|
||||||||||||||||||||
|
VƏQFİN HÖKMLƏRİMəsələ: 2753. Əgər bir kəs müəyyən bir şeyi vəqf etsə, onun mülkündən çıxır, onun özü və başqaları da onu bağışlaya, sata bilməzlər. Bir kəs o mülkü irs aparmır. Amma 2155 və 2156-cı məsələlərdə deyiləcək bə”zi hallarda satılmasının eybi yoxdur.Məsələ: 2754. Vəqfin siyğəsinin ərəb dilində oxunması lazım (ilzami) deyil; hətta əgər misal üçün “öz evimi vəqf etdim” desə, vəqf səhihdir. Amma ehtiyat vacibə görə xüsusi vəqfdə ev vəqf olunan kəs, yaxud onun vəkili və ya qəyyumu “vəqfi qəbul etdim” deməlidir. Vəqf əməl ilə də gerçəkləşir. Məsələn, həsiri vəqf məqsədi ilə məscidə atsa, yaxud bir yeri məscid olması niyyəti ilə tikib namazqılanların istifadəsinə versə, vəqf gerçəkləşir. Ümumi istifadə üçün vəqf olunan yerlərdə (məscid, mədrəsə, yaxud ümumxalq üçün, yaxud fəqirlər və seyyidlər üçün vəqf olunan şeylər) vəqfin səhihliyində bir kəsin qəbul etməsi lazım deyil, qəbul etməyə də ehtiyacı yoxdur. Məsələ: 2755. Əgər bir mülkü vəqf üçün nəzərdə tutub siyğə oxunmamışdan qabaq peşman olsa (fikrindən dönsə), yaxud ölsə, vəqf səhih deyil. Məsələ: 2756. Müəyyən bir malı vəqf edən bir şəxs, onu həmişəlik olaraq vəqf etməlidir. Deməli əgər “bu mal 10 il müddətində vəqf olsun, sonrakı vaxtlarda vəqf olmasın”, yaxud “bu mal 10 il müddətində vəqf olsun, sonra 5 il müddətinə vəqf olmasın və yenidən vəqf olsun” desə batildir. Vəqf, siyğənin oxunduğu vaxtdan olmalıdır. Deməli misal üçün, “bu mal mənim ölümümdən sonra vəqf olsun” desə, siyğə oxunduğu vaxtdan öldüyü vaxta qədər vəqf olmadığına görə, işkalı var. Amma əgər vəqf edənin məqsədi öz ölümündən sonra vəqf olunmasına vəsiyyət etmək olsa, eybi yoxdur. Məsələ: 2757. Vəqf o vaxt səhihdir ki, vəqf olunan malı vəqf etdiyi şəxsin, yaxud onun vəkilinin və ya vəlisinin təsərrüfünə keçirtsin. Amma əgər şəxs bir şeyi öz səğir övladlarına vəqf edib o mülkün onların malı olsun deyə, onların tərəfindən saxlasa vəqf səhihdir. Məsələ: 2758. Əgər bir məscidi vəqf etsələr və onu vəqf edən şəxs məscidi camaatın ixtiyarına vermək məqsədi ilə orada namaz qılmağa icazə versə, bu halda bir nəfərin o məsciddə namaz qılması ilə vəqf düzəlir. Zahir budur ki, ümumi vəqf olunan yerlərdə (mədərsə, məscid və s.) qəbz mö”təbər deyildir. Vəqf məsələsi isə sadəcə olaraq vəqf etməklə gerçəkləşir. Həmçinin əgər bir kəs məscid tikib onu məscidin mütəvəllisinə versə, vəqf sübuta yetir və gerçəkləşir. Məsələ: 2759. Vəqf edən şəxs mükəlləf, aqil olmalı, qəsd və ixtiyar üzündən vəqf etməli, şər”ən öz malında təsərrüf edə bilməlidir. Deməli səfeh və cameüş-şərait müctehidin, malında təsərrüf etməsini qadağan etdiyi şəxslər öz malında təsərrüf etməyə haqqı olmadığına görə, bir şeyi vəqf etsə, səhih deyil. Məsələ: 2760. Əgər müəyyən malı hələ dünyaya gəlməmiş şəxslərə vəqf etsə, məhəlli-işkaldır. Amma bə”ziləri dünyaya gələn şəxslərə vəqf etmək səhihdir. Sonradan dünyaya gələnlər əvvəlkilər ilə şərik olur. Məsələ: 2761. Əgər bir şeyi özünə vəqf etsə, (məsələn, bir mağazanı, gəlirinin öləndən sonra ona məqbərə tikilməsinə xərclənsin