Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

cavab: Əgər ehtiyaclı və şəninə uyğun olan cehizləri almaq üçün bundan başqa bir yolunuz olmasa, ehtiyacı olan zaman almaq imkanınız olmazsa, bu surətdə o pula xums düşmür.

sual: qızın cehiz hökmü oğlanada aiddirmi? yəni, əgər oğlan illik qazancından ehtiyacı olan öz gələcək yoldaşının ləvazimatlarını olsa, yaxud ata-anası  onun üçün alıb saxlasa xumsu vardırmı?

cavab: cehiz hökmündədir. həmçinin  oğlanın ya atasının onun üçün yığdığı pul  da belədir.  o surətdə ki,  vaxtında və birdəfəlik   oz şəninə münasib  hazırlamış olsun.

sual: mən qızıma  cehiz almaq məsədilə bankdan dörd il müddətilə qaytarası şərtilə pul   borc götürdüm. borcumu gələn illərin qazancından ödəyə bilərmmi?

cavab: Ödəyə bilərsiniz.

sual: Əgər bir ata qizinin cehizlərini xumusu verilməmiş maldan alsa ya xumusu ödənməmiş olsa , xumusu ödəmək qıza lazımdırmı?

cavab: bəli, verilən suala əsasən qıza cehizlərin xumusunu ödəmək lazımdır .

sual: mən ehtiyacımda olduğum cehizləri borc pulla almışam. İllik qazancımdan aldığım öz zinət əşyamı satıb, dərhal borcumu ödəsəm, xumsumu ödəməliyəmi ?

cavab: Əgər sizin şəninizə uyğundursa, satmaq vacib deyil, əgər satsanızda lazım deyil onun xumusunu dərhal ödəyəsiniz.

sual: mənim bir qızım vardır, onun üçün cehiz almağa məcburam. onları bir dəfəlik ala bilmirəm. bir tərəfdən də illik qazancımdan cehizləri tədricən alsam, saxlamağa yerim olmadığımdan tələf olub istifadə üçün yararsız hala düşəcəkdir. bu halda əgər bir miqdar pulu ehtiyacımda olan cehizləri  almaq məqsədilə əmanət saxlasam ona xumus düşür ya yox ?

cavab: sualın qoyluşuna əsasən qeyd olunan çətinliklərə diqqət etməklə o pula xums düşmür .           

   

torpaq, baĞ vƏ kƏnd tƏsƏrÜfat mƏhsullari

sual: İllik qazancdan alınan əkin sahəsi və bağa xums düşürmü?

cavab: verilən suala əsasən əgər bağ onun meyvələridən öz ailəsinin istifadəsi üçün alınsa, həmçinin şəninə münasib və ehtiyac duyulsa xumsu yoxdur. Əgər meyvələrini satmaq üçün olsa xumsu vardır. amma əkin sahəsi sərmayə hökmüdə olduğunda sərmayə  xumsunun hökümlərinə müvafiq xumusu veriməlidir .

sual: bir şəxs özünün və ailəsinin istifadəsi, bəzi illər onun meyvəsi təsadüfən özünün və ailəsinin istifadəsindən artıq olduğundan satmağa aparır. bu bağa xums düşürmü ?      

cavab: verilən suala əsasən əgər bağ təminatda artıq deyilsə onun xumsu vacib deyil. amma onun meyvələri təminatdan artıqdırsa xumusu vardır .

sual: xums ili hesabı təyin etməyən bir şəxs öz miras torpağını meyvələrdən istifadə etmək üçün borc halına salmışdır. bir neçə ildən sonra bağın meyvə məhsullarından bir miqdarı onun ehtiyacından artıq olmuşdur. İndi xums ili təyin etmək istəyirsə, bu bağın xumsu necədir?

cavab: verilən suala əsasən əgər bağın xərcləri onun illik qazancından olsa, qeyd olunan bağın xumsu yoxdur. amma təminatdan artıq olan miqdarının xumsu vardır.

sual: bir şəxs xumusu verilməmiş pulla torpaq sahəsi alıb meyvələrindən ticarət məqsədilə istifadə etmək üçün orada bağ salmışdır . bu bağa xums düşürmü ?

cavab: torpağın qiymət fərqinin və həmçinin ağacların xumusunu da ödəsin .

