|
||||||||||||||||||||
|
sual: xahiş edirik, oğurluq və həddin icra şəraitini bəyan edəsiniz. cavab: 1) oğru həddi-buluğ olsun. 2) aqil olsun. 3) Öz ixtiyarı ilə oğurluq etsin. 4) oğurlanan mal ən azı bir dinarın dörddə biri qədər olsun. 5) götürdüyü malın camaatın malı olduğunu bilmişdir. bəs əgər səhvən olsa və öz malı olduğu gümanl etsə, hədd icra olunmur. hərçənd zamindir. 6) onun özü götürdüyü malda şərik olmasın. bəs əgər məsələn, şərikli maldan öz payı miqdarında götürsə, həddi yoxdur. 7) mal qorunan, bağlı yerdə olsa və o oranın mühavizəsini o cümlədən, qıfılı sındırsın, ya açsın və ya divarını xarab, ya deşib və yaxud divarı aşıb aradan aparmış olsun. bəs əgər başqası qapını açsa və o malı aparsa, ya hamam, məscid və ümumi yerlərdə malı aparsa, hədd icra olunmur. hərçənd onu cəzalandırırlar. 8) başqasının malını mənfiyanə aparsın. bəs əgər bir zalım güclə açıq-aşkar qapını açıb malı aparsa, ya malı zorla sahibindən alsa, ya əmanət malı istifadə edib qaytarmasa, onun əlini kəsmirlər. hərçənd zamindir və cəzalandırılır. 9) oğru mal sahibinin atası olmasın. Övladın malını oğrayan atanın əlini oğurluq üçün kəsmirlər. amma atanın malının oğurluğu üçün övladın əlini kəsmirlər. hƏddİ İcra etmƏksual: həddi icra etmək üçün müctəhid və onun naibi olmayan yerlərdə ümumi camaatın vəzifəsi nədir? cavab: camiuş-şərait müctəhid tərəfindən işləri idarə etmək və həddləri icra etmək üçün təyin olunan alimlər, təyin olunmuş qanunlara tabedir. düzgün olan hər bir yola əməl edə bilərlər. Əgər təyin olunmayıblarsa, əmr be məruf və nəhy əz munkər babından camaatı nəsihət etsinlər. sual: camaat qarşısında şallaqlamaq, vurulanın heysiyyətinin hörmətsizliyinə səbəb olur. hər bir cəzalandırmağın şərii bir yoluvardırmı? cavab: camaat arasında həddləri icra etmək şəriət qanunudur. cinayətkarın əzabını görmək üçün bir qrup adamın yığışması əgər olmasa, şübhəsiz üstünlük və müstəhəbliyi vardır. bəziləri onu vacib bilirlər. xüsusi ilə cəza şallaqlarında hakimin nəzərinə tabedir ki, əgər məsləhət bilsə, ümumi camaatın qarşısında cəzalandıra bilər. sual: edama məhkum olan bir şəxs edam olunmamışdan əvvəl bihuş edici dərmanlar vasitəsi ilə onu bihuş etməyi xahiş edir, bihuş halında onu edam etsinlər? cavab: xeyr, edama məhkum olunan əzaba laiq görülmüşdür. gərək onun çətinlik və acılığını dadsın ki, öz əməl və zülmünün nəticəsi bilsin. cƏzalandirmasual: qazinin cəzalandırmada güzəştə getmək hakkı varmı? cavab: həqqunnass babından olunan günahlarda (qeybət və töhmət kimi) sübut və dava tərəflərinin tələbindən sonra cəza lazımdır. hakimin əhv etmək hakkı yoxdur. amma əgər dava tərəfi tələb etməsə, hakim əhv edə bilər. hakkunnass olmayan günahlarda camiuş-şərait hakim öz məsləhətinə uyğun əməl edir. sual: yuxarıda qeyd olunan halda fiqhi cəzalandırmaqla hökümət cəzalandırması arasında bir fərq vardırmı? cavab: bir fərq yoxdur. amma təyin olunmuş qazi, təyin edilmiş qərarlara tabedir. gərək o qərarlara uyğun əməl