|
||||||||||||||||||||
|
cavab: Ümumi halda bədən qüvvəsini aradan aparan və sonsuzluğa səbəb olan hər bir şeyi içmək caiz deyil. sual: Əhli-sünnə ilə birlikdə xörək yeməyin hökmü necədir? cavab: İşkalı yoxdur. sual: Şərab içən, namaz qılmayan pak və nəcisə əhəmiyyət verməyən şəxslərlə birgə xörək yemək və onlarla yoldaşlıq etməyin hökmü necədir? cavab: İslamın zəruri hökmlərini inkar etməsə, islam və pak hökmündədirlər. amma daha yaxşı olar ki, bu adamlarla ünsiyyət olunmasın. məgər ki, onların hidayət olunmasına ümid olsa. sual: bir şəxs üsul və furuuddini bilmir. onun bişirdiyi xörəkləri yemək və onunla bir süfrədə xörək yeməyin hükmü necədir? cavab: Əgər usuliddini qəbul edib, lakin onları təfsilatı və tərtibi ilə bəyan edə bilmirsə pakdır, onunla həmsüfrə olmağın işkalı yoxdur. amma əgər əslən bilmirsə və ondan usuliddindən soruşanda xəbərsiz olduğu zahir olsa həqiqi avamdır, islam hökmündə deyil, bişirdiyi yeməklər və bədən rütubəti ilə əlaqədə olan şeylər nəcisdir. sual: mənim həyat yoldaşım qusla və namaza etinasızdır. onun bişirdiyi xörəkləri yemək hansı hökmdədir? cavab: İşkalı yoxdur. halal vƏ haram ƏtlƏrsual: dovşan əti haramdır? cavab: bəli, haramdır. sual: Əgər balıq suyun altında balıqçının torunda ölsə, halaldır, yoxsa haram? cavab: halaldır. sual: halallıq və haramlıqda balıqların formaları fərq edirmi? cavab: pulcuqlu balıq hər növdə və hər şəkildə olsa, halal və pulcuqları olmayan balıqlar da hər növdə və hər şəkildə olsalar haramdır. sual: Əgər insan inəklə yaxınlıq etsə və ondan dünyaya gələn buzov hansı hökmdədir? cavab: yaxınlıqdan sonra dünyaya gələn buzov vacib ehtiyata əsasən haramdır. sual: yuxarıda verilən suala əsasən əgər vəti olunan zaman heyvanın qarnında olan bala haramdır? cavab: xeyr, haram deyil, yalnız vətidən sonra bağlanan nütfədən əmələ gələn bala vacib ehtiyata əsasən haramdır. kİtabin Əhlİnİn yemƏyİsual: Əhli kitabın xörəyini yemək caizdirmi? cavab: Ətdən başqa qalanlar caizdir. amma qeyri müsəlmanın kəsdiyi heyvanın əti caiz deyil. sual: kitab əhli olan (məsihi, yəhudi və zərdüştlə) xörək yemək caizdirmi? cavab: müşrik olmayan surətdə pakdırlar. onların xörəkləri pak və halal hökmündədir. yemƏlİlƏrİn vƏ İÇmƏlİlƏrİn mÜxtƏlİf mƏsƏlƏlƏrİsual: uşağın yediyi yeməyin artığı yaxud süfrəyə tökülən qırıntıları çöldəki quşlara atmağın işkalı vardır? cavab: İsraf olmayan yerdə maneəsi yoxdur. sual: başqasının evinə daxil olan qonşunun ağacının budağından meyvə dərmək olarmı? cavab: caiz deyil. sual: bazarda satılan həzrəti İmam hüseyn əleyhissalamın mütəhhər türbət torpağını yeməyin hökmü necədir? cavab: xəstə şəfa qəsdi ilə yesə maneəsi yoxdur. sual: sizin siqaret, tiryək və narkotik maddələrdən istifadə etmək haqqında nəzəriniz necədir? cavab: tiryək və narkotik maddələr, əgər ona aludə olmaq zəmini yaradırsa, haramdır. siqareti isə daha yaxşıdır ki, başlamasınlar. qƏsb vƏ oĞurluquŞaqliqda oĞurluqsual: Əgər bir şəxs uşaqlıqda bir nəfərdən bir şey