|
||||||||||||||||||||
|
sual: mən öz xums ilimi məhərrəm ayının əvvəli qərar vermişəm. İndi məhərrəmin əvvəli olmuş lakin, ramazan ayında təbliğ zamanı ələ gələn gəlirdən bir miqdar qalmışdırsa, onun xumsunu verməliyəmmi? cavab: artığın xumsunu verə bilərsiniz. lakin ramazan ayının təbliğindən ələ gələn gəlirin xumsunu ödəməyi gələn ramazana qədər təxirə salmağınız caizdir. Əgər ondan bir şey qalsa xumsunu ödəyin və həmçinin məhərrəm ayının qazancı da gələn il məhərrəmə qədər nəzərdə tutulsun ki, əgər artıq olsa onun xumsunu ödəyin. sual: mən bir tələbəyəm. xums ilim çatmışdır. aylıq təqaüdümdən və bu təqaüdlə aldığım düyüdən bir miqdar qalmışdır. bunlara xums düşür, ya yox? cavab: bunların heç birinə xums düşmür. sual: Öz xums ilini hicri-şəmsi aylarından birinin əvvəli qərar verən bir işçinin aldığı maaş ayın axırına qədər onun xərclərinə kifayət edir. Əgər öz maaşını xums ili catmamışdan bir ya iki gün əvvəl alsa onun xumsunu ödəməlidirmi? cavab: maaş alan özü üçün xums ili təyin edə bilər. Öz birinci maaşını aldığı tarixdən bir il keçsə illik xərclərindən artıq olan miqdarın xumsunu versinlər və həmçinin hər ay aldıqları maaş üçün xums ili təyin etmək və hər ayın maaşını ayrıca saxlamaq caizdir. Əgər gələn ilə qədər xərclərindən artıq olsa, onun xumsunu versin. buna əsasən sualda qeyd olunan işçinin öz maaşının xumsunu hələlik verməsi lazım deyil. xumsun hesabisual: Əgər öz mallarının xumsunu ödəyən bir şəxsin həmin malları sonrakı ilə qədər qlsa, onların xumsunu ikinci dəfə ödəmək lazımdırmı? cavab: lazım deyil. məgər xumsu varilmiş sərmayədən bir şey almış olsun ki, satmamış olsada növbəti ildə gərək onun xumsunu ödəsin. sual: bir tacir bir malı alıb sonrakı ilə qədər onu mağazada saxlayır. onun qiyməti bahalaşsa da xumsunu ödəmir. gələn il onun xumsunun hökmü necədir? cavab: mövcud olan cinsin xumsunu gərək ödəsin. məgər ki, il əsnasında onun qiyməti cox yuxarı getmış ola və bahalaşma tamahı ilə onu satmamış olsun, və sonra onun qiyməti ucuzlaşsa bu surətdə bahalaşan miqdarın miqdarın xumsu ona vacibdir. sual: xums ili olmayan bir şəxs minik maşını və yaşayış ləvazimatları almışdırsa, bunlara xums düşürmü? Əgər düşürsə, gərək hazırki qiymətlə ödəsin, yoxsa aldığı qiymətlə? cavab: Əgər qeyd olunanları xumsu verilməmiş pulla alıbsa, gərək onların xumsunu hazırki qiymətlə ödəsin. Əgər illik qazancından alıbsa, yuxarıdakı ləvazimatlara öz yaşayışında ehtiyacı olan surətdə xumsu yoxdur. sual: xums ili olmayan bir şəxs özü üçün xums ili təyin etmək istəyir. və neçə gün əvvəl müəyyən məbləğdə qazancı olmuşdur. bu pula xums düşürmü? cavab: Əgər ondan əvvəl qazancı olmayıbsa; birinci məbləği ələ gətirəndən sonra bir il fürsət vardır və həmçinin əvvəllər qazancı olubsa, dəlil birinci qazancdan bir il keçməsidir. sual: Öz mallarının xumsunu hesablayıb ödəyən bir şəxs sonrakı illər üçün öz hesabını qorumamışdır. neçə ildən sonra öz mallarının xumsunu hesablamaq istəyirsə əvvəllər ödədiyi xumsu azaltmalıdırmı? cavab: bəli, bütün mallarını hesablayıb əvvəlcədən verdiyi xumsu