etsin. sual: cəzaya layiq görülən müqəssirin tövbəsini hakim əhv edə bilərmi? cavab: bu işdə tövbə sübut olandan sonra nəzər və məsləhətə əməl etməkdə hakim ixtiyar sahibidir. sual: bir şəxs cinayətin müqəddiməsin hazırlayıb, lakin bir hadisə nəticəsində cinayəti yerinə yetirə bilməyib yaxalanmışdırsa, onu cəzalandırmaq olarmı? cavab: Əgər islam ölkəsinin qanunlarını pozmaq və çevriliş yaratmağa başlamaqdırsa, gərək cəzalandırılsın. sual: xahiş edirik, cəzalandırmanın bəzi yerlərini bəyan edəsiniz. cavab: cəza xilaf işin müqabilində ədəbləndirmək və şəxsi vurmaqdır. məqsəd onu və sair camaatı xilaf və bəyənilməyən işlər görməkdən çəkindirməkdir. Ümumi halda bir kəs allahın vaciblərindən birinin vacibliyini bildiyi halda onu tərk etsin. yaxud allahın haram etdiklərindən birini yerinə yetirsə, şəriət hakimi hər əndazədə məsləhət bilsə, onu çəkindirmək və ədəbləndirmək üçün şallaq vurmağa göstəriş verə bilər. cəzalandırmağın şəraitləri: həmən bəyan olan ümumi qaydaya uyğundur. amma burada onun bəzi şəraitlərini bəyan edirik. 1) Əgər bir nəfər bir şəxsi söysə, ya onu təhqir edib əziyyət etsə, o şəxsin müraciəti ilə şəriət hakimi tərəfindən cəzalandırılır. yəni onu və digərlərini ədəbləndirmək və qarşısını almaq üçün şəriət hakimi hər nə qədər məsləhət bilsə ona şallaq vurmağı göstəriş verir. 2) Əgər bir şəxs heyvanlardan biri ilə yaxınlıq etsə, haram iş görmüşdür və şəriət hakimi tərəfindən cəzalandırılır. o heyvanın ətini və südünü yeməyin hökmü tovziul-məsail risaləsində yeməlilərin hökmləri bəyan olunmuşdur. 3) Əgər insan istimna etsə (yəni özü ilə bir iş görə ki, ondan məni xaric ola), haram iş görmüşdür. sübut olunandan sonra şəriət hakimi onu cəzalandırır. 4) Əgər bir nəfər, bir oğlanı şəhvət üzündən öpsə, şəriət hakimi otuz şallaqdan doxsan şallağa qədər, hər nə qədər məsləhət bilsə ona vururlar. rəvayətdə var ki, allah-təala onun ağzını atəşə vurar, yerin və göyün, rəhmət və qəzəb mələkləri ona lənət edirlər. onun üçün cəhənnəm hazırlanacaq. amma əgər tövbə etsə, onun tövbəsi qəbul olur. sual: bir kişi bir qadınla günaha mürtəkib olmuşdur ki, onun cəzası cəzalandırmaqdır. cəzadan əlavə onun başını qırxmaq olarmı? cavab: cəzalandırmağın şəraitlərində onun növü və miqdarı şəriət hakiminin məsləhətinə aiddir. amma qadının başın qırxdırmaq caiz deyil. peyĞƏmbƏr (salavatullahi) sÖymƏksual: Ənbiya əleyhissalamları təhqir etməyin hökmü nədir? cavab: onları təhqir etmək küfr olsa və küfrü yaratsa, mürtədd hökmündədir. Əks halda onun hökmü cəzalandırmaqdır. sual: peyğəmbər salavatullaha ictimai yerdə bir şəxs nalayiq söz demişdirsə, hökmü nədir? cavab: Ümumiyyətlə, əgər bir şəxs həzrəti peyğəmbər salavatullaha ya məsum imamların birinə söyüş söysə, eşidən hər bir şəxsə vacibdir ki, onu öldürsün. Əgər öz canı, malı, ya namusu və ya digər müsəlmanlar üçün qorxu yaranarsa, bu surətdə bir vəzifəsi yoxdur. sual: Əgər bir şəxs nübuvvət və peyğəmbərlik iddiası etsə, vəzifə nədir? cavab: onun hökmü