sual: İyirmi bir il bundan əvvəl kiçikli-böyüklü on iki varisi olan atam vəfat
etmişdir. bütün sərvəti altı min tümən pul idi ki, onun dörd min tüməni kəfən və
dəfnə xərclənib, qalanı isə (iki min tümən) elə birinci ili mənim öhtəmdə olan
dörd varisə xərcləmişəm. onların sonrakı yaşayışını özüm təmin etmişəm. İndi
bunlar məndən atadan qalan irsi istəyirlər. mən borclu sayılırammı? Əgər
borcluyamsa, həmin altı min tüməndir, yoxsa artıq?
cavab: atanızın irsi vərəsələrin müvafiqliyi ilə xərclənmiş olsa, irs hakkları yoxdur.
başqa halda həmin altı min tümən gərək hamı arasında bölünsün.
sual: anamız atamızdan neçə il əvvəl vəfat etmişdir. atamızın yanında bir miqdar
qızılı vardır ki, onun özü yaxud atamızın onun üçün aldığını bilmirik. ikinci
dəfə evlənən atamız indi vəfat etmişdir. qızılların hökmü necədir?
cavab: qızılların dörddə
biri anadan ataya və atadan onun vərəsəsinə o cümlədən ikinci arvadına çatır.
dörddə üçü isə sizə, qardaş və bacılarınıza aiddir.
sual: bir xanım vəfat etmişdir. qohumlarının ona verdiyi bir miqdar hədiyyələr və
əşyalardan qalmışdır. lütfən buyurun ki, hansı şeylər xanımın irsi sayılır?
hansı şeylər onun ərinə aiddir?
cavab: atasının ona verdiyi cehizlər qızın mülkü olduğundan onun irsi sayılır. qızıl və
qadın paltarları kimi məlum olan qadın hədiyyələri xanımın malıdır və irs
sayılır. kişi hədiyyələri də ərindir. müştərək yaşayış üçün istifadə olunan
əşyalar isə yarı bölünür. onun yarısı ərinin, yarısı isə irsdir. hansı dəstədən
olması məlum olmayan hədiyyələr isə razılaşma yolu ilə bölünür.
sual: atasından sonra körpə ikən ölən uşağın irsi necədir? həmçinin anasından sonra
ölsə, necə?
cavab: ata və anasından ona çatan irs uşağın varislərinə çatır.
sual: mən səkkiz il bundan əvvəl ailədə yaranan münaqişə nəticəsində həyat yoldaşıma
təlaq verdim. mehriyyə və cehizləri vermək qərarında idim, lakin onlar müraciət
etmədilər. indi hadisə nəticəsində xanım vəfat etmişdir. mənim vəzifəm nədir?
cavab: mehriyyə və cehizləri varis ya varislərinə verməyiniz lazımdır.
sual: Əri ölən qadının vərəsələri iki balaca uşaq, ata və anasından ibarətdir. qadının
qohumları tərəfindən izdivac zamanı gətirilən hədiyyələr qadının ərinə aiddir,
ya yox?
cavab: qadın üçün gətirilən hədiyyələr qadına aiddir. Ərin irsi hesablanmır.
sual: su, işıq, telefon, qaz və bu kimi şeylərin hökmü necədir? daşınan əmlak sayılır,
ya daşınmaz əmlak sayılır?
cavab: verilən sualda daha ehtiyat sülh yolu ilə razılaşmaqdır.
sual: vəfat edən bir qadının irsi onun mehriyyə və cehizləridir. onun vərəsələri, əri,
ata-anası və bir qızından ibarətdir. irs necə bölünür?
cavab: sualın qoyuluşuna əsasən əri 1/4, ata-anasının hər biri 1/6 irs aparır, qalanı
isə qızındır. yəni vəfat edənin malları 12 yerə bölünür, üç hissə ərinə, ata və
ananın hər birinə iki hissə çatır və qalan beş hissə isə qızın payıdır.
sual: Əkin sahəsi, bağ və
ağaclar irsə necə çatır? oğlan, qız və həyat yoldaşın payı necədir?
cavab: qadın torpaqdan irs aparmır. amma ağacların və vəfat zamanı torpaqda olan əkinin
qiymətindən irs aparır. Övladlar allahın vacib etdiyi kimi oğlanlar qızlardan
iki qat artıq irs aparır. istər torpaq və bağ da, istərsə də daşınan əmlakda.