deyə vəqf etsə) səhih deyil. Amma əgər misal üçün, müəyyən bir malı fəqirlərə vəqf edib sonra özü də fəqirləşsə, vəqfin mənfəətlərindən istifadə edə bilər. Məsələ: 2762. Əgər vəqf etdiyi şey üçün mütəvəlli tə”yin etsə onun qərarına müvafiq olaraq əməl etməlidirlər; yox əgər tə”yin etməsə, bu halda məxsus şəxslərə (məsələn, öz övladlarına) vəqf etmişsə, ixtiyar onların əlindədir. Əgər həddi-buluğa çatmasalar, ixtiyarı onların qəyyumunun əlindədir, vəqfdən istifadə etmək üçün cameüş-şərait müctehidin icazəsi lazım deyil. Məsələ: 2763. Əgər müəyyən bir mülkü misal üçün, fəqirlərə, seyyidlərə vəqf etsə, yaxud mənfəətinin xeyir işlərə məsrəf olunmasını vəqf etsə, bu halda o mülkə müəyyən bir şəxsi mütəvvəli tə”yin etməyibsə, onun ixtiyarı hakimi-şər”in əlindədir. Məsələ: 2764. Əgər bir mülkü məxsus şəxslərə (məsələn, öz övladına) nəsilbənəsil ondan istifadə etsinlər deyə, vəqf etsə, bu halda o mülkün mütəvəllisi onu icarəyə verib sonra ölsə, vəqfin özünün və ya sonrakı nəslin məsləhətini nəzərə alıbsa, icarə batil olmur. Həmçinin əgər mütəvəllisi olmasa və vəqf olunan kəslərdən bir təbəqəsi onu icarəyə verib icarə müddəti əsnasında ölsələr, bu halda vəqfin özünün, yaxud sonrakı təbəqənin məsləhətini nəzərə almış olsalar, icarə batil olmur. Məsələ: 2765. Əgər vəqfin mülkü xarab olsa, vəqfdən çıxmır; amma əgər nəzərdə tutulan ünvan aradan getsə (məsələn, bağı əyləncə, istirahət üçün vəqf etsələr və bağ xarab olsa) vəqf batil olur və vəqf edəninin vərəsələrinə qayıdır. Məsələ: 2766. Bir hissəsi vəqf olan, digər hissəsi isə isə vəqf olmayan bir mülk bölünməmiş olsa, cameüş-şərait müctehid, yaxud vəqfin mütəvəllisi (bu sahədəki) mütəxəssilərin nəzəri ilə vəqf olan hissəni ayıra bilər. Məsələ: 2767. Əgər vəqfin mütəvəllisi xəyanət etsə və onun gəlirini müəyyən olunduğu yerlərə xərcləməsə, hakimi-şər” əmin bir şəxsi ona qoşmalıdır ki, xəyanətinin qabağını alsın. Əgər mümkün olmasa, onun yerinə əmanətdar bir mütəvəlli tə”yin edə bilər. Məsələ: 2768. Hüseyniyyə üçün vəqf olunan xalçanı, palazı namaz üçün məscidə–hətta onun yaxınlığında da olsa aparmaq olmaz. Xalçanın, palazın hüseyniyyəyə məxsus olub-olmadığı mə”lum olmasa, yenə də başqa yerə aparmaq səhih deyil. Vəqf olunan sair şeylərdə də eynilə. Hətta məsciddəki möhürləri başqa məscidə aparmaq olmaz. Məsələ: 2769. Əgər bir mülkü müəyyən bir məscidin tə”miri üçün vəqf etsələr, bu halda o məscidin tə”mirə ehtiyacı olmasa və bir müddət də tə”mirə ehtiyacı olacağına ehtimal verilməsə, onda tə”mirdən başqa ehtiyacı olmasa və onun gəliri tələf olmaq ərəfəsində olub saxlanması əbəs iş sayılsa, o mülkün gəlirini tə”mirə ehtiyacı olan məsçidə sərf edə bilərlər. Məsələ: 2770. Əgər bir mülkü, gəlirini bir məscidə xərcləmək üçün vəqf edib imam-camaata və o məsciddə azan deyən şəxsə versələr bu halda, hər birinə nə qədər nəzərdə tutulduğunu bilsələr, yaxud xatircəm olsalar, gərək həmin qaydada məsrəf etsinlər. Amma yəqin, yaxud arxayınlıqları olmasa, gərək əvvəlcə məscidi tə”mir etsinlər, artıq bir şey qalarsa imam-camaatla azan