Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

sual: bir kişi bir qdınla müvəqqəti olaraq evlənir. bir ildən sonra xəbərdar olur ki, qadın əqd zamanı ərinin ölüm iddəsində imiş. bu səbəbdən əqdləri batil olub. indi bir neçə aydan sonra bir-birləri ilə daimi olaraq evlənə bilərlərmi? bu iş caizdirmi?

cavab: suala görə bu qadın o kişiyə haram olub, ikinci dəfə onunla evlənə bilməz.

sual: bir müddətdir ki, bir qızla evlənmişəm bir il keçəndən sonra İmam xomeyni rəhmətullah əleyhin "tovzihul-məsail" kitabına müraciət etdikdən sonra əqdin batil olmasını bildim. vəzifəm abır-həyamı qorumaqdır, yoxsa əqdi pozmaqdır.

cavab: Əgər evlənmə batildirsə, abır-həyanı qorumaq və ona oxşar şeylər onu davam etməyə icazə vermir.

sual: Ərli qadınla zina etmək əbədi haramlıq səbəb olurmu?

cavab: Ərli qadınla zina etməkdə əbədi haramlığı sübut etmək çətin məsələdir.

sual: kişi bir qadınla evlənsə, kişinin oğlu arvadın qabaqkı ərindən olan qızı ilə evlənməsi düzgündürmü?

cavab: düzgündür.

sual: ata və oğul iki bacı ilə evlənə bilərmi? yəni, ata bir bacı ilə, oğul digər bacı ilə evlənsin?

cavab: eybi yoxdur.

sual: bir cavan qızın əqdini bir oğlan üçün kəsiblər. onların əqdindən bir il keçəndən sonra, toy olmadan ərin qeyri-islami rəftarı nəticəsində qız ondan təlaq verməyini tələb etsə də ərin etirazı ilə üzləşib. qız da təlaqsız evdən qaçır.

bu qızın vəziyyətindən xəbəri olmayan bir oğlanla evlənir. ikinci ər hələ də arvadının işindən xəbəri yoxdur. birinci ərindən təlaqsız ayrılan, ikinci kişi ilə evlənib iki uşağı olan bu qadının hökmü nədir?

cavab: sualın qoyuluşuna əsasən bu kişiyə əbədi olraq haramdır. təlaqsız ondan ayrılmalıdır.

Ərli arvadın başqasına ərə gedə bilməyəcəyindən xəbərsiz olduğuna görə, bu iki uşaq onlara aid olub, halalzadə hökmündədirlər.

sual: bir nəfərin dəli bir arvadı var. istəyir ki, onun bacısı qızı və ya qardaşı qızı ilə evlənsin. arvadın vəlisinin və ya şəriət hakiminin icazəsi arvadın icazəsi yerinə kifayət edərmi?

cavab: zahirən kifayət edər. amma ehtiyata görə ona təlaq versin, iddəsi qurtarandan sonra bacısı qızını və ya qardaşı qızını əqd etsin. ondan sonra meyli olsa, arvadın şərii vəlisinin icazəsi ilə təzədən onu özünə əqd etsin.

sual: bir nəfərin bir dəli arvadı var. Şərii bir maneəsi olmaması etiqadı ilə onun bacısı qızı ilə evlənir. bacı qızı ilə evlənməkdə xalanın icazəsi şərtdirmi? xalanın dəli olmasını nəzərə almaqla bu izdivacın düzlüyünün bir yolu varmı?

cavab: Əqd fizulinin olması olması məsləhətdən coxda uzaq deyil. Əgər arvadın şərii vəlisi arvad tərəfdən onun vəliliyinə icazə verərsə, eybi yoxdur. ehtiyat üçün qabaqkı məsələnin hökmünə uyğun əməl edilsin. 

sÜd vasİtƏsİ İlƏ mƏhrƏm olanlar

sual: qızlığa götürdüyüm qıza tam bir həftə süd vermiş bir qadınam. onu övladımın əqdinə gətirə bilərəmmi?

cavab: caiz deyil.

sual: süd bacının qızı insana məhrəmdirmi? onunla evlənmək hökmü nədir?

cavab: süd bacı uşaqları məhrəmdir. onunla evlənmək caiz deyil.

sual: qardaş arvadı ilə məhrəmiyyət əldə etmək üçün südəmər uşaqla müvəqqəti evlənmək uşağın məsləhətinə  xatir olmalıdırmı?

