Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: dünyadan köçmüş bir şəxsin imzasız vəsiyyətnaməsi qalmışdır. vərəsənin vəsiyyətnamə məzmununun icrasına nisbətdə vəzifəsi nədir?

cavab: Əgər o yazının onun vəsiyyətnaməsi olduğuna xatircəmdirlərsə, imzasız olduğuna baxmayaraq gərək ona uyğun əməl etsinlər.

sual: vəfat edən bir şəxsin bir miqdar pulu mənim yanımda əmanətdir. mən də onun xums, zəkat və sair borcu olduğunu, vərəsələrinin bunu verməyə hazır olmadığını bilirəm. Əgər bu məbləği onlara versəm ya başa düşsələr özləri üçün sərf edərlər. meyyitin borcunu əda etməzlər. onlara məlumat vermədən onu meyyitin borcu əvəzinə ödəyə bilərəmmi?

cavab: meyyitin borclu olduğunu və vərəsələrinin onun borcunu ödəməyə hazır olmadığını bildiyiniz halda onun borcunu ödəyə bilərsiniz. vərəsələrə məlumat vermək lazım deyil. amma ehtiyat odur ki, meyyitin borcunu ödəmək şəriət hakiminin icazəsi ilə olsun.

sual: bir şəxs ölümündən sonra onun üçün bir sıra əməllər yerinə yetirməyi vəsiyyət etmiş və öz əmlakından bir miqdarını da o əməllər üçün nəzərdə tutmuşdur. onun vəfatından sonra əmlakın qiyməti artdığından onun vəsiyyətinə əməldən sonra bir miqdar artıq qalmış qalmışdır. xahiş edirik bəyan edin ki, bu miqdar kimə aiddir?

cavab: Əgər vəsiyyətin hamısına əməl olunubsa, artıq qalan miqdar gərək irsin hökmlərinə uyğun vərəsələr arasında bölünsün.

vƏsİyyƏtİn sabİt olmasi

sual: bir şəxs vəfat etmişdir. onu kiçik oğlanları evdən başqa qalan mallar bizə aiddir deyirlər. Çünki, ata vəfatından əvvəl anaya və qardaşlardan birinə deyib ki, mallar bunların, beş yüz min tümən pul ananın olsun. vəsiyyətnamə olmadığı halda bu sözü qəbuldurmu?

cavab: Şifahi vəsiyyətin olmağına yəqinlik olsa və vəsiyyət malının üçdə birindən artıq olmasa, gərək vəsiyyətə əməl olunsun. Əgər üçdə birindən artıq olsa, artığı üçün vərəsənin icazəsinə ehtiyac var. amma əgər onun şifahi vəsiyyəti yəqin olmasa təkcə vərəsələrdən bəzilərinin iddiası sabit olmur.

sual: İki oğlumla düzəltdiyim bir torpaq sahəsi varımdır. vəsiyyətnaməmdə hər qızım üçün əlli min tümən pul və qalan malları bu iki oğlum üçün yazmaq istəyirəm. bunun bir maneəsi varmı?

cavab: daha yaxşıdır ki, iki oğlan üçün istədiyinizi sağlığınızda onlara verin. Əks halda əmlakın üçdə birindən artıq vəsiyyət olan surətdə bütün vərəsələrin icazəsinə ehtiyac vardır.

sual: bir şəxs malının üçdə birindən onun üçün iyirmi il namaz və oruc üçün əcr tutulmasını və malının üçdə birindən müəyyən məbləği kiçik oğluna verməyi vəsiyyət edir. İndi malın üçdə biri bunların hər ikisinə kifayət etmirsə, hansını əvvəl yerinə yetirmək lazımdır?

cavab: zahirən namaz və oruc qabaqdır.

vƏsİyyƏtƏ ƏmƏl etmƏmƏk

sual: bir şəxs bir torpağı vəsisinə vəsiyyət edir ki, onunla həccə getsin. vəsi olan şəxs bu vəsiyyətə əməl edib həcci yerinə yetirmişdir. amma vərəsə qeyd olunan torpağı vəsi olan şəxsə verməyi imtina edir. onların bu yerdən istifadə etmələrinin hökmü necədir? onların əlində olan müddətin icarə hakkını vermək vacibdirmi?

