|
||||||||||||||||||||
|
cavab: Ümumi halda qisas o surətdə sabit olur ki, cinayətkar cinayət törətdiyi zaman aqil olmuşdur. aqil olduğu sabit olmadıqda qisas caiz deyil. həmçinin diyə o surətdə ölümə şərait yaradana sabit olur ki, cinayətkarın dəliliyi sabit olsun. verilən sualda cinayətkarın aqil olması sabit olmadığından qisas caiz deyil. Çünki, dəliliyi də sabit olmadığından diyə də sabit deyil. lakin bir müsəlmanın qanı zay olmamaq üçün gərək diyəsini cinayətkarın malından ödəsinlər. verilən sualda cinayətkarın heç bir malı olmadığı qeyd olunduğundan onun diyəsini beytul-maldan gərək ödəsinlər. eyni halda qeyd olunan işin təyin və aydınlaşması məhkəməyə və qazinin nəzərinə aiddir. İnsanin qİsasisual: hansı yerlərdə qisas sabitdir, hansı yerlərdə qisası təxirə salmaq ya hökmü götürmək olar? cavab: qisas hökmü öldürülənin vəlilərinin istəyi ilə icra olunur, və cinayət törədənin halı əsasdır. bunun üçün qətl zamanı aqil olub və sonra dəli olubsa, qisas götürülmür. həmçinin əgər bir şəxs məstlik halında bir şəxsi öldürüb və şərab içməyin kiminsə ölümünə səbəb olduğunu bilirdisə, qisas sabitdir. bəlkə əgər bilmirdisə və məstlik halında təsadüfən kimi isə öldürsə, məşhur fəqirlərin nəzərinə əsasən qisas sabitdir. hərçənd bu halda ehtiyat odur ki, sülh edib diyə ilə razılaşsınlar. amma hamilə qadın uşağı dünyaya gətirməzdən əvvəl qisas olunmur. həmçinin əgər əzanın qisası və yaralar cinayətkarın ölümünə səbəb olarsa, yaxud yaraların çoxalması və ya üzvün aradan getməsinə səbəb olarsa, bu halda qisas götürülür və diyə fərqli üstünlük müəyyən olunur. bu halların təfsilatı – təfsiluş şəriyyə fi şərhi təhrilul vəsilə-kitabının qisas bölməsində bəyan olunmuşdur. sual: Əgər məhkum bihuş olsa, ona hökm icra olunurmu? cavab: bəli, bihuş olan halda hökm icra olunur. məgər ki, hökmə səbəb olan əməl huşsuz halda olmuş olsa, bu halda dəlilik hökmü vardır və hədd icra olunmur. uŞaĞin vƏlİsİsual: bir uşaq yaralanmışdır. atası uşağın məsləhəti olmadan yaralayanın qisas və diyəsindən keçə bilərmi? cavab: qeyd olunan halda ehtiyat odur ki, uşağın həddi-buluğ olan vaxtına qədər səbr etsinlər ki, qisas, diyə ya əhv barəsində özü qərarlaşsın. bu halda uşağın vəlisinin keçməsi səhih deyil. sual: Əgər ata övladının diyəsi vacib olan tərzdə vursa, diyə kimin malıdır? atası onu onun xərclərində istifadə edə bilərmi? cavab: diyə övladın öz malıdır. ata öz borcunu əda etmək qəsdi ilə onu o övladın xərclərinə sərf edə bilər. yaxud həddi-buluğ olandan sonra ona təhvil versin və ya ondan halallıq alsın. qİsasin mÜxtƏlİf mƏsƏlƏlƏrİsual: hədd, cəza, diyə və qisasa səbəb olan cinayət törədildikdə, üzərində cinayət törədilən şəxsin razılığı bir təsir qoyurmu? cavab: zina, ləvat müsahiqə və müharibə kimi hakkullah sayılan yerlərdə üzərində cinayət törədilən şəxsin razılığının bir təsiri yoxdur. amma hakkun-nass sayılan, məsələn: qisas və diyə sabit olan yerlərdə təsiri vardır. sual: cinayətkarı törətdiyi cinayətə oxşar cəzalandırmaq caizdirmi? məsələn: Əgər qatil bir