Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

rucu

sual: mən yoldaşımı tərk etdim. təlaqdan sonra təxminən yarım saat müxtəlif məsələlər hakkında bir-birimizlə danışdıq. bu hal və danışıq rucunu təsdiqləyirmi?

cavab: danışmaq kifayət deyil. mənim fikrimcə rucunun təsdiq olması toxunmaq və öpüş kimi işlərlə mümkündür. Əgər rucu məqsədi ilə olmasa çətin məsələdir. bəli, əgər yaxınlıq olsa, rucu təsdiqlənir. baxmayaraq ki, bu yaxınlıq rucu məqsədi ilə olunmayıb.

sual: bir qadın mehriyyəsini bağışlamaqla boşanır. İddə başa çatmazdan əvvəl mehriyyə hakkda fikrini dəyişir.

  kişi rucu etmək hüququnun olduğunu bildiyi halda rucu etməyib və iddə başa çatıb. mehriyyə hakkı varmı?

cavab: suala əsasən qadının mehriyyə hakkı vardır.

sual: bir şəxs bir nəfəri vəkil edib ki, onun yoldaşını boşasın. yoldaşı, əri rucu hakkı olmasın deyə öz mehriyyəsini ona bağışlayıb ki, mübarat təlaq oxunulsun. 

  vəkil müvəkkilinin razılığı ilə mübarat təlaq verib. bu məsələdə ər üçün rucu hakkı mövcuddurmu?

cavab: xuli təlaqda olduğu kimi mübarat təlaqda əgər iddə dövründə qadın mehriyyəsini bağışlamaqdan imtina etsə, ər təlaqda rucu edə bilər. Əks təqdirdə rucu hüququ yoxdur.

sual: yazı vasitəsi ilə rucu qanuniləşirmi?

cavab: Əgər rucu qəsdi ilə yazsa, qanuniləşir.

sual: rici təlaqda arvada şəhvətlə baxmaq rucu hesab olunurmu?

cavab: Əgər rucu qəsdi ilə olsa, rucu hesab oluna bilər.

xulİ tƏlaq

sual: duxuldan əvvəl verilən xuli təlaqda bütün mehriyyə bağışlanılıb.Ər mehriyyənin yarısını tələb edə bilərlərmi?

cavab: bu halda ər tələb edə bilər. yalnız qadın hakkı çatdığı mehriyyəni bağışladıqda tələb edə bilməz.

İddƏ

sual: müvəqqəti olaraq evlənən bir qadın hamilə olmadığına xatircəmdirsə, (çünki onun uşaqlığını çıxardıblar) iddə saxlamalıdırmı?

cavab: Əgər heyz görən qadınların yaşındadırsa, gərək iddə saxlasın.

sual: qadının təlaq iddəsi dövründə ərinin evində qalması lazımdırmı?

cavab: qalması lazım deyil. bəli, rici təlaqda qalmağa hakkı var. Əri onu evdən çıxarda bilməz. xuli təlaqda mehriyyəni bağışlamaqdan imtina etsə, evə qayıda bilər.

sual: rici təlaq iddəsində olan qadının və onun ərinin o müddətdə vəzifəsi nədir?

cavab: rici təlaq iddəsində olan qadın boşanmayan qadınlar hökmündədir. gərək ona itaət etsin, ərinə məhrəmdir, bir-birinə baxa bilərlər. qadının məskunlaşma və xərclik hakkı vardır. Ərinin izni olmadan evdən çıxa bilməz. (yalnız zərurətdə çıxa bilər)

  Ərə də vacibdir ki, qadının yaşadığı yeri və xərcini versin. onu evdən çıxarda bilməz. bəli, qadının istədiyi və ərinin razılığı və izni ilə evdən çıxmasının və ya səfərə getməsinin bir eybi yoxdur. Əgər icazəsiz evdən çıxsa, naşızə qadın hökmündə olub, xərclik hakkını itirir. qayıdıb itaət etdiyi hal istisnadır.

sual: təlaqdan altı ay qabaqkı müddətdə ər-arvad arasında cinsi əlaqə olmayıb. təlaqdan sonra iddəyə ehtiyac varmı?

cavab: bəli, təlaq siğəsi icra edildikdən sonra iddə saxlanılmalıdır. Əgər iddə bitməmişdən əvvəl başqası ilə evlənsə, həmin adama əbədi haram olar.

