Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: bir qadın naməhrəm şəxslərlə davranmaq və münasib olmayan geyimlərdən istifadə məsələsinə etinasızlıq edir. bu barədə ərinin dediklərinə də qulaq asmırsa, ərin vəzifəsi nədir?

cavab: lazımdır ki, nəsihət və başa salmaqla və ya mümkün olan digər vasitələrdən istifadə edib şəriət qanunlarını ona çatdırıb, günah işlərdən çəkindirsinlər.

sual: bir atanın bir neçə övladı vardır ki, onlardan bəziləri həddi-buluğa çatmışlar. dini vəzifələrini yerinə yetirməkdən üz döndərdiklərindən bu məsələ ataları üçün narahatçılıq yaradır. ata onların ibadət işlərində müqəssirdirmi?

cavab: atanın vəzifəsi odur ki, təsir qoymaq ehtimalın versə övladlarını vacib olanları yerinə yetirmək və günahlardan çəkinməyə hər yolla istəsə, istər nəsihət, istərsə də qorxudub hədələmək və ya başqa yolla da olsa məcbur etsin. həmçinin ata öz şəri vəzifəsinə əməl etsə və atanin sözləri onlara   təsir etməsə ata günahkar deyil.

sual: Əgər bir qadın ailədə ərinə tabe olmasa, ərinə qiymət qoymasa, yaşayış sirlərini hər yerdə açıb desə və ardıcıl olaraq yalan danışsa, kişinin vəzifəsi şəriət nöqteyi-nəzərdən necədir?

cavab: gərək o qadını əmr be məruf və nəhy əz munkər etsin.

sual: mənim əxlaqi yaxşı olmayan və məğrur bir atam vardır. Öz ailəsinə zülm etməyi xoşlayır. mən həddi-buluğa yetişən vaxtdan onunla mübarizədəyəm. Əgər onun cavabını başqalarının yanında dərhal versəm xoşagəlməz və ləyaqətsiz iş görmüş olaram və yaxud əgər təklikdə onunla danışsam sözlərimi qəbul etməyib məni danlayır. xülasə, bilmirəm nə edim? vəzifəm nədir?

cavab: valideynin ehtiramını qorumaq, söhbətdə ədəbə riayət etmək, lazım olan yerlərdə əmr be məruf və nəhy əz munkər etmək lazımdır. Əgər təsir qoymağından məyus olsanız heç bir vəzifəniz yoxdur.

sual: bəzi şəxslər biganə (özgə) radiolara qulaq asmaqla qəbul edib, digər şəxslərə danışırlar. onların cavablarını vermək üçün bu radiolara qulaq asmaq lazımdır, ya yox? (Çünki bəzilərindən haram olduğunu eşitmişəm, indi sizin mübarək nəzərinizi bilmək istəyirəm.)

cavab: Əgər yoldan azdırma və fəsada səbəbdirsə, gərək qulaq asmayasınız.

Əmr be mƏruf vƏ nƏhy Əz munkƏr adi İlƏ qohumluq ƏlaqƏlƏrİnİ kƏsmƏk

sual: müsəlman qonşularla münasibət yaratmaq hakkında qurani-kərim, müqəddəs şəriət və məsum imamlar tərəfindən çoxlu sifarişlər olunub. bəzilərinin xoşagəlməz, etinasız və səhlənkar olduğunu görüb, onları nə qədər nəsihət ediriksə heç bir təsir etmir. bu halda hökm necədir? belə olan halda gərək bütün əlaqələr kəsilsin, yaxud ildə bir dəfə onlarla münasibət yaratmaq lazımdır?

cavab: münasibət yaratmaq təkcə get-gəl etməklə deyil. Əgər bu yolla münasibətləri saxlamaq fəsada səbəb olursa, başqa bir yolla o cümlədən məktublaşma və yaxşılıq etməklə münasibətləri saxlayın. eyni halda mümkün olan qədər moizə və nəsihət etməkdən çəkinməyin. Çünki, onların hakkında ən böyük münasibət və yaxşılıq onları günah işlərdən çəkindirməkdir.

