|
||||||||||||||||||||
|
cavab: zahirən suala əsasən mehriyyə öz-özünə azalır və qadının təyin olunan mehriyyəyə hakkı çatmır. Ərin bir yerdə yaşamağa razılıq verməsi və onun dinməməsi bütün mehriyyənin ödənməsini qəbul etməsi deyil. Əgər qəbul etsə də ödəməsi lazım deyil. buna görə suala əsasən bakirə olan qızların mehriyyəsi ilə bakirə olmayan qadınların mehriyyəsində olan fərq qadının mehriyyəsindən çıxılır. sual: bir kişi xəstə halında bir qadınla evlənib. duxuldan əvvəl həmin xəstəliklə ölüb. bu qadına mehriyyə düşürmü? cavab: xeyr, bu qadına mehriyyə düşmür. iddəsi yoxdur, irs də aparmır. Əgər sağalsa və ondan sonra hər hansı bir səbəbə görə duxuldan əvvəl ölsə, mehriyyənin yarısı ona çatır. irs də aparır. aldatma vƏ yalansual: tədlis nədir? cavab: tədlis odur ki, qadını və ya kişi hakkında elə danışırlar ki, qarşı tərəf evlənmə zamanı aldanıb səhv edir. məsələn, onun eyblərini demirlər və onda olmayan sifətləri ona aid edirlər. onun həkim olmasını və ya mağaza sahibi olmasını, yaxud filan şirkətdə filan maaşa işləyir, ya filan tərəfdə bir idarəsi var deyərək onu bu cür tanıdıblar. Əgər onu bu cür tanıtmasaydılar, qarşı tərəf evlənməyə razı olmazdı. sual: tədlisin hökmünü bəyan edin. cavab: Əgər tədlis əqdi pozmağa səbəb olan eyibləri gizlətməkdirsə, qarşı tərəf əqdi poza bilər. amma o eyibləri yox bəlkə başqa eyibləri, yəni real vəziyyətini gizlətməkdirsə, o halda əqdi pozmaq hakkına sahib olur ki, deyilən işlər əqd əsnasında şərt olunub. ya da qabaqca bu işlər barəsində danışılıb və əqd də bu işlərin əsasında oxunulub. sual: Əgər qız tərəfdən bəzi şeylər deyilsə, tədlisə və ərin aldanmasına səbəb olsa, əqd də o əsasa oxunsa, onun boynunda mehrül-müsənma və ya mehrül-sünnə olar? Əgər sonradan məlum olsa onun öhtəsinə nə düşür? cavab: bir halda ki, duxul olub və ər bir yerdə yaşamağı seçsə, mehrül-müsəmmanı verməlidir. Əqdi pozmağı qərara alarsa, qadının mehriyyə hüququ yoxdur. İkinci sualın cavabı da budur. sual: bir kişi bir qadınla evləndiyi zaman tədlisə yol verib. Özünü başqa cürə tanıdıb. məsələn, özünü həkim və ya mühəndis kimi tanıdıb. Əgər özünü bu cür tanıtmasaydı qız razı olmazdı. vəziyyəti bilməməyə görə qızın əqdi pozmaq ixtiyarı varmı? cavab: bir halda ki, əqd zamanı ərin həkim və ya mühəndis olması şərt olunubsa, yaxud elə tanıdılıb ki, əqd o əsasda oxunulubsa, bu zəmanət şərti mənziləsindədir. sonradan tanıtmanın düzgün olmaması üzə çıxıb aydınlaşıbsa, qadının əqdi pozmaq ixtiyarı var. Əgər duxuldan əvvəl əqdi pozsa, mehriyyə hüququ yoxdur. Əgər duxuldan sonra əqdi pozsa, mehriyyə hakkı vardır. sual: bir kişi müəyyən bir işi olmaqla bir qadınla daimi evlənib. sonradan məlum olub ki, əqd zamanı və əqddən sonra müəyyən bir işə sahib olmayıb. bu vəziyyət də tədlis hesab olunurmu? cavab: sualın qoyuluşuna əsasən qadın üçün tədlisi seçmək ixtiyarı müşkül məsələdir. sual: qızın yaxınları onun bəzi eyiblərini məsələn, ekzema, yanıq, keçəllik kimi eyiblərini deməyiblər. təkcə deməmək tədlisdirmi? Ər əqdi