Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

cavab: Əlavə qiymətin xumsu o surətdə lazımdır ki, onun xums ili çatsın və istifadə olunmamış olsun.

sual: mən idarədə bir işlə məşğulam, idarə tərəfindən mənə ev verilmişdir. Şəxsi evim olmadığıdan özümə təqaüdə çıxandan sonra istifadə etmək üçün bir ev almişam. bu evə xmus düşürmü?

cavab: hələkik o evə ehtiyacınız olmadığınız üçün xumsunu verməlisiniz.

sual: bir şəxs öz yaşadığı mənzili satır və özünə münasib ev alana qədər o pulu yanında saxlayırsa , həmin pulun xmsunu ödəməlidirmi ?

cavab:  Əgər mənzil almaq və oz şəniyyətinə uyğun olaraq  mənzili satmısinizsa və əgər satdığınız evin xumsunu ödəməklə yeni ev almağa pulunuz çatmırsa xumsu ödəməyiniz lazım deyil.

yaŞayiŞ evlƏrİnİn tİkİndİsİ ÜÇÜn torpaqlarin alqi satqisi

yaşayın evlərin tikintisi üçün torpaqların alqı–satcısı.

sual: bir şəxs ev tikmək üçün həyət yanı torpaq sahəsi almışdır, sonra ev almaq məqsədi ilə həmin torpaq sahəsini satmışdır. bu torpaq sahəsinin puluna xums düşürmü?

cavab: Əgər torpağı illik qazancından alıb və aldığ ildə satıb ev almışdırsa xumsu yoxdur.   eləcədə, il keçəndən sonra  ehtiyaci olduğu evi əldə etmək üçün satibsa və habelə  xusu  verilmiş pulla alıbsa, fərqli və baha qiymətə satıbsa satış ilinin mənfəətini ilin sonunadək ehtiyaclarına xərcləməsə xumsu vardır.

sual: ehtiyacında olduğun evi almaq mənim üçün çətindir. bu ilki qazancımdan torpağı sonraki illərin qazancından hər vaxt imkan tapsam ev tikə bilərəmi?

cavab: evi almaq birbaşa bu yola aid olsa bir maneəsi yoxdur.

ev almaq ÜÇÜn borc vƏ ya ƏmanƏt

gÖtÜrmƏk

sual: bir şəxs etiyacına olduğu evi tikmək üçün müəyyən məbləğdə boc götürmüşdür, xums ili başa çatan da bu pulun xumsunu ödəməlidirmi?

cavab: borca götürdüyü pulun bir il keçsədə belə xumsu yoxdur.

sual: mən bir idarə işçisiyəm, ev almaq məqsədi ilə öz idarəmdən bir miqdar borc pul alıb, sonraki illərdə bu pulu götürüb ev məsələsini həl etməkdən ötrü bankda olan hesaba köçürtdüm. götürdüyüm bu pul hər ay mənim maaşımdan tutulur və yerdə qalan maaşım da mənim yaşayışma kifayət etmirsə bu pulun xumsunu verməliyəmmi?

cavab: verilən suala əsasən, öz etiyacınızda olan mənzili almaq üçün bundan başqa yolunuz yoxdursa və bu pul ehtiyata yığılan pul olduğudan xums yoxdur.

sual: ehtiyaclı olduğum evi almaq üçün dostlarımdan müəyyən miqdarda pulu borc aldım. sonra borcumdan bir miqdarını ev aldığım ildə, qalanını isə sonrakin illərdə öz qazancımdan qaytardım. bu evə xums düşürmü?

cavab: verilən suala əsasən xumsu yoxdur.

sual : bir şəxs bir məbləğ pulu İranda olan "məskən" adlı banklardan birinə qoyur ki, müəyyən məbləğə çatandan sonra ona ev versinlər. Əgər bu pul bir il qalsa, xumsu vardırmı?

cavab: Əgər bu pulun müqabilində ona ev verirlərsə və bundan başqa bir yolu yoxdursa, ona xums düşmür.

sual: mən ata–anamla bir yerdə yaşayan bir müəlliməm. hər ay   maaşımdan  bir miqdarını özümə yaşayış yeri almaq üçün əmanət saxlayıramsa həmin pulun xums vardır?     