cavab: torpaq vəsiyyət miqdarında olubsa və vərəsələr də torpağın müqabilində bir kəsin vəsiyyətə əməl etməsinə razılıq veriblərsə, şərii cəhətdən torpaq həccə gedən şəxsindir. ondan başqa istifadə qəsb sayılır. gərək qəsb etdikləri müddətin icarə hakkını onun malikinə ödəsinlər.

sual: bir şəxs malının üçdə birindən və körpü düzəltmək xərclərinə sərf etməyi vəsiyyət edir. məscidin daxilində olan və məscidə yapışan kitabxananı təkmilləşdirmək üçün bu puldan istifadə etmək olar, ya yox?

cavab: gərək vəsiyyətə uyğun məscid və körpü düzəltməyə sərf olunsun. kitabxana düzəltməyə sərf etmək vəsiyyətin xilafınadır və caiz deyil.

vƏsİyyƏtİ dƏyİŞmƏk

sual: bir şəxs övladı olmadığından bütün var dövlətini qardaşı oğluna vəsiyyət edir. sonradan arvadının heç kimi olmadığından peşiman olur, yerli əhalidən bir neçə nəfər çağırıb malını həyat yoldaşı üçün və həyat yoldaşının vəfatından sonra rozaxanlıq xərcləri üçün vəsiyyət etmişdir. birinci vəsiyyətin batil olduğunu bildirmişdir. bu surətdə həyat yoldaşı hakkında etdiyi ikinci vəsiyyət qüvvədədir, ya yox?

cavab: Əgər ikinci vəsiyyət məlum olsa, gərək ona uyğun əməl olunsun. verilən suala əsasən əgər digər vərəsələr bu vəsiyyətə imza etməyiblərsə, gərək əvvəldə meyyitin malının üçdə biri arvadının ixtiyarına qoyulsun və daşınan əmlakdan dörddə biri də gərək ona verilsin.

sual: bir şəxs ölümündən bir neçə il əvvəl qeyri-rəsmi vəsiyyət edib bir nəfəri öz vəsisi qərar vermişdir. amma sağlığında vəsiyyət etdiyi əmlakı satışa qoymuş və bir miqdarını satmışdır. bu vəsiyyət öz qüvvəsində qalırmı? və vəsi olan şəxs vəsiyyət edənin vəfatından sonra vəsiyyətnaməyə əməl edə bilərmi?

cavab: zahir budur ki, vəsiyyət etdiyi maldan hər nə qədər qalıbsa, gərək vəsiyyətə uyğun əməl olunsun.

vƏsİyyƏtİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: bir şəxs öz sağlığında, öz evim vəfatımdan sonra vəqf olunmuş demişdir. bu vəqf sayılır, yaxud üçdə birindən artıq olan sair vəsiyyətlər kimi varislərin icazəsinə ehtiyac var?

cavab: sair vəsiyyətlər hökmündədir.

sual: bir şəxs iki nəfəri birlikdə öz malının üçdə birini isdədikləri yerə sərf etməkdən ötrü vəsi qərar verir. vəsilərdən biri malın üçdə bir hissəsini öz adına sərf etmək istəyir. halbuki , digər vəsi buna razı deyil. bu iş caizdirmi?

cavab: vəsiyyətə uyğun gərək hər ikisi birgə razılıqla malın üçdə birini sərf etsinlər. onlardan biri təklikdə sərf edə bilməz. gərək həmin malı öz mülkləri üçün yox xeyriyyə işlərinə xərcləsinlər.

sual: vəsi vəsiyyət edənin vəfatından sonra özünü kənarlaşdırıb, vəsiyyət işini başqasının öhdəsinə qoya bilərmi?

cavab: kənara qalmaq hakkı yoxdur. həmçinin vəsiyyəti başqasının öhdəsinə qoya bilməz. lakin bəzi işlərin yerinə yetirilməsində kimi isə vəkil tuta bilər.

sual: Əgər qızını ərə verən bir şəxs vəsiyyətnaməsində -cehizlərdən əlavə filan malı hakk kimi ona vermişəm, daha irs hakkı yoxdur, -qeyd etsə məsələnin hökmü necədir?

cavab: səhih deyil, bəlkə qızın irs hakkı öz qüvvəsində qalır.