deyən kəsə bərabər şəkildə bölsünlər. Daha yaxşı olar ki, o iki nəfər onu bölüşdürməkdə bir-biri ilə razılığa gəlsinlər. VƏSİYYƏTİN HÖKMLƏRİMəsələ: 2771. Vəsiyyət odur ki, insan ölümündən sonra onun üçün müəyyən işlər görülməsini, yaxud malından bir şeyi başqasının mülkünə keçirilməsini sifariş etsin. Yaxud da öz övladı və ya ixtiyarında olan şəxslər üçün qəyyum və himayəçi tə”yin etsin. Vəsiyyət edilən şəxsə “vəsi” deyilir.Məsələ: 2772. Vəsiyyət etmək istəyən bir kəs, hətta lal da olmasa da, məqsədini başa salan işarə ilə vəsiyyət edə bilər. Məsələ: 2773. Əgər meyyitin imzası və ya möhürü olan bir yazı görünsə, bu halda onun məqsədini çatdırsa və vəsiyyət üçün yazdığı mə”lum olsa ona müvafiq olaraq əməl edilməlidir. Məsələ: 2774. Vəsiyyət edən şəxs, aqil, baliğ olmalıdır. øAmma yaxşını-pisi başa düşən 10 yaşlı uşaq xeyir işlər (məscid, su anbarı, körpü tikmək) üçün vəsiyyət etsə səhihdir.π Həmçinin, vəsiyyət edən şəxs ixtiyar üzündən vəsiyyət etməli, həddi-büluğa çatanda səfeh olmamalıdır. Amma onun vəsiyyəti səhihdir, xüsusilə əgər (vəsiyyəti) mə”ruf və xeyir işlərdə və cameüş-şərait müctehidin qadağan etməsindən qabaq olsa. Məsələ: 2775. Əgər bir kəs qəsdən özünü yaralasa, yaxud zəhər içib nəticədə ölmünə yəqin və güman hasil olsa, bu halda öz malının bir miqdarını müəyyən işlərə sərf edilməsini vəsiyyət etsə , səhih deyil. Məsələ: 2776. Əgər bir kəs bir şeyi şəxsə verilməsini vəsiyyət etsə, o kəs həmin şeyin o vaxt maliki olur ki, qəbul etsin. Amma əzhər budur ki, vəsiyyətin rədd edilməməsi kifayətdir. Çünki rədd etmək vəsiyyətin münəcciz olmasına manedir, hərçənd ki, vəsiyyət edənin sağlığında da olsa. Məsələ: 2777. İnsan ölüm əlamətlərini özündə görəndə, dərhal camaatın əmanətlərini sahiblərinə qaytarmalı, onlara borcludursa və borclarının qaytarılması vaxtı çatıbsa verməlidir. Əgər özü verə bilməsə, yaxud borcun qaytarılması vaxtı çatmayıbsa, vəsiyyət etməli və vəsiyyətinə şahid tutmalıdır. Amma əgər onun borcu mə”lum olsa və vərəsələrinin verəcəyinə xatircəm olsa, vəsiyyət etməsi lazım (ilzami) deyil. Məsələ: 2778. Özündə ölüm əlamətlərini görən bir kəs əgər xüms, zəkat və məzalim borcu olsa, dərhal verməlidir. Verə bilməsə, bu halda özünün malı varsa, yaxud bir kəsin onu qaytaracağına ehtimal verirsə, yaxud başqa yollarla boynundan götürüləcəyi hasil olsa, gərək vəsiyyət etsin. Boynunda vacibi həcci olsa da eynilə. Məsələ: 2779. Ölüm əlamətlərini özündə görən bir kəsin oruc-namaz qəzası olsa vəsiyyət etməlidir ki, onun öz malından onun üçün əcir tutsunlar. Hətta əgər malı olmasa, amma bir kəsin onları pulsuz yerinə yetirəcəyini ehtimal versə yenə də vəsiyyət etməsi vacibdir. Amma onun oruc-namaz qəzaları, “qəza namazı” bölməsində deyildiyi kimi, böyük oğluna vacib olsa, gərək ona xəbər versin, yaxud yerinə yetirməsini vəsiyyət etsin. Məsələ: 2780. Ölüm əlamətlərini özündə görən bir kəsin başqasının yanında malı olsa, yaxud vərəsələrin bilmədiyi yerdə gizlətmiş olsa, bu halda bilməməkləri vasitəsilə haqları aradan gedəcəksə, gərək onlara xəbər versin. Özünün