|
||||||||||||||||||||
|
AZƏRBAYCAN MÜSƏLMANLARININ AYƏTULLAHÜL-ÜZMA FAZİL LƏNKƏRANİ HƏZRƏTLƏRİNDƏN SORUŞDUQLARI SUALLARIN CAVABLARISUAL-1.Azərbaycan Respublikasında krosnı antenalarından istifadə etmək və orada şəriət qanunlarına riayət edilmədən efirə buraxılan verilişlərə baxmaq olarmı? Bu antenadan yalnız elmi və dini verilişlərə, xüsusilə də İran İslam Respublikasının efirə buraxdığı dini verilişlərə baxmağın hökmü necədir?CAVAB: Bunlar avadanlıqlardır və onlardan haram yolda istifadə etmək caiz deyildir. Onlardan mübah yolda istifadə etməyin heç bir maneəsi yoxdur, buna görə də İran İslam Respublikasından efirə yayılan dini verilişlərə baxmağın heç bir işkalı yoxdur. SUAL-2:Məhərrəmül-həram ayında bə”ziləri evində teşt qurur, yaxud ələm gəzdirirlər. Əzadarlığa gələnlər də teşt üstünə, yaxud ələmə nəzir verirlər. Ev sahibi məişətini tə”min etmək üçün yığılan nəzirlərdən istifadə edə bilərmi? CAVAB:Bu, oraya pul və ya nəzir verənlərin nəzərlərindən asılıdır: əgər əzadarlığa xərcləsinlər deyə verirsə, bu halda onlardan şəxsi istifadə etmək caiz deyildir. SUAL-3:Ülgüc (lezva) ilə üz qırxmağın hökmü nədir? CAVAB:Üzü qırxmaq vacib ehtiyata görə haramdır. SUAL-4:Bir şəxs mənini xaric etmək üçün bir iş görsə, amma məninin xaric olmasının qarşısını alsa, bunun hökmü nədir? CAVAB: Əgər məqsədi məninin xaric olmasıdırsa, bu iş haramdır. Amma məqsədi mənini xaric etmək olmasa, eybi yoxdur. SUAL-5:Yaş əl məsihilərin, yəhudilərin, hinduların qapılarına, yaxud onların hər hansı avadanlığına toxunsa, nəcis olarmı, ya yox? CAVAB:Nəcis olmasına yəqinliyin (elmin) olmasa, pakdır. SUAL-6:Namazı bilərəkdən qılmayan amma onu inkar da etməyən adam kafir və nəcisdirmi? CAVAB: Namazı inkar etmirsə, fasiq və günahkardır, kafir və nəcis hökmündə deyil. SUAL-7:Əgər ata öz uşağını ədəbləndirmək üçün döysə və bu iş yaralanmaya, ətin qaralmasına gətirib çıxartsa, diyə verməlidir, ya yox? CAVAB:Diyə verməlidir. SUAL-8: İslam dini nöqteyi-nəzərindən qalstuk vurmağın hökmü nədir? CAVAB:Qalstuk vurmaq zahirən nəsranilərin şüarı olmuşdur. Yaxşısı budur ki, müsəlmanlar ondan istifadə etməsinlər. SUAL-9:Naməhrəmə böyrək “hədiyyə etməyin” hökmü nədir? CAVAB:Bunun heç bir maneəsi yoxdur. SUAL-10:Aya qadınların yuxuda möhtəlim (cünub) olmaları mümkündürmü? CAVAB: Bəli, mümkündür. SUAL-11: Qadının, əri ilə cinsi əlaqədə olmadan cünub olması mümkündürmü? CAVAB: Bəli mümkündür. Belə ki, əgər məninin məxrəcdən çıxmasına yəqinliyi olsa, qusl vacib olar. Əks halda isə vacib deyildir. SUAL-12:Cənabətli şəxsin üstündə (məsələn cibində) Quran olmasının işkalı vardır, ya yox? CAVAB: Heç bir işkalı yoxdur. SUAL-13: Cənabətli və ya heyzli şəxslərin “Kumeyl” duası oxuması caizdir, yoxsa yox? CAVAB: Heç bir maneəsi