hazırki xumsdan azaltsın. sual: toxumağı bir neçə il çəkən xalçanın xumsu necə hesablanır? cavab: Əgər o alınarsa və çox böyük zərər olmayan tərzdədirsə, gərək onun xumsunu ilin sonunda hesablasınlar, sonrakı illər də həmin ildə toxuduqlarının miqdarının xumsunu ödəsin. həmçinin əgər iş sahibi ona muzd ödəmək istəsə və o qəbul etməyib işin sonunda muzdumu alacağam desə, belə olan halda öz muzdunu il əsnasında alsa və təminatına xərcləsə xumsu yoxdur. sual: dükan sahibi olan bir şəxs üçün ilin sonunda öz hesabının yoxlaması mümkün deyil. xumsa nisbətdə vəzifəsi necədir? cavab: verilən suala əsasən ilin sonunda öz mənfəətlərini təxmini surətdə təyin edib, xumsu ödəsin və sonra yoxlasın. Əgər təyin olunmuş miqdardan çox olsa qalanını ödəsin, əgər az olsa ondan azaltsın. sual: Öz mallarının xumsunu hesab etmək istəyən bir şəxs malları aldığı, yaxud hazırki bazar qiyməti ilə hesablasın? cavab: gərək güdəlik qiymətlə ödəsin. sual: bir şeyə xumsa aid olan surətdə aldığı qiymətlə güdəlik qiymət arasında ziddiyyət yaranarsa, hansı qiymət əsas gğtürülməlidir? cavab: güdəlik qiymətlə. . xumsda ŞƏkksual: xumsun aid olub-olmamasına şəkk olunarsa, nə etmək lazımdır? cavab: Əgər mənfəətinə yəqinliyi və mənfəətinin gələn ilə qədər qalıb-qalmamasında şəkk etsə, gərək axtarış aparıb tapsın. amma mənfəətin əslində şəkk etsə axtarış lazım deyil və əgər müəyyən malın xumsa aid olub-olmamasında şəkk varsa, xums aid deyil. sual: Əgər bir şəxs əvvəlki illərdə xərclədiyi pullara xumsun düşüb-düşməməsində şəkk edərsə vəzifəsi nədir? cavab: Əsl ( fiqh-üsul ) onun zimməsinin bəri olmasıdir. sual: həzrəti İmam əleyhissalamın payından istifadə edən bir tələbə bəzən təbliğ yolu ilə qazanc ələ gətirir. Əgər ilin sonunda bir şey artıq qalsa və hansından olduğunu bilməsə xumsu vardır, ya yox? cavab: gərək mərcei-təqlid müctehidə müraciət edib, onunla müsalihə etsin. xums ÖdƏmƏkdƏn yayinmaqsual: İnsan xums ili çatmamışdan əvvəl xumsdan yayınmaq məqsədi ilə öz malını başqasına bağışlasa caizdirmi? cavab: bağışlamaq insanın şəninə münasib olmayan surətdə xumsdan boyun qaçırtmaq yolu yoxdur. gərək onun xumsunu ödəsin və həmçinin əgər bağışlamaq xumsdan yayınmaq üçün bir hiylə adı ilə olsa, necə ki, insan öz malını bir şəxsə bağışlayıb, onunla qərarlaşsa ki, xums ili başa çatdıqdan sonra malı sahibinə bağışlasın, bu halda da xumsunu ödəməlidir. sual: İnsan xums ili çatmamışdan əvvəl xumsdan boyun qaçırtmaq məqsədi ilə öz qazancından artıq olan hissəsini xalça, soyuducu, televizor və s. yaşayış ləvazimatlarına sərf edə bilərmi? cavab: Əgər yuxarıda qeyd olunan ləvazimatlar onun ehtiyacında və şənindədirsə, təminat hissəsidir və xumsu yoxdur. Əgər ehtiyacından artıq və şəninə münasib olmasa gərək onların xumsunu ödəsin. sual: Əgər bir şəxs xums ili çatmamışdan əvvəl öz zəruri ev əşyalarını xums ili çatandan sonra satmaq qəsdi ilə alsa, onların xumsunu ödəməlidirmi? xumsdan yayınmaq qəsdinin əvvəlcədən olub-olmaması arasında bir fərq varmı? cavab: Əgər zəruri ev əşyalarını illik qazancından alıb sonrakı