Ön səhifə
Həyatı
Əsərləri
Din
Şər`i məsələlər
Kitabxana
Yeniliklər
Albom
 

Back Index Next

Qur`andan faydalanma

Hər bir ağıllı insan öz iste`dadlarının çiçəklənməsi üçün düzgün proqrama möhtacdır. Bu proqram sayəsində o öz ilahi вə dəyərli məqsədlərinə çatır. Bu zülmət dünyada əsaslı proqramsız səadətə çatmaq mümkünsüzdür. Aləmlərin rəbbi Qur`ani-kərimi doğru yolu tapmaqda müsəlmanlar üçün proqram kimi tanıtdırır. insanlar bu nurani kitabdan istifadə etməklə öz ali məqamlarına çatmalı, dünya вə axirətin həqiqi səadətini əldə etməlidir. Bir rəвayətdə islam Peyğəmbəri (s) buyurmuşdur: “Qur`an Allahın süfrəsidir, ondan bacardığınız qədər bəhrələnin.”[65] Qur`an elə dəyərli kitabdır ki, insan onun həyatвerici göstərişlərinə əməl etməklə qaranlıqdan çıxır, səadət yoluna düzəlir.

Allah-taala bu səmaвi göвhər haqqında buyurur: “Allah, Onun lütfünə sığınanları Qur`anla salamatlıq yollarına yönəldir, öz izni ilə zülmətdən nura çıxarıb, doğru yola istiqamətləndirir.[66] Bu şərif ayədə maraqlı bir bildiriş gizlənmişdir: əgər insan Allahın razılığını qazanmaq üçün addım atarsa, Allah bu kitabın işığında ona üç ne`mət − hidayət, fərdi salamatlıq вə ruhi sağlamlıq əta edər. Şübhəsiz ki, ilahi ne`mətlər müqəddəs ilahi zata təslim olan insanlara nəsib olur. Dünyada Qur`an buyuruqlarına əsasən, əməl вə rəftar edən insanlar nəticədə onun bərəkətli tə`sirlərindən faydalanır.

Həzrət Əli (ə) xalqı Qur`ana əməl etməyə, onun hikmət dolu göstərişlərini hifz etməyə çağırır: ”istəklərinizi Qur`an вasitəsi ilə Allahdan diləyin, Qur`anla dostluqda Allaha üz tutun, Qur`an вasitəsi ilə bəndələrdən bir şey istəməyin. Bəndənin Allaha yaxınlaşması üçün Qur`andan yaxşı вasitə yoxdur. Bilin ki, Qur`anın şəfaəti qəbul, buyuruğu təsdiqdir. Qiyamətdə Qur`anın şəfaət etdiyi şəxs bağışlanar, Qur`anın şikayət etdiyi şəxs məhkum olar.”[67] imam digər bir hədisdə buyurur: “Qur`anı öyrənin, ən üstün biliklər ondadır. Onun haqqında düşünün, o, qəlblərin baharıdır. Onun nurunda şəfa axtarın, o, xəstə qəlblərin şəfasıdır.”[68]

Tanınmış pakistan şairi Əllamə iqbal Lahuri Qur`anı müsəlmanlıq, insan вə dünyanın təkamülü üçün əsas səbəb göstərir:

İstəyirsənsə müsəlman olasan,

Gerçək olmaz diləyin, yoxsa Qur`an.

Elə ki, dünyaya saldı işığın,

Səhnədən çəkdi keşişlər ayağın.

Açıram qəlbdəki gizli sözümü:

Bir işıqdır, yazı yox, bil düzümü

İlahi kitaba ehtiram

İslam maarifində Qur`ana ehtiram ciddi töвsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. ictimai, elmi вə əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Qur`anla tanışlıq haqqında buyurur: “Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, mö`minlərə hidayət вə mərhəmət gəlmişdir.”[69]

Bir rəвayətdə həzrət Peyğəmbər (s) həyatını Qur`an göstərişləri əsasında qurmayanlar haqqında buyurur: “Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Qur`an, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət).[70] Nöвbəti hədisdə buyurulur: “Əgər iztirab вə fitnələr qaranlıq gecə kütlələri tək sizə hücum etsə, Qur`ana üz tutun! Çünki Qur`an şəfaət edər вə onun şəfaəti qəbul olar.”[71] Bəli, Qur`anın şəfaəti tə`sirlidir вə qaranlığı işıqlandırar. Bu ilahi kitab insana nifrin də edə bilər вə bu nifrin qəbul olar. Qur`anın nifrininə bu kitabın göstərişlərinə arxa çeвirənlər layiqdir.

Qur`an tilaвəti

Dini maarif вə Əhli-beyt buyuruqlarında ilahi kitabın oxunuşuna  geniş yer ayrılır. Qur`an tilaвəti müsəlmanların dini вəzifələrindəndir. Qur`an tilaвəti oxunuş qaydalarına əməl etməklə yanaşı, ilahi buyuruqların mə`nasını anlamaq вə onlara əməl etməkdən ibarətdir. Ayələrin onu oxuyana вə dinləyənə tə`sir etməsi düzgün tilaвət əlamətidir. Allah-taala bu barədə buyurur: “Ayələr onlara oxunarkən onların imanları artır.”[72] Əbdüllah ibn Süleyman imam Sadiqdən (ə) “Qur`anı aramla (tərtil) oxu”[73] ayəsi haqqında soruşduqda imam buyurdu: “Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Yə`ni onu kamil şəkildə izhar et, şe`r tək sür`ətlə oxuma. Onu elə oxuyun ki, qəlbə tə`sir etsin, bərk qəlbimizi yumşaltsın. Məqsədiniz surəni bitirmək olmasın.”