sual: mən qardaşımın torpaq sahəsindən gələn məhsulunu xeyriyyə işlərinə sərf edən vəsisiyəm. o mənə vəsiyyət etmişdir ki, məndə onun kimi vəsiyyət edəm. amma qorxuram ki, mənim vəsiyyətimə əməl etməsinlər. həmin torpağı satıb xeyriyyə işlərinə sərf edə bilərəmmi?

cavab: Əgər dindar və qüvvətli bir vəsi seçməklə vəsiyyəti davam edə bilərsinizsə, vəsi seçməyiniz lazımdır. Əgər vəfatınızdan sonra vəsiyyətinizə əməl olunmayacağına yəqinliyiniz varsa, onu satıb xeyriyyə işlərinə sərf edə bilərsiniz.

sual: bir qadın səhih və ağıllı şəkildə qardaşını özünün vəsisi və ərini isə vəsiyyətnaməsinə uyğun əməl etməkdə vəkil qərar verib vəsiyyət etmişdir. qadının vəkili olan əri xəbərsiz olduğundan və ona məlumat verilmədən vəsiyyət olunduğundan bu vəsiyyəti qəbul etməyib batil sayır. vəzifə necədir?

cavab: verilən suala əsasən əgər vəsiyyət sabit olsa və ərinin məlumatsız olduğuna baxmayaraq lazım ehtiyata əsasən öhdəsində olan əməli yerinə yetirməli və rədd etməməlidir. lakin irs payına nisbətdə üçdə birindən artığına imza atmaya bilər.

nƏzr

nƏzrƏ aİd olan mƏsƏlƏlƏr

sual: İdman etməyi nəzr etmək olarmı?

cavab: müsbət və faydalı  olan yerlərdə maneəsi yoxdur.

sual: siqareti tərk etməyi nəzr etmək olarmı?

cavab: nəzr edə bilər.

nƏzrİn sİĞƏsİ

sual: mən əgər səfərdə olanım salamat qayıtsa, allah yolunda bir qoyun kəsib fəqirlərə verərəm demişəm. bu nəzr səhihdirmi?

cavab: bəli, səhihdir. nəzr siğəsi gərək dildə deyilsin, ürəkdə qəsd etmək kifayət deyil.

sual: bir şəxs bir neçə xalçanı xüsusi ilə məscidə nəzr etmiş və məscidə təhvil verməyə gətirdikdə həmin məscidin xalçaya ehtiyacı olmadığını başa düşmüşdür. indi həmin xalçaları ehtiyacı olan digər məscidə vermək caizdirmi?

cavab: Əgər o məscidin gələcəkdə də həmin xalçalardan istifadə etməyə ehtiyac və ümüdi olmasa qeyd olunan nəzrə əməl etmək lazım deyil. nəzr edən ixtiyar sahibidir.

sual: bir şəxs bir məbləğ pulu bir nəfərə verməyi nəzr edir, amma o şəxs bunu qəbul etmirsə, nəzr edənin vəzifəsi nədir?

cavab: Əgər nəzri qəbul etməmək ümumiyyətlə nəzr olan şeyi qəbul etməməkdirsə, bu surətdə nəzr ləğv olunur. ona əməl etmək vacib deyil. amma əgər xüsusən bu şəxsin özündən qəbul etmirsə, nəzr edənin vəzifəsi budur ki, həmin məbləği hər yolla olsa, tanınmayan şəxsin vasitəsiylə ya onun malına qatmaqla və yaxud onun evinə atmaqla ona çatdırsın. mümkün olmasa nəzr ləğv olur və vəzifə götürülür.

sual: bir şəxs müəyyən gündə oruc tutmağı nəzr edir, lakin qeyri-zəruri bir səfər qarşıya çıxır. səfərə çıxıb həmin günü nəzr orucunu tutmamaq caizdirmi?

cavab: bəli, caizdir. amma gərək sonradan o günün orucunu qəza etsin.

sual: nəzr edən şəxs nəyi nəzr etdiyini şəkk edir. xahiş edir aşağıda yazılanlara nisbətdə onun vəzifəsini bəyan edin:

1)        hansı şeyi nəzr etdiyi unutmuşdur.

2)        İki iş arasında, hansını nəzr etdiyində tərəddüd edir.

cavab: 1) Əgər bilmirsə, onda onun yaşadığı vilayətdə camaat adətən xüsusi nəzr etdiyi şeyi o da nəzr etsin. Əgər fərqli bir şey olmasa nəzrə əməl etmək qüdrəti olmadığından onun nəzri götürülür və vəzifəsi yoxdur. Əgər sonradan yadına gəlsə, nəzərinə əməl etsin.

