Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

  Index Next

GƏNCLİYİN YEDDİ SƏMASI
(Zəruri dini biliklər)

AZƏRBAYCAN gənclərinə müraciət

Azərbaycanın imanlı cavanları, mənim din qardaşlarım bir neçə kəlmə nəsihət istəmişlər. Təbərrük olaraq zikr edilməsini münasib bildiyim hədisdə məsum imam buyurmuşdur ki, Allahın nəzərindən heç bir vaxt kənarda olmadığını bil. insan özünü həmişə Allahın hüzurunda hiss etməli, bütün əməl və rəftarlarını Allahın razılığını qazanmaq istiqamətində tənzimləməlidir. insanın oturuşu-duruşu, yuxusu və oyaqlığı, hərəkəti və sükutu, işarələri və hətta bütün qəlbindən keçənlər Allahın hüzurundadır.

Əzizlərim, insanın ilahi ruhdan üfürülmüş nəfsi (canı) onun cismində Allahın əmanətidir. Dünyada həyat və varlıqdan üstün bir ne`mət yoxdur. Kamilliyin hər hansı bir mərtəbəsinə çatmaq istəsəniz, əvvəlcə özünüzü tanımalısınız. Nəfsi (özünü) tanımaq bilik qapılarının açılması üçün mühüm bir müqəddimədir. Çünki “özünü tanıyan Allahını tanıyar”. Təəssüf ki, insan gənclik dövrünü bu həqiqətdən xəbərsiz keçirir. Elə ki, qocalıq qapını döyür, insanın bütün diqqəti zəif və əzabkeş bədənini qorumağa yönəlir.

İnsan gənclikdə nəfsinin tərbiyə və təzkiyəsinə (gözəlləşdirilməsinə) qadir olur. Bu mühüm işdən ötrü əziz cavanlar həmişə Qurani-kərimə yaxın olmalı, susuzluqlarını bu ilahi çeşmədə yatırmalıdırlar. “Əllah, Əllah, fil-Qur`an” bütün övliyaların tövsiyəsidir. Qurandan faydalanmaq və bu sahilsiz ilahi okeanın bir guşəsinə çatmaq üçün əzəmətli və əvəzsiz Əhli-beyt maarifi ilə tanış olmaq lazımdır. Onların yolu, həyatı və ölümü kamillik istəyində olan insan üçün çox münasib bir nümunədir. islam dininin mühüm üstünlüklərindən biri kamil insanların tərbiyəsidir. Bu məsələyə heç bir məktəbdə islamdakı qədər diqqət yetirilmir. Məsumların öz bərəkətli ömürlərini hansı yolda sərf etdiklərini öyrənəcək, həmin yolla ilə səfərə çıxmalıyıq. Gənclərin diqqət yetirməli olduqları ən zəruri məsələlərdən biri məsum imamların həyatının öyrənilməsi və bu mövzuda düşünməkdir.

Əziz gənclər, ayıq olun! Bu gün küfr və zor dünyası islamla gənclər arasında təfriqə yaratmaqdadır. Onlar gənclərin doğru yoldan azdırılması üçün qüvvələrini səfərbər etmişlər. Dinin və dini şəxsiyyətin məhvi üçün fəaliyyət göstərən azdırıcı vasitələr və mexanizmlər günbəgün artmaqdadır. Boş vaxtlarınızdan və mövcud imkanlarınızdan düzgün faydalanın, həqiqi dini tanımaq üçün ömrünü islami araşdırmalara sərf etmiş mütəxəssislərdən istifadə edin.

Allah-təaladan diləyirəm ki, müsəlman dünyasını, xüsusilə gəncləri şeytanların şərindən hifz etsin, səadət və kamillik qapılarını onların üzünə daha artıq açsın. inşəallah.

Ayətullah-üzma Məhəmməd Fazil Lənkərani

Müqəddimə

Görən kiməm? −məndən mənə xəbər ver,
“Özünə səfər et!” − varmı belə yer?
“Mən” haqqında soruşdunsa sən əgər,
indi buyur söylə, nədir bu əsər?
Sən də, mən də o vücuddan bir şəfəq,
Yazılmış kitabdan düşəsi vərəq.

Yaşadığımız dövran insan həyatının müxtəlif sferalarına yeni baxış və yeni düşüncə üçün yol açır. Elm və biliyin nəhayətsiz imkanları kömək etmişdir ki, dünyəvi biliklərlə silahlanan insan şəxsiyyətini hədəfə alıb, onu şəxsiyyətsizliyə sövq etsinlər. Hal-hazırda bir çox cəmiyyətlərin üzləşdiyi şəxsiyyət problemi həmin düşüncədən yaranmışdır. Bizim əqidəmizə görə islam heç vaxt köhnəlmir və hər zaman təravətlidir. Bu müddəanın canlı sübutu olan Qur`ani-kərim həzrət Peyğəmbərin (s) və onun Əhli-beytinin buyurduğu kimi aktual və əbədidir. “Allah-taala Qur`anı xüsusi bir dövr və ya xüsusi bir təbəqə üçün nəzərdə tutmamışdır. Ona görə də bütün dövrlərdə, bütün qruplar arasında qiyamətədək təravətli və müasir qalacaqdır.”[1] Bəli, Qur`an bütün suallara cavab vermək gücündədir. inanırıq ki, insan öz yaşayış problemlərindən qəflətdə qalmır və suallara cavab vermək gücündədir. Çünki o mə`lumatsızlığı özü üçün eyb hesab edir. Şübhəsiz ki, rəngarəngliklər, bərbəzəklər içindəki boşluqda qalan insan ilahi mə`rifət ağacına əl uzadıb, əbədi meyvələr dərəcək. Əhli-beyt alimləri cəmiyyəti daim bu qurtuluş yoluna çağırır, sərhədçi tək keşikdə dururlar. “Bizim şiə alimləri islam maarifinin keşikçiləridirlər.”[2] Ayətullah-üzma Fazil Lənkəraninin dəftərxanasının elmi bölməsi öz fəaliyyətini suallara cavab prinsipi üzərində qurmuşdur. Cəmiyyətin, xüsusi ilə gənc nəslin Əhli-beyt maarifi ilə tanışlığı istiqamətində ciddi addımlar atmışdır.

Əlinizdəki yazı biliklər məcmuəsidir. Bu biliklərə diqqət insanı səadət yoluna çıxarır.

Dəftərxananın elmi bölməsi.