sual: mən becərilməyən torpağı diriltmişəmsə, bu torpağa xums düşürmü ?

cavab: Əgər torpağı onun meyvələrindən özünüz və ailənizin istifadəsi üçün bağ halında salmısınızsa və məqsədiniz meyvələri satmaq deyilsə, ehtiyacınızdan artıq olmasa xumusu yoxdur. Əgər bağı satsanız onun xumsunu hazır ki, qiymətlə verməmisiniz. Əgər torpağın əkinçilik, yaxud, meyvələrini satmaq məqsədilə abadlaşdırmısınızsa onun xumsunu gərək hazırki qiymətlə verəsiniz. həmçinin bağı satmasanız da belə.

sual: Əkin sahələrinin xumsu vardır ?

cavab: Əkin sahələri sərmayə hökmündə olduğundan xumsu vardır. amma torpaq təkcə yaşayış və məişət təminatı üçün olsa, xumsu ödəməklə yaşayışını davam etdirmək çətinliklə yaradarsa hələlik onun xumusunu ödəmək lazım deyil. sonralar qüdrəti çatsa tədricən olsa da ödəsin .

sual: bir şəxs öz ailəsinin ehtiyaclarını təmin etmək məqsədilə buğda əkmək üçün torpaq sahəsi almışdır. oradan bir şey satmırsa , bu mülkün xumsunu verməlidirmi ?

cavab: bəli, onun xumsunu gərək ödəsin. məgər ki, məişət işləri miqdarında olsa hələlik  onun xumsu yoxdur.

sual: mən xumsunu ödəməmiş olduğum neçə hektar əkin sahəsinin sahibiyəm. hər il oradan bir miqdar buğda götürürəm. ondan bir hisəsini öz ailəmin məişət işlərini təmin etmək üçün saxlayıb, qalanını satıram. xahiş edirəm onun xumsunun hökmünü bəyan edəsiniz. qeyd olunan  buğdanın əkib-becərilməsi üçun sərf etdiyim xərcləri əldə olunan hasildən azalda bilərmmi?

cavab:  qeyd olunan buğda məhsulindan bir miqdarı özünün və ailənizin illik xərclərindən artıq gəlsə gərək xumsunu ödəyəsiniz. məhsulu ələ gətirmək üçün  sərf etdiyiniz  xərclərin əsli qalmayıbsa hasildən azalda bilərsiniz. Əgər əsli qalan bir şeydirsə, məsələn, şumlamaq və biçin üçün lazım olan alət və ləvazimatlar illik qazancından alınıbsa, gərək onların xumsunu ödəyəsiniz və hasildən azalda bilməzsiniz.

sual: mən hər il müəyyən  miqdar toxumluq buğda əkirəm,  hər il onun xumsunu  ödəməliyəmmi?

cavab: birinci  il onun xumsunu  vermisinizsə sonraki illərdə o miqdarın xumsu yoxdur.

sual: bir şəxs illik qazancından ticarət və sərmayə üçün mülk yaxud başqa bir şey almışdır. birinci ilin sonuna qədər onun qiyməti yüz min manat dəyərində bahalaşdığı halda xumsunu verməmişdir. İkinci ilin sonunda onun dəyəri iki yüz min manat artmışdır. hal-hazırda onun xumsu necə hesablanır?

cavab: verilən suala əsasən onun xumsu əlli altı min manatdır. Çünki, birinci ilin sonunda onun xumusu iyirmi min manat olduğu halda ödəməmişdir. həmin qayda ilə sərmayə sahibinin payı artdığndan xums da artmışdır. buna əsasən birinci ilin xumusunu və ikinci ilin artımının sərmayə sahibinin pay artımının xumusunu əlavə etməklə ödəsin. Əgər ikinci il də ödəməsə gərək xumsunun artımını hesablamaqla ödəsin. buna əsasən verilən sualda birinci ilin xumsu iyirmi min manat olduğundan, ikinci il iyirmi min manat artıb cəmi qırx min manat olmuşdur. sahibkarın sərmaysi birinci il səksən min manat olduğundan, ikinci il həmin səksən min manat mənfəət tapıb, xumsu on altı min manat olmuşdur. nəticədə hazırki sərmayənin xumsu əlli altı min manat, xalis sərmayə yüz qırx dörd min manatdır .