ildə satsa gərək dərhal onların xumsunu satdığı qiymətlə ödəsin. hərçənd yenidən ev əşyaları almaq qəsdi olsa da belə. və bu cəhətdən xumsdan yayınmaq və yayınmamaq arasında bir fərq yoxdur. xumsun vacİb olmasisual: mənim bir dostum xumsun vacib olmasına şübhə edir, öz malının (xums, zəkat kimi) şəri vergilərini ödəmir və sözlərindən inkarliq. xahiş edirik bu məsələnin hökmünü bəyan edib, yol göstərəsiniz. cavab: xumsun vacib olması islamın zəruriyyətlərindəndir və onu inkar edən kafirdir. xums qurani-kərimdə (İnfal surəsi 41) və çoxlu mötəbər rəvayətlərdə təkidlə qeyd olunan ilahi vacibatlardan biridir. baxmayaraq ki, onun bəzi xüsusiyyətlərində (istifadə olunma yerləri) müxtəlif fikirləri olan müsəlmanlar bu məsələdə tamamilə vəhdət halındadırlar. hər kəs az olsa da belə onu ödəməkdən imtina etsə, həzrəti peyğəmbər (s) və onun pak nəslinə zülm edənlər cərgəsində olacaqdır və onların hakkını qəsb edənlərdən hesablanır. bəlkə əgər hər kəs xumsu halal bilsə kafirlərdəndir. hər bir surətdə şəxsin xumsu inkar etməsi sabit olmayınca ona kafir hökmünü verə bilməzlər. İslamın hökümləri onun öhtəsindədir və pakdır. sual: bir şəxsin öz keçən ilin qazancında yüz min tüməni xərclərindən əlavə pulu qalmışdır. bu il onun hamısının yaşayışında ehtiyacı olan şeylərə xərcləmişdir. İndi bu ilin qazancından öz xums borcunu vermək istəyirsə, nə qədər ödəməlidir? cavab: qeyd olunan halda iyirmi min tümən borclu olmuşdur ki, gərək həmin miqdarı bu illin qazancından ödəsin. sual: bir şəxs bir miqdar xums pulunu (imam və seyyidin hakkı) qumda təhvil vermək üçün mənə vermişdir. pulları qorumaq üçün banka qoydum. pulları götürdüyüm zaman banka qoyduğum pullardan əlavə bir miqdar pulu mənfəət adıyla mənə verdilər. bu mənfəət kimin malı sayılır? cavab: Əgər pulu onun təqlid etdiyi müctəhidə təhvil vermək üçün sizə əmanət veribsə, ələ gələn mənfəət pul sahibinindir. Əgər sizin vucuhat almağa icazəniz vardırsa, pul verən sizi müctəhidin nümayəndəsi bilib veribsə (pul onun mülkündən çəxəb) bu surətdə bankın verdiyi əlavə pulu gərək müctəhidə təhvil verəsiniz. təbii ki, bu təfsilat sair əmanət və xeyriyyə pullarına və ümumi sədəqələrə də aiddir. sƏrmayƏ vƏ yiĞilan pulun xumsusual: bir şəxs özünə və ailəsinə çətinliklə öz qazancından bir miqdar pulu bankda depazit hesaba qoymuşdur. İndi ondan bir il keçirsə, xumsunu verməlidirmi? cavab:verilən suala əsasən qazancını ehtiyacına xərcləməmiş və bir il saxlamışdır. onun xumsu vacibdir. sual: qazancı az olan bir tələbə öz gələcək ehtiyacları üçün istifadə etmək üçün öz gəlirlərini yığır. (məsələn: kitab almaq ya evlənmək kimi ehtiyaclar.) yığılan bu pula xums düşürmü? cavab: Əgər gələcəkdə o vəsiləyə ehtiyacı olsa və ehtiyac olan zamanda onun pulunu hazırlamaq müşkül olarsa, bu pullara xums düşmür. sual: mənim iş sərmayəm bir maşındır ki, onun xumsunu verməmişəm. Əgər hazırki qiymətə onun xumsunu ödəmək istəsəm müşkül və çətinliklərlə üzləşirəmsə, vəzifəm nədir? cavab: verilən suala əsasən indi onun xumsunu aldığınız qiymətə ödəyin. amma hər vaxt onu