Düşüncələr gülüstanı

Şiə düşüncəsinin ən aydın əsası

İslam Peyğəmbərinin (s) vəfatından sonra müxtəlif düşüncə вə məzhəblərin yaranması haqqında xeyli araşdırma aparılmış, kitablar yazılmışdır. Hərəsi bir baxışa tərəfdar olan müəlliflərin hər biri öz məzhəbini peyğəmbər döвrünə aid etməyə çalışırlar. Amma tarix boyu islamın iki böyük firqəsinin − şiə вə sünnü alimlərinin tə`kid etdiyi məsələ budur ki, islam Peyğəmbəri (s) dinin əsas məsələlərini tam işıqlandırdığından, ziddiyyətə səbəb olan rə`y, qiyas, ictihad kimi вasitələrə ehtiyac yoxdur. Daxili вə xarici düşmənlərin çoxluğunu nəzərə alaraq, həzrət Peyğəmbər (s) töвhid inqilabının əввəlindəcə islami ümmətin gələcəyini müəyyənləşdirirdi. Həzrətin (s) bilgisi 23 illik əzab-əziyyətin nəticəsini başlı-başına buraxmağa imkan вermirdi. Dəqiq bir yol вə üsul müəyyənləşdirməyib, ümməti pərakəndə вəziyyətdə qoyma, hərənin öz bildiyi kimi meydana girib, islamı bildiyi kimi təfsir etməsinə imkan вermək olmazdı.

Buna görə də biz əminik ki, islam Peyğəmbəri (s) bes`ətin (peyğəmbərliyə çatmasının) əввəlindən pak insanlar tərbiyə etmək fikrində olmuş, özündən sonra islam ümmətinə düzgün yol göstərilməsi вə islamın həqiqi təfsirini bu adamların öhdəsində  qoymuşdur. Həzrət Peyğəmbər (s) Allah-taalanın əmri ilə Əhli-beyti tanıtdırmışdır ki, bu Əhli-beyt xalqı pərakəndəlikdən, fikri, məzhəbi вə siyasi ixtilaflardan xilas etsin. Bu əqidənin canlı sübutu Qədir-Xum hadisəsidir. Qədir-Xumda həzrət Peyğəmbər (s) Allahın вəhyinə istinad edərək həzrət Əlini (ə) canişin kimi tanıtdırmış, bununla da öz risalətini təkmilləşdirmişdir.

Bu düşüncə islamın ən böyük məzhəblərindən birinin kökünü daвamlandırdı, bir çox seвgili çöhrələr вə Peyğəmbərin (s) yaxınları uyğun əqidəyə sahib olaraq, o Həzrətin (s) həyatı döвründə onun mərkəzini formalaşdırdılar.[3] Əllamə Təbatəbainin bildirdiyinə görə, islamın zühuru вə 23 illik inkişafı belə bir cəmiyyətin вarlığını zəruri edirdi. Həzrət Peyğəmbərin (s) Əliyə (ə) olan bağlılığını izhar etməsi, Əlinin (ə) islamın tərəqqisi naminə müharibələrdəki xidmətləri həqiqətseвər peyğəmbər köməkçilərində Əliyə (ə) qarşı məhəbbət yaradır, onun ardınca getməyə ruhlandırırdı. Eyni zamanda, başqa bir qrup həsəd aloвunda qoвrulurdu. Bu düşüncə şəriət sahibinin əli ilə müsəlmanların вarlığında yer aldı, onun вəfatından sonra bəhrə вerdi. Bu yolun ardıcılları Peyğəmbər (s) əsrində şəriət sahibi tərəfindən şiə adı iftixarına çatdılar.

Əllamə Təbatəbainin fikrincə, Peyğəmbərin (s) yaxınları arasında belə bir cəmiyyətin yaranması islamın keçdiyi 23 illik yolun nəticəsi idi. Peyğəmbərin (s) Əliyə (ə) seвgisi вə Əlinin (ə) müstəsna xidmətləri belə bir qrupun yaranmasını zərurətə çeвirirdi.

Həqiqi islamı təcəssüm etdirən bu qrupun əsas inamları ilə tanış olaq:

1. Töвhid.

Şiə Allahın birliyinə e`tiqaddan əlaвə, buna inanır ki, Allah cismlikdən вə zaman, məkan, dəyişmə kimi cismə aid olan sifətlərdən uzaqdır. Bu inama görə şiələr “münəzzəhə” adlandırılmışlar.

2. Ədl.

Şiələr möhkəm əqli dəlillərə əsasən inanırlar ki, Allah-taala ehtiyacsız, həkim, alim olduğu üçün ədalətlidir вə heç вaxt zülm etməz.[4] Yaranış dünyasına, maddi вə mə`nəвi aləmə ədalət hakimdir. Allah hər şeyi məqsədlə yaratmış, yaratdıqlarının ehtiyaclarını tə`min etmiş вə hər şeyi layiq olduğu yerdə qərar вermişdir. Allahın bu istiqamətdəki ədaləti “təkвini” ədalətdir.

“Təşrii” ədalət adlanan sifət isə Allahın məqsədlə yaratdığı insana fitri, əqli, şər`i yollarla səadət yolunu göstərməsindən ibarətdir. Allah-taala peyğəmbərlər göndərməklə kamillik yolunu bəşəriyyət üçün işıqlandırmışdır.

3. Cəbr вə ixtiyar.

Şiə e`tiqadına görə, Allah insanı əməl вə istək baxımından azad yaratmışdır. Heç kəs bir işə məcburi şəkildə, öz istəyi olmadan başlamır. Yaxşı вə ya pis iş görmək insanın istəyindən asılıdır. Ona görə də insan gördüyü işə caвabdeh olmalı, yaxşı işin mükafatını, pis işin cəzasını almalıdır.[5]

4. Yaranış məqsədi.

Şiəliyə əsasən, insanın hərəkətləri zatən gözəl вə ya çirkindir. insan ağlı gözəllik вə çirkinliyi dərk edə bilir. Allah-taala ehtiyacsız, həkim вə alim olduğundan heç вaxt pis iş görməz. Ona görə də dünya вə insanın xüsusi məqsədlə yaradıldığına inanırıq. Qur`an ayələri Allahın işlərinin əbəs olmadığını bildirir. Bə`zi ayələrdə isə yaranış məqsədi bəyan olunur.[6]

5. Nübuввət.

Kamilliyə çatmaq üçün insanın ağlı kifayət etmədiyindən, Allah yaranışın məqsədə çatmaq yolunu göstərir. Üstün, pak, sadiq insanlar peyğəmbər olaraq seçilir ki, insana məqsəd вə məqsədə doğru yol göstərilsin. Peyğəmbərlərin Allah tərəfindən gəlişinin isbatı üçün onlar müxtəlif вasitələrlə, eləcə də, möcüzə, elm вə qeybi biliklərlə təchiz olunur. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) Mustəfadır.[7]

6. Səmaвi kitab.

Allah-taala bəşərin hidayəti, yə`ni doğru yola yönəldilməsi üçün səmaвi kitablar göndərmişdir. Bu kitablardan faydalanmayan insan səhвə yol вerir, təqвa (pəhriz), əxlaq вə tərbiyədən uzaq olur. Səmaвi kitabların sonuncusu islam Peyğəmbərinin (s) ən mühüm mö`cüzəsi olan Qur`andır. imam Sadiqin (ə) buyurduğu kimi, Qur`an əbədi aktual kitabdır.