sual: boşanmış qadın dərmandan istifadə etməklə otuz gün ərzində iki paklıq və üç heyz görsə, onun iddəsi tamamlanırmı? başqası ilə evlənə bilərmi? ya hökmən təbii şəkildə üç heyz görməlidir?

cavab: təlaq iddəsinin tamamlanmasında əsas odur ki, iki dəfə heyz görsün. Üçüncü dəfə heyz görən kimi onun iddəsi tamam olur. evlənə bilər. fərqi yoxdur ki, təbii yolla üç dəfə heyz olub, ya qeyri-təbii yolla. buna görə də mümkündür ki, bir qadın təlaqdan sonra 30 gün müddətində üç dəfə heyz olsa, yəni, ayın əvvəlində üç gün heyz olsa, sonra on gün pak olsa, sonra iki dəfə də heyz olsa, üçüncü dəfə heyz olan kimi, yəni 27 gün müddətində onun iddəsi tamam olub və evlənə bilər.

sual: kişi öz qadınını boşayır. amma mehriyyəni vermək fikri yoxdur. təlaq düzgündürmü?

cavab: bəli, deyilən halda qadının təlaqı düzgündür. mehriyyənin ödənilməməsi təlaqın düzgünlüyü ilə heç bir əlaqəsi yoxdur. amma mehriyyəni borcludur. gərək versin.

zİhar vƏ İyla

sual: bir qadın quranı ərinin başına vuraraq bundan sonra sən mənim qardaşımsan, deyib. qadın bu kişiyə haram olurmu?

cavab: arvad ərinə haram deyil.

sual: Əgər bir kişi arvadı ilə yaxınlıq etməyəcəyinə and içsə, bu andın bir təsiri varmı?

cavab: Əgər fiqhi kitablarda qeyd olunan şərtlərlə and içilibsə, kişi arvadı ilə yaxınlıq etsə, andına əməl etmədiyinə görə kəffarə verməlidir. Əgər yoldaşına yaxınlıq etməsə, arvadı şəriət hakiminə müraciət edə bilər. hakim kişiyə dörd ay möhlət verər. Əgər bu dörd ayda yoldaşına üz tutmasa, şəriət hakimi onu iki işdən birinə məcbur edər. kişi ya arvadına müraciət etməli, ya da onu boşamalıdır. heç birini qəbul etməsə, yemək və içməyi ona məhdudlaşdırırlar ki, bu iki şərtdən birini qəbul etsin. İmtina etsə, hakim onu boşayar.

ÇƏtİnlİk sƏbƏbİndƏn olan tƏlaq

sual: a) bir ər-arvad arasında ailə zəminində narazılıqlar var. Ər toy eləmək istəyir, amma qadın nifrət və mövcud ziddiyyətlər səbəbindən itaəti ərinin mehriyyəni ödəməsindən asılı olduğunu bildirir. kişi də mehriyyəni verə bilmir.

  qadının həddən artıq nifrətinin və macəranın nə vaxta qədər davam edəcəyi məlum deyil. Əgər qadın məhkəməyə müraciət edib boşanmağını istəsə, boşanmağının müqabilində öz haklarından keçir. Ər arvadın öz haklarını bağışlamasından sonra əlavə çoxlu pul tələb edir ki, onları ödəmək arvadın imkanı xaricindədir.

  İndi diqqət yetirək:

1)        qadının həddən artıq nifrəti

2)         Ər-arvad arasında dərin ziddiyətlərin olması

3)         Ərin mehriyyəsini verə bilməməsi

4)         Ər-arvadın  bir-birinə qarşı  tərs mövqe tutması

5)        Əbədi  olaraq  cavan qadının atası evində qalmasının lazımlığı, onun fitnə və fəsada düşmək qorxusu. mövzu  çətinliyi  təsdiq edirmi ki, məhkəmə qadının mehriyyəni və hüqüqlarını  bağışlamamaqla  əri  təlaqa məcbur etsin. Əri məcbur etmək təsirli olmadıqda hakimin izni ilə təlaq  verilərmi? yoxsa bu vəziyyət  çətinlik hesab olunmur?