cavab: bəli, onun məsləhətinə uyğun olmalıdır. məsələn, ona təyin olunan mehriyyə onun mənafeyi üçün olmalıdır.

sual: bir oğlan bir qızla bir neçə il əvvəl böyük ehtimalla bir-birlərinin analarının südünü əmmək səbəbi ilə (ehtimalən ya yəqinən) süd bacı-qardaş olublar. indi oğlan istəyir ki, o qızın bacısı ilə evlənsin.

cavab: birinci süd yeməklə məhrəmiyyətdə əgər yəqinlik və ya xatircəmlik əldə olunmasa məhrəmiyyət hasil olmur. evlənməyin də eybi yoxdur.

İkinci, bu sual barədə heç bir eybi yoxdur. necə ki, tövzihul-məsailin 2545 və 2535-ci məsələlərində bəyan olub.

kİtab Əhlİ vƏ baŞqa fİrqƏlƏrlƏ evlƏnmƏ

sual: Əgər insan kafir bir ölkədə təhsil alır və müsəlman bir qadınla evlənə bilmirsə, kafir bir qadınla evlənə bilərmi?

cavab: Əhli kitabdan olan kafir qadınlarla müvəqqəti evlənməyin eybi yoxdur.

sual: Şiyə olan bir müsəlman əhli həqq adlanan bir ailədən qız ala bilərmi? yaxud onlara qız verə bilərmi? bu vəsflə ki,  əqdini bir nəfər şiyə oxuyur.

cavab: Əgər nəuzubillah Əli (ə)- ı allah bilsələr, ya məadı inkar etsələr və ya namaz və oruc kimi dini zəruriyyətlərdən birini dansalar kafir və nəcisdirlər. onlara qız vermək və qız almaq caiz deyil.

sual: buyurmusunuz ki, kitab əhlindən olan qadınlarla müvəqqəti evlənmənin eybi yoxdur. Əgər müşrik olduğunu bilsək, yenə də caizdir?

cavab: bəli, müsəlman olmayan qadınlarla müvəqqəti evlənmədə əsas onların kitab əhli olmasıdır. müvəhhid və ya müşrik olmalarının bir fərqi yoxdur. amma müşrik olduqda nəcasət hökmündədirlər.

sual: müsəlman kişinin kitab əhlindən (məsihi) olan qadınla evlənməsi caizdirmi?

cavab: müsəlmanla kitab əhlinin daimi evlənməsi caiz deyil. amma kitab əhlindən olan qadınla müvəqqəti evlənmənin şərii baxımdan heç bir eybi yoxdur.

sual: müsəlman qadınla evlənmiş müsəlmana, öz müsəlman arvadının icazəsi olmadan, yəhudi və məsihilər kimi kitab əhli ilə daimi və müvəqqəti evlənməyə icazə verilirmi? müsəlman olan arvadının icazəsi olduqda necə?

cavab: daimi evlənməyə icazə verilmir. vaxt çox olduqda və ər iki arvadlı hesab olunarsa, müvəqqəti evlənməyə də icazə verilmir.

  vaxt az olduqda ər hesab olunmadığı təqdirdə də ehtiyata əsasən bu iş tərk olunmalıdır. yalnız zəruriyyət halı istisnadır.

evlƏnmƏyİ İŞkalli  olan qadinlar

sual: bir kişi xəstə olduğu halda bir qadınla evlənib. duxuldan əvvəl həmin xəstəlik halında  ölüb. bir halda ki, əqd batildirsə, ölən şəxsin oğlu o qadınla evlənə bilərmi?

cavab: bəli, bu ölən kişinin oğlu atasının ölümündən sonra bu qadınla evlənə bilər. Çünki, ata evli olduğu müddətdə yaxınlıq etməyib.

sual: bir bacı öz bacısına süd verib. bu iki bacının övladları bir-biri ilə evlənə bilərmi?

cavab: deyilən halda onların övladları bir-birləri ilə məhrəmdirlər. bir-birləri ilə evlənə bilməzlər.

sual: bir şəxsin rəbibəsi (arvadının başqa ərdən olan qızı) başqa arvadından olan oğluna və həmdə o şəxsin öz atasına məhrəmdir?

cavab: rəbibə oğlana və ataya məhrəm deyil. oğlan onunla evlənə bilər. ata da onunla evlənə bilər.