sual: bir şəxs vəfat edir. həyat yoldaşından başqa nə bir varisi, nə də bir əmlakı
var. lakin bir miqdar borcu var və arvadının mehriyyəsini də ödəməmişdir. bu
şəxsin atadan hələ bölünməmiş dörd yüz min tümən pulu vardır ki, anası qalan
varislərin razılığı ilə atadan qalan irsi evdə sakindir. evi anadan alıb,
bölüşdürüb vəfat edənin həyat yoldaşının mehriyyəsini və mərhumun borcunu ödəmək
olarmı?
cavab: bəli, vəfat edən atanın dörd yüz min tümən irs payını dərhal tələbkara və həyat
yoldaşının payına nisbətdə bölünsün. tələb olan surətdə gecikdirmək caiz deyil.
sual: bir ata öz sağlığında öz yaşayış mənzilini ən kiçik qızının adına keçirmişdir.
indi ata və ana vəfat etmiş və vəsiyyətnamədə həmin mənzilə işarə edilməmişdir.
İndi vəzifə necədir?
cavab: mənzil qıza məxsusdur. sair vərəsələrin onda payı yoxdur.
sual: kiçik uşaqları olan bir şəxs vəfat etmişdir. onların evinə fatihə oxumağı və
orada adi istifadələrin işkalı vardır?
cavab: Əgər gedib-gəlmək yetimlərin məqsədinə uyğundursa, maneəsi yoxdur.
sual: ata-anadan olan qardaşlar bacılarını ata irsindən (daşınan ya daşınmaz əmlak)
məhrum edə bilərlərmi?
cavab: qardaş və bacı bir qrupun varisləridir. heç biri digərini məhrum edə bilməz.
sual: bir qadın uşaq doğarkən vəfat etmiş və uşağı da ölmüşdür. o qadının ata-anası
varsa onun malının hamısı ərinə çatır? yaxud ata-anasına? qadının mehriyyəsi
onun ata-anasına çatır, ya yox? Əri onun əşyalarından satıb onun borcunu ödəyə
bilərmi?
cavab: məsələnin qoyuluşuna əsasən əvvəl borclar əsl maldan ayrılır. Əgər uşaq diri
dünyaya gəlib anasından sonra ölmüşsə və qadının başqa uşağı olmasa, əri
mehriyyə və qeyrilərdən ¼-ni irs aparır. ata-ananın hər biri 1/6 irs aparır.
qalan mallar övladlarındır. o öləndən sonra onun payı atasına çatır. Əgər uşaq
ölüb dünyaya gəlsə və bu qadının ondan başqa övladı olmasa – (nə bu ərundən, nə
də başqa ərindən) – malın yarısı kişinin və üçdə biri ananın malıdır, qalanı isə
əgər ananın hacibi (hacib ata-anadan ya tək atadan olan iki qardaş, ya dörd bacı
və ya bir qardaş və iki bacıdan ibarətdir) olmasa atanındır. Əgər ananın hacibi
olsa, malın yeddidə biri ananın, qalan mal isə atanındır.
sual: bir şəxs 25 il bundan əvvəl bir şəxs müharibə cəbhəsinə getmişdir. indi ondan
heç bir xəbər yoxdur. onun malını neçə müddət keçəndən sonra bölmək olar?
cavab: Əgər onun şəhid olmasına xatircəmlik tapsanız, onun mallarını irs məsələlərinə
uyğun borcunu və vəsiyyətini ödəyib bölüşdürün.
sual: bir şəxs sonsuz olduğundan uşaq evindən bir körpəni götürüb saxlayır və böyüdür.
bu şəxs öləndən sonra bu uşaq ondan irs aparırmı?
cavab: verilən suala əsasən bu oğlan vəfat edənin oğlu olmadığı üçün ondan irs aparmır.
baxmayaraq ki, şəxsiyyət vəsiqəsində onun adına yazılıb. Əgər vəfat edən ona
nisbətdə bir vəsiyyət edibsə, vəfat zamanı onun malının üçdə biri qədər
qüvvədədir ki, gərək əməl olunsun. qalan mallar irs hökmlərinə uyğun onun
vərəsələri arasında bölünür.
hÜquq
sual: bir küçə bir nəfərin şəxsi mülküdürsə, qalan qonşular ondan istifadə edə
bilərlərmi?
cavab: bir küçə birinin mülkü olsa və qonşular o hesabdan bir məbləğ ödəmədikləri üçün
küçə sahibinin razılığı olmadan oradan istifadə etmək caiz deyil.