şəxsi yandırıb ya tikə-tikə etmişdirsə, onu da yandırıb tikə-tikə etsinlərmi? cavab: qatilin qisasında hərçənd ki, o, mərhumu tikə-tikə etmiş, ya onu əziyyətlə öldürmüşdür. həmin qayda ilə qisas almaq caiz deyil. qisas gərək adi ölüm aləti ilə yerinə yetirilsin. sual: edamdan sonra ya dəfndən əvvəl edam olunan şəxsdə dirilmə müşahidə olunsa və müalicə ilə öz salamatlığını ələ gətirsə, hökmün icrası hansı surətdədir? hədd və qisas arasında bir fərq vardır? cavab: gərək hökm yenidən icra olunsun. qisas və hədd arasında bir fərq yoxdur. məgər ki, qisasda qan sahibləri qisasdan əl götürsələr. sual: bir şəxs bilərəkdən adam öldürmədə tamahkar bir planı olmuşdur və ömürlük həbsə məhkum edilmişdir. bir neçə ildən sonra qan sahibləri onu əhv etmişdirsə azad olunur, ya tamahkarlığı həqqullah adlanır? gərək ölənə qədər zindanda qalsın? cavab: zahirən həqqun-nass sayılır. qan sahiblərinin əhvi ilə azad olunur. sual: bir nəfər iki şəxsi qətlə yetirmişdir(bir kişi və bir qadını). Öldürülənlərin birinin ya hər ikisinin qan sahibləri diyə ya qisas istəyirlərsə, məsələnin hökmünü bəyan edin. cavab: qeyd olunan halda əgər qan sahiblərindən biri qisas almaq istəsə, qatildən qisas alınır və qisas hökmlərinə gərək riayət olunsun. bu halda digər öldürülənin sahibləri diyə almağa haqqları yoxdur. amma əgər hər iki öldürülənin sahibləri diyə istəsələr, qatil gərək hər ikisinin tam diyəsini ödəsin. sual: Əgər bir şəxs məst ya huşsuz bir nəfəri öldürsə, qisas alınır, ya təkcə diyə sabit olur? cavab: qeyd olunan halda əgər bütün şərait mövcud olsa, qisas sabitdir. amma daha yaxşıdır ki, sülh edərək 0diyə ödəməklə razılaşsınlar. sual: bir şəxs narahatçılıq və yaşayış müşkülləri üzündən özünü öldürmüşdür. 1) bu iş şərii cəhətdən hansı surətdədir? 2) onun malından kəffarə vermək vacibdirmi? cavab: bu işin özü böyük günahlardan sayılır. narahatçılıq və yaşayış çətinlikləri hər nə qədər çox olsa, belə günaha düşməyə icazə yoxdur. baş verən surətdə zahirən onun malından kəffarə vermək vacib deyil, amma daha yaxşıdır bütün vərəsələrin razılığı ilə onun malından qətl kəffarəsi versinlər. sual: Əgər qatil qətldən əvvəl insanı yaralayıb, sonra zərbələrlə onu öldürsə, öldürülənin varisləri ölümdən əvvəl vurulan zərbələrin diyəsini ödəməyi tələb edə bilərlərmi? cavab: bəli, məgər ki, həmin yaralarla vəfat etsə, bu surətdə təkcə qətl diyəsi ödənilir. sual: vurulan bir zərbə heç bir iz və rəng dəyişikliyi saxlamamışdırsa, vuran üçün hansı cəzanı nəzərə almaq olar? cavab: Əgər qisas mümkün olsa, qisas alınır, əks halda şəriət hakimi qan bahası ilə f’rqli variantla məsələni xətm edir. sual: Öldürülənin sahiblərindən bəziləri baliğ və bəziləri qeyri-baliğdir. baliğ olan sahiblər qisas tələb edirlər. bu halda qisas caizdir, ya uşaqların həddi-buluğ yaşına çatana qədər səbr etməlidirlər? uşaqların qəyyumu bu məsələdə dəxalət edə bilərmi? cavab: verilən suala əsasən əgər uşağın həddi-buluğ olmaq vaxtı yaxınlaşıbsa, ehtiyat gözləməkdir. amma əgər fasilə çox olsa, gecikdirmə fəsada