yoxdur, amma gərək duadakı səcdə ayəsini (“əfə mən kanə mö”minən kə mən kanə kafirən”) oxumasın. SUAL-14:Cənabətli və heyzli şəxslər ziyarət üçün imamzadələrin məqbərələrinə daxil ola bilərlərmi? CAVAB: Heç bir maneəsi yoxdur. SUAL-15:Qadın ərinin qardaşı (qaynı) yanında hicabsız gəzə bilərmi? CAVAB:Ərin qardaşı, sair kişilər kimi o qadına naməhrəmdir. SUAL-16: Dindar qadınların elmi mərkəzlərdə təhsil almasının və ya dərs deməsinin hökmü nədir? CAVAB: İslami hicaba riayət etməklə lazımi həddə söhbət və baxmağın eybi yoxdur. SUAL-17: Quran və ya xorla islami nəğmələr oxuyan qadınların səslərini eşitməyin hökmü nədir? CAVAB: Əgər reybə və ləzzət niyyəti ilə olsa, caiz deyil. əks halda heç bir maneəsi yoxdur. SUAL-18: Kişi müəlliminin göstərişi ilə naməhrəm qadının, müəllimin eşidəcəyi tərzdə Quran oxumasının hökmü nədir? CAVAB: Təhsil almaqda qadınların iştirak etməsi lazım və çox da yaxşı bir işdir. SUAL-19: Quran dərsi deyən bir şəxs tələbələrindən muzd ala bilərmi? CAVAB: Heç bir maneəsi yoxdur. SUAL-20: Ərindən başqası üçün ətirlənən qadının qusl etməsi lazımdırmı? CAVAB: Sualın fərz olunduğu halda qadının qusl etməsi müstəhəbdir. SUAL-21: Camaat namazı üçün azan deyilir, amma imam-camaat azan deyilərkən orada olmayıb və azan səsini də eşitməyib. O gələndən sonra özü də azanı yenidən deməlidir ya yox? CAVAB: Həmin azan kifayətdir. SUAL-22: Kişi öz arvadını döyməsi nəticəsində arvad yaralanmışdır. Onun diyəsinin miqdarı nə qədərdir? CAVAB: Ümumi halda dərinin və əlin cızılması və kəsilməsinin diyəsi beş dinardır. Əgər ətindən kəsilsə, diyəsi on dinardır... SUAL-23: Əgər bir meyyitin sün”i dişləri qızıldan olarsa, onları çıxartmağın hökmü nədir? CAVAB: Əgər meyyitə əziyyət və hörmətsizlik olmazsa, eybi yoxdur. SUAL-24: Yaisə vaxtında qadın heyzə oxşayan qan görərsə, bu heyz hökmündədir, yoxsa istihazə? CAVAB: Bu halda əgər qan heyzə oxşayarsa belə, istihazə hökmündədir. SUAL-25: Ağıllı və həddi-büluğa çatmış qız uşağının razılığı olmadığı bir oğlana, məcburi surətdə ərə verməyin hökmü nədir? Atanın bu işi görməyə şər”ən ixtiyarı varmı? CAVAB:Bu cür evlənmə (əqd) batildir. Qızın atası və başqa şəxslər onu məcbur edə bilməzlər. SUAL-26: Əgər yuxarıdakı sualda qızı məcburi ərə verdikdən bir neçə il sonra qız razı olarsa, bunun hökmü nədir? Bu müddətdə onlardan dünyaya gələn uşaqların hökmü nədir? CAVAB: Nikah əqdini təzədən oxumaq lazımdır. Bunlar (ər və arvad) məcburi ərə getməyi səhih bildiklərinə görə onlardan dünyaya gələn uşaqlar halalzadədirlər. SUAL-27: Evdar qadının “Həmd və surə”ni (və namazın qaydalarını) düzgün surətdə öyrənməyə imkanı yoxdur. Camaat namazında da iştirak edə bilər, amma əri icazə vermir. Bu halda ərinə tabe olması ilzamidirmi, yoxsa ərindən icazəsiz