səğir uşaqları üçün bir nəfəri qəyyum və himayəçi tə”yin etməsi lazım deyil. Amma qəyyum tə”yin edilmədən malları tələf olub aradan gedərsə, yaxud özləri zay olarsa, onlar üçün əmanətdar bir qəyyum tə”yin etməlidir. Məsələ: 2781. Vəsi aqil və e”timad ediləsi şəxs olmalıdır. Əgər vəsiyyət edən müsəlman olsa, bu halda vəsiyyətə əməl etmək, bu fərzdə təbii olaraq müsəlman olan vərəsələrə istila tapmasına (hakim kəsilməsinə) səbəb olsa, müsəlman olması lazımdır. Ehtiyat-vacibə görə vəsi baliğ olmalıdır. Məsələ: 2782. Əgər bir kəs özü üçün bir neçə vəsi tə”yin edib, hər birinin ayrılıqda vəsiyyətə əməl etməsinə icazə vermiş olsa, vəsiyyəti yerinə yetirməkdə bir-birindən icazə almaları lazım deyil. Yox əgər icazə verməmiş olsa–istər hamısının birlikdə vəsiyyətə əməl etmələrini demiş olsun, istərsə də deməmiş olsun–bir-birinin rə”ylərini nəzərə almaqla vəsiyyətə əməl etməlidirlər. Əgər vəsiyyətə bir yerdə əməl etməyə razı olmasalar və məsləhəti ayırd etməkdə ixtilafları olsa bu halda tə”xirə salınıb möhlət verilməsi vəsiyyətin yerdə qalmasına səbəb olsa, cameüş-şərait müctehid onları məcbur edəcək ki, məsləhəti ayırd edə bilən şəxsin nəzərinə təslim olsunlar. Əgər itaət etməsələr onların yerinə başqalarını tə”yin etməlidir. Onlardan biri qəbul etməsə başqa bir nəfəri, onun yerinə tə”yin edir. Məsələ: 2783. Əgər insan öz vəsiyyətindən dönsə, məsələn, malının üçdə birini bir kəsə verilməsini vəsiyyət edib sonra “ona verməsinlər” desə, vəsiyyət batil olur. Əgər öz vəsiyyətini dəyişsə (məsələn, öz uşaqları üçün bir qəyyum tə”yin edib sonradan başqasını onun yerinə tə”yin etsə), birinci vəsiyyəti batil olur; ikinci vəsiyyətinə əməl edilməlidir. Məsələ: 2784. Əgər müəyyən bir iş görməklə vəsiyyətindən dönməsi mə”lum olsa (məsələn, müəyyən bir şəxsə verilməsini vəsiyyət etdiyi evi satsa, yaxud başqasını onu satmağa vəkil etsə) vəsiyyət batil olur. Məsələ: 2785. Əgər müəyyən bir şeyi bir kəsə, sonra isə həmin şeyin yarısının başqa bir kəsə verilməsini vəsiyyət etsə, o şeyi iki yerə bölüb hər birinə bir yarısını verməlidirlər. Məsələ: 2786. Əgər bir kəs ölüm xəstəliyində malının bir miqdarını bir kəsə bağışlasa və öləndən sonra onun da bir miqdarını başqa bir kəsə verməsini vəsiyyət etsə, sağlığında bağışladığı şey malın əslindən olub vərəsələrin icazəsinə ehtiyac yoxdursa. Vəsiyyət etdiyi şey isə malın üçdə birindən çoxdursa, artıq olan hissə vərəsələrin icazəsinə bağlıdır. Məsələ: 2787. Əgər malının üçdə birini satmamalarını və ondan gələn gəlirin müəyyən yerlərə xərclənməsini vəsiyyət etsə, vəsiyyətə əsasən əməl olunmalıdır. Məsələ: 2788. Ölümə səbəb olan xəstəlik yatağında bir kəsə bir qədər borclu olduğunu desə, bu halda vərəsələrə zərər vurmaq niyyəti ilə ittiham olunursa gərək müəyyən etdiyi miqdarı onun malının üçdə birindən versinlər. Əks halda malın əslindən verməlidirlər. Məsələ: 2789. İnsanın bir şey verilməsini vəsiyyət etdiyi kəs mövcud olmalıdır. Deməli əgər, filan qadından doğulamsı mümkün olan bir uşağa bir şey verilməsini vəsiyyət etsə, batildir. Amma əgər anasının