Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

Əl vƏ ayaq

sual: bir şəxs bir nəfərin əlini biləkdən kəsmişdir və sonra onu yapışdırmışdır. amma 75 faiz onun iş fəaliyyəti aradan getmişdir. cinayətkardan qisas alınırmı? Əli kəsmək diyəsini, yoxsa qan bahası almaq lazımdır?

cavab: verilən suala əsasən qisasdan əvvəl əli yerinə bitişdirmişdir. qisas almaq müşkül və ehtiyatın xilafınadır. qeyd olunan halda əgər camaat arasında iddianın düzgünlüyü müşkül olsa, onun diyəsi əlin diyəsinin 2/3-dir.

sual: Əgər əllər və ayaqlar hər biri ayrılıqda zərbələnsə ki, onlar gücünün aradan getməsinə bais olarsa, üzvün zahiri görünüşü dəyişilmədikdə onun diyəsi nə qədərdir?

cavab: Əgər o üzvün fəaliyyəti aradan getsə, istilahı mənada şikəst olsa, onun diyəsi məhşur rəyə əsasən o üzvün diyəsinin 2/3-dir.

sual: bir şəxs bir oxu atıb digərinin dizinə dəymişdir. həkimin nəzərinə əsasən ayağın nöqsanlı olmasının nı ısını almaq üçün ayağı dizdən aşağı kəsmişlər. bu surətdə cinayətkar ayağın kəsilməsinin diyəsinə zamindir, yaxud təkcə vurduğu zərbənin diyəsinə?

cavab: ayağın kəsilməyinin səbəbi atılan tirə aid olduğu sabit olsa, müalicədə gecikmə və bu kimi şeylərdən sayılan digər səbəblər olmasa ayağı kəsmək diyəsinə zamindir.

İnsani sonsuz etmƏyİn dİyƏsİ

sual: həkim kişi və qadının razılığı olmadan qadının uşaqlıq yollarını bağlamış və onu sonsuz etmişdir. bu əməlin diyəsi nə qədərdir?

cavab: zahir odur ki, daimi surətdə nəslin kəsilməsinə səbəb olan bir əməlin təyin olunmuş diyəsi yoxdur. buna əsasən qeyd olunan halda bu əməlin diyəsi hökümət və qan bahası tərəfindən təyin olunur. amma ehtiyat odur ki, məsələni sülh  yolu ilə bitirsinlər.

hamİlƏlİyİn dİyƏsİ

sual: bir şəxs hamilə qadını uşağına ruh daxil olandan sonra öldürmüşdür və onun uşağı da ölmüşdür. amma uşağın oğlan ya qız olması məlum deyilsə bu, halda diyə necə hesablanır?

cavab: verilən suala əsasən oğlanın diyəsinin yarısı və qızın diyəsinin yarısı sabitdir. (750  dinar).

sual: Əgər uşağı ruh daxil olandan sonra saldırmışlarsa və hər cəhətdən uşağın oğlan ya qız olduğu məlum deyildir. indi diyə vermək istəyirlərsə, hansı miqdarı hesablasınlar?

cavab: zahir odur ki, bu halda əvvəlki məsələdə deyilənlər icra edilir.

dİyƏnİ ÖdƏmƏyİn mÖhlƏtİ

sual: qan bahasının ödəmək möhləti diyəni ödəmək möhləti kimidir?

cavab: zahirən diyə üçün xüsusi tələsmək yoxdur. bu qan bahasına da şamildir.

sual: Əgər şəriət hakimi diyədə razılaşmaya göstəriş verib, amma cinayətkarın diyə ödəməyə qüdrəti yoxdursa, vəzifə necədir?

cavab: yaralayan şəxsə diyə vermək vacib olsa, o isə kasıb olsa, diyə sair borclar hökmü kimidir. Əgər qüdrəti varsa, işləyib ödəsin. Əks halda üzürlüdür. belə şəraitdə diyə vermək sabit deyil.

dİyƏnİ artirmaq

sual: bir nəfərin üzvünün nöqsanlı olmasına səbəb olan bilərəkdən törədilən cərimələrdə qisas imkanı yoxdur. diyədən əlavə üzvü nöqsanlı etdiyinə zaminlikdə cinayətkardan cəza adıyla artıq bir şey almaq olarmı?