sual: fəqihlər arasında məşhur olan budur ki, ərli arvadla zina etmək əbədi harama səbəb olur. Əgər bu yolla bir uşaq dünyaya gəlsə halalzadədir, ya yox? məhrəmiyyət hasil olurmu? onların varislik hökmü nədir?

cavab: mənim nəzərimcə ərli arvadla zina etmək əbədi harama səbəb olmur. Əgər təlaqdan və ya ərin ölümündən və iddənin başa çatmasından sonra onlar bir-birləri ilə evləniblərsə, onların əqdi düzgündür. bütün ər-arvadlıq hökmləri burada yerindədir. onların övladları da halalzadədirlər. amma əqd oxunmayıbsa, ehtiyat budur ki, bir-birləri ilə evlənməsinlər.

sual: hansı hallarda ləvat olunanın bacısı ləvat edənə haram olur. Şəkk olunduğu təqdirdə onun hökmü necədir?

cavab: Əgər ləvat vaxtı ləvat edən şəxs həddi-buluğ olub, ləvat olunan həddi-buluğ olmayıbsa və yəqinlikləri var ki, duxul olub, onda ləvat edənə ləvat olunanın bacısı ilə evlənmək daimi haramdır. Əgər bu çirkin işdən sonra evləniblərsə, bir-birlərindən dərhal ayrılmalıdırlar. sünnət edilən  yerdən az olsa belə duxul olduqda əbədi harama səbəb olur.

  amma ləvat edənin həddi-buluğa çatması duxul barəsində şəkk olarsa, ya hər ikisinin həddi-buluğ olduğu, ya hər ikisinin həddi-buluğ olmadığı, ya ləvat edənin həddi-buluğ olması barədə yəqinlikləri olsa, baxmayaraq ki, evlənməyiblər, evlənmənin eybi yoxdur. bütün bu hallarda ehtiyata görə bu iş tərk edilməlidir.

sual: bir qadın ərindən boşandığı etiqadı ilə başqa bir şəxsə ərə gedir. duxuldan əvvəl məlum olur ki, əvvəlki ərindən boşanmayıb. bu qadın birinci ərindən boşandıqdan sonra ikinci əri ilə evlənə bilərmi?

cavab: deyilən halda əbədi haram üçün bir dəlil yoxdur. amma daha yaxşı olar ki, onunla evlənməsin.

sual: rici təlaqla boşanan qadın iddə müddəti qurtarandan dərhal sonra ərə gedib.

  sonra xəbərdar olur ki, əvvəlki əri təlaqdan sonra qeyd olunan iddə günlərində vəfat edib. ikinci evlənmənin hökmü nədir?

cavab: İkinci evlənmə batildir. amma suala əsasən əbədi harama səbəb olmur. bu xanım gərək dərhal bu kişidən ayrılsın və vəfat iddəsi saxlasın. o kişi ilə evlənmək istəsə eybi yoxdur. amma başqa kişi ilə evlənmək istəsə, onda vacibi ehtiyata əsasən vəfat iddəsindən əlavə şübhəli yaxınlığa görə iddə saxlamalıdır.

sual: bir nəfərin müəyyən bir müddətdə təlaq siğəsinin icrasına görə vəkaləti var. müəyyən zaman keçdikdən və iddə bitdikdən sonra qadın evlənib. sonradan məlum olur ki, vəkil təlaq siğəsini oxumayıb. indi vəzifə nədir?

cavab: suala əsasən bu qadın əvvəlki ərin şərii arvadıdır. gərək dərhal ikinci ərindən ayrılsın. təlaqa ehtiyac yoxdur. lakin gərək əvvəlki əri ilə bir yerdə yatdığı üçün şübhəli yaxınlığa görə iddə də nəzərdə tutulmalıdır.

sual: Əgər arvad iddə saxlamadan evlənsə onun hökmü nədir?

cavab: Əgər iddə bitməzdən əvvəl kiminləsə evlənsə, o kişiyə əbədi haram olar. gərək dərhal bir-birlərindən ayrılsınlar. daha bir-birləri ilə evlənə bilməzlər. Əgər məsələni bilmədən iddə dövründə evləniblərsə və duxul iddədən sonra baş veribsə, əbədi harama səbəb olmaz.