bətnində olan uşağa bir şey verilməsini vəsiyyət etsə–hətta hələ ruh daxil olmasa da, vəsiyyət səhihdir: əgər diri doğulsa, vəsiyyət etdiyi şeyləri ona verməlidirlər; yox əgər ölü doğulsa, vəsiyyət batil olur və vəsiyyət olunan şeyləri vərəsələr öz aralarında böləcəklər. Məsələ: 2790. Əgər insan bir kəsin onu vəsi etməsini bilsə bu halda vəsiyyət edən şəxsə, vəsiyyəti yerinə yetirməyə razı olmadığını xəbər versə, onun ölümündən sonra vəsiyyətə əməl etməsi lazım (ilzami) deyil. Amma əgər ölməmişdən qabaq onu canişin etməsini bilsə, yaxud bilib razı olmadığını xəbər verməsə, onun vəsiyyətinə əməl etməlidir. Əgər vəsi, ölümdən qabaq, xəstəliyinin ağırlaşması səbəbilə başqasına vəsiyyət edə bilmədiyi vaxt başa düşsə, ehtiyat-lazım budur ki, vəsiyyəti qəbul etsin. Məsələ: 2791. Əgər vəsiyyət edən kəs ölsə, vəsi meyyitin işlərini yerinə yetirmək üçün başqasını tə”yin edib öz boynundan ata bilməz. Amma əgər meyyitin məqsədinin vəsinin o işləri şəxsən yerinə yetirməsi deyil, yalnız işin yerinə yetirilməsi olduğunu bilsə, başqasını öz tərəfindən vəkil edə bilər. Məsələ: 2792. Əgər bir nəfər iki nəfəri birlikdə iştirak etsinlər deyə, vəsi etsə və o iki nəfərdən biri ölsə, yaxud kafir və ya dəli olsa, cameüş-şərait müctehid onun yerinə başqa bir nəfəri tə”yin etməlidir. Əgər hər ikisi ölsə, yaxud dəli və ya kafir olsa, cameüş-şərait müctehid başqa iki nəfəri tə”yin etməlidir. Məsələ: 2793. Əgər vəsi təklikdə meyyitin işlərini yerinə yetirə və özü üçün kömək tapa bilməsə, cameüş-şərait müctehid (ona kömək üçün) başqa bir nəfəri tə”yin etməlidir. Məsələ: 2794. Əgər meyyitin malının bir miqdarı vəsinin əlində tələf olsa bu halda onu saxlamaqda səhlənkarlıq və iftar edibsə (məsələn, meyyit malının bir miqdarını hər hansı bir şəhərin fəqirlərinə verməyi vəsiyyət etsə, o da həmin malı başqa şəhərə aparsa və yolda tələf olsa) zamindir. Hətta əgər yolda tələf olmasa, amma vəsiyyət etdiyi şəhərin fəqirlərinə də verməsə zamindir. Amma əgər səhlənkarlıq və ifrat etməmiş olsa, zamin deyil. Məsələ: 2795. Hərgah insan bir nəfəri vəsi etsə və əgər ölərsə, filan şəxsin vəsi olmasını desə, birinci vəsi öləndən sonra ikinci vəsi meyyitin işlərini yerinə yetirməlidir. Məsələ: 2796. Meyyitə vacib olan həcc, habelə, xums, zəkat, məzalim kimi yerinə yetirilməsi vacib olan hüquqlar və borclar–hətta meyyit onlar üçün vəsiyyət etməmiş olsa da, malının əslindən verilməlidir. Amma əgər müəyyən maldan verilməsini vəsiyyət etsə həmin maldan vermələri lazımdır. Əgər çatmasa, yerdə qalan borclarını malın əslindən verməlidirlər. Məsələ: 2797. Əgər meyyitin malı onun borc, vacib həcc, habelə xums, zəkat, məzalim kimi borclarından artıq gəlsə, bu halda malının üçdə birini, yaxud üçdə birinin bir hissəsinin müəyyən yerə xərclənməsini vəsiyyət etmiş olsa, onun vəsiyyətinə əməl edilməlidir. Əgər vəsiyyət etməmiş olsa yerdə qalan mal vərəsələrindir. Məsələ: 2798. Əgər meyyitin müəyyən etdiyi məsrəf, malının üçdə birindən çox olsa, onun (üçdə birdən çox olan yerdəki) vəsiyyəti o vaxt səhihdir ki, vərəsələrin