cavab: Əgər ehtiyacında olduğunuz mənzili almaq üçün bundan başqa yolunuz yoxdursa və mənzili tədricən ala bilmirsinizsə xumsu yoxdur.

sual: bir şəxs ev tikmək üçün torpaq sahəsi almışdır. orada birdəfəlik tikinti aparmaq qudrəti olmadığından çarəsiz qalıb öz qazancından əmanət saxlayır ki sonraki ildə evini tikib başa çatdırsın. Əgər həmin il tikinti materiallarını alsa, xarab olma yaxud oğurlama ehtimalı vardır. Əgər qazancından əmanət saxlayırsa, ona xums düşürmü?

cavab: sualın qoyuluşuna əsasən mənzil almaq üçün bundan başqa yolunuz yoxdursa və tikinti materiallarını almaq zərərlə tamamlanırsa və ya oradan getmə ərəfəsindədirsə əmanət saxladığınız pula xums düşmür.

sual: mənim evim yoxdur, hələlik kirayə tutduğum evdə qalıram, ailəliyəm, aldığım maaş da azdır, qazancımdan az miqdarda əmanət saxlayıram. ev üçün lazım olan torpaq sahsini alıb kirayə oturmaqdan nicat tapmaq üçün bir neçə il maaşımdan əmanət saxlamağa məcburam. saxladığım bu pula xums düşürmü?

cavab: verilən suala əsasən saxladığınız əmanətin xumsu yoxdur.

yaŞayiŞ lƏvazİmatlarindan bİr qİsmƏtİnİ satmaq yaxud ev almaq ÜÇÜn sƏrmayƏ etmƏk

sual: Əgər bir şəxs ev almaq üçün öz sərmayəsindən yaxud iş ləvazimətlarında bir hisəssini satsa xumsu ödəməlidirmi?

cavab: sərmayə və iş avadanlığlarının əgər xumsu  verilibsə xumsu yoxdur. lakin tərəqqi etməklə satdığı ildə istifadə olunmayan surətdə xumsu vardır.

sual: mən neçə il bundan əvvəl xums ili təyin etmişdim, lakin səhlənkarlıq edib neçə il xmsu hesablamamışam, hələlik xms ilm yoxdur. neçə ay bundan əvəl bir miqdar suvarma nasosunu satıb yaşayış üçün özümə bir ev aldım. bu mənzilə xums düşürmü?

cavab: Əgər nasosların xumsunu ödəmisinizsə mənzilinizin xumsu yoxdur. Əgər ödəmədiyiniz halda xumsu verilməmiş pulla mənzil almısınızsa xumsunu ödəməlisiniz. yaxud şəriət-hakiminə müraciət edin ki, sizin vəzifənizi aydınlaşdırsın.   

sual: bir şəxs ehtiyacı olduğu bir evi almışdır. Ödəyən zaman borcun bir hissəsinin yerinə mənzil əşyalariindan və öz həyat yoldaşının  qızıllarından bir hissəsini satıcıya vermişdir. verdiyi mənzil əşyaları və yoldaşının qızıllararının xumsunu ödəməlidirmi?            

cavab: verilən suala əsasən, xumsu yoxdur.

gİrov qoymaqla alinan ev

sual: bu günlərdə adət şəklin alıb ki, bir pulu ev sahibinə verirlər və onun müqabilində orada yaşayırlar. buna mənzilə-girov (rəhn) deyirlər. bu hansı surətdə səhihdir və pul sahibi bir il keçəndən sonra o pulun xumsunu verməlidirmi?

cavab: beyu-şərt və ya borc şərti ilə mənzilin icarəsi yolu ilə bu işi etmək olar. beyu-şərt bu surətdədir ki, ev sahibi öz mənzilini bir məbləğə satır və alıcı ilə şərt edir ki, məsələn əgər bir ilə qədər pulunu sənə ödəsəm alveri pozmağa hakkım olsun və pulu alıcıya qaytarmaqla alveri pozsun. İcarə zəminində borcu şərt etmək bu surətdədir ki, mənzil sahibi öz evini icarə edənə az məbləğə, müəyyən müddətə versə və icarə müqaviləsində icarə edənin qeyd olunan müddət üçün bir məbləğ pulu ona borc verməyi şərt edir. amma qeyd olunan pulun xumsuna nisbətdə isə əgər pul illik qazancdan olsa və mənzil ələ gətirmək yalnız bu yola aid olsa, hələlik xumsu yoxdur.