sual: bir şəxsin torpaq sahəsi vardır, torpaq sahəsinin qiyməti qalxdığından həmin torpaqın vastəsilə dövlətli olmuşdur .hal-hazırda torpaqdan  bir hissəsini satıb həcc ziyarətinə getmək istəyirsə, o pulun xumusunu ödəməlidirmi ?

cavab: verilən suala əsasən əgər irs kimi torpağın özü xumsa aid olmasa yaxud xumsu verilmiş pulla alınsa satdığı zaman qiymət fərqi onun illik qazancından hesablanır, əgər ilin sonuna qədər tə`minatında istifadə etməsə  xumsu vardır. (qiymət fərqi torpağa sahib olan  zamana nisbətdədir). amma əgər ticarət malı adı və qiymət fərqindən istifadə etmək adıyla xumsu verilmiş pulla olsa gərək torpağın qiymət fərqinin xumsunu hər il ödəsin. elə bu halda əgər xumsu verilməmiş pulla olsa gərək torpağin xumsunu hazırkı, qiymətlə ödəsin. sonrakı illərdə qiymət fərqinin xumsunu ödəsin.

sual: mən qiyməti bahalaşandan sonra satmaq adıyla torpaq almışam xums ilim çatandan sonra, onun xumsunu hazırkı yoxsa aldığım qiymətlə ödəməliyəm?

cavab: hazırki  qiymətlə xumusu ödəmək lazımdır.

qazanc sƏrmayƏsİ

sual: qazanc və ticarət sərmayəsinə xums düşürmü?

cavab: bəli, sərmayəyə xums düşür. lakin əgər onun özünün və ailəsinin təminatı  şənində olsa, bu şərtlə ki, əgər xums ödəsələr qalan pulla yaşamaq onlara çətinlik yaradarsa, bu halda xumsu yoxdur. amma əgər imkanı olsa yaxud sərmayəni satsa onun xumsunu ödəməlidir.

sual: mən bir miqdar səhm alıb və onların xumsunu ödəmişəm. İndi əgər bu səhmi neçə il saxlamaq istəsəm onun bütün illər boyu qiymət fərqinin xumsunu verməliyəm? yaxud onları satandan sonra?

cavab: qiymət artan surətdə hər ildə artan miqdarın xumsunu həmin ildə gərək ödəyəsiniz.

sual: peşəsi qızıl satmaq və zərgərlik olan şəxslərin bəzən mümkündür, məsələn, ilin əvvəlində bir kiloqram qızıl, amma ilin sonunda qiymət dəyişkənliyindən onların qızılının miqdarı yarım kiloqrama çatır. amma onun qiyməti əvvəlki ilə nisbətdə artıqdır. Əgər bu tərtiblə bir neçə il keçib, sərmayə aradan gedib və mövcud bir şey qalmayıb. bu şəxslər bir miqdar qızılı öz sərmayələri qərar verib mənfəətdə ölçünü qızılın özü əsasında hesablaya bilərlərmi? (qiyməti nəzərə  almadan)

cavab: Əvvəla bu sual təkcə qızıl satanlar üçün yox bəlkə bütün tacirlər və kiçik ticarətlə məşğul olanlar üçün müzakirə olunandır. İkinci xumsun vacibliyində ölçü, çəki və miqdar yox, qiymət və sərvətdir. Üçüncü qiymətin artması hərçənd mümkündür, vəzn baxımından heç zaman onun aradan getməsinə səbəb olmur. buna əsasən verilən suala əsasən həmin şəxs gərək artıq miqdarın xumsunu ödəsin.

sual: mən bir ticarətçiyəm. xums ili də varımdır. keçən il təqribən sərmayəm 100 kisə düyü  idi ki, onun xumsunu vermişəm. bu il düyünün qiyməti bahalaşdığından mənim sərmayəmin 12 kisə artmasına səbəb olmuşdur. belə olan halda mən xums verməliyəmmi?

cavab: xums babında əsas meyar ölçü və miqdar yox, bəlkə qiymət və sərvətdir. buna əsasən düyülərin qiymətinə artırılan hər miqdarın xumsu vardır. Əgər məsələ əksinə olsa, yəni malın miqdarı artsa, amma qiyməti artmasa artan miqdara xums düşmür.

sual: sərmayənin xumsunu qazancın əvvəlindən hesablamaq lazımdır, yaxud bir il keçəndən sonra?

