Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

cavab: bəli, qalan müddəti bağışlaya bilər və hamiləlik dövründə onu özünə daimi əqd edə bilər. sualın qoyuluşuna əsasən hamiləlik əqdə maneə deyil.

sual: Əgər bir nəfər cinsi yaxınlıq həddində olmayan balaca qızını qısa bir müddətə o uşağın anasının yeznəyə məhrəm olmaq məqsədi ilə ona müvəqqəti əqd edərsə, o uşağın anası o şəxsə məhrəm olurmu?

cavab: Əgər uşağın mənafeyinə uyğundursa, eybi yoxdur. məhrəm olur.

sual: kişi müvəqqəti evləndiyi və müddəti tamam olmamış qadınla daimi evlənə bilərmi?

cavab: İstər daimi və istərsədə müvəqqəti əqdin təzələnməsi düzgün deyil. yalnız əqdin müddəti tamam olmalı və ya müddət ona bağışlanmalıdır. ondan sonra yeni əqd oxunmalıdır.

sual: Əvvəlki suala nəzərən iddə dövründə əqd səhihdirmi? ya iddədən sonra əqd oxunmalıdır?

cavab: sualda nəzərdə tutulana görə iddə saxlamaq lazım deyil. kişi müvəqqəti evləndiyi müddət tamam  olan, ya bağışladığı və hələ iddəsi tamam olmayan qadınla daimi və ya müvəqqəti evlənə bilər. Əgər bu qadın başqası ilə evlənmək istəsə gərək iddə saxlasın.

sual: Əgər bir qadınla müddəti və ya mehriyyəsini təyin etmədən müvəqqəti evlənsələr, bunun hökmü necə olar?

cavab: müddət təyin olunmadığı surətdə əqd düzgündür. amma əqd müvəqqəti şəkildə icra olunmayıb, bəlkə daimi şəkildə baş tutub. amma mehriyyə təyin olunmasa, əqd batildir.

sual: bir şəxs bir qadınla daimi və ya müvəqqəti evlənmək istədikdə ondan ərinin olduğunu və ya iddə müddətində olduğunu soruşmaq lazımdırmı?

cavab: Əgər ərinin olub-olmamasına, iddədə olub-olmamasına şəkk edərsə, soruşmaq və axtarış aparmaq lazım deyil. amma ərinin olduğunu bilib, boşanıb-boşanmadığını bilməsə, yaxud iddə müddətində olduğunu bilsə, iddə müddətinin bitib-bitməməsini bilməsə, gərək soruşa. bu halda elə ki, qadın boşanmışam və ya iddəm tamam olub desə, kifayətdir. axtarış aparmaq lazım deyil.

sual: müvəqqəti əqddə kişi qadının xəbəri olmadan müddəti bağışlaya bilərmi?

cavab: bəli, xəbər verməyə və qadının qəbul etməsinə ehtiyac yoxdur. elə ki, müddəti bağışladı, yəni öz ləzzət aparmaq (faydalanmaq) hüququndan əl çəkdi və qadını azad etdi, qadın onun arvadlığından kənar olur. baxmayaraq ki, ona xəbər verilməyib. amma ehtiyat odur ki, müddətin bağışlanmağını ona xəbər versin.

sual: ata balaca bir qızı balaca olan öz oğlu üçün siğə edib. siğənin müddəti qalıb. ata qalan müddəti bağışlaya bilərmi?

cavab: bəli, bilər.

sual: nigah  qanunlarında mövcuddur ki, daimi evlənmədə bir yerdə yaşamağın davam etməsi çətinliyə səbəb olursa və ər təlaq verməyə hazır deyilsə, şəriət hakiminin icazəsi ilə təlaq verilər. Əgər müvəqqəti evlənmədə bir yerdə yaşamağı davam etmək çətinliyə səbəb olursa və ər qalan müddət bağışlamağa hazır deyilsə, şəriət hakimi qalan müddəti bağışlamaqla ər-arvadı bir-birindən ayıra bilərmi?

cavab: bu cəhətdən daimi əqdlə, müvəqqəti əqd arasında fərq yoxdur. Əgər çətinlik dözülməz olarsa və ər vaxtı bağışlamağa hazır olmasa, ya başqa yerdə olsa, şəriət hakimi bu işi icra edə bilər.