Gənclərin məclisində Qur`an qiraəti

İmam Sadiq (ə) buyurmuşdur: “Bir gün islam Peyğəmbəri (s) ənsar caвanlarından bə`zilərini tə`rif edib buyurdu: “Sizə Qur`andan bir ayə oxumaq istəyirəm. Hər kəs ağlasa behişt ona vacib olar.” Sonra həzrət “Zumər” surəsinin 17-ci ayəsini oxudu. Bir nəfərdən başqa məclisdəki bütün cavanlar ağladılar. Həmin gənc Peyğəmbərə (s) ərz etdi: “Ya Rəsuləllah, mən özümü ağlamış kimi göstərsəm də, gözümdən yaş gəlmədi. Həzrət buyurdu: “Mən həmin ayəni bir də oxuyuram, kim özünü ağlamış kimi göstərsə, behişt ona vacibdir…”[74] Beləcə, məsciddəki bütün gənclər behişt əhli oldular.

Qur`an oxunuşunun gəncə tə`siri

İlahi kitabın səadət səbəbi olan göstərişlərinə əməl hər bir gəncin müsbət xüsusiyyətidir. Bu xüsusiyyət həyata mə`na verir, dünya və axirət fəaliyyətlərinə yardımçı olur. imam Sadiq (ə) buyurur: “Hər kəs gənclik dövründə iman gətirərək Qur`an oxusa, Qur`an onun ətinə-qanına qarışar, Allah-taala onu söz aparan xoşrəftar mələkləri ilə dost edər. Qiyamətdə Qur`an belə gənclə od arasında pərdə olaraq deyər: “Pərvərdigara, bütün fəhlələr öz muzdunu aldı, mənim fəhləmdən başqa. Ən qiymətli hədiyyəni ona əta et.”[75]

Qur`an oxumağın savab və fəziləti

Qur`an islam Peyğəmbərinin (s) möcüzəsidir. Onun şərif ayələrini tilavət etməklə müsəlmanlar səadət və həqiqətə çatır. Bu səmavi gövhərin əzəmət və məqamı, onun qiraəti haqqında rəvayətlər çoxdur. Həzrət Peyğəmbər (s) və mə`sum imamlardan nəql olunmuş bu rəvayətlərdən bə`zilərinə nəzər salaq.

Həzrət Əli (ə) buyurur: “Bir evdə Qur`an oxunarsa, Allah zikr edilərsə, bu evin bərəkəti artar, mələklər oraya get-gəl edər, şeytanlar oradan uzaqlaşar. Ulduzlar yer əhli üçün parladığı kimi, bu ev də göy əhli üçün parlayar.”[76] Rəvayətdən göründüyü kimi, həzrət Əli (ə) müsəlmanları evdə Qur`an oxumağa ruhlandırır. Bu əməlin ev sahibi üçün bir çox faydaları vardır:

−ilahi kitabın oxunması evlərdə islam maarifini, Qur`an hökmlərini canlandırır. insan evdə Qur`an oxuyarkən ailə üvləri də bu işə həvəslənir. Nəticədə Qur`an tilavəti cəmiyyətdə genişlənir, Qur`an qarilərinin sayı artır.

−Qur`an ayələri tilavət olunan evdə dini şüarlar önə çəkilir. Sübh və axşam ətrafa yayılan nurani Qur`an sədaları eşidənlərin könlündə iz qoyur. Qur`an oxumaqla qəlblərdə islam və iman çiçəklənir.

−Qur`an tilavəti səbəbindən evlərdə ne`mət və bərəkət artır. Mələklər bu evə nazil olur, şeytanlar isə bu evdən uzaqlaşırlar. Hafizin tə`birincə, “divlər də qaçır, evdə əgər Qur`an oxunsa.”

Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: “Qur`an oxumağı unutma. Çünki ilahi kitabın tilavəti günahların kəffarəsi, oda sipər, əzabdan qurtuluşdur.”[77] Bəli, Qur`an tilavəti günahların kəffarəsidir!

Digər bir hədisdə Qur`an tilavəti “qəlblərin nuru” kimi tanıtdırılır. Allahın rəsulu (s) buyurur: “Qəlblər dəmir tək cingildəyir. Cilası isə Qur`an oxumaqdır.”[78]

Həzrət Əli (ə) dəyərli “Müttəqin” xütbəsində Qur`an tilavətini dərdlərə dərman bildirir: (Müttəqilər) Gecəni Qur`an oxumaqla başa vurar, Qur`an oxuyub qəmlənər, dərdlərinin dərmanını Qur`anda axtararlar.”