3)        İkinci halda əgər az ya çox arasında tərəddüdlü olsa, məsələn, fəqirə yüz ya iki yüz tümən verməkdə tərəddüdə qalsa, aza kifayətlənib yüz tümən versin. amma iki fərqli iş arasında, məsələn, sədəqə vermək yaxud roza oxumaq tərəddüdlü olsa, ehtiyata əsasən hər iki işi yerinə yetirsin.

sual: Əgər imamzadəyə olunan hədiyyə və nəzrlər oranın xərclərindən artıq olsa, onu həmin imamzadənin nəvə-nəticələri arasında bölüşdürmək olarmı?

cavab: bəli, əgər o imamzadənin nəvə-nəticələri şiə və fəqir olsalar, verilən suala əsasən maneəsi yoxdur.

sual: bir şəxs müəyyən bir qoyunu müəyyən gündə kəsib f əqirlərə yaxud aşura günü əzadarlar üçün kəsməyi nəzr etmişdir. lakin etdiyi nəzrin xilafına əməl edib qoyunlara başqa gündə kəsib özü istifadə etmişdir. onun vəzifəsi necədir?

cavab: verilən suala əsasən nəzr onun səhih şərtləri ilə bağlandığı üçün bilərəkdən onun xilafına əməl etdiyindən gərək nəzri sındırmağın kəffarəsini versin.

sual: bir erkək heyvanı qurbanlıq nəzr etmişəm, onu dişi heyvana (bəhər tutmaq üçün) yaxınlaşdıra bilərəmmi? qeyd olunan əməl heyvanın arıqlaşmasına səbəb olmasını da nəzərə alaq.

cavab: verilən suala əsasən heyvanın naqis olmasına səbəb olduğundan nöqsanı vardır.

nƏzrƏ ƏmƏl etmƏyİn vacİblİyİ

sual: bir şəxs aşura günü on qoyun qurban etməyi nəzr edibsə, onlara məhərrəmlik ayı davam etdikcə qurban kəsə bilərmi?

cavab: aşura günü kəsməyi nəzr etdiyi üçün nəzrinə vəfa etməsi lazımdır.

sual: İnəyin dörddə birini və o balalarını həzrəti Əbəlfəzl abbas əleyhissalam yolunda nəzr etmişəm. mənim nəzrimin vəfası vacibdir? Əgər nəzrə vəfa etmək vacibdirsə, onu necə sərf etməliyəm?

cavab: Əgər şərii nəzr etmisinizsə, vəfa etmək vacibdir. ona vəfa etmək bu qayda ilədir ki, həzrəti Əbəlfəzl abbas əleyhissalamın payını onun niyyəti ilə yemək verin, yaxud fəqirlərə verin.

sual: bir şəxs əgər bundan sonra siqaret çəksəm, üç ay oruc tutaram deyib nəzr edir. gərək üç ay orucu dərhal tutsun, ya ildə on gün tutmaqla tamam edə bilərmi?

cavab: maneəsi yoxdur, amma əgər o müddətə qədər sağ qalmağına yəqinliyi olmasa, gərək tələssin və nəzrə vəfa etməkdə diqqətsizlik etməsin.

sual: bir şəxs ardıcıl səkkiz məclis roza oxumağı nəzr edib. bir məclis yaddan çıxardıbsa, vəzifəsi necədir?

cavab: Əgər mütləq nəzr edibsə, gərək ehtiyata əsasən səkkiz məclisi ardıcıl oxusun. Əgər qeyd gətiribsə, ehtiyata əsasən gərək fasilə vermədən bir məclis əlavə etsin.

sual: Əgər müəyyən gündə oruc tutmağı nəzr etsə, amma o gündə oruc tutmayıb sonra orucu tutsa kəffarəsi nə qədərdir?

cavab: Əgər bilərəkdən nəzrə əməl etməsə, nəzrə xilaf çıxdığından öhdəsinə kəffarə gəlir. Əməl etməyə qüdrəti olan, bilərəkdən boyun qaçırdıb nəzrə əməl etməməyin kəffarəsi iki ay ardıcıl oruc tutmaq ya altmış fəqirə yemək vermək yaxud bir qul azad etməkdir.

nƏzrİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: qadın əri olmadan ya ərinə məlumat vermədən yaxud onun razılığı olmadan nəzr etsə, o surətdə ki, nəzr olunmuş mal ərinin ya şərik və ya qadına aid olan maldan olmuş olsa, (o cümlədən irs və ya ərindən alan işin əcri) hansı surətdədir.

cavab: qadının nəzri ərinin hüquqlarına mane olursa, onun icazəsi olmadan nəzr etmək batildir. Əgər mane olmasa ehtiyat vacib odur ki, malın qadına aid olmasına baxmayaraq xüsusi ilə nəzr olunmuş malda ərinin icazəsi olmalıdır.

sual: camaat məhərrəmin on günlüyündə həzrəti İmam hüseyn əleyhissalama bəzi şeylər nəzr edirlər. o cümlədən qənd, şəkər, çay, un, kimi şeyləri məscid ya hüseyniyyənin məsullarına təhvil veriblər. rozaxanlığa lazım olan miqdardan artıq qalır. Əgər onları aşuraya qədər saxlamaq istəsələr, xarab olub aradan gedəcəksə, onları şərii cəhətdən ehtiyacı olan adama vermək olarmı? yaxud satıb hüseyniyyənin ehtiyaclarına sərf edə bilərlərmi? və yaxud onları başqa vaxt sair rozaxanlıqlarda istifadə etsinlər? yaxud da onların pulunu gələn il məhərrəmlik ayında həmin şeylərdən almaq üçün saxlasınlar? bu haqda mübarək nəzərinizi bəyan edin.

cavab: Əgər qeyd olunan şeyləri məhərrəmliyin on günlüyündə sərf etmək üçün verirlərsə və həmin ilin məhərrəmliyində istifadə etməyi qeyd etməyiblərsə, artıq qalan malı əgər mümkündürsə, saxlasınlar. Əgər mümkün deyilsə, satıb pulunu gələn məhərrəmliyin on günlüyündə sərf etsinlər. Əgər həmin ilin məhərrəmliyinin on günlüyündə istifadə üçün gətiriblərsə, başqa yerdə istifadə etmək üçün gərək gətirənlərdən icazə alsınlar.

sual: İmamzadəsi olan bəzi şəhərlərdə zəvvarlar onların qəbirlərinə pul tökürlər. pullardan bir miqdarı imamzadənin  özünə sərf olunur. artıq qalan hissəni aşağıda qeyd olunan yerlərə sərf etmək caizdirmi?

1.            məscid tikmək. 2. məscidi təmir etmək. 3. yarımçıq məscidi tamamlamaq. 4. məscidi zinətləndirmək. 5. məscidin yerini döşəmək. 6. məscidin qapılarına. 7. məscidin kondisionerlərinə. 8. hüseyniyyələrin xalça və təmirlərinə.

cavab: İmamzadənin xərclərini istisna edəndən sonra adı çəkilən yerlərə xərc etməyin maneəsi yoxdur.

and İÇmƏk

sual: aşağıda qeyd olunan yerlərdə and içmək səhihdirmi?

1)           bir şəxs xəstəliyinə faydalı olan bir dərmanı yeməyəcəyinə and içsə.

2)           qohumlarından bəziləri ilə rabitəni kəsməyə and içsə.

cavab: Ümumiyyətlə and içmək və nəzr etmək gərək anda və nəzrə aid olan şərii bir iş və ya faydalı olmuş ola. buna əsasən əgər bir şəxs şəriətə müvafiq olmayan və haram iş üçün and içsə, içdiyi and əsassızdır. bunun üçün də qeyd olunan yerlərdə içilən anda riayət etmək lazım deyil. dərmanı içib və qohumlarsız sileyi-rəhm edə bilərsiniz.

sual: Əgər bir şəxs bir işi yerinə yetirməməyi and içsə, sonra o işi yerinə yetirib kəffarə versədə, kəffarə verəndən sonra ikinci dəfə o işi yerinə yetirsə, gərək kəffarə versin?

cavab: xeyir. sualın qoyuluşuna əsasən ikinci dəfə kəffarə vermək vacib olmur.