cavab: diyədən artıq bir şey almaq sabit deyil.

sual: yaralananın xəstəxana xərcləri diyənin neçə bərabərində olsa, onu ödəmək lazımdırmı?

cavab: qeyd olunan halda diyədən artığına nisbətdə müsalehə etməkdir.

beytul-mal

sual: Əgər  günahsız bir şəxs qisasa məhkum olunsa, onun diyəsini kim verməlidir?

cavab: Əgər qazinin səhvi ucbatından baş vermiş olsa, onun diyəsi beytul-maldan ödənir.

sual: Ümumi yollarda bir müsəlmanın cəsədi tapılmışdır. uzun təhqiqatdan sonra ona dəyən zərbələr aydınlaşmamışdır. onun diyəsi kimin öhdəsindədir. müsəlmanların beytul-malından ödəmək olarmı?

cavab: bəli, verilən suala əsasən onun diyəsi beytul-maldan ödənilir.

uŞaqlar vasİtƏsİylƏ tÖrƏdİlƏn cİnayƏtlƏr

sual: bir uşaq oynadığı zaman meyvə bıçağını atmış və digər bir uşağın gözünə dəyib, onu kor etmişdir. uşağın valideynlərinin bu məsələdə təqsiri yoxdur. xahiş edirik, bunun hökmünü bəyan edin.

cavab: verilən suala əsasən uşağın zərbəsinin təsirindən digər uşağın gözünün kor olması sabit olmuşdursa, onun diyəsi kamil diyənin yarısıdır. vuran uşağın sahibləri diyəni ödəsinlər.

sual: İki uşaq arasında mübahisə zamanı biri digərini qovmuşdur. qaçan uşağın ayağı büdrəyib yerə dəymiş və ayağı sınmışdır. qovan uşağın vəlisi diyəyə zamindirmi?

cavab: Əgər qovmağın yıxılmağa və ayağın sınmasına səbəb olduğu sabit olsa, diyəsi vardır. qovanın həddi-buluğ olmadığı surətdə diyə onun sahiblərinin öhdəsindədir. amma əgər qovmaq onun yıxılmasına səbəb olmayıbsa, bir şəxs zamin deyil.

sual: birinin on bir yaş,  digərinin isə on iki yaşı olan iki uşaq digər iki uşaqla bir-birlərinə daş atmışlar. bu halda bir daş on iki yaşlı uşağın dişinə dəymişdir. onun diyəsi nə qədərdir və onu kim ödəməlidir?

cavab: Əgər diş yerindən qopmuş ola, diyəsi vardır. onun diyəsi uşağın sahiblərinin öhdəsindədir. qeyd olunan diş əgər qabaq on iki dişlərdən biri olsa, onun diyəsi 50 şərii misqal qızıl puldur. Əgər axırda olan 16 dişdən biri olsa, onun diyəsi 25 şərii misqal qızıldır. Əgər dişi sınmış olsa da həmin qopmuş dişin diyəsini versin.

dİyƏnİn mİqdari vƏ ona aİd olan mƏsƏlƏlƏr

sual: sizin nəzərinizə əsasən diyə borcdur, ya cəza? borclunun ölməyi ilə götürülürmü?

cavab: diyə borcdur. borclunun ölməyi borcu götürmür.

sual: diyəyə məhkum olunan bir şəxsin maddi imkanı yaxşıdır, lakin diyəni ödəməkdən imtina edir. diyəni ödəməyə vadar etmək üçün onu həbs etmək şərii cəhətdən səhihdir, ya yox?

cavab: diyə sair borcların hökmü kimidir. məhkumun borcdan əlavə varı olduğu borcu əda etməyi və imtina etməyi sabit olsa; hakim onu həbs edib borcu ödəməyə məcbur edə bilər.

sual: diyəni gecikdirdiyi üçün xəsarət adıyla cinayətkardan bir şey almaq olarmı?

cavab: Çünki diyə borcdur və sair borclar hökmündədir. borcu gecikdirmək üçün xəsarət almaq şəriətə uyğun deyil.

beytul-maldan dİyƏ ÖdƏmƏyİn yerlƏrİ

sual: beytul-maldan diyə ödəmək yerlərini bəyan etməyinizi xahiş edirik.

cavab: 1) bilərəkdən və ona oxşar qətldə əgər qatil qaçsa və malı olmasa, diyə onun ən yaxın adamlarının öhdəsindədir. yaxın adam olmadıqda beytul-malın öhdəsindədir. habelə qatil müəyyən olmayan qətllərdə.

