|
||||||||||||||||||||
|
cavab: ev sahibi hər yolla olsa, gərək şərikinin razılığını alsın. ŞƏrİklİ mali bÖlmƏksual: İki nəfər bir evdə şərik olublar. uşaqları kiçik olan şəriklərdən biri dünyasını dəyişmişdir. digər şərik öz hissəsini ayırıb sata bilərmi? cavab: uşaqların qəyyumunun razılığı yaxud şəriət hakiminin icazə və nəzarətiylə edə bilər. ŞİrkƏtİn mÜxtƏlİf mƏsƏlƏrİsual: Üç nəfər bir torpaqda şərik olublar. onlardan biri şərikli pulla kiçik ağaclar alıb əkmişdir. bütün işlərdə şərikliyi nəzərə alaraq bu ağaclar böyüyəndən sonra hər üç şərikə yoxsa ağacları əkən şəxsə aiddir? cavab: verilən suala əsasən əgər kiçik ağacları şərik qəsdi və üç nəfər üçün əkibsə, ağaclar hər üç şəxsə aiddir. amma əgər şərikli pulu götürüb onunla özü üçün ağac alıb əkibsə, ağaclar əkən şəxsin malıdır. hərçənd ki, müştərək torpaqda əkib və günah da etmişdir. bu halda iki şərik torpağın hakkını öz paylarına keçirib, ağacları da kökündən çıxarıb ayrı yerə köçürə bilərlər. sual: biz iki nəfər şərik olduğumuz xalçanı iki milyon tümənə satmışıq. pulun bir miqdarını nağd, qalanını isə çek aldıq. mənim şərikim çekin pulunu götürmək üçün banka müraciət etdi. məlum oldu ki, çek sahibinin hesabında pul yoxdur. buna əsasən alıcıya müraciət edib pulu yaxud xalqanı geri istədi. alıcı da xalçanı qaytardı. hazırda xalça ucuz olduğundan, mən beş yüz tümən zərər etmişəm. bu zərəri alıcı verməlidir, yoxsa, mənim şərikim? cavab: verilən suala əsasən müamiləni pozmaya hakkı olmayıb. müamiləni pozmağa hakkı olsa da, şərik təklikdə müamiləni poza bilməz. hər halda xalqa müştəriyə aid olduğundan lazımdır ki, çekləri ödəsin. sual: anam ev alanda məndə ona 50 min tümən məbləğində pul vermişəm. iki il orada yaşayıb, başqa yerə köçmüşəm. evin qiymətinin üçdə birini mən verdiyim üçün ondan payım vardır? cavab: Əgər mənzil ananızla şərik alınıbsa, pulunuzun miqdarında mənzildən payınız var. Əgər pulu ananıza borc, yaxud hədiyyə etmisinizsə, mənzildən sizə pay düşmür. sual: Əgər üç nəfər birlikdə ticarət şirkəti yaratsalar. onlardan birindən tələbimiz olsa, onlarla ticarət zamanı tələbimizi hesablayıb azalda bilərikmı? cavab: xeyr, sualın qoyuluşuna əsasən hasil olan mal onların üçünün olduğündan onların hamısının icazəsi olmadan siz ondan istifadə edə bilməzsiniz. Şəriklər icazə vermədikdə onu ayırmaq məhkəmə və şəriət hakiminə aiddir. siz ozünüz onu ayıra bilməzsiniz. sual: mən bir nəfərlə bir tikintidə şərikəm. bu surətdə ki, idarədən mənə torpaq sahəsi verilib pulun hamısını mən ödəmişəm. sonradan mən və şərikim hər birimiz bir milyon tümən pul qoyub binanı tikmişik. indi mənzilin qiyməti bahalaşmışdır. xahiş edirik ki, hər birimizin payını müəyyən edəsiniz. cavab: bu şərik olduğunuz zaman razılaşdığınız müqaviləyə bağlıdır. lakin əgər yazdığınız surətdə danışıqsız şərik olmusunuzsa, torpaq sizin mülkünüzdür və tikilən binada şərik olursunuz. Əgər ixtilaf varsa, gərək məhkəməyə müraciət edəsiniz. sual: neçə nəfər birlikdə bir