 sual: yaxınlarımızdan bəziləri namaz, oruc və sair vacib olan hökmlərə diqqətsizlik edirlər. moizə və nəsihət etmək onlara təsir etmirsə, onlarla münasibət saxlamağın hökmü necədir?

 cavab: Əgər münasibətləri pozmaq onları bu günah işlərdən çəkindirməyə səbəb olarsa, pozun. Əgər münasibət saxlamaq və nəsihət etməklə günahdan çəkinmək ehtimalı versəniz, onlarla münasibət yaradıb mütəal-allahın itaətinə vadar edin.

sual: İnsan şəriət nöqteyi-nəzərdən təqvasız, namaz qılmayan və ziddi-inqilab qohumları ilə (o cümlədən ata, ana, bacı və s.) əlaqələri kəssin?

cavab: münasibət və əlaqələri kəsmək düzgün deyil. lakin gərək onların səviyyələrinə riayət etməklə əmr be məruf və nəhy əz munkər etsin.

sual: namazın vacibliyinə etiqadı olan lakin namaz qılmayan bir şəxsə kömək etmək necədir?

cavab: maddi köməkliyi kəsməklə namaz qılmaq və xəbərdarlığa səbəb olarsa, maddi köməklik göstərməyin. lakin maddi köməkliyi kəsmək onun tələf olmasına səbəb olarsa, bu halda onun canını qorumaq lazımdır.

sual: Əgər idarə işlərində şəriətin xilafına işlər görülsə və xəbərdarlıq təsir edici olmasa və ya xəbərdarlıq etmək mümkün olmasa, bizim vəzifəmiz nədir?

cavab: İdarədə xilaf iş görülsə, gərək yuxarı vəzifəlilərə məlumat verilsin. sair xilaf işlərdə əmr be məruf və nəhy əz munkər nəzərə çatdırılsın. Şəriətin xilafına görülən işlərə tabe olmaq düzgün deyil.

Əmr be mƏruf vƏ nƏhy Əz munkƏr

sual: Əmr be məruf və nəhy əz munkərin vacib olduğu yerlərdə insanın vəzifəsi musiqi məclislərində və açıq-saçıq geyinənlərin müqabilində nədir?

cavab: Əgər öz nəsihətinizdə təsirqoyma ehtimalı versəniz gərək onları bu işdən çəkindirəsiniz. mehribanlıq və məlahətlə davranın ki, belə nəticə əldə edə biləsiniz.

sual: Əgər bir şəxs musiqi ya ğina olan kasetləri oxutduran bir avtomobilə minsə və nəhy əz munkərin bir faydası olmadığını bilsə vəzifə necədir?

cavab: nəhy əz münkər şərait olan surətdə lazımdır, nəinki onlar olmadıqda.

sual: İndiki şəraitdə bəzi toy mərasimlərində haram musiqilərdən istifadə edirlər. həmin mərasimdə iştirak etməmək qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur, başqa tərəfdən nəhy əz munkər etmək fayda vermir. belə olan halda həmin məclislərdə iştirak etməyin hökmü necədir?

cavab: İştirak etmək düzgün deyil, hətta qohumluq əlaqələri kəsilsə də.

sual: İş başında batil kasetlər və şəriətə uyğun olmayan filmlərdən istifadə edən şəxslərlə əlaqə saxlamaq necədir? Əgər əmr be məruf və nəhy əz münkər edən şəxs üçün məsxərəyə səbəb olsa, necədir?

cavab: Əgər əlaqə yaratmaq təşviqə və ya harama etinasızlığa səbəb olarsa, caiz deyil.

sual: bir şəxsin namaz qılmayan və müqəddəslərə hörmətsizlik edən bir qohumu vardır. ata və anasına xatir ona bir söz demir, amma ondan çox narazı və narahatdır. nəhy əz munkərdə həmin miqdar kifayətdirmi?

cavab: Əgər ona nəsihət etmək olarsa, əmr be məruf və nəhy əz munkər edin. ata və ananın narahat olması vəzifəni insanın öhtəsindən götürmür. Əgər belə adamlarla gediş-gəliş onların təsdiqlənməsi sayılırsa tərk edin.

