|
||||||||||||||||||||
|
cavab: Əgər ona hədiyyə edəndən sonra geri alıbsa və onları xums ilinin sonuna qədər xərcləməsə, xumsunu gərək ödəsin. yaxud ona hədiyyə etməyib sadəcə həyat yoldaşı olduğu üçün bunlardan istifadə etməyə icazə veribsə, geri alandan sonra gərək dərhal onların xumsunu ödəsin. sual: mən xums ilim çatmamışdan əvvəl on bir yaşından aşağı olan övladıarım üçün ev alıb onlara hədiyyə etmişəmsə, bu evə xums düşürmü? cavab: sizin iş və şəniyyət şəraitiniz on bir yaşından aşağı övladlarınız üçün ev almaqla münasib deyilsə, aldığınız evin hazırki qiymətini hesablayıb xumsunu ödəmək lazımdır. Əgər bunu ödəməyə qüdrətiniz yoxdursa, xumsunuzu hesablayıb tədricən ödəyin. sual: hədiyyə, bəxşeş və müstəhəbbi sədəqələr insanın illik xərclərindən artıq olsa, xumsu vardır? cavab: vacib ehtiyata əsasən xumsu vardır. sual: Əgər kişi ev xərcləri üçün bir miqdar pulu arvadına versə və arvad bu pulu yığıb saxlasa, bunun xumsunu verməlidirmi? cavab: İllik xərclərindən artıq olarsa, gərək xumsunu ödəsin. sual: atam xumsunu verdiyi əkin sahəsindən bir hissəsini mənə bağışlamışdır. mən də orada əkinçilik edirəm. həmin əkin sahəsinə xums düşürmü? cavab: vacib ehtiyata əsasən gərək onun xumsunu ödəyəsiniz. Ödəmək vaxtı bağışlayandan bir il keçəndən sonradır. məgər ki, sizin illik xərciniz miqdarında cox olmasın. sual: həzrəti İmam xomeyni (rəhmətullah) şəhidlər fondundan şəhid ailələrinə verilən pulu hədiyyə bilir və xumsa aid etmir. bu barədə sizin nəzəriniz necədir? cavab: mənim nəzərimə əsasən əgər illik xərclərdən artıq olsa vacib ehtiyata əsasən gərək onun xumsunu ödəsinlər. sual: Əgər bir şəxs xumsunu vermədiyi bir şeyi başqasına hədiyyə etsə, hədiyyə alan şəxsə onun xumsunu ödəmək vacibdirmi? cavab: Əgər hədiyyə edən onun xumsunu verməyibsə, hədiyyə alan şəxsə xumsu ödəmək vacibdir. sual: tələbələrin aldığı aylıq təqaüdə onların illik xərclərindən artıq olan surətdə xums düşürmü? xums zƏkat vƏ rƏdde-mƏzalİmcavab: təqaüdə xums düşmür. ehtiyacları yoxdursa, təqaüd almasınlar. sual: seyyidlərin aldığı xumsa onların illik xərclərindən artıq olan surətdə xums düşürmü? cavab: xums düşmür. sual: fəqirə zəkat adı ilə verilən pul onun illik xərclərindən artıq olarsa, xumsunu verməlidirmi? cavab: xumsu yoxdur. bank mƏnfƏƏtİsual: bankda olan pullara verilən əlavə mənfəət halaldırmı? onlara xums düşürmü? cavab: Şəri qaydalara riayət etməklə ələ gələn bank mənfəəti halaldır. Əgər insanın illik qazancından artıq olarsa, xumsu vardır. sual: Əgər insan xumsu verilməmiş yaxud xumsa aid olmayan bir miqdar pulu banka qoysa və o pula şəriətə uyğun mənfəət verilsə, bu mənfəətə xums düşürmü? yaxud qoyulan əsl pulun xumsu yoxdur? cavab: İnsanın illik xərclərindən artıq olarsa, xumsu vardır. sual: mən həzrəti imam xomeyninin (rəhmətullah) müqəllidiyəm və mənə bir miqdar pulu bağışlayıblar. onları banka qoymuşam və hər il onlara bir miqdar mənfəət əlavə olunursa, xumsunu verməliyəmmi? cavab: qeyd olunan mənfəətlərdən hər biri bir il qalmışdırsa, xumsu