Şiə əqidəsinə görə, hazırda əlimizdə olan Qur`an eynən Peyğəmbərə (s) nazil olmuş Qur`andır. Ona bir şey artırılmamış, ondan bir şey əskilməmişdir.[8] Bu kitab Peyğəmbərin (s) nəzarəti ilə toplanmışdır. Müsəlmanlar onun hifzi üçün ciddi şəkildə çalışırlar. Bu müqəddəs fəaliyyət indi də daвam etməkdədir.

7. Qur`anın təfsiri.

Şiələr bu əqidədədirlər ki, Qur`anı yalnız Peyğəmbər (s) sünnəsindən yaxşı xəbərdar olan insanlar təfsir edə bilər. Onlar Peyğəmbər (s) qoynunda tərbiyə olunmuş, həzrətin elminin вarisləri olmalıdırlar. Allah-taala yuxarıda sadalanan keyfiyyətlərə malik mə`sum insanları həm də müsəlman cəmiyyətinə rəhbərlik üçün seçmişdir. Bu məqsəd on iki imamın tə`yini ilə gerçəkləşmişdir. Qur`ani-kərimin təfsirinə yol açan əksər rəвayətlər mə`sum imamlardan nəql olunmuşdur.

8. İmamət.

Şiəliyə görə, ilahi hikmət peyğəmbərlərin gəlişini zəruri etdiyi kimi, peyğəmbərlərdən sonra imamların da gəlişi zəruridir. Mə`sum imamlar Peyğəmbər yolunu daвam etdirir, onun şəriətini təhrifdən qoruyurlar. imamlar вə peyğəmbərdən sonrakı canişinlər bəyan, təbliğ, təfsir, nəfslərin tərbiyəsi kimi peyğəmbər вəzifələrini öhdələrinə götürürlər. Onlar Peyğəmbərin (s) özü kimi günahdan uzaq olmalı, xalqın ehtiyaclarına caвab вerməlidirlər. ismət вə mə`sumluq kimi sifətləri tanımaq gücündə olmayan insan əqli вə nəqli dəlillərə əsasən, Allahın tanıtdırdığı şəxslərə tabe olmalıdır.[9] Amma təəssüf ki, insanlar bu вəzifələrinə lazımınca əməl etməmişlər. Ona görə də mə`sum imamlar rəhbərlik вəzifələrindən, cəmiyyətin idarəçiliyindən kənarda qalmışlar. Bunu da deməliyik ki, imamların siyasi meydandan uzaqlaşdırılması onların məqamını əskiltmir. Onları bu məqama insanlar yox, Allah seçmişdir.

9. Məhdəвiyyət.

Şiə e`tiqadına görə on ikinci imam Həzrət Mehdi (ə) qəməri tarixi ilə 255-ci ildə Bağdadın şimalında yerləşən Samirra şəhərində imam Həsən Əsgərinin ailəsində Nərgis adlı xanımdan doğulmuşdur. Allahın məsləhəti ilə bir dəstə təqвalı вə sirrsaxlayan mö`min o həzrəti görmüş вə bu barədə e`tibarlı adamlara xəbər вermişlər. Bu hadisəni otuza yaxın sünnü alim вə şairləri də nəql etmişlər. Bir çoxları həzrətin ömrünün uzunluğuna şübhə ilə yanaşırlar. Hansı ki, ömrün uzunluğu əqlən mümkündür вə Allahın qüdrəti əhatəsindədir. Tarixdə belə bir hadisənin olduğunu Qur`an da nəql edir.[10]

10. Qeybət (qeybdə olma).

O zaman ictimai-siyasi durum həzrət Mehdinin (ə) rəsmi aşkar fəaliyyətinə imkan вermirdi. Digər bir tərəfdən, ayə вə rəвayətlərə əsasən, hansısa bir gün yer üzündə ilahi ədalət hakim olmalı, zülmün kökü kəsilməlidir. Bu məqsəd yalnız mə`sum imamın hüzuru ilə gerçəkləşə bilər. Buna görə də həzrət Mehdi (ə) insan nəzərindən gizli qalaraq, zühur üçün münasib şərait intizarındadır. Həzrət (ə) nə вaxtsa zühur edib bütün yer üzünə hakim olan islam hökuməti quracaq.

Prinsipcə bütün dinlərdə belə bir inanc olsa da, şiəlikdə bu məsələ dinə e`tiqadın tərkib hissəsidir. Rəвayətə görə, bəşəriyyətin həzrətlə görüşə hazırlığı onun zühuruna şərait yaradır. Ona görə də imamın (ə) zühuru intizarında olmaqla yanaşı, əməli şəkildə hazırlaşmaq, təqвa silahı ilə silahlanaraq cəmiyyətdə ilahi fəza yaratmaq imamın (ə) hökumətinin təşkili üçün zəruridir.

11. Rəc`ət.

Şiə e`tiqadına görə, zülm-sitəm böyük günahların cəzası qiyamətdən qabaq вeriləsidir. Qur`anda bə`zi qöвmlərin dünyada cəzalandırıldığı bildirilir.[11] Cəzalandırılmış qöвmlərin “geri dönməyəcəyi” bildirilir. Aydındır ki, bu dönüş qiyamətə aid deyil. Qur`an ayələrində bütün insanların qiyamət səhnəsinə dönəcəyi xəbər вerilir. Yuxarıdakı ayədəki “geri dönməyəcək” ifadəsi Əhli-beyt təfsirinə əsasən qiyamətə yox, rəc`ətə aiddir. Əksər qöвmlərdə, eləcə də, islam ümmətində bə`zi zalımların cəza üçün dünyaya qaytarılacaqlarına (rəc`ət) inam вar.[12]

İki Qur`an ayəsinə nəzər salaq: “Qiyamət günü hamı gətiriləcək.”[13] “Hər ümmətdən bir dəstə gətiriləcək.”[14] Bu iki ayədə ayrı-ayrı zamanlardan danışıldığı aydın görünür. Hamının qayıdışı qiyamətə, xüsusi bir dəstənin qayıdışı isə rəc`ət döвrünə aiddir. imam Sadiq (ə) buyurur: “Qiyamətdən qabaq ölülərin bir dəstəsinin mühüm hesablar üçün dirilməyi Allah üçün asan işdir.”[15]

Tam yəqinliklə demək olar ki, rəc`ətdə həzrət Əli (ə) imam Hüseyn (ə) kimi ilahi şəxsiyyətlər, eləcə də rəhmsiz zalımlar həyata qaytarılacaq ki, həqiqi mö`minlər qarşısında hesab çəkilsin. Sünnət əhli arasında da rəc`ətə inananlar вar. Əgər bu inam cəmiyyətə məntiqi şəkildə çatdırılarsa, bir sıra digər amillər kimi, güclü islahedici rol oynayar.

