Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

NİKAHIN HÖKMLƏRİ

Nikah əqdi vasitəsilə qadın kişiyə halal olur. O iki qismdir: daimi və qeyri-daimi. Daimi əqd budur ki, onda evlənmənin müddəti müəyyən olunmasın. Bu cür əqd olunan qadına “daimə” deyilir. Qeyri-daimi əqd budur ki, onda evlənmənin müddəti müəyyən olunsun. (Məsələn, qadını bir saatlığa, bir günlüyə, bir aylığa, bir illiyə, yaxud daha artıq əqd etsələr.) Bu qayda ilə əqd oxunan qadına “müt”ə” və “siyğə” deyilir.

ƏQDİN HÖKMLƏRİ

Məsələ: 2431.İstər daimi, istərsə də qeyri-daimi nikahda siyğə oxunmalıdır. Qadın və kişinin təkcə razılıqları kifayət deyil. Əqd siyğəsini ya qadınla kişinin özü oxumalı, ya da əqdi oxumaq üçün başqasını öz tərəflərindən vəkil etməlidirlər.

Məsələ: 2432.Vəkilin kişi olması lazım (ilzami) deyil; qadın da əqd siyğəsini oxumaq üçün başqasının tərəfindən vəkil ola bilər.

Məsələ: 2433. Qadın və kişi onların vəkillərinin siyğəni oxumasını yəqin etməyincə bir-birinə məhrəm baxışı ilə baxa bilməzlər. Vəkilin siyğəni oxumasını güman etmələri kifayət deyil. Amma əgər vəkil “siyğəni oxumuşam” desə, kifayətdir.

Məsələ: 2434.Əgər bir qadın müəyyən bir şəxsi, onu 10 gün müddətində bir nəfərin əqdinə keçirməsini vəkil edib 10 günün əvvəlini tə”yin etməsə, bu halda qadının sözündən vəkilə tam ixtiyar verməsi mə”lum olarsa, vəkil hər vaxt istəsə, onu kişinin 10 günlük əqdinə keçirə bilər. Əgər qadının müəyyən günü, yaxud saatı nəzərdə tutması mə”lum olsa siyğəni onun məqsədinə uyğun oxumalıdır.

Məsələ: 2435.Bir nəfər daimi, yaxud qeyri-daimi nikah əqdini oxumaq üçün iki nəfərin tərəfindən vəkil ola bilər. Həmçinin insan qadının tərəfindən vəkil olub onu öz daimi və ya qeyri-daimi nikah əqdinə keçirə bilər. Amma ehtiyat-müstəhəb budur ki, əqdi iki nəfər oxusun.

DAİMİ ƏQDİN OXUNMA QAYDASI

Məsələ: 2436.Əgər daimi əqd siyğəsini qadın və kişinin özü oxusa, bu halda qadın əvvəldə

زَوَّجتُكَ نَفسِى علَى الصَّداَقِ المَعلُومِ

(yə”ni, özümü müəyyən olunmuş mehr müqabilində sənə arvad etdim), ondan sonra kişi zaman fasiləsi olmadan

قَبِلتُ التَزوِيجَ

(yə”ni, bu izdivacı qəbul etdim) desə, əqd səhihdir. Əgər başqasını onların tərəfindən daimi əqd siyğəsini oxumaq üçün vəkil etsələr bu halda kişinin adı Əhməd, qadının adı Fatimə olsa, bu halda qadının vəkili

زَوَّجُتُ مُوَكِّلَتِى فَاطِمَةَ مُوَكِّلَكَ اَحمَدَ عَلَى الصَّداَقِ المَعلُوم

Sonra isə kişinin vəkili fasilə olmadan

قَبِلتُ لِمُوَكِّلى اَحمَدَ عَلَى الصَّداَقِ

desə, səhihdir.

