səhlənkarlıq etsə və tələf olsa, əvəzini verməlidir. Amma mal tələf olmasın deyə, uşaqdan alsa, bu halda saxlamaqda səhlənkarlıq etməsə zamin deyildir. Həmçinin əgər əmanət qoyan şəxs dəli olsa da eyni qayda ilə (zamin deyildir). Məsələ: 2398.Əmanəti saxlaya bilməyən bir şəxs ehtiyat-vacibə görə gərək qəbul etməsin. Amma əgər malın sahibi onu saxlamaqda aciz olsa və ondan yaxşı saxlaya bilən bir şəxs də olmasa bu ehtiyat, vacib deyil. Məsələ: 2399. Əgər insan malın sahibinə, onun malını saxlamağa hazır olmadığını başa salsa, o da malı qoyub getsə, bu şəxs də malı götürməsə və tələf olsa, əmanəti qəbul etməyən şəxs zamin deyil. Amma ehtiyat-müstəhəb budur ki, mümkün olarsa, onu saxlasın. Məsələ: 2400. Bir şeyi əmanət qoyan şəxs hər vaxt istəsə, geri ala bilər. Əmanəti qəbul edən şəxs də hər vaxt istəsə, onu sahibinə qaytara bilər. Məsələ: 2401.Əgər insan əmanəti saxlamaq fikrindən dönüb vədi”əni pozsa, onu mümkün qədər tez sahibinə, vəkilinə və ya sahibinin qəyyumuna çatdırmalı, yaxud onu saxlamağa razı olmadığını onlara xəbər verməlidir. Əgər üzrü olmadan malı onlara çatdırmasa və ya xəbər verməsə, nəticədə mal xarab olsa, əvəzini verməlidir. Məsələ: 2402.Əmanəti qəbul edən şəxsin onu saxlamaq üçün münasib yeri olmasa, gərək münasib yer hazırlasın və onu elə saxlasın ki, camaat “əmanətə xəyanət edibdir, onu saxlamaqda səhlənkarlıq edibdir” deməsin. Əgər münasib olmayan yerə qoysa və tələf olsa, əvəzini verməlidir. Məsələ: 2403.Əmanəti qəbul edən şəxs onu saxlamaqda səhlənkarlıq, ifrat etməsə və təsadüfən tələf olsa, zamin deyildir. Amma əgər öz ixtiyarı ilə onu, zalımın agah olub apara biləcəyini güman etdiyi bir yerə qoysa və tələf olsa, əvəzini sahibinə verməlidir. Ancaq o yerdən daha yaxşı hifz olunacaq yeri olmasa və malı öz sahibinə, yaxud daha yaxşı qoruyan adama çatdıra bilməsə, bu halda zamin deyil. Məsələ: 2404.Əgər malın sahibi öz malını saxlamaq üçün yer tə”yin edib əmanəti qəbul edən şəxsə “gərək malı orada saxlayasan və tələf olmasına ehtimal versən, başqa yerə aparmamalısan” desə, əmanəti saxlayan şəxs o yerdə tələf olacağını ehtimal verib o yerin, mal sahibinin nəzərində hifz olunmaq üçün daha yaxşı olduğuna görə o yerdən çıxartmamasını demiş olduğunu bilsə, bu halda onu başqa yerə apara bilər. Əgər ora aparsa və tələf olsa, zamin deyil. Amma əgər başqa yerə aparmamalı olduğunu hansı səbəbə görə deməsini bilmədən başqa yerə aparsa, iki fərz mümkündür: 1-O biri yer əmanət alan şəxsin nəzərində hifz olunmaq üçün əmanət verən şəxsin nəzərdə tutduğu yerdən daha yaxşı olarsa, əgər tələf olsa zamin deyil; 2-Sonrakı yer əmanət verən şəxsin tə”yin etdiyi yerlə bərabər, yaxud ondan da pis olsa, bu halda mal tələf olsa zamindir və əvəzini verməlidir. Məsələ: 2405.Əgər malın sahibi öz malını saxlamaq üçün bir yeri müəyyən etsə, əmanəti qəbul edən şəxs də o yerin mal sahibinin nəzərində heç bir xüsusiyyəti olmadığını və onun hifz olunan yerlərindən biri olmasını bilsə, bu halda həmin şeyi hifz etmək üçün birinci yerlə bərabər, yaxud ondan daha yaxşı yerə apara bilər, əgər mal orada tələf olsa zamin deyil. Məsələ: 2406.