onu öldürməkdir ki, əvvəlki məsələdə bəyan oldu. zİnasual: bir şəxs neçə dəfə zina edib, indi yaxalanmış və sabit edilmişdir. onun hökmü və hakkında həddin icrasının necəliyini bəyan edin. cavab: Ümumi halda əgər baliğ, aqil və azad kişi ya qadın öz ixtiyarı ilə zina etsə, onun həddi yüz şallaqdır. Əgər üç dəfə zina etsə və hər dəfə şallaq vurulmuş olsa, dördüncü dəfədə onun həddi ölümdür. amma, yəni: daimi arvadı olan kişi baliğ, aqil və azad olan halda arvadına yaxınlıq edib və istədiyi halda onunla yaxınlıq edə bilirsə, belə kişi baliğ və aqil qadınla öz ixtiyarı ilə zina etsə, bəs əgər qoca kişidirsə, ona yüz şallaq vurub, sonra daşqalaq edirlər. Əgər cavandırsa, onu yalnız daşqalaq edirlər. vacib ehtiyata əsasən şallaq vurmurlar. həmçinin əri olan aqil və baliğ qadın əri ixtiyarında olan halda əgər öz ixtiyarı ilə zinaya razılıq versə, həmin hökmdədir. Əgər kişi arvad alıb öz ixtiyarına keçirib onunla yaxınlıq etməmiş bir qadınla zina etsə, ona yüz şallaq vurub, başını qırxıb və bir il müddətinə onu şəhərdən uzaqlaşdırırlar. amma əgər qadında başı qırxmaq və şəhərdən kənarlaşdırmaq icra olunmur. sual: bir nəfər bacısı ilə zina etmişdirsə, onun həddi necədir? halbuki, zina sabit edilib, amma ata və anası həddin icrasına maneçilik törədirlər. vəzifə nədir? cavab: məsələnin ümumi hökmü budur ki, əgər bir şəxs öz məhrəmlərindən biri ilə zina etsə, (ana və bacı kimi ona nisbəti olanlarla) şəriət hakiminin hökmü ilə onu öldürürlər. ata-ananın maneçiliyi allahın hökmünü dəyişmir. hədislərdən bizə çatıb ki, həddi icra etmək camaatı qanunsuz işlərdən çəkindirməyə səbəb olur, onların dünya və axirətini hifz edir və onlar üçün mənfəəti qırx gün yağan yağışdan artıqdır. sual: bir şəxs zina və ləvat edib deyir ki, mən onun həddinin ölüm olduğunu bilmirdim. həddi bilməyə cahil olmaq həddi götürürmü? cavab: həddi bilməmək həddi götürmür. həmin iyrənc əməlin haram olduğunu bilib onu yerinə yetirmişdir. sübut olandan sonra hədd icra olunur. zİnanin sabİt olma yollarisual: Üç nəfər bir şəxsin zina etdiyini iddia etmişdir. bir nəfər də o şəxsin həmin qadının evinə daxil olduğunu gördüyünü deyir. amma ondan artıq bir şey bilmədiyini iqrar edir. bu halda hədd icra olunur? cavab: zina iki yoldan biri ilə sabit olur: 1) zinakar özü əgər baliğ, aqil, azad olub öz ixtiyarı ilə dörd dəfə iqrar etsə, ehtiyata əsasən gərək dörd məclisdə iqrar etsin. 2) dörd adil kişi zinanı gördüklərinə şəhadət versinlər. Əgər üç kişi və iki qadın da şəhadət versələr, ən güclü rəyə əsasən kifayətdir. buna əsasən verilən suala əsasən təkcə o neçə nəfərin dedikləri ilə zina sabit olmayıb və zahirən işdə iqrar etmək də olmamışdır. bunun üçün hədd icra olunmur. sual: Əri olan qadın zinaya müttəhim olunub və uşaq dünyaya gətirmişdir. həqiqəti aydınlaşdırmaq üçün uşaqdan qan alma yolundan istifadə etmək olarmı? cavab: Ümumiyyətlə, zina, ləvat və sair cinayətlərin isbat yolları fiqhi kitablarda bəyan olunan əməllər, qan almaq və onun kimi şeylər şərii əsaslı deyil. Əgər qazi hər bir yolla cinayətə yəqinlik tapsa, onun elmi dəlildir və ona uyğun əməl edir.