QEYRİ-DAİMİ ƏQDİN OXUNMA QAYDASI

Məsələ: 2437.Əgər qadın və kişinin özü qeyri-daimi siyğə əqdini oxumaq istəsələr, müddəti və mehriyyəsi müəyyən olunduqdan sonra qadın

زَوَّجتُكَ نَفسىِ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ

sonra isə kişi, zaman fasiləsi olmadan

قَبِلتُ

desə, səhihdir. Əgər başqasını vəkil etsələr, əvvəlcə qadının vəkili kişinin vəkilinə

مَتَعتُ لِمُوَكِّلَتِى مُوَكِّلَكَ فِى المُدَّةِ المَعلُومَةِ عَلَى المَهرِ المَعلُومِ

sonra zaman fasiləsi olmadan kişinin vəkili

قَبِلتُ لِمُوَكِّلى هَكَذاَ

desə, səhihdir.

ƏQDİN ŞƏRTLƏRİ

Məsələ: 2438.İzdivac əqdinin bir neçə şərti vardır:

1-Ərəbcə səhih oxunsun. Əgər qadın və kişinin özü siyğəni ərəbcə səhih oxuya bilməsələr, mümkün olan halda ehtiyat-vacib budur ki, ərəbcə səhih oxuya bilən şəxsi vəkil etsinlər. Əgər bu da mümkün olmasa özləri (ərəbcə olmayan) başqa dildə deyə bilərlər. Amma elə deməlidirlər ki, “zəvvəctu” və “qəbiltu” sözlərinin mə”nasını çatdırsın.

2-Kişi və qadın, yaxud əqd siyğəsini onların tərəfindən oxuyan vəkilin inşa qəsdi olsun. Yə”ni, əgər kişi və qadının özü siyğəni oxuyurlarsa, qadının “zəvvəctukə nəfsi” deməklə məqsədi, özünü o kişinin arvadı etmək olsun. Kişi də “qəbiltut-təzvicə” deməklə onun arvad olmasını qəbul etsin. Əgər kişi və qadının vəkili siyğəni oxuyarsa, “zəvvəctu” və “qəbiltu” kəlmələrini deməklə məqsədləri bu olmalıdır ki, tərəfindən vəkil olunduğu qadın və kişini bir-birinə ər-arvad etsinlər.

3-Əqd siyğəsini oxuyan şəxs baliğ və aqil olmalıdır–istər özü üçün oxusun, istərsə də başqasının tərəfindən vəkil olsun.

4-Qadın və ya kişinin vəkili, yaxud qəyyumları əqd siyğəsini oxuyanda ər arvadı müəyyən etməlidir. Məsələn, adlarını deməli, yaxud onlara işarə etməlidir. Deməli bir neçə qızı olan bir şəxs bir kişiyə “zəvvəctukə ehda bənati” (yə”ni, qızlarımdan birini sənin arvadın etdim) və o da “qəbiltu” (yə”ni, qəbul etdim) desə, əqd oxunan vaxtda qızlardan hansını deməsi mə”lum olmadığından, əqd batildir.

5-Qadın və kişi evlənməyə razı olsunlar. Amma əgər qadın zahirdə ikrah üzündən icazə versə, amma qəlbən razı olduğu mə”lum olarsa, əqd səhihdir.

Məsələ: 2439.Əgər əqddə bir hərfi səhv oxusalar və onun mə”nası dəyişsə, əqd batildir.

Məsələ: 2440.Ərəb dilinin qrammatikasını bilməyən bir kəsin qiraəti səhih olsa və əqd kəlmələrindən hər birinin mə”nasını ayrı-ayrılıqda bilsə, məqsədi də inşa olsa və hər kəlməni deyəndə mə”nasını da qəsd etsə, əqd oxuya bilər.

Məsələ: 2441.Əgər bir qadını bir kişinin əqdinə, onların icazəsi olmadan keçirsələr və sonradan qadın və kişi “bu əqdə razıyıq” desələr, səhihdir.

