Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

BAXMAĞIN HÖKMLƏRİ

Məsələ: 2501.Kişinin naməhrəm qadının bədəninə baxması–istər ləzzət məqsədi ilə olsun, istərsə də ləzzət məqsədi olmadan–haramdır. Üzünə və əllərinə baxmaq ləzzət qəsdi ilə olarsa haram, ləzzət qəsdi ilə olmazsa eybi yoxdur. Amma əhvət budur ki, ondan da ictinab olunsun. Həmçinin qadının naməhrəm kişinin bədəninə baxması–istər ləzzət qəsdi ilə olsun, istərsə də olmasın–haramdır. Həddi-büluğa çatmamış qızın üzünə, əllərinə, tüklərinə baxmaq ləzzət məqsədi ilə olmasa və şəhvət qüvvəsinin həyəcanlanmasına səbəb olmasa, habelə baxmaqla harama düşməsindən qorxmasa, eybi yoxdur.

Məsələ: 2502.Əgər insan kafir qadınların bədənlərini adətən örtmədiyi yerlərə ləzzət qəsdi olmadan baxsa, harama düşəcəyindən qorxmayacağı halda eybi yoxdur.

Məsələ: 2503.Qadın gərək öz bədənini, tüklərini naməhrəm kişidən örtsün. Hətta ehtiyat-vacib budur ki, öz bədən və tüklərini həddi-büluğa çatmayan, amma yaxşını-pisi başa düşən və şəhvət hislərinin oyanma həddində olan oğlan uşağından da örtsün.

Məsələ: 2504.Başqasının ovrətinə baxmaq–hətta şüşənin arxasından, yaxud aynada, saf suda və s. kimi şeylərdə olsa da, haramdır. Ehtiyat-vacib budur ki, müməyyiz uşağın da ovrətinə baxmasınlar. Amma ər-arvad bir-birinin bədəninin hər yerinə baxa bilərlər.

Məsələ: 2505.Bir-birinə məhrəm olan qadın və kişi ləzzət qəsdi olmasa, ovrəti istisna olmaqla, bir-birinin bədəninin hər yerinə baxa bilərlər.

Məsələ: 2506.Kişi ləzzət məqsədi ilə başqa kişinin bədəninə baxmamalıdır. Həmçinin qadının ləzzət qəsdi ilə başqa qadının bədəninə baxması haramdır.

Məsələ: 2507.Əgər kişi naməhrəm qadını müalicə etmək üçün baxmağa, yaxud əlini onun bədəninə vurmağa məcbur olsa eybi yoxdur. Amma əgər baxmaqla, nəzər salmaqla müalicə edə bilərsə əlini vurmamalı; əl vurmaqla müalicə edə bilərsə, baxmamalıdır.

Məsələ: 2508.Əgər insan bir kəsin müalicə etmək üçün onun ovrətinə baxmağa məcbur olsa gərək güzgünü onun qarşısına qoyub onda baxsın. Lakin əgər ovrətə baxmaqdan başqa çarəsi olmasa eybi yoxdur.

EVLƏNMƏNİN MÜXTƏLİF MƏSƏLƏLƏRİ

Məsələ: 2509.Əgər bir kəs evlənməmək səbəbi ilə harama düşürsə, evlənməsi vacibdir. Və bu vacib olma haramın qarşısını almaq səbəbilədir; belə ki, əgər harama düşəcəyini yəqin etsə evlənməsi vacibdir.

Məsələ: 2510. Əgər ər əqddə qadının bakirə olmasını şərt etsə və əqdən sonra bakirə olmaması mə”lum olsa əqdi poza bilər. Həmçinin, əgər tələffüzdə bakirəliyi şərt etməsə, lakin camaat arasında əqd bakirəlik əsasında olsa bu qayda ilə (poza bilər).

Məsələ: 2511. Naməhrəm kişi və qadının heç kəsin daxil olmadığı xəlvət bir yerdə qalmaları fəsad ehtimalı verilən halda haramdır. Amma başqa üçüncü bir şəxsin daxil olması mümkün olsa, yaxud yaxşını-pisi başa düşən uşaq orda olsa və ya fəsad ehtimalı verilməsə, eybi yoxdur.

Məsələ: 2512.Əgər kişi qadının mehriyyəsini əqddə müəyyən etsə və məqsədi də onu verməmək olsa, əqd səhihdir. Amma gərək mehriyəni versin.

