Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

İsteftaat ayətullah fazil lənkərani.

e`tİkaf

    (e`tikaf müəyyən şərtlərlə məsciddə qalıb ibadətlə məşğul olmağa deyilən müstəhəbbi bir əməldir.)

sual: mutəkif ( bu ibadətlə məşqul olan şəxsə mutəkif deyilir) e`tikafın ücüncü  günü müstəhəbbi qüsl etmək üçün məsciddən xaric olursa onun e`tikafı batildir ya xeyir?

batil olmasını fərz etsək təkcə qəzasını yerinə yetirmək lazımdır ya kəffarəsi də vardır?

cavab: e`tikaf batil olmur.

sual: böyük tehran şəhərində hər məhəllənin came-məscidi vardır. o məscidlərdə e`tikaf etmək olarmı?

cavab: e`tikafin səhih olan şərtlərindən biri də onun came məscidində kecirilməsidir; yəni bir məhəlləyə və ya bir dəstəyə məxsus olmayan həmişə kütləvi şəkildə camaatın yığışdığı ümumi  məscidlər (məsələn qumda "ə`zəm" və "İmam" məscidləri, tehranda cümə məscidi) buna əsasən bazar və məhəllı məscidlərində e`tikaf  səhih deyil.

sual: e`tikaf halında məscidin eyvan və həyətində dayanmaq olarmı?

cavab: Əgər məscidin eyvan və həyəti namaz qılanlar ücün müəyyən şəraitdə düzəldilibsə, orada da namaz qılınarsa və həmin yerə məscidin dir hissəsi deyilsə dayana bilərələr. (qum şəhərində İmam həsən Əsgəri (əleyhissalam) məscidi kimi). Əks halda bu  şərtlər olmasa gərək orada dayanmasın.

sual: mutəkif olan şəxs cümə namazında iştirak etmək üçün e`tikafda olduğu məsciddən xaricə çıxa bilərmi?

cavab: Ümumi nəzəriyyəyə əsasən çıxa bilər, amma gərək ən az vaxta riayət etsin. ehtiyat müstəhəbbə əsasən kölgə altında yol getməsin.

sual: xəstə, yaxud oruc tutarkən zərəri görən adam e`tikafa gedə bilər? Əgər oruc tutmadan e`tikaf bağlayarsa savab apararmı?

cavab: oruc tutmadan e`tikaf səhih deyil. amma məsciddə oturmaq özü bir savabdır. bu oturmaq ibadətlə birgə olarsa savabı daha da artıq olar.

sual: qadınlara e`tikafda iştirak etmək caizdirmi? Əgər adət vaxtlarında məxsusi dərman  prepatlarından istifadə edib e`tikaf əməllərini yerinə yetirərlərsə bunun hökmü necədir?

cavab: qadınlar da e`tikafda iştirak edə bilərlər. Əgər zərər olmazsa məxsusən dərmanlardan istifadə edib adətin qarşısını alarsa ərlərinin icazəsi ilə bu işi yerinə yetirə bilərlər.

sual: ailəvi sürətdə e`tikaf bağlamaq caizdirmi?

cavab: heç bir maneəsi yoxdur.

sual: qəsəbə, yaxud bir-birinə yaxın olan kəndlərin came-məscidcidlərində etikaf caizdirmi?

cavab: e`tikaf gərək came məscidlərdə olsun. kəndlərin came məscidləri varsa orada e`tikaf bağlaya bilərlər. hətta əgər kəndlər bir-birinə yaxın olsa da belə.

sual: məscidin həyəti adı ilə istifadə olunan  ətraf hissələrinin e`tikaf  ücün məscid hökmü varmı?

cavab: həyət və ətraf hissənin hec bir məscid hökmü yoxdur.

sual: məsciddə xörək yemək məkruh olduğuna görə e`tikaf olan şəxs məscidin ətrafında olan yeməkxanada yemək yeyə bilərmi?

cavab: zərurət qədər  məscidin ətrafında xörək yemək e`tikafa hec bir zərər gətirmir.

sual: e`tikaf halında olan bir ruhani İmam-camaat ya moizə etməkdən ötrü başqa məhəllə məscidinə gedə bilər?  yaxud e`tikafını o məscidə dəyişə bilərmi?