Ər-arvadin İddİalari

sual: bir nəfər iddia edir ki, filan qadın mənim əqdimdədir. qadın isə inkar edir. mübahisəni həll etmək üçün əqd oxuyanı çağırırlar. o da inkar edir. sonra deyir ki, qorxu səbəbindən inkar etdim. Çünki, namus ən mühüm məsələlərdəndir. bu qadın iki ildən sonra evlənmək istəsə, boşanmağa ehtiyacı varmı? halbuki, iddiaçı onu boşamaq istəmir.

cavab: suala əsasən əgər qadın yəqini vardır ki, şərən o şəxsin arvadı olmayıb və onun əqdində deyil; onda evlənə bilər və boşanmağa ehtiyacı yoxdur.

sual: qadın deyir, daimi əqd olunmuşam, kişi deyir, müvəqqəti əqd etmişəm. sübut və aydın dəlilləri yoxdur. hansının sözü daha qabaqdır.

cavab: suala əsasən əqd davama məhkumdur, bir şərtlə ki, onun əksi şərən təsdiqlənməsin.

sual: bir qadın bir şəxsə icazə verib ki, onu daimi əqd etsin. o şəxs o qadını beş illiyə və ya on illiyə müvəqqəti əqd edir, amma o qadına demir. o qadından bir neçə uşaq da dünyaya gəlir. bir müddətdən sonra qadın xəbərdar olur ki, əqd müvəqqətidir. lütfən məsələnin hökmünü bildirin.

cavab: suala görə əgər arvad əqdin müvəqqəti olduğunu biləndən sonra ona razılıq versə, əqdin əsli fizuli olduğuna görə razılıq onun düzgünlüyünə səbəbdir. onların övladları halalzadədir. müddətin sonuna qədər bir yerdə yaşaya bilərlər. amma qadın xəbərdar olandan sonra icazə verməsə, əqd batildir. dərhal bir-birlərindən ayrılmalıdırlar. anaya nisbət uşaq şübhəli övlad qismindədir. bir-birlərindən irs aparırlar. kişiyə nisbətdə kişi əqdi düzgün bildiyi təqdirdə və qadın ona halal olma etiqadı ilə yaxınlıq edibsə, uşaqlar ona nisbətdə də şübhəli övlad qismindədirlər. bir-birlərindən irs aparırlar. amma  əqdin batil olduğunu bilibsə, övladlar ona nisbətdə zinadan doğulan övlad qismindədirlər. bir-birlərindən irs aparmırlar.

sual: Ər-arvad əqdin özü barəsində eyni fikirdədirlər. amma ər əqdin müvəqqəti olduğunu, qadın isə əqdin daimi olduğunu iddia edir. onlardan hansının sözü inandırıcıdır?

cavab: and içməklə iddiaçının sözü üstün tutulur.

sual: həyat yoldaşını dəlil olmadan boşayan kişinin sözü qəbuldur, ya dəlilə ehtiyacı var?

cavab: təlaq barəsində kişinin iqrar etməsi kifayətdir. arvadı və ya başqa birisinin onun sözünün yalan olmasını bilsələr, bu hal istisnadır. hakim zahirən ərin iqrarına uyğun hökm etməsinə baxmayaraq öz elminə uyğun əməl etməlidir. hökmü inkar edə bilməz.

sual: Ər-arvad təlağın özünü qəbul edirlər. Ər təlağın xuli olduğunu iddia edir. qadın isə təlağın rici olduğu iddiasındadır.

  İstəyirəm biləm ki, kimin sözü inandırıcıdır.(qəbuldur)

cavab: and içməklə rici təlağı iddia edən şəxsin sözü qəbul edilməlidir.

sual: Ər-arvad təlağın özü barədə eyni fikirdədirlər. Ər deyir, ikinci təlaqdır və ricidir. amma qadın üçüncü və bain təlaq olduğunu deyir. hansının sözü qəbuldur?

cavab: and içməklə rici təlaq olmasını iddia edən şəxsin sözü qəbuldur.

