Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: televiziya və radio musiqilərinə qulaq asmaq haramdır?

cavab: onlardan bəziləri haramdır.İnşaallah yaxın gələcəkdə onların bu müşkülü həll olacaqdır.

sual: musiqi nədir? İslam nöqteyi nəzərdən onların hamısı haramdır?

cavab: musiqi xoşluq gətirən səslər tərkibidir. buna əsasən əgər eyş və işrət məclislərinə münasib olsa haramdır. Əks halda  işkalı  yoxdur.

sual: buyurun görək mütrib  musiqi nə deməkdir?

cavab: mutribin  mənası budur ki, şadlıq nəzərindən qeyri adi hal vücuda gətirsin.

heykƏltaraŞliq vƏ nƏqqaŞliq

sual: nəqqaşlıq etmək, insanlar və heyvanların rəsmlərini çəkmək haramdır yaxud başqa hökmü vardır?

cavab: Əgər əhəmiyyətli  olmasa maneəsi yoxdur.

sual: parça üzərində nəqş və heyvan şəklini çəkməyin hökmü necədir?

cavab:heyvanın şəkli əhəmiyyətli  olan surətdə düzgün deyil. amma onların alqı-satqısının maneəsi yoxdur.

sual: İslamın təbliği üçün müctəhidlər və müasir islam şəxsiyyətlərinin surətlərini rəssamlıqla yaratmağın hansı surətdədir?

cavab: Əgər əjəmiyyətli olmasa və ona heykəl deyilməsə nöqsanı yoxdur.

sual: on dörd məsumun(əleyhissalam) şəkillərini yaratmağın maneəsi vardır? onların müqəddəslik məqamının zəiflənməsinə səbəb olmur?

cavab: məsumların (əleyhimussalam) xəyali surətdə şəkillərini çəkmək görkəmli olmayan surətdə və onlara hörmətsizlik olmazsa, öz özlüyündə haram deyil. amma onlara etiqad bağlamaqın heç bir əsası  yoxdur.

sual: mənzildə heykəl saxlamaq, keçid və meydanlarda heykəl qoymaq necədir?

cavab: onları saxlamağın işkalı yoxdur.

sual: heykəl düzəltməyin hökmü necədir?

cavab: haramdır.

sual: uşaqlar üçün plastlin  heykəl və gəlincik düzəltmək yaxud onları almağın işkalı vardır?

cavab: uşaqlar mükəlləf deyildir, qeyd olunan işlər onlara nisbətdə maneəsi yoxdur.

sual: heykəltaraşlığın haramlığında yarımçıq və naqis heykəllərlə bütöv heykəllər arasında bir fərq vardırmı? mələk və cinlərin heykəllərini yaratmaq və onların rəsmlərini çəkməyin hökmü necədir?

cavab: onlara ruhu olan heykəl deyilsə, yaxud əhəmiyyətli olsa haramdır. yarımçıq və kamil heykəllər arasında fərq yoxdur. mələk və cinləri təsvirləndirmək əgər ona heykəl deyilsə ya görkəmli olsa vacib ehtiyata əsasən bu işi tərk etsinlər. amma əgər heykəl olmasa və əhəmiyyətli olmasa nöqsanı yoxdur.

sual: heykəltaraşlıqla alınan zəhmət hakkının hökmü necədir?

cavab: Ümumiyyətlə haram olan iş üçün alınan pul haramdır. Əgər zəhmət hakkı verən şəxsi tanıyırsa, gərək onun özünə qaytarsın. Əks halda sahibi məlum olmayan malın hökmündədir.

bankin hÖkÜmlƏrİ

bank tİcarƏtİ vƏ qƏrarlari

sual: banklarda İslam adı altında aparılan ticarəti hansı hökmdədir?

cavab: maneəsi yoxdur.

sual: bir şəxs təhsil nazirliyi və maarif şöbəsinin nəzarətiylə bir məktəb binasını tikmək üçün bankdan kredit pul götürüb binanın tikintisinə istifadə edir. lakin, şagirdlərin olmaması səbəbinə məktəb tətil edilir. binanın mülkiyyəti rəsmi olaraq bankdan kredit götürən şəxsə aid olmasını nəzərə alaraq, belə olan vəziyyətdə kredit götürən binanın sahibidir, təhsil nazirliyi və maarif şöbəsinin ?