Məsələ: 2442.Əgər qadın və kişini, yaxud ikisinin birini evlənməyə məcbur etsələr və əqd oxunandan sonra razılaşıb “o əqdə razıyıq” desələr, əqd səhihdir.

Məsələ: 2443.Ata və (ata tərəfindən olan) baba həddi-büluğa çatmayan və ya dəlilik halında həddi-büluğa çatan dəli qız və oğlunu evləndirə bilərlər. Uşaq həddi-büluğa çatandan, dəli ağıllanandan sonra onun üçün edilən izdivacın məfsədəsi (zərəri, fəsadı) olmasa, onu poza bilməzlər. Amma əgər məfsədəsi olsa, yaxud məsləhəti olmasa əqd füzulidir : onu həm təsdiqləyə, həm də poza bilərlər.

Məsələ: 2444.Həddi-büluğa çatan rəşidə (yə”ni, öz mənafe və məsləhətini dərk edən) bir qız ərə getmək istəsə, bu halda bakirədirsə, ehtiyat-vacibə görə atasından, yaxud (ata tərəfindən olan) babasından icazə almalıdır. Anasının və qardaşının icazəsi lazım (ilzami) deyil.

Məsələ: 2445.Əgər ata, yaxud (ata tərəfindən olan) baba qaib (başqa yerdə) olsa və onlardan icazə almaq mümkün olmasa, qız da ərə getməyə ehtiyac duysa, bu halda atadan, yaxud ata tərəfindən olan babadan icazə alması lazım (ilzami) deyil. Həmçinin əgər qız üçün münasib ər tapılsa və camaat arasında və şər”ən onunla tay olan oğlan ilə izdivac etmək istəsə, atası, yaxud ata babası mane olsalar, təzyiq göstərsələr, bu halda da onların icazəsi lazım (ilzami) deyil. Habelə, qız bakirə olmasa və bakirəliyi ərə getmək səbəbilə aradan getsə, ata və babasının icazəsi lazım (ilzami) deyil.

Məsələ: 2446.Əgər ata, yaxud (ata tərəfindən olan) baba öz həddi-büluğa çatmamış oğlu (nəvəsi) üçün arvad alsa oğlan həddi-büluğa çatandan sonra onun xərclərini verməlidir.

Məsələ: 2447.Əgər ata, yaxud (ata tərəfindən olan) baba öz həddi-büluğa çatmamış oğlu (nəvəsi) üçün arvad alsa və oğlanın əqd oxunan vaxtda mal-dövləti olsa, qadının mehriyyəsini ona borclu olur. Əqd vaxtında heç nəyi olmasa, onda atası, yaxud (ata tərəfindən olan) babası qadının mehriyyəsini verməlidir.

ƏQDİ POZMAĞIN MÜMKÜN OLDUĞU EYBLƏR

Məsələ: 2448.Əgər kişi əqd oxunandan sonra qadında aşağıdakı yeddi eybdən biri olduğunu bilsə, əqdi poza bilər (bu şərtlə ki, həmin eybin əqddən qabaq mövcud olduğu mə”lum olsun):

1-Dəlilik; 2-Xora xəstəliyi; 3-Bərəs (alaca) xəstəliyi; 4-Korluq; 5-Zarıncı olmaq; həmçinin şil olması və şilliyinin aşkar olması da bu hökmdədir; 6-Bovl və heyzin, yaxud heyzlə qaitin yolu bir olsa (amma əgər heyzlə qait yolu bir olsa əqdi pozmağın işkalı vardır, gərək ehtiyat olunsun); 7-Qadının fərcində (cinsiyyət üzvündə) yaxınlıq etməyə mane olan artıq ət, sümük, vəz olarsa.