pozmağa hakk qazanırmı? cavab: təkcə eybi deməmək tədlis deyil. sual: evlənmə zamanı tədlis olduqda, amma ər eybin aradan gedəcəyi ümidi ilə əqdi ləğv etmir. sonra məcbur olub qadını boşayır. mehriyyəni də (bir hissəsini və ya hamısını) müdəllisə (aldadana) rucu edə bilərmi? cavab: sualın qoyuluşunda mehriyyənin yarısını və ya hamısını qərara almaq öz işidir. müdəllisə rucu etmək hakkı yoxdur. sual: Ər dəli olub. yoldaşı əqdi pozmayıb. hal-hazırda əri sağalıb, əqdi poza biləcəyini bilməməsi iddiası ilə əqdi poza bilərmi? hələlik əqdi pozsunmu? cavab: eyb aradan getdikdən sonra əqdi pozmaq müşkül məsələdir. sual: bir qadının cinsiyyət üzvündə eybi vardır. amma cərrahi müdaxilə ilə o eybi aradan götürmək mümkündür. Ər bu halda da əqdi poza bilərmi? cavab: eyb aradan götrülməzdən qabaq əqdi poza bilər. Əgər əqdi pozmasa eyb aradan götrüləndən sonra müşkül məsələdir. sual: Əqd zamanı kişi qabaqlar evlənmədiyini deyir. qadın bu gümanla və bu etiqadla qəbul edib icazə verir. sonradan məlum olur ki, əvvəllər bir arvadı olub, ona təlaq verib. qadının bu halda əqdi pozmaq hakkı varmı? cavab: qeyd olunan halda qadının əqdi pozmaq hakkı yoxdur. sual: bir şəxs evlənmə zamanı tədlisə yol verib. sonradan ər xəbərdar olub əqdi pozur. qızın mehriyyəsini verməlidir ya yox? Əgər veribsə, müdəllisə rucu edə bilərmi? cavab: Əgər duxuldan əvvəl əqdi pozsa, mehriyyəni verməsi lazım deyil. Əgər duxuldan sonra əqdi pozsa, tədlis edən qadının özüdürsə, mehriyyəni vermək lazım deyil. yox, əgər tədlis edən qadın deyilsə, mehriyyəni tamam verməlidir. tədlis edənə rucu edə bilər. Əqdİ pozmaĞa sƏbƏb olan eyblƏrsual: bir şəxs öz həddi-buluğa çatmayan qızını bir həddi-buluğa çatmayan oğlana əqd edir. qız həddi-buluğa çatandan sonra xəbərdar olur ki, oğlan doğulandan sonra dəli olub. qız əqdi poza bilərmi? cavab: bəli, sualdan məlum olur ki, əqddən əvvəl dəli olub. qız əqdi poza bilər. sual: bir xanım ərinin dəli olmasına görə altı ildir ki, çətin vəziyyətdə qalıb. Əri nə onun xərcini verir, nə də onu boşayır. onun vəzifəsi nədir? cavab: Əgər ərin dəli olması təsdiqlənərsə, qdın əqdi poza bilər. Ərinin və ya ərin vəlisinin onu boşamasına ehtiyacı yoxdur. sual: bir qadın evlənməzdən əvvəl ruhi xəstəliyə düçür olub. evlənmə zamanı onu gizlədib. Ər biləndən sonra onu boşaya bilərmi? cavab: Əgər xəstəliyin dəlilik olduğu və kişinin də bu məsələdən heç bir xəbəri olmadığı məlum olarsa, əqdi poza bilər. sual: yuxarıdakı sualda ər əqdi pozmaqla yanaşı ona dəyən ziyanın ödənməsini iddia edib qadından xərcini ala bilərmi? cavab: edə bilməz. sual: yuxarıdakı vəziyyətdə daimi dəliliklə qeyri daimi dəlilik arasında fərq varmı? cavab: bir fərq yoxdur. sual: beş il bundan əvvəl evlənmişəm. bir neçə ay bundan əvvəl yoldaşımın irsi olaraq özündən getmə xəstəliyinə mübtəla olduğunu bilmişəm. evlənməzdən əvvəl bunu mənə və mənim ailəmə deməyiblər. evlənəndən sonra bu iş üzə çıxandan sonra xəstəliyə görə istəyirəm ki, öz hüququmdan istifadə edib əqdi pozum. xahiş edirəm