danışmaq və ya müəyyən bir iş görməklə vəsiyyətin əməli olmasına icazə vermələri mə”lum olsun; təkcə razılıqları kifayət deyil. Əgər onun ölümündən bir müddət sonra da icazə versələr, səhihdir. Vərəsələrin bə”zisi icazə verib bə”zisi isə icazə verməsə, icazə verənlərin payında vəsiyyət səhih və nüfuzludur (qüvvədədir). Məsələ: 2799. Əgər meyyitin müəyyən etdiyi məsrəf onun malının üçdə birindən çox olsa və ölməmişdən qabaq vərəsələr də onun vəsiyyətinə əməl olunmasına icazə versələr, o öləndən sonra icazə vermək fikrindən dönə bilməzlər. Məsələ: 2800. Əgər bir nəfər onun malının üçdə birindən xums, zəkat, yaxud başqa borclarının verilməsini, habelə qəza namaz-orucları üçün əcir tutulmasını və müəyyən müstəhəb əməlləri də (məsələn, fəqirə təam vermək kimi) görülməsini vəsiyyət etsə, bu halda əvvəlcə vacibatı (istər mali olsun, istərsə də bədəni) yerinə yetirilməlidir. Vacibatın arasında da tərtib şərt deyil. Vəsiyyəti, hətta bədəni vəsiyyət də, tərtiblə olsa, gərək onun əvvəldə dediyi vacibə əməl etsinlər. Həmçinin bu tərtiblə vacibatın axırına qədər vəsiyyətə əməl edilməlidir. Malının üçdə biri onların hamısına çatsa, hamısına əməl edilməlidir. Əks halda isə, yerdə qalanların hamısı, yaxud bir qismi mali vacib olarsa, onun tərəkəsinin (tərk etdiyi malın) əslindən götürüb əməl etməlidirlər. Əgər yerdə qalanların hamısı, yaxud bir qismi bədəni vacib olsa ləğv olunur (qüvvədən düşür). Meyyitin vəsiyyəti tərtiblə olmasa, yenə də vacibat müstəhəbbatdan qabağa keçirilməlidir. Bu halda vacibat arasında heç bir tərtib yoxdur. Üstəlik malının üçdə biri vacibatın hamısına bölünməlidir–istər mali olsun, istərsə də bədəni. Onların hamısına çatmasa, mali vacibin yerdə qalanı tərəkənin əslindən götürülməlidir. Yerdə qalan bədəni vacibə isə əməl olunmur. Hər halda o vaxt müstəhəbbata əməl etmək vacibdir ki, malının üçdə biri vacibatdan əlavə onlara da çatsın. Məsələ: 2801. Əgər borcunun verilməsini və qəza namaz-orucları üçün əcir tutulmasını, həmçinin müstəhəb iş görülməsini vəsiyyət etsə, bu halda onların malın üçdə birindən edilməsini vəsiyyət etməsə, borcunu malın əslindən verməlidirlər. Əgər artıq qalsa, onun üçdə birini namaz, oruc və müəyyən etdiyi müsthəb işlərə sərf etməlidirlər. Amma üçdə biri çatmasa, bu halda vərəsələr icazə versələr, vəsiyyəti əməli olaraq həyata keçirilməlidir. Əks halda isə, namaz-orucları üçün malın üçdə birindən verməli, artıq qalarsa müəyyən etdiyi müstəhəb işlərə sərf etməlidirlər. Məsələ: 2802. Əgər bir kəs “mən meyyitin vəsisiyəm ki, onun malını filan yerə məsrəf edim”, yaxud “meyyit məni öz uşaqlarının qəyyumu seçmişdir” desə, sözü o vaxt qəbul olunar ki, dediyindən yəqin, yaxud xatircəmlik hasil olsun, yaxud iki adil kişi onun sözünü təsdiq etsin. Məsələ: 2803. Əgər müəyyən şeyin bir kəsə verilməsini vəsiyyət etsə, o kəs də vəsiyyəti qəbul, yaxud rədd etməmişdən qabaq ölsə nə qədər ki, onun vərəsələri vəsiyyəti rədd etməyiblər, o şeyləri qəbul edə bilərlər. Bu şərtlə ki, vəsiyyət edən öz fikrindən dönməsin. Əks halda o şeydə haqqları yoxdur. |