satsanız gərək qiymət fərqinin xumsunu ödəyəsiniz. sual: xums ili olan bir əkinçi öz əkin məhsulundan bir miqdarını toxumluq üçün kənara qoyur və bir miqdar da bazardan alır. xums ili çatandan sonra onlara xums düşürmü? xums düşürsə, iki surət arasında bir fərq varmı? həmçinin aldığı qiymətlə hesablamalı yaxud hesabladığı günün qiyməti ilə? cavab: qeyd olunan halda gərək toxumluğun xumsu hazırki qiymətlə ödənilməlidir. xums aid olanda iki surət arasında bir fərq yoxdur. sual: bir şəxs iki il ərzində bir xalça toxumuş və xalça sərmayəsinin xumsunu vermişdir. bazarın kasadlığından xalçanı satmamış və indi sata bilmişdir. xalçanı satdığı pulun xumsunu dərhal verməlidirmi? cavab: verilən sualda xalça satılmamışdır. satılan zaman toxumaq muzdu ələ çatsa bir il möhlət vardır ki, əgər il ərzində öz ehtiyaclarına xərcləsə xumsu yoxdur. sual: bir tacir öz bütün mallarını nisyə alır və satandan sonra öz borclarını ödəyir. bəzən onun borc ödəməyi gələn xums ilinə düşür. bu mənaya ki, xums ilinin əvvəlində bir miqdar pulu vardır ki, gərək öz borcunu onunla gələn il ödəsin. nisyə malın satışından ələ gələn məbləğə xums düşürmü? qalan malların xumsu vardır? cavab: bu şəxs xums ilinin əvvəlində öz illik qazancını hesablayıb artıq olan miqdarın xumsunu ödəsin. amma əgər nisyə aldığı mal mövcud olsa, yaxud sahibinə verməli olduğu onun pulu mövcud olsa ona xums düşmür. sual: bir şəxs öz ehtiyacı olduğu şeyləri satıb onun pulu ilə özünün digər ehtiyacı olan şeyləri almaq istəyir. məsələn: öz kiçik mənzilini satır, onun pulu ilə və öz illik gəlirindən digər miqdarla öz şəninə uyğun həddə bir böyük mənzil alsa, yaxud öz ehtiyacı olan maşınını, həyat yoldaşının qızılı və mənzil əşyalarından bəzilərini satsa və onun pulu ilə ehtiyacı olan mənzili alsa, bu pullara xums vacibdirmi? cavab: bu cür yerlərdə əşyalar, ehtiyacı olan şeylər və keçmiş mənzilini satsa, o pullara xums düşmür. mƏİŞƏt ehtİyaclarinin satilmasi vƏ xumsu verİlmİŞ malin mƏsrƏfİsual: bir şəxs öz illik qazancından ehtiyacı olan mənzili və digər ehtiyacı olan əşyaları almışdır. İndi ehtiyacdan xaric olub və mənzilini icarəyə vermiş yaxud onu satıb pulunu banka qoymuş və ya sərmayə etmişdir. həmçinin qadın öz şəninə uyğun həddə zinət əşyaları almış, indi onları satmış yaxud kənara qoymuşdur. bu yerlərdə gərək xums versin, ya yox? hədiyyə hökmü necədir? cavab: verilən suala əsasən əgər həmin ildə alsa, onlardan ehtiyacsız olsa və onların xums iliçtsa, gərək onların xumsunu versinsinlər (istər satsınlar, yaxud satmasınlar). amma aldığı ildən sonra təminat və ehtiyacdan çıxsa, daha onlarınxumsu vacib deyil. hərçənd satsa, ya mənzili icarə ya onun pulunu qazanc sərmayəsi qərar versə, qadınların zinət əşyaları da bu hökmdədir. amma əgər onların qiymət fərqindən bir şey illik xərclərindən artıq olsa, gərək onun xumçsunu versinlər. hədiyyə də əgər hədiyyə olan ildə təminatdan xaric olsa. İstər onu satsınlar, istərsə də satmasınlar, vacib ehtiyata əsasən xumsu vardır. amma sonrakı ildə təminatdan xaric olsa, xumsu yoxdur. sual: bir şəxs