ya hakkın zay olmasına səbəb olsa, uşaqların vəlisini təyin etməklə, diyəni almaq onların məsləhəti ilə olsa, uşaqların hakkını təmin etməklə ən güclü rəyə əsasən böyük adamlar tərəfindən qisas caizdir. sual: bir şəxs bir nəfəri öldürmüşdür. onun qan sahibi olmayan bir şəxs onu öldürür. qatili öldürən şəxsin hökmü və birinci öldürülən şəxsin sahiblərinin hakkını bəyan edin. cavab: verilən suala əsasən əgər birinci öldürülənin sahibləri qatillə diyədə razılaşmamış, ya onu əhv etməmiş olsalar, qatilin öldürüldüyünü fərz etməklə, birinci öldürülənin sahibləri üçün diyəni almağa nisbətdə hakkları qalmır. amma ikinci öldürülənin sahibləri, ikinci qatilə müraciət edib ondan qisas alıb yaxud onu əhv edə bilərlər. dİyƏnİn hÖkmlƏrİqadina dƏyƏn yaralarin dİyƏsİsual: qadının diyəsi tam diyənin 1/3-dən az miqdarda kişi ilə bərabərdir. ondan sonra yarı olur. Əgər qadının neçə yarası olsa onların hamısı üçdə birdən artıq olsa, amma hər biri diyənin üçdə birindən az olsa, hökmü necədir? cavab: Əgər vurulan zərbə və yaralar bir dəfə bir zərbəyə və üzvdə baş vermiş olsa, üçdə birində meyar zərbə və yaraların hamısıdır. amma əgər saysız zərbələr, ya müxtəlif əzalarda baş vermiş olsa, hər zərbə və yaranın özünəməxsus ayrıca hesablanaraq diyəsi vardır. buna əsasən əgər qadının dörd barmağını, məsələn, bir zərbəyə kəssələr diyənin yarısıdır ki, o da 200 dinardır. amma əgər həmin dörd barmağı iki dəfə və iki zərbə ilə kəssələr, onların diyəsi 400 dinardır. sual: Əgər nizə ya güllə ələ ya ayağa batsa, kişilər üçün 100 dinar qeyd olunub, qadınlar üçün də həmin miqdardır, ya fərq edir? cavab: Ümumiyyətlə qadının diyəsi şərii cəhətdən diyənin üçdə biri qədər kişi ilə bərabərdir və fərqli deyil. Əgər diyənin üçdə birinə çatsa, yaxud artıq olsa, kişinin diyəsinin yarısıdır. diyənin sübut yerlərində saysız alətlər arasında bir fərq yoxdur. bu məsələlər diyə kitabında (təfsiluş-şəriyyə) səhifə 261, məsələ 3-də qeyd olunmuşdur. dİŞİn dİyƏsİsual: bir şəxs vurub bir nəfərin dişini sındırmışdır. onun diyəsinin miqdarını bəyan etməyinizi xahiş edirik. cavab: Ümumiyyətlə ağızın qabaq on iki dişlərindən (altı aşağı və altı yuxarı diş) hər birini aradan aparmaq 50 şərii misqal(18 noxud) qızıldır. arxadakı 16 diş (səkkiz ədəd aşağı və səkkiz ədəd yuxarı dişlər) 25 şərii misqal qızıldır. dişin kökündən çıxması, ya tamam sındırılması, kiçik və böyük olması arasında bir fərq yoxdur. sual: zərbə nəticəsində qaralan və diyəyə səbəb olan dişlər, hal-hazırda dişin kökündən müalicə və onu ağartmaqla təbii dişə oxşamışdır. bu surətdə tam diyə verilməlidirmi? cavab: Əgər diyə sabit olsa, sonradan sağalmasına baxmayaraq gərək diyə versin. sÜmÜyÜ sindirmaĞin dİyƏsİsual: Əgər iki sümük iki dəfəyə sındırılmış olsa, onun diyə hökmü necədir? cavab: bu halda iki sındırma hesablanır. hər birinin müstəqil diyəsi vardır ki, əgər tam sağalarsa, hər birinin diyəsi 100 dinardır. bu yerlərdə də razılaşma daha yaxşıdır. sual: Əgər bir zərbə ya təsadüfən ayaq, ya əlin neçə yeri sındırılmış