ki, məsələnin şərii hökmünü mənə çatdırın. cavab: Əqdi pozmaq hakkı barəsində tovzihul-məsailin 2448-ci məsələsində qeyd olunub. Özündən getmə xəstəliyi əqdi pozan hallardan deyil ki, ər və ya arvad pozmaq hakkına malik olsun. siz də əqdi poza bilməzsiniz. bəli, təlaq kişinin öhtəsindədir. Şəraitə uyğun olaraq ondan istifadə edə bilər. sual: Əgər evlənəndən sonra kişinin hər iki xayalığı olmayıb. qadının əqdi pozmaq hakkı varmı? cavab: Əgər məqsəd budur ki, onun hər iki xayalığı çıxarılıb və ya döyülüb və ya heç olmayıbsa, qadın əqdi pozmaq hüququna malikdir. sual: Əqddən sonra, duxuldan əvvəl xəbərdar oldum ki, qızın anadangəlmə bir döşü yoxdur. mən evlənməkdən imtina etdim. istəyirəm əqdi pozum. o isə razı olmayıb, mehriyyənin yarısını istəyir. mən nigahı poza bilərəmmi? cavab: deyilən hal əqdin pozulması üçün yetərli deyil. Çünki, əqddə şərt olunmayıb və bu cürə də tanıdılmayıb. Əqdi pozmağı caiz edən eyblərdən də deyil. Əgər ona təlaq versə, gərək mehriyyənin yarısını ona versin. sual: bir qızı bir nəfərlə evləndiriblər. Əqddən sonra məlum olub ki, duxula mane olan bir eybi vardır. Ər bu nigahdan faydalanmadan əqdi pozur. qadına mehriyyə düşürmü? cavab: deyilən sualda mehriyyə saqitdir. qızın mehriyyəyə hakkı çatmır. sual: Ər-arvad üç ildir ki, bir yerdə yaşayırlar. Övladları yoxdur. həkimə müraciət etdikdə məlum olub ki, qız sonsuzdur. cərrahi müdaxilə ilə bir faiz ehtimalla övlad sahibi ola bilər. Ər qadının sonsuzluğunu əsas tutaraq əqdi poza bilərmi? məgər sonsuzluq əqdi pozan səbəblərdəndirmi? bu halda mehriyyəyə necə əməl etmək lazımdır? bütün mehriyyə qadına düşür, ya yox? cavab: sonsuzluğa görə kişi əqdi pozmağa ixtiyarı yoxdur. istəsə qadına təlaq verə bilər. təlaq duxuldan əvvəl olubsa, mehriyyənin yarısını verməlidir. duxuldan sonra olubsa, tamam mehriyyəni verməlidir. sual: bir qadın bir kişi ilə evlənib. bir müddətdən sonra məlum olub ki, qızın ailəsi zehni geriliyə, kor olmaq dərəcəsində göz xəstəliklərinə, kar olmaq dərəcəsində qulaq xəstəliklərinə mübtəla olub. qız da əvvəllər infakt olub. belə eyblər əqdi pozmağa səbəb olurmu? cavab: Əqdin pozulmasına səbəb olan eyblər tovzihul-məsailin 2448-ci məsələsində açıqlanıb. amma sualda qeyd olunan eyblərə gəlincə, o vaxt əqdin pozulmasına səbəb olar ki, əqd əsnasında xüsusi və ya mütləq eybin olmaması şərt olunsun. yaxud qızda eybin olmaması deyilib. Əqddən əvvəl danışıq vaxtı qızın sağlam olması söylənilib. Əqd də o əsasda oxunulub. bu halda ər əqdi poza bilər. başqa hallarda əqdi poza bilməz. ona təlaq verə bilər. təlaq verilərsə, yaxınlıq olmadığına görə qadın mehriyyənin yarısını tələb edə bilər. xülasə, əqd şərii cəhətdən düzgündür. sual: Ər toydan sonra beynin kütlüyünə və ruhi xəstəliyə tutularsa, nigahı pozmaq olarmı? cavab: verilən sualda ərin beyin kütlüyü və ruhi xəstəliyi dəlilik həddinə çatıbsa, yəni namazın vaxtlarını ayırd edə bilmirsə, arvadın əqdi pozmaq hakkı vardır. təlaqa da ehtiyac yoxdur. Əlbəttə ki, bu əqdi pozmaq ixtiyarı təxirə salmaq