Övlad hakkinda hÖkmlƏr

sual: ata öləndən sonra ana xırda uşaqları tərbiyələndirmək müqabilində qayınatasından (ərin atasından) hakk tələb edə bilərmi?

cavab: ana tərbiyyələndirməyə görə hakk tələb edə bilməz.

sual: bir nəfər yoldaşını əxlaq pozğunluğuna görə boşayıb. bir  üç yaşlı qızı vardır ki, onun tərbiyyəsi ilə qadın məşğul olur. qadın bu qızın tərbiyyəsini öhdəsinə götürə bilərmi?

cavab: Əgər qızın yoldan çıxma qorxusu varsa, ananın tərbiyyələndirmək hakkı yoxdur.

sual: bir nəfər uşaqlıqda sünnət edilib. sünnət edənin səhlənkarlığı və diqqətsizliyi nəticəsində kəsilməli olan dərinin bir hissəsi qalıb. (alət fəallaşdıqda tamami ilə onu əhatə edən dəridən kənara çıxır.) bilmək istəyirəm ki, bu şəxsin şərii vəzifəsi nədir?

cavab: Əgər dəri o qədər çox olub sünnət olunmanı sual altında qoyursa, belə hallarda özünü sünnət etdirməsi vacibdir.

sual: bir ana tərbiyyələndirmək hakkından əl çəkir. sonra peşiman olur. təzədən öz hakkını tələb edə bilərmi?

cavab: müşkül məsələdir, ehtiyat odur ki, qarşılıqlı güzəştlə ixtilafı həll etsinlər.

sual: ananın şərii tərbiyyələndirmək hakkı olduğu hallarda uşaqların atasının icazəsi olmadan onları səfərə apara bilərmi? yaxud başqa şəhərlərdə məskunlaşdıra bilərmi?

cavab: bir halda ki, ananın tərbiyyələndirmək hakkı qalıb, onda övladlarını səfərə apara bilər. münasib bildikləri şəhərdə məskunlaşarlar.

sual: ataya övladlarına (istər qız olsun, istərsə də oğlan) oxumağı və yazmağı öyrətmək vacibdirmi?

cavab: bəli, zəruri miqdarda lazımdır. müəllim tutmaq vasitəsilə olsa, ataya vacibdir ki, şəriət hökmlərini və övladlarına lazım olan şərii məsələləri onlara öyrətsin.

sual: bir nəfər yol üstə qoyulmuş xırda bir uşağı götürür, böyüdür. bir neçə ildən sonra bir qadın və kişi gələrək uşağın onlara mənsub olduğunu deyirlər. o şəxs isə inkar edir. aya mümkündür ki, bir dəlil olmadan uşağı iddia edən kişi və qadına vermək olarmı?

cavab: deyilən halda uşaq xırda və həddi-buluğa çatmamış olsa, arvad və kişinin dəlil və ciddi iqrarı ilə mənsubiyyət sübuta yetir və açıq-aşkar sübuta ehtiyac olmur. Əgər uşaq arvad və kişinin iqrarı vaxtı həddi-buluğa çatmış olsa, uşaq onların dediklərini təsdiq edərsə, arvad və kişinin iqrarı sübuta yetir.

evlƏnmƏk hakkinda mÜxtƏlİf mƏsƏlƏlƏr

sual: siz həcc risalənizdə buyurmusunuz ki, evlənməyə ehtiyacı olan şəxs onu tərk etməklə xəstəliyə ya zərərə və ya məşəqqətə düşərsə, ona pul lazım olduğu halda, o vaxt imkanlı olur ki, həcc xərclərindən əlavə, evlənmə xərcləri də onda olmuş olsun.  bu hökm övladı həddi-buluğ yaşına çatmış bir şəxsə də aiddirmi?

cavab: bəli, şamildir. bu mənada ki, əgər bir şəxsin evlənməyə ehtiyacı olan oğlu və ya qızı varsa və evlənməmək onları zərərə çətinliyə və ya harama düşmələrinə səbəb olarsa, onda əvvəl onların evlənmələrini onların şəninə uyğun olaraq təmin etsin, sonra isə həcc xərci olarsa, imkanlı olar.

sual: Ər-arvad arasında mərcləşmənin hökmü nədir?

cavab: udub-uduzmaq olan mərcləşmə haramdır. qaçış və ox atmaqdan başqa. 

sual: arvad əri ilə birgə yaşayışı başa vurduqdan sonra, cehizləri bir müddət ərinin evində olub. indi təhvil aldığı zaman iddia edir ki, onun cehizlərinin bir hissəsi yoxdur. amma ər deyir ki, ona əl dəyməmişəm. Əgər azalıbsa qadının özü və ya qohumları aparıblar. kişinin  sözü məqbuldur?