quyunu qazmaqda şərik olublar. birinci mərhələdə hamısının sərmayəsi istifadə olunmuşdur. lakin sonrakı mərhələdə bir nəfər sərmayəsi artıq olduğundan quyunu xərclərini özü verib qalan şəxslərdən pul da qəbul etməmişdir. nəhayət su ələ gəlmişdir. verilən suala əsasən bütün şəriklər ələ gələn suda şərikdirlərmi? cavab: qeyd olunan halda şəriklərdən heç biri şəri cəhətdən əhdi pozmağa və digər şərikdən pulu qəbul etməməyə hakkı yoxdur. Şəriklərin razılığı ilə müştərək mal ayrılmayıbsa, hamısı şərikdirlər. buna əsasən çəkilən xərci şəriklərdən hər biri öz paylarına nisbətdə gərək ödəsin. quyunun istifadəsində hamı şərikdir. sual: yeddi min səhmdarı olan bir şirkət vardır. Əgər səhmdarlardan biri vəfat etsə, onun səhmi vərəsələrinə çatır və vərəsələrinin hamısının icazəsi olmadan şirkətin işini davam etdirmək şəri cəhətdən düzgün deyil. bir tərəfdən də səhmdar vəfat etdikdən sonra bütün vərəsələrdən fasiləsiz icazə almaq qeyri-mümkündür və həmçinin şirkəti də dayandırmaq qəbul olunmazdır. İşi davam etdirməkdə vəzifəm nədir? cavab: səhmdar meyyitin vərəsələrinin narazılığını sabit etməyincə şirkətin işləməyinin maneəsi yoxdur və siz də işinizə davam edə bilərsiniz. sual: müştərilərə halal və haram yeməklər, hətta spirtli içkilər verən restoran vardır. mənim onun səhmini alıb və ondan gələn qazanca şərik olmağım caizdirmi? cavab: qeyd olunan keyfiyyət və vəziyyətlə qazanc adıyla ona səhmdar olmaq caiz deyil. sual: Şərikli divardan hansı həddə qədər istifadə etmək caizdir ki, əgər şərik razı olmadığını desə şəri işqalı olmasın? cavab: İki nəfərə aid olan divardan onlardan heç birinin hakkı yoxdur ki, digərinin razılığı olmadan onu hörsün, yaxud evinin sütununu onun üzərinə qoysun və yaxud mismar vursun. söykənmək, üzərinə paltar asmaq kimi məlum olan işlərə şərik razıdırsa, işkalı yoxdur. amma əgər bu kimi işlərə də şərik razılıq verməsə, bunları da yerinə yetirmək caiz deyil. borcun hÖkÜmlƏrİborcun mƏnasi vƏ onun sƏbƏblƏrİsual: xahiş edirik borcun mənasını və səbəblərini bəyan edəsiniz. cavab: borc bir şəxsin başqası üçün öhtəsində olan ümumi maldan ibarətdir. onun səbəbləri ya borc götürmək, yaxud da digər ixtiyari işlərdir. (nisyə alverdə onu qiymət qərar vermək, yaxud icarədə hakk və ya nigahda mehriyyə və yaxud da xüli təlaq və qeyri yerlərdə əvəz qərar verməkdir.) borcu ÖdƏmƏyİn vacİblİyİsual: bəzən borcu ödəmək vaxtı çatdıqda tələbkar borcunu tələb edir və borcunun əmtəə yaxud borca aid olmayan digər əşyaları vardırsa, lakin bu şeylər ucuz qiymətə satılmasa adi halda satışa gəlmir. ucuz qiymətə satmaq vacibdir, ya yox? cavab: bəli. sual: Çətinlikdə olan bir borclu öz borcunu ödəyə bilmirsə, tələbkar onu çətin vəziyyətdə saxlayıb borcunu tələb edə bilər, ya yox? Əgər borclunun imkanı olsa, lakin borcu ödəməyi gecikdirsə, günaha mürtəkib olur? cavab: sualın qoyuluşuna əsasən tələbkara borcu tələb etməyi haramdır. gərək borcu ödəməyə imkanı olana qədər ona möhlət versin. borclu borcu