olmaz, təxirə salınarsa, əqdi pozmaq ixtiyarı əldən çıxır. Əgər məsələni bilməməzlik üzündən əqdi pozmayıbsa, hakimə və mərcei-təqlidə müraciət etmək lazım deyil. bu halda qadın müraciət etmədən əqdi poza bilər. deyilən sualdan yaxınlıq və duxul olduğuna görə, bütün mehriyyə ərin boynundadır. Əgər varıdırsa verməlidir, əgər yoxudursa qızın qayınatası mehriyyəni öz boynuna götürməyibsə, heç kəs zamin deyil. sual: mənim sol əlim iflicdir. qızın bundan xəbəri olmadan, onu mənimlə əqd etdilər. İndi ki, bilir heç vəchlə mənimlə yaşamaq istəmir. qız əqdi poza bilərmi? mən ona təlaq verməyə bilərəmmi? hər iki halda mehriyyə işi necə olar? cavab: evlənmədə kişi sağ-salamat tanıdılıbsa və əqd də bu əsasda oxunulubsa, qadının əqdi pozmaq hakkı var. duxuldan əvvəl olarsa, mehriyyə hakkı yoxdur. Əgər şərt olunmayıbsa, qadının əqdi pozmaq hakkı yoxdur. Əgər ona qarşı zülm və insafsızlıq edilirsə, yaxşı olar ki, ona təlaq verəsiniz. sual: Ər və ya arvadın əqdi pozma hakkı olduğu hallar təlaq hesab olunurmu? cavab: Əqdi pozma hallarının təlağa ehtiyacı yoxdur. Əqdi pozmaq təlaq hesab olunmur. təlaq hökmlərinə malik deyil. məsələn, üçüncü təlaq hökmü yoxdur ki, müvəqqəti nigah olunan kişiyə ehtiyacı olsun. Əqdi pozduqda qadının heyz və nifasdan pak olmasına, həm də iki ədalətli şahidə ehtiyac yoxdur. sual: Ər və ya arvad üçün əqdi pozmaq caiz olduqda şəriət hakiminin icazəsi lazımdırmı? cavab: sualın tələbinə görə icazə lazım deyil. bəli, əgər kişinin cinsi zəifliyi təsdiq olunarsa, şəriət hakiminə müraciət etmək lazımdır ki, qadının bir müddət səbr etməsinə qərar versin. Şəriət hakiminə müraciət etdikdən və müddət təyin olunduqdan sonra müddət bitdikdə və deyilən müddət qurtardıqdan sonra kişi qadınla yaxınlıq edə bilməsə, qadın şəriət hakiminə müraciət etmədən əqdi poza bilər. sual: nigah əqdini pozmağa səbəb olan eyblər hansı vasitələrlə sübut olunur? cavab: eyb sahibinin iqrarı ilə, ya iki ədalətli kişinin onun iqrarına, şəhadətinə, həm də iki adil kişinin onun eybinə şahidlik etməsi ilə. sual: qadınların daxili eybləri necə təsdiqlənir? cavab: dörd adil qadının şahidliyi ilə və ya qadının öz iqrarı ilə. sual: evlənməzdən əvvəl cinsi qüdrəti olan, evləndikdən sonra cinsi qüdrətini itirən kişi “ənin” hökmündədirmi? cavab: zövcəsindən başqaları ilə də cinsi qüdrətə malik deyilsə, hazırki arvadının əqdi pozmaq hakkı vardır. bu şərtlə ki, şəriət hakiminə müraciətdən və 1498-ci məsələdə deyilənə riayət etdikdən sonra. sual: Əgər ənin olan şəxsə verilən bir il möhlətdə qadın itaətsizlik etsə, müddət tamam olandan sonra qadın əqdi poza bilərmi? ya vaxt uzadılmalıdırmı? cavab: Əgər ərin və ya başqasının iqrar ilə təqsirlənsə ki, itaət olunduğu halda yaxınlıq edə bilmirsə, qadın əqdi poza bilər. yoxsa, vaxt uzadılmalıdır. sual: nigah əqdini pozmağa səbəb olan ekzema, korluq, xəsa və cəbb kimi eybləri zəhmət olmasa, bizə aydınlaşdırın. cavab: ekzema dəri xəstəliyi olub, dəri üzərində tapılan ağ ləkələrdir. korluq- bu mənadadır ki, göz