sual: bir qadın boşanıb. iddə bitəndən və ərə gedəndən sonra məlum olur ki, təlaq batil icra olunub, ya da vəkil təlaqı unudub. sonra yadına düşüb ki, heç təlaq verməyib. bu məsələnin hökmü nədir? bu qadın ikinci kişiyə əbədi haram olurmu?

cavab: suala görə təlaq ya batil icra olunub, ya da heç icra olunmayıb. həqiqətdə bu qadın ərli qadındır. bilmədən ərli qadının evlənməsi və duxulun olmaması əbədi harama səbəb olmur. amma ikinci kişi arvadı əqd edib, onunla bir yerdə yatıblarsa, ondan sonra təlağın batil olduğunu və ya heç oxunmadığını bilsələr, bu halda məşhur nəzəriyyəyə görə əbədi harama səbəb olur. vacibi ehtiyata görə o qadın ikinci kişi ilə evlənməsin.

  bu təfsilat ona ərinin ölməsi deyilən və iddədən sonra evlənən, sonradan diri olması məlum olan qadın hakkında da eynidir. bir fərq yoxdur.

mehrİyyƏ

sual: bir xanımın mehriyyəsi altmış "bahar azadi"

sikkəsi olub. bir neçə il bundan əvvəl qadın onu tələb edib və hər sikkə on iki min tümənə qiymətləndirilib. amma ər verməyib. İndi ər altmış sikkə verməlidir, ya onun qiymətini ödəməlidir? qiymətini verməlidirsə, hansı vaxtın qiymətini, qiymətləndirmə gününün ya ödəmə gününün?

cavab: Əgər qabaqcadan onların arasında qiymət barədə razılıq olmayıbsa, altmış "bahar azadi" sikkəsini ya da onun tələb olunan günü qiyməti ödənilməlidir.

sual: Əgər ərin atası gəlinin mehriyyəsini qəbul etsə, mehriyyəni vermək ona vacib olur, ya ərə? Əgər ölsə, mehriyyə aradan gedirmi? Əgər aradan getmirsə malından verilməlidir, ya ərin öhdəsinə keçir?

cavab: Ərin atasının öhdəsində olub, başqa borcların hökmündədir.

sual: Əgər arvadın mehriyyəsi bir cild allah kəlamı olsa, təlaq zamanı onu qadına vermək lazımdırmı?

cavab: mehriyyə təyin olunan quran ona verilməlidir.

sual: İllərlə  bundan qabaq nigah əqdində bir mehriyyə təyin olunub, indi pul öz dəyərini itirib. Ər hansı ölçü ilə borcludur?  bu sual hər cür borc barəsində də verilir?

cavab: Əvvəl boynuna gələn miqdarda borcludur. qiymətinin – yəni alıcılıq qabiliyyətinin heç bir fərqi yoxdur. Çünki, pul dəyərə yox, əmtəəyə aiddir.

sual: Əqd zamanı daimi evlənmək məqsədi ilə rəsmi dairədə qadın üçün bir miqdar mehriyyə təyin olunub. bir müddət keçəndən sonra arvad öz ərindən münasib olmayan bir şəraitdə sənəddə qeyd olunan bir məbləği mehriyyənin artımı adı ilə almışdır. Şərii baxımdan qadın öz tərəfindən hədiyyə adı ilə tələb edə bilər, ya yox?

cavab: Əqddə qeyd ediləndən artığını tələb etməyə hakkı yoxdur. yalnız lazımı əqdlərdən birində ər öhdəsinə götürdüyünü ödəyə bilər. yaxud da, maliyyəti olan bir şeyə görə öhdəlik götürmüş olsun.

sual: bir xanımın mehriyyəsi mehriyyənamədə belə qeyd olunub: "İyirmi misqal qızıl on min tümən qiymətinə" və zahirən əqd də bu manata kəsilib. burada mehriyyə iyirmi misqal qızıldır, ya on min tümən?

cavab: qızılın miqdarının təyin olunmasından görünür ki, mehriyyə həmin miqdar qızıldır. qiymətini göstərmək ölçü deyil. indi o qədər qızıl ərin öhdəsinə düşür. Əgər qiymətini vermək istəsə, indiki qiymətini verməlidir.

sual: bir qadın zina nəticəsində hamilə olub. amma qadın iddia edir ki, bu işə məcbur edilib. zinakar kişi isə inkar edir. zinakar qadın mehrül-mislə hakkı çatırmı? məcburi zina hökmü zinakar kişi üçün icra edilərmi?