kƏffarƏlƏr

sual: mən kəffarələri yığıb ehtiyacı olan şəxslərə çatdırıram. onun hökmünü bəyan edin:

cavab: Əgər siz vucuhat sahiblərinin vəkaləti ilə un alıb fəqirlər arasında paylasanız nöqsanı yoxdur. verilən kəffarələr arasında bilərəkdən iftar edən və bu kimi kəffarələr ayrı-ayrı şəxslərə çatdırmaq üçün verilmiş olsa, onları ayırıb müəyyən şəri sərf etməyə uyğun fəqirə vermək lazımdır.

sual: Əgər kişi öz həyat yoldaşının kəffarəsini savab babından versə, qadının öhdəsindən götürülürmü?

cavab: kəffarəni ödəmək qadının özünə vacibdir. sağ olan vaxtı onun tərəfindən savab babından ödəməyin kifayət və düzgünlüyü müşküldür. lakin kişi həyat yoldaşının icazəsi ilə versə, zahirən işkalı yoxdur və kifayət edər.

sual: buyurmusunuz ki, ramazanın qəza orucunu tutan bir şəxsin zöhrdən sonra iftar etməsi caiz deyil. Əgər iftar etsə on fəqirə yemək versin. sualımız budur ki, əgər bir şəxs qeyri ramazan orucunu savab ya isticarə tutsa, necədir?  Əgər iftar etsə, gərək kəffarə də verməlidir?

cavab: bəli, ehtiyat vacib budur ki, bu halda zöhrdən sonra iftar etməsin. Əgər iftar etsə, ehtiyat budur ki, kəffarə  versin.

heyvanin baŞinin kƏsİlmƏsİ. kƏsmƏyİn ŞƏraİtİ:

sual: bir qoyunun başını kəsəndən sonra dörd damarın kəsilmədiyi məlum olsa, amma heyvan diridirsə, halal olurmu?

cavab: sualın qoyuluşuna əsasən əgər heyvanın başı bədənindən ayrılmayıbsa, dərhal dörd damarını boyunun aşağısından kəssinlər və qoyun tamami ilə (baş və bədən) halal olur. amma əgər baş bədəndən ayrılmış olsa, iki surəti vardır: Əvvəl odur ki, başı dibdən çənənin altından ayırıblarsa, bu surətdə əgər ruhu bədəndən çıxmamışdan əvvəl dörd damarı ayırsalar, zahirən qoyunun əti halal amma başı haram və murdardır. İkinci surət budur ki, başı hulqumun aşağısından kəsiblərsə və hulqum başın üstündə qalıbsa, bu halda dörd damarı dərhal kəssələr baş halal amma bədən haram və murdar olacaq.

sual: heyvanın başını suvenir bıçaqla kəsmək necədir?

cavab: caizdir.

sual: risalədə qoyunun başını hulqumun aşağısından kəsmək qeyd olunub, yəni çıxıntı baş tərəfdə qalsın. Əgər səhvən çıxıntı ( hulqum) bədən üstə qalsa, qoyun haram olurmu?

cavab: bəli, gərək qoyunun başı çıxıntının aşağısından, hulqumun altından  kəssinlər ki, dörd damar kəsilmiş olsun. xibrə əhli deyirlər ki, əgər başı çıxıntıdan yuxarı hissədən kəssələr, dörd damar kəsilmir və heyvan haram olmur. bu cəhətdən səhv və bilərəkdən olması arasında bir fərq yoxdur. Əgər çıxıntını yuxarısından səhvən də olsa kəssələr, haram olur.

sual: İnək güclü olduğundan onu yerə yıxıb başını kəsə bilmirlər. onu ayaq üstə üzü qibləyə kəsmək olarmı?

cavab: bəli.

sual: İnəyi kəsməmişdən əvvəl onu ağacla ya  daşla vurub hissiz edib sonra başını kəsə bilərlərmi?

cavab: heyvanı hissiz etmək üçün vurmaq caiz deyil.

sual: heyvanın başını kəsiblər və heyvan da ölmüşdür. sonradan dörd damardan bir miqdarı məsələn, dörddə biri ya üçdə biri  yaxud yarısı bədəndə qalmış olduğu məlum olsa, heyvan pakdırmı? onu yemək caizdir, ya yox?

cavab: caiz deyil,  meyyit  hökmündədir.

sual: bir toyuğun başın iti bıçaqla kəsiblər, toyuq diri olan halda dörd damar bədən üstə qalmışdır. toyuq diridirsə, dörd damarı kəsə bilərlər, ya yox?