sual: mən borca götürdüyüm pulu girov qoyub bir ev almışam sonra götürdüyüm borcu bir neçə ilə tədricən qaytarmışam. həmin pula xums düşürmü?

cavab: Əgər sizin mənzil almaqda təkcə bu yolunuz varsa xumsu yoxdur, amma girov qoyduğunuz adamdan pulunuzu götürəndən sonra xərcləmədiyiniz miqdarın xumsunu ödəməlisiniz.

sual: mən bir neçə il borc və kredit götürmək yolu ilə müəyyən məbləğdə pul toplamışam. sonra götürdüyüm bu pulları ödəmişəm. hal–hazırda bu pulu ev almaq üçün ev sahibinin yanında girov saxlamışam. mövcud olan bu pula xums düşürmü?    

cavab: verilən suala əsasən belə başa düşülür ki, ehtiyacında olduğunuz  mənzil almaq üçün bundan başqa yolunuz olmamışdır. bu pula xums aid deyil.

sual: mən kiçik bir mənzilimi verib özümə uyğun başqa bir mənzil  almışam. mənzillər arasında olan qiymət fərqini öz illik qazancımdan vermişəm. xumsu vardır?

cavab: bir mənzili başqa bir mənzilə dəyişmək xumsun vacib olmasına səbəb ola bilməz.

tİknİntİ materİallari

sual: bir dəfəlik ev almaq bizim üçün çətindir. Əgər bu il avadanliqlardan bir miqdarını, o cümlədən tikinti materiallarını alsaq sonrakı ildə ev tikintisinə başlasaq xumsu ödəməliyikmi?

cavab: mənzil tikmək bir başa bu yola aid olan və sonrakı ildə materialları  ala bilmədiyiniz surətdə xums yoxdur.

sual:  tikinti materiallarını maddi imkan olmadığından öz mənzilinin istifadəsi üçün  tə`mir və təzələyə bilmədiyi bir şəxsin xums ili çatmışdırsa, xumsu ödəməlidirmi?

cavab: verilən suala əsasən əgər mənzili  tə`mir və təzələməsi onun ehtiyac və şə`nindədirsə xumsu yoxdur.

kİrayƏyƏ verİlƏn  vƏ artiq ev

sual: kənddə yaşayan bir şəxs şəhərdə bir ev alıb onun bir otağını şəhərə gələrkən özünün istifadəsi üçün hazırlamış qalan otaqları isə kirayəyə vermişdir. bu evə xums aid olurmu?

cavab: Əgər bir otaq onun ehtiyacındadırsa xumsu yoxdur, amma qalan otaqların xumsunu gərək ödəsin.

sual: mənim bir evim vardır, bir hissəsini kirayə vermişəm qalan hissəsində isə özüm yaşayıram kirayə verdiyim hissənin xumsunu ödəməliyəmmi?  

cavab: məişət  işlərinizdə ondan  aldığınız pula ehtiyaciniz  olmasa xumsu vardır.

sual: yaşayış evi olan bir şəxs ilin ortasında öz qazancından torpaq sahəsi alıb təzə ev tikməyə başlamışdır. bu evə xums düşürmü?

cavab: verilən suala əsasən əgər əvvəlki evi onun üçün istifadəli deyilsə və el arasında yeni evə ehtiyaclıdırsa və həmçinin təzə ev onun şə`nindən artıq deyilsə torpaq və evin xumsu yoxdur. amma təzə evə köçən kimi köhnə evin xumsunu hazirki qiymətlə hesablayıb ödəməlidir. Əgər köhnə evini xumsu verilmiş pulla alıbsa , satış zamanı aldığı qiymətdən baha satsa və bu artıq pul həmin il onun qazancinin bir hissəsi hesab edilir. Əgər ilin axırına qədər istifadə edilməsə xumsu vardır.

sual: mən öz evimi kirayə vermişəm. mənzilimin tə`mirinə pul xərcləyirəmsə evin özünə xums düşürmü?