b) Çətinliyin xüsusi  təsdiq edici şərtləri varmı ? ya qadın üçün onun arvadlığını çətinliyə salan  hər bir səbəb onun  şəriət hakiminə müraciət edib boşanmaq istəməsini caiz edirmi?

v)  Əgər ər narkotik vasitələrə aludə olarsa amma xərclik vermək  və sair kimi vəzifələrinə əməl  edirsə, yoldaşina heç bir əziyyət etmirsə, narkotik vasitələrə aludəçilik çətinliyin olduğuna qərar verir ya yox?

 cavab: a) bəli, vəziyyət deyilən xüsisiyyətlərlə hesab olunur. xüsusən qadının gənc olması fitnə və fəsad qorxusu nəzərə alınmalıdır. amma bu işlərin dəqiq və yəqin olması lazımdır. bəli, qadın itaətin mehriyyənin ödənilməsindən asılı olduğunu bildirsə və kişinin də onu ödəmək imkani olmaması məlum olsa hədsiz nifrətdən asili olmayaraq bu iş çətinlik hesab olunur.

b) xeyr, çətinliyin xüsisi nişanələri yoxdur. dəqiqləşdiyi hər bir halda şəriət hakiminə müraciət etmək və boşanmaq tələb etmək caiz olur. Əlbətdə təlaq xüsusunda  çətinlik  həddindən artıq və dözülməz olsun. yuxarıda qey olunan hallar kimi.

v) xeyr, aludəçilik vəziyyəti çətinlik halına gətirməyib. Əgər əqd zamani aludəçiliyin olmaması şərt olunsaydı və bunun əksi mövcud olsaydı başqa məsələ. deyilən təlaqda vəkalət başqa bir məsələdir ki, onun  öz hökmü vardır.

sual: arvadın əri ilə yaşamaqda   çətinliyi var. məhkəmənin  təyinatına uyğun olaraq  yaşayışı  davam etmək  qadın üçün həddindən artıq çətinliyə səbəb olur. buna görə qadın mehriyyəsini bağışlayıb boşanmağa razıdır. İndi ər heç bir vəchlə onu boşamağa  razı olmasa bu qadının vəzifəsi nədir?

cavab: xüli təlaqla boşana bilərsə boşansın. Əgər o da mümkün olmasa mərhum seyyid   mulhəqatu-Ürvədə bu cür cətinlik olan halda təlaqı  şəriət hakimi vasitəsiylə caiz bilir. o da bunu edə bilər.

tƏlaqin nÖvÜ

sual: Şəriət hakimi itkin düşmüş şəxsin arvadını boşadığı hallarda onun təlağı hansı növ təlaq olur, hansı hökmləri və təsirləri vardır?

cavab: suala əsasən zahirən təlaq rucu təlaqdır. mehriyyə, xərclik hakkı, rucu hakkı və varislik (əgər onlardan biri iddə əsnasında, digəri sağ olub) hakkı yerindədir. vacib ehtiyata görə arvadın iddəsi bu halda, vafat iddəsi qədər dörd ay on gündür.

sual: Şəriət hakimi əri arvadını boşamağa məcbur etdiyi hallarda və ərin təlaqdan imtina etdiyi surətdə şəriət hakimi özü arvadı boşadıqda bu təlaq hansı növ təlaq olur? arvadın mehriyyə, iddə məsələsi necədir?

cavab: bu halda təlaq ricidir və bütün hökmləri və təsirləri yerindədir. lakin ər rucu etdikdə, şəriət hakimi qadının tələbi ilə təzədən onu boşayır. Əgər yenə rucu etsə, yenə də onu boşayır. təlaq üç dəfə olduqdan sonra rucu etmək imkanı bitir.

sual: bir xanım əqd zəminində şərtə uyğun olaraq özünü boşamaqda əri tərəfindən vəkildir və özünü boşamaq istəyir. onun təlaqı hansı növ təlaqdır? mehriyyə və xərclik hakkı yerindədirmi?

cavab: bu halda təlar ricidir. mehriyyə, xərclik hakkı və rucu hakkı yerindədir. amma ərin rucu etməsinin qabağını almaq üçün əqd oxunduqda vəkalət götürə bilərlər ki, ər rucu edərsə, qadın təlaqda yenə də vəkildir. təlaq üç dəfə verilənə qədər. ondan sonra rucu etmə bitir.