al-verİn hÖkÜmlƏrİ

baŞqasinin malini satmaq

sual: mən öz avtomobilimi işlətmək məqsədi ilə başqasına vermişdim. amma o mənə xəyanət edib, adıma olan sənədlərlə onu qaçırtmışdır. hazırda avtomobilimi başqasının yanında tapmışam. o bunu oğrudan aldığını deyir. avtomobilimi ondan ala bilərəmmi?

cavab: Əgər alıcı üçün avtomobilin oğurluq olduğu sabit olsa, onun həqiqi sahibi sizsiniz. gərək avtomobili sizin ixtiyarınızda qoyub, öz pulunu satan şəxsdən geri alsın.

sual: bir neçə nəfər bir torpaq sahəsində şərik idilər. onlardan biri torpağın hamısını bir nəfərə satmışdır. mən də bu torpağı ondan alıb, başqa bir şəxsə satmışam. Əvvəlki şəriklərin narazı olduğuna yəqinliyim vardır. xahiş edirəm məsələnin hökmünü bəyan edəsiniz.

cavab: başqasının mal və mülkünü sahibinin icazəsi və razılığı olmadan alıb-satmaq düzgün deyil. Şəriklərin səhminə nisbətdə satan halda başqasının işinə qarışmaq deməkdir və sahibi və yaxud əsl sahibləri qəbul etməsə batildir.

sual: Əgər bir şəxs bir şeyi alsa və onun qiymətini haram pulla ödəmək istəsə hökmü necədir?

cavab: haramdır. ticarətin səhih olması müşgüldür.

sual: Əgər bir şəxs bir malı nisyə alsa və sonra onun qiymətini haram pulla ödəsə, onun alveri səhihdir?

cavab: onun alver səhihdir, amma gərək halal pul versin. aldığı haram pulu sahibinə qaytarsın.  hətta əgər satıcı başa düşsə gərək haram pulu sahibinə qaytarıb öz malının qiymətini müştəridən alsın.

sual: Ər öz arvadının atasının (qaynatasının) mülkünü onun icazəsi olmadan sata ya icarəyə verə bilərmi?

cavab: xeyir, ər arvadın icazəsi olmadan onun mülkünü satıb və ya icarəyə verə bilməz.

sual: qardaşlarımız atamdan torpaqları bizə çatan irsi ayırmadan, bizim icazəmiz və razılığımızı ələ gətirmədən satmışlar. bizə heç bir pay vermədilər. alıcı da məsələdən xəbərdardır. xahiş edirik bu məsələnin hökmünü bəyan edin.

cavab: müqəddəs şəriətin göstərişlərinə əsasən siz də atanızın malından irs aparırsınız. buna əsasən sizə məlumat verilmədən qardaşlar vasitəsiylə satmaq başqasının işinə qarışmaqdır. Əgər siz razı olmasanız irsdən ayrılan paya nisbətdə alver batildir. siz alıcıyla şərik olursunuz. amma əgər razılıq versəniz irsdən ayrılan paya nisbətdə onun pulu sizin hakkınızdır. alıcı və ya satanlardan tələb edə bilərsiniz.

sual: atanın vəfatından sonra, ana övladlar üzərində hakimdirmi? uşaqların malını sata bilərmi? Əgər hakim deyilsə, satmaq başqasının işinə qarışmaqdırmı? uşaqlar böyüyəndən sonra bu cür alverə razı olmasalar alıcı satışa verilən mülkü uşaqlara qaytarmalıdırmı?

 cavab: Əgər ata öz vəsiyyətinə əsasən ananı uşaqların qəyyumu təyin edibsə, ana qəyyumluq həddində uşaqların həddində uşaqların malından istifadə edə bilər. başqa surətdə onların malını satmaq özbaşınalıqdır. İcazəsiz alver hökmündədir.

sual: bir şəxs arvadının razılığı olmadan onun torpaq sahəsini satmışdır və arvad ona bir şey deməmişdir. torpağı alan şəxs illərlə ondan istifadə edib, orada ağac əkmişdir. indi arvadın vərəsələri alveri pozmaq iddiasını edirlər. onlar bu alveri poza bilərlərmi? poza bilən surətdə ağacların və əkinçiliyin hökmü necədir?  torpağın neçə illik icarə hakkını ala bilərlərmi?