olsa, diyə hökmü necədir? cavab: verilən suala əsasən zahirən bir neçə dəfə sındırmaq hesablanır. hər biri üçün bir diyə ödəmək lazımdır. amma bu məqamda da sülh edib razılaşma daha yaxşıdır. sual: qol sümüyü ayaq sümüyü kimidir? yaxud diyə cəhətdən fərqlidir? cavab: məhşur rəyə əsasən əl və ayaq arasında diyə cəhətdən bir fərqi yoxdur. hərçənd bu barədə ehtiyat odur ki, daha yaxşı olar ki, məsələni qarşılıqlı və sülh razılaşma yolu ilə xətm etsinlər. uŞaq saldirmaĞin (abort) dİyƏsİsual: lütfən rüşeymin mərtəbələri və hər mərtəbənin uşaq saldırmağın diyə miqdarını bəyan edin: cavab: zahir budur ki, rüşeym bətndə qərar tutan vaxtdan 40 gün müddətində nütfədir. bu müddətdə onu saldırmağın diyəsi 20 şərii misqaldır ki, hər misqal 18 noxuddur. o 40 gündən sonra ələqə yəni: laxta qandır ki, onun diyəsi 40 misqaldır. 40 gündən sonra muzğə yəni: bir ət parçasıdır ki, onun diyəsi 60 misqaldır. (cəmi dörd ay olur). ondan sonra sümük şəklinə düşür ki, onun diyəsi 80 misqaldır. sonra ət yaranıb sümüyə bağlanır. onun diyəsi 100 misqaldır. ruh daxil olandan sonra əgər oğlan olsa, diyəsi 1000 misqal, əgər qız olsa, 500 şərii misqal qızıl puldur. bu surətlərin hamısında əgər hər bir qızıl misqalın əvəzinə on dirhəm gümüş versə kifayətdir. Əgər hamilə qadın bilərəkdən uşağı saldıran bir iş görsə, gərək təfsilatı ilə bəyan olunan onun diyəsini uşağın varislərinə ödəsin və özü bu diyədən irs aparmır. Əgər salınan uşağın vərəsələri onu əhv etsələr, diyə götürülür. amma ruh daxil olan uşaq üçün əvvəlki məsələlərdə 2158-ci məsələdə bəyan olunan qətl kəffarəsi ona vacibdir. sual: Əgər ata və ananın tam razılığı ilə cərrah həkim vasitəsi ya iynə vurmaqla uşaq salınsa, diyə kimin öhdəsindədir? Əgər həkim dərmanı versə və ana istifadə etsə, salınan uşağın diyəsi kimin öhdəsindədir? cavab: diyə onunla əlaqədar olan şəxsin öhdəsindədir. məgər ki, əlaqəli şəxsin məsələn: iynə vurdurur ya dərman qəbul edir. lakin iynə və dərmanın uşağın salınmasını bilməsə, bu halda diyə göstəriş verənin öhdəsindədir. Əlaqəli şəxsin istər həkim, iynə vuran, istərsədə ananın özü bilsələr və salınan uşağın atasının göstərişinə əsasən uşağı saldırsalar, ehtiyata əsasən onun diyəsini uşağın atası ilə müsalehə etsinlər. ya o onları günahsız və təqsirsiz hesab etsin. sual: Əgər hamiləliyi davam etdirmək ana üçün çox zərərli, ya can xətası yaratsa, onu saldırmaq caizdir, ya yox? caiz olduğunu fərz etsək onun diyəsinin hökmü necədir? cavab: Əgər mütəxəssis və etibarlı həkimin nəzərinə uyğun hamiləliyin qalması ana üçün can ya zərər və ya dözülməz ağrı olduğu olmuş olsa, uşağı saldırmağın maneəsi yoxdur. onun diyəsinə nisbətdə uşağın atası ilə razılaşsınlar, yaxud o uşağı salana halal etsin. sual: mənim üç uşağım var. zəiflik, cismi narahatçılıq və məişətimin çətinliyindən dördüncü uşağı nütfə və təqribən 35-günlüyündə saldırdım. indi günah etdiyimi başa düşmüşəm və diyə borclu olduğumu deyirlər. xahiş edirəm, vəzifəmi və nə etdiyimi bəyan edəsiniz. cavab: siz böyük günah etmisiniz və gərək