cavab: bina malikiyyət nəzərdən bankdan kredit götürən şəxsindir. amma lazımdır ki, bankın kreditini ödəsin.

bank kredİtİ

sual: İslam respublikasında olan banklarda mənfəət adıyla alınan yaxud, muzaribə, ya ev tikmək üçün verilən pulların eybi vardır?

cavab: İslam respublikasında olan bank qanunları islam qanunlarına uyğundur. artıq aldıqları və verdikləri caizdir.

sual:  (qərzul-həsənə) xeyriyyə fondlarında öz xərclərini nəzərə alıb (işçilərin maaşı, binanın kommunal xərcləri və lazımı vəsaitlərin alınması) pul götürən şəxslərdən müəyyən məbləğ tutulur. xahiş edirik bunun hökmünü bəyan edəsiniz.

cavab: pul götürən şəxslərin razılığı ilə qeyd olunan xərclər üçün tutulan pulların maneəsi yoxdur və şəriətə uyğndur.

sual: bir şəxsin bir işdən ötrü pula ehtiyacı vardır, lakin bank ev təmir etmək məqsədiylə pul verir. bu şəxs ev təmiri adıyla bankdan pul götürüb ehtiyacı olan yerə xərcləyə bilərmi?

cavab: bu iş İslam respublikasının qanunlarına zidd olduğu üçün düzgün deyildir.

bankİin yiĞilan pullardan İstİfadƏ etmƏsİ

sual : baznklar  və qərzul-həsənə şöbələri öz xərclərini  yaxud işçilərinin maaşlarını vermək və yaxud  islami qaydalar əsasında iqtisadi fəaliyyətlərdən ötrü orada mövcüd olan puldan   götürə bilərmi?

cavab: Əgər pul sahibləri razıdırlarsa , heç bir maneəsi yoxdur.

sual: bankilarda öz xərclərini və işçilərin maaşlarını təmin etmək və ya iqtisadiyyatın inkişafı üçün orada olan puldan götürüb istifadə edə bilərmi?

bank hƏdİyyƏsİ

sual: banklarda hesab nömrəsi olan şəxsləri təşviqləndirmək üçün onlara verilən hədiyyə halaldırmı?

cavab: İşkalı  yoxdur.

bank

sual: mən bankların birindən xalçaçılıqla məşğul olmaq adıyla kredit pul götürmüşəm. amma o pulu əkinçiliyə sərf etmək qəsdindəyəm, bu iş səhihdirmi?

cavab: bank kreditini hansı adla götürmüsünüzsə, gərək həmin yerə sərf edəsiniz. ehtiyacınız olsa da belə onu başqa yerə istifadə etmək caizb deyil.

sual: mən ev almaq üçün bankdan dörd milyon tümən kredit pul götürmək istəyirəm. amma bank qanunları göstərir ki, gərək mənzili dörd milyon müqavilə edib müqaviləni banka müraciət edin ki, bank evi satan şəxsdən alıb kreditlə sizə satsın. mən bank rəisi ilə razılaşıb, bir alver əsnasında saxta müqavilə yazıb, dörd milyonu bu saxta sənədə yazıb və sonra evi baha qiymətə alım?

cavab: verilən suala əsasən iki tərəf alverin saxta və qəsdsiz olduğunu bildiklərindən bu ad altında pul almaq səhih deyil. amma əgər bank məsulları əsl məsullar tərəfindən pulu sizin ixtiyarınızda qoymağa icazələri olsa  və təsərrüf etməyi mübah bilsələr bu surətdə sizin o pulla alver və istifadə etməyinizin şəri maneəsi yoxdur və səhihdir. amma siz artığını hədiyyə qəsdi ilə banka verin ki, şübhəsiz olsun.

sual: bankda şəxsi hesablarda qoyulan əmanət pullara verilən mənfəətlərin hökmü necədir?

cavab: hər vaxt sabit əmanətlər muzaribə ya ticarətdə vəkalət və ya istehsal olsa şəriətə uyğundur. mənfəəti şərtə uyğun almaq caizdir. hesabda pul adıyla müəyyən məbləği ödəməyin bir maneəsi yoxdur.