camaat namazında iştirak edə bilər? CAVAB: Belə bir halın olması mümkün deyildir. Amma belə olarsa, namazı düzgün öyrənmək üçün ehtiyat budur ki, namazı camaatla qılsın və bu surətdə ərinə itaət etməsi lazım deyildir. SUAL-28: Namaz barəsində deyilir ki, qadın kişidən arxada namaz qılmalıdır. Məqsəd hər ikisi namaz qılan haldadır, yoxsa yox? Əgər qadın namaz qılırsa və bir kişi (əri, qardaşı) arxasında əyləşərsə, bu hökm onlara da aiddirmi? CAVAB: Bəli, məqsəd hər ikisi namaz qılmaq istədiyi vaxtdır, amma əgər onlardan biri namaz qılmaq istəsə, bu hökm ona aid olmaz. SUAL-29: Qadın adət günlərindən sonra (adətən 6-7 gün olur) pak olub yenidən (qırmızı) qan görsə və heyz qanı olub-olmamasında şəkk etsə, hökmü nədir? CAVAB: Əgər on gün tamam olmamışdan qabaq qan görsə, heyz hökmündədir. SUAL-30: Şər”i məsələləri bilən bir qadın, qadınlar məclisində möv”izə edib və ya Quran oxuya bilərmi? CAVAB:Heç bir maneəsi yoxdur. SUAL-31: Camaat namazı barəsində deyilən savab təkbir deyən şəxsə də aiddirmi? CAVAB: Ümidvar ki, Allah ona mə”mumun (iqtida edənlərin) savabından çox savab verə. SUAL-32:Bir nəfər nəzir edir ki, əgər misal üçün filan işim düzəlsə, yaxud oğlum əsgərlikdən və ya müharibədən sağ-salamat qayıdıb gəlsə, müəyyən bir heyvanı (yə”ni filan qoçu, cöngəni kəsəcəyini müəyyən edir) Allah yolunda kəsərəm, amma bu işin hasil olması, yaxud oğlunun əsgərlikdən və ya müharibədən qayıtması mə”lum deyil. Nəzir sahibi tə”yin olunmuş heyvanı uzun müddət saxlamaqda çətinlik çəkir, yaxud imkanı yoxdur. Bu halda onun vəzifəsi nədir? CAVAB: Əgər nəzir siyğəsi oxunmuşdursa, onda ona əməl etməlidir. Amma əgər onun saxlanması çətinliyə, məşəqqətə səbəb olarsa, onda saxlamaya bilər. SUAL-33: Bir nəfər buğda əkib həddi nisabdan (847 kq-dan) çox məhsul əldə edir. Buğdanı əkib becərməyə və biçməyə də xərc çəkib. Zəkat verəndə o xərcləri çıxmalıdır, ya yox? CAVAB: Qeyd olunan xərclər çıxılmalı və yerdə qalan hissənin zəkatı verilməlidir. SUAL-34: Həddi-büluğa çatmamış bir oğlan uşağı ata-anasının qəza namazlarını qıla bilərmi? CAVAB: Əgər ağıllı olub namaz və dəstəmazın qayda-qanunlarını düzgün bilirsə və namazı düzgün qıla bilirsə, caiz və səhihdir. SUAL-35: Heyzli qadın səcdə ayəsini eşidəndə səcdə etməsi lazımdırmı? CAVAB: Bəli, gərək səcdə etsin. SUAL-36:Dəstəmazdan əvvəl əl-üzü yuyan bir şəxs dəstəmaz almaq üçün əlini və üzünü qurutmalıdırmı? CAVAB: Qurutmaq lazım deyil (amma əgər məsh yerləri yaş olarsa, onları qurutmalıdır). SUAL-37: Bir kəsə meyyit quslu vacibdir. Bu halda qusul almadan başqa bir meyyitə qusul verə bilərmi? CAVAB: Bəli, başqa meyyitə qusul verə bilər. SUAL-38: Meyyiti üzərində Quran ayəsi və ya surəsi yazılan kəfənə bükürlər, amma bu kəfənin nəcis olması ehtimalı vardır. Bu