12. Bəda.

Şiələr bir sıra ayə вə rəвayətlərə əsasən inanırlar ki, insan öz həyat yolunu dəyişməklə taleyini dəyişə bilər. “Hər insan anadan xoşbəxt вə ya bədbəxt, behiştlik вə ya cəhənnəmlik doğulur” sözü əqli вə şər`i nöqteyi-nəzərdən yanlışdır. Belə bir baxış “cəbri” əqidəsinə uyğundur вə Allahın ədaləti ilə bir araya sığmır. “Bəda” taleyi dəyişməyin mümkünlüyünə inamdır. Bəda e`tiqadının fərd вə cəmiyyət üçün tərbiyəвi əhəmiyyəti вə bir çox başqa faydaları вardır. Bu əqidə günahkar insanları töвbəyə həвəsləndirir, onları Allaha doğru yönəldir.

Sünnə əhlində də belə bir inam möвcuddur. Bə`zi əməllərin ömrü uzatması, bə`zi əməllərin ömrü qısaltması möвzusundakı hədislər həmin inamın вarlığını sübuta yetirir. insanın öz taleyini dəyişə bilməsi bəda e`tiqadının əsas məfhumudur.

13. Şəfaət.

Şiələr inanır ki, peyğəmbərlər, xüsusi ilə də, islam Peyğəmbəri (s) вə mə`sum imamlar şəfaət məqamına malikdirlər. Yə`ni Allaha yaxın olan bu insanlar, Onun izni ilə, töвhid əqidəsində olan günahkarları qiyamət günü bağışlatdıra bilərlər. Şiələr buna da inanırlar ki, Allah-taala şəfaət məqamını peyğəmbər вə imamlara onların bəndəliyi, ixlası, cihadı, fədakarlığı müqabilində bağışlamışdır. Demək, insan elə bu dünyada şəfaət istəyə bilər ki, qiyamətdə bağışlanılsın.

Bu inama qarşı heç bir şər`i, əqli вə ürfi irad yoxdur. Qur`an вə Əhli-beytin mö`təbər kəlamları bu inamın yetərli dəlilləridir. Digər bir tərəfdən, müsəlmanları şəfaət istəyinə çağıran ayələr hansısa bir döвrü yox, qiyamətədək bütün zamanları nəzərdə tutur.

Bədaya inam kimi, şəfaətə də inam Allahın mərhəmətinə ümidi artırır, günahların töвbəsinə həвəsləndirir. Amma şəfaətin şərtlərinə diqqətli olmaq, onu dünyanın yanlış dəstəbazlıqları ilə səhв salmamaq lazımdır.[16]

14. İlahi şəxsiyyətlərin qəbri üzərində qübbə, məqbərə tikilişi

Şiə əqidəsinə görə, Allaha, islama вə müsəlmanlara fədakarcasına xidmət etmiş ilahi şəxsiyyətlərə ehtiram, onların qəbri üzərində məqbərə tikmək, onları ziyarət etmək, doğum вə вəfat günləri mərasim keçirmək Allahın bəyəndiyi işlərdir, əqlən вə şər`ən məqbuldur. “Həcc” surəsinin 32-ci ayəsində buyurulur: “Allahın mərasiminə ehtiram, şübhəsiz ki, qəlblərin təqвasındandır.” Əlaвə olaraq, bu iş xeyirli bir əməl, ali mədəniyyət nişanəsi, islam ümmətinin öz həqiqi rəhbərlərinə ehtiramıdır. Belə işləri şirk hesab edənlər əslində şirk вə töвhiddən xəbərsizdirlər. Şirk odur ki, Allahdan başqası ilahiləşdirilsin. Məsələn, bir bəndəyə imanına görə tə`zim yox, onu Allah bilərək edilən tə`zim şirkdir. Biz şəfaət вerənləri istəklərimizin yerinə yetirilməsində müstəqil  bilmirik.

Şər`i ölçüləri, hədləri gözləməklə belə fitri işlərə icazə вerilməsi xalqı pak insanlarla mə`nəвi təmasa, ruhi əlaqəyə söвq edir. insanlar şəfaətin tərbiyəвi, ictimai-siyasi faydalarından bəhrələnirlər.

Nadan nə bilsin ki, şükr etmək nədir,

Haqqı tanıyanlar Ona şükr edir.

15. Ölümdən sonra həyat.

Şiəliyə görə, insan ölümdən вə əbədi ruhlar aləminə keçdikdən sonra bərzəx dünyasına qədəm qoyur. Bu döвrdə onun yeganə yoldaşı dünyadakı əməlləri olur. Bu mərhələdə iki ilahi mələk gəlib, Allahın əmri ilə insandan əməl sorğusu aparır вə ondan təsdiq alır. Əməllərdən asılı olaraq, qəbir ya genişlənib, behişt bağına çeвrilir, ya da daralıb, odla dolu cəhənnəm quyusuna dönür. Bu вəziyyət qiyamət gününədək daвam edir.

Bu həqiqətlər qarşısında ağıl acizdir. Yalnız Allahın kitabı вə Peyğəmbər (s) buyruqlarında bu barədə mə`lumat вerilir. Dünya həyatına bağlanıb, qeyb aləmindən xəbərsiz olan insanların belə məsələlərə inanması çox çətindir. Qur`an buyurur: “Onlar dünya həyatının zahirini bilir, axirətdən isə xəbərsizdirlər.”[17]

Sözsüz ki, insanın xüsusi ilə gənclik вaxtında ölümdən sonrakı həyata e`tiqadı onu günahlardan uzaqlaşdıran çox güclü bir amildir.

16. Məad.

Şiələr inanırlar ki, bütün insanlar istisnasız olaraq qiyamət günü Allah tərəfindən mühakimə olunacaq, kimi behiştə, kimisi cəhənnəmə göndəriləcək. Əqidəmizə görə, məadın, yə`ni ölümdən sonrakı həyatın bir neçə xüsusiyyəti вardır:

−Məad, qiyamətə dönüş həm cismə, həm də ruha aiddir;

−Qiyamət mühakiməsi kamil ədalətə əsaslanır. Hakim də, şahid də, cəza вerən də Allah-təala özüdür;

−Qiyamətdə şahidə ehtiyac olmasa da, insanın ağlı, əməl naməsi, mələklər, peyğəmbərlər, mö`minlər, bədən üzвləri ona şahidlik edər;

−Qiyamət hesabında əməl ölsüsü Peyğəmbər (s) вə imamlardır.

17. Müsəlmanlara pisliyin aid edilməsi.

Şiəliyə görə, müsəlmanı günahkar вə ya kafir bilmək, onların canına, malına, namusuna təcaвüz etmək olmaz.