vardır. Əvvəlcədən qoyulan pula nisbətdə isə vacib-ehtiyata əsasən gərək onların xumsunu ödəyəsiniz. sual: bir şəxsin dükanın başlıq adı ilə öz illik xərclərindən ödədiyi pulun xumsu vardırmı? cavab: verilən suala əsasən sərmayə hökmündədir və gərək xumsunu ödəsinlər. mƏdƏnsual: nisab həddinə çatan bir mədənin xumsu ödənilmişdir. İllik xərclərindən artıq olarsa, ikinci dəfə yenə də ödənilməlidirmi? cavab: nisab həddinə çatan mədəndə bir dəfə xums vacib olur. halal malin haram mala qariŞmasisual: hansı surətdə harama qarışmış halal malın xumsu iki dəfə hesablanır? cavab: mal sahibi xums verməyən və bir tərəfdən də sahibini və miqdarını bilmədiyi haram malın harama qarışdığı surətdə. belə olan halda gərək əvvəlcə onun xumsunu harama qarışdığı, daha sonra qalan malın xumsunu isə qazanc mənfəəti cəhətdən ödəsin. xumsu ÖdƏmƏk vƏ dƏstgƏrdansual: Öz xums borcumuzu hansı qaydada ödəməliyik? cavab: xums iki qismə bölünür: bir hissəsi seyyidlərin payıdır. vacib-ehtiyata əsasən gərək camiuş-şərait müctəhidə və ya onun icazəsi ilə fəqir, yetim və səfərdə qalan seyyidə versinlər. xumsun ikinci hissəsi İmam zaman (ə.c.) hakkı olduğu üçün indiki zamanda gərək camiuşşərait müctəhidə, ya onun istifadəyə icazə verdiyi yerə çatdırsınlar. sual: Ərinin xums vermədiyini bilən bir qadın ərindən icazəsiz evində illik xərclərindən artıq olan şeylərin xumsunu ödəyə bilərmi? cavab: Əgər kişi xumsu ödəməkdən imtina etsə və narazılığa səbəb olmazsa, qadın şəriət hakiminin icazəsi ilə onun xumsunu ödəyə bilər. sual: bir şəxs əvvəlcədən xumsu ödəməyi qərara almışdır, lakin səhlənkarlıq üzündən xums verməyib. İndi fəqir olduğu üçün xumsu ödəməyə qüdrəti yoxdur. xahiş edirik ki, bu məsələyə nisbətdə vəzifəsini aydınlaşdırasınız. cavab: İstiğfar etməsi lazımdır. qərara alsın ki, hər zaman imkanı olsa xumsu ödəyəcək. xumsun İstİfadƏsİsual: seyyidlərə çatan hakkı yerli fəqir seyyidlərə vermək olarmı? cavab: vacib-ehtiyata əsasən, seyyidlərin xumsunu ödəmək gərək müctəhidin icazəsi ilə olsun. sual: İcazə verirsinizmi seyyidlərə və həzrəti İmam əleyhissalama çatan payları məscid, hüseyniyyə və ümumi mənfəəti olan yerlərə istifadə edək? cavab: caiz deyil. sual: ata-anamın vəziyyəti yaxşı deyil, İmam əleyhissalamın hakkından bir miqdar pulu onlara, kömək edə bilərəmmi? cavab: ata-ananın öz yaşayışlarını idarə etməyə qüdrəti olmayan surətdə, övladın imkanı varsa öz şəxsi malından onların təminat xərclərini ödəməsi və çatışmamazlığı aradan qaldırmağı lazımdır. İmam əleyhissalamın payından onlara verə bilməz. xumsu ÖdƏmƏk gƏrƏk İcazƏylƏ olsun.sual: bir şəxs bir fəqir seyyiddən müəyyən məbləğ tələbkardır. Öz tələbini xumsdan hesablaya bilərmi? cavab: mənim nəzərimə əsasən seyyidlərin hakkı vacib ehtiyata əsasən gərək camiuş-şərait müctəhidin icazəsiylə ödənilsin. buna əsasən verilən suala əsasən icazəylə hesablaya bilər. sual: İcazə verirsinizmi, sizin müqəllidləriniz öz şərii vergilərini bizim məntəqədə olan ya qum elmlər hövzəsi ilə əlaqədar və şərii vergiləri elmlər hövzəsinə