sual: qabaqkı halda əgər arvad yaisə və ya duxul olunmayıbsa, təlağın növü hansıdır?

cavab: suala əsasən ər mehriyyəni, mehriyyənin hökmlərinə uyğun versin. təlaq baindir. xərclik və rucu hakkı mövcud deyil. qadının iddəsi yoxdur. dərhal başqası ilə evlənə bilər.

sual: Ər-arvad bir-birlərinə nifrət edirlər. onlardan heç kəs bir yerdə yaşamaq istəmir. amma ər tamam mehriyyəni ödəyir və təlaq yerinə yetirilir. bu təlaq baindir, ya ərin rucu etmək hakkı olan rici təlaqdır?

cavab: suala əsasən mehriyyə tamami ilə ödənildiyinə görə ricidir. Ərin rucu etmək hakkı vardır. baxmayaraq ki, tərəflər biri-birilərinə nifrət edir, mübarat təlaqda tərəflərin bir-birlərinə nifrətindən əlavə, qadın cərimə olaraq mehriyyəsini ərinə bağışlayır.

xulİ tƏlaq

sual: bir qadın ərindən xuli təlaqla boşanıb. amma bir neçə gündən sonra bağışladığı mehriyyəyə görə fikrini dəyişmədən ərinin onunla yatmağına razı olub. iddə bitəndən sonra başqası ilə evlənib. halbuki, həmin şəxs iddə müddətində onunla zina edib. Ərinin ona yaxınlaşmasına razı olması rucu hesab olunurmu? və ondan doğulan bir övladı ikinci ərinə nisbətdə vəzifəsi nədir?

cavab: zahirən zinaya razı olmağın, bağışladığı mehriyyəyə görə fikrini dəyişmək arasında heç bir əlaqəsi yoxdur. Çünki, rucu həyata keçməyib. iddədə zinaya gəlincə ağanın rəyinə əsasən əbədi harama səbəb olmur. buna əsasən ikinci kişi ilə evlənmək iddə bitəndən sonra olubsa, eybi yoxdur. ağanın rəyinə görə düzgündür. Əgər qadın onunla yatdıqda bağışladığına rucu etmək qəsdində olubsa, rucu baş tutub. o birinci ərinin yoldaşıdır. dərhal ikinci kişidən ayrılmalı və bir də onunla evlənə bilməz.

tƏlaqin mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: Əgər ata və ya ana övladına desə ki, arvadını boşa! Övlad onların əmrinə itaət etməlidir, ya yox?

cavab: onların əmrinə itaətsizlik onların əziyyətinə və aqvalideynlik həddinə çatmasa, boşamaq lazım deyil.

sual: Əgər qadın boşandığını iddia etsə sözünü  dəlilsiz qəbul etmək olarmı?

cavab: sübutsuz qəbul olunur.

İrs

ƏgƏr meyyİtİn arvadi vƏ Övladi olsa:

sual: vəfat edən bir şəxsin bağ, ev, əkin sahəsi və nağd pulu kimi malları qalmışdır. vəfat etdiyi zaman onun vərəsəsi bir neçə oğlan və qızla uşağı olmayan daimi bir qadındır. xahiş edirik hər birinin irs payının miqdarını bəyan edin. onun həyat yoldaşı hansı şeylərdən irs aparır?

cavab: vəfat edənin həyat yoldaşının irs payı 1/8–dir. qalan mallar oğlan və qızlar arasında elə bölünməlidir ki, oğlanın payı qızın payının iki bərabərində olsun. arvad torpaq və onun qiymətindən irs aparmır. lakin evin və bağdakı ağacların qiymətindən irs aparır.

ƏgƏr meyyİtİn anasi vƏ Övladi olsa:

sual: vəfat edən bir qadının anası və övladları qalmışdır. onun irsi necə bölünür?

cavab:  vəfat edənin malı ana və övladlar arasında bölünür. altıda biri ananın və qalanı isə övladlara aiddir. Əgər övladların hamısı qız olsa mal beş yerə bölünür. bir hissəsi ananın, qalan hissələr isə bərabər şəkildə qızlar arasında bölünür.