rİba

sual: dünya banklarının çoxunda bank qanunlarına uyğun pul sahiblərinə mənfəət (faiz)adıyla bir məbləğ pul verilir. bu mənfəəti (faizin) almaq hansı surətdədir?

cavab: Ölkə əhalisi rəsmi olaraq kafir və hökumət qeyri-islam olan ölkələrdə banklarda olan pulun faizini almağın işkalı  yoxdur və halaldır. amma əgər əhalisi müsəlman olan lakin hökuməti islam hökümlərini öhdəsinə almayan ölkələrdə hərçənd ki, islam və müsəlmançılıq iddiasını edirlər, o ölkələrin banklarına borc adıyla qoyulan pulun faizini almaq riba və haramdır. amma əgər pulu banka qorumaq qəsdiylə qoysa və faiz almaq şərti etməsələr belə olan halda bankın özü öz qərarlarına uyğun olaraq bir məbləğ pul versə, onu almaq nöqsansız və halaldır. hərçənd əvvəldən bankın ona bir məbləğ verəcəyini bilsə. 

banka qoluyan sabİt ƏmanƏt

sual: bir şəxs pulunu uzun müddətdə banka qoymuşdur. bank hər ay pul sahibinə mənfəət verir. həmin şəxs pulu həmin mənfəəti almaq üçün banka qoyduğunu nəzərə alsaq riba sayılar, ya yox?

cavab: Çünki İran İslam respublikasının bankları müzaribə və sair islam müqavilələr surətinə əməl edirlər, qeyd olunan mənfəət halaldır.

sual: Əgər bir şəxs öz qazancından bir məbləğ pulu banka qoyub, ondan mənfəət almaq əsasında qursa hökmü necədir?

cavab: İslam respublikasının banklarını şərii qanunlara əməl etdiklərini nəzərə alaraq bir işkalı  yoxdur.

İcarƏ

İcarƏdƏ aldanmaĞin hÖkmÜ (ĞƏbn)

sual: bir il bundan əvvəl bir mənzili iyirmi bir ay müddətinə ayda on iki min tümən icarə hakkı verməklə şəri icarə qanunlarına əsasən icarə etmişəm. İndi icarəyə verən şəxs aldandığını iddia edir. xahiş edirik şəri hökmü bəyan edəsiniz.

cavab: Əgər icarəyə verən şəxs şəri qaydalara əsasən müqavilə zamanı aldandığını sabit etsə və bundan məlumatı olmadığını desə icarəni poza bilər, əks halda icarəni pozmağa hakkı yoxdur.

mÜddƏt tƏyİn olunmadan İcarƏnİn sƏhİhlİyİ

sual: bəzi şəhərlərdə rəsmdir ki, bir torpağı əkinçilik üçün icarə edirlər. aralarında icarə malı məlum olduğundan icarə müddətini məlum etmirlər. belə icarələr səhihdir, ya yox?

cavab: bəli, səhihdir. risalənin 2252-ci məsələsində buyurulub ki, əgər icarə müddəti məlum olmasa, lakin icarə miqdarı hər ay müəyyən olsa, icarə səhihdir.

İcarƏ vaxti bİtƏndƏn sonra İcarƏ yerİnİ boŞaltmaq

sual: bir mənzili iyirmi il əvvəl icarə edib orada yaşayıram. Əlbətdə hər il ev pulunu bir miqdar artırmaqla icarə müqaviləsini təzələyirik. amma bu il icarə qiyməti ilə razılaşmadığıma görə bir nəticəyə gəlməmişik. ev sahibi deyir ki, əvvəlki ilin müqaviləsinə əsasən icarə vaxtı bitəndən sonra evimdə qalmağa razı deyiləm. İlin axırıncı günü mənzili boşaltmalısan. mən də nə qədər çalışsam da bir nəticəyə gəlməmişəm və özümə ev də tapa bilməmişəm. Əlbətdə el arasında belə bir adət var ki, icarə müddəti bitəndən sonra yeni ev tapana qədər həmin evdə qalmağa möhlət verirlər. xahiş edirəm ki, mənim vəzifəmi bəyan edəsiniz.

cavab: sualın qoyuluşuna əsasən icarə müddəti bitəndən sonra ixtiyar ev sahibi ilədir. onun razılığı olmadan şəri cəhətdən həmin mənzildə qalmağa hakk yoxdur. zəruri və çarəsizlik varsa, onun razılığını ələ gətirin. belə cəhətlərə el arasında olan adətlərin şərii əsasları yoxdur.

İcarƏnİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: bir xanım  neçə il əvvəl öz oğluna bir milyon pul verib ki, hər ay ona on beş min versin. Şərt bu olub ki, əsl məbləğ qalmış olsun. Şərt cəhətdən nöqsan yaranmasın deyə, anası şifahi olaraq sənəd tərtib etmədən oğlunun maşınını bir milyona alır və onu ayda on beş min ödəmək şərtiylə oğluna icarəyə verir. neçə il keçəndən sonra ana oğluna bir milyon pulumu gətir ki, maşın sənin olsun. sualımız budur ki, belə alver səhihdir?

cavab: sənədi yazıb tərtib etmək, müamilə və icarənin səhih olmasında şərt deyil. müamilə onlarsız da səhihdir. Şərii cəhətdən maşının maliki olan ana tərəfindən maşın üçün alveri təzələmək səhihdir. İki tərəfin razılığı ilə bilərəkdən icarə pozulur və ana pulunun sahibi olur. xülasə, əgər əvvəlcədən alveri ciddi tutublarsa da onların bu əməlinin şərii işkalı  yoxdur.

sual: mən bir kombayn maşının sahibiyəm. onunla işləyib qazanc ələ gətirirəm. bir nəfərin altı hektar sahəsini biçmək üçün onunla qərarlaşıb zəhmət hakkını əvvəlcədən almışam. beş hektar sahəsini tamamlayanda kombayn xarab oldu. təmir olunması bir müddət vaxt apardığından, torpaq sahibi başqasını gətirib işin qalanını ona gördürdü. indi onun hakkını mən gərək ödəməliyəm?

cavab: bəli, siz gərək bir hektar yerin muzdunu qaytarasınız.

sual: bir şəxs bir evi bir il orada yaşamaq üçün icarə etmişdir. amma səkkiz aydan sonra evi boşaldıb təhvil vermişdir. sualımız budur ki, icarə edən şəxs dörd ay tez boşaltdığı müddətin pulunu verməlidir ya yox?

cavab: İcarə müddəti bir il təyin olunubsa, icarə edən evdən heç bir müşkül görmədən evi boşaldırsa, icarədə qeyd olunan müddətin pulunu ödəməlidir.

sual: mən bir miqdar başlıq verib bir mağazanı xalça satmaq adıyla icarə etmişəm. amma xalça satışı üçün münasib yer olmadığından işimi dəyişmək fikrinə düşmüşəm. lakin mağaza sahibi işi dəyişməyə müvafiq deyil, onun razılığı olmadan işi dəyişməyə hakkım vardır?

cavab: İcarə müqaviləsində yalnız xalça satmaq şərt edilibsə, şərtə əməl etmək yaxud mağaza sahibini razı salmaq lazımdır. Əgər müqavilə zamanı belə şərt olunmayıbsa, siz ixtiyar sahibisiniz, onun mane olmağa hakkı yoxdur.

sÜlhÜn ( razilaŞmanin ) hÖkÜmlƏrİ

sual: bir şəxs öz torpaqlarını övladlarına  sülh yolu ilə verib, şərt etmişdir ki, sağlığında o yerlərin mənfəəti onun olsun. hal–hazırda əkinçilik edə bilmədiyindən onları başqasına icarə verib, icarə malından istifadə etmək istəyir. buyurun bu cür razılaşma və sonra icarə vermək səhihdir?

cavab: bəli, verilən suala əsasən razılaşma və icarə səhihdir.

sual: Övlad atasından müəyyən məbləğdə pul alıb razılaşır ki, atasından qalan maldan irs aparmasın. atasının vəfatından sonra bütün mallar digər qardaşlar arasında bölünsün. bu iş düzgündürmü?

