|
||||||||||||||||||||||||||
|
Sual: Atam xoşxasiyyət deyil, özünü bəyənəndir və ailəyə zülm edir. Mən həddi-büluğ olan gündən onunla mübarizədəyəm. Başqalarının yanında cavabını verməklə pis iş görürəm. Təklikdə isə heç bir sözümü qəbul etməyib deyir ki, atanla kobudluq etmə. Vəzifəm nədir? Cavab: Valideynə ehtiram və onlarla ədəbli danışmaq lazımdır. Əgər əmr be mə`ruf və nəhy əz münkərin tə`sirinə ümidiniz yoxdursa, daha vəzifəli deyilsiniz.[152] Sual: Bə`zi yaxın adamlarımız namaza, oruca və digər dini vəzifələrə tamam biganədirlər. Heç bir moizə və nəsihət tə`sir etmir. Bu halda sileyi-rəhm, onlarla get-gəl necə olsun? Cavab: Əgər get-gəli kəsməklə onları günahdan uzaqlaşdıra bilsəniz, get-gəli kəsin. Əgər yaxınlıq etməklə onları günahdan uzaqlaşdırmağa ümid varsa, yaxınlıq edin, onları Allaha itaətə vadar etməyə çalışın.[153] Sual: Əgər iş yerində dinə zidd hallar varsa və nəsihət fayda vermirsə (ya mümkün deyilsə) vəzifə nədir? Cavab: İş yerindəki pis hallar barədə aidiyyəti məqamlara mə`lumat verilməlidir. Şər`i xilaflara qarşı əmr be mə`ruf və nəhy əz münkər edilməlidir. Şəriətə zidd göstərişlərə itaət etmək olmaz.[154] Sual: Kart və şahmat oynamaq olarmı? Cavab: Əgər qumar aləti sayılmasa, udub-uduzmadan (uduşsuz) oynamağın eybi yoxdur.[155] Sual: Futbol, valeybol kimi idman oyunlarını uduş şərti ilə oynamaq olarmı? Cavab: Şərt kəsmək, udub-uduzmaq haramdır. Şərt kəsilmədən, qaliblərə hədiyyə verilərsə, oynamaq olar.[156] Sual: Saqqalı, üzü ülgüclə qırxmaq olarmı? Cavab: Vacib ehtiyata görə, saqqalı qırxmaq haramdır. Amma yanaqdakı tükləri qırxmaq olar. Sual: Saqqalın yaxşı inkişafı üçün onu ülgüclə qırxmaq olarmı? Üzü qırxılmadığı üçün qaşınan adamların vəzifəsi nədir? Cavab: Vacib ehtiyata görə, hər iki halda üzü qırxmaq olmaz.[157] Sual: Tiryəkdən istifadə, onun alqı-satqısı, əkini caizdirmi? Cavab: Tiryəkə adət etmək caiz deyil. Zərər olmasa, tiryəkə adətkar şəxs bu adəti tərk etməlidir. Tiryəkin alqı-satqısı, əkini dövlətin ixtiyarındadır və qanunlara qarşı çıxmaq olmaz.[158] Sual: Narkotik maddələr və tütünün istehsal və istifadəsi caizdirmi? Cavab: Narkotik maddələrin istifadəsi və alqı-satqısı haramdır. Tütündən istifadə vərdişi üçün şərait yaradırsa, haramdır.[159] Sual: Bakirə qızın ərə getməsi üçün atanın razılığına (icazəsinə) ehtiyac varmı? Daimi və müvəqqəti evlənmədə bu məsələyə münasibət necədir? Cavab: Vacib ehtiyata görə, bakirə qızın ərə getməsi üçün atanın icazəsi şərtdir. Bu məsələdə daimi və müvəqqəti evlənmə arasında fərq yoxdur.[160] Sual: Həddi-büluğ olmamış qızın kəbinini atası bir şəxsə oxutdurur. Qız büluğ həddinə çatdıqdan sonra həmin şəxslə ailə qurmaq istəmir. Bu şəxs şiələri kafir saydığından can qorxusu yaranır. Qızın vəzifəsi nədir? Cavab: Bu izdivacın məsləhət olmadığını, bundan əlavə, fitnə yarada biləcəyini nəzərə alsaq, bu nikah batildir və qız izdivac etməyə bilər.