cavab: Ər cehizlərə zamin deyil. yalnız qadın onun izni olmadan ərinin cehizləri xarab etdiyini şəriət məhkəməsində sübut edərsə, bu hal istisnadır.

sual: yaşlı kişilərin cavan qızlarla evlənməsi caizdirmi?

cavab: baxmayaraq ki, şərii baxımdan bu cür evlənmələrin heç bir maneəsi yoxdur. amma heç bir vəchlə məsləhət deyil. qızların böyükləri onların mənafeylərini nəzərə almalıdırlar.

sual: Əgər bir şəxsin övladı heç bir vəchlə evlənməyə qadir deyilsə, yəni dünya işlərində daim məğlubiyyətlərlə üzləşir və bədənində pozğunluqlar yaranıb. bu cəhətdən dərman və ya cərrahi əməliyyat vasitəsi  ilə özünü kişilərdən məhrum edə bilərmi?

cavab: kişiliyi aradan aparmaq heç bir vəchlə caiz deyil.

sual: Şiə qızını sünni kişiyə ərə vermək olarmı?

cavab: daha yaxşı olar ki, bu işdən çəkinsinlər.

sual: Övladın arvada (evlənməyə) ehtiyacı var. ata isə onu fikirləşməsə, onun izni olmadan onun malından xərcləyib evlənə bilərmi?

cavab: atanın izni olmadan onun malından istifadə etmək olmaz. belə hallarda ataya müəyyən şəxslər vasitəsi ilə nəsihət verilməlidir ki, o da bu işə razılaşsın.

sual: evlənmə zamanı ərinin ölməsi hakda və ya pak olması hakda qadının sözü dəlildirmi?

cavab: qadının ərinin ölməsi ilə əlaqədar və ya paklığı hakkındakı sözü etibarlıdır.

sual: Şəriət baxımından qadınların heyzdən paklanması, ərinin olmaması və iddənin başa çatması hakkında etibarsız fikirlərinə etina etmək olarmı?

cavab: Əgər qadın iddiasına görə ittiham olunmursa, sözü məqbuldur.

sual: bir qız bir nəfəri vəkil edir ki, onun əqdini  zeyd üçün kəssin. bir müddətdən sonra ikinci adamı vəkil edir ki, onun əqdini Əmir üçün kəssin. sonra hər iki vəkil əqd siğəsini bir-birindən xəbərsiz icra edirlər.  arvad ikinci şəxsi öz vəkili etdikdə bu birinci vəkili vəkalətdən azad etmək deyilmi?

   Əgər hər iki nəfərin vəkilliyi düzgündürsə, aşağıda qeyd olunan hallarda hansı vəkilin əqdi düzgündür?

1. hər iki əqd eyni zamanda oxunub.

2. hansının əvvəl, hansının sonra oxunduğu məlum deyil.

3. birinci vəkil əqdi ikinci vəkildən əvvəl oxuyub.

4. Əksinə, ikinci vəkil əqdi birinci vəkildən əvvəl oxuyub.

cavab: zahirən ikinci adamı vəkil etməklə, birinci şəxsin vəkilliyi batildir. amma bu məsələ birinci vəkilə xəbər verilməyibsə, onun vəkaləti yerindədir. Çünki, birinci vəkil əgər əvvəl əqd edibsə, onun əqdi düzgündür. Əgər ikinci vəkil əvvəl əqd edibsə, onun əqdi səhihdir. Əgər hər ikisi eyni zamanda əqd ediblərsə, onda ehtiyat üçün hər ikisi təlaq versinlər. sonra bir nəfər üçün əqd etsinlər.

sual: bəzi yerlərdə adətdir ki, kürəkənin atası bir qızı oğlu üçün əqd etməzdən əvvəl gediş-gəliş zamanı gəlini öpür. bu əməl qızın oğlana haram olmasına səbəb olurmu?

cavab: bu iş əslən haramdır. gərək ona bildirsinlər ki, əqddən əvvəl qız naməhrəmdir. amma hər halda onu oğlana əqd etməyin heç bir eybi yoxdur.