cavab: qeyd olunan razılaşmanın səhih olması müşküldür. lakin ata müəyyən məbləği oğlu ilə razılaşıb yaxud ona hədiyyə edib şərt edir ki, atasının vəfatından sonra ona çatan irs payını sair vərəsələrə çatdır. başqa yolla ata öz mülkünü sair övladlara verməyi vəsiyyət edə bilər. bu övladın irs payı digər övladlar arasında bölünsün. lakin vərəsənin də hədiyyəni yaxud razılaşmanı pozmağa hakkı vardır.

sual: yetmiş il bundan əvvəl atamdan mənə və qardaşıma bir mülk çatmışdır. o zamandan qalan sənəddə mənim payımın qardaşımın payından çox olduğundan on tümən yarım qardaşıma verməyim qeyd olunub. bu məbləğ qardaşıma ödənilib. amma ödəmə qəbzi almamışam. qardaşımda mənə qəbz verməmişdir. hazırda təəsüflər olsun ki, anam və qardaşım sağ olmadığından qardaşım uşaqları mülkü tələb edirlər. xahiş edirəm ki, hansı məbləği ödəməyimi buyurasınız. həmin on tümən yarımı, yaxud artıq?

cavab: razılaşmada yazılan məbləğdən artıq hakkları yoxdur. o məbləği ödəmək istədiyiniz üçün gərək şərii yolla sabit edəsiniz. İxtilaf məhkəmədə həll edilib, birlikdə razılaşın.

sual: bir şəxs bir neftdaşıyan maşın alıb onunla işləmək üçün şərikinə ayda iyirmi min tümən məbləğdə pul verməyi razılaşıbdır. maşının bütün xərclərinin də bu şəxsin öhdəsində olduğu qərarlaşdırılıb. bu alver və razılaşma səhihdirmi?

cavab: Şərikin payını bu həddə təyin etməklə qeyd olunan razılaşmanın maneəsi yoxdur. bütün xərcləri və kəsrlərini öhdəsinə alırsa, işkalı yoxdur.

muzarİbƏ

sual: bir şəxs bir kiloqram qızılı bir il işlətmək və ona mənfəət vermək üçün bir zərgərə vermişdir. amma mağazanın digər qızılları ilə qarışdığı üçün ilin sonunda həqiqi qazancı hesablamaq və dəqiq hesabat aparmaq müşküldür. hər ay qazanc adıyla bir məbləğdə razılaşsalar caizdir?

cavab: Əsl müqavilə muzaribə surətiylə olsa maneəsi yoxdur. müəyyən məbləğə ələ gələn qazanc kimi yəqinlik olan surətdə razılaşsınlar.

sual: bir şəxs başqasına iş görmək üçün pul verib, qazancın yarısını ona verməyi razılaşır. Şərt edir ki, əgər sərmayə aradan getsə özü ödəsin. bu puldan gələn qazancı almaq caizdirmi? belə şərt əqd zamanı lazımdır yaxud əqd zəminində muzaribə də səhihdir?

cavab: muzaribə surətində olsa, şərt edilsə ki, əgər sərmayəyə xəsarət yetişsə, iş görən öz malından ödəməyə zamin olsa maneəsi yoxdur, qazanc almaq caizdir. belə şərt muzaribə əqdi zamanı da səhih və vəfa etmək lazımdır.

sual: bir şəxs bir nəfərdən işləmək üçün bir miqdar pul alıb, nəticədə özü işləyə bilmədiyindən üçüncü şəxsə vermişdir. Ələ gələn qazancdan bir miqdar özünə götürüb qalanını pul sahibinə verir. belə işlər düzgündür?

cavab: vasitəçi adamın qazancdan bir miqdar götürməyə hakkı yoxdur. gərək qazancın hamısını pul sahibinə versin. Əsl pul sahibi öz razılığı ilə vasitəçiyə bir şey verə bilər.

mÜzarİƏ vƏ musaqatin hÖkmlƏrİ

sual: müzariə müqaviləsində təyin olunmuş müddət tamamlanandan sonra iş görən mülk sahibləri ilə şərik olurmu? və yaxud təkcə mənfəəti təqsimləyərkən pay aparır?