halda o kəfənə bükməyin eybi varmı? CAVAB: Bükməyin maneəsi yoxdur. SUAL-39: Məscidin elektrik avadanlıqlarını (maqnitofon, radio və s.) şəxsi işlətməyin hökmü nədir? CAVAB: Caiz deyil, amma işlətdiyi elektrik enerjisinin pulunu versə, eybi yoxdur. SUAL-40: Məktəbdə müəllimlər uşaqları tənbih etmək üçün elə vururlar ki, bədənləri qaralır və ya göyərir. Belə halda hökm nədir? CAVAB: Belə halda lazımdır ki, müəllim uşağın diyəsini versin. SUAL-41:Heyzli qadının yoğurduğu xəmirlə bişirilən çörəyi yeməyin hökmü nədir? CAVAB: Heç bir maneəsi yoxdur. SUAL-42: Namaz-oruc əhli olan bir qadının əri tərki-salat və şərab içəndir. Şərabı evində saxlamaq üçün arvadına hədə-qorxu gəlir ki, əgər şərabı xarab etsən və ya tullasan, sənə ağır başa gələr (və ya döyərəm). Belə halda xanımın hökmü nədir? CAVAB: Əgər qadının şərabı xarab etməyə qüdrəti çatmazsa, imkanı olmazsa, və ya ona müəyyən zərər yetişsə, heç bir vəzifəsi yoxdur. SUAL-43: Günəşin vasitəsi ilə qızmış su ilə qusul etmək olar ya yox? CAVAB: Maneəsi yoxdur. SUAL-44: Ruhaniləri məclislərdə Quran oxumaq və ya möv”izə etmək üçün (hətta bir neçə günlük) də”vət edirlər. Məhərrəm ayında on gün və ya daha çox möv”izə edirlər. Amma camaat ona haqq tə”yin etməyir və ya ümumiyyətlə haqq vermir. Bu halda də”vət edənin və camaatın vəzifəsi nədir? CAVAB: Əvvəlcədən haqq tə”yin etmədən ruhanilərə öz məişətlərini, yaşayışlarını tə”min etmək üçün müəyyən haqq vermək yaxşıdır. SUAL-45: Bə”ziləri dəstəmaz və ya qusul alanda və ya nəcis bir şeyi suya çəkəndə vasvaslıq edir, hətta neçə dəfə dəstəmaz alır və nəcis şeyi həddən artıq suya çəkirlər. Onların hökmü nədir? CAVAB: Vasvaslıq haramdır, hətta dəstəmazın batil olmasına gətirib çıxardar. Buna görə də gərək şeytanın belə işlərinə diqət yetirməsin. SUAL-46: Bə”zi yerlərdə belə bir adət vardır ki, nəcis bir şeyi yuyanda onu salavatla paklayırlar. Bə”zilərinin əqidəsi budur ki, salavatı deyirlər ki, nəcis şey pak olsun. Bu barədə hökm nədir? CAVAB:Salavat zikr etməyin çoxlu savabı vardır, amma nəcis şeyi pak etmir. SUAL-47: Məscidin abadlığı üçün və ya başqa müəyyən işlər üçün yığılan pullardan fəqirlərə vermək olarmı? CAVAB: Xeyr, lazımdır ki, elə həmin işlər üçün məsrəf edilsin. SUAL-48: Məscidin həyətində və ya həyətində tikilən binalarda (mədrəsə kimi) keçirilən mərasimlərdə heyzli qadın iştirak edə bilərmi? CAVAB: Əgər məscid olmasa, eybi yoxdur, hətta məsciddən keçməyin də işkalı yoxdur. SUAL-49:Bir şəxs cənabət və ya başqa qusullar əvəzində təyəmmüm etdikdən sonra camaat namazında iştirak edə bilərmi, ya yox? CAVAB: Xeyr, amma əgər sudan istifadə edilməsi şəxs üçün zərərli olarsa, eybi yoxur. SUAL-50: Şəhidin libasının üstündən kəfən çəkmək olar, ya yox? CAVAB: Maneəsi yoxdur. SUAL-51: Məscid tikmək üçün bir məhəllənin camaatı müəyyən bir yeri vəqf ediblər. Məscid tikiləndən sonra həmin həyətdə məsciddə istifadə edilmək üçün quyu qazılıb. Camaat evlərində şirin su olmadığı üçün o sudan aparıb istifadə edə bilərlərmi? CAVAB: Əgər həyətin hamısı və quyusu məscid üçün vəqf edilibsə, ondan istifadə etmək caiz deyildir. Amma əgər məscidin vəqfindən olmazsa, və oranın sahibləri razı olsalar, maneəsi yoxdur. Amma əgər ümumi vəqf kimi vəqf edilərsə, ondan istifadə etmək caizdir. SUAL-52:Bə”zi ruhanilər fəsadın qarşısını almaq üçün cavanlara müvəqqəti əqd siyğəsini öyrədirlər. Bə”zən bu cavanlar bu əqd siyğəsinin şərtlərini bilmədiklərindən, günaha mürtəkib olurlar və zina edirlər. Ruhanilərin olduğu halda belə cavanlara təkcə müvəqqəti əqd siyğəsini öyrətmələrinin hökmü nədir? CAVAB: Əgər səhih tərzdə və onun bütün şərtləri ilə oxuyarsa, səhihdir və işkalı da yoxdur. SUAL-53: Məscid əhli olmayan yoldan ötən şəxslər ehsan veriləndə gəlib o ehsandan aparırlar və ya məsciddə yeyirlər. Bunun hökmü nədir? CAVAB: Bu, məsciddə ehsan verənin şəxsi nəzərinə bağlıdır. SUAL-54: Bə”zi adamlar şəriətə xilaf olan yolla (haram yolla) pul qazanır (məsələn, camaata əziyyət verməklə, onların yolunu tutmaqla onlardan pul alırlar) və bu pulla məscid tikdirirlər. Belə tikilən məscidlərdən məscid kimi istifadə edib orada namaz qılmağın hökmü nədir? CAVAB: O məsciddən istifadə etməyin maneəsi yoxdur. SUAL-55: Əgər kişi öz xanımını bətnindəki uşağı siqt etdirməyə əmr edirsə, xanımın hökmü nədir? Bu günah işin diyəsi ər və arvadın hansına vacibdir? CAVAB: Qadın gərək bu barədə ərinin sözünə əhəmiyyət verməsin. SUAL-56: Ana bətnində olan uşağa ruh daxil olmamış onu siqt etdirmək olarmı? CAVAB: Xeyr, caiz deyildir. Əgər bir və ya bir neçə günlük olsa da hətta əgər nütfənin bağlanmasını bilsə, siqt etdirmək caiz deyildir. SUAL-57: Heyvanları satandan sonra onlara çəkilən (yem və başqa şeylərə) xərcləri xumusdan çıxmalıdır ya yox? CAVAB: Xeyr. SUAL-58: Bə”zi kişilər qadınların məsciddə namaz qılmalarına, hətta öz ərlərindən icazə alsalar da belə, mane olurlar. Belə halda qadınların hökmü nədir? CAVAB:Qadınların məscidə daxil olmalarının işkalı yoxdur və onların daxil olmasına heç bir vəchlə mane ola bilməzlər. SUAL-59:Qaynana gəlinin gətirdiyi cehizləri öz əlinə keçirir və gəlinə onlardan istifadə etməyə icazə vermir. Bu halda gəlinin hökmü nədir? CAVAB: Gəlinin gətirdiyi cehizləri onun icazəsi olmadan qaynanası təsərrüf edib öz ixtiyarına keçirməsi haramdır. Əgər təsərrüf edərsə, həmin şeylərə zamindir. (Yə”ni əgər xarab etsə, sındırsa, gərək əvəzini gəlinə qaytarasın və ya gəlinlə razılaşsın.) SUAL-60: Ər və arvad bir-birlərinin şəxsi mallarından icazəsiz istifadə etsələr, məsələn, ər, arvadın