2)Əgər hədd ya cəzanın icrası zamanı ölümə səbəb olsa, diyə beytul-malın öhdəsindədir.

3) Əgər qətldən sonra şahidlərin fasiq olması zahir olsa, diyə beytul-malın öhdəsindədir.

4) Əlin kəsilməsi və şahidlərin fasiq olmasında diyə beytul-malın öhdəsindədir.

5) Əgər zimmi kafir diyəyə səbəb olan cinayət törətsə və malı olmasa diyə beytul-malın öhdəsindədir ki, cizyə ödəməyə şərtlənmişdir.

6) qatilin sahiblərinə diyə aid olan yerlərdə sahiblər olmadıqda, ya onu ödəməkdə aciz olan yerlərdə diyə beytul-malın öhdəsindədir.

7) Şəriət qazisi şərii qanunlara uyğun hökm etsə və icrasından sonra onun xətası məlum olan yerlərdə diyə beytul-malın öhdəsindədir.

ƏgƏr qƏtl bİr neÇƏ nƏfƏrƏ aİd olsa

sual: neçə nəfər eyni zamanda bir nəfərə güllə atıblar. həmin şəxs bir ya bir neçə gülləyə ölmüşdür. amma atanların hansının gülləsinin ona dəydiyi məlum deyil. amma bu neçə nəfərdən birinin gülləsinin ona dəyməsi şübhəsizdir. hadisənin hökmü necədir?

cavab: verilən suala əsasən şəriat hakimi püşk atmaqla qatili müəyyənləşdirib və diyəni ödəməyə məcbur edir. ehtiyat qisası tərk etməkdir.

sual: bir neçə nəfər birlikdə bir şəxsi qətlə yetirmişlər. qanuni həkim təyin etmişdir ki, müəyyən bir zərbə öldürülənə dəymiş və onu öldürmüşdür. İndi əgər o zərbənin kim tərəfindən vurulması məlum olsa, vuranların hamısından qisas alınır, yoxsa ölümə səbəb olan zərbəni vuran şəxsdən?

cavab: verilən suala əsasən əgər el arasında işi bitirən zərbəni vuran şəxsə aid etsələr, ondan qisas alınır. qalanlarından qisas ala bilməzlər.

sual: bir mübahisədə bir şəxs vurulmadan infarkt keçirmiş və ölmüşdür. qanuni həkim aydınlaşdırmışdır ki, infarktın 15% mübahisə zəminindən yaranmışdır. indi bu şəxsin qətlinə məsul kimdir? onun diyəsini kim verməlidir?

cavab: verilən suala əsasən əgər qətl el arasında mübahisə edən şəxsə aid edilsə, gərək bir kişinin diyəsini tam ödəsin.

avtomobİl qƏzasinda ÖlÜm

sual: müqəssir bir sürücü piyada ilə toqquşmuşdur. xəstəxanaya aparmaq adı ilə xəstəni maşına mindirir. amma qorxu və cəzadan qaçmaq üçün onu çöllükdə, camaatdan uzaq bir yerdə atır. yaralanan şəxs qanaxmadan və köməksizlikdən həmin yerdə vəfat edir. bu qətl bilərəkdən törədilən qətldir, yoxsa ona oxşar?

cavab: qeyd olunan qətl bilərəkdən törədilən qətlə oxşardır.

sual: gecə yarısı maşın və motosiklet arasında baş verən hadisədə motosiklet sürücüsü vəfat edir. ekspert hər ikisini 50% müqəssir bilir. Çünki, motosikletin işığı olmayıb, ehtiyatsız və qanunlara riayət etmədən sürücülük etmişdir. maşın sürücüsü isə qabağa baxmadan və sürətlə sürdüyündən müqəssir olmuşdur. məsələnin qoyuluşuna əsasən onun hökmü necədir? həmin halda əgər iki nəfərdən birinin təqsiri çox olsa, amma hadisənin səbəbini tamami ilə bunlardan birinə mənsub etmək olmasa, çünki səbəblərdən bir hissəsi müqabil tərəfə mənsubdursa, məsələnin hökmü necədir?