cavab: Əgər qadın məcburiyyəti sübut edə bilməsə, kişiyə and verə bilər. kişi də onu and versə, o da and içsə, məcburiyyət hökmü onun haqqında icra olunar. lakin kişiyə  məcburiyyətə görə hədd hökmü icra olunmaz.

sual: mən ərimdən xuli təlaqla ayrılmışdım. İddə vaxtı rucu etdi. razılıq əsasında yeni mehriyyə təyin edildi. Şəriət baxımından yeni mehriyyənin bir iradı varmı?

cavab: təyin olunmuş mehriyyə və onun miqdarı dəyişməzdir. verilən suala əsasən  qadın  kişinin ona qayitmasının düzgünlüyünün müqabilində  bir şey tələb edə bilər. bu cür ki, qadın filan miqdarı mənə hədiyyə və başqa adla mənə versin. 

sual: müvəqqəti evlənmədə ər müddətin yarısını bağışlayır. mehriyyə də yarıya bölünməlidir ya hamısı verilməlidir?

cavab: duxuldan sonra bütün mehriyyə verilməlidir. mehriyyə yarıya bölünmür.

sual: Əgər qadın əqddən sonra, duxuldan əvvəl özünə od vurub qəsd etsə, bütün mehriyyə ona çatır, ya yarısı?

cavab: mənim nəzərimcə qadının vərəsələri mehriyyənin hamısını tələb edə bilərlər.

sual: bir qadın ər evinə gəldikdən bir müddət sonra ərinin icazəsi olmadan ər evini tərk edib, atası evinə getsə və bir daha ər evinə qayıtmağa razı olmayaraq təlaq verilməsini tələb etsə, mehriyyəyə hakkı varmı?

cavab: toydan sonra qadın bütün mehriyyəyə sahib olur. gərək əri mehriyyəni ona versin. yox, əgər qadın ona təlaq verilməsini tələb etsə, təlaq kişinin hakkı olduğu üçün razılaşıb ər bütün mehriyyəni və ya bir hissəsinin müqabilində qadını boşaya bilər. bu iş caizdir və heç bir işkalı  yoxdur.

sual: qırx il bundan əvvəl evlənmiş bir qadının mehriyyəsi mehriyyənamədə 2000 tümən qeyd olunub. Əqd də bu əsasla oxunulub. qadın isə deyir ki, mənim mehriyyəm suyun və torpağın 1/12 olub. qeyd etmək çətin olduğundan 2000 tümənə dəyişdirildi. İndi gərək ər suyu və torpağı verə. kişi bunu qəbul edərək deyir ki, sənin mehriyyən 2000 tüməndir. nəinki su və torpaq. qadının 2000 tüməndən artıq almağa hakkı varmı?

cavab: mənim nəzərimcə pulun müstəqil, etibarlı dəyəri vardır. zəmanətin olması dəlil deyil ki, pulun dəyəri onunla müqayisə olunsun. pulun alıcılıq qabiliyyətinin azalıb-çoxalması ilə fərq eləsin. bir sözlə pul əmtəədir. Əmtəənin qiymətinin artması və ya azalmasının işə dəxli yoxdur. yalnız tamami ilə dəyərinin itməsi və etibarsız olması istisnadır. buna əsasən sualda şəriət və qanuni olaraq mehriyyə təyin olunmuş və əqd onun əsasında oxunulmuşdur. məbləğ iki min tüməndir. yuxarıda deyilənlərə əsasən ər 2000 tüməndən artıq borclu deyil. yox əgər əqd su və torpaq əsasında oxunulubsa və o vaxt onların qiyməti 2000 tümən idisə, indi ər başqa bir şey yox su və torpaq borcludur. eyni halda ərin, yoldaşının razılığını əldə etməsi münasibdir.

sual: el arasında adətdir ki, qadın ev işlərini görür. demək olarmı ki, ər-arvad bu adət-ənənəyə əsaslanaraq əqdi bu əsasda icra edirlər ki, qadın işləsin? məgər qadın ev işlərini yerinə yetirməyə görə muzd tələb edə bilərmi?