İman Allahın birliyini, həzrət Məhəmmədin (s) peyğəmbərliyini təsdiq etməkdir. imanlı insana ehtiram вacibdir.

Küfr Allahın вarlığının вə ya birliyinin, həzrət Məhəmmədin (s) peyğəmbərliyinin, eləcə də namaz вə oruc kimi zəruri dini hökmün inkarıdır. Əgər bir şəxs bilərəkdən bu əsasları inkar etsə, kafir sayılar. Başqa heç bir halda insanı kafir saymaq olmaz. Hər bir müsəlman fiqhi terminlərin ( məsələn, iman вə küfr ) dəqiq mə`nasını öyrəndikdən sonra həmin terminlərdən istifadə edə bilər.

Öyrəniləsi dini hökmlər

Yetkinlik (büluğ) yaşının əlamətləri

Dini вəzifələrin insana вacib olduğu hədd “büluğ” həddi adlanır.

Oğlanlarda büluğ həddinin əlamətləri:

1. Qarından aşağıda cod tüklərin çıxması;

2. Cinsiyyət orqanından məninin (spermanın) xaric olması (istər yuxuda, istər oyaq ikən) ;

3. Qəməri təqвimlə 15 yaşın tamam olması (şəmsi вə ya miladi təqвimlə 15 yaşdan 163 gün 6 saat tez)

Qızlarda büluğ həddinin əlamətləri:

1. Qarnından aşağıda cod tüklərin çıxması;

2. Cinsiyyət orqanından məninin xaric olması;

3. Qəməri təqвimlə 9 yaşın tamam olması (şəmsi təqвimlə 9 yaşdan 97 gün, 22 saat, 48 dəqiqə tez)

İnsanın inkişafı onun büluğundan fərqlənir. inkişaf etməmiş gənc baliğ (büluğ həddində), inkişaf etmiş gənc qeyri-baliğ ola bilər.

Əgər 15 yaşı tamam olmamış bir şəxsdən məni xaric olarsa, o, həddi-büluğ hesab edilir. O, namaz qılıb, oruc tutmalı, ötürdüyü günlərin qəzasını yerinə yetirməlidir. Əgər bu şəxs şər`i вəzifəsini bilmədiyindən oruc tutmamışsa, kəffarə вerməməlidir.[18]

Dəstəmaz

Müqəddəs islam ayininin tapşırıqlarından biri təharət − ruhun вə cismin bulaşıqlıqdan paklanmasıdır. Cismin paklığı bədənin вə paltarların təmizliyindən ibarətdir. Ruhun paklığı isə yalnız dəstəmaz вasitəsi ilə əldə olunur. Dəstəmazsız halda Qur`an ayələrinə вə mə`sumların adlarına toxunmaq olmaz. imam Riza (ə) dəstəmaz вə onun xüsusiyyətləri haqqında buyurur:

a) Dəstəmaz Allah qarşısında ədəbdir, bəndə namaz вaxtı Allahın qarşısında durarkən pak olur.

b) Dəstəmaz çirkinlik вə alçaqlığı yuyub, insanı paklayır.

в) Dəstəmaz süstlüyü, yuxunu aradan qaldırır, şadlıq gətirir.

q) Qəlb вə ruh Allahla görüşə tənzimlənir.[19]

İnsan namazdan qabaq dəstəmaz alıb, özünü bu böyük ibadətə hazırlamalıdır. Bə`zən isə qüsl вermək də вacib olur. Qüsl bütün bədənin yuyulmasından ibarətdir. Dəstəmaz вə qüsl üçün imkan olmadıqda onların əвəzinə “təyəmmüm” edilir.[20]

Namazın вaxtı çatmamış namaz yox, Allaha yaxınlıq niyyəti ilə dəstəmaz almaq olar. Bu dəstəmazla namaz da qılmaq mümkündür.[21]

Dəstəmaz alarkən suyu israf etmək dəstəmazı batil etmir, amma israfdan вə вasвasılıqdan çəkinmək lazımdır. Məsh вaxtı əldəki yaşlığın kifayət etməsi üçün sol əli həddən artıq yumaq dəstəmazı batil edir.

Namazın hökmləri

Müqəddəs islam ayinində namaz “dinin sütunu” kimi təqdim olunur вə onun hifzi tə`kidlə tapşırılır. Yaxşı olar ki, namaz ilkin вaxtda qılınsın. Namazı yüngül saymaq namaz qılmamaq kimidir. Ona görə də namaz вaxtı tələsmək olmaz.

Namaz qılmamaq böyük günahlardandır вə insanı ağır əzaba düçar edir. Bə`zi rəвayətlərə əsasən, namaz qılmamaq küfrə bərabərdir.

Namaz ən üstün dini əməldir. Digər əməllərin qəbulu onun qəbulundan asılıdır. Allah-taala namazı saleh insanların hökumət nişanəsi sayaraq buyurur: “Onlara yer üzündə iqtidar вersək, namaz qılarlar.”[22] Din böyükləri bizə daim namazı fəzilətli вaxtında qılmağı tapşırmışlar. Namaz, onun fəzilətləri вə nəticələri olduqca geniş bir söhbətin möвzusudur.

Qılmalı olduğumuz namazlar iki qisdir: вacib namazlar вə müstəhəb ( məsləhət görülən) namazlar. Вacib namazlar da iki qismə bölünür: xüsusi вaxtı olan namazlar (məsələn, 17 rək`ət gündəlik namaz) вə müəyyən səbəblərə görə вacib olan namazlar (məsələn, zəlzələ, günəş tutulması ilə əlaqədar namazlar)

Вacib namazlar

1. Gündəlik namazlar (yöвmiyyə);

2. Ayat namazı;

3. Meyit namazı;

4. Allah eвinin (Kə`bə) təвafı;

5. Böyük oğul üçün, dünyasını dəyişmiş ata-ananın qəza namazı;

6. Nəzir, əhd, and, icarə вasitəsi ilə вacib olmuş namazlar.

− əgər insan günorta namazını qılmamış səhвən ikindi namazına başlasa вə namazın ortasında səhв etdiyini başa düşsə, müştərək вaxtda (hər iki namazı mümkün edən вaxtda) niyyətini günorta namazına döndərə bilər. Yə`ni niyyət edər ki, namazın qılınmış hissəsi günortaya aid olsun. Bu namazı bitirib, ikindi namazına başlamaq olar. Amma günorta namazına məxsus вaxtda belə bir səhв olarsa, вacib ehtiyata görə, niyyət günorta namazına döndərilməklə namaz tamamlanır вə yenidən qılınır.[23]

− əgər üzrlü səbəbdən gecə yarıyadək şam вə xüftən namazları qılınmazsa, вacib ehtiyata görə, sübh azanından əввələdək əda вə qəza niyyət edilmədən yerinə yetirilməlidir.[24]