cavab: hər iki halda diyənin yarısı maşın sahibinin və yarısı da motosiklet sahibinin öhdəsindədir.

sual: yol qəzasında xırda maşın yük maşını ilə toqquşub yolun ortasında qalmışdır. elə həmin anda arxadan bir avtobus onlara dəymişdir. birinci hadisədə xırda maşın sürücüsü müqəssir bilinib və ikinci hadisədə avtobus sürücüsü müqəssir tanınmışdır. hər halda maşın sərnişinləri vəfat etmişdir. doğrusu, ölümün səbəbləri birinci ya ikinci hadisədən olduğu məlum deyil. hadisənin hökmü necədir?

cavab: zahirən diyələrin yarısı avtobus sürücüsünün və yarısı da xırda maşın sürücüsünün öhdəsindədir.

sual: bir hadisədə avtomobildə olan sərnişinlər vəfat edirlər. müsafirlərin diyəsi sürücünün öhdəsindədirmi? sürücünün də öldüyünü nəzərə alsaq onun vərəsələri sərnişinlərin diyəsini ödəməlidirlərmi?

cavab: verilən suala əsasən əgər sərnişinlərin qətli sürücüyə aid olmasa, bir şəxs zamin deyil. Əgər sürücünün təqsirinə aid olsa (sürücü müqəssir olsa) diyə sürücünün öhdəsindədir ki, onun əsl malından ödənilir. Əgər ona aid olsa, amma müqəssir olmasa, sərnişinlərin diyəsi sürücünün yaxınlarının öhdəsindədir. Əgər məlum deyilsə, məsələni sülh yolu ilə tamamlayın.

hadİsƏ zamani dƏyƏn zƏrbƏ vƏ yaralar

sual: hadisədə bir şəxs başından zərbə alır və baş sümüyü sınır. onun təsirindən bədəninin yarısı, əli və sol ayağı iflic olur. baş sümüyünün sınmasından əlavə əl və ayaqla bağlı diyə verməlidirmi?

cavab: verilən suala əsasən baş sümüyünün sınması diyəsindən əlavə əlin və ayağın diyəsini də gərək versin.

sual: on bir yaşlı oğlan uşağını maşın vurub yaralamışdır ki, yaralar aşağıdakı kimidir:

1)           budun və ayağın çox hissəsinin dərisi və əti əzilmiş, ayrılıb və tökülmüşdür.

2)           diz qapağı tikə-tikə olub ayrılmışdır.

3)           dizin alt hissəsində olan damar və sinir sistemləri paralanmaq həddindədir.

4)           ayağın inkişaf sümüyü aradan getmiş, nəticədə bu ayaq qısalmışdır. digər ayağı isə təbii qaydasındadır. nəhayət bir neçə cərrahiyyə əməliyyatından sonra yaralanmış ayaq əyri, qısa, dizi hərəkətsiz və bir az bükülmüş qalmışdır ki, qanuni həkim nəzəriyyəsinə əsasən 65% naqis üzv yaranmışdır. xahiş edirik, vuran şəxsin yuxarıda qeyd olunan yerlərdə diyə miqdarını bəyan edin.

5)           yaralanmış ayağın dəri və ətini düzəltməkdən ötrü digər ayağın dəri və ətindən götürüb peyvənd ediblər. tikə götürülən və tikə izi qalan ayağın qan bahası vardırmı?

cavab: verilən suala əsasən zahirən hasil olan çətinlik bir zərbəyə baş vermişdir. eyibli qalan ayağın sınması və əzilməsi diyənin üçdə biridir. sair cərrahiyyə və təsirlər daha yaxşı olar ki, sülh yolu ilə həllini tapsın.

aqİlƏ

sual: aqilə dedikdə məqsəd kimlərdir?