mÜxtƏlİf mƏsƏlƏlƏrsual: hamilə qadının zina həddi gərək uşağı dünyaya gətirəndən və iki ildən sonra (uşağa süd vermək cəhətdən) yerinə yetirilsin, yaxud dərhal yerinə yetirmək lazımdır? cavab: Əgər onun həddi daşqalaq etməkdirsə, gərək uşağı dünyaya gətirənə qədər səbr etsinlər. ondan sonra əgər uşağı saxlamaq və süd verməyə kimsə tapılsa onun həddi icra olunur. yox əgər kimsə tapılmasa, öz uşağına süd verənə qədər səbr etsinlər. Əgər onun həddi üzdən olsa, hamilə zamanı və nifas halında ona hədd vurmaq uşaq üçün xətərli olsa və uşağa zamin olan bir şəxs olmasa gərək səbr etsinlər. Əks halda mümkün olan birinci vaxtda hədd icra olunur. sual: bir şəxs iffətin xilafına əməl etdiyi üçün müttəhim olub. qızın atası məhkəməyə müraciət edib, əgər altmış min tümən versəniz razılıq verərəm demişdir. o da bu miqdarı ödəyib. bu pul qızın atasına halaldırmı? cavab: halal deyil. sual: Əgər müharibə edən yaxalanandan sonra və mühakimə olunmamışdan əvvəl tövbə etsə, ondan hədd götürülürmü? cavab: yaxalanandan sonra tövbə etmək həddin götürülməsinə səbəb olmur. sual: bir şəxs qeyz və əsəbilik halında peyğəmbər salavatullah və məsum imamlara təhqir demişdir. Əsəbilik halında olduğunu iddia edirsə, ondan peyğəmbər salavatullah və pak imamları söyənin hökmü götürülürmü? cavab: Əgər şiddətli əsəbilik və narahatçılıqda dediyini iddia edirsə, öz kəlamı mənasında qəsdi olmayıb və qəsdsiz ondan söz xaric olubsa, düzgün ehtimal verilsə, onun mürtədd və kafir olmasına hökm verilmir. söyənin hökmü ona icra olunmur. sual: bir nəfər yaxalanandan sonra məhkəmədə zahir edir ki, mən öz günahımdan ötrü iki adil, şahid şəxsin yanında allahın, ya həzrəti peyğəmbərin hərəmində tövbə etmişəm. Öz dediyinə iki adil şəxsin imzası ilə yazılı kağız da göstərir. ondan hədd götürülür, ya yox? cəzalandırma necə? cavab: yazılı kağız əgər qazinin mövzuya xatircəm olmasına səbəb olursa, yaxud iki adil şahid hüzurda şəhadət versələr, məsələ sabit və hədd götürülür. hətta düzgün ehtimalda da hədd götürülür. sual: həddlərdə və cəzalandırmada zərbələrin keyfiyyətini bəyan etməyinizi xahiş edirik. cavab: bu barədə daxil olan rəvayətlərə əsasən gərək zina həddinə aid olan zərbələr şiddətli olmalı və cinayətkar kişinin çılpaq bədəninə vurulmalıdır. Şərab içmək həddi, cinayətkarın çılpaq bədəninə, onun arxası və belinə ahəstə zərbələrlə vurulur. başqasına zina nisbəti verənin həddi, paltarı üstə ahəstə vurulur. cəzalandırmada başqasına zina nisbəti verənin həddindən ahəstə vurulur. sual: Əgər cinayətkarın xəstə olduğunu fərz etsək, şəriət hakimi xəstə halında onun hökmünü icra edə bilər? ya gərək onun tam sağaldığı vaxta qədər təxirə saxlasın? cavab: Ümumi halda sübut olunandan sonra həddi icra etməyi gecikdirmək caiz deyil. məgər aşağıdakı hallarda: 1) Əgər hamilə qadın hətta hamiləliyi zinadan olsa da daşqalaq hökmü uşağı dünyaya gətirən və uşağa süd verən vaxta qədər təxirə salınır. uşağın həyatı südə bağlı olsa və süd verməyə kimsə tapılmasa, bu surətdə də hədd icra edilmir. uşağın tələf olma qorxusu aradan qalxandan sonra onu daşqalaq edirlər. 