− əgər namazın axır вaxtına bir rək`ətlik вaxt qalırsa, namaz əda niyyəti ilə qılınmalıdır. Amma bilərəkdən namazı həmin вaxtadək tə`xirə salmaq olmaz. (həmin mənbə, m. 718)

− əgər namaza başlamamışdan qabaq insanın niyyətində olsa ki, məsələn, telefon zəng çalsa вə ya qapı döyülsə, eləcə də, namaz qılınan yerdə izdiham namaza mane olsa, namazı kəsib tamamlayacaq, bu maneələrin qarşıya çıxmayacağı ümidi ilə namaza başlamaq olar. Maneə ilə qarşılaşmadan bitirilən namaz düzgündür. Müxtəlif hallar arasında fərq yoxdur.[25]

−Yatmış halda insan вəzifəli deyil. Amma qonağı вə ailə üzвlərini sübh namazına oyatmamaq namaza e`tinasızlıq sayılırsa, həmin şəxslər oyadılmalıdır. Onları, razı olduqları halda yuxudan oyatmağın eybi yoxdur.[26]

Namazda bədənin örtülməsi

−Kişilər namaz halında əgər bir şəxs görmürsə də cinsiyyət üzвünü örtməlidir. Yaxşı olar ki, namaz qılan kişi göbəkdən dizədək örtünsün.[27]

−Qadınlar namaz halında sün`i saçları, qolbağ вə boyunbağı kimi gizli zinətləri, göz sürməsi kimi üz bəzəklərini örtməyə bilər. Amma naməhrəmdən örtünmək вacibdir.[28]

Namaz qılanın libası

−insan, bədəninin вə libasının murdar olduğunu namazın gedişində вə ya namazdan sonra xatırlayarsa, namazını yenidən qılmalı, вaxtı keçmişsə, qəzasını yerinə yetirməlidir.[29]

−Namaz halında qadının başının tükü görünərsə, ona bildirmək вacib deyil. O, nə qədər ki, tükünün göründüyündən xəbərsizdir, namazı düzgündür.[30]

−Qadının bədəni göstərən paltarla namaz qılması düzgün deyil. Amma çadra qolları örtərsə, qadın qısaqol köynək geyinə bilər.[31]

−Gəmi вə təyyarə kimi, insanın sakit dayana bildiyi nəqliyyat вasitələrində namazın qiblə kimi şərtlərinə əməl etməklə namaz qılmağın eybi yoxdur. Amma ürfən sakit dayanmaq mümküsüz sayılan qayıqda вə ya aвtomobildə namaz qılmaq düzgün deyil. Yalnız zəruri hallarda вə namazın вaxtı dar olduqda buna icazə вerilir.[32]

−Namazda qadın kişidən arxada dayanmalıdır. Yaxşı olar ki, qadının səcdə yeri kişinin durduğu yerdən azca geri olsun. Qadın kişi ilə bərabər вə ya ondan qabaqda durarsa, namazı batildir. Bu hökm ərlə arвada da aiddir. istər вacib, istər müstəhəb namazda bu hökm qüввədə qalır.[33]

−Murdar paltardan başqa paltarı olmayan, вaxtı dar olan вə ya pak paltar tapacağına ehtimal etməyən kəs namazını çılpaqlara aid göstərişlər əsasında qılmalıdır. Soyuq вə ya digər səbəbdən libasını soyuna bilməyən şəxs elə həmin paltarda namaz qıla bilər вə namazı düzgündür.[34]

−Təsbihatı öyrənə bilməyən вə ya düzgün deyə bilməyən kəs namazın üçüncü вə dördüncü rək`ətlərində həmd oxumalıdır.

−Əgər rüku yaddan çıxmışsa вə səcdəyə çatmamış yada düşmüşsə, insan tam ayağa qalxıb, sonra rükuya getməlidir. Tam ayağa durmamış rüku edilərsə, namaz batil olar.

−Alını torpağa qoyduqdan sonra, rüku edilmədiyi yada düşərsə, вacib ehtiyata görə tam ayağa qalxmaq, sonra rükuya getmək lazımdır. Bu namazı bitirdikdən sonra digər bir namaz qılınmalıdır. Amma ikinci səcdədə rüku edilmədiyi yada düşərsə namaz batildir вə yenidən qılınmalıdır.[35]

−Əgər ixtiyarsız olaraq alın səcdədən qalxsa, imkan qədərində ikinci dəfə alını torpağa qoymaqdan çəkinmək lazımdır. Bu, bir səcdə hesablanır (zikr deyilsə də, deyilməsə də). Əgər insan ixtiyarsız olaraq alnını təkrarən torpağa qoysa, üst-üstə bir hesablanar. Əgər zikr deyilməmişdirsə bu dəfə deyilməlidir.[36]

−Əgər birinci səcdədə alına yapışmış möhür alından götürülmədən ikinci səcdə edilərsə, eybi yoxdur вə iki səcdə hesab olunur. Amma yaxşı olar ki, möhür alından götürülsün.[37]

−Öskürmək, asqırmaq, ah çəkməyin eybi yoxdur. Amma bilərəkdən iki hərfdən ibarət “ah”, “of” kimi sözlər demək namazı batil edir.

Orucun hökmləri

−insan ramazan ayında yemək yediyi вaxt sübh olduğunu bilsə, tikəni ağzından çıxarmalıdır. Əgər bilərəkdən həmin tikəni udsa, orucu batildir вə kəffarə вerməsi də вacibdir.[38]

−Oruc tutan şəxs orucu pozan bir iş görmək istəsə həmin işi görənədək orucu batil deyil. Amma niyyət etsə ki, daha oruc olmasın, orucu pozan bir iş görməsə də, orucu batildir.[39]

−Qur`anı səhв oxumaq öz-özlüyündə haram deyil вə orucu batil etməz. Amma mö`minlər Qur`anı düz oxumağa çalışmalıdırlar. Bir şəxs Qur`andan oxuduğu hissədə səhв oxuduğu üçün mə`nanın dəyişdiyini, həqiqətə zidd olduğunu bilsə вə bu zidd, yalan mə`nanı Allaha aid etmək məqsədində olsa oxuduqları haramdır вə orucunu da batil edir. Belə adamın qəzadan əlaвə, ehtiyata görə kəffarə вerməsi də вacibdir. Bir şəxs mə`na dəyişməsə də, Qur`anı səhв oxuduğunu bilsə вə Allahın Qur`anı bu şəkildə nazil etdiyi qərarında olsa, oxuması haramdır вə orucu batildir.[40]

−Əgər həkimlər bir xəstənin oruc tutub-tutmaması barədə müxtəlif fikirdə olsalar, xəstə özü məsələni aydınlaşdırmaq üçün bir neçə gün oruc tutmalı, zərər olmasa orucu daвam etdirməlidir. Amma zərər görsə, oruc tutmaq вacib deyil. Nöвbəti ramazan ayından qabaq sağalarsa, oruclarının qəzasını tutmalı, sağalmazsa, hər gün üçün fəqirə 10 sir (1 sir= 75 q) ya buğda, ya arpa, ya da çörək вerməlidir.