cavab: aqilə həddi-buluğ və aqil kişilərdən cinayətkar ya qatil ata qohumlarından  (qardaşlar, qardaş uşaqları, əmilər və əmi uşaqlarından) ibarətdir. Ən güclü nəzərə əsasən ata və ata babası, həmçinin qatilin övladları aqilə hesablanır. amma ümumiyyətlə uşaq və qadın, həmçinin dəli olan şəxs aqilə hesablanmır. Əgər bir şəxsin aqiləsi yoxdursa, yaxud aqiləsinin mal imkanı yoxdursa, diyə onun öz öhdəsindədir.

sual: Əgər aqilə olan bəzi şəxslər diyəni ödəməyə aciz olsalar, vəzifə nədir?

cavab: verilən suala əsasən diyə imkanı olan aqilədir.

sual: dəli və həddi-buluğ olmayan uşağın diyəsi kimin öhdəsindədir?

cavab: aqilə şəxslərin öhdəsindədir.

dİyƏnİn mÜxtƏlİf mƏsƏlƏlƏrİ

sual: ağacın budağı əvvəllər çürümüş və məscidin həyətində külək əsən zaman düşüb bir uşağı öldürmüşdür. onun diyəsi kimin öhdəsindədir?

cavab: verilən suala əsasən diyənin zamini üçün bir yol nəzərə çatmır.

sual: komandir bilməməzlikdən öz adamlarına, ərazidə mina yoxdur, demişdir. adamlar əraziyə daxil olmuşlar, mina partlamış və hərbiçilərdən  bir neçəsi ölmüş və yaralanmışlar. bu komandir ölənlərin və yaralananların diyəsinə zamindirmi?

cavab: Əgər adamlar komandirin sözünə gediblərsə, komandir onları məğrur edibsə və qətl və yaralanma komandirə aid olan surətdə komandir diyəyə zamindir. komandirin ərazidə mina olub-olmamasına inanması, ya tərəddüdə qalması arasında bir fərq yoxdur. Əks halda heç kim zamin deyil.

sual: bir şəxs bir nəfəri öldürdüyünü iqrar edir. ondan sonra başqa bir şəxs də həmin şəxsi öldürdüyünü iqrar edir. daha sonra hər ikisi inkar edirlər. onun hökmü necədir?

cavab: verilən suala əsasən hər iki nəfər birbaşa qətli iqrar ediblər. iqrardan sonra inkar etməkləri eşidiləsi deyil. hər biri öz iqrarında qalır. amma qan sahibləri onların hər birindən istəsələr diyə alıb digərini azad edə bilərlər. amma qisas ehtiyatın xilafınadır.

sual: Əgər bir avtomobil bir heyvanı vursa, bu da heyvanın tələf ya nöqsanlı olmasına səbəb olsa, onun hökmü zaminlik nəzərindən necədir?

cavab: yerlər müxtəlifdir: Əgər sürücü müqəssir olsa, məsələn: sürətin çox olmasından maşını idarə edə bilməyibsə, sürücü zamindir.

Əgər heyvan qəflətən maşının qabağına çıxsa, sürücünün ixtiyarından kənar olsa və sürət də qeyri-adi olmayıbsa, sürücü zamin deyil. maşına dəyən xəsarət camaat arasında heyvan sahibinə aid edilsə, heyvan sahibi zamindir. Əgər sürücü və heyvan sahibi hər ikisi təqsirsiz olsalar, heç kim zamin deyil. amma əgər hadisə xüsusi qanun və qərarları olan bir ərazidə baş vermiş olsa, ona uyğun əməl olunsun.

tİbbİ mƏsƏlƏlƏr

sual: müalicə həkimi xəstəni ayıltmaq üçün, çarəsizlikdən onun üzünə şillə vurur, yaxud massaj edir. bu əməl bəzən xəstənin sinə ya yan sümüyünün sınmasına yaxud üzünün qaralmasına səbəb olur, bəzən də başqa səbəblər meydana çıxır. nə çox xəstənin ölümünə də səbəb olur. bu əməllər hansı həddə və hansı şəraitə qədər caizdir? caiz olan yerlərdə zamin və diyəyə də səbəb olurmu?