ödəməyə qüdrəti olan surətdə onu ödəməyi gecikdirsə, böyük günah etmişdir. bəlkə lazımdır ki, borclu borcu ödəməyə qüdrəti olmayan vaxtda da imkanı olanda borcu ödəmək niyyətində olsun. sual: bir nəfər başqasına borcludur. amma borclu olduğu şəxs bunu unutmuşdur. Əgər borclu öz borcunu hədiyyə adıyla ona təhvil versə, öhdəsində qalırmı? cavab: Əgər öz borcunu ödəmək niyyətiylə versə öhdəsində qalır. hətta ona deməsə də belə. sual: borcun ödəmək vaxtı çatdıqda borclu borc səhminə onu ödəyə bilmədiyini deyib əlavə edir: Əgər istəyirsən alver edək, yaxud bankdan kredit pul götür. sənə dəyən zərəri ödəyəcəyəm. bu zərəri almaq caizdirmi? cavab: Ümumi halda borclu borcunu ödəyə bilməyirsə, gərək ona öz borcunu ödəyənə qədər möhlət verilsin. borclunu borcu gecikdirdiyi üçün xəsaratı ödətdirmək və onu almaq mütləq mşəkildə düzgün deyil. sual: İki nəfər arasında qarşılıqlı müqavilə bağlanır. birinci şəxs bir milyon tümən pulu ikinci şəxsə borc verir. İkinci şəxs borcu müəyyən gündə birinci şəxsə qaytaracağına əhd edir. amma ikinci şəxs öz əhdinə vəfa etmir. birinci şəxs üç ildən sonra məhkəmə vasitəsi ilə öz bir milyon tümən pulunu ikinci şəxsdən geri alır. Öz əhdinə vəfa etməyən ikinci şəxs bu üç il ərzində qeyd olunan məbləği öz yanında saxlayıb, onunla mənfəət ələ gətirmişdir. həmin bir milyon tümən pulla (təyin olunmuş müəyyən gündən sonra) bir maşın almışdır. Üç ildən sonra maşının qiyməti artıb iki milyon tümənə çatmışdır. birinci şəxs ikinci şəxsdən bu üç ildə həmin puldan ələ gətirdiyi mənfəətləri məhkəmədən tələb edə bilərmi? yaxud əhdinə vaxtında icra etmədiyindən dəyən zərəri xibrə əhlinin nəzərinə əsasən ikinci şəxsdən tələb edə bilərmi? cavab: xeyir. qeyd olunan halda təkcə ona verdiyi məbləği ala bilər. ondan artıq miqdarı hər bir ünvanla alsa, haramdır. borcda artiq ŞƏrtsual: bir şəxs yüz min tümən məbləğində pulu bir nəfərə qərzul-həsənə (yaxşılığa verilən borc) adıyla bir il müddətinə borc verib şərt etsə ki, ilin sonunda pulu qaytaranda əlli kiloqram buğdanı ucuz alsın. bunun hökmü necədir? cavab: bu borc riba və batildir. sual: borc alan borc verən şəxsə ayda bir məbləğ pul verəcəyini şərt etsə, səhihdirmi? cavab: bu borc riba və batildir. sual: bir şəxs bir miqdar kredit pul götürüb. həmin pulu borc adıyla başqasının ixtiyarında qoyub şərt edir ki, onun aylıq kredit faizini ödəsin və sonda əsl pulu qaytarsın. bu səhihdirmi? cavab: bu borc riba və haramdır. məgər ki, müzaribə ya islamın sair əqdlərinin adıyla olsun. sual: ev sahibinin yanında girov adıyla bir məbləğ pulu mənzili qiymətindən az icarəyə götürmək şərtiylə qoysalar səhihdirmi? cavab: bu əməl girov deyil. bəlkə şərtli borcdur. riba sayılır. səhih və işkalsız yolu odur ki, mənzili icarə malına az icarə etsin və müqavilə zamanı qərzul-həsənə adıyla bir miqdar pulu şərt edib mənzil sahibinə versin. mÜqavİlƏdƏ borc ŞƏrt etmƏksual: bir şəxs bir malı digərinə qiymətindən ucuz satıb şərt edir ki, alıcı müəyyən miqdar pul