2) Əgər hamilə qadın daşqalaqdan başqa həddə layiq görülübsə və onun bətnində olan uşağın tələf olma qorxusu varsa, uşağı dünyaya gətirən vaxta qədər hədd icra olunmur. ondan sonra hədd icra olunur. 3) Əgər milli mürtəd mürtəd olandan sonra və tövbə etməmişdən əvvəl dəlilik xəstəliyinə tutulsa, ölüm həddi icra olunmur. 4) İstihazə qadına üzdən olan hədd icra olunmur. qan kəsiləndən və istihazə tamam olandan sonra hökm icra olunur. 5) nifas halında olan qadın üzdən vurulan həddə layiq görülübsə, vacib ehtiyata əsasən nifas ya uşaq cəhətdən qorxu yaranarsa, qorxu aradn qalxana qədər cəza təxirə salınır. 6) xəstə olan bir şəxsə əgər hədd vurularsa, ölüm qorxusu yaranar. buna əsasən sağalana qədər həddin icrası təxirə salınır. 7) Əgər dəli ya bihuş olan şəxs dəlilik və bihuş halında həddi lazım olan bir əməl yerinə yetirsələr onlara hədd vurulmur. 8) Şiddətli isti və möhkəm soyuqda ölüm qorxusu ya həddin gətirdiyi zərərdən artıq qorxu yaransa, qorxu aradan qalxana qədər həddin icrası təxirə salınır. 9) kafir torpağında hədd icra edilmir. 10) Əgər bir il müsəlman müqəddəs-hərəmlərdən kənarda həddə səbəb olan bir əməl yerinə yetirib. Əzəmətli-məkkə hərəminə daxil olsa, hərəmdən çıxana qədər hədd icra olunmur. bu yerlərdən başqa həddin icrasını təxirə salmaq caiz deyil. məgər ki, şəriət hakimi məsləhət bilsə. eyni halda kafirin məkkə hərəminə daxil olması caiz deyil. məşhur alimlərin nəzərinə əsasən onları hərəmdən çıxartmaq bütün müsəlmanların borcudur. buna əsasən əgər kafir hərəmdən kənarda həddə layiq görülsə və hərəmə daxil olsa, onu hərəmdən çıxardıb həddi icra edirlər. sual: heyz xəstəlik hökmündədir ki, heyz olan qadının həddini təxirə salsınlar? cavab: xeyr, heyz xəstəlik hökmündə deyil. sual: hədd vurulan ya qisas alınan şəxsin dərman xərcləri məhkum olunanın, yaxud hökumətin hesabınadır? cavab: məhkumun dərman xərcləri məhkumun öz hesabınadır və əgər heç nəyi olmasa sair fəqirlər kimidir. qİsasin hÖkmlƏrİqƏtlsual: Əgər bir nəfər bir halət və vəziyyətdədir ki, kədərli xəbər eşitməklə ölmək ehtimalı verilir. bir şəxs bu məsələni bildiyi halda onu qətlə yetirmək qəsdiylə telefon vasitəsi ilə ona bir kədərli xəbər verir və o şəxs də bu xəbəri eşitməklə vəfat edir. bu bilərəkdən qətl hökmündədirmi? cavab: qeyd olunan halda onu öldürmək qəsdi olduğundan, bilərəkdən adam öldürmə hökmündədir. sual: bir şəxs, şəxsi maşını ilə bir nəfəri vurub yaralamış və onu çöldə qoyub aradan çıxmışdır. həmin şəxs çöldə vəfat etmişdir. halbuki, həkimlər nəzər verir ki, əgər onu xəstəxanaya çatdırsaydılar ölməzdi. bu ölüm hansı ölümdən sayılır? cavab: Əgər yaralanan şəxs özünü xəstəxanaya çatdırmaq qüdrəti olmayıbsa və ona kömək edən bir nəfər də tapılmayıbsa, hadisədən dəyən zədələrdən vəfat etmişdir. zahirən, qətl bilərəkdən adam öldürmə hesablanır. sual: bir qətl hadisəsi sabit və qatil müəyyən olunmuşdur. amma öldürülənin adamları ölümün bilərəkdən olduğunu qatil isə, onun xəta üzündən baş verdiyini iddia edir. amma heç birinin iddiası üçün qəti dəlillər yoxdur. 