dərhal tövbə edəsiniz. verilən sualda rüşeymin diyəsi 20 dinar yəni: 15 misqal, 24 noxud qızıl puldur. uşağı saldıran ana yaxud həkim olubsa, onun diyəsi rüşeymin (uşağın) atasına çatır. sual: bir şəxs hamilə qadını öldürmüşdür və onun bətnində olan uşaq tələf olmuşdur. qatil qadının diyəsindən əlavə onun uşağının da diyəsini verməlidirmi? ya bir diyə kifayətdir? cavab: verilən suala əsasən gərək uşağın diyəsini də versin. sual: bir qadın öz ərinə məlumat vermədən bətnində olan iki aylıq uşağı saldırmışdır. vəzifəsi nədir? və onun diyəsi kimə çatır? cavab: günah iş görmüşdür. gərək dərhal tövbə etsin. verilən suala əsasən onun diyəsi salınan uşağın atasına çatır. sual: mütəxəssis həkim ata və ananın razılığıyla bətndə dəsgah vasitəsiylə müşahidə olunan cismi cəhətdən naqis uşağı məsələni bilməməzlikdən saldırmışdır. diyə gərək ödənilməlidirmi? diyə vacib olan surətdə onu ödəmək kimə aiddir? Əgər uşağı saldırmağa əlaqədar olan şəxs ata və ananı tanımırsa, gərək kimə ödəsin? cavab: bəli, diyəsi vardır. diyə uşağı saldırmağa əlaqəli olan şəxsin öhdəsindədir. məgər ki, əlaqəli şəxs iynənin ya dərmanın uşağın düşməsinə səbəb olmasını bilməsin. bu halda diyə göstəriş verənin öhdəsindədir. Əgər bir həkim ata və ananın razılığı ilə uşağı saldırmağa başlasa, ehtiyat odur ki, həkim və əlaqəli şəxs uşağın atası ilə və atadan sonrakı varislərlə diyə məsələsində razılaşsınlar. eyni halda tövbə də etsinlər. Əgər uşağı salan ata və ananı tanımırsa, diyəni fəqirə sədəqə versin. ehtiyata əsasən bu sədəqə şəriət hakiminin icazəsiylə olsun. Əgər uşağı saldıran ana ya həkim idilərsə, atanın məlumatı olmayıbsa, diyəni uşağın atasına versinlər. Əgər ata diyəni halal etsə, əlaqəli şəxs təqsirsiz sayılır. vƏlƏduz-zİna uŞaĞin dİyƏsİ vƏ salinmasisual: bir qız aldanmış və zina əməli nəticəsində hamilə olmuşdur. ata və qardaşları başa düşmüşlər. Öz abır və həyalarını qorumaq və çox rüsvayçılığın qabağını almaqdan xatir qızı öldürüb gizlətmək qərarına gəlmişlər. qeyd olunan işə xatir belə qərarlaşma və bir əməl caizdirmi? onun hökmü necədir? cavab: belə əməli yerinə yetirmək haramdır. möhtərəm nəfsi öldürmək böyük günahlardan sayılır. qeyd olunan işlər ona icazə vermir. hər kim qətl törətsə qisas, diyə ödəmək,ya kəffarələrin hamısı ona aid olur. sual: yuxarıda qeyd olunan halda qızın ata və qardaşlarından qorxusu vardır. ehtimal verir ki, əgər bilsələr onu öldürərlər. belə olan halda onlar başa düşməmişdən qabaq uşağı saldıra bilərmi? cavab: sualın qoyuluşuna əsasən qıza əziyyət vermək və qorxutmaq haramdır. qız yəqinlik tapıb və ağıllı ehtimal verir ki, əgər uşağı saldırmasa şiddətli çətinliklər yaranacaq, belə halda uşağı saldırmağın haram olmaması inanılan deyil. amma gərək onun diyəsini versin. alimlər arasında məhşur nəzər budur ki, vələduz-zina uşağın diyəsi, halalzadənin diyəsi miqdarındadır. amma ehtiyata əsasən onun diyəsini şəriət hakimi ilə razılaşsınlar. Övladi vurmaqsual: ata ya ana öz övladını ədəbləndirmək üçün vura bilərmi? cavab: Ədəbləndirmək