ona borc versin. bu caizdir? cavab: Əgər alver qəsdi olmuş olsa və borcu şərt etsələr maneəsi yoxdur. sual: razılaşma zəminində borc şərt edə bilərlərmi? məsələn: Əlli min tümən sənə verirəm ki, mənə bir illik iki yüz min tümən borc verəsən? cavab: ciddi surətdə qəsd etmiş olsa maneəsi yoxdur. sual: İcarə zimnində də borc şərt edə bilərlər? məsələn: icarə verən öz evini az miqdar pulla bir illik icarəyə verib şərt etsə ki, müəyyən məbləğ pulu bu müddətdə ona borc versin? cavab: caizdir. borcda İstİsnasual: İndiki zamanda borcun istisna yerləri? cavab: borca aid olan şeylər yaşayış mənzili, geyim paltarları ehtiyac üçün olmasada, şəhərdə ehtiyacı olduğu maşın, kənddə ehtiyac duyulan heyvan, mənzil ləvazimatları, o cümlədən xalça, pərdə, qab-qaşıqdan ibarətdir. bəlkə elmi kitablarda istifadəsinə ehtiyacı olan şəxs üçün onun elmi dərəcəsinə münasib olsa, borcun istisna olunmuş şeylərindən sayılır. sual: telefon və maşın borcun istisna olan əşyalarından sayılır, ya yox? cavab: maşın əgər onun şəninə uyğun və telefon da onun ehtiyacında olsa, bu surətdə ki, onlarsız keçinmək çətinliyə səbəb olursa, borcun istisna olanlarından sayılır. borcu ÖdƏmƏksual: bir şəxs on il bundan əvvəl müəyyən məbləğ pulu digərinə borc vermişdir. pulun dəyərdən düşməsini (imflyasiya) nəzərə alıb artıq almaq caizdir? cavab: caiz deyil. sual: bir şəxsin başqasına borcu vardır, o da bunu unutmuşdur. borclu həmin borcu məsələnin nə yerdə olduğunu demədən pulu hədiyyə kimi, yaxud o pula bir şey alıb ona təqdim edə bilər? cavab: Əgər borc pul olubsa, onu hədiyyə kimi verə bilər, yaxud həmin miqdarı bir paketə qoyub öz adını qeyd etmədən ona göndərsin və yaxud da onun mənzilinə atsın. amma onu hədiyyə və başqa şeylərə çevirmək insanın boynundan borcu götürməz. məgər ki, onun razılığı sabit olsa. Əgər borc pul olmasa, gərək hər yolla olsa onun mislini ona çatdırsın. sual: bir şəxs iş görmək üçün bir nəfərlə müqavilə bağlayır. amma iş tamamlanandan sonra zəhmət hakkını vermir. İş gördürən şəxsin fəhlə yanında bir miqdar malı olduğundan öz tələbi miqdarında həmin maldan götürə bilərmi? cavab: müqaviləniz şərii müqavilə olsa və onun bu pulu ödəməyinə məyus olsanız malından öz tələbiniz miqdarında götürməyə icazəniz vardır. sual: borc sahibinə borcu olduğunu bilən, lakin miqdarını unudan şəxsin vəzifəsi nədir? cavab: borca yəqin etdiyi miqdarı ödəməlidir. borcu ÖdƏmƏyİ gecİkdİrmƏyİn xƏsarƏtİsual: Ödənişi gecikdirmək səbəbinə bir şəxsə zərər dəymişdir. bu zərəri almaq olarmı? cavab: borcu ödəməyi gecikdirməkdə xəsarət və zərər adıyla bir şey ala bilməzlər. sual: vaxtında ödəməyi təxirə salanda banklar məsləhət və zaman şərait cəhətdən xəsarət alırlar. bunun şərii əsası vardır? cavab: borcu gecikdirmək xəsarəti almaq mütləq şəkildə şərii deyil. bank və qeyri bank arasında bir fərq yoxdur. sual: bu cür xəsarətləri kafirlərdən almaq caizdir? cavab: kafirlər özləri bunu öhdəsinə götürüblərsə və hərbi-kafir olsalar gecikdirmə