 cavab: Əgər qadın həyatı boyu bu alverə razı olmayıbsa, vərəsələrin bu alveri pozmağa hakkı var. Əgər pozsalar əkinçilik və ağaclar onu əkən şəxsindir. Əlbətdə gərək bu müddətin icarə hakkını vərəsələrə versin və  bu müddətdə zərər olubsa onu satan şəxsdən alsın.  

sual: arvadının torpağından ona və uşaqlarına irs çatan bir şəxs övladlarının icazəsi olmadan onu satmışdırsa, övladların bu alveri pozmağa hakkı vardır?

cavab: Əgər ata    ümumi torpağı satsa, övladlarının səhmində icazəsiz iş görmüşdür və alver batildir.  alver təkcə ataya çatan payda səhihdir.  hərçənd alıcı bütün alveri poza bilər.

rİbadan yayinmaq

sual: Əgər bir şəxs digərinə yüz min tümən verib, ribadan yayınmaq üçün onu vəkil edir ki, onun tərəfindən mal alıb satsın. o da bu işi yerinə yetirib mal alandan sonra həmin malı altı aylığa özünə yüz iyirmi min tümənə satır. bu əməl ribanı aradan götürürmü?

cavab: Əgər alanda vəkaləti vardırsa və satanda vəkalət hətta özünə də olmuş olsa bir maneəsi yoxdur. riba həqiqiləşmir.

sual: zeyd adlı bir şəxs bir xalçanı 200000 tümənə həsəndən alır və onun pulunu ödəyir. Şərt edir ki, həmin xalçanı dörd ay müddətində həsənin özünə 220000 tümənə satsın. bu alver səhihdirmi? 20000 tümən mənfəət almaq səhih sayılırmı?

cavab:  belə alverin səhih olması işkallı məsələdir.

pul, qizil vƏ onlarin alib-satmaĞin hÖkmlƏrİ

sual: bir milyon manatı bir milyon iki yüz min manata satmağa icazə vardır?  

cavab: Əgər ağla sığan alver olsa, maneəsi yoxdur. (məsələn, xırda pulları iri pullara, yaxud köhnə pulu təzə pula çevirmək kimi.)

sual: altı aydan sonra bir milyon iki yüz min almaq qəsdiylə bir milyon pulu nisyə verməyə icazə verirsiniz?

cavab: maneəsi yoxdur.

sual: tovziul-məsail  risaləsinin 2137 məsələsində qeyd etmisiniz ki, əskinaz (kağız pul) pulları yuxarı qiymətə satmaq olar. məsələn, altı aydan sonra almaq niyyəti ilə 1000 manatı 1200 manata sata bilər. sualım budur ki, bu iş riba sayılırmı?  hal-hazırda bazarlarda da bu işi görürlər.

cavab: risalədə yazılan məsələdə qeyd olunanlar səhihdir. nisyə olan halda alıb-satmaq şəri qanunlara uyğundur. Əgər riba olsa yəni, borc verib altı aydan sonra 200 manat artıq almağı şərt etsə riba sayılır və haramdır. Ümumi halda iki şey camaatın nəzərində  bərabər olur. amma bizə məlum olmayan mənfəətlər şəri cəhətdən biri haram və digəri isə halaldır. bu halda qurani-kərimin bəqərə surəsinin 275-ci ayəsində nazil olub ki, "dedilər həqiqətən alver riba kimidir, lakin belə deyil, mütəal-allah ticarəti halal ribanı isə haram etmişdir." müsəlmanlar gərək allahın əmrinə tabe olsunlar.

sual: pulun alqı-satqısı hakkında sizin nəzəriniz nədir? xahiş edirəm cavabı yazılan dəlillərlə gətirəsiniz.

cavab: fiqhi qanunlar əsasında əskinazların alqı-satqısının maneəsiz olduğuna baxmayaraq az və çox, müddətin qısa və uzun olması arasında bir fərq yoxdur. Çünki, əskinaz pullar ölçü və çəkidən deyildir. Əvəzli riba təkcə ölçü və çəkidə olur. amma daha yaxşıdır ki, onu da yerinə yetirməkdən çəkinsinlər.