[161] Sual: Ata öz büluğ və yetkinlik yaşına çatmış qızını zorla ərə verə bilərmi? Cavab: Bu izdivac batildir. Nə ata, nə də başqaları qızı zorla ərə verə bilməzlər.[162] Sual: Müəyyən səbəblə bağlı məhrəm olmuş şəxs (məsələn, qaynana) bu səbəb aradan qalxdıqdan sonra da məhrəm qalırmı? Cavab: Məhrəmlik əbədidir.[163] Sual: Bir kişinin iki arvadı varsa, bu arvadlardan birinin kürəkəni o biri arvada məhrəm olurmu? Kürəkənin övladları necə? Cavab: Kürəkənlər yalnız öz qaynanalarına məhrəmdirlər. Amma övladlar istər dolayı, istər bilavasitə hər iki arvada məhrəm olurlar.[164] Sual: Bir oğlan və bir qız, çox ehtimal ki, bir müddət əvvəl bir-birlərinin anasının südünü içib, süd bacı-qardaşı olmuşlar. Həmin oğlan süd bacısının bacısı ilə evlənə bilərmi? Cavab: Süd vasitəsi ilə məhrəmliyə yəqinlik olmalıdır. Yəqinlik yoxdursa, izdivac olar. Yəqinlik olduğu halda, oğlan öz süd anasının övladları ilə evlənə bilməz.[165] Sual: Bir şəxs toydan qabaq, evləndiyi xanımın əvvəllər ərdə olub boşandığını bilsə, nikahı ləğv edə bilərmi? Cavab: Əvvəlki izdivac nikahın ləğvinə səbəb olmaz.[166] Sual: Ata öz qızına verdiyi cehizi geri ala bilərmi? Cavab: Ata cehizi öz qızına mülk etsə və ya bağışlasa, geri ala bilməz.[167] Sual: Ərinin icazəsi ilə işləyən qadın öz qazancını ərindən icazəsiz xərcləyə, sədəqə və ya hədiyyə verə bilərmi? Cavab: Qadın öz malını əri qadağan etsə də, sərf edə bilər. Amma ərdən icazəsiz nəzir batildir və qadın ərdən icazə almalıdır.[168] Sual:Bir evdə bir neçə qardaş öz ailəsi ilə birlikdə yaşıyır. Belə hallar olur ki, bir qardaq o biri qardaşın arvadına baxır, onunla zarafat edir. Bu münasibətlərin hökmü nədir? Cavab: Qardaşın arvadı da olsa, naməhrəm qadına baxmaq caiz deyil, Ləzzət məqsədi ilə naməhrəm qadına baxmaq, onunla zarafat etmək olmaz.[169] Sual: Mə`sum imamlara, dini hökmlərə, Qur`an və Nəhcül-bəlağəyə həsr olunmuş elmi müsabiqələr keçirmək olarmı? Cavab: İslam maarifini və şiəliyi yaymaq məqsədi ilə müsabiqə keçirməyin eybi yoxdur, hətta bu iş yaxşı işdir. Amma hədiyyə vermək məqsədi ilə iştirakçılardan pul almaq olmaz.[170] Sual: Məscid və elmi mərkəzin büdcəsini yaratmaq üçün elmi müsabiqə keçirib, iştirakçıların hədiyyəsinin bir hissəsini büdcəyə, o biri hissəsini iştirakçılara hədiyyə üçün sərf etmək olarmı? Cavab: Olmaz.[171] İmam Mehdinin (ə) qeybəti dövründə vəzifələrimiz Qeybət dövrüİslam Peyğəmbəri (s) buyurmuşdur: “ibadətlərin ən üstünü fərəc intizarında olmaqdır.” (“Fərəc-imamın (ə) zühuru). Sözsüz ki, qonaq gözləyən adam əlini əlinin üstünə qoyub, bekar oturmur. Həyəti süpürür, su çiləyir, otaqları təmizləyir, ətirləyir, qonaq üçün rahatlıq yaratmağa çalışır. Biz də öz rəhbərimizə itaət edib, islam tə`limini dünyaya çatdırmalıyıq ki, onlar da imam Mehdi (ə) sevgisini dadıb, ədalət soraqlı zühurun intizarını çəksinlər. Biz dini biliklərə və əxlaqa sahib olmaq üçün səfərbər olmalı, imamın əsgərlərindən