cavab: qeyd olunan mənzilin  qalması üçün lazımi  tə`mirdirsə xumsu yoxdur, lakin mənzilin qiymətinin artırılması məqsədi ilə məsələn; mərmər döşəmək, yenidən tikmək, təzələmək kimi olsa gərək tə`mirə artıq xərclənən pulun xumsunu ödəsin.

sual: mən yaşamaq uçün özümə bir ev alıb bir müddət yaşadıqdan sonra iş yerimdən uzaq olduğundan çarəsiz qalıb həmin evi kirayə verib onun pulu ilə iş yerimə yaxın olan bir yerdə ev kirayə tutdum. mənim evimə xums düşürmü?

cavab: sualın qoyuluşuna əsasən xumsu yoxdur. bəli əgər başqa gəlirlərdən, icarə qaldığı mənzilin pulunu ödəyə bilsaniz və eviniz məişət ehtiyacindan xaric olub, və sərmayə hesablansda, lazımdır ki, onun xumsunu hal-hazırki verəsiniz.

sual: mən ehtiyacında olduğum yaşayış mənzilimi özümə və şə`nimə uyğun böyük bir mənzil ilə dəyişdim. mənzillər arasında olan qiymət fərqini öz illik qazancımdan ödədim. İndi mənzilin xumsunu ödəməliyəmmi?

cavab: sualin qoyuluşuna əsasən  o mənzilə xums aid deyil.

mİnİk maŞinlari

sual: minik maşını, motosiklet və velosipedin xumsu varmı?

cavab: qazanc üçün olmasa və insanin ehtiyacı qədərində ondan artıq deyilsə və həmcinin illik qazancdan alinsa xumsu yoxdur. motosiklet və velosiped də həmin hökmdədir.            

sual: mən xumsu verilmiş bir miqdar pulu ehtiyacinda olduğum minik avtomobili  almaq üçün ödədim, qalan borcu isə hər hissə-hissə qazancımdan qaytardım. bu avtomobilimə xums düşürmü?

cavab: verilən suala əsasən avtomobil sizin şə`ninizdən artıq deyilsə xumsu yoxdur.           

sual:  ehtiyacim olduğu minik avtomobilimi satıb onun pulu ilə təzə və yeni modeldə bir maşın aldım. qiymət fərqini isə öz illik qazancımdan ödəmişəm. İndi xums verməliyəmmi?

cavab: avtomobil sizin şə`ninizdə idisə xumsu yoxdur.

sual: Öz şəxsi maşınım üçün əlavə şin, yanğın söndürən balon və buzqıran almışam mümkündür il ərzində onlardan istifadə olunmasin. belə olan halda xums aid edilirmi?

cavab: suala əsasən çünki həmişə istifadəyə hazır olduğundan onlara xums aid deyil.

sual: neçə il əvvəl borc pulla bir minik avtomobili almışam, sonra götürdüyüm borcu qaytarmışam. bu il həmin avtomobili satmaqla kreditlə yeni bir maşın aldım. birinci maşınımdan qalan puldan bir miqdarını yaşayışıma xərcləyib qalanini da saxlamışam. hazırda əlimdə olan bu pulun xumsu varmı?

cavab: gərək yerdə qalan pulun xumsunu ödəyəsiniz.

sual: mən ehtiyacında olduğum minik avtomobilini almaq məqsədi iləmaşın qayırma zavodunun şirkət hesabına müəyyən məbləğdə pul ödəmişəm, iki il ötəndən sonra mənə maşın veriblər, indi bu pula xums düşürmü?

cavab: Əgər qeyd olunan pul illik qazancınızdan və maşın sizin şə`nizə uyğundursa həmçinin onu ələ gətirməkdə təkcə bu yolla başa gəlirsə xumsu yoxdur.

sual: bir şəxs öz illik qazancından ehtiyacı olduğu bir minik avtomobili almış və həmin ildə onu satıb bir bahalı maşın almışdır. onun pulunun qalanını həmin ilin qazancından ödəmişdir. bu avtomobillərə xums düşürmü?

cavab: verilən suala əsasən avtomobilin alınıb satılması il əsnasında olduğundan və avtomobilin onun şənində olduğu surətdə xumsu yoxdur.