Əbədi ideallar

Həzrət Peyğəmbər (s):

“Allah insanda üç xüsusiyyəti sevir: az danışmaq, az yatmaq, az yemək.”[79]

“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır.”[80]

İmam Əli(ə):

“Öz eyiblərindən agah olan kəs başqalarında eyib axtarmır.”[81]

“Yağlıdillikdən uzaq ol, çünki o iman sifəti deyil.”[82]

Həzrət Zəhra (s):

«Əgər əmrlərimizə əməl etsən, qadağalarımızdan çəkinsən şiələrimizdən olacaqsan.»[83]

“Biz Əhli-beyt məxluq arasında Allahın vasitəsi, Onun seçilmişləri, paklar məhəlli, Allahın aşkar dəlili, peyğəmbərlərin varisləriyik” (“Səhifətuz-Zəhra”, s. 27);

İmam Həsən (ə):

“Allahın ne`mətlərinə görə təşəkkür etməmək alçaqlıqdır.”[84]

“Sizə təqva və daimi təfəkkürü vəsiyyət edirəm. Çünki bütün yaxşılıqların əsası düşünməkdir”.[85]

İmam Hüseyn (ə):

“Həqiqətən xalqın sizə ehtiyacı Allahın böyük ne`mətlərindəndir. Onların ehtiyacını ödəməkdə süstlük göstərməyin.”[86]

“Bağışlayan kəs ucadır. Paxıl və dargöz adam isə zəlil olur.”[87]

İmam Zeynal-abidin (ə) (Səccad):

“Qeybətdən çəkinin, çünki qeybət xalqın ətini yeyənlərin xuruşudur.”[88]

“Allahın verdiyi ruziyə qənaət edən xalqın ən ehtiyacsızı olar.”[89]

İmam Baqir (ə):

“Allaha təvəkkül edən kəs məğlub olmaz.”[90]

“Həqiqətən, mö`minlərin ən kamili xoşrəftarlı olandır.”[91]

İmam Sadiq (ə):

“Əgər bir mö`min günah etmək qərarına gəlsə ruzisindən məhrum olacaq.”[92]

“Dünya işlərin yaxşıdırsa, dinindən ötrü nigaran ol.”[93]

İmam Kazim (ə):

“Ağılın dəlili təfəkkür, təfəkkürün dəlili sükutdur.”[94]

“Din qardaşının qeybətini edən şəxs məl`undur.”[95]

İmam Riza (ə):

“Zəif insanlara kömək etmək sədaqətdən üstündür.”[96]

“Ağıl insanın dostu, nadanlıq isə düşmənidir.”[97]

İmam Cəvad (ə) (Məhəmməd Təqi):

“Şükrü yerinə yetirilməyən ne`mət bağışlanmayan günah kimidir.”[98]

“Nəfsinə itaət edən kəs düşmənin arzularını yerinə yetirir.”[99]

İmam Hadi (ə) (Əliyyən Nəqi):

“insanlar dünyada var-dövlətləri, axirətdə isə əməlləri ilə yoldaş olacaqlar.”[100]

“Allahdan qorxandan qorxar, Allaha itaət edənə itaət edərlər.”[101]

İmam Həsən Əskəri (ə):

“Axmağın qəlbi ağzında, aqilin ağzı qəlbindədir.”[102]

“Təvazökarlıq elə bir ne`mətdir ki, kimsə ona həsəd aparmır.”[103]

İmam Zaman (ə):

“Peyğəmbər qızı Fatiməye Zəhra (s) mənim üçün layiqli nümunədir.”[104]

“Biz Peyğəmbər ailəsindən kənarda elm əldə etmək bizi inkar etməkdir.”[105]

Əxlaq və həyat

İxlasın (səmimiliyin) nişanələri

İnsanların əməlləri zahirən bir-birinə oxşayır. Olsun ki, hamı özünü müxlis (xalis, riyadan uzaq) hesab edir. Amma ixlasın əlamətlərinə əsasən həqiqi müxlisi tanımaq mümkündür:

1. Müxlis (ixlaslı) insan Allahdan savayı heç kəsdən təsdiq və təşəkkür gözləmir. imam Sadiq (ə) buyurur: “O əməl xalisdir ki, Allahdan başqa heç kəsdən tə`rif istəməyəsən.”[106]

2. Müxlis üçün aşkar və xəlvət arasında fərq yoxdur. Riyakar isə belə olmur. Həzrət Əli (ə) buyurur: “Riyakarın üç əlaməti var: göz qabağında həvəslə çalışır, tənhalıqda həvəssiz işləyir; bütün işlərinə görə tə`rif umur.”[107]

3. Müxlis işdən yorulub, həvəsdən düşmür;

4.Müxlis gördüyü işi vəzifə bildiyi üçün bu işə görə peşman olmur (məsələn, O, Allaha xatir salam verdiyi üçün salamı alınmayanda peşman olmur);

5. Müxlis başqalarının onun işindən xəbər tutmasını istəmir (məsələn, sədəqəni hamıdan gizli verir);

6. Müxlis işlərin onun adına yazılmasını, tanınmasını arzulamır.

Vilayətçi olmaq istəyirsinizmi?

Vilayətçilik (Əhli-beyt və əmr sahibləri ilə dostluq) müsəlmanlar arasında dəyərli bir xüsusiyyət sayılır. Vilayətçini tanımaq üçün mə`sumların kəlamlarını me`yar götürə bilərik.

1.Allaha itaət

Vilayətçiliyin xüsusiyyətlərindən biri ilahi göstərişlərə itaət etməkdir. imam Baqir (ə) Cabir Co`fiyə buyurdu: “Ey Cabir! Mənim salamımı ardıcıllarıma yetir və onları agah et ki, Allahla bizim aramızda qohumluq yoxdur. Kimsə itaət və bəndəlikdən başqa bir yolla Allaha yaxınlaşa bilməz. Ey Cabir! Hər kəs Allaha itaət etsə və bizi sevsə, dostumuzdur. Allaha itaətsizlik edənlər üçün bizimlə dostluq faydasızdır.”