1) bu naməlum ölüm, yaxud iddia babından sayılır? 2) Əgər iddia babındandırsa, gərək necə düşmənçilik olunsun və diyə vəziyyəti necədir? cavab: Əgər vəli bilərəkdən qətl iddiası və qatil bilərəkdən törədilən qətlə oxşar iddiası etsə, qatil inkar edəndir. Əgər öldürülənin vəlisi açıq-aşkar dəlil, sübut gətirməsə, qatilin and içməsiylə bilərəkdən törədilənə oxşar hökmü verilir. Əgər qatil xəta iddiası etsə, iddiaçının sözü and içməklə üstünlük təşkil edir. haməlum və iddia mövzusundan xaricdir. sual: bir şəxs sürücülük zamanı yuxuya gedib və maşını yoldan çıxartmışdır. nəticədə sərnişinlərdən bir neçəsi hadisədə ölmüşdür. bu ölüm hansı ölümdən sayılır? onun diyəsi kimin öhdəsindədir? cavab: zahir budur ki, əgər sürücü yuxuya getmə halında olub və ehtiyatsızlıq etmişdir. camaat arasında müqəssir və hadisəyə səbəbkar tanınsa, xəta üzündən baş verən qətl hökmündədir. diyə ona şərait yaradan şəxsin öhdəsindədir. amma əgər belə olmayıbsa, onun yuxuya getməyi təsadüfü olubsa, zahirən kimsə zamin deyil. amma ehtiyat odur ki, bu halda diyəni hadisəyə şərait yaradanla razılaşsınlar. eyni halda yuxunun birinci, ya ikinci haldan olduğu şübhəli olsa, gərək ehtiyata əsasən ödəsinlər, ya razılaşsınlar. qİsas vƏ dİyƏlƏrqƏtlİn nÖvlƏrİsual: lütfən qətlin növlərini bəyan edin. cavab: qətl üç növdür: 1) bilərəkdən törədilən qətl. o da iki qismdir: birinci qism odur ki, bir şəxs insanı öldürmək qəsdi ilə ona nisbətdə ölümə səbəb olan bir iş görsün. ikinci qism odur ki, diqqətlə adi halda insana nisbətdə ölümə səbəb olan bir iş görsə və o da ölsə, hərçənd onu öldürmək qəsdi olmamış olsa. 2) bilərəkdən öldürməyə oxşar qətl. o bu surətdədir ki, öldürmək qəsdi olmamış, amma diqqətlə bir şəxsə nisbətdə adi halda ölümə səbəb olmayan bir iş yerinə yetirsin və təsadüfən onun ölümünə səbəb olsun. məsələn, uşağı ədəbləndirmək üçün vursalar, təsadüf üzündən onun vurmağı ölümə səbəb olsun. p; bsp; xəta üzündən qətl. bu o surətdədir ki, nə öldürüləni öldürmək qəsdi olub, nə də ona nisbətdə istənilən bir iş yerinə yetirilib. məsələn, ov ovlamaq qəsdi ilə oxu atıb və təsadüf nəticəsində bir şəxsə dəyib onu öldürmüşdür. sual: səhiyyə orqanlarının icazəsi olmayan bir şəxs həkimin işinə dəlalət edib, iynə vurmuşdur. İynə vurmaq icazəsi olmadığından onun bu işi xəstənin ölümünə səbəb olmuşdur. diyə vermək lazımdır, ya yox? diyədən əlavə ümumi halda cəzalandırmaq caizdir, ya yox? cavab: İynə vurmaq əgər xəstənin ölümünə səbəb olarsa, zamindirlər. hərçənd səhiyyə nazirliyinin icazəsi ilə olsun. bəs əgər bilərəkdən olubsa, qisası vardır. bilərəkdən törədilən qətlə oxşarı vardırsa, diyə iynə vuranın öz öhdəsindədir. xəta üzündən