cavab: Əgər sərmayə ticarət və qazanc əldə etdiyi həmin ilin gəlirindən olarsa, xums ilinin axırı əsasdır. Əgər ötən illərin gəlirindən qazanc sərmayəsi qərar vermək istəsə gərək qazanca başlayanda onun xumsunu versin.

sual: bir şəxs özünün ehtiyacı olduğu ləvazimatlarını sərmayə əldə etmək üçün satmışdır. bu kimi şeyləri almayana qədər bu sərmayəyə xums düşürmü?

cavab: sualın qoyuluşuna əsasən əgər yaşayış ləvazimatlarını illik qazancından, yaxud xumsu verilməmiş  maldan alıbsa, sərmayənin bir hissəsi olan yaşayış ləvazimatlarının alış qiymətinin artığına xums düşür.

sual: qazanc sərmayəsi xumsu verilməmiş puldan olan şəxslər öz qazanclarından ehtiyacları olduğu yaşayış ləvazimatlarını alırlar. bu ləvazimatlara xums aiddirmi?

cavab: verilən suala əsasən sərmayə və bu sərmayənin qazancından alınan hər bir şeyin xumsunu gərək hazırki, qiymətlə hesablayıb versinlər.

sual: mən bir neçə il işlədiyim idarədə pul verib özümü işdən azad etdirdim. azad olunma adıyla bir nəfərə verdim. onun mənfəətiylə yaşayışımı təmin edirəm. məişətimi təmin etmək üçün bundan başqa yolum da yoxdur. İdarədən aldığım pulun xumsunu ödəməliyəmmi?

cavab: verilən suala əsasən qeyd olunan məbləğ sizin məişətinizi təmin etmək miqdarında olduğundan xumsu yoxdur.

sƏrmayƏnİn İtmƏsİ vƏ bƏrpasi

sual: mənim qazanc sərmayəmdən yaşayışımın təminatında  sərf olunmuşdur. həmin xums ilində əlimə gələn mənfəətlə o hissəni doldura bilərəmmi?

cavab: bərpa edə bilərsiniz və xumsu yoxdur.

sual: xumsu verilmiş pulu şərikli ticarət məqsədi ilə banka qoymuşam. bir müddətdən sonra o pulu götürüb yaşayışıma sərf etmişəm. həmin ilin mənfəətlərindən onu bərpa edə bilərəmmi?

cavab: edə bilərsiniz və xumsu yoxdur.

sual: Əgər bir şəxsin xumsu verilmiş ticarət sərmayəsi il əsnasında məsrəf, yaxud tələf olsa və gələn il sərmayə toplasa xumsu vardırmı?

cavab: bəli, xumsu vardır.

qazanc yerİ

sual: bir şəxs öz yaşayış mənzilindən bir otağını orada ticarət etmək üçün mağazaya çevirmişdirsə, xumsunu ödəməlidirmi?

cavab: bəli, mağazanın xumsunu gərək hazırki qiymətlə hesablayıb ödəsin.

sual: Əlli il bundan əvvəl özümə ev tikmək üçün torpaq sahəsi aldım, sonra tədricən oradan bir hissəsini emalatxana tikmək üçün ayırdım. İndi emalatxana binasının ticarət mülkü adı ilə əlli milyon manat dəyəri vardır, bu emalatxananı satandan sonra həmin məbləğə xums düşürmü? eyni halda evimin bir mərtəbəsini kirayə vermişəm, mənzili öz yaşayışım üçün tikdiyimə baxmayaraq, hələlik ona ehtiyacım yoxdursa xums düşürmü?

cavab: bəli, sualın qoyuluşunda emalatxana hökmündədir. onun xumsunu hazırki qiymətlə vermək vacibdir. hərçənd onu satsanız da belə. satandan sonra qiymət fərqi olan surətdə fərqin xumsunu ödəyin. kirayə verdiyiniz mənzilin bir mərtəbəsinin hökmü də bu qayda ilədir.

sual: mağazanın təmir xərcləri, yaxud iş yerində ehtiyac olan kondisioner, soyuducu, telefon və s. ləvazimatların alınması təminatın, yoxsa sərmayənin bir hissəsi sayılır?

cavab: telefon, kondisioner və soyuducunun özü qaldığı üçün sərmayə hökmündədir və gərək onların xumsunu ödəsin. mağazanın təmiri isə qiymətin qaldırılması və icarə malı olmasına səbəb olsa təmir üçün çəkilən əlavə xərclərin xumsunu ödəsin.