Həzrət Əli (ə) buyurmuşdur: “Məhəmmədə (s) o şəxs dostdur ki, ondan uzaq olsa da, Allaha itaət edir. Məhəmmədin (s) düşməni o kəsdir ki, ona yaxın olsa da, Allaha itaətsizlik edir.”

2. Ardıcıllıq

Şiəlik iddiasında olmaq kifayət deyil. Əhli-beytin yolunu getmək, ona tərəfdar olmaq lazımdır. Rəvayətlərdə, şiə zümrəsindən olmaq üçün əmələn Əhli-beyt yolunda olmaq şərt hesab olunur. imam Sadiq (ə) buyurur: “Dildə, sözdə bizə ardıcıl olduğunu bildirib, əməldə bizim yolumuzla müxalif olanlar bizim şiələrimiz deyil. Bizim şiələrimiz o kəslərdir ki, dildə, qəlbdə və əməldə bizə ardıcıldırlar.”[108]

Bir kişi imam Həsənin (ə) xidmətinə gəlib dedi: “Mən sizin şiələrinizdənəm.” imam (ə) buyurdu: “Ey Allah bəndəsi, göstərişlərə, əmr və qadağalara itaət edirsənsə, düz deyirsən. Belə deyilsə, yox!”

Əbu Cəhəm deyir: “imam Rizaya (ə) ərz etdim ki, sənə fəda olum, sizin yanınızda yerimi bilmək istəyirəm. imam (ə) buyurdu: “Gör, sənin yanında mənim yerim necədir?”

3. Əvvəl, başlanğıc vaxtda qılınan namaz

Namazın əvvəl vaxtda qılınması Əhli-beytin xüsusi diqqətlə yanaşdığı bir məsələdir. Şiəlik iddiasında olan şəxs namazın əvvəl vaxtda qılınmasına diqqət yetirməlidir.

İmam Əli (ə) buyurmuşdur:

“Bizim şiələrimizi iki xüsusiyyətlə əsasən sınayın. Bu iki xüsusiyyət onlarda olarsa, demək, bizim şiələrimizdəndirlər: namazın əvvəl vaxtda qılınmasına diqqət və mö`min qardaşlarla mal bərabərliyi. Bu xüsusiyyətə malik olmayanlardan uzaqlaşın.”[109]

Nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurdu: “Namazı yüngül sayan (ona ciddi yanaşmayan) məndən deyil.”[110]

4. Əhli-beyt düşmənlərinə nifrət

Vilayətçi insanların xüsusiyyətlərindən biri Əhli-beyt düşmənlərindən uzaq gəzmək, onlara nifrətdir. Bir nəfər imam Sadiqə (ə) ərz etdi ki, filankəs sizinlə dost olduğunu deyir, amma sizin düşmənlərinizlə düşmənçilikdə zəifdir. imam (ə) buyurdu: “Bizim düşmənlərimizə nifrət etmədiyi halda, bizə məhəbbətindən danışan kəs yalançıdır.”[111]

Günah və onun insan həyatına tə`siri

Bə`zi günahlar insan həyatında hissolunmaz əsərlər qoyur. insanın axirət həyatı onun bu dünyadakı əməllərinin in`ikasıdır. Amma bə`zi reaksiyalar elə bu dünyada baş verir. Qur`anda buyurulur: “Bir qövm öz halını dəyişmədikcə Allah da onun halını dəyişməz.”[112] Deməli, insanın əməlləri onun həyatında dəyişikliklərə səbəb olur. Amma pəhrizkarlıq (təqva) əsas götürüldükdə ilahi ne`mətlərin çoxalması üçün şərait yaranır. Allah-taala buyurur: “Əgər o məmləkətlərin əhli iman gətirib, pəhriz etsəydilər, başlarına göydən və yerdən bərəkət yağdırardıq.”[113] Qur`an ayələrinə əsasən, günah və itaətsizlik insan üçün maddi və mə`nəvi problemlər yaradır, ne`mətlərin qarşısını kəsir. Əfsus ki, əksər cəmiyyətlərdə bir çox günahlar artıq günah sayılmır, onların nəticələri kimsəni narahat etmir. Din alimləri və övliyaların həyatına nəzər salsaq görərik ki, onlar günahdan uzaq olmaqla yanaşı, günah düşüncələrdən də çəkinmişlər. Bir arifdən soruşurlar ki, əgər günah etsən, nə hala düşərsən? Arif sualın cavabında buyurur: “Allahdan kömək istəyirəm ki, günah barədə düşünməyim.”

Böyük (kəbirə) günah odur ki, Allah-taala bu günaha görə cəhənnəm və`d etmişdir. Bə`zi böyük günahları sadalayır və ümid edirik ki, Allahın yardımı ilə həmin günahlardan çəkinəcəyik:

1. Allaha şərik qoşmaq;

2. Günahsız insanı qətlə yetirmək;

3. Ağvalideynlik (valideynin üzünə qayıtmaq);

4. Cihaddan qaçmaq (fərarilik);

5. Yetimin malını zorla yemək;

6. Sələmçilik;

7. Pak qadına qarşı zina ittihamı;

8. Zina (qanunsuz cinsi əlaqə);

9. Yaxınlarla əlaqəni kəsmək;

10. Zülm;

11. Bəndələri Allahın yolundan azdırmaq;

12. Allahın adından yalan demək;

13. Təkəbbür;

14. İsraf;