olan surətdə məhz ona şərait yaradan şəxsin öhdəsinə düşür. amma əgər xəstə müalicə məqamında bir şəxsi azad etsə diyəsi yoxdur. amma əgər bu işdə icazəsi olmadığını bilməsə icazəli olduğunu xəyal edib azad etsə, zaminliyin aradan qalxmasına səbəb olmur. qİsas hÖkmÜnÜ bİlmƏyƏn qatİlsual: qatil bilərəkdən qətl törətməyin qisas olduğunu və hökmü bilməməyi iddia edir. bu iddia məhkəmə nəzərindən vaqiətə yaxın və onun düzgün ehtimal olduğu qəbul olunursa, bunun qisas əməlində bir təsiri var, ya yox? cavab: qatilin bilərəkdən qətl törətməyin cəzasını bilməsi qisas şərtlərindən deyil. buna əsasən verilən sualda qisas hakkı öldürülənin vəlisi üçün sabitdir. ata-anasini bİlƏrƏkdƏn ÖldÜrƏn oĞlanin qİsasisual: Əgər oğul bilərəkdən öz atasını öldürsə, öldürülənin vəlilərinin izni ilə ondan qisas almaq olarmı? cavab: bəli, əgər bir övlad öz ata ya anasını bilərəkdən və ya haksız öldürsə, qisas alınır. sair yerlər kimi vərəsənin razılığı qisas hökmünü götürür. qatİlİn qİsasinda fƏqİhİn İcazƏsİsual: qatilin qisası üçün vəliyyi-fəqih və ya onun nümayəndəsinin icazəsinə ehtiyac varmı? bu icazə verilməsə qatilin işi necə olar? gərək icazə alınana qədər, əgər on il keçsədə zindanda qalsın, ya dərhal azad olunsun? ikinci surətdə gərək hansı təminatlar alınsın? cavab: sualın qoyuluşuna əsasən, əgər qatil qaçan deyilsə, vəliyyi-fəqih, ya onun nümayəndəsi tərəfindən onun vəziyyəti məlum olana qədər dərhal azad olunsun. cinayətin sübutdan sonra qisas, ya diyə və ya əhv olunurlar, həbs etmək hakkı yoxdur. Əgər qaçmaq təhlükəsi varsa, icazəni almaq üçün lazım olan miqdarda onu həbs, ondan sonra vəsiqə, zamin ya şərt olunmuş diyə ilə onu azad edirlər. sual: Öldürülənin vəliləri, şəriət hakiminin icazəsi olmadan qisas ala bilərlər, ya yox? cavab: xeyr, qisas mütləq gərək şəriət hakiminin icazə və hökmü ilə icra olunur. qİsasa mƏhkum olan ŞƏxsİn qİsasdan sonra huŞa gƏlmƏsİsual: qisasa məhkum olan bir şəxs dar ağacına çəkilmişdir. mütəxəssis həkim onun öldüyünü bildirmişdir. amma həmin şəxs ölüxanada ayılıb dirilmişdir. 1) qisas hökmü öz qüvvəsində qalır, ya götürülür? 2) Öz qüvvəsində qalan surətdə birinci daraçəkmənin diyəsi caniyə aiddir, ya yox? cavab: 1) verilən suala əsasən qisas hökmü öz qüvvəsində qalır. 2) sualın qoyuluşuna əsasən birinci daraçəkmənin diyəsi yoxdur. sual: daraçəkmə və güllələmə qisasın yerini tutur, ya gərək həmin öldürmə vəsilə və alətiylə olmalıdır? cavab: bəli, qisasın yerini tutur. bİr zƏrbƏ İlƏ, bİr neÇƏ cİnayƏtsual: Əgər vurulan güllə zərbəsi ya nizə, ayağın bir tərəfindən daxil olub, digər tərəfdən çıxsa, bir diyə hesab olunur, yaxud iki diyə? cavab: bir diyə sabitdir. onun miqdarı 100 dinardır. sual: Əgər nizə daxil olmaqla ayağın sümüyünü sındırmış olsa, iki diyə verməlidir, yaxud bir diyə? cavab: Əgər nizə əli ya ayağı deşsə, digər tərəfdən çıxsa və sümüyün sınmağına da səbəb olsa, iki diyə vermək lazımdır. Əzanı deşdiyinə görə bir diyə ki, 100 dinardır və digəri isə sümüyü