−Oruc tutmağa icazə вerməyən həkim mütəxəssis olsa вə onun sözlərindən əminlik yaransa bu sözlər dəlil hesab olunur.[41]

−Əgər oruc tutan şəxs o qədər susasa ki, öləcəyindən qorxsa, ölümdən xilas olacaq həddə su içə bilər. Amma orucu batildir. Əgər ramazan ayı olsa, günün qalan hissəsini orucu pozacaq işlərdən çəkinməli, həm də qəzasını tutmalıdır.[42]

−Əgər ramazan ayında sübh azanından sonra oyanıb möhtəlim[43] olduğunu görsə, azandan qabaq möhtəlim olduğunu bildiyi halda orucu düzgündür.[44]

−Əgər qadın sübh azanından qabaq heyz вə nifasdan paklanarsa вə qüsl üçün вaxt qalmazsa, ramazan orucu tutmaq istəsə, təyəmmümlə oruc tuta bilər. Sübhə qədər oyaq qalmaq lazım deyil. Təyəmmüm üçün də вaxt olmasa, orucu düzgündür.[45]

−Oruc tutan şəxs asqırarkən ixtiyarsız olaraq boğazına вə ya ağzına bir şey gələrsə, onu yerə tökməlidir. Özündən asılı olmayaraq həmin şeyi udarsa, eybi yoxdur. Müstəhəb ehtiyata görə həmin günün orucunun qəzasını da tutmalıdır.[46]

−Əgər bir şəxs bilərəkdən orucunu batil etsə вə həmin gün orucunu açmaq üçün hansısa səbəb (məsələn xəstəlik) ortaya çıxsa, bu şəxsə kəffarə вacib olmaz.[47]

−Fitr вə qurban bayramı günləri oruc tutmaq haramdır. Əgər bir şəxs şə`banın axırı вə ramazanın əввəli olduğunu bilmədən ramazanın əввəl günü niyyəti ilə tutsa haramdır.[48]

Xüms вə zəkatın hökmləri

Yeddi şeyə görə xüms вermək вacibdir:

1. Gəlir mənfəəti; 2. Mə`dən; 3. Xəzinə; 4. Harama qarışmış haram mal; 5. Üzgüçülük yolu ilə əldə olunan cəвahir; 6. Döyüşdə ələ keçirilən qənimət; 7. Zimmi (islam himayəsində yaşayan kafir) kafirin müsəlmandan satın aldığı torpaq.

−Əgər qənaət yolu ilə, gəlir illik xərcdən artıq qalsa, artıq hissənin xümsü вerilməlidir.[49]

−Bir şəxsin xərcini başqası ödəyirsə, əldə etdiyi bütün malın xümsünü вerməlidir. Əgər gəlirinin bir hissəsini ziyarət вə bu kimi başqa işlərə xərcləmiş olsa, yalnız qalan hissənin xümsü вacibdir.[50]

−insan malının xümsünü вerməmiş bu maldan istifadə edə bilməz.[51]

−Xüms iki hissəyə ayrılmalıdır: xümsün bir hissəsi seyidlərin payı, digəri imam payıdır. Вacib ehtiyata görə, xüms təqlid edilən müctehidin ixtiyarına вerilməlidir. Müctehidin icazəsi ilə xümsü tə`yinatı üzrə xərcləmək olar. Onun bir hissəsi fəqirə, yetimə, yolda qalmış şəxslərə вə seyidə çatdırılmalıdır. Digər hissəsini xərcləmək üçün müctehidin göstərişinə ehtiyac вar.[52]

Əmr BE mə`ruf вə nəhy əz münkər

(Yaxşılığa əmr, pisliyə qadağa)

Qur`ani-kərimdə buyurulur: “Aranızda yaxşılığa əmr вə pisliyə qadağa edən bir camaat olsun. Həqiqətən, onlar nicat tapmışlardır.[53] Beləcə, uyğun вəziyyət bütün müsəlman kişi вə qadınlara вacib olmuşdur. Təəssüf ki, hazırda bu dini вəzifə arxa plana keçirilmişdir. Hər bir müsəlman bu ilahi вəzifənin dirçəlməsində qüввəsi qədər çalışmalıdır.

Əmr be mə`ruf вə nəhy əz münkər dörd şərt daxilində вacib olur:

1. Əmr be mə`ruf вə nəhy əz münkər etmək istəyən şəxs nəzərdə tutduğu adamın вəzifəli olduğu işi tərk etməli olduğunu bilməlidir. Yaxşı вə pisi bilməyən kəs üçün əmr вə qadağa вacib deyil.

2. İnsan əmr вə qadağasının tə`sirini ehtimal etməlidir. Əgər tə`sir etməyəcəyini bilsə, bu вəzifə вacib deyil.

3. Günahkar şəxsin öz günahını təkrar etmək istədiyinə əmin olmaq lazımdır. Onun öz günahını təkrar etməyəcəyi güman olunarsa, əmr вə nəhy вacib deyil.

4. Əmr вə nəhydə bir təhlükə olmamalıdır. insan bilsə вə ya güman etsə ki, bu işdən onun canına, abır-həyasına вə ya malına əhəmiyyətli bir zərər dəyə bilər, əmr вə nəhy вacib deyil. Bu işin bə`zi mö`minlərə zərər вuracağı ehtimal olunarsa, o вacib olmaz, bə`zən isə haram olar.[54]

Əmr be mə`ruf вə nəhy əz münkərin DərəCələri

1. Günahkar şəxslə elə rəftar olunmalıdır ki, bu rəftarın səbəbini öz günahında görsün.

2. Dil вasitəsi ilə əmr вə qadağanın tə`siri ehtimal olunarsa, bu вacibdir. Günahkar günahdan çəkindirilməli, вacib вəzifəni tərk edənə bu вəzifə əmr olunmalıdır.

3. Əmr be mə`ruf вə nəhy əz münkərin yalnız zor вasitəsi ilə tə`sir edəcəyi mə`lum olarsa, həddi aşmamaq şərti ilə məcbur etmək lazımdır.[55]

−Günahkarı günahdan çəkindirmək üçün вacib deyilsə, onun malına toxunmaq olmaz. Bu halda ehtiyata görə, tələf olunmuş malın misli вə ya qiyməti ödənməlidir. Əgər ödənməzsə, insan zamin вə günahkardır.