götürsə, həddi buluğ olandan sonra vəzifə nədir? cavab: gərək sahibinə qaytarsın. sual: on il əvvəl bir uşaq gözəl bir əşyanı mağazadan götürüb, indi həddi buluğ olub və həmin əşya mövcud olduğundan – lakin bir qisməti azalıb – onu qaytarmaq istəyir. bir tərəfdən də dükan sahibinin dəyişdiyi ehtimal verilirsə, vəzifə necədir? cavab: təhqiqat etmək lazımdır. dükan sahibini yaxud onun övladlarını tapıb məsələni onlarla aydınlaşdırsın. Əgər müvəffəq olmasa hazırki qiymətlə hesablayıb onun tərəfindən sədəqə versin. sual: Şərii hökmü bilməyən uşaq bir şeyi oğurlayıb, həddi-buluğ olub şərii hökmü biləndən sonra vəzifəsi nədir? cavab: Əgər həmin mal mövcud olsa, gərək onu sahibinə qaytarsın və əgər mövcud olmasa onun mislini yaxud qiymətini ona ödəsin. qƏsbİ malda qİymƏtİn meyarisual: Əgər bir şəxs bir nəfərin malını qəsb ya tələf etsə, sonradan peşiman olub əvəzini ödəmək istəyirsə tələf olan zamanın qiyməti ilə ödəməlidir? cavab: gərək hazırki günün qiyməti ilə hesablayıb ödəsin. qƏsbİn mÜxtƏlİf mƏsƏlƏlƏrİsual: malikin icazəsi olmadan şəxsi ərazi və bağdan mədən kəşf etmək və çıxartmağın hökmü nədir? cavab: mədən yer sahibinin malıdır. malikin icazəsi olmadan çıxartmaq səhih deyil. Çıxardılan malın hamısı torpaq sahibinindir. hal-hazırki şəraitdə İran İslam respuplikasının qanunlarına uyğun olmalıdır. Əgər nisab həddinə çatsa, xumsu vardır. sual: qadın cehiz adıyla ərinə tapşırdığı malı tələb etdikdə ər onu vermir. bu məsələ əmanət yaxud qəsb hökmlərinə aiddir? cavab: Əgər əmanət adıyla tapşırılıbsa, sonradan tələb olunanda qaytarmırsa qəsb hökmündədir. qƏsb vƏ oĞurluqsual: bir şəxs bir nəfərdən bir malı oğurlayıb aradan aparmışdır və mal sahibi də vəfat edib, övladları qalmışdırsa, vəzifə necədir? cavab: gərək hər yolla olsa onun pulunu hazırki qiymətlə onun vərəsələrinə versin. sual: mənim əlimə oğurluq bir şey çatmışdır. onu oğurlayan şəxsə qaytarmaya bilərəm. mənim vəzifəmi bəyan edin. cavab: verilən suala əsasən onu oğurlayan şəxsə təhvil vermək caiz deyil. Əgər onun sahibini tanıyırsınızsa, gərək sahibinə təhvil verəsiniz. Əks halda ehtiyata əsasən şəriət hakiminin, yaxud onun nümayəndəsinin icazəsiylə seyyid olmayan fəqirə sədəqə verin. sual: Ər-arvad bir-birlərinin şəxsi malından oğurluq edə bilərmi? məsələn, kişi qadının qızıl və pullarını yaxud qadın ərinin razılığı olmadan götürsün. cavab: caiz deyil və zaminliyə səbəbdir. sual: kiçik uşaqları olan bir kişi dünyasını dəyişmişdir. vəfat edənin həyat yoldaşı uşağa aid olan maldan istifadə edə bilərmi? bu yerlərdə cüzi və adi qaydada istifadə etmək necədir? cavab: İstifadə etmək gərək mütləq şəkildə uşağın şəri vəlisi və qəyyumunun icazəsiylə olsun. bunlar olmaysn surətdə gərək qəyyum təyin etmək üçün şəriət hakiminə müraciət etsinlər. lakin kəfən və sair lazımı cüzi xərclərin maneəsi yoxdur. sual: bir evdə yaşayırdım və ev sahibinin icazəsiylə o evin vəsilələrindən istifadə edirdim. ev sahibi vəfat etdi. onun vərəsələri iki qardaş və üç