İkİ qohumun evlƏnmƏsİ

sual: zəhmət olmasa, iki qohumun evlənməsi hakkında rəyinizi bildirin.

cavab: bu məsələ hakkda mötəbər bir rəvayət yoxdur.

tƏlaq

tƏlaq sİĞƏsİ

sual: təlaq siğəsində Ənti mutəlliqətun, ya hiyə mutəlliqətun və ya təlləqət fulanə ifadələrini işlətmək caizdirmi?

cavab: sualda deyilənlərdən heç biri caiz deyil. gərək Ənti taliqun ya hiyə taliqun və ya hazihi taliqun sözü olsun.

sual: Əgər qadın əri tərəfindən özünü boşamağa vəkaləti olarsa, təlaq siğəsini özü oxumaq istədiyi zaman nə deməlidir?

cavab: gərək "Ənə taliqun" desin.

tƏlaqin dÜzgÜn olma ŞƏrtlƏrİ

sual: təlaq zamanı şahidlik edənlərin zahirən ədalətli olmaları kifayətdirmi? ya həqiqətən də ədalət sahibi olmaları lazımdır?

cavab: zahirən ədalətli olmaları kifayətdir. amma sonradan bunun əksi üzə çıxarsa, təlaq batildir.

sual: təlaq zamanı şahidlərin ərəb dilini bilmələri – sözlərin mənasına bələd olmaları lazımdırmı? ya buna ehtiyac yoxdur?

cavab: təlaq siğəsini icra etdiklərini bilmələri qədər kifayət edər.

sual: bir nəfəri vəkil etmişəm ki, həyat yoldaşıma təlaq versin. təlaqda lazım olan iki ədalətli şahidin doğrudanda ədalətli olduqlarını bilmirəm.

cavab: sizin iki adil şahidin xüsusiyyətlərini bilməyiniz lazım deyil. ehtimad göstərdiyiniz və vəkil etdiyiniz təlaq verən şəxsin sözü sizin üçün höccətdir. bir şərtlə ki, bunun əksini bildiyiniz hal istisnadır.

  Əgər siz iki şahidi tanısanız və onların ədalətli olmalarına etiqadınız olmasa, təlaqın düzgünlüyü sizin üçün müşkül məsələdir.

sual: neçə il bundan əvvəl bir nəfərlə evləndim, bir müddətdən sonra heyz halında təlağın düzgün olmadığını bilmədiyim üçün iddə başa çatandan sonra iki dəfə evlənmişəm. hal-hazırda bir uşağım var. xahiş edirəm, şərii hökmü mənə aydınlaşdırıb yol göstərin.

cavab: heyz halında təlaq batildir. siz əvvəlki ərinizin şərii arvadısınız. təlağın düzgün olmasına etiqad etdiyinizə görə iddədən sonra evlənmisiniz. haram əmələ mürtəkib olmamısınız. uşağınız halalzadədir. amma ikinci nigah batildir. mümkün qədər tez ikinci ərinizdən ayrılın.

sual: nigah əqdində və ya başqa lazımı əqdlərdə ər öz arvadını təlaq verilməsi üçün vəkil etsə, bu vəkaləti ləğv edə bilərmi?

cavab: Əgər nəticəyə görə şərt olunur ki, qadın vəkil olsun, onda bu vəkalət ləğv oluna bilməz.

sual: Əməliyyat olunaraq uşaqlığı çıxarılan qadının aylıq adəti yoxdur və qan da görmür. təlaq siğəsini icra etmək üçün yaxınlıq edilməyən paklıq vaxtının müddətini bildirin.

cavab: sualın tələbinə görə axırıncı yaxınlıqdan üç ay sonra təlaq siğəsini yerinə yetirsinlər.

sual: hamilə qadına təlaq verdikdə hamiləliyin nişanələrinin  üzə çıxması lazımdır, ya hamiləliyi bilmək kifayətdirmi? baxmayaraq ki, hamiləliyin nişanələri üzə çıxmayıb.

cavab: suala əsasən yaxınlıqdan sonra təlaq zamanı hamiləliyin mövcudluğu təlağın düzgünlüyünə kifayət edir. baxmayaraq ki, sonradan təlaq zamanı hamilə olduğu məlum olur.