keçən ildən evində 100 kiloqram düyü saxlamışdır ki, xums ilinin sonunda artıq olduğundan onun xumsunu ödəmiş və bu ildə onları istifadə etmişdir. İllik gəlirdən düyü almışdır ki, həmin miqdar düyü xums ilinin sonunda onların əvəzi olaraq mövcud qalır. bunların xumsunu verməlidirmi? cavab: xumsu verilmiş düyülərin əvəzi olan bu miqdarın xumsu vacib deyil. borc vƏ ÇeklƏrİn xumsusual: bir şəxs bir məbləğ borc götürüb və onun xums ili gəlib çatmışdırsa, qalan miqdarın xumsunu verməlidirmi? cavab: xeyr, borcun xumsu yoxdur. sual: bir şəxs kredit pul götürmüşdür ki, pulun özü mövcuddur və onun aylıq kreditini xumsa aid olmayan irs yaxud tələbələrin aylıq təqaüdü kimi puldan ödəmişdir. bu kredit pula xums düşürmü? cavab: verilən suala əsasən onlara xums düşmür. sual: alıcı üç aydan sonra hesabında pul olan bir müddətli çek verir. xums hesabladıqda satan zaman əsasdır, yoxsa pul çatan vaxt? cavab: pul çatandan sonra və çek nağd pul olandan sonra xumsu hesablayın. alinacaq mƏblƏĞ (borclulardan)sual: bir miqdar pulumu borc adı ilə bir nəfərə vermişəm, o da pulumu qaytarmır. mənim də xums ilim gəlib çatmışdır. həmin pulun xumsunu da ödəməliyəmmi? cavab: verilən suala əsasən hər vaxt pulunuzu qaytarsalar xumsunu dərhal ödəyin. sual: xums ilində gördüyüm işlərin bir miqdarının pulunu hələlik ala bilməmişəmsə, bunların xumsunu ödəməliyəmmi? cavab: o pulları illik qazancınızdan alacaq təyin edin. sual: bir şəxsdən bir miqdar alacağım vardır, xums ilim gəlib çatıb lakin borclu pulu qaytara bilmirsə bu pulun xumsunu ödəməliyəmmi? cavab: bank hesabına köçürməmişdən qabaq ödəmək lazım deyil. sual: müəyyən miqdarda bir kəsə pul borc vermişəm və neçə ildir onları qaytarmır, gərək onların xumsunu ödəyimmi? cavab: Əgər bir il keçəndən və pullara xums vacib olandan sonra borc vermisinizsə gərək onun xumsunu ödəyəsiniz. Əgər xums ili başa çatmamışdan əvvəl borc versəniz və borcun qaytarılmasına yəqinliyiniz varsa, gərək onun xumsunu ödəyəsiniz. başqa halda borcu qaytarandan sonra ödəməlisiniz. sual: xums ilinin sonunda, ötən ayın maaşını almamışdan əvvəl öz malımın xumsunu hesablayıb ödəmişəm. neçə gün kecəndən sonra öz maaşımı almışam. sualım budur ki, bu maaş gələn ilə aiddir yaxud bu il hesablanmalıdır. cavab: Əgər qeyd olunan vaxta maaşınızı sizə veriblərsə və lakin siz almamısınızsa bu il hesablaya bilərsiniz. amma caizdir ki, sonrakı ilə qədər səbr edəsiniz. ondan sonra əgər yaşayış xərclərindən artıq olsa xumsunu ödəyin. sual : mehr və aban aylarında əlavə işlər görmüşəm ki, onun hakkını İsfənd ayında veriblər. mənim xums ilim dey ayının əvvəlində olduğuna diqqət etməklə hakkımı aldığım zaman gərək xumsunu ödəyimmi? cavab: bu sualın hökmü əvvəlki cavabda məlum oldu. sual: Əgər işçinin maaşı gecikdirməklə verilsə bu müddətdə onun xums ili gəlib çatsa, bu alınan maaş əvvəlki ildən hesablanır, yaxud aldığı ilin qazancından? cavab: maaşı aldığı ilin qazancındandır. onun xumsunu ödəməyi gələn ilə qədər gecikdirə bilərlər. ondan sonra əgər təminata xərclənməsə onun xumsunu ödəsin. sual: bir