bacılardır. vərəsələrin icazəsi olmadan o vasitələrdən istifadə edə bilərəmmi? cavab: Ölümündən sonra bütün mallar onun vərəsələrinə çatır və onların yəni qardaş və bacılarınının icazəsi olmadan heç bir şeydən istifadə edə bilməzsiniz. sahİbİ mƏlum olmayan malsual: mən bir elmi fəalyyətlər qrupunun rəhbəri idim. bir müddət əvvəl qrup tətil olub və onların vəsilələri mənim əlimdə qalmışdır. indi o vəsilələrə nisbətdə vəzifəm nədir? cavab: Əgər o şəxsləri tanıyırsınızsa, gərək onlarla aydınlaşdırasınız. onları tanımaq üçün bir yol olmayan surətdə hazırki qiymətə satıb, onların həqiqi sahibinin niyyətinə sədəqə verin. sual: Əgər bir şəxs bir nəfərə borcludur. amma nə qədər çalışırsa, onu tapa bilmir. onun tərəfindən sədəqə vermək, ya sədəqə qutusuna atmaq və ya fəqir tanıyan məscid xadiminə verə milərmi? cavab: Əgər borclu olduğu şəxsi tapmaqda məyus olsa, onu sahibinin niyyətiylə fəqirə sədəqə versin. lazım ehtiyata əsasən camiuş-şərait müctəhiddən icazə alsın. buna əsasən sonrakı suallar üçün yer qalmasın. sual: Əsl sahibi məlum olmayan torpaqlardan istifadə etmək caizdir? cavab: bu yerlərin əmri şəriət hakiminin icazəsiylədir. buna əsasən İran İslam respublikasında olan əlaqədar mərkəzlərə müraciət edib onların proqramlarına əməl edin. tapilan mallarsual: İki il bundan əvvəl müqəddəs yerlərin birində dostumla oturmuşdum. bir neçə nəfər daxil olub qızıl qolbaq tapdıqlarını dedilər. tapılan əşyaları qəbul edən şöbə bağlı olduğundan onu mənə tapşırdılar. sabahı gün şöbənin müdirinə və bir neçə işçiyə məsələni dedim, xülasə heç kim bu əşyanın sorağına gəlmədi. İtmiş əşyaları tapan şöbədə yanında oturduğum iki uşağı və bir həyat yoladaşı olan adam çox ehtiyaclı şəxsdir ki, bəzən on ya yüz tümənə ehtiyacı olur. hal-hazırda qaynatasının evində çətinliklə yaşayır. həmin qızıl qolbağı sahibinin tərəfindən satıb pulunu onlara verə bilərəmmi? cavab: qızıl əşyanın özünü onun həqiqi sahibinin niyyətiylə adı çəkilən şəxsə sədəqə adıyla verin. sual: qeyri-islam ölkələrində tapılan qiymətli əşyalara əgər müsəlmanların ehtiyacı olsa, hökmü necədir? cavab: Əgər ümumiyyətlə onların sahiblərini tapmaqda məyus olsalar özlərinin istifadə etmələrinə icazə vardır. sual: mən çobanam. bir gün biyabanda qızıl pula oxşar qədimi bir əşya və onunla yanaşı iki üzük tapdım. sonradan məlum oldu ki, min dörd yüz il bundan əvvəl olan dövrə aiddir. polis əməkdaşları onu məndən alıb zəbt etdilər. onların belə hakkı varmı? cavab: tapılan mal zahirən xəzinə hökmündədir. Şərii cəhətdən tapan şəxsindir, lazımdır ki, onun xumsunun hökmlərinə uyğun ödəsin. amma əgər islam ölkəsinin qərarlarına əsasən onları qiymətli əşya kimi qoruyub saxlamaq istəyirlərsə tapan şəxsin müxalifətçiliyi və iddiası caiz deyil. hakk barƏsİndƏ mƏsƏlƏlƏrbaŞqasinin nÖvbƏsİnİ almaqsual: kənddə olan çayın suyundan torpaqları növbə ilə suvayırlar. Əgər bir şəxs növbəyə riayət etməyib ondan istifadə etsə işkalı var? cavab: İşkalı vardır, caiz deyil. sual: bir əkin sahəsi əvvəlki, məsələdə deyildiyi kimi növbəsiz suvarılıb, becərdilmişdirsə, hökmü necədir? cavab: o əkin sahəsinin məhsulu haram deyil. hakki alib-satmaqsual: Əkinçilər öz su hakklarını sata bilərlərmi? cavab: Öz hakkları olduğu hissəni sata bilərlər. sual: mənim maşınım bir sürücünün əlindədir, onunla işləyib ələ gətirdiyi qazancın yarısını mənə verirdi. neçə ildən sonra onu satmaq istəyirəm. sürücü neçə il maşınla zəhmət çəkdiyindən mənimlə şərik olduğunu deyir. onun əsl qiymətdə hakkı vardır? cavab: verilən sualda sürücünün maşına və onun qiymətinə nisbətdə heç bir hakkı yoxdur. evlƏnmƏ Əqdİ , Əqd fİzulİsual: fatimə adlı bir qadın və həsən adlı bir kişi bir nəfəri öz tərəflərindən vəkil edərək onların evlənmə əqdini oxumalarını onlara tapşırıblar. siğəni icra etdikdə müvəkkiləti və müvəkkili sözlərini dilə gətirməyib yalnız Ənkəhtu fatimətə lihəsən dedi. bu əqd doğrudurmu? cavab: bəli, bu əqd düzgündür, ikinci dəfə oxumağa ehtiyac yoxdur. sual: bir kişi başqa şəhərdə olan bir qızla fizuli əqdlə evlənib. Əqdnaməni ona göndərib. qızdan razı olduğunu soruşduqda dinməyib. bir müddətdən sonra arvadın atası deyib ki, o qız azaddır və ərə gedə bilər. qız da birinci nigahı rədd etmədən başqası ilə evlənib. İkinci nigah düzgündürmü? cavab: Çünki, fizuli əqdin qəbulunda razılığı və qəbulu bildirən söz və ya hərəkət lazımdır. sualın qoyuluşundan bunun baş vermədiyi görünür. buna görə birinci əqd batil olub. ikinci əqd isə düzgündür. sual: evlənmə əqdi qeyri müsəlman şəxs vasitəsi ilə yerinə yetirilsə, düzgündürmü? düzgün olduğu təqdirdə daimi və müvəqqəti əqd arasında fərq varmı? cavab: Əgər cümlənin mənasını bilsə və inşa məqsədi olsa düzgündür. daimi və qeyri-daimi arasında fərq yoxdur. sual: kişi ilə qadın arasında əqd oxunmadan evlənmək məqsədi ilə cinsi yaxınlıq olarsa, uşaqlarının və nigahın hökmü nədir? cavab: evlənmə düzgün həyata keçməyib. bilməməzlik ucbatından olarsa, uşaqların halalzadə olması şübhəlidir. sual: başqa əqdlərdə olduğu kimi əqd siğəsini oxumadan evlənmək olarmı? səbəbini deyin. cavab: caiz deyil. səbəbi fiqhi dəlillə əlaqədardır. sual: nigahda əməlin inşası təsəvvür olunurmu? cavab: Əməlin inşası cinsi yaxınlıqdır ki, (əqddən əvvəl) ona icazə verilmir. sual: mən şiəyəm, elə bir ölkədəyəm ki, orada şiə alimi yoxdur. Əqdi əhli-təsənni oxusun ya iki tərəfin razılığı kifayətdir? cavab: Əqd oxumaq lazımdır. iki tərəfin razılığı kifayət deyil. Əqd oxuyanın hökmən şiə olmasi lazım deyil. sual: qərb ölkələrində kitab əhli ilə mutə caiz olduğu halda əqd ərəb dilində oxunmalıdır ya iki nəfərin məlum mehriyyə (çox vaxt hədiyyə) və vaxt barədə razılığı kifayətdir? cavab: kitab əhli ilə müvəqqəti evlənmənin eybi yoxdur. Əqd ərəbcə düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri əqdi ərəbcə düzgün oxuya bilmirlərsə, mümkün olduğu halda ərəbcə düzgün oxumağı bacaran bir şəxsi vəkil etsinlər. mümkün olmadıqda özləri başqa dildə oxusunlar. amma zəvvəctu və qəbiltu