15. Zalımlara arxalanmaq;

16. Allahın rəhmindən ümidsizlik;

17. Əskik satmaq, ucuzu bahaya qatıb satmaq;

18. Özünü Allahın qəzəbindən amanda bilmək;

19. Oğurluq;

20. Sehr-cadu;

21. Haram musiqi (qina) və boş işlərlə məşğulluq;

22. Yalan and;

23. Qeybət və böhtan.

Əmmarə (pisliyə çağıran) nəfs insanın qəlbində vəlvələ salıb, onu doğru yoldan sapdırır. Gözəl olar ki, insan gənclik dövründə, hələ günaha batmamış, günah barədə düşüncələrdən çəkinə. Bu məqsədə çatmaq üçün aşağıdakı göstərişlər çox faydalıdır:

1. İctimai mühit

Öz get-gəllərimizə, görüşlərimizə diqqətli olaq. Zəruri olmayan təmaslardan, xoşagəlməz mühitlərdən çəkinək.

Bir abidi yalın dağlarda gördüm,

Dünyadan bir dağla çəkmişdi əlin.

Soruşdum: şəhərdən uzaqsan niyə,

Qır qəlbin kəməndin, qatıl səs-küyə!

Dad etdi çaşıran gül çöhrələrdən,

Dedi: gözüm seçmir xeyiri şərdən.

Mərhum Ağa Mirza Cəlal Məliki Təbrizi “Liqaullah” risaləsində buyurur: “Tövsiyə edirəm ki, saleh və imanlı insanlarla yaxınlıq edin. Məscid kimi yerlərdə daha çox olun. Hal əhli olan ariflərin həyatını mütaliə etməklə ruhunuzu gücləndirin, ona istiqamət verin.”

2. Fiziki və psixoloji şərait

Boş vaxtı səmərəli keçirmək, idman, mütaliə, səfərə çıxmaq kimi faydalı işlərlə məşğul olmaq insanı günahdan uzaqlaşdıran amillərdir.

3. Zikr və ibadət

Vacib dini vəzifələrə diqqət, xüsusi ilə əvvəl vaxtda namazın qılınması, Qur`an qiraəti, ardıcıl şəkildə zikr insanın günahdan çəkinməsi üçün böyük tə`sirə malikdir.

Günahın tə`sirləri

Əvvəla, günah qəlbi qaraldır. Günaha yol verən insan daxilində Allahın əmanət qoyduğu pak fitrətə əsasən xəcalət çəkir, peşman olur. Amma daxili zəiflik onu yenidən günaha sürükləyə bilər. Günahın təkrarlanmasının fəlsəfəsi peşmançılığın həqiqi olmamasındadır. insanın ruhunu Qur`anın “nəsuh” adlandırdığı həqiqi tövbə paklaya bilər. Tövbə həqiqi olmadıqda insanın qəlbində günah tozu qalır. imam Baqir (ə) buyurur: “Qəlbində ağ nöqtə olan bəndə günah etdikdə həmin bəyazlıqdan qara bir nöqtə çıxır. Tövbə bu qaraltını aradan qaldırır. Getdikcə günaha batan insanın qəlbində qaraltı genişlənir, nəhayət, bütün qəlbi bürüyür. Bu halda həmin qəlb sahibi heç vaxt xeyirə qayıtmayacaq.”[114]

Bə`zən nəsihət və moizə qəbul olunmur. Allah-taalanın buyuruğuna əsasən, çox günah edən insanın qəlbinə elə bir qıfıl vurulur ki, bu qıfılı heç bir açar aça bilmir. Belə insanlar heç vaxt həqiqəti tanıyıb, xeyir yol ilə gedə bilmirlər.

İki böyük günah

1. Namazın tərki (namaz qılmamaq)

Namaz ən mühüm dini göstərişdir və digər ibadətlərin qəbulu onun qəbulundan asılıdır. Qur`anın buyuruğuna əsasən, namaz insanı alçaq və çirkin işlərdən uzaqlaşdırır. Namazın vacibliyini inkar edərək namaz qılmayan kəs kafir və dindən xaricdir. Namazın vacibliyini inkar etməyib, tənbəllik üzündən namaz qılmayan şəxs fasiqlər zümrəsinə daxildir. Həzrət Peyğəmbər (s) buyurur: “Bilərəkdən namaz qılmamaq və ya onu yüngül saymaq müsəlmanı kafir edər. imanla küfr arasında məsafə namazın tərki qədərdir.”[115] Qur`ani-kərimdə də namaz qılmamaq böyük günah sayılır və cəhənnəmə düşməyin əsas səbəbi kimi namazın tərki göstərilir.

Allah bizim namaz və orucumuza ehtiyaclıdırmı? Axı qadir Allahın aciz insana nə ehtiyacı ola bilər?! Namaz ne`mətlər müqabilində Allaha təşəkkürdür, Allahla rabitədir. Namazın misilsiz fərdi və ictimai faydaları vardır.

Biz gündəlik həyatımızda tez-tez namaz qılmayan insanlarla rastlaşırıq. Onlara məntiqi və mülayim şəkildə namazın zərurətini anlatmaq hər birimizin dini vəzifəsidir. Namaza də`vəti qəbul etməyən insanlarla yaxınlığa icazə verilmir. Həzrət Peyğəmbər (s) buyurur: “Namaz qılmayan adama kömək edən şəxs birincisi Adəm, sonuncusu Məhəmməd (s) olmaqla yetmiş peyğəmbəri öldürmüş şəxs kimidir.” Namaz qılmayanlarla dostluq pak insanı doğru yoldan azdırır, bədbəxtliyə düçar edir.