İŞ ÜÇÜn İstİfadƏ olunan maŞinlar

sual: İnsanin iş və qazancına aid olan maşınlara xums düşürmü?

cavab: bəli, sərmayənin bir hissəsidir, xumsu vardır.

sual: yaşayışımda ehtiyacı olduğum maşını özümə münasib olan bir maşın ilə dəyişmişəmsə xumsunu verməliyəmmi?

cavab: Əgər birinci maşınınızın xumsu olmayıbsa dəyişdiyiniz halda ikinci maşının xumsu yoxdur.

sual: mən xums ilinin gəlirindən olan bir miqdar pulu bir yük qazeli almaq üçün ödəmişəm və qalanını da illik gəlirdən ödəyirəm. qeyd olunan yük qazelinin mənim məişət işlərim və qazanc ələ gətirmək üçün istifadə edildiyinə diqqət yetirsək xumsu vardırmı?

cavab: xumsu vardır. məgər ki, maşın sizin məişət işləriniz üçün olsun. Əgər onun xumsunu ödəməklə pulun qalanı ilə işlərinizi yerinə yetirə bilməzsinizsə hələlik xumsu yoxdur.

sual: bir şəxs xumsu verilmiş bir miqdar pulu traktor almaq üçün kreditin əvvəlində ödəmişdir. sonradan ödədiyi kreditlərin xumsu vardırmı?

cavab: Əgər illik qazancdan ödəyirsə gərək ödədiyi əvvəlki kreditlərin xumsunu versin.

sual: mən iş görməkdən ötrü bir nissan avtomobili almaq üçün qohumlarımdan bir miqdar pul borc almışam. onun xumsunu ödəməyin necəliyini bəyan etməyinizi xahiş edirəm.

cavab: verilən suala əsasən ödədiyiniz borcların hər miqdarının xumsunu da ödəməlisiniz. məgər ki, avtomobil sizin məişət işləriniz üçün olsa və onun qazancı yaşayış xərclərindən artıq olmasa bu surətdə hələlik xumsu yoxdur.

sual: mən öz maşınımı bə`zən şəxsi istifadəm üçün bə`zən də yükdaşımağa və qazanc məqsədi ilə istifadə edirəmsə xumsu varmi?

cavab: yükdaşımağa və qazanc məqsədi ilə istifadəyə nisbətdə xumsu vardir.

sual: qazanc məqsədi ilə istifadə etmək üçün traktor və bir yük maşını alinmışdır, lakin xumsu ödənilməmişdir. İndi hazırki yoxsa alış qiyməti ilə xumsu ödənilməlidir?

cavab: hazırki qiymətlə hesablayıb ödəmək lazımdır.

sual: mən öz şəxsi avtobilimlə sərnişin daşımaqla məşğul oluram və bu yolla yaşayış xərclərimi tə`min edirəm. qeyd olunan avtomobilə sərf etdiyim xərclər avtomobilin özü kimi xumsa aiddir yoxsa tə`minat hissəsi olaraq xumsu yoxdur?

cavab: Əgər qeyd olunan xərclər benzin, yağ ehtiyat hissələri kimi avtomobilin qalması və istifadəsi üçündürsə xumsu yoxdur. amma əgər avtomobilin qiymətinin bahalaşdırılması üçün xərc çəkilsə sərmayənin bir hissəsi sayılır və avtomobilin özü kimi onlara da xums aiddir. gərək avtomobilin qiymətinin artırılması üçün xərclənən miqdarın xumsu ödənilsin.

sual: mən xums ilim başa çatmamışdan əvvəl öz əkin sahələrimdən istifadə etmək məqsədi ilə bir traktor almışam, onun xumsunu ödəməliyəmmi? Əgər onunla başqaları üçün iş görüb pul alsam necə?

 cavab: Əgər traktor illik qazancdan alınıbsa, istər təkcə öz əkin sahələriniz üçün olsun, istərsə də başqaları üçün onun xumsunu ödəyin .