zavodda hər ay işçilərin maaşından bir miqdar azaldılır və yığılıb bir neçə aydan sonra onlara qaytarılır. bu pul xums ilindən sonra alınsa, verilən ilin qazancından hesablanır, yoxsa azaldılan ilin qazancından? cavab: maaşı alan ilin qazancındandır. sual: bir miqdar malı nisyə və kreditlə satmışam. kreditlərdən bəziləri sonrakı ilə aid olduğundan bu alverin mənfəəti satılan ilin mənfəətindən yaxud kreditin ödənilən ilin mənfəətlərindən hesablanır? cavab: satılan ildə ödənilən kreditlərin mənfəətləri satılan ilə aiddir. sonrakı kreditlərin mənfəətləri sonrakı ilin qazancındandır. sual: xums ilim çatmamışdan əvvəl qaytarmaq şərti ilə bir nəfərə bir miqdar borc pul vermişəm. amma o xums ilimdən sonra qaytarsa, bu pulun xumsu vardırmı? cavab: Əgər sizin illik qazancınızdandırsa xumsu vardır. borclarsual: dörd il ərzində ödəmək şərti ilə müəyyən məbləğdə borc almışam. aldığım pullara xums düşürmü? cavab: Əgər yaşayış xərclərinizə sərf olunubsa xumsu yoxdur. amma əgər sərmayə və ticarət üçün sərf olunsa, həmçinin sərmayə mövcud olan surətdə hər il borcdan ödədiyiniz miqdarın xumsunu ödəməlisiniz. sual: bir şəxsin başqa bir şəxsə borcu vardır. Öz illik qazancından borcu ödəmək niyyəti ilə kənara qoyur, lakin xums ilinin sonuna kimi onu borc sahibinə çatdıra bilməmişdirsə, həmin pula xums düşürmü? cavab: bəli, xums düşür. sual: bir şəxsin kreditli borcu vardır. onu ödəmək bir neçə il çəkəcəkdir. bütün borcunu illik qazancından azalda bilərmi? cavab: xeyir, azalda bilməz. bəlkə, borcu yaşayış ehtiyaclarına aid olarsa, hər ilin borcunu ödəmək ödədiyi ilin bir hissəsi hesablanır. sual: dükan sahibi öz illik hesabı zamanı bir miqdar pulun borclu, bir miqdarın nisyə və bir miqdarının isə nəğd olduğunu dəqiqləşdirir. xumsa olan nisbətdə onun vəzifəsi nədir? cavab: borclarını mövcud olan miqdardan azaltsın və nisyədə olan pul bir surətdə olsa ki, əgər müştəridən tələb etsə qaytarılarsa, gərək onların da xumsunu hesablasın. amma əgər onun tələb etməsiylə müştəri pulu qaytarmayacaqsa, belə olan halda hər vaxt qaytarsa, dərhal onun xumsunu ödəsin. sual: bir şəxs il əsnasında öz həyat yoldaşının mehriyyəsini ödəyir. sonra ondan qazanc ələ gətirmək üçün borc alırsa, qeyd olunan məbləğin xumsunu ödəməlidirmi? cavab: verilən suala əsasən xumsu yoxdur. sual: xums ili çatmış olan bir şəxs öz arvadının mehriyyəsini borcun bir hissəsi hesab edib mövcud olan miqdardan azalda bilərmi? cavab: azalda bilməz. sual: dükan sahibi bir miqdar malı nisyə alıb pulunu ödəməmişdir. onun xums ili çatmışdırsa, xumsa olan nisbətdə vəzifəsi nədir? cavab: satdığı miqdardan ələ gələn qazanc yaşayış xərclərindən artıq olsa, xumsu ödəmək lazımdır. satılmayan miqdar o surətdə ki, bazar qiyməti artıbsa, artan qiymət fərqinə xums düşür. sual: təhsil hakkına kömək adı ilə universitet tələbələrinə borc verilir və təhsil bitdikdən sonra verilən pul geri alınır. bu pulların xumsu vardır? cavab: xumsu yoxdur. meyyİt malinin xumsusual: xums ili təyin edən bir şəxs əgər il əsnasında dünyasını dəyişərsə, vərəsəsi onun xumsunu