cavab: Ümumiyyətlə mütəxəssis həkimin nəzərinə əsasən bu əməllər müalicə məqamında lazım olsa və xəstə ya şərii vəlisi tərəfindən müalicədə icazə verilmiş olsa, həmçinin arada ifrat, təfrit və təqsir olmasa əlavə olaraq müalicəyə başlamamışdan əvvəl bəraət almış olsa, bu şərait və müqəddimatla bu əməllər zərurət həddində caizdir. zaminlik və diyəyə səbəb olmur. amma əgər həkim mütəxəssis və mahir olmasa yaxud icazəsiz və bəraət almadan bu işə başlasa, əsl əməl caiz deyil, zaminlik və diyəyə səbəb olur.

sual: Ölümə ya iflic olmağa səbəb olan bəzi xəstəliklərin keçməsinin qarşısını almaq üçün bədənin bir üzvünü kəsmək caizdirmi? caiz olan surətdə diyəsi də varmı?

cavab: Ümumiyyətlə müalicənin dərmanla sağalmasına ehtimal verilmirsə və sağalmağa gecikdirməklə də olsa, ümüd yoxdursa, ən mühüm məsələlərə riayət etməklə xəstənin ya onun şərii vəlisinin icazəsi ilə üzvü kəsməyin maneəsi yoxdur. bu halda diyəsi də yoxdur.

sual: Ölümdən sonra diyənin varislərin hakkı olduğuna diqqət yetirməklə əgər üzvü verən adam ölsə, həkimin diyə ödəmək müqabilində heç bir məsuliyyəti yoxdur deyib öhdəçilik götürmüşdür. bu öhdəçilik kifayət edirmi?

cavab: bəli, kifayət edir. vərəsələrin bir hakkı yoxdur.

sual: İndi xəstə bir vəziyyətdədir ki, həkimin öhdəçilik və zamin olmamaq şərtini almağa fürsət tapmayıb dərhal xəstənin cərrahiyyə əməliyyatına başlasa, əgər bu əməl xəstənin ölümünə səbəb olsa, həkim məsuldurmu?

cavab: verilən suala əsasən möhtərəm nəfsi qorumaq aydındır. lazımdır, həkim dərmanı başlasın və şərii cəhətdən xəstəni buraxmağı caiz deyil. Əgər səhv etməsə zahir odur ki, diyəyə məsul olmayacaq. hərçənd imkan olan surətdə şəriət hakimi ya onun nümayəndəsindən icazə alsın.

sual: bir qadını cərrahlıq ediblər və əməliyyat zamanı tibbi cihazlardan həkimin ya onun ətrafdakılarının səhvindən xəstə qadına ziyan dəymişdir. bir müddətdən sonra xəstə ruhi, cismi və maddi zərərlərə dözüb səbr etmişdir. başa düşüblər ki, onun başlanğıcı tibbi cihazlar  həkimin ya onun ətrafdakılarının səhvi olmuşdur. belə yerdə həkim dəyən xəsarətlərə zamindirmi?

cavab: Əgər dəyən zərərlər həkimə və onun ətrafdakılarına aid edilsə, zamindirlər. hətta əgər bəraət almış olsa, amma cərrahiyyə aparatlarını tənzimləməmək səbəbinə ziyan və xəsarət dəymiş olsa, zamin olurlar. gərək xəstəni özlərindən razı salsınlar. necə ki, camiul-məsail kitabının buna aid bölməsində bu məsələyə işarə olunmuşdur.

sual: diş həkimliyi stomotologiyası dərmanlarının hamısı tələbələr vasitəsi ilə əməli surətdə yerinə yetirilir. bəzən dişin aradan getməsi ya digər səbəblər və xəsarətlərə bais olur. bu surətdə kim zamindir?

cavab: bilavasitə iş görən şəxs yəni: bu surətdə dişə zərər yetirən şəxs zamindir.

sual: həkim səhvən xarab dişin əvəzinə sağlam dişi çəkmişdir. diyə verməlidirmi?

cavab: bəli, onun diyəsini vermək lazımdır.

sual: bir nəfər diş həkiminə bir miqdar pul verib, amma düzəldilən dişlər ağzına uyğun deyildir. Öz pulunu geri ala bilərmi?

cavab: bəli, əgər süni dişlər onun ağzı ölçüsündə olmasa, öz pulunu geri ala bilər.

sual: Əgər dərman satan səhvən xəstənin xəstəliyini şiddətləndirən ya onun ölümünə səbəb bir dərman versə, zamindirmi?