sual: qızılı dəyişdirmək və düzəltmək üçün muzd adıyla alınan pulun hökmü nədir?

cavab: qızılı qızıla satmaq və artıq alınan pul muzd adıyla olsa da düzgün deyil və riba sayılır. ribadan xilas olmağın yolu budur ki, qızılı müəyyən qiymətə alıb digər qızılı müvafiq qiymətə satsın.

sual: mən qızıl satanam. bəzən boyunbağı, sırğa və bilərziyi nəğdi qiymətindən baha olaraq nisyə satıram. bu alverim səhihdirmi?

cavab: bəli, səhihdir. lakin gərək müddət dəqiq təyin edilsin.

sual: bir şəxs nəğd və nisyə bir miqdar qızıl alıər. nəğd aldıqlarının pulunu ödəyib razılaşır ki, yerdə qalan pulu üç dəfə müəyyən vaxtda ödəsin. bu cür alverin işkalı  vardır?

cavab: qızılı qeyd olunan surətdə satmağın işkalı yoxdur.

sual: köhnə və sınmış qızılı təzə qızıla satmağın işkalı vardır?

cavab: İşkalı yoxdur. amma çəki fərqiylə qızılı qızıla satmaq düzgün deyil. köhnə qızılı razılaşmış qiymətə satıb, onun pulu ilə müvafiq olan qiymətə təzə qızıl ala bilərlər.

 sual: qızıl satanların səriştəli tacirləri qızıl alqı-satqısında satdıqları qızılın miqdarında, qızılın əvəzinə zəhmət hakkı alırlar. Əgər alver nisyə və ya müddətli olsa zəhmət hakkına nəğddən artıq hesablayırlar. bu cür alverin hökmü nədir?

cavab: qızılı qızıla nəğd satmaq və düzəltmək üçün zəhmət hakkı almaq düzgün deyil. həmçinin qızılı qızıla nisyə və müddətlə satmaq batildir.

sual: qızıl və köhnə misin təzə misə satılmasında ribadan xilas olmağın yolları necədir?

cavab: Ümumi halda çəki və ölçülü alverdə çəkiyə bərabər olsunlar. Çox almaq riba və haramdır. ribadan çəkinməyin bəzi yolları ibarətdir:

1)           qeyd olunan halda qızıl yaxud köhnə misi bir başa dəyəri qiymətinə satıb və təzəni təzə qiymətinə alsınlar.

2)           qızıl və köhnə misi həmin miqdarın müqabilində qızıl və təzə mis alsınlar. artığını bir başa hədiyyə etsinlər.

3)           qızıl və köhnə misi pulsuz və əvəzsiz bir-birlərinə bağışlasınlar.

ÇeklƏrİn alqi-satqisi

 sual: camaat arasında çeklərin alqı-satqısı və onları qiymətindən aşağı məbləğdə xırdalamaq yayılmışdır. bəzən çek verən şəxsin hesabında pul olmadığından onu ya satıcıya, ya da xırdalayana qaytarırlar. bu iş səhihdirmi?

cavab: Çeklərin satıcıya aid olmadığı və başqasının çeklərini satdığı surətdə maneəsi yoxdur. Əgər çek satıcının özünün olsa düzgün deyil.

sual: müddətli çeklərin qiymətindən ucuz satmaq olarmı? fərz edək ki, çek onun özünündür və bir aydan sonra əlinə pul çatacağını bilir.

cavab: sualın qoyuluşuna əsasən çek onun özünündür. onu satmaq batildir. Çünki, çekin maliyyəti yoxdur.

sual: bir şəxs bir çeki satanda çekin arxasına imza edir ki, çek pula dəyişilməsə özü zamin olsun. belə olan halda çeki satan zamindir, ya yox?

cavab: Çek satan çek sahibindən öz tələbini edib onu satmış olsa alver səhihdir. Çünki, onu ödəməyə zamin olub, lazımdır onu ödəsin.