çatdıracaqlarını iddia edən ruhanilərə versinlər? cavab: Şərii vergilərinizi qorumaq və elmi hövzələri idarə etməkdən ötrü mənim üçün göndərin, yaxud tərəfimdən yazılı icazə kağızı olan və şəri vergi verən şəxslərə mənim qəbz kağızımı çatdıran şəxslərə ödəyin; İnşaallah, müvəffəq olasınız. sual: Öz seyyid uşaqlarının himayəsi öhdəsində olan seyyid olmayan bir xanım seyyidlərin hakkında özü və övladlarının xərcləri üçün istifadə edə bilərmi? cavab: mənim nəzərimə əsasən seyyidlərin hakkından istifadə etmək vacib ehtiyata əsasən gərək camiuş-şərait müctəhidin izni ilə olsun. buna əsasən verilən sualda uşaqlar seyyid və fəqir olduqlarından müctəhid və mərceyi-təqlidin icazəsi ilə uşaqların şərii qəyyumuna versinlər və ana zəhmət hakkı adıyla seyyidləri payından şərikli halda istifadə etsin. sual: Özü seyyid və əri seyyid olmayan bir xanım fəqir və ailəlidir. xums ala bilərmi? cavab: bəli, xumsu qəbul edib əri və uşaqlarına xərcləyə bilər. ehtiyat vacib odur ki, xums verən gərək müctəhid və mərceyi-təqliddən icazə alsın. sual: fəqir seyyidə - bu pul sənin seyyid payındır – demək yaxud ona məlumat vermək lazımdırmı? cavab: məlumat vermək lazım deyil. sual: xums almaq istəyən seyyid özünü fəqir bilməyi lazımdır ki, xumsu qəbul edə bilsin? cavab: bəli, gərək fəqir olsun və özünü fəqir bilsin. Əks halda onu almaq caiz deyil. sual: fəqir və əlil olan bir seyyidi saxlamaq üçün çoxlu xərc lazımdır. onun qardaş və bacıları onun üçün yemək, geyim və sair çəkdikləri öz xums borclarından hesablaya bilərlərmi? cavab: seyyidlərə çatan paydan ona sərf edə bilərlər. Çünki, qardaş və bacılar bir-birinin xərclərini verən (vacibun-nəfəqə) sayılmırlar. həmin qaydayla sair möminlər seyyid hakkını ona verə bilərlər. amma mənim nəzərimə əsasən seyyid hakkı vacib ehtiyata əsasən gərək mərceyi-təqlidin izniylə istifadə olunsun. bunun üçün belə yerlərdə dəftərxana ilə əlaqə yaradın və icazə verilən miqdarda istifadə etsinlər. sual: mən bir miqdar şəri vergi borcluyam. bir tərəfdən atamın yaşayış vəziyyəti münasib deyil. Öz borcumdan bir miqdarını ona vermək və xumsdan hesablamağa icazə verirsinizmi? cavab: Ümumiyyətlə ata-ana, baba-nənə və hər nə qədər yuxarı getsə onların xərcləri övlada vacibdir. Əgər onlar fəqir olsalar, öz şənlərinə münasib iş yerinə yetirə bilməsələr və övladın onların xərclərini adi qaydada ödəmək qüdrəti olsa vacibdir əsl malından ödəsin. Öz xums, zəkat və kəffarəsini onlara verə bilməz. hesaba alınmır. amma ziyarətə getmək və digərinə şənlərinə uyğun hədiyyə vermək kimi vacib olmayan xərcləri zəkatdan onlara vermək olar. mÜxtƏlİf mƏsƏlƏlƏrsual: məhərrəmlik əzadarlığı üçün bir miqdar qənd, düyü və müəyyən məbləğ pul yığılmış və artıq qaldığından gələn ildə istifadə olunur. onlara xums vacibdirmi? cavab: onlara xums düşmür. sual: Çox yerlərdə o cümlədən xums məsələlərində (şəninə uyğun həddə) buyurmusunuz, xahiş edirik, şənin mənasını və onun əsas dəlillərini bəyan edəsiniz. cavab: bu yerlərdə "şən" mövqe, hacət və ehtiyac mənasındadır. Şəninə