İŞ lƏvazİmatlari (( avadanlıqlar ))

 sual: İnsanin illik qazancından aldığı iş və qazanc üçün istifadə edilən ləvazımatlarına xums düşürmü ?

cavab: bəli , gərək onun xumsu ödənilsin .

sual: bir işçi öz maddi vəziyyətini yaxşılaıdırmaq üçün bir mağaza açmışdır . mağazada işlətmək üçün alınan iş avadanlıqlarının xumsu varmı ?

cavab: bəli , xumsu ödəməlidir .

sual: mən tibb institunda oxuyan bir tələbəyəm . Əgər hazırda ehtiyacında olmadığım , lakin gələcəkdə mənə lazım olan tibbi avadanlıqları alsam xumsunu ödəməliyəmmi ? Əgər qeyd olunan avadanlıqları (( qan təzyiqi ölçən və s.. kimi )) öz ailəm üçün və dərslərimi öyrənmək məqsədi ilə istifadə etsəm onun xumsu necədir ?

cavab: Əgər yuxarıda qeyd olunan avadanlıqlar sizin qazancınıza aid olsa xumsu vardır . Əgər ailənizin qan təzyiqi və təhsil işlərində ehtiyaclı olsanız xumsu yoxdur .

sual: Əgər bir iş maşınını, yaxud özünə lazım olan avadanlıqları kreditlə olan bir şəxs necə ödəməlidir ?

cavab : kreditdən hər nə qədər ödəsə xumsunu da ödəsin .

sual: mən müəyyən məbləğdə borc götürüb bir açardüzəldən dəzgah alıb onunla işləyirəm. sonrakı il götürdüyüm borcu qaytardim . İndi xumsunu ödəməliyəmmi ?

cavab:  bəli, qeyd olunan məbləğin xumsu ödənilməlidir.

sual: mən etiyacında olduğum yaşayış ləvazimatlarıdan bir hissəsini satıb, özüm üçün iş avadanlığları almışam. onun puluna xumus düşürmü ?

cavab: Əgər yaşayış ləvazimatlarını illik qazancdan, yaxud  xumusu verilməmiş malla almısınısa gərək dərhal onların xumusunu ödəyəsiniz. Əgər xumusu verilmiş malla alınıbsa, onda gərək onun qiymət fərqinin xumusunu ödəyəsiniz .

sual: Öz yük maşnını qazanc və iş üçün istifadə edən bir şəxs onu ev almaq məqsədilə satmışdırsa , onun puluna xumus düşürmü ?

cavab: avtomobil pulunun əvvəllər xumusu verilibsə, xumusu yoxdur. amma onun qiymət fərqi əgər satdığı ildə istifadə olunmasa xumusu vardır. Əgər avtomobili illik qazancından alıb, sonrakı ildə satsa gərək hazıki qimətin xumusunu dərhal ödəsin .

sual: Əkinçi olan bir şəxs zəruri ehtiyacı olan bir tıraktorla ailəsini dolandırırdı. hazırda işləyə bilmədiyindən tıraktora ehtiyacı olduğuna baxmayaraq, onun satıb müqəddəs–məkkə ziyarətinə getmək istəyir,  bu pulun xumusunu ödəməlidirmi ?

cavab: Əgər tıraktoru əvvəlki illərin qazancından alıbsa satdığı qiymətin xumusunu ödəməsi lazımdır və əgər xumusu verilmiş pulla artıq pul alınıbsa aldığı qiymətdən artıq satsa onun illik qazancının bir cüz`i hissəsi hesablanır və ilin sonuna dək istifadə olunmasa xumusu vardır .

mƏİŞƏt ehtİyaclari.

sual: hansı xərclər ehtiyac  xərcləri ad ilə hesablanır, onlara xumus düşürmü ?

cavab: İnsanın özü və ailəsi üçün çəkdiyi xərclər və həmçinin: ziyarət, mükafat, hədiyyələr və qonaqlıqlarda xərclədikləri; və lazımı hüquq işlərində nəzirlər, kəffarələr, dini borclar, çinayət xəsarəti, yaşayışında ehtiyac duyduğu sair şeylər. məsələn, ev, minik maşını, xalça, kitab başqa ev əşyaları, övlad evləndirmək üçün çəkdiyi xərclər, onların xəstəliyi zamanı alınan dərmanlar, övladın və həyat yoldaşının vəfatı zamanı çəkilən xərclər. camaat arasında insanın ehtiyacı olan sair xərclər ehtiyac xərcləri  hesablanır. buna əsasən insan öz illik qazancından öz şəninə uyğun bu işlər üçün pul xərcləsə xumusu yoxdur. Əgər yuxarıdaki xərclər insanın şənindən artıq, səfehcəsinə, israf və həmçinin əgər haram yolda çəkilsə təminat ad ilə hesablamır, g`ərək xumusu ödönilsin. fəhlə pulu, suvarma xərcləri, tıraktor üçün dizel yanacağı və avtomobil üçün benzin kimi faidəələ gətirməg məqsədilə istifadə olunan xərclər təminat hissəsi hesablanır.