sual: İki qapısı olan bir mənzilin qapılarından birini istifadə olunmadığı üçün
bağladıq. bir müddət keçəndən sonra həmin qapını açmağa ehtiyac oldu. qonşuların
mane olmağa hakkı varmı?
cavab: verilən suala əsasən əvvəlki qapını açmağın maneəsi yoxdur və qonşuların da
qadağan etməsinə hakkları yoxdur. Əgər bələdiyyənin bu barədə xüsusi bir
qanunları varsa, riayət olunması lazımdır.
sual: bəzi məntəqələrdə dağlar ətəyində bitən otları maldarlar öz aralarında bölüb,
qışda heyvanlara vermək üçün saxlayırlar. bu cür bölüşdürmək hansı əsasədir və
bu məntəqələrdə alverin hökmü necədir?
cavab: xüsusi bir şərii əsası yoxdur. Əgər camaat arasında belədirsə, əməl olunmalıdır.
qƏzavƏt
qazİnİn ŞƏrtlƏrİ
sual: İndiki şəraitdə müctəhid olmayan
şəxs qazi ola bilərmi? Əgər olsa onunla həmkarliq etmək şərii cəhətdən
caizdirmi?
cavab: vəliyyi-fəqih və camiuş-şərait müctəhidin icazəsi ilə olsa, maneəsi yoxdur.
sual: sizin nəzərinizə əsasən qazi gərək müctəhid olsun, ya icazəli qazi hökmə icazəsi
vardır?
cavab: təyin olunmuş qazi müctəhid olmaya bilər. amma gərək təyin edilmiş qanun və
qərarlara uyğun hökm etsin.
sual: Əgər hakkı almaq əhli təsənni qazilərinə müraciətə bağlı olsa, müraciət etmək
caizdirmi?
cavab: maneəsi yoxdur.
sual: qazi öz müctəhidinin yaxud məhkum etdiyi şəxsin müctəhidin fətvalarına uyğun
hökm etməlidir? yaxud əgər özü müctəhiddirsə, öz fətvalarına?
cavab: qazi əgər özü camiuş-şərait müctəhid olsa öz nəzərinə uyğun hökm etsin.
camiuş-şərait müctəhid tərəfindən təyin olunmuş qazi təyin edilmiş vəzifəyə
tabedir. bu iki dəstədən başqa hökm etmə hakkları yoxdur və onların hökmünün bir
əsəri yoxdur.
qazİnİn elmİ
sual: qazi öz elminə istinad edib hökm etsə, qazinin elminə əsasən çıxarılan bu hökmə
təzədən baxılmalıdır?
cavab: sair hökmlər kimidir. dəlil və and icmə yolu ilə olan hökmlə bir fərqi yoxdur.
sual: Şəriət hakimi zina həddində öz elminə əməl edib hədd icra edə bilərmi?
cavab: bəli, camiuş-şərait hakim öz elminə əməl edib hökm edə bilər.
sual: bəzən qazi məhkəmədə düşmən tərəflərdən gördüklərinə, danışdıqları və mövcud
olan qərinədən elm hasil etsə, bu elmə uyğun əməl edə bilərmi? həqqulla və
haqqunnas arasında bir fərq varmı?
cavab: bəli, qazi hər bir yolla hasil etdiyi öz elminə əsasən hökm verə bilər. həqqulla
və haqqunnas arasında bir fərq yoxdur. amma xüsusi ilə haqqunnas barəsində hökm
hakk sahibinin tələbinə aiddir.
sual: təkcə qazinin öz elmi, cinayətin isbatı üçün kifayətdirmi?
cavab: Şərii qazinin elmi dəlildir. ona uyğun hökm edə r. ər.
qİyabİ mÜhakİmƏ
sual: Şikayətçi məhkəmədə iştirak etmədən yazılı şəkildə şikayət edə bilərmi ki,
məhkəmə də məsələni yoxlamaya versin?
cavab: ehtiyat odur ki, şikayətçinin hüzurunda hökm onun tərəfindən sadir olsun.
sual: telefon vasitəsi ilə bir şəxsi mühakimə etmək olarmı?
cavab: ehtiyatın xilafınadır.
mÜttƏhİm ŞƏxsİ tƏzyİq
altina salmaq
sual: məhkəmə orqanları müttəhimdən etiraf və söz almaq üçün onu təzyiq altına sala
bilərlərmi?
cavab: xeyr, məcburi iqrar etmək təsirsizdir.