cavab: Ümumiyyətlə qadın ər evində ərin göstərişi ilə havayı niyyəti etmədən gördüyü işlər və çəkdiyi zəhmətlərə görə uyğun zəhmət hakkı tələb etməyə hakkı vardır. amma ölkənin adət-ənənəsi hakk verməməyə səbəb ola bilməz. Əqd onun əsasında kəsilməsi sırf təxəyyülüdür.

sual: kürəkənin atası birbaşa gəlinin mehriyyəsini öz öhdəsinə götürüb ödəyə bilərmi? yoxsa mehriyyəni oğluna bağışlamalı o isə özü mehriyyəni verməlidirmi?

cavab: hər iki halda caizdir.

sual: kürəkənin atası öz varından bir mülkü və ya bir malı bir başa (əvvəl oğluna bağışlamadan) gəlinin mehriyyəsi qərar verə bilərmi?

cavab: bəli, edə bilər. amma yaxşı olar ki, əvvəl onu kürəkənə bağışlasın və kürəkən özü onu mehriyyə versin.

sual: evlənmə əqdində qadın kürəkənin mehriyyədən əlavə bir miqdar pulu onun ata və anasına verməyi şərt edə bilərmi? belə bir şərtə vəfa etmək lazımdırmi?

cavab: deyilən şərt caizdir və ona vəfa etmək lazımdır.

sual: bəzi ölkələrdə qayda olan süd pulu mehriyyənin bir hissəsidirmi? Əgər təlaq duxuldan əvvəl baş verərsə, onun yarısını vermək lazımdırmı?

cavab: Əgər süd pulu mehriyyənin bir hissəsi hesab olunsa, gərək nəqd verilə. təlaq duxuldan əvvəl baş verərsə yarı olur. Əgər mehriyyə olmasa və əqddə şərt olunmasa, onu vermək kişiyə lazım deyil. Əgər verilsə, eyni  mövcud ikən geri ala bilər.  bu məsələnin təfsilatı sonraki məsələlərdə gələcək.

sÜd pulu

sual: adətdir ki, kürəkən bir miqdar pulu gəlinin ailəsinə südpulu adı ilə verirlər. onlar da o pulla cehiz alıb gəlinə verirlər. Şərii baxımdan bu ləvazimatlar gəlinə aiddir, ya kürəkənə?

cavab: bu sualda, əgər kürəkən südpulunu peşkəş adı ilə verib və hədiyyə adı ilə verib və gəlin tərəfdən onunla cehiz alınıbsa, cehiz gəlinə aiddir, nə kürəkənə. Əgər hədiyyə etməyib, gəlin üçün cehiz almağa veribsə, bu halda kürəkənindir. Çünki, şəhərlər və məhəllələr arasında fərq var. Əgər şübhə varsa, yerin adət-ənənəsinə müraciət edib, ona uyğun əməl etsinlər. yaxşı olar ki, bir-birinin razılığını əldə etsinlər.

sual: Əgər bir qadın boşanmaq istəsə, əri qayınatasına verdiyi südpulunu geri ala bilərmi?

cavab: Əgər südpulunu qayınatasına razılıq əsasında yox, bağışlayıbsa, verdiyi mövcuddursa, ər geri tələb edə bilər.

sual: südpulunun alınması məlumdur. bir nəfər bir şəxsin qızını almaq üçün gəlir. o şəxs qəbul edir, bir şərtlə ki, məsələn, min tümən nəqd pul, iki ədəd xalça və ya başqa şeyləri südpulu adı ilə versin. məlumdur ki, bunları ana, ya qardaş, ya əmi ya da başqa şəxslər alırlar. onu almaq halaldırmı? Əgər əqddən sonra ər peşiman olsa, onu geri alması caizdirmi?

cavab: cüalə adı ilə verilən və ya alınan südpulu, məsələn, bu malı qızın atasına və ya qardaşına verir ki, onun razılığını əldə etmək üçün vasitəçi olsun, halaldır. Əqddən sonra ər onu qaytarmağa hakkı yoxdur. Əgər qızın atasına, əmisinə və ya qardaşına peşkəş və ya hədiyyə edərsə, halaldır. həmin şeylərin eyni qalıbsa geri ala bilər. Əgər ər onu razılıq və könül xoşluğu ilə vermirsə, qızın razı olduğu halda alan şəxs bu işə mane olmasın deyə verirsə, haramdır.

sual: evlənmə zamanı gəlinin atası və ya qohumları mehriyyədən əlavə müxtəlif adlarla çoxlu pul alırlar. məsələn, cüalə, südpulu, mehriyyə,  atanın vəkaləti, cehizlərin hazırlanması və sair. lütfən onu bəyan edin.

cavab: mehriyyədən başqa və ondan artıq alınan şeylərin bir neçə forması vardır:

1)        Əgər cüalə adı ilə alınsa şərii baxımdan heç bir eybi yoxdur və halaldır. Ərin sonradan onları geriyə almaq hakkı yoxdur.