görməsin. Əgər göz görsə, amma bir eybi olsa, korluq hökmü ona aid deyil. xəsa- kişinin xayalarının çıxarılması və əzilməsidir. cəbb- kişilik alətinin kəsilməsi mənasındadır. sual: Əqdi pozmağa səbəb olan dəlilikdə məqsəd nədir? cavab: Əgər bir şəxs namazın vaxtlarını seçə bilməsə, dəli hesab olunur. sual: zeyd qızın üzündə ləkələrin olmasını bildiyi halda onunla evlənib. Əqddən sonra məlum olub ki, bu ləkələr onun bədənində də mövcuddur. onun əqdi pozmaq hakkı varmı? ya bir sözlə xəbəri olduğuna görə əqdi pozmaq hakkı yoxdur. cavab: Əgər, dəri xəstəliyinin əlamətlərini onda mövcud olduğunu bilib və onunla evlənibsə, baxmayaraq ki, onun əlamətlərini təkcə üzündə görüb, zahirən əqdi pozmaq hakkı yoxdur. amma, əgər fikirləşib ki, bu eyb təkcə onun üzündədir və bu xüsusda razılaşıbsa və el arasında da bu iki eyb hesab olunmursa və onların arasında fərq olsa, zahirən əqdi pozmaq hakkı vardır. Əgər bir-birlərindən ayrılmaq istəsələr, ehtiyat odur ki, qarşılıqlı razılıq və təlaq vasitəsi ilə ayrılsınlar. nİgah zamani ŞƏrtsual: Əqd zamanı qadın şərt edir ki, onun icazəsi olmadan əri onu, məsələn, müqəddəs qum şəhərindən başqa yerə aparsın. evlənəndən sonra qadın öz razılığı ilə əri ilə kəndə yaşamağa gediblər. bir müddətdən sonra quma dönərək deyir ki, mən başqa yerdə yaşaya bilmirəm. Ərindən xahiş edir ki, məskunlaşmağa ehtiyacı olduğu yeri qumda təmin etsin. Ər də deyir ki, gərək gedib kənddə yaşasınlar. qadın kəndə getməyə etiraz edib, qumda məskunlaşmağı və xərcini ərindən tələb edə bilərmi? ya qumdan kənara getdikdən sonra əvvəlki hakkını itirib? başqa sözlə qadının qumdan çıxıb qumdan kənara getməklə məskən seçmək hakkı əldən gedib, ya yox? cavab: sualın qoyuluşunda əqddə olan şərtə göz yumaraq öz razılığı ilə əməli olaraq öz məskunlaşma hakkını itirib. daha getməkdən imtina və boyun qaçıra bilməz. sual: Əgər əqd qızın bakirə olması ilə şərtlənirsə, qız bakirə olmadığı təqdirdə ər əqdi poza bilərmi? cavab: bəli, əqdi poza bilər. sual: evlənəndən sonra qızımı qumdan kənara aparmamaq şərti ilə ərə verdim. Şərtin əleyhinə olaraq əri onu qumdan başqa şəhərə apardı. ona etiraz etdikdə, qızımı buraxdı və xərclik də vermədi. vəzifə nədir? cavab: Şərtə uyğun əməl olunmalıdır. qadın ona itaət etdiyi halda xərcini versin. sual: bir şəxs bir qızı bakirə olma fikri ilə bakirə qadınlara aid adi mehriyyə ilə əqd edib. lakin əqd zamanı şərt olunmayıb. sonradan məlum olub ki, bakirə deyil. bunun hökmünü aydınlaşdırın. cavab: sualın qoyuluşunda ərin əqdi pozmaq hakkı yoxdur. lakin, bakirə qadının mehriyyəsi ilə bakirə olmayan qadının mehriyyəsi arasında olan fərqi qadının mehriyyəsindən çıxa bilər. sual: bir qadın özündəngetmə və nigah əqdini pozmayan başqa xəstəliklərə mübtəla olub. lakin, özünü sağlam olmaq şərti ilə biri ilə evlənir. Əgər kişi duxuldan sonra xəbərdar olsa, əqdi pozmaq hakkı varmı? Əqd pozulduğu təqdirdə qadının mehriyyəsini verməlidir, ya yox? cavab: sualın qoyuluşuna əsasən sağlamlıq şərti ilə evlənib, sonra məlum olub