qızıllarını, pullarını və ya arvad ərinin icazəsi olmadan onun malından götürməsinin hökmü nədir? CAVAB: Caiz deyildir. Əgər təsərrüf etsələr, zamindirlər. SUAL-61:Ata birinci qızı üçün cehizlik hazırlayıb onu ər evinə köçürür və onun cehizlərindən bir miqdarı ikinci qızı üçün evdə qalır. qalan hissəinin xumsunu verməlidir ya yox? CAVAB: İkinci qızı üçün cehizlik təşkil etməsi lazımdırsa, xumsu yoxdur. SUAL-62: Xumsun səhmeynini məscid, hüseyniyyəyə və bu qəbildən olan ümumxalq istifadəsi üçün sərf etmək olarmı? CAVAB: Caiz deyildir. SUAL-63: Şiə qızın sünnü məzhəbində olan bir kişiyə ərə getməsi caizdirmi? CAVAB: Yaxşı olar ki, bu işi görməsinlər. SUAL-64: Bir arvad öz kiçik bacısına məhrəmliyə səbəb ola biləcək qədər (məsələn, 24 saat) süd verərsə, onların uşaqları bir-biri ilə evlənə bilərmi? CAVAB:Belə olan halda onların uşaqları bir-birinə məhrəm olur və bir-biri ilə evlənə bilməzlər. (2542-ci məsələyə baxa bilərsiniz.) SUAL-65: Suda qaynadılan, yaxud yağda qızardılan kişmiş və ya xurma nəcis olur ya yox? Habelə onları yemək olarmı? CAVAB: Nəcis olmur və onları yeməyin işkalı yoxdur. SUAL-66: Qadın çadranın altında qolsuz paltar geyib namaz qıla bilərmi? CAVAB: İşkalı yoxdur. SUAL-67: Məss-meyyit quslu vacib olan bir şəxs bu quslu almadan namaz qılıb oruc tutarsa, onların hökmü nədir? CAVAB: Orucları səhihdir, amma o halda qıldığı namazlar batildir. Qəzasını qılması lazımdır. Əgər məss-meyyit quslu vacib olandan sonra vacib qusullardan (cənabət və ya heyz kimi) etmiş olarsa, o qusuldan sonrakı namazları səhihdir. SUAL-68: Kişinin zinət məqsədi ilə qızıl diş düzəltdirməsinin hökmü nədir? CAVAB: Kişinin qızlıldan zinət məqsədi ilə istifadə etməsi mütləq şəkildə haramdır və bu halda qıldığı namazlar da batildir. SUAL-69: Xumsu verərkən seyyidin səhmini məhəllənin fəqir (yoxsul) seyyidinə vermək olar ya yox? CAVAB: Vacib ehtiyata görə seyyidin səhmini xərcləmək üçün müctehidin icazəsi lazımdır. SUAL-70: Bir kişi şər”i məsəlini bilmədiyi bir vaxtda iki bacı ilə evlənib. Məsələni biləndən sonra ikinci arvadından ayrılmaq istəmir. Aya birinci bacı diri olan halda ikinci bacı ilə evlənmək zina sayılırmı, ya yox? Əgər birinci arvadı razı olsa, yenə işkalı var ya yox? CAVAB: Bəli, zina sayılır və qadın da zinakardır. Kişi üçün möhsinə zina hesab olunur, amma qadın üçün möhsinə zina hesab olunmur. Ona görə ki, əri yoxdur. SUAL-71: Bir kişinin iki arvadı vardır. Bunlardan birini qızının əri qaynatısının ikinci arvadına məhrəmdir, ya yox? Bunların uşaqları o arvada məhrəmdirmi? CAVAB: Yalnız xanımın anası yeznəyə məhrəmdir. uşaqları isə istər vasitəli olsun, istərsə də vasitəsiz, hər iki arvada məhrəmdirlər. SUAL-72: Bir arvadın birinci ərindən olan uşaqları ikinci ərindən olan