cavab: bəli, zamindir və gərək xəstəni razı salsın, ya onun diyəsini ödəsin.

sual: gözəllik üçün plastik cərrahiyyədə dəri ya üzvün yapışdırılmasının hökmü nədir?

cavab: Öz-özlüyündə maneəsi yoxdur. amma əgər məsələn, naməhrəm həkimin cərrahlıq etməsi kimi haram işə səbəb olsa, caiz deyil.

sual: bəzi insanların sifət və bədənində zərəri olmayan, sadəcə gözəllik itirən vəzilər mövcuddur. onları cərrahlıq yolu ilə bədəndən ayırmaq caizdirmi?

cavab: maneəsi yoxdur.

sual: diri şəxsin əzasını digər bir şəxsə köçürdəndə əzasını verən şəxs üçün cüzi ya qeyri-cüzi zərərlər yaranır. digər şəxsin canına nicat vermək üçün bu iş caizdir?

cavab: zərurət və canı qorumaq vaxtlarında cüzi zərərlər maneə olmur.

sual: meyyitin ya öldürülənin səbəbi və nəsəbi yaxınları meyyitin əzasını digərinə vermək yaxud yarmaqda istifadə etməyə icazə verə bilərlərmi?

cavab: xeyr, onların belə hakkı yoxdur. amma əgər vəsiyyət etmiş olsa, zərurət vaxtı bu işi yerinə yetirmək olar.

sual: bir həkim təhqiqat işlərini yerinə yetirmək üçün qadınları müayinə etməlidir. bu iş caizdirmi?

cavab: verilən sualda xəstələrin müayinəsi hətta gələcəkdə də olsa, indiki müayinələrə aid olsa nöqsanı yoxdur. amma zərurət miqdarına kifayətlənmək lazımdır.

sual: həkim qadının razılığı və kişinin narazılığı ilə qadının uşaqlıq yollarını bağlamağa və onu sonsuz etməyə icazəsi vardır?

cavab: daimi olaraq nəslin kəsilməsinə səbəb olan qaydayla uşaqlıq yollarını bağlamaq caiz deyil. qadının razılığı onu yerinə yetirməyə icazə yaratmır. necə ki, kişinin müxalif olması caiz olma surətinə maneə deyil.

sual: naməhrəmin daxili bədən əzalarına (ciyər, bağırsaq və s.kimi ) baxmaq ya toxunmaq zahirdə baxmaq və toxunmaq hökmündədirmi?

cavab: zahir odur ki, toxunmaq və baxmağın caiz olmamasında zahiri və daxili əzalar arasında bir fərq yoxdur.

sual: bir şəxs iki gündür ki, can vermək halında əziyyət çəkir və rahat olmur. bəlkə elə can verən halda və çətinlik halında bir-iki gün diri qala bilər. onun rahat can verib ölməsi üçün iynə yaxud öldürücü şeylərdən istifadə etmək caizdirmi?

cavab: İnsanın ölümünü tezləşdirmək heç bir halda və heç bir vəsiləylə caiz deyil. Əgər bir şəxs bu əməli yerinə yetirsə, xəstəni öldürdüyü deyilsə, qatil hesablanır.

sÜnİ mayalanma

sual: bir xanımın uşaqlığı zəiflikdən rüşeymi saxlamır. həkim demişdir: Əgər digər xanımın rüşeymin bu qadının uşaqlığına köçürtsələr, uşaqlıq güclənər və rüşeym düşməz. bu əməl caizdirmi? bu işi yerinə yetirilən surətdə uşaq kimə aiddir?

cavab: Ümumiyyətlə insanın həyat yoldaşından başqa bir qadının rüşeymindən istifadə etmək, istər birbaşa uşaqlıqdan kənarda kişinin nütfəsi ilə rüşeymləndirilsin və nütfə sahibinin arvadının uşaqlığına köçürülsün. Öz-özlüyündə bunun şərii işkalı yoxdur. uşaq onu dünyaya gətirən xanımındır və o xanımın əri uşağın atasıdır. Əgər bu iş haram əməllə yerinə yetirilsə, bu cəhətdən caiz deyil.

sual: elmi nəzəriyyəyə əsasən bir kişi dünyasını dəyişsə, bir müddət onun nütfəsini bir qadının uşaqlığına köçürdüb onu hamilə etmək olar:

1)               Ərin nütfəsini ölümündən sonra arvadının uşaqlığına köçürtməyin hökmü necədir?