Ər vƏ arvadin İrsİ

sual: bir şəxs dünyadan köçmüşdür. həyat yoldaşından başqa varisi yoxdursa, onun mallarının hökmü necədir?

cavab: daşınan əmlakdan 1/4 – i və həmin qayda ilə ev, ağac və əkinçiliyin qiymətinin 1/4 – i arvada çatır. qalan mallar isə ən güclü rəyə əsasən İmam zaman (ə.c)-ın malıdır ki, hələlik gərək fəqih olan camiuş-şərait müctəhidətəhvil verilsin.

sual: arvad əkinçiliyə aid olan sudan irs aparırmı?

cavab: zahir budur ki, arvad irs aparmır.

sual: Əgər vəfat edən qadının əri ondan irs aparsa, və ər də ölən surətdə digər arvadı bu mallardan irs aparırmı?

cavab: bəli, irs aparır.

sual: qadın qiymətindən irs apardığı ağacın meyvələrindən pay aparır, ya xeyir?

cavab: vəfat zamanı mövcud olan meyvələrdən irs aparır. amma sonradan yaranan meyvələrdən irs aparmır.

sual: vərəsə arvadın irs payının ( pulunu) onun razılığı olmadan ona verə bilərmi?

cavab: bəli, verə bilər.

sual: bir şəxs maşınla təsadüf edib, vəfat etmişdir. maşının sürücüsü vərəsənin razılığı ilə ölənin qan bahası adıyla bir miqdar pul vermişdir. Ölənin arvadı öz 1/8 payına nisbətdə bu puldan irs aparırmı?

cavab: bəli, qadın həmçinin diyədən irs aparır.

sual: vəfat edən bir şəxsin varisləri, həyat yoldaşı, anası və neçə oğlan və qızdan ibarətdir. lütfən onların mirasında bəyan edin ki, əvvəl həyat yoldaşının, yoxsa anasının irs payı ayrılır?

cavab: verilən suala əsasən hansının əvvəl olması mühüm deyil.

vəfat edənin həyat yoldaşına daşınan əmlakın 1/8 – i, anasına isə bütün malın 1/6 – i və qalan mallar isə irsin hökmlərinə uyğun oğlan və qızlar arasında bölünür. məsələn, əgər meyyitin malı 100.000 tümən olsa, qadının irs payı 12.500 tümən, ananın irs payı isə 16.667 tüməndir. qalanlarını isə elə bölməlidirlər ki, oğlanın hər biri qızdan iki qat artıq irs aparsın.

Əmİ dayİ  xala vƏ bİbİlƏrİn İrsİ 

sual: vəfat edən şəxsin vərəsələri ər, atanın bibisi, ata və anadan, bir dayısından ibarətdir. xahiş edirik, hər birinin irs payını müəyyənləşdirin.

cavab: verilən suala əsasən ərin irs payını ayırandan sonra meyyitin qalan malları üç hissəyə bölünür. bir hissəsi dayının, iki hissəsi bibinin irs payıdır.

ÖlÜmdƏ hansinin ƏvvƏl vƏ sonra olmasi mƏlum olmayanlarin İrsİ

sual: zeyd, ana və həyat yoldaşı ilə birlikdə maşın qəzasında vəfat edirlər. hansının əvvəl ölməsi məlum deyil. zeydin anasının iki oğlu və bir qızı, həmçinin  zeydin  arvadının ata və anası vardır.

  zeyd və həyat yoldaşının da bir qız uşağı qalmışdır. onların irs payının necəliyini bəyan etməyinizi xahiş edirik.

cavab: ananın malı övladlar arasında dörd yerə bölünüb. zeydin payı onun qızına çatır. zeydin malları ana, arvad və övladı arasında bölünür. ananın payı üç övlada və həmçinin arvadın payı qıza, ata və anasına çatır. eyni halda qadının hadisədən əvvəl olan malları əri, qızı və ata-anası arasında bölünür.

sual: mənim oğlumun həyat yoldaşı və üç övladı vardır. maşın qəzası nəticəsində ailəvi  həlak oldular. onlardan heç kim qalmayıb. onların bir yaşayış evi, mənzil əşyaları və işlədiyi şirkətdə sığorta etdiyi on iki milyon rial pulu qalmışdır. bu məbləğdən on milyon rial xərclənib o cümlədən mərhumun borcunu onun malından ödəmişəm. xahiş edirik ki, bəyan edin, mərhum arvadın ata-anası mərhumun malından irs aparır, ya yox?