uşaqlarına məhrəmdirmi? CAVAB: Bəli, bu uşaqlar bacı-qardaşdırlar. SUAL-73: Bir nəfərin ağacının budaqları qonşunun həyətinə və ya camaatın gəlib-getdiyi yola keçdikdə həmin qonşu və ya yoldan keçənlər o ağacın meyvələrindən istifadə edə bilərmi, ya yox? CAVAB: Xeyr, bu ağacın sahibinin aşkar surətdə icazəsi olmadan o ağacın meyvələrindən istifadə etmək olmaz. SUAL-74: Ərinin xəbəri olmadan qadın bətnində olan iki aylıq uşağı saldırır. Bu halda onun hökmü nədir? CAVAB: Günaha mürtəkib olub və lazımdır ki, dərhal tövbə etsin. Uşağın diyəsini də (ərinə) verməlidir. SUAL-75: Bir şəxsin qanının başqa bir naməhrəm şəxsə köçürülməsi nəticəsində onların arasında məhrəmlik yaranırmı? CAVAB:Xeyr. Qan məhrəmliyə səbəb olmaz. SUAL-76: Bə”zi məscidlərdə şəxs özünə məxsus olan həzrəti Əbülfəzl (əleyhissalam)-ın ələmini gəzdirir, yaxud məsciddə saxlayır. Camaat da öz nəzirlərini bu ələmə bağlayır. Ələm sahibi o nəzirlərdən şəxsi istifadə edə bilərmi, yoxsa İmam Hüseyn (əleyhissalam)-ın əzadarlığına sərf olunmalıdır? CAVAB: Nəzirləri heç bir vəchlə özünə xərcləyə bilməz.Hökmən əzadarlığa sərf olunmalıdır. SUAL-76: Azərbaycanda bir adət vardır ki, bir nəfərin adamı dünyadan gedəndə camaat onun matəm məclisində məsrəf olunmaq üçün pul yığırlar (Mərhumun vərəsələrinə kömək üçün). Camaatın bir qisminin özlərinin şər”i vergilərini vermələrini nəzərə alaraq, ev sahibinə yığılan pulların xumsunu verməsi vacibdirmi? CAVAB: Əgər məclis sahibi ona verilən pulların xumsunun verilməsini dəqiq surətdə bilməsə, xumsu vermək müqabilində heç bir vəzifəsi yoxdur. SUAL-78: Məsciddə ehsan vermək üçün nəzir edilmiş qoyun kəsirlər. Qoyunu kəsən şəxs icazəsi olmadan özü üçün qurban payı götürə bilərmi? CAVAB:Xeyr, bu iş caiz deyildir. Qoyunun sahibindən icazə almalıdır. SUAL-79: Qadınların məscidlərdə dini söhbətlərə qulaq asmalarının, camaat namazında, habelə, orada təşkil olunan dini dərslərdə iştirak etmələrinin hökmü nədir? CAVAB: Əgər şər”i hicaba riayət etsələr və ərlərinin icazəsi ilə evdən çıxsalar, heç bir maneəsi yoxdur. SUAL-80: Qadının qadın yanında, kişinin kişi yanında rəqs etməsinin hökmü nədir? CAVAB: Naməhrəmin olmadığı yerdə eybi yoxdur. SUAL-81: İslamda qadının uşağını siqt etdirməsinin (abortun) hökmü nədir? CAVAB: Ruh daxil olandan sonra heç bir vəchlə siqt etdirmək caiz deyildir. SUAL-82: Hamilə qadın həkimə müraciət etsə və həkim də onu abort etdirsə, həkimdən qisas almaq lazımdırmı? CAVAB: Xeyr, diyə verməlidir. SUAL-83: Kişinin naməhrəm qadınla söhbət etməsinin hökmü nədir? CAVAB:Əgər şəhvət və ləzzət qəsdi olmasa, eybi yoxdur. SUAL-84: Televizorda islami hicabı olmayan və qeyri-müsəlman qadına baxmağın hökmü nədir? CAVAB: Reybə və ləzzət qəsdi olmasa, eybi yoxdur. SUAL-85:Ata öz oğluna