sındırdığı üçün verilir ki, əgər tam sağalsa 80 dinar, əgər tam sağalmazsa, 100 dinardır. ƏgƏr cİnayƏt tÖrƏdƏn ŞƏxsİn qƏtlİ cİnayƏtdƏn ƏlavƏ baŞqa İŞlƏrlƏ sƏnƏdlƏŞsƏsual: bir şəxsin başına vurulan zərbədən baş sümüyü sınmışdır. xəstəxanaya çatdırılır və cərrahiyyə əməliyyatı nəticəsində bir az yaxşılaşmış, lakin qanaxma yarandığından başqa xəstəxanaya köçürülmüşdür. xülasə, dünyadan köçmüşdür. həkimlər ölümün səbəblərini bir neçə şeylə qeyd edirlər. yetmiş faiz həkimlər ölümü baş sümüyün sınmasına nisbət verirlər. lütfən vuranın diyə hökmünü bəyan edin. bilərəkdən adam öldürmə hesablanır, ya yox? cavab: el arasında qətlin vurana aid olduğu surətdə gərək diyənin hamısını versin. qƏtlİn nÖvlƏrİnİn hÖkmÜsual: lütfən qətlin qismlərinin diyə və qisasını bəyan edin. cavab: bilərəkdən öldürmədə əgər qatil baliğ və aqil olsa, öldürülənin vəlisi qisas almaq hakkı vardır. amma diyə almaqla qatillə razılaşa, yaxud onu tamami ilə bağışlaya bilər. bilərəkdən törədilən qətlə oxşarda isə öldürülənin vəlisinin qisas alma hakkı yoxdur. Əgər qətl qatilin iqrarı ilə sabit olsa, diyə qatilin öhdəsindədir. Əgər iki adil şahid şahidliliyə sabit olsa, diyə ona şərait yaradan və qatilin qohumlarının öhdəsindədir. hər bir surətdə öldürülənin vəlisi əhv edə bilər. qƏtlİn kƏffarƏsİsual: qisas və diyə ödəməkdən əlavə qatilin bir vəzifəsi var, ya yox? cavab: bəli, xəta ya bilərəkdən törədilən qətlə oxşar qətldə diyədən əlavə qatil gərək kəffarə versin. yəni bir qul azad etsin, əgər azad edə bilməsə, altmış gün oruc tutsun. Əgər bunu da yerinə yetirə bilməsə, altmış fəqiri yeməklə doydursun. bilərəkdən qətldə isə əgər öldürülənin vəlisi əhv etsə, yaxud diyə alsa, qatil gərək hər üç kəffarəni versin. yəni bir qul azad etsin, altmış gün oruc tutsun və altmış fəqiri doydursun. indiki zamanda qul olmadığından digər iki əməli yerinə yetirsin. bu məsələdə öldürülənin kişi və qadın, yaxud uşaq və böyük arasında bir fərq yoxdur. sual: Əgər bir neçə nəfər birlikdə bir nəfəri öldürmüşdürlər; gərək hər biri ayrıca kəffarə versin? cavab: bəli, hər biri gərək ayrıca və kamil surətdə kəffarə versin. sual: ana bətnində rüşeymi öldürmək üçün kəffarə verilməlidirmi? cavab: Əgər ruh daxil olandan sonra öldürülsə, ehtiyata əsasən gərək qatil onun kəffarəsini versin. ananin xƏtasi zamani uŞaĞin ÖlÜmÜsual: Əgər bir ana uşağının ölümünə səbəb olan bir xəta etsə, (məsələn: yuxuda ikən uşağın tənəffüs orqanını bağlayıb və uşaq ölmüşdür.) diyə vacibdirmi? cavab: Əgər uşağın ölümü anaya aid olsa, diyə sabit və ölümə şərait yaradan ananın öhdəsindədir. amma əgər ona aid olmasa, yoxdur və bir kəs zamin deyil. qatİldƏ dƏlİlİk ehtİmalisual: Əqli çatışmamazlıq ehtimalı verilən bir şəxs öz bacısını və onun iyirmi səkkiz aylıq uşağını bıçaqla öldürmüş, benzin səpib onlara atəş vurmuş və cinayət yerindən qaçmışdır. on beş gündən sonra qeyd olunan xanım vəfat etmiş, amma uşaq diri qalmışdır. qatilin də şəxsi malı yoxdur. lütfən şərii hökmü bəyan edin. |