ŞƏhadƏt
sual: qazi ədaləti isbat olunmayan şahidlərin şahidliyi əsasında əlamətlər adıyla
yaxud öz elminə istinad edib hökm verə bilər?
cavab: Əgər yəqinlik tapsa, maneəsi yoxdur.
sual: qəzavətdən şahidin ədalətini sabit etmək üçün şərii qaydaları qeyd etməyinizi
xahiş edirik.
cavab: Ədalət iki adil şahidin ya qazinin öz elmi və xatircəmliyi ilə sabit olur. bu
elm həmin şəxsə ünsiyyətdən yaxud camaat arasında şöhrətdən hasil olur.
bunlardan əlavə hüsnü zahir vacibatı yerinə yetirmək və haramları tərk etmədə
ehtiyatlı olmaq özü ədaləti üzə çıxarandır. baxmayaraq ki, elm və xatircəmlik
olmasın.
mÜbahİsƏlƏr vƏ davalar
sual: bir qadın ərinin onunla pis rəftar etməsini və ona nalayiq nisbətlər verdiyini
iddia edir. amma öz iddiası üçün aydın dəlili yoxdur və əri bu işi inkar edir.
qadın ərini and içdirə bilərmi?
cavab: bu davada qadın iddiaçı hesab olunduğundan gərək dəlil gətirsin. Əgər subutu
olmasa, məsələni inkar edən ərini and içdirə bilər və içilən anda uyğun hökm
sadir olsun. amma əgər cəzalandırma hallarından olarsa, and içməklə sabit olmur,
yalnız açıq dəlil və iqrarla sabit olur.
sual: Ər iddia edir ki, arvadı öz mehriyyəsini və zəhmət hakkını ona bağışlamışdır.
həyat yoldaşı bu bağışlamanı inkar edir. hansı birinin sözü üstündür?
cavab: qadının sözü and içməklə üstündür. məgər ki, əri dəlil gətirsin.
sual: bir kişi bir il çəkən səfərindən qayıtdıqda arvadının bir oğlan uşağı dünyaya
gətirdiyini görür. Çətinlik və mübahisələrdən sonra qadına təlaq verir. bir
müddətdən sonra qadın dünyadan köçür. bu oğlan böyüyəndən sonra atasından
hakkını tələb etdikdə, atası onu inkar edir. bu o haldadır ki, qadın ömrünün
sonuna qədər bu uşaq mənim ərimdəndir deyir və kişi də qadının möminə olmasını
etiraf edir, bununla bağlı:
1.
kişinin
sözü qəbul olunurmu?
2.
Əgər
məsələ şübhəli olsa ki, bu uşaq on iki aydan əvvəl ya sonra dünyaya gəlib?
3.
bu
oğlanın kişinin başqa oğlanla məhrəmliyi və irs hökmü necədir? uşaq
halalzadədirmi?
cavab: 1. qeyd olunan halda qadının sözünə xilaf sabit olmasa, onun sözü üstündür.
məgər ki, onun əksi sabit olunsa.
2. birləşdirmək imkanı olan
yerlərdə uşaq ərindir.
3. bu halda uşaq ataya aid olur
və məhrəmiyyət və irs hökmü icra olunur. uşaq halalzadədir.
qƏzavƏtİn mÜxtƏlİf
mƏsƏlƏlƏrİ
sual: bir şəxs şikayət edib ki, filan şəxs məni kötəkləmişdir, lakin müttəhim bunu
inkar edir. yoxlamadan sonra şikayət edən kifayət edici dəlil gətirmirsa,
müttəhimi and içdirməlidirlər? and içmək lazım olan surətdə əgər andsız hökm
bəraət qazansa, səhihdir yoxsaa hökm ləğv oluna bilər?
cavab: and içmə hakkı mövcuddur. verilən suala əsasən əgər şikayət edən müttəhimim and
içmək hakkı olduğunu bilməyibsə və qazi onu agah etməyib hökmü bağlamışdırsa,
hökm səhih deyil və pozulur. Əgər şikayətçi hakkı olduğunu bilib, amma fikrindən
dönüb və qazi hökm etmişdirsə, səhih və pozulmazdır. məgər ki, hökm sadir
olandan sonra qazi üçün xilaf aydınlaşsın. Şikayətçinin hakk olduğu məlum olsa
ki, bu surətdə hökmü pozmaq vacibdir. hətta müttəhimi and içdirmiş olsalarda.