uyğun hədd, yəni mövqe və hacət əndazəsi deməkdir. bu məna şəxslərə və onların yaşadığı cəmiyyətlə nisbətdə fərqlidir. onu təyin etmək camaatın nəzəri əsasındadır. məsələn: Əgər bir şəxs digər bir şəxsə bir şeyi hədiyyə etsə və həmin əşya el arasında yersiz və israf hesab edilsə, habelə verəni onun şəni mhəddində deyildir deyib məzəmmət etsələr. sual: bir şəxs keçən illərdə, həmin ilin qazancından həcc ya ümrə ziyarətinə getmək üçün ad yazdırıb növbəyə yazılmışdır. Özü getmək istəsə, yaxud həcc növbə kağızını başqasına versə, onun xumsu necə hesablanır? cavab: Özü getmək istədiyi surətdə gərək hesaba köçürtdüyü pulların xumsunu versin. Əgər çox məbləğlə digərinə versə artıq olan miqdar illik qazancından hesablanır ki, əgər təminata xərclənməsə və bir il keçsə gərək onun xumsunu versin. amma həcc ona vacib olsa, həccə getməyin yolu ad yazmaq və hesaba pul köçürtməklə olarsa, xumsu yoxdur. sual: bir şəxs məkkə, mədinə yaxud başqa yerlərdə öz illik qazancından yaxınları, qohumları və dostları üçün sovqat alıb onlara təhvil verməmiş onun xums ili çatmışdır. onların xumsunu verməlidirmi? cavab: onun şəninə uyğun həddə olsa, xums vacib deyil. sual: bir şəxs keçən illərdə həcc üçün növbəyə yazılmış və hesaba köçürdüyü pulların xumsunu verməmişdir. məkkədə ya mədinədə həmin ilin gəlirindən o pulların xumsunu vermək istəyirsə, xums kifayət edər ya onun dörddə biri miqdarında verməlidir? cavab: sualda fərz olunan pul bankda hesaba köçürülmüş və məsrəf olunmuş sayılır. buna görədə onun xumsu borc sayıldığına görə kifayət edir. sual: bir şəxs özü üçün bir qəbir almışdır. onun xumsunu verməlidirmi? Əgər aldığı ildə vəfat etsə onun malının qalanında qəbri alan pulun xumsu verilməlidirmi? cavab: Əgər qəbri alıb və onun maliki olmuşdursa, gərək onun xumsu hazırki qiymətlə versin. Əgər aldığı ildə vəfat etsə, gərək onun xumsunu hazırki qiymətlə onun malından versinlər. amma əgər qəbri almayıb və maliki deyilsə bəlkə öz qazancından bir məbləği dəfn edilmək üçüç haqlı olmaq cəhətindən vermişdirsə, (adətən bu cür olur) bu surətdə xumsu yoxdur. sual : Əgər səfeh və dəli olan şəxs xumsu verilməli olan pulun maliki olsalar vəzifə nədir? cavab: Əgər səfeh ya dəli olan şəxshəddi-buluğ zamanı səfeh ya dəli idilərsə, gərək onların vəlisi onların mallarının xumsunu ödəsin. Əgər həddi-buluğdan sonra səfeh ya dəli olublarsa, gərək şəriət hakiminin icazəsiylə onların mallarının xumsunu ödəsinlər. lakin əgər hərdənbir dəliliyi tutan bir şəxs sağalan zaman mükəlləfdir və gərək öz vəzifəsinə əməl edib malının xumsunu versin. sual: Əgər uşağın vəsisi hədiyyənin xumsunu vacib bilməyən bir müctəhidin müqəllidi olsa, uşağa verilən hədiyyələrin xumsunu vermək vəliyə vacibdirmi? cavab: vacib deyil. bəlkə uşaq həddi-buluğa çatan zaman öz təqlid etdiyi müctəhidin nəzərinə uyğun əməl etsin. sual: bir şəxs qəza namaz və orucu yerinə yetirmək üçün əcir olubdur. namaz və oruclardan bir miqdarını yerinə yetirməyib və xums ili gəlib çatmışdır. qalan pulun xumsunu verməlidirmi? cavab: yerinə yetirdiyi miqdarın hakkı mövcuddursa, xums düşür. yerinə yetirmədiyi miqdarın pulunun xumsu yoxdur. sual: bir şəxs vəsiyyət edib ki, mövcud olanı və mallarını qohumlarından birinə versinlər. malı alandan sonra gərək onun xumsunu versin yaxud alınan mal irs hökmündədir? cavab: vəsiyyətə uyğun insana çatan şeylərin irs hökmü yoxdur. ehtiyat vacib odur ki, əgər təminatdan artıq gəlsə onun xumsunu versin. sual: bir şəxs libasını nisyə alıb və pulunu xumsa aid olan puldan ödəmişdir. onun alveri səhihdirmi? onunla namaz qılmaq necədir? cavab: Əgər nisyə alıbsa, alver və namaz səhihdir. hətta əgər xumsa aid olan puldan ödəmək qəsdi olsa da. lakin əgər heç halal malı yoxdursa, müşküldür. hÖkumƏt mƏsƏlƏlƏrİsual: müəyyən yerlərdən suyun keçməməsi ya onun satışının qadağan olunması kimi yeraltı sularla bağlı şəxslərin götürdükləri öhdəçiliyə əməl etmək şəri cəhətdən necədir? cavab: bu qəbildən olan öhdəçiliklərə riayət etmək lazımdır. sual: a) dövlət aparatı xüsusi şirkətlərlə şəri və qanuni müqavilələr bağlayır. bilərəkdən müqavilədən kənarda müqavilədə qeyd olunan zəhmət hakkını ödəməkdə boyun qaçırma, zərər və gecikdirmə halları baş verirsə bunun hökmü necədir (hətta əgər bu iş o şirkətin hakkını zəbt etmək niyyəti ilə beytul-malın xeyrinə iş görülsə necə)? Əgər belə bir işlə şirkət sahiblərinin və işçilərin özlərinə və mallarına ziyan dəyirsə, dünya və axirət hökmü necədir? Ümumiyyətlə tərəflərdən hər biri şərii və qanuni müqavilədə yazılanlardan kənarda üçün bir iş görmələri caizdirmi? b) müqavilə tərəfləri digər yerdə müqavilə bağladıqları bir kəsdən onun razılığı olmadan və tələbkar olmaq iddiasını isbat etmədən öz tələblərini götürə bilərlərmi? cavab: a) Ümumiyyətlə iki nəfər arasında həqiqi və huquqi müqavilə bağlanan zaman gərək ona uyğun zəhmət hakkı ödənilsin. kənardakı səbəblər bu mənaya zərər yetirən deyil və hakksız olaraq başqalarının hakkını beytul-malın xeyrinə zəbt etmək caiz deyil. başqalarının hörmət və izzətinə ziyan vurmaq da heç bir vəchlə caiz deyil. həmçinin müqavilədən kənar digər tərəfin ona nisbətdə hər bir iş görməsi caiz deyil. müqavilə ya qərarlarda olan hər bir şeyə gərək riayət olunsun. b) Şəriət hakiminin icazəsi ilə intiqam (əvəzçıxma) alma yerlərində caizdir. amma hakkı isbat etmədən və təkcə iddia etməklə caiz deyil. sual: dövlətin xəstəxanaları və dövlətə aid olan digər mərkəzlərdən idarənin ya bölmənin rəisinin icazəsiylə şəxsi istifadə etməyin hökmü necədir? cavab: Əgər məsul şəxsin özündən yuxarıda olan vəzifəli şəxsdən icazəsi varsa, icazə verdiyi miqdar qərarlara müvafiqdirsə, bir maneəsi yoxdur. sual: İdarə və müəssisələrin başçısı tərəfindən bütün ili tabeçiliklərində olduqları idarə və müəssisələrin ixtiyarında bir məbləğ pul qərar verilir. amma bəzi yerlərdə az pul xərclənir. Ümumi başçı artıq qalan pulun qaytarılmasını elan edir. müəssisənin rəisi artıq qalan pulun qaytarmaqdan çəkinib o pulu işçilərin rifahını yaxşılaşdırmaq və onların müşküllərini həll etməyə sərf edə bilərmi? Əlbətdə