vurmaqdan başqa yolla mümkün olmasa, maneəsi yoxdur. amma gərək diyə səbəb olan tərzdə vurmasınlar. sual: Əgər ata öz övladını ədəbləndirmək üçün vursa və onun əməli dərinin qaralması ya qızarmasına səbəb olsa, diyəsi vardırmı? cavab: diyə sabitdir. baŞa vƏ bƏdƏnƏ dƏyƏn yara vƏ ŞİŞlƏrİn dİyƏsİsual: on üç yaşlı oğlan uşağı söyüş söydüyü üçün ona bir şillə və bir möhkəm kötək vurdum. ona şəri baximdan diyə borclu olurammı? cavab: bəli, əgər üzə şillə vurmaq üzün qızarmasına səbəb olursa, gərək bir misqal yarım (hər misqal 18 noxud) qızıl ona ödəyəsiniz. Əgər göyərib ya yaşıllaşıbsa, üç misqal və əgər qaralıbsa, altı şərii misqal ona ödəməlisiniz. Əgər onun bədəninin sair hissəsini vurmaqla qızartsa ya göyərtsə və yaxud qaraltsa, gərək deyilən diyələrin yarısını ona ödəyəsiniz. sual: həkim insanı ayıltmaq üçün onun üzünə şillə vursa, diyəsi varmı? cavab: verilən suala əsasən diyə yoxdur. Çünki, cinayət məqsədi ilə vurulmur. sual: xahiş edirik, başa və üzə dəyən yaraların diyəsini bəyan edin. cavab: Ümumiyyətlə əgər bir şəxs bir müsəlmanın baş ya üz dərisini paralasa, onun diyəsi bir dəvədir. Əgər ətə çatsa və ondan kəsmiş olsa, onun diyəsi iki dəvədir. Əgər insan bədəninin ətindən çox kəsmiş olsa, diyəsi üç dəvədir. Əgər sümüyü görünsə, diyəsi beş dəvədir. Əgər sümüyü sındırmış olsa, diyəsi on dəvədir. Əgər sümüklərdən bəziləri yerlərin dəyişmiş olsalar, diyəsi on beş dəvədir. Əgər başın beyin pərdəsinə yetişibsə, diyəsi otuz üç dəvədir ki, gərək yaralanan şəxsə ödəsin. dəvədə məqsəd kamil diyənin 1/100 – dir. buna əsasən vuran adam diyəni digər qismlərindən, qızıl və gümüşdən seçib ödəyə bilər. sual: qeyd olunan diyənin miqdarında kişi, qadın, kiçik və böyük arasında bir fərq var, ya yox? cavab: xeyr, bir fərqi yoxdur. sual: başa və üzə dəyən yaraların diyəsi arasında bir fərq vardırmı? cavab: xeyr, bir fərqi yoxdur. sual: bir şəxs bir nəfərin zərbələri nəticəsində beyni zərbələnmiş və huşsuz olan surətdə yaşamışdır. beyin zərbəsi üçün diyələrdən xüsusi bir diyə nəzərdə tutulmamışdırsa, bu barədə vəzifə necədir? cavab: bu cür yerlərdə qan bahası hakimin nəzəri ilə təyin olunur. sual: boyun və boğaz baş və üzün bir hissəsi sayılır, ya xüsusi diyələri vardır? cavab: onların baş və üzün bir hissəsindən hesablanması müşküldür. zahirən onların yaraları bədənə dəyən yaralar hökmündədir. ehtiyat razılaşmaqdır. sual: bir şəxs öz arvadını kötəkləyib onun əlini yaralamışdır. onun diyəsi nə qədərdir? cavab: Ümumiyyətlə əl dərisinin cızılması və paralanması beş dinardır. Əgər ətdən də paralayıbsa, onun diyəsi on dinardır. Əgər əti dərindən paralamışdırsa, amma sümüyün üstündə olan pərdəyə çatmamışdırsa, on beş dinardır. Əgər sümüyün üst dərisinə çatmış və onu paralamamışdırsa, diyəsi iyirmi dinardır. Əgər sümüyün üstündə olan pərdəni paralamışdırsa, diyəsi iyirmi beş dinardır. bu cür diyələrdə uşaq, böyük, qadın, kişi və həyat yoldaşı arasında bir fərq yoxdur. sual: kişi ilə qadının diyə fərqi necədir? cavab: qadının diyəsi kamil diyənin üçdə