cavab: müzariə müqaviləsində əkinçi və yer sahibi gərək qərar qoysunlar ki, məhsuldan müəyyən hissə onlara çatsın və əsl mülk malikindir. habelə əkində sonrakı illərdə məhsul onların arasında xüsusi nisbətdə bölünməyi qərarlaşa bilərlər.

sual: musaqatda musaqat müqaviləsinin vaxtı bitəndən sonra mənfəətin təyin və təqsim olması hansı surətdədir? Əkinçi yerin sahibi ilə mülkdə şərik olurlar, yaxud təkcə təqsim olunanda bəhrə və səhm aparırlar?

cavab: xeyir, şərik olmurlar, əgər ağac əkib sonradan ağacda, ya onun yerində şərik olmaqlarını qərarlaşsalar, ehtiyat-vacibə əsasən batildir. gərək tövzihul-məsail risaləsinin 2326-cı məsələsinə uyğun əməl olunsun. məsələni daha təfsilatı ilə bilmək üçün risalənin 381-ci səhifəsindən sonraya müraciət edin.

sual: mən səksən yaşlı bir qoca kişiyəm, altmış ildir ki, bir şəxsin bağında əkinçiliklə məşğulam, hər il yer sahibinin hakkını ona ödəmişəm. qeyd olunan yerdə altı qoz ağacı əkmişəm ki, hal-hazırda məhsul verirlər. Əvvəlki illərdə ağacların və yerin məhsulunun yarısını onlara verirdim. İndi yer sahibi deyir ki, islam qanunlarına əsasən ağaclar mənim yerimdə olduğundan məhsulun hamısı mənə aiddir. qeyd olunan qoz məhsulu şərii cavab alana qədər islam cəmiyyətində əmanət qoyulub. xahiş edirəm, iki müsəlmanın hüququ qorunsun deyə məhsulun yer sahibinə ya ağacı əkən şəxsə çatmasını bəyan edəsiniz? və yer sahibinə hansı ünvanla çatır?

cavab: qoz ağacları kimin mülkündədirsə, qoz da onun mülkü sayılır. Əgər yer sahibinin malından əkmisinizsə onundur, yox əgər öz malınızdan əkmisinizsə sizindir. birinci halda malik gərək sizin zəhmət hakkınızı verməlidir və ikinci halda siz malikin torpaq hakkını gərək ona verəsiniz.

cÜalƏ

sual: bəzi məntəqələrdə rəsmdir ki, sərmayə sahibləri saxlamaq üçün bir neçə heyvanı bir nəfərin ixtiyarına qoyurlar. bir ildən sonra nəticədən ələ gələn hasili öz aralarında bərabər bölürlər. el aras;nda bu müqaviləyə yarım ildə olan mənfəət deyilir. Əvvəlcə heyvanları qiymətləndirib, müəyyən müddət keçəndən sonra əvvəlcə birinci sərmayəni onun sahibinə qaytarıb sonra isə sərmayədən artıq qalanı tərəflər arasında bərabər bölünür. xahiş edirik buyurasınız:

1)           bu qərarda şərii əqdlərin hansı ilə tətbiq olunur? (gərək hansı əqdin qərarları ilə icra olunsun?)

2)           Əgər səhvən yaxud bilərəkdən birinci sərmayə qiymətləndirilməsə məsələ hansı hökmü tapır?

3)           malın tələf olan mallardan olduğuna diqqət etsək, malın hamısı yaxud bir hissəsi tələf olarsa, məsələnin hökmü necədir?

cavab: 1)  qeyd olunan halda yuxarıdakı qərarda cüalə ola bilər. bu mənaya ki, heyvanların sahibi- "Əgər heyvanları qoruyub saxlasan onların mənfəətinin yarısı sənin malın olsun" desə, çünki, onun iş və əməlinin əvəzi mənfəətin yarısı olduğundan onların çətinliyinə səbəb olmaz. buna əsasən cüala səhih və cüalə hökümləri ona aiddir və həmçinin bu qərardadır. sülhün (razılaşmanın) bir növü və sülhün hökümlərini də ona aid edə bilərlər. bu mənaya ki, heyvanları saxlayan bu müddətin zəhmət hakkını mənfəətin yarısı ilə razılaşsın. təbii olaraq demək olar ki, qeyd olunan qərardad bir növ əqd və ağlasığan bir müstəqil qərardaddır.