əlavə edirəm ki, ümumi başçıyla hesabı bərabərləşdirmək üçün saxta qaiməni mərkəzi idarəyə təqdim etməkdə çarəsizik. cavab: Ümumiyyətlə İran İslam respublikasının qərarlarından saxta istifadə etmək caiz deyil. xüsusi iş üçün verilən məbləğ artıq qalarsa, başqa yerdə yuxarıdakı vəzifəli məsul işçilərin göstərişinə uyğun xərcləsin. həqiqətin xilafına olan sənədin hazırlanması saxta və yalan olduğundan əlavə zaminliyə səbəb olur. yuxarı şəxslərin bilməməsi xilaf işə aludə olmağa icazə vermir. sual: müəssisələrdən bəzilərində xidmət hakkı olaraq camaatdan pul alınır və ondan bir miqdarı işçilər arasında bölünür. Əhalidən müəssisənin gəlirlərini çoxaltmaq xatirinə çoxpul almaq xatirinə çox pul almaq və nəticədə işçilərin payının çox olması caizdirmi? cavab: gərək çox almasınlar. Əgər artıq pulu razılıq olmadan aldıqlarını bilsəniz sizə verilən malın özü mövcud olsa, o maldan istifadə edə bilməzsiniz. amma əgər müvafiqət və razılıqla olsa işkalı yoxdur. sual: bəzən ölkənin liman və gömrüklərində boşaldılmış mallar müxtəlif şəxslərə, o cümlədən idarələr, şirkətlər və dövlət işçilərinə satılır. xahiş edirik bu cür malların alınması, satılması və istifadə olunmasının hökmü necədir? cavab: İslam respublikasının qərarlarına uyğun, icazəylə və əlaqəli məsul şəxslərin nəzərinə əsasən satılırsa, nöqsanı yoxdur və alınıb istifadə edilməsinin bir maneəsi yoxdur. daha yaxşı olar ki, belə əşyaları almaq tərk olunsun. sual: İnzibati idarə oğurlanmış malları satırsa, hansı surətdə onları almaq olar? cavab: məsul işçilərin vəzifəsidir ki, islam respublikasının qanun və qərarlarına riayət etsinlər. buna əsasən almağın nöqsanı yoxdur və aldığı mala malik sayılır. vİlayƏte-fƏqİh (şəriət aliminin hakimiyyəti)sual: vəliyyi-fəqihin hökmünə tabe olmaq hamı üçün, o cümlədən onun müqəllidləri olmayan şəxslərə də vacibdirmi? cavab: hamısına lazımdır. sual: siyasi və dövlət məsələlərində də camiuş-şərait müctəhiddən gərək təqlid edilsin? məsələn: İran İslam respublikasında vəliyyi fəqihin təsdiq etdiyi İslami Şura məclisinin qanun və qərarlarına əməl etmək şəri cəhətdən vacibdirmi? cavab: Şəri cəhətdən vacibdir və onlara xilaf əməl etmək şəriətin xilafınadır. sual: İran İslam respublikasında müsəlmanların vəliyyi-fəqihi tərəfindən verilən hökm başqa ölkələrin müsəlmanlarına da bu hökmü icra etmək lazımdırmı? cavab: vəliyyi-fəqihin hökmü əgər xüsusi bir yer üçün olsa, həmin yerin əhalisinə bu hökmün icrası lazımdır və əgər ümumi olsa, bu hökmü icra etmək hamıya lazımdır. sual: bir qrup, o cümlədən müctəhidlərdən bəzilərinin vəliyyi-fəqihlə müxalifət etməsi necədir? cavab: vəliyyi-fəqihə itaət etmək lazımdır. heç bir vəzifədə olan rəhbərin səlahiyyəti yoxdur ki, onunla müxalif olsunlar. sual: vilayət-fəqihi inkar edən şəxsin ibadətində nöqsan vardır? cavab: xeyir. baxmayaraq onun inkar etməsi yersizdir, nöqsanı yoxdur. Çünki, vilayəte-fəqih qəti bir əmrdir. sual: cümə və camaat namazına imamlıq edən bəzi xətiblər islam dövlətini və vəliyyi-fəqihi ixtiraçı