ki, əqddən əvvəl özündəngetmə xəstəliyinə mübtəla olub. Ərin əqdi pozmaq hakkı vardır. qadın özü sağlamlığı şərt etdiyinə görə ər əqdi pozduğu halda qadın mehriyyəni tələb edə bilməz. sual: Özündəngetmə xəstəliyi olan bir qız xəbərdar etmədən ərə gedir. Ər xəbərdarlıq olandan sonra xeyirxahlığı üzündən etiraz etməyib razılaşır. yaxınlıq da olur. bir müddətdən sonra ər yaşamağın çətin olduğunu görüb, əqdi pozmaq istəyir. onun əqdi pozmaq hakkı varmı? Əgər təlaq versə mehriyyəsini verməlidirmi? mehriyəyə görə qızın valideynlərinə müraciət edə bilərmi? cavab: sualda xəstəliyindən xəbərdar olduqdan sonra yaşamağı qərara alır.Əqdi pozmaq hakkı yoxdur. Əgər ona təlaq versə bütün mehriyyəni qadına verməlidir. ata və anasına müraciət etmək hakkı da yoxdur. sual: Ər iddia edir ki, qadın və onun yaxınları əqddən əvvəl qız barəsində danışdıqda qızın ibtidai məktəbin 5-ci sinfini bitirdiyini deyirdilər. Əqddən sonra bir neçə il yaşadıqdan sonra ər xəbər tutur ki, qız beşinci sinfin imtahanından kəsilib. Öz fikrinə görə deyilənlər düz olmadığına görə əqdi pozmaq hakkı vardır. buna görə əqdi pozub və əqddən iyirmi gün sonra təzədən onu müvəqqəti əqd edib, özünə arvadlığa götürüb. qadın özü də təsdiqləyir ki, ibtidai sinfin 5-ci sinfini oxuyub. deyir ki, oxumuşam, oxuduğumu demişəm. diplomdan söz getməyib. Ərin əqdi pozmaq hüququ olub, ya yox? Əqd pozulub və qadın onun arvadlığından çıxıbmı? müvəqqəti əqd vasitəsi ilə arvadlığı bərpa olubmu? daimi arvadlıq ləğv olunmayıbmı? cavab: Ümumiyyətlə, bir halda ki, əqddən əvvəl qızın intelektual səviyyəsi tanıdılıb və əqd bu əsasda kəsilib ki, bu da gizli şərt mənziləsindədir. Üzə çıxdıqdan sonra deyilənlərin əksi olub. ərin əqdi pozmaq hakkı vardır. suala əsasən əqd zahirən deyilənlər əsasında kəsiməyib. buna görə əqdi pozmaq hakkının olu-olmamasını sübut etmək müşkül məsələdir. həmdə əlavə olaraq sual hakkında bunu demək olar ki, qız şə onun yaxınları diplomun olması hakkda bir şey deməyiblər. yalnız 5-ci sinfi oxuduğunu deyiblər. buna əsasən onun məlumatı 5-ci sinfin miqdarı qədər olubsa, deyilənlərin əksi deyil. burada əqdi pozmaq hakkı mövcud deyil. buna əsasən sualın qoyuluşunda əqdi pozmaq mənasız və təsirsizdir.qızı da həmin şəxsin daimi arvadıdır. sual: bir nəfər bir qızla evlənib. sonradan məlum olub ki, bu qıza duxul olub. lakin bəkarət pərdəsi elastik olduğundan yırtılmayıb. Ərin əqdi pozmaq hakkı varmı? cavab: bəkarət kamal sifətlərindəndir. onun olması üç halda əqdin pozulmasına səbəb olar. 1) Əqd vaxtı bəkarət şərt oluna; 2) Əqd siğəsi oxunduqda qız bakirə təqdim oluna; 3) elçilikdə və mehriyyə təyin olunan söhbətlərdə qızı bakirə kimi qələmə verələr. Əqd də həmin danışıqlar əsasında oxunula. qız və onun böyükləri bəkarətin olmaması hakkda bir söz deməyələr. bu üç halda deyilənlərin əksi olarsa, ər əqdi pozmaq hakkına malikdir. bu üç haldan başqa, digər hallarda deyilən sözün əksi olarsa, ər əqdi pozmaq hakkına malik deyil. baxmayaraq el arasında bakirə olmamaq eyb hesab olunur. yaxud