|
||||||||||||||||||||
|
TƏLAQIN HÖKMLƏRİMəsələ: 2566. Öz arvadına təlaq verən kişi aqil, ehtiyat-vacibə görə həddi-büluğa çatan olub öz ixtiyarı üzündən təlaq verməlidir. Əgər onu, arvadına təlaq verməyə məcbur etsələr, təlaq batildir. Həmçinin gərək təlaq vermək niyyəti olsun. Deməli təlaq siyğəsini zarafatyana desə, səhih deyildir.Məsələ: 2567.Qadın təlaq vaxtında heyz və nifas qanından pak olmalı, əri həmin paklıq vaxtında onunla yaxınlıq etməməlidir. Əgər ondan qabaqkı paklıqda olan nifas və ya heyz halında onunla yaxınlıq etsə, ehtiyat-vacibə görə təlaq kifayət deyil; ikinci dəfə qan görüb sonra pak olmalıdır. (Bu iki şərtin təfsilatı sonrakı məsələlərdə gələcək.) Məsələ: 2568.Heyz, yaxud nifas halında qadına verilən təlaq üç halda səhihdir: 1-Əri evlənəndən sonra onunla yaxınlıq etməmiş olsa; 2-Hamilə olsa; Əgər hamilə olması mə”lum olmasa və əri də heyz halında təlaq versə və sonradan hamilə olduğu mə”lum olsa eybi yoxdur. 3-Kişi, qaib (səfərdə) olmaq və s. kimi səbəblərlə qadının pak olduğundan xəbər tuta bilməsə; Məsələ: 2569.Əgər bir kəs, qadını heyz qanından pak hesab edib təlaq versə, sonradan təlaq vaxtı heyz halında olduğu mə”lum olsa, təlaqı batildir. Əgər qadının heyz halında olduğunu hesab edərək təlaq versələr və sonra pak olduğu mə”lum olsa, təlaq səhihdir. Məsələ: 2570.Öz arvadının heyz və ya nifas halında olduğunu bilən şəxs qaib olsa (məsələn, səfərə getsə) və ona təlaq vermək istəsə, amma qadının halından xəbər tuta bilməsə, gərək qadınların adətən heyz və ya nifasdan pak olacaqları müddətə qədər gözləsin. Məsələ: 2571.Əgər qaib olan bir şəxs öz arvadına təlaq vermək istəsə, bu halda arvadının heyz və ya nifas olmasından xəbər tuta bilərsə, hətta onun xəbər tutması qadının heyz adəti üzündən, yaxud müqəddəs Şəriətdə müəyyən olunan sair əlamətlər üzündən mə”lum olarsa, gərək onun halını soruşsun. Əgər soruşa bilməsə, qadınların adətən heyz və ya nifasdan pak olduqları müddətə qədər gözləməlidir. Ehtiyat-vacib budur ki, bir aya qədər gözləsin. Məsələ: 2572.Əgər kişi, heyz və ya nifas qanından pak olan arvadı ilə yaxınlıq edib sonra təlaq vermək istəsə, gərək ikinci dəfə heyz qanı görüb paklanmasını gözləsin . Həmçinin əgər heyz, yaxud nifas halında onunla yaxınlıq etsə, ehtiyat-vacibə görə o heyz və nifasdan sonrakı paklıqda–hətta o paklıqda onunla yaxınlıq etməmiş olsa da, ona təlaq verə bilməz. Amma 9 yaşı tamam olmayan, yaxud hamilə olan qadına, onunla yaxınlıq etdikdən sonra təlaq versələr eybi yoxdur. Qadın yaisə olsa da eyni qayda ilə. Əgər yaxınlıq edəndən sonra təlaq versələr eybi yoxdur. Məsələ: 2573.Əgər kişi heyz və ya nifas qanından pak olan arvadı ilə yaxınlıq edib həmin paklıq müddətində təlaq versə və sonra təlaq verdiyi vaxt hamilə olduğu mə”lum olsa, eybi yoxdur. Məsələ: 2574.Əgər kişi heyz və ya nifas qanından pak olan arvadı ilə yaxınlıq edib sonra səfərə getsə və səfərdə təlaq vermək istəsə, amma arvadının halını səfərdə soruşa bilməsə, bu halda qadınların adətən (o müddətdən sonra) paklıqdan sonra qan görüb yenidən pak olduqları qədər gözləməlidir. Ehtiyat-vacib budur ki, o müddət bir aydan az olmasın. Məsələ: 2575.Əgər kişi xilqətinin, yaxud xəstəlik və ya heyzin qabağını almaq üçün qəbul edilən dərman səbəbilə heyz görməyən qadınına təlaq vermək istəsə, onunla yaxınlıq etdiyi vaxtdan e”tibarən üç ay müddətində onunla cima etməkdən çəkinməli, sonra təlaq verməlidir. Məsələ: 2576.Təlaq ərəbcə və səhih siyğə ilə olmalıdır. Ehtiyat-vacibə görə “taliq” sözü ilə olmalı, iki nəfər adil kişi də onu eşitməlidir. Əgər ərin özü təlaq siyğəsini oxumaq istəsə və arvadının da adı Fatimə olsa gərək desin: زَوجَتىِ فَاطِمَةُ طَالِقُ Əgər başqasını vəkil etsə, vəkil belə deməlidir: زَوَجَةُ مُوَكْلِىِ فَاطِمَةُ طَالِقُ Məsələ: 2577. Siyğə olunan (məsələn, bir aylıq, bir illik) qadının təlaqı yoxdur. Onun boşanması müddətinin tamam olması, yaxud kişinin həmin müddəti ona bağışlaması ilədir. Belə ki, “müddəti sənə bağışladım” desin. Bu halda qadının heyz qanından paklığı və şahid tutulması lazım deyil. TƏLAQ İDDƏSİMəsələ: 2578. 