birinə qədər kişi ilə bərabərdir. Əgər kamil diyəyə çatsa, ya ondan keçsə, qadının diyəsi kişinin diyəsinin yarısı olur. sual: bir neçə nəfər hücum çəkib birlikdə bir şəxsi yaralamışlar. dəyən yaralar müxtəlifdir. bəziləri qisasa aid, bəziləri isə aid deyillər. hücum edənlərdən hər birinin ona bir yara vurduqları məlumdur. amma yaranın hansı hücum çəkəndən dəyməsi məlum deyil. yaralanmış şəxs xüsusi bir şəxsə iddiaçı deyil. xahiş edirik, qarışıq məsələni bəyan edin. cavab: verilən suala əsasən yaralananın diyəsi püşk atmaqla təyin olunur. dİyƏlƏrqƏtl dİyƏsİsual: bir şəxs yolda digərini maşına götürmüşdür. yolda olarkən maşının sürücüsünü yuxu aparır və maşın çevrilir. sürücü kəməri bağladığı üçün yalnız yaralanır, amma digər şəxs kəməri bağlamadığı üçün beynindən zərbə alır və bir neçə gündən sonra vəfat edir. camaatın çoxu bu hadisə barəsində deyirlər ki, əgər bu şəxs də kəməri bağlasaydı beynindən zərbə almazdı. indi sürücü zamindirmi? zamin olan surətdə qətldə əlaqəli, yoxsa səbəbkar şəxsdir. cavab: Əgər sürücünün ehtiyatsizlığı maşının çevrilməsinə bais olsa və sərnişinin ölümü sürücüyə aid olsa, hətda əgər yuxuya getmək cəhətdən olsa da bu surətdə diyə sabitdir və kəffarəsi də vardır. bu halda əlaqəli şəxs və səbəbkarın düzgünlüyü arasında bir fərq yoxdur. amma əgər ölüm sərnişinin özünə aid olsa, hətda əgər kəməri bağlamamaq cəhətdən olsa da bu surətdə bir kəs zamin deyil. kəffarəsi də yoxdur. sual: sürücü yol gedərkən maşında ürəyi dayanmış və vəfat etmişdir. maşın yoldan aşıb bir nəfəri öldürmüşdür. Öldürənin diyə hökmü necədir? və kimin öhdəsindədir? cavab: Əgər sürücü infarkt olubsa, (əvvəllərdə infarkt keçimişdir) ehtiyat etməli olduğu halda ehtiyat etməmişdirsə, adətə əsasən ölüm ona aiddir. zahirən xəta qətl hökmü varıdır. Öldürülənin diyəsi ona şərait yaradanın öhdəsindədir. amma əgər belə olmamışdırsa və ehtiyatsızlıq etməmişdirsə, zahirən bir şəxs zamin deyil. hərçənd ehtiyat odur ki, bu surətdə diyəni də şərait yaradanla razılaşsınlar. eyni halda əgər məsələ şübhəlidirsə, ehtiyat sülh yolu ilə razılaşmaqdır. sual: bir maldarlıq tövləsində inəklərdən biri vəhşi olub bir fəhləni zədələmişdir. o da bu zədədən vəfat etmişdir. maldarlığın sahibi bu işə məsuldurmu? cavab: qeyd olunan halda maldarlıq sahibi bu işə məsul deyil. sual: bir şəxs öz şəxsi maşını ilə birini vurub öldürmüş və qaçmışdır. indi neçə il keçməsinə baxmayaraq məsələni həll etmək istəyir. lakin öldürdüyü şəxsin kişi ya qadın olduğu məlum deyil. qan sahibləri də naməlumdur. bu şəxs onun diyəsini sahibi məlum olmayan şəxsin malı adıyla fəqirlərə vermək istəyir. xahiş edirik ki, diyənin miqdarını bəyan edəsiniz. cavab: verilən suala əsasən qadın diyəsinə yəqin olan miqdarı məchulul-malik adıyla sədəqə versin. ehtiyat odur ki, sədəqəni şəriət hakimi ya onun nümayəndəsinin icazəsi ilə versin. sual: Əgər bir şəxs bilərəkdən bir nəfəri öldürüb sonra isə özünə qəsd etmişdir. indi öldürülənin vəlisi diyə istəyirsə, vəzifə nədir? cavab: qeyd olunan halda ölüm bilərəkdən