xəsarəti almağın maneəsi yoxdur. borcu almaq xƏrclƏrİsual: bir şəxsin öhdəsində bir hakk vardır. onu ödəmədikdə tələbkar məhkəməyə müraciət edib və bir sıra xərclər çəkir. Öz hakkını geri alandan sonra çəkdiyi xərcləri də tələb edə bilər? cavab: sualın qoyuluşuna əsasən borclunun günah etdiyinə baxmayaraq çəkilən xərclərə zamin deyil. borc sahibinin həmin xərcləri ondan almağı caiz deyil. məgər ki, onunla müqavilə zamanı şərt etmiş olsa. sual: bir şəxs başqa birindən tələbkardır. borclu ödəməyə qüdrəti olduğu halda borcunu vermir. tələbkar məhkəməyə müraciət edir. məhkəməyə müraciət etdikdə məktub, qovluq və sair işlər üçün xərclər çəkir. bu xərclər borclunun öhtəsindədirmi? cavab: bu qəbildən olan xərclər borclunun öhtəsində deyil. borcun mÜxtƏlİf mƏsƏlƏlƏrİsual: ehtiyac olan yerdə borc vermək vacibdirmi? cavab: bəzi ehtiyaclarda vacibdir və yerlər fərqlidir. sual: borclu olan bir şəxs borcunu ödəməyə qüdrəti olmadıqda faizlə pul götürürsə, bunun işkalı vardır? cavab: faizlə pul götürmək və riba verib almaq haramdır. borcu ödəməyə qüdrəti yoxdursa, tələbkar səbr etsin. Şərii cəhətdən tələb etməyə hakkı yoxdur. sual: Əgər bir şəxs, məsələn: beş min tümən həzrəti İmam əleyhissalamın mübarək səhminə və həmin miqdar qədər başqasına borcludur. amma bunlardan birini ödəməyə qüdrəti varsa, hansını müqəddəm etməlidir? cavab: hər ikisi borcdur. Əgər biri üstün ola üstünlüyü ona versin, əks halda ixtiyar sahibidir. məsələyə əsasən şəriət hakiminə müraciət edib, imamın mübarək səhmindən qeyrisinə sərf etsin. zamİnlİksual: İxtisası olmayan bir şəxs elektrik avadanlıqlarını düzəltməklə məşğuldur. o cümlədən məscidə vəqf olunan şeyləri də təmir edir ki, əksər halda pul da almır. bəzən düzəltmək istədiyi avadanlıq bir az da xarab olur. belə olan halda həmin şəxs zamindir? cavab: avadanlığın xarab olması təmirgaha aid olarsa, zamindir. mütəxəssis və qeyri-mütəxəssis arasında bir fərq yoxdur. sual: saatsazın dükanında olan camaatın saatlarından bir hissəsi oğurlanmışdır. onların müqabilində saatsazın bir məsuliyyəti vardır? cavab: saatların və dükanın qorunmasında diqqətsizlik olmayıbsa, zamin deyil. sual: bir şəxs ümumi xiyabanın kənarında öz əkin sahəsində zəhərli çörəklər qoyub ki, əgər heyvanlar onun əkin yerlərinin arasından keçsələr, həmin zəhərli çörəklərdən yeyib ölsünlər. bu yolla bir neçə heyvan ölmüşdür. bu şəxs tələf olan heyvanlara zamindirmi? cavab: verilən suala əsasən xiyaban ümumi heyvanların keçid yeri və zəhərli çörəklər onların yeməyi üçün qoyulmuşdur. Əgər heyvanların sahiblərinə məlumat verməyibsə, tələf olan heyvanlara zamindir. sual: bir şəxs öz maşını ilə gündüz çağı xiyabanda bir inək vurub öldürür. maşınına da zərər dəyir. Çoxlu inəyi olduğu halda sürücü inəyin qiymətinə zamindir, ya yox? həmçinin maşına dəyən zərər inək sahibinin öhtəsindədir, ya yox? cavab: sualın qoyuluşuna əsasən inəyin qiymətinə zamindir. maşın dəyəndən sonra şərii göstərişlərə uyğun kəsilmə əndazəsində