ödəməzdən əvvəl dəfn, kəfən və sair xərclərini onun malından xərcləyə bilərmi? cavab: vəfat etdiyi ildə yaşayış xərclərinə sərf etmədiklərinin gərək xumsunu ödəsin və xumsu verilmiş maldan meyyitin dəfn və kəfən xərclərinə istifadə etsinlər. hətta vəfat etdiyi ilin qazancından kəfən alınıbsa, gərək onun xumsunu ödəsinlər. sual: Əgər meyyit xums borclu olsa, bu onun əsl malından, yaxud üçdə birindən ayrılmalıdır? cavab: Əsl malından ayrılmalıdır. sual: vərəsəsi kiçik bir uşaq olan meyyit xums borcludur. onun xumsu ödənilməlidir, yoxsa uşaq böyüyənə qədər səbr etmək lazımdır? cavab: xumsu ödəmək vacibdir. meyyitin vəsisi olan surətdə xumsu ödəmək vəsi olan şəxsə vacibdir. Əgər yoxdursa, verilən suala əsasən kiçik uşağı olduğu üçün gərək şəriət hakiminin icazəsi ilə onun malından xumsu ödəsinlər. sual: dünyadan köçən bir şəxs bir miqdar xums və zəkat borcludur. onun saxladığı miras bunların ikisini də ödəməyə kifayət deyilsə, vəzifə necədir? cavab: Əgər xumsa aid olanlar mirasa daxildirsə, əvvəl xumsu və əgər zəkata aid olanlar mirasa daxildirsə, zəkatı əvvəl ödəmək lazımdır. başqa halda xums və zəkat təqsimlənir. sual: vəfat edən bir şəxsin bir miqdar borcu və xumsu vardır. lakin onun saxladığı irs bunların hər ikisinə kifayət etmirsə, vəzifə nədir? cavab: Əgər mövcud olan xumsa aiddirsə, xums birinci ödənilməlidir. bundan başqa surətdə borc ödənsin. xumsun mÜxtƏlİf yerlƏrİİrssual: atamdan qalan irs təqsimlənməmiş bir neçə motorlu qayıqdan ibarətdir ki, hal-hazırda onlarla işləyirlər. onlardan gələn qazancdan tələbə olduğum üçün mənə məxsus payı da göndərirlər. İrsin özünün və ələ gələn qazancın xumsu vardır? cavab: atanız xums ödəyirdisə onun irsinin xumsu yoxdur. amma onlardan hasil olan qazancın hər miqdarı illik xərclərinizdən artıq olarsa, xumsu vardır. varisin tələbə olub-olmamasında heç bir fərq yoxdur. sual: xumsa aid olan bir mal irs çatmışdır. xumsu ödəyən zaman hazırki qiyməti, yaxud vərəsəyə çatan vaxtki qiyməti hesablamalıdır? cavab: verilən suala əsasən hazırki qiyməti ilə gərək hesablansın. sual: xumsa aid olmayan irs torpaqlarının əgər qiyməti bahalaşsa, artan qiymətin xumsu vardırmı? cavab: satılan surətdə onun qiymət fərqi satış ilinin qazancındandır ki, xums ilinin sonuna qədər təminatda xərclənməsə, ehtiyata əsasən onun xumsu verilsin. sual: xumsa aid olan torpaq sahəsi ödənilməmişdən əvvəl təqsim olunmuşdur. hal-hazırda vəzifə nədir? cavab: lazımdır ki, vərəsələrdən hər biri öz səhminə aid olan miqdarının xumsunu ödəsinlər. qadinin mehrİyyƏsİsual: qadın ərindən aldığı mehriyyəsinin xumsunu verməlidirmi? cavab: xumsu yoxdur. ehtiyat-müstəhəbbə əsasən əgər bir il keçsə o pulun xumsunu ödəsin. amma əgər ər mehriyyəni xumsu verilməmiş maldan versə, lazımdır ki, qadın onun xumsunu ödəsin. qan bahasİ vƏ dİyƏnİn xumsusual: diyə yaxud qan bahası adıyla alınan pulun xumsu vardır? cavab: xumsu yoxdur. lakin ehtiyat müstəhəbb odur ki, onun xumsunu ödəsinlər. bu hökmdə insan və üzvün diyəsi arasında bir fərq yoxdur. siĞorta vƏ tƏqaÜd pulusual: qanuna əsasən