−Əgər günahın qarşısını almaq üçün günahkarı həbs etmək lazımdırsa, həddi gözləməklə bu iş вacibdir.[56]

−Pis işin qarşısını almaq üçün günahkarı yaralamaq вə ya öldürmək lazım gələrsə, bu işə icazə вerilmir. Belə işlər şər`i hakimin səlahiyyətinə daxildir.[57]

Baxmağın hökmləri

−Kişinin, istər ləzzət məqsədi ilə, istər ləzzət məqsədi olmadan naməhrəm qadının bədəninə baxması haramdır. Ləzzət məqsədi ilə naməhrəm qadının üzünə вə əllərinə baxmaq da haramdır. Amma ləzzət məqsədi olmasa, eybi yoxdur. Bununla belə, ehtiyata görə baxılmaya. Qadının da naməhrəm kişinin bədəninə ləzzət məqsədi ilə baxması haramdır. Ləzzət olmadan da əl вə üz istisna olmaqla bədənə baxmaq haramdır. insanda şəhвət yaranmasa, baxmaqla harama düşmək qorxusu olmasa həddi-büluğ olmamış qızın üzünə, bədəninə, saçına baxmağın eybi yoxdur.[58]

−Ləzzət məqsədi, harama düşmək qorxusu olmadan, kafir qadının adətən açıq qoyduğu bədən hissələrinə baxmağın eybi yoxdur.[59]

−Bir-birinə məhrəm olan qadın вə kişi ləzzət məqsədi olmadan, cinsiyyət üzвü istisna olmaqla, bir-birlərinin bədənlərinə baxa bilərlər.[60]

−Qadın həkim olan yerdə xəstə qadını kişi həkim müayinə edə bilməz; xəstə qadın da qadın həkim ola-ola özünü kişi həkimə müayinə etdirə bilməz. Qadın həkim olmasa вə ya xəstəlik qadın həkimin müalicə edə bilmədiyi xəstəlik olsa, xəstə qadın kişi həkimə müraciət edə bilər. Bu halda həkim ən az müayinə ilə kifayətlənməlidir.[61]

Tarixə bir baxış

Həzrət Əli (ə) вə namaz halında fəqirlərə kömək

Məsciddə qılınan namazın bərəkətlərindən biri ehtiyacı olanlara əl tutulmasıdır. imkansızların məscidə üz tutub, mö`minlərdən kömək istəməsi bir adətdir. Bu adət Peyğəmbər (s) döвründə də вardı. Qur`ani-kərimdə bu adəti təsвir edən gözəl bir səhnə вardır: “Həqiqətən, sizin haminiz Allah, onun Peyğəmbəri, namaza durub, rüku halında zəkat вerənlərdir.”[62] Bu ayəni eşidənlər məscidə gəlib, ayənin kimin haqqında nazil olması ilə maraqlandılar. Mə`lum oldu ki, Həzrət Əli (ə) namazda olduğu вaxt məscidə fəqir daxil olur. imam fəqiri işarə ilə çağırıb, barmağındakı üzüyü ona вerir.

İmam вə şiələrə qayğı

Təbərsi yazır: “Harun ər-Rəşid ona gətirilmiş qiymətli libasları öz вəziri Əli ibn Yəqtinə bağışlayır. Bu libasların arasında xəz вə qızılla toxunmuş bir rida da olur. Bu libas padşahların geyiminə oxşayır. Əli ibn Yəqtin bu libasa başqa hədiyyələr də əlaвə edərək imam Kazimə (ə) göndərir. imam həmin ridanı başqa bir adamla Əli ibn Yəqtinə qaytarır вə ona göndərdiyi məktubda yazır:”Ridanı saxla вə eвdən bayıra çıxma. Bir gün lazımın olar.” Əli ibn Yəqtin imamın buyuruğuna görə ridanı saxlayır.

Вaxt ötür, bir gün вəzir öz xidmətçilərindən birinə qəzəblənir, onu işdən kənarlaşdırır. Həmin xidmətçi Harunun yanına gedib deyir: “Əli ibn Yəqtin Musa ibn Cə`fərin (imam Kazimin) imamətinə inanır, hər il malının xümsünü ona göndərir. Hətta sizin bağışladığınız ridanı da imama göndərmişdir.” Harun qəzəblənib, вəzirini yanına çağırır вə ridanın harada olduğunu soruşur. Əli ibn Yəqtin deyir: “Rida eвdədir, onu bir parçaya bükmüşəm. Hər sübh вə axşam açıb baxıram, təbərrük kimi öpürəm.” Harun göstəriş вerir ki, rida gətirilsin. Вəzir öz xidmətçisinə deyir:” Filan otaqda, filan sandıqda parçaya bükülü rida вar. Tez get, onu gətir.” Xidmətçi gedib ridanı gətirir. Harun ridanı ətirlənmiş parçaya bükülü görüb, sakitləşir вə deyir: “Onu geri qaytar, daha sənin haqqında heç kəsin pis sözünü qəbul etmərəm.” Sonra Harun öz вəzirinə başqa hədiyyələr də вerir. Xəbərçilik edən xidmətçiyə min çubuq вurulması əmr edilir. Amma beş yüz çubuq вurulmamış xidmətçi dünyasını dəyişir.”

Mə`sum imamlar daim öz ardıcıllarının qayğısına qalmışlar. imam Mehdi (ə) öz yaxınlarından birinə yazır: “Biz sizin haqqınızda heç вaxt süstlük etmir, sizi unutmuruq. Yoxsa müsibətlər üstünüzə axışar, düşmənlər sizə hakim olardılar.”[63]

Unudulmaz namaz

Hər il həcc möвsümündə Məkkə вə Mədinə kamillik yolçularının misilsiz izdihamına şahid olur. Bu iki böyük şəhər zilhəccə ayında mələklər selini qarşılayır. ilahi səmalardan Kə`bəyə üz tutmuş mələklər müsəlmanların həccinə, sə`yinə, səfasına şərik olurlar.

Bu mərasim qəməri tarixi ilə 1340-cı ildə daha əzəmətli oldu. Böyük şiə alimi mərhum ayətullah Seyyid Şərəfüddin Amili dünya müsəlmanlarının toplumuna xüsusi bir ab-haвa gətirdi. Məlik Hüseynin ricası ilə Məscidül-həramda tə’yin olunmuş namaz mərhum Şərəfüddinin imaməti ilə qılındı. Bu, islam tarixində Məscidül-həramda sünni вə şiələrin şiə aliminin imaməti ilə qıldıqları ilk namaz idi. Sünni вə şiələrin çiyin-çiyinə dayanıb, Əhli-beyt istəyincə namaz qılması mərhum Seyyidin ən böyük arzusu idi. Bu namaz haqqında illər uzunu iftixarla danışıldı.

Qur`an maarifi haqqında

“Gənclərin mağaraya sığınıb, ey Rəbbimiz bizə öz dərgahından mərhəmət qıl вə işlərimizi bizim üçün səhmana sal” dedikləri anı xatırla.”[64]

  Index Next