Əgər malın sahibi dəli olsa əmanəti qəbul edən şəxs dərhal əmanəti onun qəyyumuna çatdırmalı və ya xəbər verməlidir. Əgər şər”i üzr olmadan malı onun qəyyumuna verməsə, xəbər verməkdə də səhlənkarlıq etsə və mal tələf olsa, əvəzini verməlidir. Məsələ: 2407.Əgər malın sahibi ölsə əmanəti qəbul edən şəxs malı onun varislərinə çatdırmalı, yaxud onlara xəbər verməlidir. Əgər malı varislərə verməsə, xəbər verməkdə də səhlənkarlıq etsə və mal tələf olsa, zamindir. Amma əgər “meyyitin varisi mənəm” deyən şəxsin düz deyib-deməməsini, yaxud meyyitin başqa varisi olub-olmamasını bilmək üçün malı verməyib xəbər də göndərməsə və onu saxlamaqda səhlənkarlıq etməsə və mal tələf olsa, zamin deyildir. Məsələ: 2408.Əgər malın sahibi ölsə və bir neçə vərəsəsi olsa, əmanəti qəbul edən şəxs malı onların hamısına (bir yerdə), yaxud onların hamısının malı almağı həvalə etdikləri adama verməlidir. Əgər canişini olsa ona da müraciət etməlidir. Deməli əgər sair varislərin icazəsi olmadan malın hamısını vərəsələrdən birinə versə o birilərin payına zamindir. Məsələ: 2409.Əmanəti qəbul edən şəxs ölsə, yaxud dəli olsa, onun qəyyumu və ya varisi mümkün olan qədər tez malın sahibinə xəbər verməli, yaxud əmanəti ona çatdırmalıdır. Məsələ: 2410.Əgər əmanəti qəbul edən şəxs özündə ölüm əlamətlərini görsə mümkün olan halda onu sahibinə, yaxud onun vəkilinə çatdırmalıdır. Əgər mümkün olmasa gərək cameüş-şərait müctehidə versin. Əgər onu tapa bilməsə, özünün varisi əmanətdar və əmanətdən xəbərdardırsa, vəsiyyət etməsi lazım (ilzami) deyil. Əks halda vəsiyyət etməli, şahid tutmalıdır, vəsi və şahidə malın sahibinin adını, malın cinsini, xüsusiyyətini yerini deməlidi. Məsələ: 2411. Əgər əmanəti qəbul edən şəxs özündə ölüm əlamətlərini görüb qabaqkı məsələdə deyilən vəzifəsinə əməl etməsə, bu halda əmanət aradan getsə hətta onu saxlamaqda səhlənkarlıq etməsə və onun xəstəliyi sağalsa, yaxud bir müddətdən sonra peşman olub vəsiyyət etsə də, əvəzini verməlidir. ARİYƏNİN HÖKMLƏRİMəsələ: 2412.Ariyə budur ki, insan öz malını istifadə etmək üçün başqasına versin, əvəzində də heç nə almasın.Məsələ: 2413.Ariyədə siyğə oxunması lazım (ilzami) deyil. Əgər misal üçün, öz paltarını ariyə məqsədi ilə bir kəsə versə və o da həmin məqsədlə alsa, ariyə səhihdir. Məsələ: 2414.Qəsbi malı, habelə özü insanın, mənfəəti isə başqasının olan (məsələn, icarəyə verilən) bir malı ariyəyə verilməsi o vaxt səhihdir ki, qəsbi şeyin sahibi, yaxud icarə edən şəxsin ariyəyə verilməsinə razı olduqlarını desinlər və ya onların halından razılıqları mə”lum olsun. Məsələ: 2415.İnsan, mənfəəti özünün olan (məsələn, icarə etdiyi) bir şeyi ariyə verə bilər. Amma əgər icarədə, təkcə özünün istifadə edəcəyini şərt etsələr, yaxud o yerin camaatı arasında icarə bu mə”nada başa düşülsə, başqasına ariyəyə verə bilməz. Məsələ: 2416.Dəli, uşaq, səfeh və müflis şəxsin öz malını ariyəyə verməsi səhih deyildir. Amma əgər onların qəyyumu ariyə verməyi məsləhət görsə və bu iş onların məsləhətinə olsa, eybi yoxdur. Həmçinin uşağın, qəyyumunun icazəsi ilə öz malının, məsləhəti olan yerlərdə ariyəyə verməsi caizdir. Habelə, müfəlləs borclu olduğu şəxslərin icazəsi ilə öz malını ariyəyə verə bilər. Məsələ: 2417.