inək diri qalsa və sahibi onu kəsməkdə səhlənkarlıq etsə sürücü təkcə qiymət fərqinə zamindir. sual: qonşunun ağacının budaqları mənim divarımı aşıb, əkin sahəmə ziyan və xəsarət yetirir. xahiş edirəm bu hakkda islamın nəzərini bəyan edəsiniz? cavab: xəsarəti ödəməkləri lazımdır. Əlavə sizə zərər verən budaqları kəssin və ya zərər və xəsaratın qabağını alsın. sual: bir şəxs səfərə çıxdığı vaxt evini qorumaq üçün açarını bir şəxsə tapşırır. onun səfər müddətində oğurluq baş verir. bu şəxs zamindirmi? cavab: suala əsasən əmin şəxs adıyla məsuliyyəti qəbul etmişdirsə və zorakılıq olmayan surətdə zamin deyil. sual: mən dostlarımdan biri üçün digər şəxsdən bir məbləğ pul borc alıb onun müqabilində borc verən şəxsə çek verilmişdir. bir müddətdən sonra borc verən nağd pul istədiyini dedi. buna əsasən mən çeki banka aparıb pula çevirdim. lakin yolda tam ehtiyat etdiyimə baxmayaraq qeyd olunan pullar oğurlanmışdır. oğurlanan pullara kim zamindir? cavab: Əgər siz borc verənin vəkili adı ilə banka müraciət etmisinizsə, zamin deyilsiniz. qeyd olunan pul borc verən şəxsin cibindən tələf olmuşdur. Əgər siz borc alanın vəkili olmusunuzsa, borc alan zamindir. gərək ikinci dəfə versin, yox əgər siz oğurluq zamanı müqəssir olmusunuzsa, zaminsiniz. sual: mənə isticarə namaz qıldırmaq və oruc tutdurmaq üçün bir məbləğ pul verdilər. mən də nəzərimdə olan iman və etibarlı şəxsə verdim. bir müddətdən sonra məlum oldu ki, namazları qılmayıb və orucları da tutmamışdır. mən vasitə olduğum üçün zaminəmmi? cavab: Əgər siz pul verənin vəkili, ya vasitəçi olduğunuzdan və pulu etimad etdiyiniz şəxsə verdikdə səhv etməyiniz üçün zamin deyilsiniz. hƏdİyyƏ vƏ bƏxŞİŞsual: atam neçə il əvvəl sənədini yazıb mənə bir bağ vermişdir. məndə həmin sənədi onun yanında əmanət qoydum. bir müddətdən sonra orada işləyəndə atam mənim icazəm olmadan oranı satmışdır. deyir ki, sənin bağa və onun puluna nisbətdə heç bir hakkın yoxdur. bir müddət istifadə və oraya lazım olan bağban ləvazimatları aldıqdan sonra atam oranı məndən ala bilərmi? cavab: qeyd olunan bağı atanız sizə hədiyyə edib, istifadəyə vermişdir. satmağa hakkı yoxdur və onun alveri başqasının işinə qarışmaqdır ki, əgər siz imza atmasanız batildir. sual: bir ata öz sağlığında bir oğluna bir yerdə özünə ev tik demişdir. o da bu evi tikmişdir. İndi ata öləndən sonra digər vərəsələr o torpaqdan irs aparırlar, ya yox? cavab: Əgər torpağı ona bağışlayıbsa, heç kimin onu narahat etməyə hakkı yoxdur. qalanları ondan irs aparmır. sual: qadın ərinə, yaxud əksinə olan hədiyyə əcnəbiyə olan hədiyyə hökmündədir ki, qaytarıla bilsin? cavab: bəli, əqva hökmə əsasən əcnəbiyə verilən hədiyyə hökmündədir. nə qədər ki, əsl mal qalırsa, geri ala bilərlər. sual: qadın ərinin icazəsi olmadan öz malından bir kəsə hədiyyə verə bilərmi? cavab: bəli, hətta əgər kişi qadağan etsədə verə bilər. sual: sədəqə və hədiyyə arasında fərq nədir? cavab: hədiyyə odur ki, bir şeyi təmənnasız məhəbbət və