Məsələ: 2513.Allahı, Peyğəmbər (s)-i inkar edən, habelə dinin zəruri hökmlərini (yə”ni müsəlmanların İslam dininin zəruriyyatının bir hissəsi hesab etdikləri hökmləri), məsələn namaz-orucun vacibliyini inkar edən və bu hökmün inkar olunması Allahın və Peyğəmbər (s)-in inkar olunmasına qayıtsa, şəxs də bu hökmün dinin zəruriyyatından olduğunu bilsə mürtəd olur. Həmçinin əgər məadı inkar etsə, yaxud xəvaric, nəvasib və ğülatdardan da olsa, mürtəddir.

Məsələ: 2514.Əgər qadın ərinin onunla yaxınlıq etməsindən qabaq, əvvəlki məsələdə deyildiyi kimi, mürtəd olsa onun əqdi batil olur. Həmçinin əgər yaxınlıq etdikdən sonra da mürtəd olsa (batil olur); amma yaisə olsa (yə”ni seyyiddirsə 60 və seyyid deyilsə 50 yaşı tamam olubsa). Əgər yaisə olmasa, təlaq hökmlərində deyilən göstərişə uyğun olaraq iddə saxlamalıdır; əgər iddə arasında müsəlman olsa əqd yerindədir; yox əgər iddənin axırına qədər mürtədliyində qalsa əqd batildir.

Məsələ: 2515.Əgər bir kəsin atası, yaxud anası nütfə bağlanan zaman müsəlman olsa və o kəs də həddi-büluğa çatdıqdan sonra İslamı izhar edəndən sonra mürtəd olsa arvadı ona haram olur, təlaq hökmlərində deyildiyi qədər vəfat iddəsi saxlamalıdır. Fəqihlərin istilahında belə şəxsə “fitri mürtəd” deyilir.

Məsələ: 2516.Müsəlman olmayan ata-anadan dünyaya gəlib sonradan, müsəlman olan kişi, əyalı ilə yaxınlıq etməmişdən qabaq mürtəd olsa, yaxud (mürtəd olanda) arvadı yaisa olsa, əqdi batil olur. Amma yaxınlıq etdikdən sonra mürtəd olsa və arvadı da heyz görən qadınların yaşında olsa, arvadı təlaq hökmlərində deyildiyi qədər iddə saxlamalıdır. Əgər iddə tamam olandan qabaq əri müsəlman olsa, əqd yerində qalır. Əks halda batildir. Amma birinci halda da daha yaxşı olar ki, əqd təzələnsin. Fəqihlərin istilahında bu cür şəxsə “milli mürtəd” deyilir.

Məsələ: 2517.Əgər qadın əqddə kişi ilə onu şəhərdən çölə aparmamasını şərt etsə, kişi də qəbul etsə qadının razılığı olmadan şəhərdən çıxarmamalıdır.

Məsələ: 2518.Əgər bir kəsin arvadının əvvəlki ərindən bir qızı olsa, o qızı, həmin arvadından olmayan başqa oğlunun əqdinə keçirdə bilər. Həmçinin əgər bir qızı öz oğlu üçün əqd etsə, onun anası ilə evlənə bilər.

Məsələ: 2519.Əgər bir qadın zinadan hamilə olsa uşağını siqt etməsi (saldırması) caiz deyil.

Məsələ: 2520.Əgər bir kəs əri olmayan və başqasının da iddəsində olmayan bir qadınla zina edib sonradan əqdinə keçirtsə və onlardan uşaq dünyaya gəlsə, halal, yaxud haram nütfədən əmələ gəlməsini bilməsələr, o uşaq halalzadədir.

Məsələ: 2521.Əgər kişi qadınının iddədə olduğunu, yaxud iddə halında əqd oxunmasınının haram olduğunu bilməyib onunla evlənsə, bu halda qadın da bilməsə və onlardan uşaq dünyaya gəlsə, halalzadədir, şər”ən də hər ikisinin övladı sayılır. Amma əgər qadın iddədə olduğunu, habelə iddədə oxunan əqdin haram olduğunu bilsə, uşaq şər”ən atanındır. Hər iki halda onların əqdi batildir və bir-birinə əbədi haram olurlar.

Məsələ: 2522. Əgər qadın “yaisəyəm” desə, sözü qəbul olunmamalıdır. Amma əgər “ərim yoxdur” desə sözü qəbul olunur. Bu şərtlə ki, müttəhim olmasın; əks halda, bu barədə təhqiqat aparılması daha yaxşıdır.

Məsələ: 2523.Əgər bir qadınla evlənəndən sonra bir kəs “o qadının əri vardır”, qadın da “ərim yoxdur” desə, bu halda qadının ərli olması şər”ən sübut olunmasa, qadının sözü qəbul edilməlidir. Amma əgər o kəs e”timadlı şəxs olsa ehtiyat-vacibə görə gərək kişi təlaq ilə o qadından ayrılsın.