2)        Əgər qızın atasının və ya qızın özünün razılığını qazanmaq üçün verirsə, onu götürmək caizdir. amma ər istəsə, o şeylər mövcud ikən geri qaytara bilər.

3)        Əgər oğlan və qız evlənməyə razıdırlarsa, ata da evlənməyə icazə veribsə, amma adət adı ilə zorla oğlandan müəyyən bir məbləği alırlarsa, onu almaq caiz deyil. gərək onu oğlana qaytarsınlar. Əgər aradan getsə belə, mislini ona qaytarmalıdırlar.

4)        Ərin razılığı ilə əgər pulu cehiz almaq və ər evinə aparmaq üçün alsalar eybi yoxdur. bu halda bu pulla hazırlanan cehizlər ərin mülküdür.

sual: bir nəfər yoldaşının mehriyyəsini müəyyən bir miqdar bahar azadi sikkəsi və bir təməttu həccini müəyyən qiymətlə təyin edib. bu mehriyyə düzgündürmü?

cavab: bəli, düzgündür.

sual: nigah baş tutub. təlaqla nəticələnib. Əqdnaməni kürəkən atası imzalayıb. Ər iddia edir ki, əqdnaməni o imzalamadığı üçün mehriyyəni öhdəsinə götürmür. Ərin atası da mehriyyəni verməyə razı deyil. bu halda mehriyyə kimin öhdəsindədir?

cavab: Əqdnamənin imza olunmasının dəxli yoxdur. Əgər kürəkən əqdi oxumağa icazə veribsə, qadının mehriyyəsini verməyə borcludur. duxuldan əvvəl təlaq verərsə, mehriyyənin yarısını, duxuldan sonra isə bütün mehriyyəni verməlidir. Əgər kürəkənin atası əqd zamanı mehriyyəyə zamin olubsa, zamindir. mehriyyəni öhdəsinə götürməlidir.

sual: nigah əqdində gələcəkdə ər ev sahibi olduğu təqdirdə onun yarısını arvadın mülkü edib onun adına qeyd etməsini şərt etməsi düzgündürmü?

cavab: Əgər deyilən şərt mehriyyə adı ilə olarsa, (şərtin məchul olmasına görə) ona vəfa etmək lazım deyil. mehrul-mislə çevrilir. Əqd düzgündür. əgər əqd zamanı müstəqil şərt (yəni mehriyyəyə əlaqəsi olmadan) olsa, vəfa edilməsi lazım deyil. Ənənənin inkar olunması halı istisnadır.

sual: arvad kişiyə deyir ki, mehriyyədən əlavə mənə müəyyən qədər qızıl versən, səninlə evlənməyə razı olaram. kişi də qəbul edir. evlənəndən sonra kişi qadını boşayır. qadın mehriyyədən əlavə deyilən miqdarda qızılı tələb etsin?

cavab: Əgər nigah əqdi zəminində belə bir şərt olunubsa, ya əqd onun əsasında oxunulubsa, bu əlavə şərt mənziləsindədir. yerinə yetirilməsi vacibdir. qadın mehriyyədən əlavə qızılı da ala bilər. Əgər ibtidai şərt olubsa, yerinə yetirmək lazım deyil. qadının qızılı tələb etmək hakkı yoxdur. amma ərin şərtə əməl etməsi daha yaxşı olar.

bÜtÜn mehrİyyƏnİn verİlmƏsİ

sual: bir şəxs öz qadınının fərcinə sperma töküb. qadın duxul olmadan hamilə olub. Əri onu boşayıb. bu işin hökmü duxulun hökmüdür ki, bütün mehriyyə verilməli, iddə və duxul edilmiş qadına aid olan digər hökmlərə də riayət olunmalıdır?