sual: Əgər bir qadın ,,ailə məhkəməsinə’’ müraciət edib əri tərəfindən əziyyətə düçar
olduğunu deyir. heç bir şərii dəlili və subutu yoxdur. təkcə iddia təlaq hökmünü
sadir etməyə kifayətdirmi?
cavab: Əlbəttə təkcə iddia kifayətdeyil; məhkəmə qazisi camiuş-şərait müctəhid olsa,
hər bir yolla hasil olan öz elminə əsasən hökm verə bilər. Əgər camiuş-şərait
müctəhid deyilsə, təyin olunmuş qanunlara tabedir.
sual: Şəriət hakimi kişini arvadına
təlaq verməyə məcbur edə bilərmi? yaxud özü qadını boşasın?
cavab: bəli, əgər hakim camiuş-şərait müctəhid olsa, məsləhət bildiyi bəzi yerlərdə
qadını təlaqa vadar edə bilər. qadın təlaqa hazır olmasa, hakim özü qadını
boşaya bilər.
hƏddlƏr
dİndƏn Çixma (mÜrtƏd
olmaq)
sual: fitri müsəlman şəxs mübahisə məqamında bir qrup şəxslə pak imamlar
(əleyhissalam) hakkında bu kəlimələri dilə gətirirlər: (hansı din? hansı quran?
peyğəmbər salavatullah, Əli əeyhissalam və İmam sadiq əleyhissalam kimlərdir?
bunların hamısı yalandır.) yuxarıdakı kəlimələri işlətmək bu böyük şəxslərə
söyüş və təhqirdirmi?
cavab: Əgər adi şəraitdə diqqət və məhəbbətlə qeyd olunan cümlələri dilinə gətirsə, bir
tərəfdən həzrəti İbrahim (ə) kimi müqəddimə hazırlama məqamında digərlərinin
nəzərini batil etmək üçün olmasa, qeyd olunan cümlələr əsl dini, quranı və
risaləti inkar etmək olduğundan mürtəd olmağa səbəbdir. söyüş və səbb ünvanında
deyil və suala əsasən fitri-mürtəddir.
sual: namaz və oruc əhli olmayan bir şəxs yoldaşları ilə söhbətdə nəuzubillah mütəal
allaha nisbətdə bacı söyüşü söymüşdür. ikinci dəfə təkrar edib, kim axirəti
görüb, demişdir. bu barədə bizim şərii vəzifəmiz nədir?
cavab: Şəxsi mövzudan məlumatım yoxdur. Ümumiyyətlə əgər bir şəxs qəsd, məhəbbət və
ixtiyarla allaha söyüş söysə, hərçənd sualda qeyd olunan tərzdə söysə, onun
qətli vacibdir. amma qeyd olunan mətləbə yəqinlik hasil olmasa qətl caiz deyil.
sual: Şəhərlərin birində mürtədd və onun hökmləri mənasında şiddətli ixtilaf
mövcuddur. xahiş edirik, bu barədə ixtilafın aradan qalxması, müttəhim şəxsin
yaxınları vəzifələrini bilmək və əməl etmək üçün bir az izah verəsiniz.
cavab: mürtədd, yəni bir müsəlmanın həddi-buluğ və ağıllı olan halda öz ixtiyarı ilə
islamdan xaric olub küfrü seçməsidir.
mürtədd iki qismdir:
mürtədde-fitri: yəni bir
müsəlman uşağı islamdan çıxıb kafir olsa.
mürtədde-milli: yəni islamı
qəbul edən kafir uşağı yenidən kafir olsun. təkcə şəxsin ata-anası ya babasının
müsəlman olması müsəlmançılığa kifayətdir.
sual: lütfən mürtədde-fitrinin hökmlərini bəyan edin.
cavab: fitri mürtədd əgər kişidirsə, kafir və mürtədd olan kimi arvadı ondan ayrılır.
təlaqa ehtiyac yoxdur. gərək vəfat iddəsi saxlasın. ondan sonra əgər istəsə ərə
gedə bilər. malı da kafir olan kimi borcları ödəyəndən sonra onun müsəlman
vərəsələri arasında bölünür. Şəriət-hakimi tərəfindən edama məhkum olunur. onun
tövbə və islama qayıdışı zahirə əsasən qəbul olunan deyil. yəni onun canının
hifzi, arvadının və malının qayıdışında bir rolu yoxdur. amma özü və allah
arasında əgər tövbə etsə, allah onun tövbəsini qəbul edər.