və ya qızına torpaq sahəsi, yaxud bir şey bağışlayır və sonra da dövlət sənədində qeyd olunur, övlad atanın bağışladığı o şeylərdən istifadə edir, o sahədə ev tikir. Bir müddətdən sonra ata verdiyi şeyləri geri almaq istəyir və ya deyir ki, halal etmirəm. Atanın əvvəlcə halal etdiyi bir şeyi sonradan haram etməyə haqqı varmı? Bu torpaq sahəsində tikilən evdə edilən ibadətlərin, verilən ehsanların hökmü nədir? CAVAB: Bağışlayanın ata olduğu və qeyd olunan mülkün övladın ixtiyarına verildiyi halda ata yenidən o mülkü geri ala bilməz və oğulun icazəsi olmadan ata o mülkü öz ixtiyarına keçirə bilməz və orada namaz qıla bilməz, amma mülkü bağışlayan şəxs qohumlardan olmazsa, bu halda nə qədər ki, bağışladığı şeylər mövcuddur və məhv olub aradan getməyib, geri ala bilər, amma əgər bağışlanan şeydə müəyyən dəyişiklik edilməklə istifadə olunubsa, daha onu verdiyi şəxsdən geri ala bilməz. SUAL-86: Dul qadın və ya kişi evlənmək istəmirlər, özlərini də günahdan qorumağa qadirdirlər. Bu kimi şəxslərin ibadət və həsənatlarının qəbul olunmasına bir maneə var ya yox? CAVAB: Şər”i cəhətdən heç bir işkalı yoxdur, amma yaxşı olar ki, evlənsinlər. SUAL-87: Qadın əri ilə cinsi əlaqədə olandan sonra qusul edir və bundan sonra qadından məni xaric olduğu halda o mənini ərinin, yoxsa özünün olduğu barədə şəkk edir. Belə halda qadının vəzifəsi nədir? CAVAB: Məni olmasına yəqinliyi olduğu üçün nəcisdir, amma məninin ərinin və ya özünün olmasında şəkk etdiyi halda qusul alması lazım deyil. SUAL-88: Təmiz ət nəcis suda bişdikdən sonra yenidən təmizlənməsi mümkündürmü? CAVAB: Bəli, əgər (əvvəlcə pak olub sonra) nəcis olan əti əvvəlcə kür və ya axar suyun daxilinə qoyub nəcis suyun ətin daxilinə keçdiyi qədər təmiz su daxil olandan və nəcisin ğüsaləsi xaric olandan sonra pak olar. SUAL-89: Ekiz oğlan uşağı birlikdə dünyaya gəldikdə hansı atanın vəlisi hesab olunur və atanın qəza namazları hansı qılmalıdır? CAVAB: Dünyaya birinci gələn vəlidir və atanın qəza namazları da ona vacibdir. SUAL-90: Dəstəmaz alanda üzü sağ əl ilə yumaq vacibdirmi? CAVAB: Dəstəmaz alanda üzü sağ əl ilə yumaq vacib deyildir. SUAL-91: Ata-ana uşağını ədəbləndirmək üçün vura bilərmi? CAVAB: Ədəbləndirmək üçün olsa, eybi yoxdur, amma sə”y etməlidir ki, diyənin vacib olduğu hala gəlib çıxmasın. SUAL-92: Cavan əri vəfat etmiş qadın, yaxud cavan arvadı vəfat etmiş kişi evlənmək istəyirlər, amma yaxın adamları və ya uşaqları onlara mane olurlar, hətta bə”zi hallarda ölümlə qorxudurlar da. Onların şər”i vəzifələri nədir? Və günaha düşəcəkləri halda şər”i məs”uliyyət kimin boynuna düşür? CAVAB: Onların evlənmələri vacibdir və başqalarının bu işə mane olmaları haramdır, amma hər halda harama mürtəkib olsalar, günahı öz boyunlarınadır. |