mənasını bildirən sözlər işlətməlidirlər. hədiyyə mehriyyə ünvanında kifayət etmir. sual: kimsə hökmü bilməmək səbəbindən muatat əqdi ilə evlənib. nə etməlidir? cavab: dərhal bir-birində ayrılsınlar və mail olan şəkildə izdivac siğəsi oxuya bilərlər. sual: Əgər əqd oxuyan nigahın şərtlərini və əqddə deyilən sözlərin mənasını bilmirsə, nigah əqdi düzgündürmü? cavab: bir halda ki, nigah əqdində deyilən sözlərin mənasını və inşa qəsdi bilməsə, nigah batildir. sual: oxumaq və yazmaq savadı olan əqd oxuduğu zaman inşa qəsd edən şəxs əqd oxuya bilərmi? cavab: Əqdin xüsusiyyət və şərtlərindən xəbərdar olması lazımdır. sual: İranın bəzi yerlərində əhalinin məzhəbi əqidələrə bağlı olmadıqları və dini məsələləri bilmədikləri müşahidə olunur. məsələn, evlənmə işində və əqd məsələsində kişi və qadın arasında razılıqla kifayətlənərək bir şəhadətnamə düzəldib nigah şöbəsində qeyd edirlər. toydan və cinsi yaxınlıqdan sonra bir alimlə rastlaşsalar nigah əqdini oxutdururlar. onların yolu budur. kişi ilə qadın arasında razılıq evlilik əlaqələrini yaradırmı? bu əqd oxumadan evlənməyə oxşamırmı? cavab: nigahda təkcə razılıq və yaxınlıq kifayət deyil. buna əsasən tərəflər hökmü bilməyib evlənmədə razılığın kifayət olmasını və cinsi yaxınlığı caiz etməsini xəyal ediblərsə, onların övladları halalzadə hökmündədir. yox əgər evlənmənin fars dilində olsa belə nigah əqdi vasitəsi ilə olmasını bildikləri halda əqd oxumadan evləniblərsə, övladları zinazadə hökmündədir. ƏqddƏ İxtİyar sahİbİ olanlarsual: bakirə qadının evlənməsində atanın izni şərtdirmi? bu işdə daimi və ya qeyri-daimi evlənmə arasında bir fərq varmı? cavab: vacibi ehtiyata görə bakirə qadın üçün atanın icazəsi şərtdir. amma bu işdə daimi və qeyri-daimi evlənmə arasında heç bir fərq yoxdur. sual: ata ölərsə, ana qızının evlənməsinə icazə verə bilərmi? cavab: Əgər atanın atası olsa, icazə hakkı onundur. bundan başqa hallarda başqa birinin icazəsinə ehtiyac yoxdur. sual: bir qız evləndikdən sonra duxuldan əvvəl xuli təlaqla boşanıb. Əgər bir oğlanla müvəqqəti evlənmək istəsə, atanın icazəsi olmadan oğlan qızla razılaşıb əqdi özü üçün oxuya bilərmi? cavab: vacibi ehtiyata görə qızın atasından icazə alınmalıdır. sual: Əgər atanı və ata babanı tapmaq mümkün deyilsə, onlardan icazəyə ehtiyac qalırmı? cavab: bir halda ki, qız rəşidədir və evlənməyə ehtiyacı var, yuxarıda deyilən halda icazəyə ehtiyacı yoxdur. sual: zina səbəbi ilə bəkarəti aradan getmiş bir qadının müvəqqəti evlənmək üçün atasından icazə alması lazımdırmı? cavab: lazım deyil. sual: Əgər qızın atası və ata babası qızın evlənmək istədiyi bir şəxslə evlənməsinə qarşı çıxsalar, bu halda icazə lazımdırmı? cavab: Əgər deyilən şəxs şərii və urfi cəhətdən ona uyğundursa və atanın və ata babasının ehtirazı qaneedici dəlillər əsasında deyilsə, onların icazəsi lazım deyil. sual: həddi buluğa çatmayan qızı bir kəslə əqd eləyib. qız həddi buluğa çatandan sonra istəyir ki, başqa birisi ilə evlənsin. ata