ŞƏrİƏt hakİmİnİn hÖkmÜ İlƏ tƏlaq verİlmƏsİ

sual: mənim ərim ailədə narahatlığa görə doqquz il bizdən kənar olub. məktub verib ki, məni gözləməyin. səni də boşamıram. mən də məhkəməyə müraciət etmişəm. onlar da məni boşayıblar. İddə keçəndən sonra ərə gedə bilərəmmi?

cavab: Əgər məhkəmə təlaq veribsə, iddə başa çatandan sonra evlənə bilərsiniz.

sual: bir qız evlənəndən iki həftə sonra atasının evinə qayıdaraq bir daha ər evinə getmək istəmir. Əri də inadkarlıqdan təlaq vermir. qız da heç cür onunla yaşamaq istəmir.

  bu cür hallarda şəriət hakimi və onun vəkilləri qızın həyatını qurtarmaq üçün təlaq siğəsini icra edə bilərlərmi?

cavab: Əgər deyilən kişi ilə arvadın yaşaması həddən artıq çətin olması təsdiqlənərsə və ər təlaq verməkdən imtina edərsə, hətta təlaq verməyə onu məcbur etmək mümkün olmasa, bu halda şəriət hakimi ya onun nümayəndələri təlaq verə bilərlər.

sual: Ər-arvad arasında böyük bir ixtilaf baş verib. hətta iş məhkəməyə gedib çıxıb. mehriyyə müqabilində təlaq verilməsi hökmü çıxarılıb. Ər xaricə qaçıb. Ər qürbətdə olduğu halda qadın özünü boşaya bilərmi?

cavab: onun İrana qayıdacağına ümidləri itsə, məhkəmə ona təlaq verə bilər.

sual: hakimin kimsənin arvadını məcburi olaraq ondan boşaması rici təlaqdır, yaxud bain təlaqdır ki, ərin rucu etmək hakkı yoxdur.

cavab: zahirən hakimin verdiyi təlaq və ya ərin məcburən verdiyi təlaq rici olub-olmaması nəzərindən başqa təlaqlarla bir fərqi yoxdur.

sual: bir kişi yoldaşına əziyyət edir, xərcini vermir və onu boşamır. o qadın başqa ərə gedə bilərmi?

cavab: suala əsasən qadın şəriət hakiminə müraciət etməlidir. ya da hər bir yolla olur-olsun, öz hakkını və xərcini ərindən almalıdır. amma heç bir vəclə təlaqsız başqasına ərə gedə bilməz. xülasə, ərli arvad başqa ərə getsə, zina etmiş olur. zina hökmləri ona aid olar.

sual: Ərindən hədsiz dərəcədə xoşu gəlməyən bir qadın mehriyyəsini bağışlamaqla xuli təlaq istəyir. amma əri mehriyyədən əlavə verilənlərə də razı deyil. nə etməli?

cavab: qadın üçün birgə yaşayışın həddindən artıq çətin olacağı sübut olunduğu təqdirdə əri razı olmasa da şəriət hakimi yuxarıda deyilən xuli təlağı verə bilər.

sual: bir kişi bir qadınla üç ay yaşadıqdan sonra təqribən dörd ildir ki, rusiya fedirasiyasına gedib. bu müddətdə qadının xərclərini də verməyib. Əqd zamanı xərcliyin verilməməsi, səfərə getmək və onun müddəti hakkında heç bir şərt olunmayıb. arvad dəfələrlə öz vəkilini göndərərək boşanmağa hazır olduğunu bildirib. amma ər buna heç bir əhəmiyyət verməyib. azərbaycan respublikasında şəriət hakiminin olmaması səbəb olub ki, qadın dörd ildən sonra xərclik almadan atasının ailəsinə yük olub. Çünki, kişi ölkə xaricinə gedərək heç bir xərclik verməyə hazır deyil. hətta təlaq da vermir. qadın boşana bilərmi, ya yox? (deyilən şərtlər daxilində) Ərin razı olmadığı təqdirdə qadın necə boşana bilər?

cavab: sual əsasən ər xərclik vermək və qadını boşamaq istəmədikdə şəriət hakiminin o respublikada olmadığı təqdirdə şəriət hakiminin nümayəndəsinə yəni, camiuş-şərait müctəhid tərəfindən deyilən işlərə icazəsi olan (o respublikada belə şəxslər mövcuddur) şəxslərə müraciət olunmalıdır ki, o ərə xatırlatsın və onu ya xərclik verməyə ya da təlaqa məcbur etsin. Əgər razı olmayıb xərclik verməkdən və təlaqdan imtina etsə, ya da ümumiyyətlə tapılmayaraq ona xəbərdarlıq etmək və onun malından xərclik vermək mümkün olmasa, qadını öz istəyi ilə boşayar. boşandıqdan və təlaq iddəsi bitəndən sonra istədiyi şəxsə ərə gedə bilər. bu məsələdə ərin qürbətdə olub-olmamasında heç bir fərq yoxdur. Ölçü deyilən işlərə əməl etməkdir. itkin düşən şəxs hakkında xüsusi hökmlər vardır ki, onlara riayət olunmalıdır.