cavab: e`tikaf tutan şəxsə başqa məhəlləyə getmək işkallıdır. amma cüm`ə namazından ötrü İmam və ya məmum kimi getməyin hec bir eybi yoxdur.

sual: müəllim və işgüzar adamlar e`tikaf halında məktəbə ya iş yerlərinə gedib sonra qayıdarlarsa e`tikafları səhih sayılırmı?

cavab: e`tikaf tutan şəxs gərək məsciddə qalsın və başqa şeylərdən ötrü tərk etməsin.yalnız paklıq və buna bənzər zəruri şeylərdən ötrü oranı tərk edə bilər. 

sual: xahiş edirik  e`tikafın müstəbbatlarını bəyan edəsiniz?

cavab: e`tikafın müstəhəbbatlarının bəyanı heç bir yerdə görünməmişdir. bununla belə bə`zi aşağıdakı müstəhabbatları nəzərinizə çatdırırıq: e`tikaf mübarək ramazan ayında olsun. Əgər sonuncu on günlüyünə təsadüf edərsə, daha yaxşıdır. həmçinin orucluq ayının bütün müstəhabbatlarına gözü, qulağı, dili və başqa ə`zaları pisliklərdən, məsələn: qeybət, töhmət, həsəd, çəkişmə və davadan, qəzəb və kinlikdən qorusun; həmdə  vüqarlı və səbirli olaraq şər, fəsad törədən adamlardan uzaq olması məsləhətdır. dua, quran və allaha zikr etməklə məşqul olsun. bunlardan əlavə hər nə ki, oruc bəhsində bəyan olunmuşdur, hamısına əməl etməyi yaxşı olar.

zƏkatin hÖkmlƏrİ

dənli bitkilərin zəkatı

sual: torpağı əkən şəxs torpağın sahibi ilə qərarlaşıb ki, məhsulu yığandan sonra 130 “mən” buğdanı özünə götürsün. bu buğdaya zəkat düşürmü ?

cavab: Əgər  əkinçi toxumluqda torpaq sahibi ilə şərik deyilsə və zəkati yoxdur. lakin əgər işin xərcindən çox olarsa xumusunu verməlidir.

sual: Əgər bir kəs bir miqdar əkin sahəsini icarəsiz yaxud müqavilə olmadan buraxıb başqa bir yerə gedərsə, həmin əkin sahəsini torpaq sahibinin qardaşı öz sahəsi ilə birlikdə əksə və hər iki, sahənin məhsulu nisab həddinə çatarsa ona zəkat  vacibdirmi?

cavab: Əgər buğdanı özü üçün əkibsə və nisab həddinə çatıbsa zəkat ona vacibdir. həmin torpağın  icarə haqqını qardaşına borcludur. amma əgər qəsdi bir miqdar buğdanı qardaşına verməklə şəriklik idisə bu halda özü üçün qalan miqdar nisab həddinə çatmasa zəkatı yoxdur.

sual: bir şəxs bir miqdar torpaq sahəsini başqasına icarəyə verərək icarə haqqını buğdadan tə`yin edib. İcarə haqqı ilə ələ gələn və təklikdə nisabın həddinə çatan buğdaya zəkat yoxdur sahibin qalan  torpaqdan götürdüyü buğda ilə birlikdə nisab həddinə çatsa zəkat vacibdirmi?

cavab: İcarə haqqı ilə götürülmüş buğda hətta nisab həddinə çatsa da zəkatı yoxdur. amma əgər əkinçiliklə ələ gələn buğda təklikdə nisab həddinə çatırsa zəkatı vacibdir.

sual: mən öz torpağımda buğda və arpa əkmişəm, məhsulu gətirmək üçün bir miqdar xərc çəkmişəm o cümlədən bir traktor və müəyyən miqdar kənd təsərrüfatı ləvazimatlarını  almışam. bu xərcləri ələ gələn məhsuldan hesablaya bilərəmmi? sonra əgər məhsul nisab həddinə çatarsa zəkat verim?