Əgər edam olunmasa ən güclü
rəyə əsasən tövbədən sonra ələ gətirdiyi mallar onun öz malıdır və ikinci dəfə
evlənmək hətta əvvəlki, arvadı ilə olsa da hakkı vardır. fitri mürtədd əgər
qadın olsa, onun malları öz mülkündə qalır. Əgər əri onunla yaxınlıq etməyibsə,
yaxud yaisə olsa kafir olan kimi ərindən ayrılır və iddəsi yoxdur. Əgər əri
onunla yaxınlıq edibsə və yaisə deyilsə mürtədd olan zamandan iddəsi tamam olana
qədər səbr edirlər. Əgər bu müddətdə tövbə etsə onların izdivacı öz qüvvəsində
qalır. Əgər tövbə etməsə kafir olan zamandan onların ayrılığına hökm verilir.
fitri mürtədd olan qadını edam etmirlər, bəlkə həbs olunur, zindanda onu
çətinlikdə saxlayırlar və namaz vaxtında onu döyürlər ki, tövbə etsin. Əgər
tövbə etsə azad olunur. Əgər tövbə etməsə ömürlük zindanda qalır.
sual: nəzərə çatdırırıq ki; mərhum mirzaye qumi rəhmətullah əl-hudud kitabında
buyurmuşdur:–mürtədd islamdan sonra kafir olmaqdan ibarətdir. o da bu yolla
hasil olur ki, mən islam dinindən çıxdım deyib, iqrar etsin. zahir budur ki,
allahın allahlığında və peyğəmbər (s)-ın peyğəm- bərliyində şəkk zahir etmək də
mürtəddlikdir. yaxud yəhudi, nəsrani və məcusi kimi batil dinlərdən birini
ixtiyari surətdə izhar etsə, yaxud büt, günəş, ulduz və ya bir məxluq üçün allah
qəsdi ilə səcdə etsə və ya peyğəmbər salavatullah dinindən sabit bir aydın şeyi
inkar etsə, mürtəddir. beş namazı, ramazan orucunu və sairlərin vacibliyini
inkar etsə, quranı nəcasətə atsa və həmçinin ayaqla vursa, yaxud məsum imamların
zərihlərinə bu işlərdən görsə və yaxud allahın peyğəmbərinə, imamlara və həzrəti
fatimeyi zəhra əleyhissalama söyüş söysə, bəlkə sair peyğəmbərlər, onların
vəsiləri və məlaikə də belədir...
sualımız budur ki, qeyd olunan
işlər və onun kimilər mütləq şəkildə mürtəddliyə səbəb olurmu? ya əgər bu işlərə
mürtəkib olmaq şəkk və şübhə ilə olsa, mürtəddliyə səbəb olur? Əslən mürtədd,
yəni nə? və kimə şamil olur?
cavab: mürtədd yəni bir müsəlmanın baliğ, ağıllı və ixtiyar halında islamdan xaric olub
küfrü ixtiyar etsin. Ümumiyyətlə qeyd olunan işlərə mürtəkib olmaq həmçinin
tovhid və nübuvvəti etiraf etməmək mürtədd, küfr və nəcis olmağa səbəbdir. bu o
surətdədir ki, şəxs baliğ, aqil və azad olsun.
bu qəbildən olan işlər ya bəzi
deyilənlər şəkk və şübhə gətirsə məsələ müşkül, ixtilaflı yerlər, qasir və
müqəssir arasında fərq vardır. hər bir surətdə şəkk və şübhə tohvidin və
nübuvvətin inkarına qayıtsa və həzrəti peyğəmbər salavatullahı təhqir etsə, şəkk
edən mürtəddir. mürtədd hökmləri ona aiddir. amma şəkk və şübhə bir başa onun
dindar olmamasına qayıdır. təkcə müsəlman hökmləri ona aid deyil. (məsələn,
nəcisdir və müsəlman qəbirstanlığında dəfn oluna bilməz) hər halda belə
məqamlarda vacibdir ki, etiqadı məsələlərdə mütəxəssis və etimad olunan alimə
müraciət edib öz şəkk və şübhələrini aradan qaldırsın. hər zaman bir şəxs
həzrəti peyğəmbər salavatullah, məsum imamlar, fatimeyi-zəhra əleyhissalam,
yaxud allahın peyğəmbərlərindən birinə söyüş ya nasaza desə, nəcis və qətli
vacibdir. hərçənd nübuvvətin inkarına qayıtmasa, yaxud onun küfr və mürtədd
olmasına hökm olunmasa da.