İnƏk vƏ qoyunun xumsu

sual: bir şəxsin xumsunu verdiyi bir neçə qoyunu vardır. sonrakı il qoyunların sayı həmin miqdarda, amma qiyməti isə iki dəfə artmışdırsa xumsu vardır?

cavab: bəli, onların qiymət fərqinin xumsu vardır.

sual: bir şəxsin öz ailəsinin istifadəsi üçün bir neçə qoyunu vardır. Əgər onun balasını və yununu təminatdan kənar yerə istifadə etsə qoyunların xumsunu ödəməlidirmi?

cavab: lazım deyil, amma qoyunun balasına və yununa nisbətdə əgər ticarət və qazanc üçün istifadə olunsa, gərək xumsunu ödəsin?

sual: İnək və qoyunun balasını iki ildən sonra südündən  istifadə etmək üçün saxlayırlarsa, xumsu vardır? eyni halda bu iki ildə istifadə olunan yuna necə?

cavab: məişət işlərinə istifadə olunan miqdarın xumsu yoxdur.

sual: qoyunçuluqla məşğul olan bir şəxs qoyunların xumsunu ödəmək üçün onların qiymətini, yoxsa sayını hesablamalıdır?

cavab: hər iki yolla hesablansa səhihdir. amma ədədlə hesablasa gərək sonrakı illərdə xumsu verilmiş qoyunlara əlavə onların xumsunu ödəməlidir.

sual: qoyun sahibləri qışda qoyunlara verdiyi quru yemin qiymətini qoyunların sayından azaldıb yerdə qalanının xumsunu verə bilərlərmi?

cavab: Əgər quru yemi xumsunu verilmiş pulla alıblarsa, azalda bilərlər.

sual: İnək və qoyunun bir ildən çox ömrü vardır. Əgər xums ilinin ortasında satılsalar, nə vaxt onlara xums düşür?

cavab: Əgər əvvəlki illərin qazancından alınıbsa və onların südündən şəxsi istifadə olunursa, təkcə onları satmaqla xums düşür.

sual: bir şəxsin bir inəyi vardır. beş il ərzində o inək dörd bala vermişdir, sonra onları satıb pulunu qızının cehiz xərcləri üçün saxlamışdır. daha sonra buzovu böyük olan bir südverən inək almışdır. xahiş edirik onun xumsunu bəyan edəsiniz.

cavab: lazımdır satmaqla qiymətin hamısının xumsunu ödəsin və həmçinin südverən inəyi xumsunu verilməmiş pulla alıbsa, gərək onun və buzovunun xumsunu ödəsin.

xumsu verİlmİŞ mal

sual: xumsu verilmiş pul əgər bir il qalsa və istifadə olunmasa ikinci dəfə xumsu ödənilməlidirmi?

cavab: lazım deyil.

sual: bir şəxs ötən illərin qazancından olan və xumsunu ödədiyi bir miqdar pulu öz təminatında xərcləmişdir. bu məbləği sonrakı illərin qazancındanayıra bilərmi?

cavab: xeyir, ayıra bilməz.

sual: xums ili olan bir şəxs neçə ədəd qızıl pul alıb onların xumsunu vermişdir. sonrakı ilin əsnasında onları satıb pulunu yaşayışına sərf etmişdir. bu ildə onun illik qazancından bərpa edə bilərmi? buğda, düyü və nağd pul kimi başqa şeylərin hökmü necədir?

cavab: bəli, bərpa edə bilərsiniz. bu hökmdə qızıl, nağd pul, buğda və başqa şeylər arasında bir fərq yoxdur.

sual: bir şəxsin əvvəlki ildə xumsunu ödədiyi bir miqdar pulu vardır. sonrakı ildə ondan bir miqdarını xərcləmişdir. xums ilinin sonunda onu bərpa edə bilərmi?

cavab: bəli. bərpa edə bilər.