sual: Şəriət hakimi kişini arvadını boşamağa məcbur edə bilərmi? ya özü qadını boşaya bilərmi?

cavab: bəli, əgər hakim camiuş-şərait müctəhid olarsa, məsləhət bildiyi hallarda kişini təlaq verməyə məcbur edə bilər. təlaq vermək istəməsə, hakim özü qadını boşaya bilər.

sual: arvadın xərcliyini verməyən və ona əziyyət edərək arvad mehriyyəsini ona bağışlamaqla da olsa, onu boşamır. onu təlaq verməyə məcbur etmək olarmı?

cavab: təlaq verməkdə ər ixtiyar sahibidir. arvad tələb etdikdə şəriət hakimi əri qadının hüquqlarına riayət etməyə məcbur edə bilər.

  bəzi hallarda isə, şəriət hakimi təlaq verə bilər.

sual: Əqd zamanı qadına bəzi hallarda özünə təlaq vermək üçün vəkalət verilir. təlaq verdikdə mehriyyəyə hakkı varmı? təlaq rici olur, ya bain? hər bir halda ər iddə müddətində rucu edə bilər, ya yox?

cavab: Əgər duxul olubsa, bütün mehriyyə, duxul olmayıbsa mehriyyənin yarısı təlaqdan sonra qadına verilməlidir. rici təlaq şərt vasitəsi ilə bain ola bilməz. Əgər təlaq rici olubsa, ər iddə müddətində qadının icazəsi olmadan da rucu edə bilər.

Ərİn İtmƏsİ

sual: bir qadının əri itib. yəqinlik hasil etdik ki, öldürülüb. qadını təqlid etdiyi müctəhidin icasəzi ilə boşamaq olarmı? qadın təzədən evlənə bilərmi?

cavab: bir şəxsin ölməyinə yəqinlik hasil olsa, qadının təlaqa ehtiyacı yoxdur. vəfat iddəsindən sonra evlənə bilər.

  Əgər yəqinlik və xatircəmlik hasil olmasa, şəriət hakiminə müraciət olunmalıdır. bu halda xüsusi bir proqram vardır ki, şəriət hakimi onu yerinə yetirər.

sual: bir nəfər yoldaşını qoyub iki il müddətinə xaricə gedir. yoldaşı bir neçə nəfərlə əlbir olaraq ərinin dörd il müddətində itkin olması hakda yalandan şahidlik edərək, bir alimin ona təlaq verməsinə bais olur. iddədən sonra bir nəfərlə evlənir. İndi birinci əri qayıdıb. onun hökmünü bəyan edin.

cavab: suala görə ikinci əqd batildir. qadın birinci ərin arvadıdır.

sual: mən Əfqanstanlıyam. komunist höküməti dövründən ərim itdi. yeddi il axtarış apardım, amma heç bir xəbər bilmədim. məntəqə alimlərinə və mərhum İmam xomeyninin vəkilinə boşanmaq üçün müraciət etdim. məni boşadılar. İddəni gözlədim. bir il səbr etdikdən sonra evləndim. bu evlənmə şərii cəhətdən düzgündürmü?

cavab: qaydaya əsasən məntəqə alimləri həzrəti İmam xomeyninin vəkilləri məsələnin bütün şərtlərinə əməl edib və təlaq veriblər. buna görə təlaq səhih və sonrakı evlənmənin nəticəsi də düzgündür.

sual: bir əsgər beş ildir ki, itkin düşüb. arvadı qayınatasına deyir ki, ya onu tapın, ya da məni boşayın. hakimdən vəkaləti olmayan şəxslər məcburən onu boşadılar. o da evləndi. evlənəndən sonra məlum oldu ki, əri diridir. bu evlənmənin hökmü necədir?

cavab: Əgər şərtlərə əməl olunmayıbsa, ikinci nigah batildir. ikinci yaxınlıq, şübhəli yaxınlıq hökmündədir.

sual: İtkin düşmüş ərimi axtarmaq üçün qəzetlərdə və radio kimi ictimai rabitə vasitələrində elan etmək kifayətdirmi?