Əqdlərin heç birindən sayılmadığından tərəflərin ona uyğun əməl etməsi lazımdır.

2) verilən sualda sərmayəni qiymətləndirməmək hər cəhətdən zərər və batil deyildir. qiymətin fərqli olmasına nisbətdə xibrə əhlinin nəzəri yaxud razılaşma ilə məsələni xətm edə bilərlər.

3) sərmayənin tələf olması ehtimalı qərardada nöqsan gətirmir. Əgər malın hamısı, yaxud bir hissəsi tələf olsa malikə zərər dəyir və iş görən şəxs də mənfəət aparmır. sərmayənin tələf olma hökmləri muzaribədə vardır.

sual: mənim yolun kənarında bir az torpaq sahəsi varımdır. İcazə vəsiqəsini alıb orada dükan tikmək istəyirdim. həmin fikirlə başqası ilə qərarlaşdım ki, orada dükan tikib, həmin şəxs mənimlə şərik olub dükanda işləsin. Şəriklik hakkından əlavə dükanda işlədiyi üçün müəyyən məbləğ muzd alsın. amma bu yönümdə heç bir addım atılmadı. neçə ildən sonra mən qeyd olunan yeri  satdım. İndi həmin şəxs qərardadın səbəbinə hakkını tələb edir. bu qərardad səhih olub, ya yox? Əgər səhihdirsə, hansı addadır?

cavab: Çünki qərardadın işi dükan tikməkdir, yəni yer sahibi "dükan tikilən surətdə həmin şəxs mənə şərik olsun" demişdir. buna əsasən dükan tikilməyibsə, qərardad mövzusu ləğvdir. bu qərardad şərii bir qərardaddır, mümkündür cüalə adı altında olsun.

sual: Əvvəlki suala əsasən qeyd olunan şərik qeyd olunan yerə nisbətdə iddia etməyə hakkı vardır?

cavab: verilən suala əsasən çünki, şərikli olmaq dəqiqləşməyib, yəni, işə başlamayıblar. təkcə qərar bağlamaqla şəriklik həqiqiləşməyib və iş baş tutmayıb. buna əsasən torpağa nisbətdə heç bir hakkı yoxdur.

ŞİrkƏtİn hÖkÜmlƏrİ

sual: İki nəfər bir-biri ilə şərik olub sərmayə mənfəət və zərəri bərabər şəkildə işə başlayıblar. onlardan biri əməl cəhətdən ayrılıb, lakin ayda bir miqdar şirkət hakkı almaq istəyir. bu düzgündür, ya yox?

cavab: şirkət hakkının şəri adı yoxdur. Əgər şərikinin yanında pulu olsa və oda bu pulla işləyirsə, şirkətin hökümlərinə uyğun öz payını ala bilər.

ŞƏrİklİ maldan İstİfadƏ

sual: Şərikli  torpaq sahəsində maliklərdən biri digərlərinin razılığı olmadan öz xərci ilə quyu qazdırır. mülk onun hakkı olurmu? digər şəriklərin onda hakkı vardır?

cavab: sualın quyuluşuna əsasən quyu qazdıran şəxsin istifadə etməsi caiz deyil, amma mülk onun hakkı olmur. lakin çıxan su ona aiddir. hər halda gərək onların razılığını ələ gətirsin. Əks halda onu quyunu doldurmağa və dəyən zərəri ödəməyə vadar edə bilərlər.

sual: neçə nəfər birlikdə şərik olublar və hazırda bu şəxslərdən bəzilər vəfat ediblər. onların şərikliyinin hökmü necə olacaq?

cavab: Şəxsi məsələdən məlumatım yoxdur. lakin ümumi halda əgər şəriklərdən bəziləri vəfat edibsə, qalan şəriklər vəfat edən şəriklərin vərəsələrinin icazəsi olmadan şərikli maldan istifadə edə bilməzlər. Əgər şərikli maldan bir mənfəət ələ gəlsə, gərək meyyitin səhmini onun vərəsəsinə versinlər.

sual: bir neçə nəfər arasında müştərək olan bir evi əgər şəriklərdən o evdən istifadə etmək icazəsini tələb və xahiş etsələr, onlara icazə vermək vacibdir, yaxud imtina da edə bilərlər?