sual: bir şəxsin əlində iki növ pul vardır: biri əvvəllər xumsunu ödədiyi, yaxud xumsa aid olmayan bir puldur, digəri isə onun illik qazancındandır. Əgər bu pullar bir-birinə qarışsalar onlardan birinin niyyətilə müəyyən etmək olarmı? məsələn: illik qazancından olan pulu təminatında xərcləyir ki, digər pul onun üçün qalsın. Əgər qeyd olunan pullar bankda olsalar necə?

cavab: verilən suala əsasən bir-birinə qarışan pulları təkcə niyyətlə birini müəyyən edə bilməz. bəlkə bu işdə şəriət hakiminə müraciət erərək musalihə etsin və bankda olan pulda bu hökmdədir. məgər ki,  bankda iki ayrı-ayrı hesaba pul köcürmüş olsun.

xumsu verİlmƏyƏn maldan İstİfadƏ

sual: xums borclu olan şəxslər onu ödəməkdən yayınırlarsa, onların həyat yoldaşı və övladlarının vəzifəsi nədir?

cavab: Əgər xumsa aid olan malların hansı olduğunu bilsələr, xumsu ödəməmişdən əvvəl yemək yaxud ondan istifadə etmək caiz deyil, amma şəriət-hakiminin icazəsi ilə istifadə etdikləri şeylərin xumsunu öz öhtələrinə alıb hər vaxt bacarsalar ödəsinlər. Əgər istifadə etdikləri şeylərə xumsun düşüb-düşməməsində şəkk etsələr, onların istifadəsi caizdir. Əmr-be-məruf olan surətdə onları əmr-be-məruf etmək lazımdır.

sual: xumsa aid olan bir qoyunu onun sahibi qəssaba satmışdır. onun ətini alanlar sonradan məsələni bilsələr, gərək xumsunu ödəsinlər?

cavab: gərək onun xumsunu ödəsinlər.

sual: bir şəxs doxsan doqquz faiz ehtimal verir ki, atası xums ödəmir. ondan aldığı pullara, yaxud evdə yediyi yeməklərə nisbətdə vəzifəsi nədir?

cavab: yuxarıda qeyd olunanların xumsa aid olduğuna xatircəmlik tapsa, gərək istifadə etdiyi şeylərin xumsunu ödəsin.

sual: Əgər bir şəxs xumsu verilməmiş pulla paltar alsa və onunla namaz qılsa hökmü necədir?

cavab: onun namazı işqallıdır.

sual: Öz mallarının xumsunu ödəməyən şəxslərin mənzilinə getməyin hökmü nədir?

cavab: xüsusən əgər sileyi-rəhm, əmr be-məruf və nəhy əz munkər üçün olsa getməyin heç bir maneəsi yoxdur. amma əgər xumsa aid olan bir şeyin istifadə etdiyini bilsə gərək xums ödəsin.

sual: xums ili olan bir şəxs əgər il əsnasında dünyasını dəyişsə, onun vərəsəsi xumsu ödəməmişdən əvvəl meyyitin tədarük, kəfənlənmə və s. xərclərini onun mirasından götürüb istifadə edə bilərmi?

 cavab: vəfat etdiyi ilin qazancından təminata sərf olunmayan şeylərin xumsu ödənməlidir və xumsu verilmiş maldan meyyitin tədarük və kəfənlənməsinə sərf etsinlər. hətta vəfat ilinin mənfəətindən meyyit özünə kəfən alıbsa gərək onun xumsunu ödəsinlər.

sual: xumsa aid olan malı istifadə etmək mütləq surətdə caiz deyil? Əgər irs vasitəsi ilə insana çatsa, ya başqası hədiyyə versə və yaxud ata öz qızının cehizlərini onunla alsa necə?

cavab: xeyir, mütləq surətdə caiz deyil.

sual: Öz malında şərii vergilər və kəffarələr olan bir şəxs həccə getmək istəyirsə təkcə həcc xərclərinin xumsunu verib. məkkəyə getsə və qayıdandan sonra öz malının hamısının xumsunu versə onun həcci səhihdirmi?