ŞƏrab İÇmƏk
sual: bir şəxs ağ spirti şəkər və su ilə qarışdırıb içmişdir. Şərab içən hökmdədirmi?
cavab: Əgər qeyd olunan qarışıq
kefləndirici olsa və kefləndirici olduğunu bilən şəxs onu içibsə, şərab içmə
həddi onun hakkında həqiqiləşir.
sual: lütfən şərab içənin həddi, şərab içməyin sübut yolu və onun şəraitini bəyan
edin.
cavab: Əgər baliğ, aqil, öz ixtiyarı və diqqəti olan müsəlman şərab yaxud sair
məstedici içkilər içsə, hərçənd az olsa və məstlik həddinə çatmasa da şəriət
hakimi tərəfindən səksən şallaq zərbəsi vurulur. Əgər iki dəfə şərab içsə, hər
dəfə onu şallaq zərbəsi ilə vursunlar. Üçüncü dəfə onun həddi öldürməkdir.
Əhli-zimmə kafir də əgər aşkarda şərab içsə, həmin hökmdədir. bu məsələdə hədd
miqdarında kişi və qadın arasında bir fərq yoxdur. Şərab içən əgər kişi olsa,
bədəninin övrətindən başqa . yundururlar. Çılpaq halda ona taziyanə vurulur.
gərək üzünə və övrətinə taziyanə vurulmasın. Əgər qadın olsa, onun paltarının
üstünə ona taziyanə vururlar.
Şərab içmək iki yolla sabit
olur:
1)
İki adil
kişinin şəhadəti;
2)
İki dəfə
iqrar etmək, bir dəfənin kifayəti məhəlle-işkaldır.
sual: bir şəxs şərab içmişdir və şərab
içməyin hədd məsələni bilmədiyini deyir. həddi bilməmək və cahil olmaq həddi
götürürmü?
cavab: xeyr, həddi bilməmək həddi götürməyə səbəb olmur. Şərab içməyin haramlığını
bilən şəxsə hədd icra olunur.
sual: Əgər şərab içənə hədd vurulan zaman huşsuz olsa, vəzifə necədir?
cavab: gərək huşa gələnə qədər səbr etsinlər. Özündən getmə və bihuş halında hədd icra
olunmur.
pİs İŞlƏrƏ sÖvq edƏn baŞÇi
sual: bəzi şəhərlərdə bir mənzili
hazırlayan qadınlar var ki, bir qrup qadınları orada yerləşdirib, onlar üçün
müştərilər təşkil edirlər. bu yolla pul qazanırlar. istilahi mənada onlara xanım
rəis deyilən bu şəxslər vasitəçi, ya yerdə fəsad törədən hökmdədirlər və gərək
edam olunsunlar?
cavab: vasitəçi hökmü belə qadınlara icra edilir. Əgər üç dəfə hədd vurulandan sonra
dördüncü dəfə bu günaha mürtəkib olsa, onun hökmü qətldir.
sual: bir qızı aldadıb kişilərin ixtiyarında onunla kobud və məcburi zina etdirən
qadının hökmü necədir?
cavab: qeyd olunan qadına vasitəçilik hökmü icra edilir. amma o qızla ikrahla zina edən
kişilərin hökmü qətldir.
sual: bir qadın qadınları aldadaraq yalan vədlər verməklə kişilərin ixtiyarında
qoyursa, hökmü necədir?
cavab: Ümumiyyətlə əgər bir şəxs kişi, qadın və ya bir qızı zinaya yaxud kişi kişini və
ya kişi bir oğlanı ləvata sövq etsə, əgər o şəxs qadındırsa yetmiş beş taziyanə
ona vursunlar, əgər kişidirsə, yetmiş beş taziyanədən sonra gərək onun başı
qırxılsın. küçə, məhəllə və bazarda dolandırsınlar və bu işləri gördüyü şəhərdən
onu çıxartsınlar.
bir şəxsə zina ya ləvat
nisbəti vetmək
sual: bir qadına zina nisbəti verən şəxsin hökmü nədir?