 

mÜŞtƏrİyƏ satilan maldan İstİfadƏ etmƏyİ qadaĞan etmƏk

sual: mən bir torpağı bir şəxsə satmışam. o təhvil alıb istifadə etmişdir. sonra bir dəstə əkinçilər torpağı ondan almışlar. o da məhkəməyə şikayət edib deyir ki, torpağı mənə qaytarın. İndi mənim vəzifəm torpağın pulunu, yaxud özünü qaytarmaqdır.

cavab: Əgər torpaq əvvəlcədən həmin əkinçilərin olubsa, sizin alveriniz batildir və lazımdır alıcının pulunu ona qaytarasınız. Əgər əkinçilər düşmənçilik və zorla alıblarsa, siz bir şey borclu deyilsiniz.

sual: bir şəxs öz torpağını bir milyon manata satmışdır. müəyyən miqdarını əvvəlcədən alıb qalanını isə sənədləşmə zamanı alacağını qərarlaşmışdır. amma sənədləşmədən əvvəl bələdiyyə idarəsi torpağı götürmüşdür. İndi mümkündür bələdiyyə orpağı əvəzini, yaxud ondan müəyyən hissəni alıcıya versin. bu halda satıcının vəzifəsi nədir?

cavab: məsələnin qoyuluşuna əsasən torpaq alıcının mülküdür. gərək qiymətin qalanını satıcıya versin. alıcının öhtəsinə qoyulan torpağın hər miqdarı onun mülküdür və satıcı bir şey borclu deyil. Əgər torpaq əvvəlcədən belə nöqsanlı olsa, yaxud alverdə aldatmaq məqsədi nəzərdə tutulsa, bu halda alıcının alveri pozmağa hakkı vardır.

naĞd vƏ nİsyƏ

sual: satıcı alıcıya nağd 45000 və üç ay müddətlə nisyə 50000 deyir. bu alverlərdən hansı  biri səhihdir ?

cavab: alver zamanı nağd və nisyə vermək aydınlaşsa, hər iki hal səhihdir.

sual: bir şəxs bir miqdar pulu başqasının ixtiyarında qoyub, onu mal almaq və nisyə yaxud baha qiymətə özünə götürməkdən ötrü vəkil edirsə bu alver səhihdir?

cavab: işkalı  yoxdur.

sual: bir şəxs öz mağazasından bir malı nağdı bir nəfərə satır – müştəriyə malı təhvil vermədən – sonra həmin malı nisyə üç ay müddətinə baha qiymətə özü üçün götürür. bu əməl caizdirmi?

cavab: Əgər alverdə ciddi qəsd olmuş olsa və alverin sair şərtləri həqiqiləşsə birinci alverdə ikinci alver şərt olunmamış olsa nöqsanı yoxdur.

sual: bir torpaq neçə il əvvəl qərarlara uyğun satılmışdır. onun pulunu doqquz il sonra ödəmək şərt olunmuşdur. alıcıyla bu məbləği ödəməməkdən əlavə vaxtın artırılması və ya pulun ödənilməsi hakkda heç bir məşvərət  edilməmişdir. pulu ödəməyin son tarixindən dörd il keçir. satıcının alveri pozmağa və torpağı  geri  almağa  hakkı  vardır?

cavab: bu sualın  zahiri  budur ki, bu torpağı nisyə satmısınız. müəyyən olunmuş vaxtda pul ödənilməsə alveri pozmağı şərtləşməmisiniz. bunun üçün sualın zahirinə əsasən sizin alveri pozmağa hakkınız yoxdur. təkcə hakkınızı tələb edə bilərsiniz.

ŞƏrtlİ alver

sual: bir  şəxs öz evinin yaxud emalatxanasının bir hissəsini bir nəfərə satıb onunla şərtləşmişdir ki, bir il sonra onun özünə həmin qiymətə satsın. sonra qeyd olunan mülkü ondan icarə etmişdir. bu cür alver səhihdirmi?

cavab: Əgər həqiqətən alver qəsdi olubsa və saxtakarlıq olmayıbsa, alver və icarə vermək səhihdir.

sual: bir dükanı şərtləşmiş surətdə satırlar. Şərtləri də bu olur ki, əgər bir ildən sonra bu pulu qaytara bilsələr dükanı geri alsınlar. bu cür alver səhihdir?

cavab: yuxarıda qeyd olunan alver səhihdir. ona şərtli alver deyilir.