cavab: qeyd olunan mənzilin qiymətinin və sığorta olunan pulun 1\8-i qadın tərəfdən onun ata-anasına çatır. həmin qayda ilə qadının mehriyyəsinin 17\36 –i və atasının ona verdiyi cehizlər qadının ata-anasına çatır.

sual: bir hadisədə bir ailənin üç üzvü yəni ata, ana və tək övladı eyni vaxtda dünyadan gediblər. lakin qadının ata-anası və kişinin qardaşları hal-hazırda yaşayırlarsa, bu şəxslərin irs payını bəyan etməyinizi xahiş edirik.

cavab: Əgər qeyd olunan şəxslərin eyni vaxtda bir ləhzədə öldüyünə yəqinliyiniz varsa və hansının əvvəl ya sonra olması ehtimalı verilmirsə, bu halda ərin varisləri onun qardaşları ölmüş arvadın və üşağın varisləri arvadın ata-anasıdır. ata-ana qızın mehriyyəsindən əlavə öz qızının və nəvəsinin olan bütün mallardan irs aparırlar. amma bu hadisədə bu şəxslərin eyni vaxtda və eyni zamanda öldüyünə yəqinlik olduğundan müşküldür.

sual: bir şəxs bir hadisədə arvadı və üç övladı ilə həlak olublar. həm kişinin, həm də arvadın ata-anası sağdır və başqa övladları da yoxdur. valideynlər arasında bölünən irsin hökmünü bəyan edin.

cavab: sualın qoyuluşuna əsasən hansının əvvəl və sonra ölməsi məlum deyil. onların varisləri ata-analardır. kişinin həyatı boyu yığdığı maldan onun borclarını, daşınan əmlakdan 1/8 – i qadının mehriyyəsi və evin qiymətinin 1/8 – i qadının ata-anasına verirlər. qadın torpaqdan irs aparmır. kişinin malının 1/3 – i onun öz ata-anasına çatır. kişinin qalan malları kişinin və arvadın ata-anası arasında üç hissəyə bölünür. yəni onun 1/3 – i qadının ata-anasına, 2/3 – i kişinin ata-anasına çatır. qadının sağlığında cehiz və mehriyyədən və başqa mallarının 1/4 – i ərinin ata-anasına və 1/3 – i qadının öz ata-anasına çatır. onun qalanı ərin və arvadın ata-anası arasında 1/3 şəkildə bölünür. yəni 1/3 – i arvadın ata-anasına, 2/3 – i ərin ata-anasına çatır.

varİsİn İcazƏsİ olmadan meyyİtİn malindan İstİfadƏ etmƏk

sual: bir şəxs vəfat edəndən sonra övladlarından biri onun yaşayış mənzilində sakin olmuşdur. sair vərəsələr bu mənzildən irs aparırlarmı? onun yaşadığı neçə ayın icarə hakkını ondan ala bilərlərmi?

cavab: o şəxsin vəfatından sonra bütün vərəsələr ondan irs aparır. Əgər sair vərəsələrin icazəsi olmadan orada yaşayıbsa, onların icarə hakkını tələb etməyə hakkı vardır.

sual: bir şəxsin varisləri üç qardaşdırlar ki, onlardan biri həddi buluğ, ikisi isə uşaqdır. həddi buluğ olan qardaş vəsiyyət edənin torpağını satmışdır. bu alver səhihdirmi?

cavab: Əgər baliğ olan qardaş şəriat hakimi tərəfindən öz iki qardaşını qəyyum olubsa və iki qardaşın məsləhətinə riayət edibsə, alver səhihdir.  Əks halda iki qardaşın payına nisbətdə alver batildir.

sual: qadının mehriyyəsi vəfat edən ərinin bütün borcları veriləndən sonra, yaxud əvvəl ödənilir? Ərinin malı bölünəndən əvvəl monun evində yaşamağa hakkı var, ya yox?

cavab: qadının mehriyyəsi vəfat edənin sair borcları hökmündədir. Əgər onun malları kifayət edicidirsə, gərək əsl maldan ayrılsın.  Əgər kifayət edici olmasa, gərək onun malları borcuna nisbətdə tələbkarlar arasında bölünsün. qadın kişinin vərəsələrinin icazəsi olmadan kişinin evində yaşamağı davam etdirməyə hakkı yoxdur. vərəsələr də vacib ehtiyata əsasən qadının irs payını ödəməmişdən əvvəl qadının razılığı olmadan o evdən istifadə etmək hakkları yoxdur.