9 yaşı tamam olmayan, habelə yaisə qadının müddəti yoxdur. Yə”ni ərinin onunla yaxınlıq etməsinə baxmayaraq, təlaq veriləndən sonra dərhal ərə gedə bilər.Məsələ: 2579. 9 yaşı tamam olan və yaisə olmayan qadının, əri, onunla yaxınlıq edib təlaq versə, təlaqdan sonra iddə saxlamalıdır. Yə”ni, təlaq verildiyi paklıqdan sonra (hərçənd az miqdar olsa da) o qədər gözləməlidir ki, yenidən heyz görüb pak olsun. Üçüncü heyzi görən kimi, iddəsi tamam olur və ərə gedə bilər. Amma əgər yaxınlıq etmədən təlaq versə iddəsi yoxdur; yə”ni təlaqdan sonra dərhal ərə gedə bilər. Məsələ: 2580. Heyz görən qadınlar ilə bir yaşda olub heyz görməyən qadının əri onunla yaxınlıq edib təlaq versə, təlaqdan sonra üç ay iddə saxlamalıdır. Məsələ: 2581. İddəsi üç ay olan qadına, ayın əvvəlində təlaq versələr, üç hilali (qəməri) ay gözləməlidir. Yə”ni, ayın göründüyü vaxtdan etibarən üç ay müddətində iddə saxlamalıdır. Əgər ayın ortalarında təlaq versələr, ayın qalanını sonrakı iki ay ilə birlikdə, habelə birinci ayın kəsrini dördüncü aydan iddə saxlamalıdır ki, üç ay tamam olsun. Məsələn, bir qadına ayın iyirminci gününün məğrib vaxtında təlaq versələr və o ay da 29 gün olsa, o ayın 9 gününü sonrakı iki ay və 4-cü ayın 20 günü ilə birlikdə iddə saxlamalıdır. Ehtiyat-müstəhəbə görə 4-cü aydan 21 gün iddə saxlasın ki, birinci aydakı ilə 30 gün tamam olsun. Məsələ: 2582. Əgər hamilə qadına təlaq versələr, onun iddəsi uşağın dünyaya gəlməsinə, yaxud saqit olmasına qədərdir. Məsələn, təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, həmin vaxt iddəsi tamam olur. Məsələ: 2583. Doqquz yaşı tamam olan və yaisə olmayan bir qadın (məsələn, bir ay, yaxud bir illiyə) siyğə olunsa, əri onunla yaxınlıq etsə və o qadının müddəti tamam olsa, yaxud əri həmin müddəti bağışlasa, bu halda heyz görürsə, ehtiyat-vacibə görə gərək iki heyzlə iki paklığın hansı çox olsa onu iddə saxlasın, ərə getməsin; yox əgər heyz görmürsə, 45 günə qədər ərə getməməlidir. Hamilə olduğu surətdə ehtiyat-vacib budur ki, doğuşla 45 günün hansı çox olsa, onu iddə saxlasın. Məsələ: 2584. Təlaq iddəsinin əvvəli təlaq siyğəsinin tamam olduğu vaxtdan e”tibarən başlayır–istər qadın ona təlaq verildiyini bilsin, istərsə də bilməsin. Əgər iddə qurtarandan sonra ona təlaq verilməsini başa düşsə, yenidən iddə saxlaması lazım (ilzami) deyil. ƏRİ ÖLƏN QADININ İDDƏSİMəsələ: 2585.Ə ri ölən qadın hamilə olmazsa–hətta əgər yaisə, yaxud səğiyrə olsa da, yaxud əri onunla yaxınlıq etməsə də, 4 ay 10 gün iddə saxlamalı, yə”ni ərə getməməlidir. Əgər hamilə olsa, doğuşa qədər iddə saxlamalıdır. Amma əgər uşaq 4 ay 10 gün keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün keçənə qədər gözləməlidir. Buna “vəfat iddəsi” deyilir.Məsələ: 2586. Vəfat iddəsində olan qadının bəzəkli paltar geyməsi, sürmə çəkməsi həmçinin zinət sayılan sair işlər görmək ona haramdır. Məsələ: 2587. Əgər qadın ərinin ölməsini yəqin edib vəfat iddəsi qurtarandan sonra ərə getsə və sonradan ərinin, ərə gedəndən sonra ölməsi mə”lum olsa, ikinci ərindən ayrılmalıdır. Əgər hamilə olsa təlaq iddəsində deyildiyi qədər ikinci əri üçün təlaq iddəsi, sonra isə birinci əri üçün vəfat iddəsi saxlamalıdır. Əgər hamilə olmasa birinci əri üçün vəfat iddəsi, sonra isə ikinci əri üçün təlaq iddəsi saxlamalıdır. Vəfat iddəsinin başlanğıcı–ərinin vəfatı barədə səhih xəbərin ona verildiyi vaxtı götürməlidir. Məsələ: 2588. Qadının əri qaib, yaxud qaib hökmündə olsa, vəfat iddəsinin başlanğıcı qadının ərinin ölümündən xəbərdar olduğu vaxtan başlanır. Məsələ: 2589.Ə gər qadın “iddəm tamam olmuşdur” desə, bu sözü iki şərtlə qəbul edilir: 1-Ehtiyata əsasən, töhmət mövqeyində olmasın; 2-Təlaqdan, yaxud ərinin ölməsindən o qədər vaxt keçsin ki, o müddətdə iddənin tamam olması mümkün olsun. |