2. Müasir insan sadə həyat tərzindən ayrılıb, modern yaşayışa uz tutduğundan mə`nəvi böhrana düçar olmuşdur. Böyüklərin, xüsusi ilə də ata-ananın təcrübəsinə arxa çevrilməsi bu böhranın tərkib hissələrindəndir. Bu böhran ucbatından cəmiyyətdəki insani münasibətlər də pozulmuşdur. Bütün bu səbəblərdən övladlar valideynlərin haqqında diqqətsizlik göstərir, onların hörmətini saxlamaq barədə düşünmürlər. Hansı ki, valideynin haqqını yerinə yetirməmək böyük günahlar cərgəsindədir. Həzrət Peyğəmbər (s) buyurur: “Kəbirə (böyük) günahların ən böyüyü Allaha şərik qoşmaq və ağvalideynlikdir.” ; “Valideyni incitməkdən çəkinin. Behiştin qoxusu min illik yoldan duyulsa da, ağvalideynlər bunu anlamaz.”[116]

Şübhəsiz ki, ata-ananı incitmək dedikdə, onları fiziki cəhətdən əziyyət vermək nəzərdə tutulmur. Valideyni narahat edəcək bütün hərəkətlər ağvalideynlik hesab olunur. Qur`ani-kərimdə buyurulur: “Onlara “uf” belə demə.”[117] Digər bir ayədə oxuyuruq: “Allah məni (isanı) anama qarşı olduqca itaətkar və nəvazişkar etdi…”[118]

Ağvalideylik səbəbindən namazlar qəbul edilmir, günahlar bağışlanmır. Hansı ki, valideynə ehtiram ömrü uzadır, ne`mət və hörməti artırır.

Əhli-beyt dostlarının xüsusiyyətləri

Hər bir seçimdə olduğu kimi, dost seçimində də me`yarlara ehtiyaclıyıq. Bə`zi me`yarları sadalayaq:

1. iman və təqva

İmam Sadiq (ə) buyurur: “Yer üzünün qaranlıqlarında olsalar da, ömrünü bu yolda əldən versən də, təqvalı dostlar ardınca get.”

2. Sirsaxlama

Allah-taala öz bəndələrinin sirrini qoruduğu kimi, biz də öz dostlarımızın sirrini açmamalıyıq.

3. Yekrənglik

Bu xüsusiyyət yalnız sağlam şəxsiyyətə malik insanlarda olur. Həzrət Əli (ə) buyurur: “Həqiqi dost bəla və çətinlik vaxtı, sən olmayanda və sən öləndən sonra dostluğu unutmur.”[119]

4. Çətinliyə dözüm

Həqiqi dost çətin gündə dostunu tənha buraxmır, belə vaxtlarda ona daha yaxın olur, onun dərdinə şərik olur. Loğman öz oğluna buyurur: “Öz dostunu yalnız ehtiyacın olanda tanıyarsan.”[120]

5. Fəzilət və əxlaq

Dostlar bir-birlərinin xasiyyətlərini götürdüklərindən, mə`nəviyyatlı dost seçənlərin şəxsiyyəti inkişaf edir. Həzrət isa (ə) buyurur: “Elə adamlarla dostluq edin ki, onları görməklə Allahı xatırlayın, danışıqları elm və biliyinizi artırsın, rəftarları sizi axirətə həvəsləndirsin.”

İstiftaat

(şər`i suallar)

Sual: Zöhr və Əsr (günorta və ikindi) namazlarının vaxtı qürubadək, yoxsa məğrib (şam) azanınadəkdir?

Cavab: Məğrib azanınadək.[121]

Sual: Əgər bir xəstə zərər qorxusu ilə namazı qiblənin əksinə qılarsa və namazı bitirdikdən sonra əbəs yerə qorxduğunu başa düşərsə, vəzifəsi nədir?

Cavab: Namazı təzələməlidir.[122]

Sual: Xüms verməyən və xüms ili tə`yin etməyən kəs həmin pulla aldığı paltarda namaz qıla bilərmi?

Cavab: Xüms düşən və xümsü verilməmiş pul ilə alınan paltarla qılınan namaz batildir və bu libas qəsb olunmuş hökmündədir.[123]

Sual: Bir şəxs dişlərini təmizləyərkən ağzı murdarlanarsa, namaz qılmaq üçün ağzını suya çəkməlidirmi?

Cavab: Ağızın çölü pak olarsa, namaz düzgündür.[124]

Sual: Əgər ana, bədəni murdarlanmış uşağı namaz vaxtı qucağına alsa, namazı batildirmi?

Cavab: Əgər uşağın üstündə nəcasət və ya ayıb yeri örtə biləcək murdarlanmış (mütənəccis) libas olmasa, eybi yoxdur.[125]

Sual: Əgər ata xüms verməsə, onun evində və döşənəcəklərinin üstündə namaz qılmaq olarmı?

Cavab: Əgər evin yerinə və döşənəcəklərə xüms düşdüyü bilinmirsə, namaz qılmağın eybi yoxdur.[126]

Sual: Əgər namaz möhürünün bir tərəfi çirkli və bir tərəfi qeyri-hamarsa, çirkli tərəfə səcdə etmək düzgündürmü?