cavab: suala əsasən qəzetlərdə və radioda elan etmək itkin düşmüş şəxsin şəklini göstərmək və ondan xəbəri olan şəxslərdən soruşmaq kifayətdir.

sual: Çətinlik və məşəqqət hakimin təlaq verməsinin caizliyinə bais olurmu? xüsusən də ər özü getsə və ya qaçsa. yaxud da xərcliyi yoxdur ki, arvadın xərcini ödəsin.

cavab: arvadın əri olmaması təqdirdə xərclik cəhətdən yox, üz verən fəsadlara səbr etmək baxımından çətinlikdədirsə, hakim ümüd kəsiləndən sonra dörd il keçməzdən əvvəl təlaq verə bilər. Əgər deyilən müddətdə də fəsadla üzbəüzdürsə və hakimə müraciət etməyibsə, ümüdsizlik olduğu təqdirdə hakimin təlaq üçün icazəsi vardır.

sual: bir qadının əri bir müddətdir ki, itkin düşüb. ondan heç bir xəbər yoxdur. qadın özünü boşayıb, başqası ilə evlənə bilərmi?

cavab: Əgər onun ölməsini yəqin etsə, vəfat iddəsini saxlasın, sonra isə evlənə bilər. Əgər ərinin ölümünə yəqinliyi yoxdursa, amma fəsada düşməkdən, yaşayışın səhmana düşməməsindən, ya xərcliyin olmamasından yaşaya bilmirsə, bu halda icazə var ki, şəriət hakiminin icazəsi ilə bir nəfəri təlağa görə vəkil etsin və təlaqdan sonra ehtiyatən vəfat iddəsi saxlasın və ondan sonra isə evlənsin.

sual: bir qadının əri itkin düşüb. qadın onun öldüyünü bildikdən sonra evlənib. bir müddətdən sonra birinci əri qayıdıb. qadının hökmü nədir?

cavab: suala əsasən qadın ikinci ərindən ayrılmalıdır və əvvəlki ərinə halaldır. yox əgər ikinci əri onunla yaxınlıq edibsə, gərək iddə saxlasın.

sual: yeddi il ərimdən heç bir xəbərim olmadı. Çox axtarışdan sonra onun öldüyünü yəqin etdim. yeddi və ya səkkiz aydan sonra bir şəxslə müvəqqəti evləndim. bu nigahdan bir qızım dünyaya gəldim. məhkəmədə rəsmi şəkildə boşandıqdan sonra o kişi ilə daimi evləndim. mənim bu evlənməm düzgündür, ya yox?

cavab: sualda deyilən hadisədən xəbərim yoxdur. amma məsələnin ümumi  hökmü belədir ki, qadın özü ilə allah arasında yəqin etsin ki, əri ölüb, vəfat iddəsi keçəndən sonra evlənə bilər. bu halda müvəqqəti evlənmə ilə, daimi evlənmək arasında bir fərq yoxdur. heç kəsin də ona etiraz etmək hakkı yoxdur. buna əsasən siz ərinizin öldüyünü yəqin edib ondan sonra ən azı dörd ay on gün keçdikdən sonra müvəqqəti və ya daimi evlənmisinizsə, sizin evlənməyiniz şəriət baxımından düzgündür və  işkalsizdir.

sual: yoldaşım mənimlə bir ay yaşadıqdan sonra evdən gedib və indiyə qədər qayıtmayıb. mən dəfələrlə onun ardınca getmişəm, amma, ondan bir xəbər bilməmişəm. cavanam, ərsiz fəsada sövq oluna bilərəm. nə xərclərimi ödəyən bir şəxs var, nə də güzəranımı qaydasına salmaq üçün bir yol. vəzifəmi mənə bildirin.

cavab: suala əsasən ərinizi tapmamısınız. Ərinizi tapmağa bir imkan da yoxdur. heç bir vəchlə, hətta məktub vasitəsi ilə də ona xəbər edə bilmirsiniz. onun malından təminat üçün xərclik götürmək imkanı da yoxdur. siz şəriət hakiminə müraciət edib özünüzü boşaya bilərsiniz.

  təlaqdan sonra iddə saxlayın. ehtiyat budur ki, vəfat iddəsi saxlayasınız. yəni təlaqdan sonra dörd ay on gün səbr edin. İddə qurtarandan sonra evlənməyinizin heç bir işkalı  yoxdur.