cavab: bəli, arpa və bugdanı ələ gətitmək üçün çəkdiyiniz bütün xərcləri azaldın. Əgər traktorsuz əkinçilik edə bilirsinizsə, təkcə ona istifadə zamanı çəkilən xərcləri çıxardır. həmçinin əgər onun giyməti müəyyən qədər aşağı düşürsə o miqdarı xərclik bir hissəsi kimi hesab edin. lakin nəzərə almaq lazımdır ki əgər bu hesablamadan qabaq, məhsul nisab həddinə çatsa, yəni 847 kiloqramdadırsa vacib ehtiyata əsasən yerdə qalanının zəkatını verməlisiniz.

sual: bəzi rəvayətlərdə düyü zəkatının da verilməsi müstəhəbbi əməl kimi zikr olunmuşdur. belə ki, bəzi məntəqələrdə geniş surətdə düyü əkilir, onun zəkatını vacibi höküm kimi verə bilərlərmi? xahiş edirik mübarək nəzərinizi yazasınız?

cavab: hal-hazırda düyü kimi şeylərdə zəkatın fətvası qeyri-vacib olaraq qeyd olunub.

sual: İran İslam respublikasında istifadə olunan "bahar-azadi" sikkələrinə zəkat düşürmü?

cavab: xeyr, düşmür.

sual: bir şəxs öhdəsində zəkatın olub-olmamadığını bilmir və şək edir. buna görə güman etdiyi miqdar pulu zəkatın boynundan götürülməsi ücün fəqirə verir, əgər boynunda yoxdursa niyət edir ki, başqalarının haqqı boynunda varsa, yox əgər bu da yoxdursa, əvəzində atasının yaxud babasının boynunda  bunlar və ya ikisindən biri varsa götürülsün, amma  bu əməl səhihdirmi?

cavab: zahiri budur ki bu iş səhihdir və boynundan götürülür.

sual: düyü və ya buğda  satan şirkətlərdə müdir məhsulu götürəndən sonra arpa buğda və ya düyünün zəkatını ayırıb lazımı yerlərə sərf edəndən sonra qalan məhsulu şəriklər arasında və ya səhimdarlar bölünməsi caizdirmi?  

cavab: zəkat özü bir ibadətdir və onun allaha xatir verlməsi vacibdir. amma müdir şəriklərindən icazəsiz bu işi edə bilməz. məhsul bölünəndən sonra hər kəsin payı nisab hədinə catarsa, ya özü, yaxud bu zaman mal sahibinin icazəsi ilə müdir onun zəkatının verə bilər.

sual: su nasosu və ya arx vastəsi ilə suvarılan arpa və buğdanın zəkatı nə qədərdir? suya sərf olunan pul həmin arpa və buğdadan  götürülür, ya yox?

cavab: Əgər su nasosu  ilə suvarılsa iyirmidən bir hissəsi  onun zəkatı, arx vastəsilə sulanırsa ondan bir hissəsi onun zəkatıdır. hər iki halda suya xərc olunan məbləğ həmin arpa və buğdadan götülür.

sual: mən bir yer icarə edərək  orada buğda əkmişəm. ondan əlavə işçilərin, traktor və konbaynın pulunu da öz cibimdən vermişəm. mümkündür ki, qoyduğum məbləği o buğdadan götürərəm sonra zəkatı yerdə qalan puldan verim.

cavab: bu sürətdə qoyulan sərmayəni götürəndən sonra qalan puldan zəkatın verılməsi vacibdir. bu zaman insan həmin  buğdadan  ayrılan zamanda nəzər salmaldır. Çünki o da yerinin məhsuludur  və müəyyən qədər dəyəri vardır. ona da bir qədər pul sərf olunmuşdur. buna əsasən xərclər təkcə buğdadan və samanın hər ikisindən hesablanıb ayrılır.

sual: buğda və arpanın yığılandan sonra müəyyən miqdar samanda ələ gəlir və bu da aydındır ki, pulun bir hissəsi həmin samana sərf olunur. buğda və arpa nisab həddinə çatıb zəkat ona vacibdir alandan sonra  qoyulan bütün xərclər götürülüb sonra qalanının zəkatı verilməlidir? yoxsa samana sərf olunan pul götürülməlidir?

cavab: arpa və buğda nisab hədinə çatıb zəkat ona vacib olandan sonra qoyulan sərmayə götürmək yerdə qalanının zəkatı verilməlidir. amma qoyulan xərc bütünlükdə yox, bəlkə arpa, buğda və saman üçün götürülməlidir. Əgər iyirmi faiz samana  pul sərf olunubsa yalnız səksən faiz  məxaric götürülməlidir.