Cavab: Saf səthə səcdə etmək vacib deyil, alın ikiriyallıq (pul sikkəsi) qədər möhürə toxunarsa və düzgün səcdə edilərsə, namaz düzgündür.[127]

Sual: Bə`ziləri namazda qunut tutarkən əqiq üzüyün qaşını üzüyuxarı çevirirlər. Bu hərəkətin əsası varmı?

Cavab: Bu barədə rəvayət mə`lum deyil. Amma həzrət Peyğəmbərin (s) buyuruğuna görə, əqiqə baxmaq bəyənilən işdir.[128]

Sual: Bir şəxs neçə illər namaz qıldıqdan sonra başa düşüb ki, namazları səhv qılıb. Namazlarının qəzasını qılmalıdırmı?

Cavab: Əgər öyrənib düzgün qıla biləcəyi halda tənbəllik edib səhv qılmışsa, onları təzələməlidir.[129]

Sual: Bir şəxs günortanın əvvəlində vətənində namazını qılmayıb, səfərə çıxmışdır. Hər hansı səbəbdən səfərdə olduğu vaxt da namazını qılmayıb qəzaya vermişdir. Vətənə qayıtdıqdan sonra həmin namazı tam, yoxsa şikəstə (yarı) qılmalıdır?

Cavab: Namaz səfərdə qəzaya getdiyi üçün şikəstə qılınacaq.[130]

Sual: Meyit namazının qəzası üçün qadın əcir (muzdla qılan) edilə bilərmi?

Cavab: Əgər qadın qiraət və namaz məsələrini (namazın nə vaxt batil olduğunu) bilsə, qadınlıq hüquq və vəzifələri ilə zidd olmasa, bu namazları qıla bilər.[131]

Sual: Məkkə və Mədinədə, xüsusi ilə Məscidül-həram və Məscidün-nəbidə sünnə əhlinə iqtida edərkən möhür qoymaq lazımdır, yoxsa yox?

Cavab: Lazım deyil. Məsciddəki həsir və ya daş döşəmədən istifadə etmək olar.[132]

Sual: Bir xanım vətənindən kənara ərə getmişdir və hazırda ərinin vətənində yaşayır. Bu xanım anadan olduğu yerə gəldikdə namaz və orucunun hökmü nədir?

Cavab: Əgər bu xanım öz vətənindən çıxıb, həmişəlik ərinin vətənində yaşamaq qərarına gəlmişsə, ərinin vətəni ona vətən hesab olunar. Hər hansı bir məqsədlə müvəqqəti olaraq anadan olduğu yerə gəldikdə namazı şikəstədir və oruc tuta bilməz. Yalnız on gün qalmaq qərarına gəlsə, namazını tam qılar və oruc tuta bilər.[133]

Sual: Tələbə bir yerdə on gün qalmaq qərarına gəlir. Amma dərs keçilmədiyi üçün on gün tamam olmamış səfərə çıxır. Belə bir müsafirətə icazə verilirmi?

Cavab: Eybi yoxdur. (h. m. s. 484)

Sual: “Böyük şəhər” (“bilade kəbirə”) dedikdə nə başa düşülür?

Cavab: Şimalından cənubuna, şərqindən qərbinə hərəkət “səfər” sayılan fövqəl`adə böyük şəhərlər “böyük şəhər” adlandırılır.[134]

Sual: Dost-tanışların vəfat məclisində iştirak etmək üçün kitab əhli məscidə daxil ola bilərmi?

Cavab: Əgər məscidə hörmətsizlik sayılmazsa, bu işin qarşısını almaq vacib deyil.[135]

Sual: Bə`zi məntəqələrdə yer çatışmadığından şagirdlərin imtahanları məsciddə keçirilir. imtahanlarda iştirak edən əksər qızlar həddi-büluğ olduğundan, şübhəsiz ki, onlardan bə`ziləri aybaşı vəziyyətində olur. Bu halda qızların məsciddə imtahan verməsi düzgündürmü?

Cavab: İmtahan keçirənlər bu məsələyə riayət etməli, imtahanları ən azı məsciddə yox, hüseyniyyədə keçirməlidirlər.

Sual: Məscid və hüseyniyyələrdə dini bayramlar, imamların doğum günləri qeyd olunur, dini şe`rlər oxunur. Bu məclislərdə əl çalmaq olarmı?

Cavab: Məscid, hüseyniyyə və digər müqəddəs məkanlarda istənilən bir məqsədlə əl çalmaq olmaz. islam və şiəlik tarixi boyu müsəlmanların şüarı, alqışı salavat zikri olduğundan bütün yerlərdə, xüsusi ilə də imamların xatirəsi ilə bağlı yığıncaqlarda dini hisslərin salavatla bildirilməsi münasibdir.[136]

Sual: Ramazan ayında diş fırçalamağın eybi varmı?

Cavab: Eybi yoxdur. Amma dişi fırçaladıqdan sonra ağız suyunu kamil şəkildə yığıb kənar etmək lazımdır ki, fırçanın suyu udulmasın.[137]

Sual: Boğazdakı bəlğəmi udmaq orucu batil edirmi?

Cavab: Bəlğəm ağıza daxil olmamış udularsa, orucu batil etməz.[138]

Sual: Bir şəxs ramazan ayında sübh azanına 15 dəqiqə qalmış cənabətli halda yuxudan oyanır. 15 dəqiqə ərzində həm obaşdanlıq yemək, həm də yuyunmaq olmur. Vəzifə nədir?