Əgər ariyə etdiyi şeyi saxlamaqda səhlənkarlıq, ondan istifadə etməkdə həddi aşmasa və təsadüfən tələf olsa, zamin deyil. Amma əgər tələf olarsa zamin olmasını şərt etsələr, yaxud ariyə etdiyi şey qızıl və gümüş olsa, əvəzini verməlidir. Məsələ: 2418.Əgər qızıl və gümüşü ariyə edib tələf olduğu surətdə zamin olmayacağını da şərt etsə, bu halda tələf olsa, zamin deyil. Məsələ: 2419.Əgər malı ariyə verən ölsə ariyə alan şəxs aldığı şeyi onun vərəsələrinə verməlidir. Məsələ: 2420.Əgər ariyə verən şəxsin şər”ən öz malında təsərrüf etməyə haqqı olmasa (məsələn, dəli olsa) ariyə edən malı onun qəyyumuna verməlidir. Məsələ: 2421.Bir şeyi ariyə verən bir şəxs hər vaxt istəsə, geri ala bilər. Ariyə edən şəxs də hər vaxt istəsə, onu qaytara bilər. Birinci halda geri almaq camaat arasında ariyə alana xəsarət hesab edilərsə, ehtiyat-vacibə görə ona möhlət verilməlidir. Məsələ: 2422. Halal istifadəsi olmayan şeyləri, məsələn, musiqi, qumar alətlərini, yaxud istifadə olunması səbəbilə haram olan qızıl və gümüş qabları ariyə vermək batildir. Əgər (qızıl-gümüşü) ariyə vermək zinət məqsədilə olsa, caizdir. Lakin, ehtiyat, onu tərk etməkdir. Məsələ: 2423.Qoyunun südündən, yunundan istifadə etmək, dişi heyvanları mayalandırmaq üçün erkək heyvanı ariyə vermək, səhihdir. Habelə başqa heyvanları şər”i mənfəət almaq üçün ariyə verməyin eybi yoxdur. Məsələ: 2424.Əgər ariyə etdiyi şeyi onun sahibinə, qəyyumuna, yaxud ümumi halda bütün işlərdə vəkalət haqqı olan vəkilinə və ya yalnız ariyə işlərinə məxsus vəkaləti olan vəkilinə verəndən sonra tələf olsa ariyəyə götürən zamin deyil. Amma əgər malın sahibinin, yaxud vəkilinin, qəyyumunun icazəsi olmadan müəyyən bir yerə aparsa–hətta sahibinin də adəti həmin yerə aparmaq idisə, (məsələn, avtomobili, adətən sahibinin park etdiyi yerdə park etsə)–sonradan tələf olsa, yaxud bir kəs onu tələf etsə və ya oğurlansa, zamindir. Məsələ: 2425.Əgər nəcis bir şeyi, istifadəsində paklığı şərt olan bir iş üçün (məsələn, nəcis qabı xörək yemək üçün) ariyə versə nəcis olmasını ariyə alana deməlidir. Amma əgər nəcis paltarı namaz qılmaq üçün ariyə versə nəcis olmasını xəbər verməsi lazım (ilzami) deyil. Məsələ: 2426.Bir kəs ariyə etdiyi şeyi sahibinin icazəsi olmadan başqasına icarəyə, yaxud ariyəyə verə bilməz. Məsələ: 2427.Əgər ariyəyə aldığı şeyi sahibinin icazəsi ilə başqasına ariyəyə versə və birinci ariyə edən şəxs ölsə, yaxud dəli olsa, ikinci ariyə batil olmur. Məsələ: 2428.Əgər ariyə etdiyi malın qəsbi olduğunu bilsə, sahibinə qaytarmalıdır: ariyə aldığı şəxsə verə bilməz. Məsələ: 2429.Əgər qəsbi olmasını bildiyi malı ariyə edib müəyyən qədər istifadə etsə və onun əlində tələf olub aradan getsə, sahibi onun əvəzini, habelə ariyə edən şəxsin istifadə etdiyi qədərin hesabını ondan, yaxud malı qəsb edən şəxsdən tələb edə bilər. Əgər ariyə edəndən alsa, o, sahibinə verdiyi şeyi ariyə verəndən ala bilməz. Məsələ: 2430.Əgər ariyəyə aldığı malın qəsbi olmasını bilməsə və onun əlində tələf olsa, bu halda malın sahibi onun əvəzini alsa, o da malın sahibinə verdiyi şeyi ariyə verən şəxsdən tələb edə bilər. Amma əgər ariyə aldığı şey qızıl və gümüş olsa, yaxud ariyə verən, onunla malın aradan getdiyi halda əvəzini verməsini şərt etsə, malın sahibinə verdiyi şeyi ariyə verəndən tələb edə bilməz. |