qizil vƏ gÜmÜŞÜn zƏkati

sual: Çar dövrünün sikkələri (on rubl qızıl ) təqribən 100 ilə və həmin rejim tərəfindən hazırlanmışdır, indi keçmiş ssrİ ölkələrində adamlar arasında dövrədədir, müxtəlif qiymətlərə alınıb satılır. lakin heç bir dövlət onu rəsmən tanımır. belə olan halda həmin qızıl sikkədən zəkat alınırmı?

cavab: nəzəriyyəyə əsasən qızılın  zəkatı o sürətdə vacibdir ki, sair şərtlərdən başqa sikkə olsun, dövrədə onunla müamilə edilsin. dövrədə olması o deməkdir ki, ondan pul kimi istifadə edilsin, məsələn: müamilə zamanı bu malı neçə rubla yaxud manata sataram deyildiyi kimi bu malı neçə qızıla sataram deyilsin.

qədim yaxud indiki, qızıl pullar bu qayda ilə istifadə olunur, bəlkə onlar ticarət malları kimi alınıb müxtəlif qiymətlərə satılır. buna əsasən  onlara zəkat aid deyil. gümüş sikkələr də həmin hökümdədir. İranda  müamilə olunan  “bahar- azadi” sikkələri də həmin hökmü daşıyır və zəkatı yoxdur.

zƏkatin ÖdƏnİlmƏsİ vƏ sƏrf olunmasi

sual: məscidə vəqf etmək məqsədi ilə alınan qablara zəkat pulunu sərf etmək və həmçinin o qablar xususi işlər üçün kirayə verilirsə, caizdirmi?

cavab: kirayə verilən zaman alınan pul məscid işlərinə sərf olunsa maneəsi yoxdur.

sual: zəkat adı ilə fəqirlərə yemək mə`mulatları vermək olarmı?

cavab: maneəsi yoxdur.

sual: zəkatı ödəməli olan mülkiyyət sahibi  şəriət sahibinin icazəsi olmadan zəkatlı malı satıb sonra onun miqdarında pul ayırıb zəkatını ödəyə bilərmi?

cavab: caizdir.

sual: zəkat pulundan camaata xeyir işlər üçün borca vermək olarmı?

cavab: caiz deyil.

sual: Əgər insanın dənli bitkilərdən yaxud onun pulundan zəkat ödəməyə qüdrəti çatmasa və sair kimi başqa şeylər ödəyə bilərmi?

cavab: verilən suala əsasən dənli bitkilərdən birinin əvəzinə başqa bir malı qiymətləndirib zəkatı ödəsin. İnşaallah düzgün olacaq.

sual: qədimdən İmamzadə kimi şöhrət tapmış bir qəbr mövcuddur, lakin şəcərənaməsi dəqiq mə`lum deyilsə onun təmirinə zəkat pulundan istifadə etmək caizdirmi?

cavab: Əgər qeyd olunan məqbərə yerli sakinlər arasında ehtiramlı, müqəddəs bir yerdirsə və İmamzadə kimi tanınarsa, onun təmirinə  ehtiyac olan qədər zəkatın xərclənməsinə icazə verilir.

sual: kənddə ümumi camaatın istifadəsi ücün anbarın tikilməsində büdcənin olmamasını nəzərə almaqla oraya zəkat pulunun xərclənməsi caizdir, ya xeyir?

cavab: caizdir.

sual: bir şəxsin hətta iki-üç min manat məbləğində pulu yoxdur, lakin yemək cəhətdən o qədərdə çətinliyi yoxdur. ona zəkat vermək olar, ya xeyir?

cavab: fəqirlərin ölçüsü, il ərzində öz ehtiyaclarına uyğun yaşayış xərclərini tə`min etmək qüdrətini olmamasıdır.

sual: Öhdəsində şəri vergisi imam əleyhissalam səhmiyyəsi  olan bir şəxs bir tələbəni yaxud imkansız bir seyyidin görüşünə getmək istəyir, bir şey alıb mənzil yaxud toy hədiyyəsi adıyla onlara apararsa, apardığı malın qiymətini hesablayıb öhdəsində olan şərii borcdan azalda bilərmi?