Məsələ: 2449.Qadın da dörd halda əqdi poza bilər:

1-Əri dəli olsa; (əgər qadın əqd oxunandan sonra ərinin, əqddən qabaq dəli oluduğunu bilsə, habelə əqddən sonra–istər yaxınlıq etməkdən qabaq olsun, istərsə də sonra–dəli olarsa); 2-Ərinin kişilik aləti olmazsa; əgər qadın əqd oxunandan sonra ərinin əvvəlcədən aləti olmadığını bilsə, yaxud əqddən sonra və yaxınlıq etməmişdən qabaq aləti kəsilmiş olsa əqdi poza bilər; 3-Cinsi əlaqəyə bacarığı olmasa; Əgər qadın əqd oxunandan sonra ərinin yaxınlıq edə bilməməsini (xəstəlik səbəbilə) bilsə, hətta o xəstəlik əqddən sonra və yaxınlıqdan qabaq yaranmış olsa da, əqdi poza bilər; 4-Kişinin yumurtaları çıxarılmış olsa. Əgər qadın əqd oxunandan sonra ərinin yumurtalarının çıxarıldığını bilsə, əqdi poza bilər.

Üçüncü şərt istisna olmaqla, bu dörd halın hamısında qadın, təlaqsız əqdi poza bilər. Üçüncü halda isə qadının cameüş-şərait müctehidə, yaxud onun vəkilinə müraciət etməsi lazımdır. Cameüş-şərait müctehid onun ərinə bir il möhlət verməlidir. Əgər bu müddətdə o qadınla və ya başqa qadınla yaxınlıq edə bilməsə ondan sonra qadın əqdi poza bilər. Əgər kişinin aləti yaxınlıq edəndən sonra kəsilsə və qadın izdivac əqdini fəsx etsə, fəsxin tə”siri yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, əri ona təlaq versin.

Məsələ: 2450.Əgər qadın və ya kişi, əvvəlki iki məsələdə deyilən eyblər səbəbilə əqdi pozsalar, təlaq verilmədən ayrılmalıdırlar.

Məsələ: 2451.Əgər kişi (ənin) xəstəlik səbəbilə yaxınlıq edə bilməsə və qadın da əqdi pozsa ər mehriyyənin yarısını verməlidir. Amma əgər deyilən sair eyblər səbəbilə qadın və ya kişi əqdi pozsa, bu halda kişi qadınla yaxınlıq etməmiş olsa heç nə verməməlidir. Əgər yaxınlıq etmiş olsa, mehriyyənin hamısını verməlidir.

EVLƏNMƏK HARAM OLAN QADINLAR

Məsələ: 2452.İnsana məhrəm olan qadınlarla (ana, bacı, qaynana və s.) evlənmək haramdır.

Məsələ: 2453.Əgər bir kəs bir qadını öz əqdinə keçirtsə, hətta onunla yaxınlıq etməsə də, o qadının anası, nənəsi, atasının anası və nə qədər yuxarı getsə (yə”ni nənəsinin anası, nənəsinin nənəsi və s.) o kişi ilə məhrəm olurlar.

Məsələ: 2454.Əgər bir qadını öz əqdinə keçirdib yaxınlıq etsə o qadının (əvvəlki ərindən olan) qızı, qız nəvəsi, oğlan nəvəsi, nə qədər aşağı getsə də–istər əqd vaxtında olsunlar, istərsə də əqddən sonra dünyaya gəlsinlər–o kişiyə məhrəmdir.

Məsələ: 2455. Əgər öz əqdinə keçirtdiyi qadın ilə yaxınlıq etməsə də nə qədər ki, o qadın onun əqdindədir o qadının (əvvəlki ərindən olan) qızı ilə evlənə bilməz.

Məsələ: 2456.İnsanın atasının, babasının, anasının, nənəsinin xala və bibiləri–nə qədər yuxarı getsə də–ona məhrəmdir.