dostluq yaratmaq qəsdi ilə bir nəfərə verirlər. qürbət və savab qəsdi onda şərt deyil. amma sədəqə odur ki, bir şeyi savab və qürbətən iləllah üçün təmənnasız bir şəxsə versinlər. sual: bir şəxs bir pulu sədəqə qəsdi ilə kənara qoyub, hələ fəqirə verməmişdir. onu götürüb xərcləyib, ikinci dəfə onun yerinə sədəqə verə bilərmi? cavab: bəli caizdir. sual: bir şəxs bir pulu sədəqə verəndən sonra peşiman olmuşdur. onu geri ala bilərmi? cavab: xeyr. sədəqəni fəqirə verəndən sonra fəqirin rəhmli olmaması yaxud verilən malın mövcud olmasına baxmayaraq onu geri ala bilməzlər. hƏdİyyƏnİn ŞƏrtİsual: hədiyyə edəndə xüsusi şərt mötəbərdir? cavab: bəli, hədiyyə o surətdə səhihdir ki, hədiyyə edən aşağıdakı şərtlərə sahib olsun: 1. həddi-buluğ 2. aqil. 3. malik ya ixtiyar sahibi olsun. deməli başqasının malını onun icazəsi olmadan hədiyyə etmək caiz və səhih deyil. 4. səfeh ya şəriət hakimi tərəfindən hüququndan məhrum edilmiş, yaxud malından istifadəsi qadağan edilmiş olmasın. 5. hədiyyə qəsd və ixtiyar üzündən olsun. bəs məcburiyyət üzündən hədiyyə olsa, səhih deyil. sual: Ölüm ayağında olan hədiyyə səhihdirmi? cavab: bəli, ən güclü rəyə əsasən səhihdir, hərçənd üçdə birindən artıq olsa da. sual: dünyaya gəlməyən uşağa hədiyyə etmək səhihdir? cavab: xeyr, səhih deyil. sual: hədiyyənin həqiqiləşməsində qəbul lazımdırmı? cavab: bəli, tərəfin qəbulu lazımdır. Əgər qəbul etməsə hədiyyə vaqe olmaz. sual: bir şəxs öz malını kiçik oğluna hədiyyə etmişdir. bu hədiyyə səhihdirmi? cavab: Əgər ata yaxud ata babası bir şeyi öz malından kiçik oğluna hədiyyə etsə, bu surətdə hədiyyə səhih olar ki, özləri hədiyyəni kiçik uşaq tərəfindən onun üçün qəbul və təhvil alsınlar. həmçinin onlardan başqası uşağa hədiyyə etsə ata ya babası uşaq tərəfindən hədiyyəni qəbul və təhvil alsa hədiyyə səhihdir. Əks halda hədiyyə batil və mal hədiyyə edənin mülkündə qalır. sual: borcluya borcun hədiyyə olunmasında qəbul şərtdirmi? cavab: bəli, hədiyyənin səhihliyində mütləq şəkildə qəbul şərtdir. buna əsasən borclu hədiyyəni qəbul etməsə hədiyyə batildir. həmçinin borc borclunun öhtəsində qalır. hƏdİyyƏnİn ŞƏraİtİsual: borcun hədiyyəsi borcludan başqasına səhihdirmi? cavab: xeyr, səhih deyil. sual: mənfəəti hədiyyə etmək səhihdirmi? cavab: xeyr, mənfəəti hədiyyə etmək səhih deyil. hədiyyədə hədiyyə olunan əsl malın mövcud olması şərtdir. sual: bir şəxs bir nəfərdən tələbkar olduğu şeyi ona hədiyyə etmişdir. bu hədiyyə səhihdir? səhih olduğunu fərz etsək, sonradan qaytara bilər? cavab: borc sahibinin borcu borcluya hədiyyə etməsi səhihdir. borclunun öhdəsindən borc götürülür və hədiyyə edən şəxs qaytarmağa hakkı yoxdur. sual: bir şəxs öz malını bir nəfərə bağışlayıb, lakin ona təhvil verməyib. peşiman olduğu surətdə onu təhvil verməyə bilər, ya gərək təhvil versin? Övlada hədiyyə necə? cavab: Ümumi halda hədiyyədə almaq və təhvil vermək şərtdir. buna görə suala əsasən almaq baş tutmadığından hədiyyə həqiqiləşmir. Övlad və qeyriləri