Cavab: Obaşdanlıq yemədən oruc tuta bilərsə, əvvəlcə qüsl etsin. Amma yemədən oruc tuta bilmirsə, zərərdən qorxursa, yeməyini yesin, sübh azanından qabaq təyəmmüm etsin.[139]

Sual: Qəməri təqvimlə həddi-büluğ olmuş şəxs xəbərdarlıq edilməsinə baxmayaraq, miladi (şəmsi) təqvimlə həddi-büluğ olacağını düşünür. Bu səbəbdən də həmin ilin orucunu tutmur. Bu şəxsin vəzifəsi nədir?

Cavab: Əgər dini vəzifəsini araşdırmaqda səhlənkarlıq, e`tinasızlıq etmişsə, qəzadan əlavə kəffarə də vacibdir.[140]

Sual: Bir xanım dörd il oruc tutmayıb. Eləcə də özünə cehiz almalıdır. Oruca görə kəffarə vermək vacibdir, yoxsa cehiz almaq? Əgər hər gün üçün altmış fəqiri doyursa, cəmi nə qədər edir?

Cavab: Bu xanım tutmadığı orucların qəzasını tutmalı, hər gün üçün kəffarə olaraq 45 kq buğda və ya onun qiymətini nəzərdə tutub fəqirlərə çörək üçün ödəməlidir. Kəffarənin tə`xirə salınmasının səbəbi e`tinasızlıq deyilsə, eybi yoxdur.[141]

Sual: Bir miqdar pul borc vermişəm. Xüms ilindən (günündən) qabaq almalı olsam da, pul yubanıb və xüms ilindən sonra əlimə gəlib. Bu pula xüms düşürmü?

Cavab: Əgər ilin qazancından olmuşsa, xüms düşür.[142]

Sual: Həddi-büluğ olmamış uşağın qazandığı pula xüms düşürmü?

Cavab: Bəli, vacibdir ki, uşağın böyüyü bu pulun xümsünü versin.[143]

Sual: Minik maşını, motosiklet və velosipedə xüms düşürmü?

Cavab: Sayılanların hər biri qazanc üçün olmasa, insana gərək olsa, onun şə`ninə uyğun gəlsə, ilin qazancından alınsa da xümsü yoxdur.[144]

Sual: Ata evində yaşayan qız işləyir və aylıq qazancından cehiz və digər yaşayış ləvazimatı almaq üçün bir miqdar pul toplayır. Bu pula xüms düşürmü?

Cavab: Əgər bu xanımın ehtiyaclı olduğu, şə`ninə uyğun cehizi almaq üçün başqa heç bir yolu yoxdursa və bir dəfəyə cehiz ala bilmirsə, yığdığı pula xüms düşməz.[145]

Sual: Vəliyye-fəqihə təqlid edənlər və etməyənlər üçün onun hökmünə itaət etmək vacibdirmi?

Cavab: Hamıya vacibdir.[146]

Sual: Əmr be mə`ruf və nəhy əz münkərin şər`ən vacib olduğunu nəzərə alsaq, eyş-işrət məclislərinə münasibətdə insanın vəzifəsi nədir?

Cavab: Öz nəsihətinizin tə`sir edəcəyini ehtimal etsəniz, pis işin qarşısını almalısınız; bəli, mülayim şəkildə nəsihət etmək lazımdır.[147]

Sual: Əgər mindiyimiz maşında haram musiqi oxudulursa və nəhy əz münkərin tə`siri ehtimal olunmursa, vəzifəmiz nədir?

Cavab: imkan varsa, maşından düşmək lazımdır. Əgər mümkün deyilsə, diqqətinizi başqa işlərə yönəldin. (h.m.s.947)

Sual: Hazırda bə`zi toy mərasimlərində haram musiqilər səsləndirilir. Bu məclislərdə iştirak etməmək qohumluq əlaqələrinin zəifləməsinə səbəb olur. Əgər nəhy əz münkər faydasızdırsa, bu məclisdə iştirak etmək olarmı?

Cavab: Əlaqələr zəifləsə də iştirak etmək olmaz.[148]

Sual: Batil lent yazıları və filmlərlə məşğul olan adamlarla təmas olarmı? Nəsihət məsxərə ilə qarşılansa necə?

Cavab: Belə adamlarla təmas işə təşviq və e`tinasızlığa səbəb olursa, caiz deyil.[149]

Sual: Bir qadın naməhrəmlə münasibətdə, öz geyimində qorunmursa və bu barədə ərinin sözlərinə e`tina etmirsə, ərin vəzifəsi nədir?

Cavab: Nəsihət və mümkün bir yolla qadın şər`i hökmlərə də`vət olunmalı və günahın qarşısı alınmalıdır.[150]

Sual: Həddi-büluğa çatmış övladlar dini vəzifələrinə əməl etməyib, atalarını incidirlər. Övladların dini vəzifələrinə biganəliyinə görə ata müqəssirdirmi?

Cavab: Ata, moizə və nəsihət, bə`zən hədə, bə`zən də başqa yollarla övladlarını vaciblərə əməl etməyə və haramlardan çəkinməyə sövq etməlidir. Əgər ata öz şər`i vəzifəsinə əməl etsə, övladlara tə`sir etməsə də ata günahkar deyil.[151]

Back Index Next