İrsİn bÖlÜnmƏsİ

sual: meyyitin bir neçə kiçik uşağı və anası vardır. ananın irs payını bölməklə uşaqların irs payından ayırmaq olarmı?

cavab: İrsi bölmək gərək uşaqların vəlisi olan böyük babalarının müvafiqliyi ilə yerinə yetirilsin. Əgər böyük babası olmasa, şəriət hakimi ya onun nümayəndəsinin  müdaxiləsi ilə yerinə yetirilsin.

sual: bir şəxsin vərəsəsi neçə illər irsdən keçən torpaqda şərik işləmişdir. hər kəs bacardığı işi yerinə yetirib, məsələn biri ağac əkib, digəri suvarıb və sair. indi torpağı bölüşdürməyi qərara alıblar. ağacları əkən qardaş onları öz malı hesab edib bölməyə icazə vermədiyini deyir. sair vərəsələr bütün işlərin şərikli yerinə yetirildiyi üçün gərək torpaq kimi bölünməyini deyirlər. məsələnin hökmünü bəyan etməyinizi istəyirik.

cavab: Əgər ştil ağaclar şərikli puldan alınmış olsa və şərikli torpaqda əkilmişdirsə, hamıya aiddir. amma  əgər  onu şəxsi puldan alıblarsa, onun öz malıdır. yerin şərikləri torpağın icarə hakkını almağa yaxud ağacları kökündən çıxardıb yerdən kənarlaşdırmağa vadar etməyə hakkları vardır.

sual: vəfat edən bir şəxsin  ata-anadan bir qardaşı və atadan bir bacısı vardır. onların irsi necə bölünür?

cavab: onun malları ata-anadan olan qardaşına çatır. atadan olan bacısı ondan irs aparmır.

sual: vəfat edən bir şəxsin bir bacısı uşağı və bir qardaşı varsa, onun irsi bunların hansı birinə çatır.

cavab: verilən suala əsasən vəfat edən şəxsin irsi bacısı uşağına çatır. meyyitin qardaşına bir şey çatmır.

sual: meyyitin, oğlu, qızı və ataları vəfat etmiş iki nəvəsi vardır. nəvələr babadan irs aparır, ya əmi və bibinin olması maneədir?

cavab: məsələnin qoyuluşuna əsasən nəvələr babalarının malından irs aparmırlar. bəlkə öz atalarının malından irs aparırlar.

sual: bir şəxs irsdən keçən torpağı öz vərəsələrinə vermişdir. onun vərəsələri onu öz aralarında bölmüşlər. sonradan bir vərəsənin hissəsinin qəsbi olması sabit olmuşdur. bu vərəsənin yaxud onun vərəsələri qeyd olunan torpağın birinci bölgüsünü pozmağa hakkları var ya yox?

cavab: sair vərəsələrin onun qəsbi olduğunu təsdiqləyən surətdə qeyd olunan bölgü batildir.

qadinin İrsİ

sual: qadının əkin sahələrində olan dərin quyulardan, bulaq, yeraltı kanallar, su matoru və kəmərlərdən irs aparırmı?

cavab: qadın quyu, bulaq, yeraltı kanalların özündən və onlardan tədriclə çıxan sudan irs aparmır. amma su motoru və çəkilən su kəmərlərindən irs aparır.

sual: bir kişi xəstə olarkən bir qadını öz əqdinə keçirmişdir. yaxınlıq etməmişdən əvvəl həmin xəstəliklə dünyasını dəyişmişdir. bu qadın o kişidən irs aparırmı?

cavab: sualın qoyuluşuna əsasən irs aparmır.

sual: bir ər-arvad bir maşın qəzasında vəfat ediblər. amma qadının ölümü təqribən ərindən iki saat sonra baş verib. həmçinin ərinin bu qadından uşağı yoxdur, bəlkə digər qadından uşaq varıdır. Şərii cəhətdən vəfat edən qadın mərhum ərindən irs aparır ya yox?