cavab: Ümumi halda müştərək maldan istifadə etməkdə şərikin qadağan etməsi caiz deyil. gərək onun payının miqdarından istifadə etməyə icazə versin. yaxud təqsimləməyə hazır olsunlar ki, bir-birinin payı ayrılsın və yaxud satmağa razılıq versin. həmçinin əgər bütün usullardan imtina etsə şəriət hakimi onu bu işlərdən birini qəbul etməyə məcbur edə bilər.

sual: bağ və əkin sahələri olan bir şəxs dünyasını dəyişib. atanın ölümündən sonra böyük oğlan özünün, fəhlənin və sairlərin köməyi ilə məhsulu yığmışdır. Özünün və atasının xərcləri ata malından olmuşdur. zəhmət hakkı şərt olunmayan surətdə öz işi üçün sair vərəsələrdən hakk ala bilərmi?

cavab: sair vərəsələrin icazəsi olmadan məhsulu yığdığından onlardan zəhmət hakkı tələb etməyə yoxdur.

sual:  heç bir hissəsi müəyyən edilməmiş üç nəfərin əkinə yararlı olmayan torpaq sahəsi vardır. bu üç nəfərdən biri torpağın bir hissəsini abadlaşdırıb. qalanı isə yararsız halda qalmışdır. abadlaşmayan hissə qaldığı halda qalan iki nəfər abadlaşan hissədən pay aparırlarmı?

bu ikinəfərin abadlaşdıran şəxsə nisbətdə vəzifələri nədir?

cavab: məsələnin qoyuluşuna əsasən əgər torpağı bölməmişdən əvvəl abadlaşdırmış olsa, əvvəlki kimi bütün şəriklər onda şərikdirlər. sonda əgər onların icazəsi ilə abadlaşdırıbsa, zəhmət hakkı tələb edə bilər və əgər onların icazəsi olmadan abadlaşdırıbsa, zəhmət hakkı tələb edə bilməz. yox əgər şəriklər bu hissəni təqsim olunmamış abadlaşdırsın deyə icazə veriblərsə, indi icazələrindən dönə bilərlər və hamısını bölüşdürə bilərlər. lakin abadlaşdıran şəxsin zəhmət hakkını gərək versinlər.

ağac, əkin və ev mövcud olsa, abadlaşdıran şəxsin malı sayılır. amma əgər ev tikmək və ağac əkməyə icazə veriblərsə, öz icazələrindən dönməyincə bir şey tələb etməyə hakkları yoxdur. Öz icazələrindən dönəndən sonra evin və ağacların qalması üçün öz paylarına nisbətdə torpaq hakkı tələb etməyə hakkları vardır. aralarında ixtilaf və çətinlik varsa, məhkəməyə müraciət etmələri lazımdır.

sual: bir neçə nəfər ticarət etmək üçün şərik olublar. onlardan biri vəfat etmişdir. Şirkətin mallarının miqdarını da təyin etmişlər. mal bir neçə dəfə artmışdır. indi şirkəti dayandırmaq istəyirlər. vəfat edən şəxsin vərəsəsinə gərək atasının vəfat gününün, yaxud şirkəti dayandırdıqları günün payını versinlər?

cavab: Əgər şərik olan meyyitin şəriklərin yanında malı var idisə və onunla alver etmişlərsə, şirkətdə qalan mala nisbətdə gərək onun mənfəətini şirkəti dayandırdıqları gün şərikin vərəsəsinə versinlər.

sual: İki nəfər birlikdə, pul və sərmayə birindən, iş isə digərindən, qazancı da yarı bölmək şərtiylə işə başlayırlar. bir müddətdən sonra onlardan biri digərini səhmin ayda min tümənə almağa hazır olur. bu alver necədir?

cavab: qeyd olunan alış səhih deyil. lakin bir- birləri ilə bu məbləğlə razılaşa bilərlər.

sual: İki nəfər bir torpaqda şərikdirlər. Şəriklərdən biri digərinin icazəsi olmadan orada ev tikir. o biri şərik onu bu evi sökməyə məcbur edə bilər ya yox? Əgər edə bilməzsə vəzifəsi nədir?