da, ərin onun bəkarətin gümanı hətta etiqadı olmuş olsa belə. sual əqdin pozulması bəkarət pərdəsindən asılılığı hakkdadır. Əgər hər bir formada bəkarət pərdəsi hifz olunubsa, əqdi pozmaq hakkı mövcud deyil. sual: bir nəfər bir qızla evlənib. toydan əvvəl məlum olub ki, qız əvvəllər başqa bir şəxslə evlənib və ondan boşanıb. Ərin əqdi pozmaq hakkı varmı? cavab: Əvvəlki evlilik əqdin pozulmasına səbəb deyil. istər duxul olsun, istərsə də yox. sual: Əgər bir kişi bir qadınla bəkarət şərti ilə evlənsə və qadın dul çıxdığı halda arvadın mehriyyəsindən bir şey əskilirmi? Əqd pozulurmu? cavab: sualın qoyuluşunda bəkarət şərti edib, məlum olsa ki, əqddən əvvəl bakirə olmayıb, ərin əqdi pozmaq hakkı vardır. Əqdi pozduqda duxul etməyibsə, qadın mehriyyə müqabilində heç bir hakkı yoxdur. Əgər duxul edibsə, mehrul-müsənmanı qadına verməlidir. Əgər əqdi pozmasa, bu cür dul qadınların mehriyyəsi ilə bakirə qadınların mehriyyəsində olan fərqə hakkı çatır. bunu deyilən mehriyyədən azalda bilər. ÖvladliĞa gÖtÜrÜlƏn ŞƏxslƏrİn mƏhrƏm olma yollarisual: Övladlığa götürülən uşaqların məhrəm olma yolları necədir? cavab:Əgər uşaq südəmər qızdırsa, aşağıdakı yollarla onunla kişi (atalıq) arasında məhrəmiyyət hasil olur: 1) arvadının südünü əmsin. bu halda kişinin süd qızı olur. 2) kişinin anasının südünü əmsin. bu halda onun süd bacısı olur. 3) kişinin bacısının südünü əmsin ki, onun bacısının süd qızı olur. yaxud kişinin bacısı qızının südünü əmsin. 4) kişinin qardaşı arvadının südünü əmsin ki, onun qardaşının süd qızı olur. yaxud onun qardaşı qızının südünü əmsin. 5) Əgər südəmər deyilsə və ya südəmərdirsə, amma, deyilən süd verən şəxslər mövcud deyillər onda qızla kişinin atası və ya babası arasında müvəqqəti nigah vasitəsi ilə məhrəmiyyət hasil etmək olar ki, bu halda qız kişinin babasının arvadı olur. amma diqqətli olmaq lazımdır ki, əgər qız həddi-buluğa çatmayıbsa, deyilən nigah qızın şərii böyüyünün izni ilə olmalıdır. Şərii böyüyü olmadıqda isə camiuş-şərait müctəhiddən icazə alınmalıdır. heç bir halda məhrəmiyyət siğəsi balaca qız üçün zərərli olmamalıdır. onun mənafeyinə xidmət etməlidir. belə ki, qız həddi-buluğa çatmış olsa, atasının və ya ata babasının icazəsi vacibi ehtiyata əsasən mötəbərdir. Əgər uşaq südəmər oğlan olsa, onunla qadın (ögəy ana) arasında məhrəmiyyət yaratmaq olar: 1) o qadının südünü əmsin ki, onun süd oğlu olur; 2) qadının anasının südünü əmsin ki, arvadın süd qardaşı olur; 3) qadının bacısının südünü əmsin ki, arvadın bacısının süd oğlu olur; 4) arvadın qardaşı arvadının südünü əmsin ki, arvadın qardaşının süd oğlu olur; 5) Əgər oğlan südəmər olmasa, onda ögəy ananın ərsiz anası olarsa, onu oğlanın daimi və ya müvəqqəti əqdinə gətirsin. ona duxul etdikdən sonra ögəy ana onun başqa ərdən olan qızı olur və ona məhrəm olur. Əlbəttə başqa yollar da vardır ki, indi onları qeyd etməyin yeri deyildir. sual: mənim övladım yoxdur. bu yaxınlarda anaları və körpələri himayə edən təşkilatdan bir körpəni övlad məqsədi