olmaq üçün döyüşə hazır dayanmalıyıq. imam Sadiq (ə) buyurur: “Qaimimiz ( Mehdi ) gələrkən Allah-təala ona üç qoşunla yardımçı olar: mələklər qoşunu, mö` minlər qoşunu, düşmənlərin qəlbini sarıyacaq qorxu.” Əgər əməldə imamın əsgəri olarıqsa, ola bilsin ki, elə bu dövrdə onun nurani çöhrəsini ziyarət edə bilək. Bəli, köməkçi intizarında olan kəs üçün qəm, qürbət və tənhalıq dövrü çox ağırdır. Amma əmin olmalıyıq ki, imam Zaman (ə) bir an olsun belə, öz şiələrini yaddan çıxarmır. Həzrət (ə) buyurur: “Həqiqətən, biz heç vaxt sizə münasibətdə süst olmamışıq və daim sizi xatırlayırıq. Əgər belə olsaydı ( sizi unutsaydıq ), çətinliklər və sıxıntılar sizə üz tutar, düşmən də sizə qalib gələrdi.” Həzrətin (ə) nəvaziş əli daim başımız üstə olsa da, təəssüf ki, çoxlarımız onu unudur, ya da öz əməllərimizlə mübarək qəlbini incidirik. Ona görə də hər birimiz həmişə özümüzdən soruşmalıyıq: “Əziz imamımızı qeybəti dövründə bizim vəzifəmiz nədir? İndi isə qeybət dövründə şiələrin vəzifələri ilə tanış olaq: Əsrin imamı Həzrət Mehdini (ə) tanımaHəzrəti (ə) tanımaq o qədər zəruridir ki, rəvayətdə buyurulur: “imamı tanımadan dünyasını dəyişən şəxs cahiliyyət ölümü ilə ölmüşdür.” Duada oxuyuruq: “Allahım, öz höccətini (h. Mehdini) mənə tanıtdır. Yoxsa həqiqi dindən azmış olaram.”[172] Bəli, şiə düşüncəsində imamla tanışlığın çox böyük əhəmiyyəti vardır. imam Sadiq (ə) çətinlik vaxtı üz tutduğumuz imamın sifətlərini tanımağın ən üstün və ən vacib dini vəzifə saymışdır. Yaxşı rəftarƏqidəmizə görə, imamın razılığı Allahın razılığında, Allahın razılığı dini göstərişlərə əməl etməkdədir. Bir qrup yanlış düşüncə sahibi belə hesab edir ki, imam Zamanın (ə) zühuru üçün cəmiyyət günah girdabına yuvarlanmalıdır. Bu baxışın əksinə olaraq, Həzrət Mehdinin (ə) intizarında olanların vəzifəsi islam göstərişlərinə əməl etməkdir. Əsrin imamı (ə) bu barədə buyurur: “Sizin hər biriniz bizimlə dostluq üçün vasitə olan şeylərə əl atmalı, bizi qəzəbləndirəcək şeylərdən uzaq olmalısınız.”[173] Fərəc (zühur) intizarıŞiə düşüncəsinə görə, fərəc intizarı çox yüksək məqama malikdir. Həzrət Əlidən (ə) ən üstün əməl haqqında soruşduqda buyurur: “Fərəc intizarı.” imam Sadiq (ə) buyurur: “imam Zamanın (ə) intizarı halında ölən kəs onun xeyməsində ölmüş kimidir.”[174] Bəli, hər bir şiə daim o həzrətin (ə) qədəmləri intizarında olmalı, daim onun zühuru üçün dua etməlidir. Kömək istəyiQur`ana əsaslanan bir e`tiqada görə, peyğəmbər və imamlar daim bizim əməllərimizi müşahidə edirlər. Bu əsasla onlardan şəfaət istəmək mümkündür. imam Əli (ə) buyurur: “Əgər bir mö`min öz istəyinin həyata keçməsi üçün dua edərsə, biz amin deyər, o sakitləşəndə biz onun üçün duaya başlayarıq.” Bəli, mə`sumlar daim öz ardıcıllarına yardımçıdırlar. İmam Zamanın (ə) müqəddəs vücudu üçün sədəqə və duaHəzrət Mehdi (ə) bizə verilən bütün ne`mətlərdə yardımçı olduğundan, ata-anamıza ehsan etdiyimiz kimi, imamın salamatlığı üçün də sədəqə verməli, zühurun tezləşməsi üçün dua etməliyik. Unutmayaq ki, həzrətin (ə) hifzi və salamatlığı Allahın iradəsindən asılıdır. “Gəncliyin yeddi səması” müsabəqəsinin sualları1. Şiəliyin mərkəzi özəyi nə vaxt formalaşıb? 1. Allahın ədaləti harada hakimdir? 3. Allah-taala yaranış məqsədini insana hansı