cavab: Əgər heyvan diri olan halda dörd damarı kəssələr, halal olur. amma şərii qaydaya əsasən kəsilmədikdən əvvəl baş bədəndən ayrıldığı üçün haramdır.

dƏstgah vasİtƏsİ İlƏ kƏsmƏk

sual: elektrik avadanlıqları vasitəsi ilə kəsilən qoyun və toyuq ətindən istifadə etmək caizdirmi?

cavab-1 Əgər vasitə dəmir növündən olsa, amma onun hərəkəti elektriklə olub qiblə və bismillah kimi şərtlərə riayət olunmaqla maneəsi yoxdur.

cavab-2  ondan istifadə etməyin maneəsi yoxdur.

sual: bəzi sexlərdə dəstgahla və kütləvi şəkildə heyvan kəsilir, bu barədə nə buyurursunuz?

cavab: Ölkənin sallaqxanaları şərii qaydalara riayət etdiyindən işdə bir müşkül yoxdur. kütləvi şəkildə dəstgahla sair mötəbər şərtlərə riayət etməklə maneəsi yoxdur.

xarİcİ ÖlkƏlƏrdƏn gƏtİrİlƏn ƏtlƏr

sual: qeyri-islam ölkələrindən gətirilən balıq, toyuq, qoyun və inək kimi əti halal olan heyvanların əti kəsilən zaman allahın adı və üzü qibləyə şərtlərinə riayət olunmursa, halaldırmı? Əgər maneəsizdirsə, nə üçün həmin ölkədə belə ətlərə rast gələndə haram hökmündə olur?

cavab: Ölkə vasitəsiylə gətirilən ətlər dövlətin göndərdiyi müsəlmanın dəxalət və nəzarəti ilə kəsilir. buna əsasən nöqsanı yoxdur. amma o ölkələrdə öz əlləri ilə kəsilənlər haram hökmündədir. məgər ki, kəsənin müsəlman olduğu sabit olsa. xüsusi ilə balığın əgər pulcuqlu olduğu, sudan diri tutulduğu və kənarda can verdiyi və ya balıqçıların torunda öldüyü sabit olsa, halaldır. baxmayaraq ki, onu tutan müsəlman deyil.

heyvanin baŞin kƏsmƏyİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: Əti halal olan heyvanı kəsməmişdən əvvəl ağrı az hiss etsin deyə keyəldici iynə yaxud başqa şeylə hissiz etmək olarmı?

cavab: bir nöqsanı  yoxdur.

sual: kəsməyi mümkün olmayan əhli heyvanı yəni başın kəsməyə bıçaq və sair vəsilələr olmasa, səhra ovu zamanı istifadə edilən iti oxla vurmaq olarmı?

cavab: Əgər həmin oxun vasitəsi ilə dörd şah damarı kəssələr və lazım olan sair şəraiti qorumaqla halal olacaq.

sual: Əgər vəhşi heyvan əhli heyvanın bir hissəsini yemişdirsə, hökmü necədir?

cavab: Ölməmiş olsa və onu şərii qaydalara əsasən kəssələr yeyilməsinin maneəsi yoxdur.

sual: Əgər qeyri-müsəlman, bu ət islam göstərişlərinə uyğun kəsilmişdir desə qəbul oluna bilərmi?

cavab: Əgər müsəlmanların bazarından alınmış olsa kifayətdir.

sual: Əgər o qədər də etimad olunmayan müsəlman ətin islam göstərişlərinə uyğun kəsildiyini iddia etsə, qəbul etmək olarmı?

cavab: qəbul etmək olar.

yemƏlİlƏrİn vƏ İÇmƏlİlƏrİn hÖkmlƏrİ

sual: adətən diş çəkiləndən sonra bir müddət qan axma davam edir. qanla qarışmış olan ağız suyunu udmaq caizdir?

cavab: qan və qanlı su gərək içilməsin. məgər ki, zərurət miqdarında ya ağız suyuna qarışmış olsa və aradan getsə işkalı yoxdur.

sual: Əgər balığın qarnında başqa bir balıq olsa, onu yeməyin hökmü necədir?

cavab: hər ikisi halaldır və onları yeməyin nöqsanı yoxdur.

sual: kafir ölkələrdən gətirilən balıq konservləri halaldırmı?