2)               varisin pak olmaq və sair nəzərdən ataya aid olan hökmləri bəyan edin.

cavab: 1) vəfat edənin nütfəsini onun həyat yoldaşına qadınlar vasitəsi ilə köçürtməyin bir iradı yoxdur. (qadının övrətinə baxmasınlar)

2)      verilən sualda uşaq nütfə sahibinindir (dünyasını dəyişənin) və bütün məsələlər ona aid edilir. Əlbətdə irs yerlərində digər vərəsələrlə razılaşsınlar.

sual: bir xanımın toxumlarını uşağı olmayan bir xanıma köçürtmək caizdirmi? Əgər belə etsələr, uşaq onlardan hansı birinə aiddir?

cavab: Əgər toxumları çıxartmaq daimi sonsuzluğa səbəb olarsa, caiz deyil. xüsusi ilə bir harama səbəb olmuş olsa. amma əgər təkcə bir toxumluq götürsələr, verən üçün zərər olmasa və bir haram işə gətirib çıxartmasa maneəsi yoxdur. hər halda köçürtmək  ikinci xanımın bədəninin bir hissəsi olan surətdə uşaq ikinci xanıma aiddir.

sual: son zamanlar kişi və qadının nütfəsini götürüb uşaqlıqdan kənarda mayalandırıb qadının uşaqlığına qoyurlar. bu iş kişi və qadın,  bir-birinin həyat yoldaşı olduqları surətdə caizdirmi?

cavab: yuxarıda qeyd olunan halda maneəsi yoxdur.

sual: Əgər bu iş başqasının övrətinə baxmaq ya toxunmaqla olsa, vəzifə necədir?

cavab: baxmaq və toxunmaq caiz deyil.

sual: Əgər hamilə olmağa bu yoldan başqa yol olmasa, vəzifə necədir?

cavab: Əgər hamilə olmamaq ər-arvaddıqda zərərə və münaqişəyə səbəb olarsa, maneəsi yoxdur.

sual: Ər və arvadın birlikdə yaşaması arvadın hamilə olmasına aid olsa və bir tərəfdən kişi yüz faiz sonsuz olsa, başqa kişinin spermasından istifadə edə bilərlərmi?

cavab: heç vaxt caiz deyil.

sual: xahiş edirik, aşağıda qeyd olunan halların hər birinin hökmünü bəyan edin:

1)              nütfə ərdən, toxumluq arvaddan alınıb və arvadın uşaqlığında rüşeym bəslənib.

2)              nütfə ərdən, toxumluq birinci arvaddan alınıb və ikinci arvadın uşaqlığına köçürülüb rüşeym bəslənmişdir.

3)              nütfə ərdən və toxumluq arvaddan alınır. onu digər qadının (istər məhrəm ya naməhrəm ola ) uşaqlığında bəsləyirlər.

4)              nütfə ərdən və toxumluq qeyri arvaddan alınır və köçürülür. nütfə sahibinin arvadının uşaqlığında bəslənir.

5)              nütfə başqa kişidən, toxumluq öz arvadından alınır. köçürülüb arvadının uşaqlığında bəslənir.

cavab: 1) Əgər haram işə aid olmasa, maneəsi yoxdur.

2)      zahirən bir maneəsi yoxdur.

3)      heç bir vəchlə caiz deyil.

4)      bir maneəsi yoxdur.

5)      caiz deyil.

bƏdƏn ÜzvlƏrİnİ satmaq vƏ hƏdİyyƏ etmƏk

sual: İnsanın öz bədəninin bir üzvünü digərinə verməyə hakkı vardırmı? Əgər hakkı varsa, hansı əzalar nəzərdə tutulur?

cavab: Əgər bir müsəlmanın həyatı bir böyrək kimi üzvün hədiyyəsinə aid olsa, onu qeyri-müsəlmandan almaq mümkün olmasa, hədiyyə edən üçün dözülməz zərər ya can xətası olmasa, hədiyyə etməyin maneəsi yoxdur.