cavab: Öhdəsində olan  şər`i vergiləri gərək  camiul-Şərait müctəhidin və yaxud mərcei-təqlidin icazəsi ilə  xərcləsin.

sual: zəkat ödəməli olan şəxsin əgər oğlu, yeznəsi və ya yaxın adamlarından biri tələbədirsə, hədiyyə adı ilə ev əşyaları və ya ehtiyacı olan kitabları alıb ona verə bilərmi? xərclədiyi  pulu öz zəkatından hesab edə bilər, ya yox?

cavab: Əgər qeyd olunan tələbə fəqir deyilsə maneəsi yoxdur.

sual: seyyid olmayan şəxs öz kəffarə və sədəqəsini seyyid olan şəzsə verə bilərmi?

cavab: vacib ehtiyat budur ki, seyyid olmayanlar hec bir vacibi sədəqələrini istər kəffarə, nəzirlər hətta müstəhəbbi zəkatlar xüsusi ilə ticarət mallarının zəkatını seyyid olan şəxsə verməsinlər. Əgər onlara çatan haqqla təmin olunmurlarsa və vacibi sədəqə miqdarda almaqlarının maneəsi yoxdur. həmçinin onlara müstəhəbbi sədəqələrin verilməsi düzgündür. daha yaxşı olar ki, imkan daxilində müstəhəbbi sədəqələrin alınmasından da çəkinsinlər...

fİtrƏ zƏkati...

sual: Əgər fitr bayramı axşamı qonaq olan bir şəxs ev sahibinin məsləhəti ilə fitrəsini ayırırsa, ev sahibinin boynundan götürülürmü?

cavab: ev sahibinin icazəsi ilə olsa götürülür.

sual: fitrə zəkatını məscidin tə`mir və genişlənməsinə eyni halda məscidin fəqir olan İmam-camaatına verə bilərikmi?

cavab: maneəsi yoxdur, amma daha yaxşı olar ki , fəqir mövcud olan sürətdə məscidə sərf etməkdənsə fəqirə verəsiniz.

sual: fitrə zəkatından səsgücləndirici, mikrafon və bu kimi şeylər almaq olarmı? yoxsa gərək ehtiyacı olan şəxslərə catdırılsın?

cavab: daha yaxşı odur ki, fəqir  və miskinlərə verilsin.

sual: bu günkü  tələbələrin təqaüd aldıqları vəziyyətlərini nəzərə alaraq onları zəkata ehiyaclı bilirsinizmi? ehtiyacı olmayan sürətdə əgər zəkatı lazımı kitabların alınmasına xərcləsələr hökmü necədir?

cavab: tələbələrin vəziyyəti müxtəlifdir. Əgər fəqir olsa fitrə ala bilər, əgər onun  ehtiyacı olması fəqirin səviyyəsində deyilsə fitrə alması düzgün deyil.

sual: fitr bayramı axşamı zindanda olan şəxslərin fitrəsi kimin öhdəsindədir?

cavab: Əgər zindanda  olanların özlərinin maddi imkanları varsa gərək özləri ödəsinlər, əgər yoxdursa fitrə onların öhdəsindən götrülür.

sual: Üç nəfər öz fitrələrini iki fəqirə hərəsinə  bir yarım sa (2.75 qramm) verməklə ödəyə bilərlər ya yox ?

cavab: bəli, işkalı yoxdur.

sual: mənim maddi  vəziyyəti yaxşı olmayan iki bacım uşağı və bir baldızım vardır. məndən başqa onlara kömək edən bir nəfərləri yoxdur, onların öhdəsinə zəkat vermək düşür, ya yox? mən öz yaxın adamlarımla birlikdə onlara fitrə verə bilərəmmi?

cavab: onlara fitrə zəkatı vacib deyil və siz öz fitrələrnizi onlara verə bilərsiniz.

sual: altı yüz nəfər əhalisi olan bir kənddə özlərinin fitrə zəkatının quyu qazmağa, hamam və sair kimi şeylərə sərf edə bilərlərmi?( buna da diqqət yetirmək lazımdır ki, bu xərcləri başqa yerdən təmin edə bilərlər). cavab müsbət olan halda yığılan pulu neçə aydan sonra xərcləyə bilərlər?