cavab: Əgər qadının razılığı olmadan onun fərcinə sperma tökülübsə, vacibi ehtiyat odur ki, bütün mehriyyə verilsin. Əgər razılıqla olubsa, onda ehtiyat odur ki, sülh edib və razılaşsınlar. hər iki halda qadının iddəsi uşaq dünyaya gələndə tamamlanar.

sual: duxul bəkarətin pozulmasına səbəb olmasa, tamam mehriyyənin verilməsinə səbəb olarmı?

cavab: bəli, əgər duxul baş versə, tamam mehriyyə verilməlidir.

mehrİyyƏnİ İstƏmƏk

sual: nigah əqdindən sonra ər mehriyyəni vermədikdə qadın mehriyyəni almaq üçün itaətsizlik edə bilərmi? caiz olduğu surətdə yalnız duxula imkan verməməlidir, ya digər ləzzətlərə də?

cavab: bəli, itaətsizlik edə bilər. amma ehtiyat odur ki, duxula imkan verməməklə kifayətlənsin.

sual: bir qız evləndikdən sonra bir müddət əri ilə yaşayıb. bədəninə toxunsa da duxul olmayıb. indi evlənmədən uzun müddət keçdikdən sonra qadın duxulun olmaması və bakirə olduğunu dəlil gətirərək mehriyyəni almayınca itaətsizlik üçün özünü haklı bilir. zəhmət olmasa, onun hökmünü bildirin.

cavab: duxul olmayana qədər itaətsizlik etmək hakkı vardır. zamanın keçməsi bu hakkın aradan getməsinə səbəb ola bilməz.

mehrİyyƏnİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: bir nəfərin bir iki mərtəbəli evi var və öz arvadının mehriyyəsini verməyib. evin və yaşadığı mənzilin dini ehtiyaclardan olduğunu iddia edir. Şərii hökmünü  buyurun.

cavab: Əgər onun mənzili ayrı-ayrılıqda iki mərtəbəli olub, onlardan biri ilə ehtiyacı şəninə uyğun ödənilirsə, ikinci mərtəbəyə dini baxımdan ehtiyac duyulmadığı təqdirdə və mənzil bahalı olduğu halda onu satmalı, o pulun bir hissəsi ilə öz şəninə uyğun bir mənzil almalı və yoldaşının mehriyyəsini ödəməlidir.

sual: Əgər qadın naşizə (ərinə itaət etməyən)-dirsə və ərinə itaət etmirsə, boşanmadan evdən gedirsə, ərin yaşadığı evi, telefon, mebel və digər məişətə lazım olan şeyləri mehriyyə adı ilə götürüb satması mümkündürmü?

cavab: mehriyyə də borc olub, digər borclara aid hökmlər ona da şamildir.

  camiul-məsailin birinci cildində 1172-ci məsələdə dini baxımdan ehtiyac duyulan şeylərin satılmasının şərhi verilmişdir. mehriyyəyə görə (həmin şeylərin) götürülməsi caiz deyil. ixtilaf olduğu halda məhkəməyə müraciət olunsun.

sual: Əqd sünnət olan mehriyyə əsasında oxunulub. miqdarı da təyin olunmayıb ya da kişiyə deməyiblər. səhv olaraq sünnət olan mehriyyənin az miqdar olduğunu fikirləşiblər. bir neçə ildən sonra başa düşüblər ki, sünnət olan mehriyyə beş yüz dirhəmdir. yüz min tuməndən bir az çoxdur. sual budur ki, həqiqi sünnət olan mehriyyəni verməlidir, ya əvvəl fikirləşdikləri və razı olduqları o az miqdarı verməlidirlər?

cavab: suala əsasən əqd sünnət olan mehriyyəyə əsasən oxunulub. həmin həqiqi sünnət olan mehriyyəni verməlidir. baxmayaraq ki, onun miqdarının az olmasını fikirləşiblər.

sual: bir şəxs bir qadını bakirəlik şərti ilə əqd edib. sonradan qız olmaması məlum olub. lakin özünün və arvadın abır-həyasını qorumaq üçün bir söz deməyərək qəbul edib ki, yaşamaqları davam etsin. təyin olunan mehriyyənin azaldılması hakda bir söz deməyiblər.

  bir müddətdən sonra qadın boşanmaq və bütün meriyyəni verilməsini tələb edir. bu şəxs təyin olunmuş bütün mehriyyəni verməlidir, ya onun miqdarı azalır?