sual: telefon insanın yaşayış ehtiyaclarından hesablanırmı?  və xumsu vardır ?

cavab: ev telfonu əgər insanın şənindədirsə ehtiyac vastəsi kimidir, və xumusu yoxdur. amma iş telfonu sərmaye hökmündədir bə xumsu vardır .

sual: tikiş maşını ehtiyac vastəsi hesablanır və xumusu vardır?

cavab: Əgər yalnız evin ehtiyacı üçün olsa xums yoxdur. Əgər qazanc məqsədi üçün istifadə edilsə xumsu vardır .

sual: gül, güldan, portret, çilçıraq kimi mənzilin daxili zinəti üçün istifadə olunan əşyalara xums düşürmü?

cavab: Əgər həddindən artıq olmasa və illik qazancından alınsa xums yoxdur.

sual: bir əkinçi öz illik qazancından bir süd verən inək alibsa  onun xumsunu verməlidirmi?

cavab: Əgər südündən özünün və ailəsinin istifadə etməsi üçün alıbsa tə`minat hesabındadır, xumsu yoxdur.

sual: hacıların valyuta kimi  özləri ilə götürdüyü pula xumus  düşürmü?

cavab: Əgər həmin ilin qazancından olsa və xums ilində xərclənsə xumsu yoxdur .

sual: bir şəxs öz illik qazancından bir miqdar pulu boş və mənasız video kasetlərinə xərcləmişdir, xərclədiyi pul onun tə`minatından  hesablanırmı?

cavab: haram yolda istifadə olunan pul tə`minatından deyil, gərək onun xumusu ödənilsin.

  sual: İsraf, zəruri olmayan əşyaların və bəzi nəfis,  incə qablar kimi insanın şənində olmayan şeylərin almasında xərclənən pula xums düşürmü ?

cavab: bəli, gərək onların xumsunu ödəsin .

sual: bir şəxs himayəsində olan subay oğlu üçün ev almışdır, verdiyi pulun bir hissəsi xumsu verilməmiş puldandırsa bu onun xərclərindən hesablanırmı ?

cavab: xums düşən miqdarda pulun xumsunu gərək ödəsin. yerdə qalan illik qazancından və verdiyi hədiyyə onun şəninə uyğundursa xumusu yoxdur .

sual: geyinmək üçün özümə bir dəst paltar aldım, ehtiyacım olduğu halda bir il istifadəsiz qalmışdırsa xumsu vardırmı ?

cavab: verilən suala əsasən, ehtiyacında olduğunuz üçün xumsu yoxdur .

sual: cüz`i əşyalara məsələn: İnsanın aldığı ətir şüşəsi, möhür, kərbəla təsbehi kimi şeylər il ərzində istifadə olun masa xumus aid edilirmi ?

cavab: Əgər illik qazancından alınıb və istifadə halındadırsa xumsu yoxdur .

sual: elm əhlinin aldığı kitablara və bəzən onların bəzilərindən heç vaxt istifadə olunmursa xums düşürmü ?

cavab: Əgər istifadə halındadırsa və onlara ehtiyac imkanı vardırsa xums aid deyil .

sual: mənim xums ilim mart ayının biridir, fevral ayında qohumlarıma bayram günlərində hədiyyə vermək üçün paltarlar almışam, bu paltarlara xums düşürmü ?

cavab: Əgər adi vaxtlarda almısınızsa və sizin şəninizə münasibdirsə xumsu yoxdur .

sual: qadinların aldığı qızıl və zinət əşyaları təminat cüz`ündəndirmi ?

cavab: Əgər illik qazancdan alınsa, şənindən artıq olmasa və istifadə olunsa xumusu yoxdur .

sual: xums ili olmayan bir şəxs bir miqdar pulu məscid, hüseyniyyə, xəstəxana və hamam tikintisinə sərf edib, bu pulun xumusu varmı ?

cavab: Əgər illik qazancından olsa və sərf etdiyi yerlər onun işlərində olsa xumusu yoxdur. amma əgər bir il keçdiyinə yəqinliyi varsa xumusu ödəməlidir .