cavab: fitrə zəkatını qeyd olunan yerlərə istifadə edə bilərlər. İstifadə  bir müddət keçəndən sonraya da olsa maneəsi yoxdur.

sual: xumsun vacibliyi namaz və oruc kimi islamın zəruriyyətlərindəndirmi və onu inkar edən kafir olurmu?

cavab: bəli, xumsun vacib olması islamın zəruriyyətlərindəndir, onu inkar etmək küfrə səbəb olur.

sual: Əgər "bahar-azadi" sikkələri bir il qalsa, ona xums düşürmü?

cavab: Əgər illik gəlirdən alınmış olsa gərək xumsu ödənilsin. Əgər hədiyyəvə bəxşiş olsa, vacib-ehtiyata əsasən gərək xumsunu ödəsinlər.

sual: fitrə zəkatı verilən zaman cinsin qiyməti dövlətin tə`yin etdiyi qiymət əsasında, yaxud azad satış qiyməti ilə hesablanmalıdır?

cavab:  adilanə azad bazar qiyməti ilə hesablanıb zəkatı verilməlidir.

sual: Öz ölkəsindən xaricdə olan bir şəxs fitrə və kəffarəsini öz ölkəsində vermək istəyərsə, buğdanın pulunu öz ölkəsində alan qiymətlə yoxsa xarici ölkədə olan  qiymətlə hesablanmalıdır?

cavab: qaldığı yerin qiyməti ilə hesablayıb verməlidir.

sual: kiçik uşaqları seyyid olmayan bir seyyidə qadına seyyid olmayan bir şəxsin fitrə verməsi caizdir?

cavab: Ümumiyyətlə seyyid olmayan şəxsin seyyid və seyyidəyə fitrə verməsi haramdır və əgər versədə caiz deyil. həmçinin seyyid və seyyidənin də o fitrəni qəbul etməsi düzgün deyildir. verilən suala əsasən seyyid öz fitrəsini seyyidə xanımın ixtiyarında olan ataları seyyid olamayan uşaqlara verə bilər.

sual: tovzihul-məsail risaləsində buyurmusunuz: qonağın fitrəsi ev sahibinin çörəkyeyəni hesab olunursa onun fitrəsi ev sahibinə vacibdir. sualım budur  ki, əgər təkcə fitr bayramı axşamı  qonaq olan şəxs ev sahibinin çörəkyeyəni hesab olunurmu?

cavab: səhih rəvayətlərdə qeyd olunmuşdur ki, ailənin , yəni çörəkyeyənin fitrəsi vacibdir. (Əl-fitrətu  vacibətun  əla kulli mən yə`kulu). buna  əsasən qonağın fitrəsi o surətdə vacib olur ki, ona ürfdə, yəni el arasında ev sahibinin çörəkyeyəni deyilsin. bir gecə qalan qonağa bu kəlimə aid olunur. buna görə fitrə ev sahibinin yox, qonağın özünə vacibdir.

...........alimlərdən bəzilərinin nəzəriyyəsi budur ki, təkcə qonaq olmaq və ev sahibinin süfrəsindən bir dəfə iftar etmək fitrənin vacib olmasına səbəb olur. bəziləri ramazan ayının əvvəlindən axırına qədər qalan qonağı nəzərdə tuturlar. bəzi alimlər isə ramazan ayının axırıncı 10 günlüyünü, daha başqaları axırıncı iki gecəni qalan qonağı nəzərdə tuturlar. hər halda vacib ehtiyata riayət etmək lazımdır. (urvətul-vusqa, kitabuz-zəkat, fəslu fi mən təcibul fitrətil ənhu).

xums

sual: xums İlin əvvəlində evdə artıq qalan yeyinti məhsular  və dəni bitkilərə xums düşürmü? Əgər düşürsə alınan qiymətə yoxsa gündəlik bazar qiymətinə hesablanmalıdır?

cavab: xums düşür və gərək güymətilə bazar qimətilə hesablansın.

sual: Əgər kupon  ya başqa şeylə alınan bir malın qiyməti ilin əvəlində bahalaşmışdırsa, hansı qimətlə hesablanmalıdır?

cavab: ya onun özündən xums ayırın yaxud hazırki qimətini hesablayıb xums ödəyin.