cavab: Əvvəllər qeyd olunduğu kimi xumsa aid olan malları xumsu ödəməmişdən əvvəl istifadə etmək düzgün deyil. siz öz malınızdan istədiyiniz miqdarı götürüb, onun xumsunu verib həccə getmək istəyirsiniz. bu da xumsu verilməmiş maldan istifadə kimidir və düzgün deyil. buna əsasən bu iş qoyulan qadağanı kənarlaşdıra bilməz. başqa ibarətlə desək bu miqdarın xumsunu ödəmək yerdə qalanların xumsundan azad etmir. İmam əleyhissalamın və seyyidlərin haqqı toxunulmazdır. mərcei-təqlidin icazəsilə öz malınızdan bir miqdarını ayırıb xumsunu ödəyin və ya əgər sizin malınız ev, bağ və başqa şeylər kimi müxtəlif əşyalardan ibarət olsa, müəyyən bir növünün xumsunu ödəyin və yaxud əgər ayrı-ayrı banklarda mövcud olan puldursa, müəyyən banka aid olan pulun xumsunu ödəyin və yaxudda verilən suala əsasən malınızdan bir miqdarını xumsu əda etmək qəsdi ilə mərcei-təqlidə, yaxud onun vəkilinə verin və o qəbul edəndən sonra onu sizə borc versin, siz də öz həcc xərclərinizi bu pulla yaxud xumsa aid olmayan pulla ödəyin. bu surətdə sizin həcciniz səhihdir.

 sual: Öz malının xumsunu verməyən bir şəxs Ümrə səfərinə hazırlaşır, təkcə Ümrə xərclərinin xumsunu verib qalan mallarının xumsunu vermədən Ümrəyə gedə bilərmi? onun Ümrəsi bu surətdə səhihdirmi? səhih olmayan surətdə bu halların həlli üçün bir yol vardırmı?

cavab: xumsa aid olan malı xumsu ödəməmişdən əvvəl istifadə etmək düzgün deyil. Ümrə xərclərini götürüb xumsunu vermək xumsu verilməmiş maldan istifadə etmək kimi olduğundan düzgün deyildir və bu iş qoyulan qadağanı kənarlaşdıra bilməz. başqa sözlə desək bu miqdarın xumsunu ödəmək qalanını xumsdan azad etmir. həzrəti İmam əleyhissalam və seyyidlərin haqqı toxunulmazdır. xumsu ödəmək qəsdi ilə bir miqdar malınızı mərcei-təqlidə verin və o da qəbul edəndən sonra onu sizə borc adı ilə qaytarsın. siz də onu Ümrə xərclərinə sərf edin. bu surətdə sizin Ümrəniz səhihdir. yaxud da əvvəlki məsələdə qeyd olunan hallara riayət edin. Əgər xumsu verməsəniz maldan istifadə etməyin haram olduğuna baxmayaraq xumsu verilməyən pulu özünüzlə götürmək və onu xərcləmək Ümrənin batil olmasına səbəb olmur. Şərt budur ki, ehram paltarı xumsa aid olmayan maldan, yaxud öhtəçiliklə alınmış olsa bu surətdə Ümrə səhihdir.

xumsa aİd olan malin, yaxud xumsun tƏlƏf ya qƏsb olmasi

sual: mən öz illik qazancımdan gəlir ələ gətirmək üçün torpaq almışam. İndi xums ilim gəlib çatıb və qeyd olunan torpaq yol çəkən zaman yolun bir hissəsinə düşmüşdür. bu torpağın xumsu vardırmı?

cavab: Əgər yolu çəkməzdən əvvəl həmin torpağa xums düşübsə və onu ödəməmisinizsə, gərək indi ödəyəsiniz. Çünki, borclu olmuşdunuz.

sual: yuxarıdakı suala əsasən dövlət tərəfindən həmin torpağın müqabilində başqa torpaq sahəsi verirsə, hökmü necədir?

cavab: Əgər əvvəlki torpağın xumsunu ödəmisinizsə, bu torpağın xumsu yoxdur. Əgər ödəməmisinizsə, gərək təzə torpağın xumsunu hazırki qiymətlə ödəyəsiniz. məgər ki,  qabaqkı torpağa xums gəlmiş olsa və bu yerin xumsundan cox olsa gərək xumsu qabaqkı torpağın qiymətiylə ödəsin.

sual: bir şəxs xumsa aid olan bir miqdar pulun xumsunu ödəməmişdən əvvəl onu itirmişdirsə,onun vəzifəsi nədir?

cavab: verilən suala əsasən əgər pulların xumsunu ödəməkdə səhlənkarlıq edibsə, zamindir və gərək onun xumsunu ödəsin.

