|
||||||||||||||||||||
|
BALIQ OVUMəsələ: 2683.Əgər pullu balığı sudan diri tutsalar və sudan kənarda can versə pak, yeyilməsi də halaldır. Əgər suda ölsə pak, yeyilməsi isə haramdır. Amma əgər balıqçıların toruna düşüb suda ölsə, yeyilməsi halaldır. Pulsuz balıqları hətta sudan diri tutsalar və sudan çöldə can versə, haramdır.Məsələ: 2684.Əgər balıq sudan kənara düşsə, yaxud dalğalar onu kənara atsa, yaxud da su çəkilsə və balıq quruda qalsa, ölməmişdən qabaq bir kəs onu əl ilə, yaxud başqa vasitələrlə tutsa, öləndən sonra halaldır. Məsələ: 2685.Balığı tutan bir kəsin müsəlman olması, onu götürən vaxt Allahın adını deməsi lazım (ilzami) deyil. Amma müsəlman gərək kafirin onu diri tutmasını və sudan çöldə can vermiş olduğunu bilsin. Məsələ: 2686.Sudan ölü, yaxud diri halda tutulması mə”lum olmayan ölü balıq müsəlmanın əlində olsa halaldır. Əgər kafirin əlində olsa, hətta “onu diri tutmuşam” desə də, haramdır. Amma əgər onun sözünün doğruluğuna yəqin və ya xatircəmlik hasil olsa, yaxud iki nəfər adil şəxs şəhadət versə haram deyil. Məsələ: 2687.Diri balığı yeməyin eybi yoxdur. Məsələ: 2688. Əgər diri balığı kabab etsələr, yaxud, sudan kənarda, can verməmişdən qabaq öldürsələr, yeyilməsinin eybi yoxdur. Məsələ: 2689.Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri ikən suya düşsə, sudan kənarda qalan hissəni yeməyin eybi yoxdur. ÇƏYİRTKƏ OVUMəsələ: 2690.Əgər çəyirtkəni əl, yaxud başqa vasitələrlə diri tutsalar can verəndən sonra yeyilməsi halaldır. Onu tutan şəxsin müsəlman olması, onu tutduğu vaxt Allahın adını deməsi lazım (ilzami) deyil. Amma ölü çəyirtkə kafirin əlində olsa və onu diri tutub-tutmaması mə”lum olmasa, “hətta diri tutmuşam” desə də halal deyil. Amma əgər onun sözünün doğruluğuna xatircəmlik hasil olsa, yaxud iki nəfər adil şəhadət versə halaldır.Məsələ: 2691.Qol-qanadı çıxmayan və uça bilməyən çəyirtkəni yemək haramdır. |