da razıdır. birinci evlənməni pozmadan ikinci adamla evlənib. duxulda baş verib. vəzifə nədir? cavab: Əgər birinci əqd həddi buluğa çatmayan qızın mənafeyi nəzərə alınaraq yerinə yetirilibsə, qız həddi buluğa çatandan sonra onu pozmağa ixtiyarı yoxdur. bu halda ikinci əqd batildir. sualda deyildiyi kimi əgər duxul baş veribsə, ikinci ər ona əbədi haram olur. amma birinci əqd həddi buluğa çatmayan qızın mənafeyi nəzərə alınmadan həyata keçibsə, o əqd batildir. bu halda ikinci əqd səhih olub qız ikinci ərin zövcəsi olacaq. sual: atamız bizi tərk edib. bizə heç diqqət yetirmir. aradan bir müddət keçir, amma bizim bir-birimizdən xəbərimiz olmur. evlənmədə ondan icazə almalıyıqmı? ya lazım deyil? cavab: Ümumiyyətlə, əgər qızın böyüyü onu tam özbaşına və azad qoyubsa və onun işlərinə qarışmırsa, onun izni və icazəsi lazım deyil. Əgər qız həddi-buluğa çatmış və hakkı tanıyırsa, yəni evlənmə işində öz mənafeyini ayırd edə bilirsə, evlənə bilər. nİgah ƏqdİndƏ hƏr İkİ tƏrƏfİn raziliĞinin lazim olmasisual: bir nəfər 12 yaşlı bir qızı, 39 yaşlı bir kişiyə onunla məsləhətləşmədən nişanlayıb. kişinin yaxınlarından müəyyən bir məbləği alıb. Əqd zamanı qız etiraz edib. lakin atası hədə-qorxu və döyməklə onu əqdə məcbur edib. Əqd edəndə məcburən razılığını alaraq atasının tərəfini tutub əqdi oxuyub. bu cür əqdin hökmü nədir? cavab: bu şəxsi məsələdən xəbərim yoxdur. qızın izni və razılığı olmadan əqd düzgün deyil. məcburiyyət üzündən olan qəbulunda heç bir şərii təsiri yoxdur. buna əsasən deyilən əqd qızın razılığı olmadan və qəbul da məcburiyyətdən olubsa, əqd düzgün deyil. təlaqa da ehtiyac yoxdur. qızın atası oğlanın yaxınlarından aldığını qaytarmalıdır. Əgər deyilən xüsusiyyətdə narazılıq olsa, ali şəriət məhkəməsinə müraciət olunmalıdır. sual: qətiyyən razı olmadığı halda, məcburi şəkildə həddi buluğa çatmış və rəşidə bir qızın evləndirilməsinin hökmü nədir? Şəriət baxımından ata belə bir işi edə bilərmi? cavab: bu evlənmə batildir. ata və başqaları qızı məcbur edə bilməzlər. sual: yuxarıda deyilən halda, bir neçə ildən sonra qadının razı olmasının hökmü nədir? cavab: nigah əqdinin təzədən oxunması lazımdır. sual: yuxarıda deyilən halda bu nigahdan dünyaya gələn uşaqların hökmü nədir? cavab: Əgər ər-arvad bu evlənmənin düzgün olduğunu fikirləşiblərsə, övladları halalzadə olacaq. sual: oğlun isə razılığı olmadan ananın istəyi ilə baş tutan bir evlənmənin hökmü nədir? cavab: Əqdin düzgün olmasının səbəbi ananın istəyi yox, oğlanın razılığıdır. sual: bir qızım vardır. razı olmadan ərə getdi. mən də canımın qorxusundan imza etməyə və razılıq verməyə məcbur oldum. bu əqdin hökmü nədir? cavab: məcburi və istəmədən oxunulan əqd batildir. amma sizin məcbur olub-olmamağınız məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. mÜxtƏlİf mƏsƏlƏlƏrsual: bir qız bir nəfəri vəkil edir ki, onun əqdini zeyd üçün kəssin. bir müddətdən sonra ikinci adamı vəkil edir ki, onun əqdini Ömər üçün kəssin. sonra hər iki vəkil əqd siğəsini bir-birindən xəbərsiz icra edirlər. arvad ikinci şəxsi öz vəkili etdikdə bu birinci vəkili vəkalətdən azad etmək deyilmi? Əgər hər iki nəfərin vəkilliyi düzgündürsə, aşağıda qeyd olunan hallarda hansı vəkilin əqdi düzgündür? 