sual: sabun, yuyucu tozu və ərzaq kimi lazımlı məmulatlar bizə talonlarla verlir, əgər bunlar xərclərdən artıq olarsa xums vardır?

cavab: Əgər onları illik qazancından almısınızsa və artıq qalıbsa gərək onların xumsunu hazırki bazar qiymətilə hesablayıb ödəyəsiniz. həmçinin onları sizə bağışlayıblarsa və artıq qalıbsa vacib ehtiyata əsasən xumsu ödəyəsiniz.

sual: təhsil xərclərini tə`min etmək üçün bir müddət işlə məşğul olan tələbə qazandığı pulun xumsunu ödəməlidirmi?

cavab: Əgər bütün qazancını təhsilə və yaşayışına sərf edibsə xumsu yoxdur. Əgər işin sonunda qazacından artıq qalıbsa gərək xumsunu  ödəsin.

sual: mən özüm üçün bir mənzil almışam, sənədlər hazır olmadığından verdiyim puldan bir miqdarını sənədlər hazır olana qədər özümdə girov saxlamışam. lakin sənədlər hazır olmayıb və xums ilim gəlib çatmışdır, özümdə saxladığım bu pula xums düşürmü?

cavab: xeyir. xumsu yoxdur. məgər ki, qeyd etdiyiniz evə ehtiyacınız olsun.

sual: bir şəxsi başqası üçün iş görmək məqsədiylə ondan müəyyən məbləğdə pul almışdır. xums işi gəlib çatmadığından o puldan bir miqdar qalmış və onun müqabilində işdə görülməmişdir, bu pula xums düşürmü?

cavab: İş görülmədiyi miqdarda olan pula hələlik xums aid deyil.

sual: “qərzul-həsənə” adlanan xeyriyyə fonduna sonradan mənə lazım olan böyük bir miqdarda pul götürmək məqsədi ilə bir miqdar pul qoymuşam, indi xums ilim çatmışdır, bu pula xums  düşürmü?

cavab: Əvvəlcədən qoyduğunuz pula xums düşür.

sual: mən ailəmlə birlikdə İranda yaşayan məcburi köçkünəm. Öz ölkəmə qayıdıb orada yaşayış ehtiyaclarımı təmin etmək ümüdü ilə pul toplayıram. bu pula xums aiddirmi?

cavab: ehtiyacınızı təmin etmək üçün bundan başqa yolunuz olmasa xums yoxdur.

sual: İllik qazancından həcc səfəri üçün pul köçürən insan neçə ildən sonra kəbə evinin ziyarətinə gedir. bu pulun xumsu vardır?

cavab: Əgər pul köçürtməmişdən əvvəl həcc ona vacib olubsa, lakin səhlənkarlıq üzündən getməyibsə, qeyd olunan pulun xumsu yoxdur. Əgər belə deyilsə onda xums vardır. verilən suala əsasən pulu həcc hesabına köçürməmiş gərək xums ödəsinlər.

sual: “qərzul-həsənə” adlanan xeyriyə fondunda bir miqdar artıq pul qalmışdır. bu pulun xumsu vardır?

cavab: Əgər qeyd olunan pul xeyriyyə fondunun qazancındandırsa xums yoxdur. amma sahibi naməlumdursa yəni, camaatdan səhvən tutulubsa vacib ehtiyata əsasən gərək camiuş-şərait müctəhidin icazəsi ilə fəqirlərə paylansın.

sual: hacılar xums ilinin qazancından bir miqdar pulu özləri ilə götürmüşlər. həcc mərasimini əsnasında xums ili başa çatırsa, xumsu ödəməlidirmi?

cavab: xums ili çatan zaman istifadə olunmayan pulu və ya azuqəsi kimi aparılan yeyinti məmulatların xumsu vardır.

qadinin qazanci

sual: mənim həyat yoldaşım müəllimdir, aldığı maaşa xums düşürmü?

cavab: bəli, aldıqları maaşdan yaşayışlrında istifadə etməsələr həmin pul bir il  qalsa xums vardır.

sual: xalça toxumaqla məşqul olan bir qadının qazancına xums düşürmü?

cavab: Əgər yaşayış xərclərində istifadə edilməsə və bir il ötüb keçsə xumsunu ödəməlidir.