hökumət kimi qələmə verirlər. bu kimi şəxslərə iqtida etmək və onların təbliğatına qulaq asmaq caizdirmi? cavab: belə şəxslərin məclislərində iştirak etmək və onların təbliğatına qulaq asmaq düzgün deyildir. İslam respublİkasinin qanunlarina ƏmƏl etmƏyİn zƏrurİlİyİsual: dövlət qaçaqçılardan və baha satanlardan malları tutub, onları ucuz qiymətə satır, pulunu da sahiblərinə qaytarır. bunun hökmü necədir? cavab: İslam hökumətinin qanunları şəriətlə icazə verilmiş qanunlardır və bu qanunlara tabe olmaq lazımdır. sual: xiyabanlarda və səkilərdə köşklər düzəltmək və orada al-ver etməyin işkalı vardırmı? cavab: Əgər orada keçənlərə maneə yaratmasa və İslam respublikasının qanunlarıyla zidd olmasa maneəsi yoxdur. beytul-maldan İstİfadƏsual: beytul-maldan olan əşyaların və telefonun şəxsi istifadəsi, müqabilində bir şey verilən surətdə hökmü necədir? cavab: İdarənin qanun və qərarlarına tabe olub, oranın məsullarının nəzəri əsasında olar. sual: heç bir qeyd və şərt gətirmədən beytul-maldan istifadə etmək düzgündürmü? cavab: beytul-malın məsul şəxslərinin icazəsi olmadan beytul-maldan istifadə etmək düzgün deyildir. istifadəyə icazə verilən surətdə gərək icazə verilən miqdarla kifayətlənsinlər. sual: telefon, su, qaz və bu kimi dövlət imkanlarından istifadə edib, onun əvəzini (məchulu-malik) sahibi məlum olmayan adla fəqirə vermək düzgündürmü? cavab: caiz deyil. Əgər hər bir şəxs qanunun əksinə olaraq əməl etsə zamindir, sədəqə verməklə öhdəsindən götürülmür. məgər ki, o pulu aidiyyəti olan şirkətə ödəmək imkanı olmaya. dÖvlƏtdƏn alinan torpaq vƏ evlƏrsual: yaşayış evi olan bir şəxs həmin ev üçün bir miqdar borcu vardır. mənzil idarəsindən mənzil istəmiş və ona bir mənzil verilmişdir. o da əvvəlki, yaşadığı evini icarəyə verib yeni mənzilə köçmüşdür. bunun bir maneəsi vardır? yaxın adamların oraya gediş-gəlişi necədir? cavab: qanun və qərarlara uyğun olan surətdə onun ixtiyarına verilmiş olsa, onun orada yaşamasının və oraya gediş-gəliş etməyin hec bir maneəsi yoxdur. sual: bir şəxs islam respublikasında sahibi məlum olmayan bir ev almışdır. amma niyyəti budur ki, nə vaxt evin sahibi tapılsa evi qaytarıb pulunu alsın. bu evdə yaşamaq və namaz qılmağın hökmü nədir? hazır ki, qiymətlə bələdiyyə idarəsinin öhdəsinə qoyub ondan almaq olarmı? cavab: mülahizə etmək lazımdır ki, dövlət qeyd olunan evi hansı adla satmışdır. Əgər sahibi məlum olmayan adla satıbsa, qanuna görə sonrakı hökmləri nəzərə alıbsa, alıcıya sonradan evin sahibi aydınlaşsa da bir şey vermək lazım deyil. ona görə ki, onun zaminlik öhtəsindən gəlmək dövlətə lazımdır. Əgər müsadirə olubsa və müsadirə şəraitə uyğundursa, belə olan surətdə də ev alıcının mülkü olur və hər bir istifadə orada düzgündür. sual: xam və düzəldilmiş torpaqlar bələdiyyələr tərəfindən mənzil tikmək üçün camaata verilir. Şəri cəhətdən istifadə hökmü necədir? cavab: Çünki şəri qanunlar əsasında olduğu üçün maneəsi yoxdur. sual: qeyri-islam ölkələrində dövlət tərəfindən camaata torpaq verilir. alıcıya axtarış etmək