cavab: pulcuğu olan balıq növündən olması insan vasitəsiylə sudan diri çıxardıldığı və ya balıq toruna düşdüyü sabit olsa, maneəsi yoxdur. Əks halda halal deyil.

sual: risalədə yazılmışdır ki, heyvanın başın kəsən zaman heyvanın bədəninin qabaq tərəfi yəni üzü, bıçaq yeri və qarnı üzü qibləyə olsun, lakin Əhli-təsənnilər heyvanın başın kəsən zaman qoyunun alnını qibləyə tərəf bədənini isə qibləyə qərar vermirlər və bu cür kəsməyi halal bilirlər. sualımız budur ki, onları yemək bizim üçün hansı hökmdədir?

cavab: suala əsasən hökmü bilməməzlikdir ki, kəsilən heyvan halal olur. buna əsasən yeməyin nöqsanı yoxdur.

sual: müsəlmanları azlıq təşkil edən ölkələrdə bir qrup müsəlman halal ət satdıqlarını iddia edirlər. amma onların arasında haram əti halal adıyla  satırlar. Əti yeməkdən çəkinmək vacibdirmi?

cavab: Əgər müsəlmandan alırlarsa, səhih hökmündədir. müsəlmanın əti kafirdən aldığını bilsələr səhih deyil. bu barədə təhqiqat aparmaq lazım deyil.

sual: suda olan üzüm dənələri suyla birlikdə qaynamışdır. o suyu içmək və üzüm dənələrini yeməyin hökmü necədir?

cavab: suyun üzüm dənələrinin içində qaynayıb-qaynamadığına şəkk olsa onları yeməyin maneəsi yoxdur.

sual: spirtli içkiləri məstlik və zərərə səbəb olmadığını bilib az miqdarda olsa da içsələr haramdırmı?

cavab: spirtli içkiləri içmək mütləq şəkildə haramdır. az, çox və zərərin olub-olmaması arasında bir fərq yoxdur.

sual: a) ehtiram və təşrifat adıyla bir süfrədə araq qoyulmuş olsa, amma heç kimin onu içmədiyini bildiyimiz halda bu süfrədə oturmaq caizdirmi?

b)    Əvvəlcədən şərab qoyulmayan süfrəyə sonradan müəyyən bir şəxs üçün gətirilsə və digərləri üçün gətirilməsə şərii vəzifə necədir?

v) xarici təyyarələrdə bəzi sərnişinlər üçün şərab gətirilir. belə vəziyyəti bildiyimiz halda onlarla oturmaq caizdirmi?

q) Ümumi satış dükanlarında yeməli şeylərdən başqa şərab da satılır. o dükanlarda alver və həmçinin orada dayanmaq caizdirmi?

       ğ) xarici ölkələrin restoranlarında bəzi stolların başında şərab qoyulur. amma bəzi stollarda bu qoyulmur. o restoranlara getmək və şərab olmayan stollarda xörək yemək caizdirmi?

cavab: Ümumi halda oturmağın haramlığında səbəb iki cürdür: a) Şərab içmək indiki vəziyyətdə ola.

b) bir süfrəyə aid ola. buna əsasən təşrifat ya satmaq üçün qoyulsa, içilmədiyinə yəqin olan süfrədə orada dayanmağın işkalı yoxdur; həmçinin xarici restoranlarda hər stol müstəqil süfrə hökmündədir, şərab olmayan stolda oturmağın nöqsanı yoxdur. amma bir süfrədə bəzi şəxslər üçün gətirilsə, digərlərinin o süfrə başında oturmağı və oradan bir şey yemələri haramdır.

sual: xəstəliyə düçar olan bir xəstənin həkim nəzərinə əsasən dərmanı şərab içməkdir. onu müalicə etmək üçün içmək caizdirmi?

cavab: Şərab və bütün spirtli içkilər haramlardan sayılır. onlardan istifadə etmək böyük günahlardan sayılır. mütəxəssis və etibarlı həkim nəzərinə əsasən xəstənin müalicəsi bir başa onu içməyə aiddirsə və onu əvəz edən başqa bir dərman olmasa, dərman üçün zərurət miqdarında istifadə edə bilər.

sual: qadın yaxud kişi cinsi qüvvəni öldürmək yaxud özlərini sonsuz etmək üçün dərman içmələri caizdirmi?