sual: bir şəxs öz mənzilini şərtlə satıb deyir ki, hər zaman satıcı pulu qaytarsa alver pozulsun. bu cür alver səhihdir?

 cavab: Ümumi hökm budur ki, şərtli alverdə gərək müddət məlum olsun və əgər müddət məlum edilməsə şərt nöqsanlıdır. nöqsanlı şərt baxmayaraq nöqsan yaradan deyil, amma verilən suala əsasən şərt məchuldur, onun məchul olması alverə təsir edir. buna əsasən bu cür alverlər batildir.

sual: İşlədiyim emalatxanada ucuz qiymətə mənə mal satılıb və şərt edilib ki, mən istifadə edəm və mənimdə ehtiyacım yoxdur. onları başqasına sata bilərəm? Əgər satmış olsam onun satışının hökmü necədır?

cavab: Ümumi halda alverdə şərt deyilənlərə vəfalı olmaqdır. eyni halda riayət etməyib satmısınız, sizin alveriniz səhihdir. amma emalatxananın ixtiyarı var sizinlə alveri pozub, satdığı malı geri alsın.

sual: bir şəxs bir torpağı pulunu 100000 min tümənə altı ay ərzində ödəmək şərtiylə nisyə alır. qeyd olunan vaxtdan sonra həmin torpağı iki qat baha qiymətə əvvəlki sahibinə satmağı şərtləşirlər. bu alver səhihdirmi?

cavab: Ümumiyyətlə alıcı və satıcı arasında şərt edilsə ki, satılan malı ucuz, yaxud baha qiymətə satan şəxsin özünə satsınlar, alver batildir. bəlkə əgər birbaşa şərt edilsə ki, alıcı aldığı malı satanın özünə satsın, hərçənd ucuz və baha şərt edilməsə də ehtiyat vacibə əsasən alver batildir. buna əsasən sualın qoyuluşuna görə torpağı alıb, şərtlə razılaşmışlar ki, sonradan həmin torpağı onu satan şəxsə baha qiymətə satsınlar. bunun üçün alveri batildir. eyni halda əvvəlki qərarlaşma həmin şərtdir ki, alverin batil olmasına səbəb olur.

sual: yuxarıda qeyd olunan məsələdə əgər şərt və əvvəlki qərarlar olmasa, alverdən sonra həmin malı onu satan şəxsə ucuz ya baha satmağın hökmü necədir?  

cavab: Əgər satıb-satmamaq ixtiyar üzündən olsa, maneəsi yoxdur. bu halda malı onun əvvəlki sahibinə satmağın maneəsi yoxdur.

tƏxİr-İxtİyari

sual: bir torpaq sahəsi təqribən üç il əvvəl satılmışdır və alıcı pulun yarısını ödəyib, qalan hissəsini ödəməkdən boyun qaçırır. halbu ki, bu alver iki tərəfin razılığı ilə baş vermişdir. bu alverin zərəri bu müddətdən sonra satıcı yaxud alıcıya aiddir?

cavab: sual barəsində məlumatım yoxdur, ümumi halda iki tərəfin razılığı ilə baş tutmuş alverdə torpağın zərər və istifadəsi satıcınındır. arada ixtilaf varsa, məhkəməyə müraciət olnsun ki, inşaallah həll olacaqdır.

sual: bir şəxs bir malı satmış və onu ayırıb saxlamışdır. alıcı onu aparmaq üçün gəlmir. satıcının bu mala nisbətdə vəzifəsi necədir?

cavab: Əgər onun pulunu ödəməyibsə, alveri pozmağa ixtiyarı var. Əgər onun pulunu ödəməyibsə, həmin malı əmanət kimi qoruyub saxlamaq lazımdır.