lazımdırmı? cavab: Əgər bilsələr torpaq camaatındır, ondan istifadə etmək düzgün deyil. sahiblərini tapsalar və onlardan icazə alsalar istifadə edə bilərlər. dÖvlƏt tƏrƏfİndƏn salinan xİyabanlarsual: sahibi məlum olub-olmayan və ya vəqfdən olan yerlərdən dövlət yol salırsa, oradan get-gəl etməyin işqalı vardırmı? cavab: get-gəl etməyin maneəsi yoxdur. Əmr be mƏruf vƏ nƏhy Əz munkƏr(yaxşılığa dəvət və pisliklərdən çəkindirmək)Əmr be məruf və nəh əz münkər etməyin vacibi şərtləıri sual: xahiş edirik əmr be məruf və nəhy əz munkərin şərtlərini bəyan edəsiniz. cavab: Əmr və nəhyin beş şərti vardır. birinci: Əmr və nəhy edən şəxs yaxşı və pis işlərin vacibliyinə və pisliklərin haram olmasına yəqinliyi olsun və özü xətadan amanda olsun. İkinci: ehtimal versin ki, onun yaxşılığa dəvəti və pis işlərdən çəkindirməsi təsir qoyandır. bəs əgər ağılabatan bir ehtimal versə ki, onun dəvəti təsir edici olmayacaq onun vacibliyi götürülür. Üçüncü: vacib işləri tərk edən və ya haram iş yerinə yetirən bir şəxs bu işində təkidlə durmuş olsa. bəs əgər bilsə ki, bu işi tərk edib daha onu yerinə yetirməyəcək, əmr və nəhy götürülür. dördüncü: İş görənin hakkında əmr və nəhyin vacibliyi sabit olsun, vacibi tərk etməkdə və haramı yerinə yetirməkdə üzrü olmasın. bəs əgər haram bir işin mübah olmasına və vacib bir işin tərk edilməsinin düzgünlüyünə etiqadı olsa, bu surətdə əmr be məruf və nəhy əz munkər götürülür. həmçinin hər bir halda vacibi tərk edə və haram işə üzrü olmuş olsa, qafili tənbeh və cahilə yol göstərmək yolu ilə olsa, tənbeh edib yol göstərmək lazımdır. beşinci: Əmr və nəhy etməklə özünə və digər müsəlmanlar üçün fəsad və zərəri olmasın. Əgər zərər və fəsadın olmasına ağıllı bir ehtimal versə, əmr və nəhy etmək lazım deyil. sual: İslam respublikasının qanunlarına zidd olan, islamın ümumi və xüsusi məsələlərinə, o cümlədən hicaba riayət etməyən bəzi şəxslər vardır. onların qazancları şəriət nöqteyi-nəzərdən şübhəli, ya haram və yaxud haram malın halal mala qarışmasıdır. onlarla yoldaşlıq etmək həmçinin danışıb əl verib görüşmək, qohumluq etmək, birlikdə xörək yemək, mənzillərində namaz qılmaq, hədiyyə verib-almaq, bu kimi sair əlaqələr hakkında sizin mübarək rəyiniz necədir? cavab: sizin yoldaşlığınız xüsusiylə onların hidayət olmasına səbəb olarsa danışmaq və get-gəl etməyin nöqsanı yoxdur. amma onların malından istifadə etmək bir halda düzgündür ki, istifadə etdiyiniz malın haram olmasına elminiz olmasın. sual: Şagirdləri tənbeh etmək düzgündür ya yox? cavab: qəyyumun icasəsi ilə pisliklərdən və fəsaddan çəkindirmək vaxtı diyə vacib olmayan qaydada zəruri miqdarda tənbeh etmək düzgündür. sual: biz cins və yaşayış ləvazimatlarını almaq üçün çarəsizlikdə səfərə çıxırıq. həmişə musiqiyəqulaq asan sürücülərlə üzləşirik. onları bu işdən çəkindirmək bizə vacibdirmi? cavab: Əgər fəsada səbəb olmazsa, imkan olan surətdə, onları bu işdən çəkindirin. İmkan daxilində günüha səbəb olan işlərlə məşqul olmayan başqa nəqliyyat vasitələri ilə səfərə çıxın. |