Məsələ: 2457.Ərin atası və babası–nə qədər yuxarı getsə də; onun oğlu, oğul nəvəsi və qız nəvəsi–nə qədər aşağı getsə də istər əqd vaxtında, istərsə də sonradan dünyaya gəlmiş olsunlar, onun arvadına məhrəmdirlər.

Məsələ: 2458.Əgər bir qadını özü əqdinə keçirsə–istər daimi olsun, istərsə də siyğə–nə qədər ki, o qadın onun əqdindədir, onun bacısı ilə evlənə bilməz.

Məsələ: 2459.Əgər kişi öz arvadına təlaq kitablarında deyilən ardıcıllıqla ric”i təlaq versə, iddə əsnasında onun bacısını öz əqdinə keçirdə bilməz. Hətta bain təlaq iddəsində də (sonradan deyiləcək) ehtiyat-müstəhəb budur ki, arvadının bacısı ilə evlənməsin.

Məsələ: 2460.Bir kəs öz arvadının icazəsi olmadan onun bacısının və ya qardaşının qızı ilə evlənə bilməz. Amma əgər arvadının icazəsi olmadan onları öz əqdinə keçirtsə və sonradan arvadı o əqdə razı olduğunu bildirsə eybi yoxdur.

Məsələ: 2461.Əgər qadın ərinin onun qardaşının və ya bacısının qızını öz əqdinə keçirtdiyini bilsə və sükut edib sonradan razılıq verməsə onların əqdi batildir. Hətta əgər onun sükut etməsindən qəlbən razı olduğu mə”lum olarsa, ehtiyat-vacib budur ki, əri onun qardaşı və ya bacısının qızından ayrılsın. Amma icazə versə, saxlaya bilər.

Məsələ: 2462.Müsəlman qadın kafir kişi ilə evlənə bilməz. Həmçinin müsəlman kişi də kafir qadınlarla daimi əqd əsasında evlənə bilməz. Amma kitab əhlinin qadınları ilə (yəhudi, məsihi) siyğə etməyin maneəsi yoxdur.

Məsələ: 2463.Əgər insan öz bibisinin, yaxud xalasının qızı ilə evlənməmişdən qabaq onların anası ilə zina etsə daha onlarla evlənə bilməz.

Məsələ: 2464.Əgər bir kəs öz bibisinin, yaxud xalasının qızı ilə evlənib yaxınlıq etməzdən qabaq onların anası ilə zina etsə, ehtiyat-vacib budur ki, onlardan ayrılsın.

Məsələ: 2465.Əgər öz xalası və bibisindən başqa bir qadınla zina etsə, ehtiyat-vacib budur ki, onun qızı ilə evlənməsin. Amma əgər bir qadını öz əqdinə keçirdib onunla yaxınlıq edəndən sonra onun anası ilə zina etsə, o qadın o kişiyə haram olmur. Amma onunla yaxınlıq etməmişdən qabaq onun anası ilə zina etsə, ehtiyat-vacib budur ki, o qadından ayrılsın.

Məsələ: 2466. Əgər bir kəs ric”i təlaq iddəsində olan bir qadınla zina etsə, o qadın (sonradan evlənmək üçün) ona haram olmur. Amma müt”ə iddəsində, yaxud bain təlaqında, yaxud da vəfat iddəsində bir qadınla zina etsə, sonradan onu öz əqdinə keçirdə bilər. (Ric”i və bain təlaq, müt”ə və vəfat iddəsi təlaqın hökmlərində deyiləcək.)

Məsələ: 2467.Əgər bir kəs iddədə olmayan ərsiz qadınla zina etsə, sonradan onu öz əqdinə keçirdə bilər. Amma ehtiyat-müstəhəb budur ki, o qadın heyz görənə qədər gözləyib sonra onu öz əqdinə keçirtsin. Başqa bir kəs də o qadınla evlənmək istəsə, eyni ilə.