sual: xərclərini övladlari tə`min edən bir qoca qadının müəyyən məbləğdə  pulu vardır. zinət  əşyalarından istifadə etmədiyi halda həmin pulla qızıl alıb saxlayır ki, kərbəla  ziyarətinə səfəri  zamanı xərcləsin . bu qızıllara xumus düşürmü?

cavab: sualın qoyuluşuna əsasən onlardan bir il keçsə xumsu vardır .

sual: İnsanın sığorta üçün verdiyi pul təminat cüz`indən hesablanır və gərək xumsunu ödəsin?

cavab: Şəxsin ehtiyacı üçün sığortaya pul ödənilsə xumusu yoxdur .

 sual: mən bu il müqəddəs-məkkə ziyarətinə hazırlaşıram, müəyyən məbləğdə pulu Ərəbistanda o dövlətin pulu ilə dəyişib mənə vermək üçün gedəcəyimiz karvan rəhbərinə vermişəm lakin hələ getməmişik və mənim xums ilim çatmışdır. bu pula xumus düşürmü?

cavab: verilən suala əsasən xumsu vardır .

sual: xums  ilinin ortasında bir şəxs özünün və ailəsinin ehtiyaclarını  tə`min etmək üçün  bir şey almışdır. xums ilindən sonra onu satıb başga bir şey alsa və ya onda yaxşı  bir şeyə dəyişsə, satdığı pulun xumusunu verməlidirmi?

cavab: bəli, lazımdır ki, təkcə satdığı malın pulunun xumusunu ödəsin.

sual: bir malı sələf alveri surətində alıb pulunuda ödəmişəm. lakin malı təhvil almamış xums ilim gəlib çatmışdırsa,  həmin pulun xumsunu  ödəməliyəmmi?

cavab: Əgər aldığınız mal sizin təminatınıza aid olsa və vaxtında ala bilmirdinizsə xumusu yoxdur. bundan başqa surətdə xumsu ödəmək lazımdır.

sual: bir xanım bir miqdar qızıl və zinət əşyaları alıb onları istifadə etmişdir. bir neçə il keçəndən sonra onları satmaq istəyirsə xumusunu ödəməlidirmi?

cavab: Əgər illik qazancından alınıb və sonrakı illərdə satılılrsa, gərək onların hamısının xumusunu ödəsin, əgər xumusu verilmiş malla alınıbsa onun qiymət fərqi satdıqı ildə illik qazancından hesab edilir. və ilin sonunadək istifadə olunmasa xumusu vardır .

cehİzlƏr ...

sual: İl ərzində tədricən alınan qızların cehizlərinə xumus düşürmü?

cavab: Əgər insan qızının cehizliyini bir yerdən ala bilməsə və hər il müəyyən miqdarını almağa məcbur olsa, yaxud adətən hər il cehizliyin müəyyən miqdarı alınan ehtiyac duyulsa, bu halda il  boyu  o ilin  mənfəətlərindən  cehizlik alsa, onun xumsunu verməlidir.

sual: Əgər birinci qızın adına alınan cehiz mənzildə ikinci qız üçün qalsa xumsu vardır?

cavab: İkinci qız üçün cehiz almağa ehtiyac duyulan surətdə xumusu yoxdur .

sual: İşlə məşğul olan bir qız atasının evində yaşayır. Öz aylıq maşından bir miqdar pulu cehiz və başqa ev əşyaları almaq üçün əmant saxlayırsa  xumsunu verməlidirmi?

cavab: xums verməlidir. məgər ki, ehtiyacı və şəninə uyğun olduğu cehizi almaq üçün bu yoldan başqa yolu olmamış olsun və hamısını birdən əldə etməyə imkanı olmasın. belə olan halda  yığilmış pula xums düşmür.

sual: mən qızım üçün bankların birində depozit hesab açmışam. hər ay bir miqdar pulu o hesaba köçürürəm ki, bir neçə il keçəndən sonra onun izdivac vaxtı çatanda onun üçün yaşayış ləvazimatları və cehiz ala bilim. bu pula xums düşürmü? Əgər bank tərəfindən bu pula şərii qaydalara uyğun mənfəət artırılsa, xums düşərmi?