sual: bir şəxsin torpaq sahəsini iki nəfər qəsb edibdir. oradan götürülən mənfəətləri də torpaq sahibinə vermirlərsə, bu torpağın xumsunu vermək sahibinə vacibdirmi?

cavab: Əgər qəsbdən əvvəl ona xums düşübsə, gərək ödəsin. həmin torpaqdan xums miqdarında mərcei-təqlidin öhtəsinə qoya bilər.

sual: mən bir tələbəyəm. təbliğə getdiyim ramazan ayında möminlərdən bəziləri sizə çatdırmaq üçün mənə bir miqdar xums pulu verdilər. amma təəssüflər olsun ki, verilən pul yolda itmişdir. mən zamin oluram, ya yox? xumsu ödəyənin öhdəsindən götürülür, ya yox?

cavab: Əgər pulu qorumaq və saxlamaqda səhlənkarlıq etməmişsinizsə, zamin olmursunuz. Ödəyənin öhdəsindən götürülməyə nisbətdə isə əgər mərcəyi-təqliddən sizin vəkalətiniz adıyla xums pulunu sizə vermişdirsə və sizin də vəkalət varınızdırsa, onun öhdəsindən götürülür. Əgər yalnız vasitə adıyla pulu çatdırmaq üçün sizə vermişdirsə, öhdəsindən götürülmür. gərək yenidən ödəsin.

sual: tələbələr və təbliğ və başqa cəhətdən öz xumsunu ödəməyən şəxslərin mənzillərinə gedirlər. onların evlərində və xalça üstündə namaz qılırlar və yeməklərdən istifadə edirlər. xahiş edirik bu hallarda onların vəzifələrini bəyan edəsiniz.

cavab: tələbələrə və elm əhlinə bu hallardan istifadə etməyə icazə verilir və lazım deyil qeyd olunan yerlərin xumsunu özləri ödəsinlər.

maaŞ alanlarin vƏ tƏlƏbƏlƏrİn xums İlİ

sual: xums ilini təyin etmək insanın öz ixtiyarındadır, yoxsa gərək qazanca başladığı vaxtı öz xums ilini təyin etsin?

cavab: ticarət kimi faydası tədricən hasil olanlarda gərək başlanğıc vaxtını təyin etsinlər. amma faydası sonradan ələ gələn əkinçilik və ağac əkmə kimi işlərdə fayda hasil olan vaxtdandır.

sual: qazancı olmayan və yaxud olan, lakin xərclərinə kifayət etməyən bir şəxs xums ili təyin etməlidirmi?

cavab: lazım deyil. Əgər il əsnasında onun üçün bir mənfəət hasil olsa və bir il təminata sərf olunmasa gərək onun xumsunu ödəsin.

sual: xums ilini təyin etməkdə hicri-şəmsi ili yaxşıdır, yoxsa hicri-qəməri?

cavab: Şəmsi ilini təyin etsin.

sual: xums ilini dəyişmək olarmı? xahiş edirik onun necəliyini bəyan edəsiniz.

cavab: xums əhlinə zərər yetirməyən surətdə düzgündür. İl əsnasında öz mənfəətlərinin xumsunu versin. qeyd olunan vaxtdan bir il keçəndən sonra öz xums ilini yoxlasın.

sual: maaş alanlar və aylıq müəyyən məbləğdə məvacib alanlar, aldıqları hər maaş üçün ayrıca xums ili qərar verə bilərlərmi?

cavab: bəli, edə bilər.

sual: Şəhid ailələrinə yardım fondu şəhid ailəsi kimi mənə müəyyən məbləğdə pul vermişdir. mənim xumsa aid olan vəzifəmi bəyan etməyi xahiş edirəm?

cavab: Ümumi aylıq pul alanlar özləri üçün xums ili təyin edə bilərlər. Öz birinci aylıq maaşını alandan bir il keçsə illik xərclərindən artıq qalan miqdarının xumsunu versinlər. həmçinin hər ay aldıqları maaş üçün xums ili təyin etmək və ayrıca saxlamaq caizdir. sonra əgər gələn ilə qədər xərclərindən artıq olsa onun xumsunu versinlər. amma şəhid ailələrinə yardım fondundan verilən pul zahirdə hədiyyə və bəxşiş olduğundan xumsun aid olması fətva yox, vacibi ehtiyatdır.