Məsələ: 2468.Əgər bir kəs başqasının iddəsində olan bir qadını öz əqdinə keçirtsə, bu halda kişi və arvadın hər ikisi, yaxud onlardan biri qadının iddəsinin tamam olmadığını, habelə iddədə olan qadını əqdə keçirtməyin haram olduğunu bilsə–hətta kişi əqddən sonra onunla yaxınlıq etməsə də, o qadın o kişiyə haram olur.

Məsələ: 2469.Əgər bir qadını öz əqdinə keçirtsə və sonra iddədə olması mə”lum olsa, bu halda heç biri qadının iddədə olmasını, yaxud qadını iddədə əqdə keçirtməyin haram olduğunu bilməsələr, kişinin onunla yaxınlıq etdiyi halda arvad ona haram olur.

Məsələ: 2470.Əgər insan bir qadının ərli olduğunu bilib onunla evlənsə, gərək ondan ayrılsın. Və sonralar da onu öz əqdinə keçirtməsin.

Məsələ: 2471.Əri olan bir qadın zina etsə, öz ərinə haram olmur. Əgər tövbə etməsə, öz əməlində qalıb zinakar ləqəbi ilə məhşur olsa, ehtiyat-vacib budur ki, əri ona təlaq versin. Amma mehriyyəsini verməlidir.

Məsələ: 2472.Təlaq verilən, habelə siyğə olandan sonra ərinin müddətini ona bağışlayan, yaxud siyğə müddəti tamam olan bir qadın bir müddətdən sonra ərə gedib sonra ikinci ərinin əqdinin vaxtında birinci ərinin iddəsinin tamam olub-olmamasında şəkk etsə, öz şəkkinə e”tina etməməlidir.

Məsələ: 2473.Livat verən oğlanın anası, bacısı və qızı livat edən şəxsə haramdır, ancaq livat edən şəxs həddi-büluğa çatmamış olsa, haram olmalarını hökm etmək müşküldür. Amma əgər duxul olub-olmamasında şəkk etsə, ona haram deyil.

Məsələ: 2474.Əgər bir şəxs başqasının anası, bacısı, yaxud qızı ilə evlənib izdivac və duxuldan sonra o kəslə livat etsə, arvadı ona haram olmur. Amma əgər əqddən sonra və duxuldan qabaq livat etsə ehtiyat-vacibə görə o qadın ona haram olur.

Məsələ: 2475.Əgər bir kəs həcc və ömrənin rüknlərindən biri olan ehram halında bir qadın ilə evlənsə onun əqdi batildir. (Əgər həmin halda) qadınla evlənməyin haram olduğunu bilirdisə, həmin qadınla evlənə bilməz.

Məsələ: 2476.Əgər ehram halında olan bir qadın ehram halında olmayan bir kişi ilə evlənsə, onun əqdi batildir. Əgər qadın ehram halında izdivacın haram olduğunu bilsə, vacibdir ki, sonradan o kişi ilə evlənməsin.

Məsələ: 2477. Əgər kişi Həccin ərkanlarından biri olan “Nisa” təvafını yerinə yetirməsə, ehram bağlamaq səbəbilə ona haram olan arvadı halal olmur. Həmçinin qadın da “Nisa” təvafını etməsə, əri ona halal olmur. Amma əgər sonradan “Nisa” təvafını yerinə yetirsələr, bir-birinə halal olurlar.

Məsələ: 2478.Əgər bir kəs həddi-büluğa çatmamış qızı öz əqdinə keçirdib 9 yaşı tamam olmamışdan qabaq onunla yaxınlıq və duxul etsə, bu halda ona ifza etsə, gərək heç vaxt onunla yaxınlıq etməməlidir.

Məsələ: 2479.Üç dəfə təlaq verilən qadın ərinə haram olur. Amma əgər təlaq kitabında deyilən şərtlərlə başqa kişi ilə evlənsə, birinci əri onu (boşanandan sonra) yenidən öz əqdinə keçirdə bilər.