ilə götürüb onun adını həsən qoyub, həmin adla şəxsiyyət vəsiqəsi götürdüm. halbu ki, uşağın ata və anası mövcud deyil. müqəddəs islam şəriəti baxımından bu məsələnin hökmü nədir? cavab: Övlad adı ilə başqasının övladını özünə aid etmək və onun üçün şəxsiyyət vəsiqəsi götürmək caiz deyil. gələcəkdə də olsa, irsi məhrəmiyyət və qeyri- məhrəmiyyət kimi şərii məsələlərdə səhv və səbəb olacaq şəxsiyyət vəsiqəsinin fəaliyyətini dayandırmaq lazımdır. sual: bir qadının əri yoxdur, naməhrəm bir kişi ilə ünsiyyətdədir. necə edə bilər ki, evlənmədən bu kişiyə məhrəm olsun. hicabın çətinliyindən azad olsun? yeri gəlmişkən bu qadının həddi-buluğa çatmayan bir qızı da vardır. cavab: verilən suala əsasən əgər qızın ata babası sağdırsa, qız üçün məsləhət bilsə, qızı bir-iki saatlığa o kişi əqd edər və məhrəmiyyət yaranar. yox əgər ata babası sağ deyilsə, onda mənim fikrimcə həddi-buluğa çatmayan qızın ata və babasından başqa böyüyü olmadığı üçün bu iş müşkül məsələdir. ehtiyat bu işi tərk etməkdir. bəli edə bilər, camiuş-şərait müctəhidə müraciət edib və əgər məsləhət bilib əqdə icazə versə müşkül həll olar. sual: camiul-məsailin birinci cildində (438-ci səh) buyurmusunuz: əgər övladlığa götürülən şəxs oğlan olsa və onu övladlığa götürən qadının ərsiz anası olarsa, onu oğlanla daimi və ya müvəqqəti evləndirə bilər. duxuldan sonra onu övladlığa götürən ana onun arvadının qızı olur və ona məhrəm olur. sual budur ki, balaca oğlan uşağı hələ yaxşını-pisdən ayıra bilmir. arvadı onunla evləndirsələr qadının vasitəsi ilə, uşaqdan asılı olmadan, hətta heç bir cinsi ləzzət olmadan duxul olsa, bu iş bu formada məhrəmliyə səbəb olurmu? cavab: bəli, arvadın qızının məhrəm olmasında şərt duxulun olmasıdır. baxmayaraq ki, duxul kəsilən yer qədərincə, xəbərsiz, ixtiyarsız, yuxuda, hətta məcburən də olsa baş verib. Çünki, sualın qoyuluşuna əsasən əqddən sonra duxul nə qədər, nə formada baş tutsa, o arvadın qızı onun arvadının qızı olur və uşağa məhrəm olur. sual: camiul-məsailin 1-ci cildində övladlığa götürülən şəxsin məhrəm olması üçün ondan əlavə yollar varmı? cavab: bəli, əgər uşaq qız olsa, anası varsa, müvəqqəti də olsa onunla evlənmək mümkün olsa, kişi o qadını (uşağın anasını) öz əqdinə gətirsin. ona duxul etdikdən sonra uşaq onun arvadının qızı olur və ona məhrəm olar. həmçinin, əgər uşaq südəmər qız olsa, uşaqlara süd verən bir qadın ona süd versə, kişi təlaqdan, ya ərinin ölümündən və iddə başa çatandan sonra o qadınla evlənsə, bu halda da ona duxul etdikdən sonra o qız onun arvadının qızı və məhrəm olur. mÜvƏqqƏtİ evlƏnmƏsual: məcusi olan bir qadınla müvəqqəti evlənmək caizdir, ya yox? cavab: caizdir. sual: doxsan doqquz illiyə müvəqqəti evlənmək düzgündürmü? daimi əqd hökmünə malik olur, ya yox? cavab: bəli, düzgündür. daimi əqd hökmünə malik olmur. Çünki, mümkündür müddəti bağışlasinlar. sual: bir nəfər bir qızı siğə edib. onunla əlaqədə olub və qız hamilədir. siğə müddətini bağışlayıb hamiləlik dövründə onu özünə daimi əqd edə bilərmi? |