arasında bir fərq yoxdur. buna əsasən hədiyyə edən malı təhvil verməyə bilər. hƏdİyyƏnİ almaqsual: hədiyyə edəndən sonra gərək dərhal yerinə yetirilsin? yaxud bir müddətdən sonra təhvil versələr kifayət edər? cavab: almaq və təhvil verməkdə tələsmək şərt deyil. sual: ata əlində olan bir şeyi kiçik uşağına hədiyyə etdikdə qəbzə ehtiyac varmı? cavab: qəbzə ehtiyac yoxdur. lakin ehtiyat budur ki, vəli hədiyyə edəndən sonra və uşağın tərəfindən hədiyyəni qəbul edəndə qəbz almaq qəsdi etsin. sual: bir şəxs öz mülkünü başqa bir nəfərə hədiyyə etmişdir. ona təhvil verməmiş vəfat etmişdir. bu mülk hədiyyə edənin vərəsələrinin mülkü yoxsa hədiyyə olunanındır? Əgər öz övladına hədiyyə etsə, lakin ona təhvil verməmiş vəfat etsə, necə? cavab: Ümumi halda əgər hədiyyə edən hədiyyəni təhvil verməmişdən əvvəl vəfat etsə, hədiyyə batil olur. həmin mal hədiyyə edənin vərəsələrinin malına çevrilir. Övladına yaxud başqasına hədiyyə etməkdə bir fərq yoxdur. eyni qayda ilə əgər tərəf hədiyyəni qəbul etməmiş vəfat etsə, hədiyyə batil olur. onun vərəsəsi onun maliki olmur. hədiyyə olunmuş mal hədiyyə edənin mülkündə qalır. sual: bir şəxs öz malını qohumlarından birinə hədiyyə edib, bir hissəsini ona təhvil vermişdir. qalanını verməyə bilərmi? cavab: bəli, vermədiyi hissəyə nisbətdə ixtiyar sahibi olduğundan təhvil verməyə bilər. hƏdİyyƏyƏ qayitmaĞin dÜzgÜn ŞƏrtlƏrİsual: bir şəxs öz mülkünü böyük qardaşına bağışlayıb onun istifadəsinə qoymuşdur. lakin bir müddətdən sonra peşiman olub həmin mülkü öz malı kimi satmışdır. bu əməl və alver səhihdirmi? cavab: verilən suala əsasən qohuma hədiyyə və təhvil verildiyindən onu geri almağa hakkı yoxdur. buna əsasən qeyd olunan alver başqasının işinə qarışmaqdır. onun səhih olması hədiyyə olunan şəxsin imzasına aiddir. Əgər təhvil almaqdan əvvəl satılmışdırsa, hədiyyədən qayıtmaqdır və alver səhihdir. sual: hədiyyə edən bağışladığı malı geri ala bilərmi? cavab: bəli, öz malını geri ala bilər. aşağıda qeyd olunan hallarda geri ala bilməz: 1. Öz malını qürbətən iləllah və savab qəsdi ilə bağışlamış olsa; 2. hədiyyənin əvəzində bir şey almış olsa; (Ürfən “ hibeyi muəvvəzə deyilir. 3. qohumlar və yaxınlarından birinə hədiyyə vermiş olsa; 4. hədiyyə etdiyi mal öz əsl halında qalmamış olsa. məsələn hədiyyə etdiyi parçanı kəsmiş, ya rəngləmiş, yaxud tələf etmiş və yaxud da başqasına bağışlamış olsa; 5. tərəflərdən biri vəfat etmiş olsa. bəs əgər hədiyyə edən vəfat etsə onun vərəsəsi hədiyyə olunmuş malı geri ala bilməz və həmçinin hədiyyəni qəbul edən şəxs vəfat etsə hədiyyə edən geri qaytara bilməz. hədiyyə olunmuş mal vərəsənin malına çevrilir. sual: bir şəxs bir nəfərdən tələbkardır. tələbini ona bağışladığını dedikdə o da qəbul etdiyini demişdir. bir neçə gündən sonra peşiman olsa, şəri cəhətdən qaytarmağa və tələb etməyə hakkı vardır? cavab: Ümumi halda insan öz tələbkar olduğu malı borcluya bağışlasa, borclunun öhtəsindən borc götürülür. tələbkar geri qaytara bilməz. |