cavab: Ümumiyyətlə əgər baliğ və aqil olan şəxs baliğ, aqil, azad və iffətli müsəlman
kişi və qadına zina nisbəti versə, həddi səksən taziyanadır ki, paltarı üstündən
ona vursunlar. amma əgər digər söyüşlər versə və əziyyət etsə, o şəxsin
müraciətiylə şəriət hakimi onu cəzalandırar. yəni ədəbləndirmək üçün nə qədər
məsləhət bilsə, ona taziyana vurarlar.
sual: qadın ərinə zina nisbəti versə,
ona hökm icra olunurmu?
cavab: bəli, sabit olsa və əri tələb etsə, şəriət hakimi həddi icra edir. Ər də əgər
arvadına zina nisbəti versə, həmin hökmü vardır.
sual: İki nəfər bir-birlərinə zina ya ləvat nisbəti veriblərsə, hər ikisinə hədd icra
olunurmu?
cavab: verilən suala əsasən hədd hər ikisindən götürülür. amma şəriət hakimi hansı
miqdar məsləhət bilsə, onlara taziyanə vururlar.
sual: Əgər müsəlman öz müsəlman qardaşına ittihamlar yağdırsa, hökmü necədir?
cavab: Əgər zina ya ləvat nisbəti olsa, onun həddi məhkəmədə isbat olmaqla qazi
başlayır. Əgər zina ya ləvat nisbəti olmasa xüsusi bir həddi yoxdur. lakin
cəzası vardır ki, onun miqdarını təyin etmək məhkəmədə qazinin və şəriət
hakiminin öhtəsindədir.
oĞurluq
sual: oğurluq səbəbinə barmaqları kəsilən bir kəs öz xərci ilə barmaqlarını yapışdıra
bilərmi?
cavab: barmaqları kəsmək digərləri üçün ibrət almaq və oğurluqdan əl götürmək üçün
kəsilir. İkinci dəfə onu yapışdıra bilməzlər.
sual: bir oğru oğruluğuna etiraf etmişdir. amma əsl mal arada yoxdur. bu günün qiyməti
ilə yoxsa oğurladığı günün qiyməti ilə ödənməlidir?
cavab: Əgər oğurlanmış mal tələf olsa, ya əldə yoxdursa, gərək hazırki günün qiyməti
ilə ödənməlidir.
sual: Əli kəsməyə səbəb olan oğurluq həddi hər bir oğurluğa şamildirmi? məsələn əgər
bir şəxs aclıq və yoxsulluq üzündən oğurluq etsə gərək əli kəsilsin, ya yox?
cavab: oğrunun əlini kəsməyin şərtləri vardır. o şərtlərlə oğurluq sabit olana qədər
hədd icra olunmur. mövcud şərtləri tanıtdırmaq müctəhid və məhkəmə ilədir. Əgər
yoxsulluq zəruri həddə çatsa, hədd icra olunmur. həmçinin oğurluq şəriət
hakiminin yanında sabit olmamışdan əvvəl əgər oğru tövbə etsə, hədd icra
olunmur.
sual: bir şəxs şikayət edir ki, bir nəfər mənim mallarımı oğurlayıb və əlamətlər qeyd
edir. məsələn, mənim evimin ətrafını axtarıb deyir. amma kifayətedici dəlil
gətirmirsə, oğurluğu inkar edəni and içdirmək olarmı? Əgər and içilmədən
müttəhimə bəraət hökmü verirsə, hökm səhihdir, ya gərək pozulsun?
cavab: bu iddiaçı və inkar edən hallardandır. Çünki, iddiaçı dəlil gətirməsə, qazidən
müttəhimi and içdirməyi istəyə bilərlər. and içmədən müttəhimin bəraətinə hökm
vermək səhih deyil.
sual: xahiş edirik, oğrunun əlinin kəsilməyinin necəliyini xülasə şəkildə bəyan edin.
cavab: oğrunun əlini kəsməyin necəliyi budur ki, əgər bir şəxs sonradan deyiləcək
şərtlərlə oğurluq etsə, birinci dəfə şəriət hakiminin göstərişinə əsasən sağ
əlinin dörd barmağı dibindən kəsilir, əlinin içi və baş barmağı qalır. ikinci
dəfə sol ayağ, ayağın ortasından kəsilir və daban hissəsi qalır. Üçüncü dəfə onu
ölənə qədər həbs edirlər və əgər xərcləri yoxdursa, beytul-maldan verirlər. Əgər
zindanda da oğurluq etsə, onu öldürürlər.