ĞƏbn-İxtİyari

sual: mən bir şeyi satdım, sonradan onu dəyərsiz qiymətə satdığımı başa düşdüm. İndi vəzifəm nədir?

cavab: ticarətdə zərər, fırıldaqlıq və hiyləgərlik sabit olsa, alveri pozmağa ixtiyarınız vardır. İxtilaf yarananda gərək məhkəməyə müraciət edəsiniz.

sual: bir şəxs öz əkin torpağını başqasıyla dəyişmişdir. neçə il sonra aldandığını bilmişdir. İndi alveri pozmağa ixtiyarı vardır?

cavab: Əgər həqiqətən alver zamanı aldanmışdırsa, alveri dərhal pozmalıdır. aldanmış şəxs aldandığına yəqinliyi alandan sonra alveri pozmasa, sonradan pozmağa ixtiyarı yoxdur. Əgər dərhal pozmağı bilməsə, mübahisəli mövzuda şəri mülki iddiaya ehtiyacı var.

sual: altı milyon qiyməti olan bir torpağı, hazırki qiymətini bilmədiyimdən dörd milyona satmışam. aldandığım o iki milyon manata nisbətdə alveri pozmağa ixtiyarım var?

cavab: aldanılmış miqdar alveri pozmağa səbəb olur. bu şərtlə ki, aldanan şəxs hazırki qiymətdən xəbərsiz olsun.

eyb-İxtİyari

sual: satılmış malın eybli olduğuaşkar olsa, alıcının alveri pozmağa və həmin malı eybli qiymətə satıcıdan tələb etməyə ixtiyarı  vardır?

cavab: eyb aşkar olan surətdə həm alveri pozmağa, həmdə eybli və eybsiz mal arasında olan qiymət fərqini almağa ixtiyarı vardır.

sual: bir şəxs bir inəyi alıb kəsmək üçün qəssabxanaya aparmışdır. kəsəndən sonra heyvanda olan xəstəlik səbəbinə həkimin nəzərinə əsasən onun əti istifadəyə yararsız olduğundan yandırılmışdır. yalnız heyvanın dərisindən istifadə olunmuşdur.

satıcı və alıcı  hər ikisı inəyin xəstəliyindən xəbərsiz olduqlarını deyirlər. fərz edək ki, inək dərmanlanmayıb yaxud dərmanlamaq mümkün olub amma dərmanlanmadan kəsilmişdir. qeyd olunan alver səhihdirmi? alıcı alveri pozmaq ixtiyarı olan əməllərdən istifadə edə bilərmi?

cavab: verilən sualın hər iki halında həkimin nəzərinə uyğun olaraq inək eybli olmuş və müştəri məlumatsız olmuşdur. alver səhihdir. İnək kəsildiyindən alveri pozmaq hakkı götürülür. müştəri qan bahası ala bilər ki, verilən suala əsasən dərinin qiymətindən başqa qiymətin hamı qan bahasıdır. İkinci halda ehtiyata əsasən  razılaşmaqdır.

sual: bir şəxs öz mülkünü satmış və pulun bir hissəsini nağd almışdır. İki tərəfin razılığı ilə pulun qalan hissəsini üç aydan sonra ödəmək qərarlaşmışdır. lakin alıcı qərarlaşmış müddətdə pulu ödəməmişdir. satıcı alveri poza bilər, ya yox?

cavab: verilən suala əsasən alveri pozmağa hakkı yoxdur. yalnız pulun qalanını tələb edə bilər. Əgər alver zamanı müştəriylə qərarlaşmış vaxtda pulu ödəmək şərt olunsa və satıcı şərtə əməl etməmək adıyla alveri poza bilər.

sƏnƏdlƏŞmƏ

sual: bir şəxs bir torpağı satmışdır. onu alan şəxs həmin torpağı başqa bir nəfərə satmışdır. hər iki alverdə qiymətləşmə başa çatmışdır. İndi torpağın birinci satıcısı başqa cəhətdən tələbkar olduğundan sənədləri verməkdən yayınır. onun şəri hökmünü bəyan etməyinizi xahiş edirik.

cavab: birinci alverdə sənədləri vermək şərt olmuş olsa, şərtə vəfa etmək lazımdır. sənədləri verməkdən yayına bilməz.

haram İstİfadƏ İlƏ ƏŞyalarin aliŞ-verİŞİ

sual: mən həm halal və həmdə haram istifadəsi olan mallar satıram.(məsələn: lezva)  müştərinin ondan haram işdə istifadə etdiyini bilirəmsə, satdığımın nöqsanı vardır?

cavab: müştərinin ondan haram işdə istifadəsinə baxmayaraq, ümumi halda halal mənfəəti olan şeylərin satışının nöqsanı yoxdur.