1) hər iki əqd eyni zamanda oxunub. 2) hansının əvvəl, hansının sonra oxunduğu məlum deyil. 3) birinci vəkil əqdi ikinci vəkildən əvvəl oxuyub. 4) Əksinə, ikinci vəkil əqdi birinci vəkildən əvvəl oxuyub. cavab: zahirən ikinci adamı vəkil etməklə, birinci şəxsin vəkilliyi batildir. amma bu məsələ birinci vəkilə xəbər verilməyibsə, onun vəkaləti yerindədir. Çünki, birinci vəkil əgər əvvəl əqd edibsə, onun əqdi düzgündür. Əgər ikinci vəkil əvvəl əqd edibsə, onun əqdi səhihdir. Əgər hər ikisi eyni zamanda əqd ediblərsə, onda ehtiyat üçün hər ikisi təlaq versinlər. sonra bir nəfər üçün əqd etsinlər. sual: bəzi yerlərdə adətdir ki, kürəkənin atası bir qızı oğlu üçün əqd etməzdən əvvəl gediş-gəliş zamanı gəlini öpür. bu əməl qızın oğlana haram olmasına səbəb olurmu? cavab: bu işin əsli haramdır. gərək ona bildirsinlər ki, əqddən əvvəl qız naməhrəmdir. amma hər halda onu oğlana əqd etməyin heç bir eybi yoxdur. sual: İslam hüququ baxımından “xonsa” kimə deyilir? cavab: o şəxsə deyilir ki, onun kişi və ya qadın olmasını ayırd etmək olmur. cinsiyyət üzvünün olmaması mümkündür. yaxud hər iki cinsiyyət üzvünün olması da mümkündür. sual: xonsa olanlar cinsiyyətini dəyişə bilərlərmi? yəni kişiyə və qadına çevrilə bilərlərmi? cavab: bəli, bu şəxslər cərrahi əməliyyat vasitəsi ilə özlərini kişiyə və ya qadına çevirə bilərlər. cərrahiyyə əməliyyatı vasitəsi ilə cinsi müəyyənləşəndən sonra o cinsin bütün hökmləri onlara aid olar və başqası ilə evlənə bilərlər. sƏbƏbİ mƏhrƏmlƏrsual: atanın arvadı cavan olduğu halda insana məhrəmdirmi? atanın qayınanası necə? cavab: atanın arvadı məhrəmdir. amma qayınanası məhrəm deyil. sual: qayınana və tərbiyyəçi qadınlar kimi səbəbi qurtardıqdan sonra da məhrəmdirlərmi? cavab: məhrəmiyyət əbədidir. sual: bir kişi arvadını boşadıqdan sonra, arvad başqası ilə evlənib bir qızı dünyaya gəlsə, bu qız arvadın əvvəlki ərinə məhrəmdirmi? cavab: birinci əri arvadına duxul edibsə, arvadın qızı ona məhrəmdir. sual: Əgər bir kişi bir qadınla evlənsə və onunda əvvəlki ərdən həddi-buluğa çatan bir qızı olsa, bu kişiyə məhrəmdirmi? cavab: arvadına duxul etməklə məhrəm olur. sual: bir şəxs məsələni bilmədiyi üçün iki bacı ilə evlənib. İndi bildiyi halda ikinci arvadından uzaqlaşmır. İkinci bacı ilə yaxınlıq zina hesab olunurmu? Əgər arvad razıdırsa, zinakardırmı? cavab: bəli, zina hesab olunur. qadın da zinakardır. lakin, kişinin zinası möhsinə olan zinadır. qadının zinası möhsinə olmayan zinadır. Çünki, əri yoxdur. sual: bir kişinin iki arvadı vardır. Öz qızı olan birinci arvadının qızını ikinci arvadının qardaşına ərə verməsi düzgündürmü? cavab: düzgündür. ƏbƏdİ haram olmaya sƏbƏb olan hallarsual: balaca bir oğlanla vəti etmiş bir şəxs onun