Məsələ: 2524.Oğulu saxlamaq, tərbiyə etmək iki ilə qədər; qızı isə yeddi ilə qədər anasının öhdəsinədir. Bu şərtlə ki, anası aqil, müsəlman və azad olsun, başqası onunla evlənməmiş olsun. Əks halda ata irəlidir. Amma əgər ata ölmüş olsa və ana, hətta ərə getmiş olsa da, baba və başqalarından irəlidir. Bu tərtibə ehtiyat-vacibə görə riayət olunmalıdır.

Məsələ: 2525.Müstəhəbdir ki, həddi-büluğa çatmış qızı ərə verməkdə tələssinlər. Həzrəti Sadiq (əleyhis-salam) buyurur: “Kişinin səadətlərindən biri budur ki, qızı öz evində heyz görməsin.”

Məsələ: 2526.Əgər qadın öz mehriyyəsini başqa arvad almasın deyə, ərinə bağışlasa, kişi də qəbul etsə, ehtiyat-vacib budur ki, qadın mehriyəni almasın, kişi də başqa arvadla evlənməsin.

Məsələ: 2527.Zinadan dünyaya gələn bir kəs arvad alsa və ondan uşağı olsa, uşaq halalzadədir.

Məsələ: 2528.Əgər kişi mübarək Ramazan ayının orucunda, yaxud qadın heyz olan vaxt onunla yaxınlıq etsə günah etmişdir. Amma ondan uşaq dünyaya gəlsə halalzadədir.

Məsələ: 2529.Ərinin səfərdə ölməsini yəqin edən qadın vəfat iddəsindən sonra (onun miqdarı təlaq hökmlərində deyiləcək) ərə getsə və sonradan əvvəlki əri səfərdən (diri) qayıtsa, ikinci ərindən ayrılmalıdır və birinci ərinə halaldır. Amma əgər ikinci əri onunla yaxınlıq etmiş olsa, qadın iddə saxlamalı, ikinci əri də onun mehriyyəsini verməlidir. Əgər onun mehrül-müsəmması (mehriyyə adlana bilən məbləğ) mehrül-misl (onun kimilərin adətən olan mehriyyəsi) ilə fərqlənsə, onun fərqində ehtiyata görə bir-birilə razılaşmalıdırlar. Amma iddə xərci yoxdur və ikinci ərinə də əbədi olaraq haram olur.

Məsələ: 2530.Əgər bir qadının əri səfərə, müharibəyə, dəniz səfərinə getmək, yaxud başqa səbəblərə görə itsə və onun diri olduğunu yəqin etsə ərə gedə bilməz. Onun xərcləri də ərinin malından, yaxud sədəqədən və beytül-maldan (ehtiyac olanda) verilməlidir.

Məsələ: 2531.Qabaqkı məsələnin fərz olunduğu halda əgər qadın ərinin ölü və ya diri olmasını bilməsə, bu halda ərinin atası, babası, yaxud vəkili ərinin malından, yaxud öz malından öz ixtiyarı ilə, yaxud cameüş-şərait müctehidin məcbur etməsi ilə qadının xərclərini onun şə”ninə layiq olan surətdə tə”min etsələr, qadın gərək gözləsin, ərə getmək haqqı da yoxdur. Əgər qadın xərcləri heç bir yolla tə”min olunmursa, cameüş-şərait müctehidə müraciət edə bilər. Ona müraciət etdikdən sonra göstəriş verir ki, qadın dörd ilə qədər gözləsin. Bu müddət ərzində ərinin olması ehtimal verilən məntəqələrə məktub yazmaq, yaxud sair yollarla təhqiqat aparmalıdır. Əgər onun diri olması sübut olunsa qadın gözləməlidir. Əks halda (diri olması mə”lum olmasa), cameüş-şərait müctehid kişinin atasına, yaxud ata tərfindən olan babasına göstəriş verir ki, qadına təlaq versin. Əgər bu mümkün olmasa cameüş-şərait müctehid şəxsən təlaq verir. Ehtiyat-vacibə görə qadın təlaq verildikdən sonra vəfat iddəsi qədər (4 ay 10 gün) iddə saxlayıb iddədən sonra azad olur və ərə gedə bilər. Amma əri iddə əsnasında tapılsa arvadına rücu etmək haqqı var. Amma iddədən sonra tapılsa, əhvət, rucu etməməsidir.