cavab: verilən suala əsasən qadın ərindən irs aparır. qadın risalədə yazılan ər və arvadın irs hökmlərinə uyğun ərinin malından irs aparır. sualın qoyuluşuna əsasən ərin övladı olduğundan onun malının 1\8 – i onun arvadına çatır və ondan da onun vərəsəsinə çatdırılır. bu halda ər arvaddan irs aparmır. Əgər ölümün əvvəl  və sonra olması sabit və məlum olmasa, hər ikisi əvvəldən sahib olduqları maldan irs aparardılar. bu surətdə ki, gərək ərin arvaddan əvvəl öldüyü fərz olunsa, qadın öz irs payını ərindən aparır. arvadın ərindən əvvəl öldüyü fərz olunsa əri öz irs payını arvadın malından aparır. bir birilərindən apardıqları irs payı onları vərəsələrinə çatır. eyni halda irsin miqdarı və necəliyi tovziul-məsail risaləsində bəyan olunmuşdur.

İrs payi

sual: İki yaşlı uşaq maşın qəzasında ölmüşdür. onun yaxınları, ata-ana tərəfdən baba və nənələrindən və bir doğma qardaşdan ibarətdir. onun irsinin bölünməsi necədir?

cavab: verilən suala əsasən birinci qrupun adamları mövcud olmadığından meyyitin bütün malı və diyəsi üç hissəyə bölünür. onun bir hissəsi ana tərəfdən baba və nənə arasında bərabər bölünür. qalan iki hissəsi ata tərəfdən baba və nənəsi, həmçinin doğma qardaşı arasında bərabər bölünür. bu qaydayla ki, baba və doğma qardaş nənənin irs payından iki qat artıq irs aparsın.

sual: dünyasını dəyişən bir xanımın vərəsələri ata, ana, əri və neçə övladdan ibarətdir. xahiş edirik malın bölünməsini və onlardan hər birinin irs payını bəyan edin.

cavab: sualın qoyuluşuna əsasən meyyitin malının 1/6 – i atasına, 1/6 – i anasına, 1/4 – i ərinə çatır. qlan mallar elə bölünməlidir ki, ğlan qızdan iki qat artıq irs aparsın. məsələn, əgər bütün mallar 1.200.000 tümən olsa, ata-anasının hər biri 200.000 tümən meyyitin əri isə 300.000 tümən irs aparır. qalan 500.000 tümən övladlar arasında elə bölünməlidir ki, hər oğlan qızdan iki qat artıq irs aparsın.

İrsİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: atam neçə il əvvəl həccə getmək üçün adını yazdırmışdır. lakin növbəsi çatmamışdan əvvəl vəfat etmişdir. böyük oğlunun onun yerinə həcci yerinə yetirməyi qeyd etmişdir. mən onun böyük oğlu olduğumdan öz xərcimlə həccə getdim. irsi bölməzdən əvvəl onun malından həcc yolunda çəkdiyim xərcləri götürə bilərəmmi?

cavab: verilən suala əsasən əgər həcc atanızın boynuna gəlibsə, yəni əvvəl özü həcci yerinə yetirə bildiyi halda səhlənkarlıq edibsə, bu halda onun həcc xərcləri malından götürülür və qalan mallar allahın vacib etdiyi kimi bütün vərəsələr arasında bölünür. amma əgər həcc ona vacib olmayıb təkcə həccə getməyi vəsiyyət etsə, bu surətdə həcc xərcləri onun malının üçdə birindən götürülür. bəs əgər malın üçdə biri həcc miqdarında olsa, vərəsənin müxalifət etməyə hakkı yoxdur. adi qaydada həcc xərcləri götürülüb, qalan mallar allahın vacib etdiyi qaydada bölünür. Əgər malın üçdə biri öz ölkəsindən həccə getmək miqdarında olmasa və xərcləri götürməyə vərəsələr icazə vermiş olsalar sizin irs payınızdan azalda bilməzlər. amma əgər icazə verməsələr siz öz istəyinizlə və şəxsi pulunuzla da xərc etmisinizsə, hələlik üçdə birindən artıq götürə bilməzsiniz. bu halda hakk qardaşlarladır.