bacısı ilə evlənib. sonra qızın ona haram olduğunu başa düşüb. amma bu işin həddi buluğdan əvvəl və ya sonra olduğunu bilmir. bu hakkda göstəriş nədir? cavab: zahirən verilən sualda vəti edən şəxsin həddi buluğda olub-olmamasında şəkk vardır. buna görə əbədi harama səbəb olmaz. sual: mənim hal-hazırda yoldaşım və dörd uşağım var, həm də dindaram. uşaqlıqda yoldaşımın qardaşı ilə o dövrün pis şəraitinin səbəbindən ləvat etmişəm. evlənmə zamanı bunu bilirdim. amma anama xatir qəbul etdim. indi isə çox narahatam. mənim vəzifəm nədir? cavab: verilən sualdan görünür ki, siz vəti etmisiniz. Əgər duxula yəqinliyiniz yoxdursa və ya vəti zamanı həddi buluğa çatmağınızda şəkkiniz varsa, həyat yoldaşınız sizə halaldır. amma duxulun sizin həddi buluğa çatmağınızdan sonra baş verdiyinə yəqinliyiniz və ya xatircəmliyiniz varsa, onda yoldaşınız sizə haramdır. ondan ayrılmalısınız, təlaq da lazım deyil. sual: bir kişinin iki arvadı vardır. bu qadınlardan birinin kürəkəni kişinin digər arvadına məhrəmdirmi? kürəkənin uşaqları necə? cavab: kürəkənlər yalnız öz qayınanalarına məhrəmdirlər. Övladlar isə istər vasitəli, istərsə də vasitəsiz hər iki qadına məhrəmdirlər. sual: Əgər bir qadın bir kişiyə ərə getsə və əvvəlki ərindən bir oğlu olmuş olsa, bu oğlan kişinin digər arvadına məhrəmdirmi? cavab: məhrəm deyil. sual: rəbibənin qızı rəbibənin özü kimi məhrəmdirmi? rəbibin qızının və arvadın oğlunun qızının hökmü nədir? cavab: hər ikisi məhrəmdir. sual: atamı dünyaya gəlməzdən əvvəl itirdim. anam təzədən evləndi. mən atalığımla böyüdüm. indiyə qədər də onun yanındayam. hal-hazırda evlənmişəm və bir qızım var. yoldaşım və qızım atalığımla məhrəmdirlərmi? cavab: atalığınız yoldaşınıza naməhrəmdir. amma qızınıza məhrəmdir. sual: bir ər-arvadın uşaqları olmur. fikirləri var ki, başqalarının uşağını böyütsünlər. amma qız olsa sonradan kişiyə, oğlan olsa sonradan qadına naməhrəm olar. rəbibə hökmü burada icra olunurmu? cavab: rəbibə hökmü yoxdur. amma kişinin atası olsa, balaca qızı onun böyüyünün ya da, ya da şəriət hakiminin icazəsi ilə bir saatlığa müvəqqəti olaraq ona əqd eləsinlər. bu iş balaca qızın mənafeyi üçün olsun qız kişiyə məhrəm olar. sual: Əqdin ləzət aparmaq üçün yox, yalnız məhrəmlikhasil etmək üçün olması mümkündürmü? cavab: eybi yoxdur. sual: bir qız bir cavana nişanlanmışdır. Şərii məsələlərə riayət etmək üçün əqd oxuyublar. bir-birləri ilə görüşüb, oğlan qıza arxadan yaxınlıq edib. bir müddətdən sonra bir-birlərindən ayrılıblar. bu yaxınlığın iddəsi olduğunu bilməyən qız şərii iddə dövründə başqa bir cavanın əqdinə keçir. İndi bir neçə ildən sonra xəbərdar olub. bu işin hökmü nədir? cavab: sualda deyilir ki, arxadan yaxınlıq edilib, əqd iddə dövründə oxunulub və duxul da baş verib. bu qadın ikinci ərinə əbədi haramdır. yox əgər bilməyiblərsə, əqd iddə dövründə oxunulsa da, duxul iddədən sonra baş veribsə, əbədi haramlıq ehtiyata görədir. Çünki, bu məsələdə başqa müctəhidə rucu edə bilərsiniz. |