insana verilən sığorta pulunun xumsu vardır? cavab: İllik xərclərindən artıq olan surətdə xumsu vardır. sual: İnsanın aldığı təqaüdün xumsu vardır? bunu nəzərə almaq lazımdır ki, işlədiyi müddətdə hər ay onun maaşından təqaüd üçün bir miqdar pul azaldılırdı. cavab: Əgər illik qazancından artıq olsa xumsu vardır. sual: adətən insanlar təqaüdə çıxandan sonra bir miqdar pulu keçmiş işlərinə görə birdəfəlik onlara verirlər. bu pulların xumsu vardır ? cavab: Əgər xums ilinin sonuna qədər yaşayış xərclərinə istifadə olunmasa xumsu vardır. sual: bir şəxs vəfat edəndən sonra dövlət, sığorta, ya müxtəlif şirkətlər tərəfindən ölənin ailəsinə verilən pul ilin qazancından hesablanırmı? İllik xərclərindən artıq olsa xums düşür, yaxud alan kimi xumsu ödənilməlidir? cavab: İllik qazancdan hesablanır ki, əgər xərclərdən artıq olsa, ehtiyac vacibə əsasən xumsu vardır. qadinlarin qizil vƏ zİnƏt ƏŞyalarisual: qadinlarin aldığı qızıl və zinət əşyaları təminat xərclərinin bir hissəsi hesab olunurmu? Əgər onların özlərini zinətləndirmə vaxtı keçibsə və aldıqları əşyaları saxlamaq adı ilə alırlarsa, hökmü necədir? cavab: Əgər illik qazancdan olsa, onların şəniyyətindən artıq olmasa və ondan istifadə etsələr xumsu yoxdur. amma özlərini zinətləndirmə vaxtları keçsə gərək dərhal onların xumsunu versinlər. sual: xərclərini övladları ödədiyi bir qadının bir miqdar pulu vardır. Özünü zinətləndirmə vaxtı keçməsinə baxmayaraq həmin pullara qızıl alıb saxlayır ki, kərbəla yolu açılan zaman kərbəla ziyarətinə xərcləsin. bu qızıllara xums düşürmü? cavab: verilən suala əsasən, əgər aldığı vaxtdan bir il ötsə xumsu vardır. sual: bir xanım bir miqdar qızıl və zinət əşyaları alıb ondan istifadə etmiş və bir neçə ildən sonra onları satmışdır. satdığı an onların xumsunu verməlidirmi? cavab: Əgər illik gəlirdən almış və sonrakı illərdə satmışdırsa gərək onların hamısının xumsunu dərhal ödəsin. Əgər xumslu maldan almışdırsa, onun qiymət fərqi satış ilinin gəlirindən hesablanır ki, əgər ilin sonuna qədər təminata xərclənməsə xumsu vardır. sual: bir kişi xumsu verilməmiş puldan öz arvadı üçün qızıl və zinət əşyaları alıb ona bağışlamışdır. Əgər əri onların xumsunu ödəməsə qadına onların xumsunu ödəmək vacibdirmi? cavab: bəli, verilən suala əsasən lazımdır ki, qadın qızıl və zinət əşyalarının xumsunu ödəsin. hƏdİyyƏ, bƏxŞİŞ vƏ mÜstƏhƏbbİ sƏdƏqƏlƏrsual: bayram günlərində babam və başqa qohumlar tərəfindən bayramlıq adıyla mənə bir miqdar pul verilmişdir. neçə ildir ki, həmin pulları bankda öz hesabımda saxlamışam. bu pulların xumsu vardırmı? cavab: sualın qoyuluşuna əsasən vacib-ehtiyat budur ki, bankda bir ildən çox qalan pulların xumsunu ödəyəsiniz. sual: atanın öz övladına xərcləmək üçün verdiyi pulların xumsu vardır? cavab: Əgər pulu öz övladına bağışlasa və bir il keçsə, vacib-ehtiyata əsasən xumsu vardır. sual: bir qadınla ailə quran bir şəxs sonralar ondan boşanmışdır. ona verdiyi qızıl və başqa hədiyyələri geri almışdır. bu qızıl və başqa hədiyyələri əvvəlki ildə aldığını nəzərə alaraq xumsu vardırmı? |