sual: həyat yodaşının sərmayəsi ilə xalçaçılıqla məşğul olan qadın xumsu ödəməlidirmi ?

cavab: bəli, qazancından artıq qalan və bir il istifadə olunmayan miqdarın xumsu vardır.

hƏddİ  buluĞ  olmayan  uŞaqlarin  pul vƏ qazanci

sual: həddi buluğa çatmayan bir uşaq zəhmət ilə pul qazanmışdır, bu pula xums düşürmü?

cavab: bəli uşağın vəlisinə lazımdır ki, onun xumsunu ödəsin.

sual: hədiyyə və bayramlıq yaxud validenləri uşağın xərcləri adı ilə həddi buluğa çatmayan uşağa pul veriblər, lakin həmin pulu xərcləməyib saxlamışdır. o pulun xumsu vardır?

cavab: bəli, uşağın vəlisinə lazımdır ki, onun xumsunu ödəsin.

evlƏrİn alqi-satqisi vƏ dƏyİŞdİrİlmƏsİ

sual: mən xumsu verilmiş pulla ehtiyacında olduğum  bir ev almışam, indi iki il ötüb və mən böyük  bir ev almaq istəyirəm . birinci evi satandan sonra onun xumusunu ödəməliyəmi ?

cavab: xumsu verilmiş pulla aldığınız evin xumusu yoxdur . onun qiymətinin artmasi əgər həmən satdığı ildə ehtiyaci olduğu evi  almaq üçün kifayət etsə  xumsu yoxdur. amma əgər bir il onun üzərindən keçsə ehtiyacı üçün xərcləməsə xumsu vardır.

sual: Özünə təzə ev almaq istəyən şəxs əvvəlki evini satmışdır, onun puluna xumus düşür ?

cavab: Əgər birinci evini ötən ilərdəki qazancı ilə almışdırsa gərək onu xumusunu ödəsin . Əgər xumusu ödənməklə təzə aldıqı evə pulu çatmazsa xumusu ödəmək lazım deyil.

sual: qəsəbəyə  e`zam olunan bir fəhlə şəhərdə təzə ev almaq üçün buradan evini satır. birinci evini satmaqla ələ gərirdiyi  pula xumus düşürmü?

cavab: qeyd olunan halda satdığı evin xumusunu vermək lazım deyil.

sual: Əgər öz kiçik evini böyük bir evlə dəyişən bir şəxs evlər arasında olan qiymət fərqini öz ilik qazancından ödəyirsə, ödədiyi bu pulun xumusu vardır ?

cavab: dəyişdiyi böyik ev onun ehtiyacları həddində olsa xumusu yoxdur.

sual: Əgər öz böyük evini başqa bir evlə dəyişən bir şəxs bir miqdar pul da almışdır bu pula xms düşür?

cavab: Əgər birici evini ötən illərin qazancı ilə almışdırsa gərək fasiləsiz həmin pulun xmsunu ödəsin və əgər xmsu verilmiş pulla alıbsa aldığ pul bu işin qazancı hesab edilir.

sual: mənim oğlum bir–neçə il təhsil almaq üçün başqa bir şəhərə getməyi qərarlaşdırıb. həmin şəhərdə onun istifadəsi üçün aldığım evə xums düşürmü?

cavab: Əgər el arasında onun ehtiyaclarına uyğundur deyilmiş olsa, istifadə etdiyi müddətdə xums yoxdur.

sual: İllik qazancımdan başqasının istifadəsi üçün bir ev almışam, lakin ev sahibi evi üç ay sonra boşaldacağını demişdir. İndi mənim xums ilim çatmışdır amma aldığım ev sahibinin əlindədir. mən ondan istifadə etməmişəmsə, bu evin xumsu vardır?

cavab: Əgər sizin ehtiyacınızda idisə xumus yoxdur .  məgər ki, evi təhvil vermək müddəti o qədər uzana ki, el arasında xums ilinin xərcliyinin bir hissəsindən hesablanmaya.

sual : bir şəxs bir neçə il bundan əvvəl xumsu verilməmiş pul və bir miqdar borcla aldığı mənzilini çarəsizlikdən satır ki, həm öz borcunu ödəsin və həmdə ondan bir miqdarını sərmayə etsin. mənzilin əlavə qiymətinin xumsunu ödəməlidirmi?