olub və qatil də özünü öldürmüşdür. qisas mövzusu bitmişdir və diyənin sübutu üçün də bir dəlilimiz yoxdur. buna əsasən öldürülənin vəlisinin diyə tələb etməyə hakkı yoxdur. amma əgər qan sahibləri qətl baş verəndən sonra qatillə diyəni almaqda razılaşıbsa və ondan sonra qatil özünü öldürmüşdürsə, bu halda diyə tələb etməyə hakkı yoxdur. artiq dİyƏsual: bir şəxs diyəsi çox olan zilqədə ayında bir nəfəri öldürmüşdür. Öldürülənin sahibləri diyə ödəməyə razılaşıblarsa, miqdarını bəyan etməyinizi xahiş edirik. cavab: Ümumiyyətlə müsəlman kişinin diyəsi altı şeydən biridir: 1) altı ilə daxil olmuş yüz dəvə ki, təfsilatı ilə fiqhi kitablarda qeyd olunub. 2) İki yüz inək. 3) min qoyun. 4) min misqal şərii qızıl pul ki, hər misqal 18 noxuddur. 5) on min dirhəm ki, hər dirhəm 12/6 gümüş sikkəli noxuddur. 6) İki yüz geyim ki, hər geyim iki parçadır. vacib ehtiyata əsasən gərək tanınmış və o zaman dəbdə olan yəmən geyimlərindən olsun. qadının diyəsi kişinin diyəsinin yarısıdır və zimmi kafirin diyəsi səkkiz yüz dirhəmdir. Əgər qadın olsa, onun yarısıdır. (yəni 400 dirhəm) Əgər qətl haram aylardan birində yəni: rəcəb, zilqədə, zilhiccə və məhərrəm ayında baş vermiş olsa, diyənin üçdə biri diyəyə əlavə olunur. sual: bir şəxs haram olan aylarda zədələnmiş və qeyri-haram ayda vəfat etmişdir, yaxud əksinə. bu halda diyə artırmı? cavab: diyənin artırılmasında aşkar miqdar o yerdədir ki, vurulma və qətl hər ikisi haram olan ayda baş vermiş olsun. yuxarıda qeyd olunan halda diyənin artırılması müşküldür və ehtiyat sülhlə razılaşmaqdadır. Əng vƏ dİŞ dİyƏsİsual: fiqhi nəzərə əsasən iki çənə dedikdə məqsəd nədir? tibbi terminə əsasən yuxarı və aşağı çənəyə iki çənə deyilir? cavab: fiqhi nəzərə əsasən iki çənə üçün xüsusi bir termin yoxdur. amma alt çənə üçün "lihyan"-kəlməsi istifadə olunub ki, tam diyəsi vardır. sual: yuxarı çənəni sındırmaq və onu zədələməyin diyəsi necə hesablanır? cavab: yuxarı çənə sümüyü baş və üzün bir hissəsidir. onu sındırmağın diyəsi təyin olunmayıb və gərək xəsarət vermiş olsun. onun cərahətləri, baş yarmaq və yara vurmağın hökmünü daşıyır. sual: Əgər bir şəxsin alt çənəsi iki sağ nahiyədən sındırılmış və bir müddətdən sonra yapışmış olsa, onun diyəsi baş və üz diyəsidir, yaxud sair bədən diyəsi kimidir? cavab: baş və üz hökmü vardır. yara vurmağın və baş yarmağın hökmünə uyğun əməl olmalıdır. fƏqƏrƏ sÜtunusual: fəqərə sütununun sınmasında məqsəd nədir? məqsəd bu sütunun onurğa sümüyünün sınmasıdır, yaxud bir-birinə bitişik sümüklərin ayrılmasıdır? cavab: Əsas dəlil el arasında olan düzlükdür. zahir odur ki, bitişik sümüklərin bir-birlərindən ayrılması sındırmaq deyil. sual: fəqərə sütunundan bir onurğa sümüyünün sınması diyə ödəməyə səbəb olar, ya qan bahasına? diyə ödəməyə səbəb olarsa, onu hesablanmasını qeyd etməyinizi xahiş edirik. cavab: bəli, fəqərə sütununun onurğa sümüklərindən sınmasının diyəsi vardır ki, əgər tam və eybsiz sağalsa, onun diyəsi 100 şərii misqal qızıldır. Əgər tam sağalmasa kamil diyəsi vardır. |