yolla bildirib? 4. Qur`anın tərtibi nə vaxt başa çatdı? 5. Həzrət Mehdiyə (ə) inamı sünnilərdən neçə
məşhur şəxs nəql edib? 7. Talehi dəyişmək inamı nə mə`nadadır? 8. Şiəliyə görə kim şəfaət edə bilər? 9. Məada münasibətdə hansı variant düzdür? 10. Oğlanlarda həddi-büluğ nişanəsi nədir? 11. Hansı variant dəstəmaza aiddir? 12. Vacib namazlar hansılardır? 13. Günorta namazı qılmamış səhvən ikindi namazına məşğul olan şəxs
namazın ortasında səhvini anlasa nə etsin? 14. Namaz qılan şəxs paltarının murdar olduğunu unudub, namazın
ortasında xatırlasa nə etsin? 15. İxtiyarsız olaraq alın möhürdən qalxsa nə etməli? 16. Rükunu unudub həmd surədən sonra səcdə üçün əyilən nə etsin? 17. Yemək yediyi vaxt başa düşsə ki, sübh olub nə etsin? 18. Həkim bir şəxsə oruc tutmağa icazə vermirsə, nə etməli? 19. Oruc tutan şəxs o qədər susasa ki, susuzluqdan öləcəyindən
qorxarsa nə etsin? 20. Əmr be mə`ruf nə nəhy əz münkərin şərti nədir? 21. Kişi naməhrəm qadının bədəninə baxa bilərmi? 22. Namaz halında ana bədəni murdar uşağı qucağına alsa, namazı
batil olarmı? 23. Neçə illər qıldığı namazın səhv olduğunu anlayan kəs həmin
namazların qəzasını qılmalıdırmı? 24. Yaxınların yasında iştirak üçün kitab əhli məscidə girə
bilərmi? 25. Dini bayramlarda, mə`sumların doğum günlərində dini şe`rlər
oxunarkən əl çalmaq olarmı? 26. İşləyib, ata evində qalan qızın öz maaşından cehiz üçün yığdığı
pula xüms düşürmü? 27. Dini rəhbərin hökmü bütün ölkələrə aiddirmi? 28. Batil lent yazıları və filmlərlə məşğul olan adamla təmasda
olmaq caizdirmi? 29. Kart və şahmat oynamaq olarmı? 30. Saqqalı və üzü ülgüclə qırxmaq olarmı? 31. Bir evdə yaşayan qardaşlar bir-birinin arvadına baxıb, zarafat
edə bilərmi? 32. Hansı variant doğrudur? 33. Bakirə qızın ərə getməsi üçün atanın
icazəsi şərtdirmi? 34. Hansı variant ixlas nişanəsidir? 35. Hansı variant vilayətçilik nişanəsidir? 36. İmam Mehdinin (ə) qeybəti dövründə necə
olmalı? 37. “Bağışlayan böyük, paxıl və dargöz isə
zəlildir” Hədisi kimdəndir? 38. “Axmağın qəlbi ağzında, aqilin ağzı
qəlbindədir” hədisi kimdəndir? 39. “Öz eyiblərindən xəbərdar olan kəs
başqalarında eyb axtarmır” hədisi kimdəndir? 40. “Rüku halında zəkat verən” ayəsi kimin
haqqında nazil olmuşdur? 41. İlahi kəlam işığında insana hansı ne`mət
verilir? 42. Evdə Qur`an oxunanda nə olur? 43. Hansı günah böyük (kəbirə) günah sayılır? 44. Mərhum Ağa Mirza Cəvad Məliki
Təbrizi öz şagirdlərinə nə vəsiyyət etdi? 45. “Namaz qılmayana kömək edən şəxs yetmiş peyğəmbəri öldürmüş kəs
kimidir” hədisi kimdəndir?
|
Back | Index |